Məhkəmə qərarları › İş №1(076)-50/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-50/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-50/2023 19.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, işsiz, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək təkrarən xuliqanlıq və qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirmə cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqla müəyyən edilməyən mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi, silah qismində istifadə etdiyi zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağını üzərində gəzdirərək, 23 avqust 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Lion Garden” restoranında tanışı Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı heç bir səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq edilməsi ilə müşayiət olunan, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan üzərində gəzdirdiyi bıçaq ilə, həmçinin əl zərbələri ilə Zərərçəkmiş şəxs1 vuraraq ona başın sol gicgah nahiyəsinin kəsilmiş yarası, sağ gözətrafı nahiyənin qançırı, alt dodağın selikli qişasının əzilmiş yarası, sol əlin İİ barmağının səthi kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək zərərçəkmiş şəxsə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa təkrarən Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi, silah qismində istifadə etdiyi zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağını üzərində gəzdirərək 04 sentyabr 2022-ci il tarixdə saat 00:20 radələrində Şəmkir rayonu, Qaracəmirli kəndində xalası X1 evinə qonaq gəldiyi zaman həmin evin qarşısında aralarında yaranmış mübahisə zamanı heç bir səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq edilməsi ilə müşayiət olunan, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan həmin bıçaq ilə qəsdən Şəmkir rayonu, Qaracəmirli kənd sakinləri Zərərçəkmiş şəxs2 döş qəfəsinin sağ arxa yan səthinin daxilə keçməyən bir ədəd kəsilmiş deşilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs3 isə sol dirsək oynağının arxa səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən, döş qəfəsinin ön səthinin sol yarısının daxilə keçməyən iki ədəd deşilmiş kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək zərərçəkmiş şəxslərə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 yaşadığı qəsəbə sakini kimi tanımışdır. 23 avqust 2022-ci il tarixdə səhər saat 10 radələrində həmişə getdiyi “Lion Garden” şadlıq sarayına getmişdir. Həmin vaxt restoranın həyətində tanışlarından birinə məxsus “Chevralete Cruze” markalı avtomobilin olmasını görmüşdür. Həmin avtomobil nisbətən yeni model olmuşdur. O, “Chevralete Cruze” markalı avtomobilləri yeni modellərinin şüşələri daha bərk olduğundan zərbələrə davamlı olmasını eşitmişdir. Ona görə də o, avtomobilin süşəsinə yumruq vuraraq yoxlamış, lakin şüşəyə hər hansı zədə olmamışdır. Eminin orada olduğunu görərək zarafatla Eminə də bu barədə bildirərək şüşəni yoxlamasını demişdir. Emin həmin avtomobilin sol ön yan şüşəsinə bərk zərbə ilə yumruq vurmuş, lakin şüşə sınmamışdır. Emin qıra bilmədiyini deyərək getmişdir. Bundan sonra o, həyətdə oturaraq dostlarının gəlməsini gözləmişdir. Telefonla danışdığı zaman Eminin restoranın otaqların birindən başını çıxararaq onun telefon danışığına qulaq asdığını görmüşdür. Ona görə də Eminə irad bildirmiş, Emin başını pəncərədən içəri salmışdır. Daha sonra Eminin yenidən ona qulaq asmasını görmüş və əsəbləşərək Eminin oturduğu otağa gedərək telefon danışığına qulaq asdığına görə yenidən irad bildirərək dirsəyi ilə sifət nahiyəsindən bir dəfə vurmuş, daha sonra isə üzərində olan qatlanan, bağlı vəziyyətdə olan cib bıçağının arxa tərəfi ilə Eminin başından vurmuşdur. Zərbədən Emin yerə yıxılmış, o, Emini qaldırdığında başından xəsarət almasını və qan axmasını görmüşdür. Bundan sonra Eminə bir daha iradını bildirərək oradan getmişdir. Bir qədər sonra tanışları gəldiyindən o, özü də dostları ilə oradan çıxıb getmişdir. O, həmin vaxt Eminin polisə şikayət etməsini eşitməmiş, həmçinin onu da hər hansı polis əməkdaşları axtarmamışdır. Bir neçə gün sonra ailə üzvləri ilə birlikdə qohumlarının yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndinə gəlmişdir. 03 sentyabr 2022-ci il tarixdə günorta saatlarında xalasıgildə ailə üzvləri ilə oturaraq bir qədər spirtli içki qəbul etmişdir. Axşam tərəfi xalas uşaqları işdən gəldiyində onlar yolda oturub söhbət etmişlər. Saat təxminən 22 radələrində yolda olduğu zaman tanımadığı VAZ 2107 markalı avtomobili yüksək sürətlə keçib getmişdir. Həmin vaxt ətraf toz olmuşdur. Bir qədər irəli getdikdən sonra həmin avtomobili geri qayıdaraq gəlməyə başlamışdır. Avtomobili sürən şəxs maqnitafonun səsini yüksək etdiyindən onlara yaxınlaşanda o, həmin avtomobilə əl etmişdir. Avtomobili idarə edən şəxs avtomobili saxladıqda həmin şəxsə maqnitafonun səsini yüksək etdiyinə görə irad bildirmişdir. Həmin şəxs ona “yaxşı edirəm”-deyərək cavab verdiyində aralarında mübahisə yaranmışdır. Onun yanında başqa bir cavan oğlan da olmuşdur. Onlar mübahisə edəndə xalasıgil gəlmiş, bundan sora ara sakitləşmiş və onlar avtomobilə oturub getmişlər. Təxminən on dəqiqə sonra həmin avtomobil geri qayıtmış və avtomobildən düşə orta yaşlı kişi və qadın mübahisə etməyə başlamışdır. Bu zaman “Prado” markalı avtomobil gəlmiş və VAZ 2107 markalı avtomobildə sərnişin kimi olan şəxsi tənbeh edərək öz avtomobilinə oturdub, onlara heç bir söz demədən oradan uzaqlaşıb getmişdir. O da VAZ 2107 markalı avtomobillə gələn orta yaşı kişiyə “Prado” markalı avtomobilin sürücüsünü nümunə kimi göstərərək “Kişi belə olar, gəldi sakitcə öz oğlunu aparıb getdi”-demişdir. Bundan sonra VAZ 2107 markalı avtomobili sürən şəxs oradan uzaqlaşıb getmişdir. Bundan sonra onların yanında olan xalası oğlu Elşad və həmkəndliləri olan Tural yatmağa getmiş, yolda yalnız xalası oğlu Rəşadla o, qalmışdır. İkisidə yolda oturmuş, ailə üzvləri isə onlara çay vermişlər. Onlar ikisi oturub çay içdiyi zaman saat təxminən gecə birə işləmiş olmuşdur. Həmin vaxt qəfildən küçəyə üç ədəd avtomobil daxil olmuş, həmin avtomobillər onların yanında dayanmışlar. Dayanan kimi VAZ 21015 markalı avtomobildən düşən şəxs əlində olan qara rəngli dəyənəklə onların üzərinə gələrək birinci əlindəki dəyənəklə Rəşadı vurmuşdur. Rəşad yerə yıxılan kimi həmin şəxs və digərləri onun üzərinə gəlmişlər. Onlardan birinin əlində pol ağacı olmuşdur. Hamısı onu ağacla vurmuş, o da əllərini qabağa edərək özünü müdafiə etməyə çalışmışdır. Lakin həmin şəxslərin dayanmadığını gördüyündən belində olan cib bıçağını çıxardaraq həmin şəxslərə tərəf fırlamağa başlamışdır. Həmin vaxt bütün kənd sakinləri yola çıxmış və əlavə kənardan gələn şəxslər olmuşdur. O, həmin şəxslərin əlindən çıxa bilmədiyindən dayanmadan bıçağı həmin şəxslərə tərəf fırlamışdır. Həmin vaxtı bıçağın kimin hansı nahiyəsindən dəyməsini bilməmişdir. O, kənddə yaşamadığından həmin şəxslərin heç birinin adını bilməmiş, ətraf qaranlıq olduğundan onu vuranların kim olmasını görə bilməmişdir. Bu zaman Rəşad gəlib ortaya girərərək onu saxlamış, bundan sonra o, iki nəfərə bıçaq dəyməsini bilmişdir. Sonradan həmin şəxslər avtomobilə oturub getmişlər. Bir qədər sonra isə polis əməkdaşları gələrək onları əvvəl Kür polis bölməsinə, daha sonra isə Şəmkir rayon polis şöbəsinə aparmışlar. Sonradan bilmişdir ki, mübahisə etdiyi şəxslər Şəmkir rayonu, Qaracəmirli kənd sakinləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3dur. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş və onlarla barışmışdır. Hazırda əməlindən peşmandır, himayəsində bir nəfər azyaşlı uşağı vardır.. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 23 avqust 2022-ci il tarixdə səhər saat 10 radələlərində işləmək üçün Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Lion Garden” restoranına getmişdir. Həmin restoranın qarşısına çatdığında üzdən tanıdığı, adını sonradan bildiyi Eşqin adlı şəxsin ağ rəngli avtomobilin şüşəsini sındırmaq istədiyini görmüşdür. O, Eşqinlə salamlaşaraq restoranın içərisinə daxil olmuşdur. Bir neçə dəqiqədən sonra səs-küy eşidib çölə çıxdıqda Eşqinin yenidən həmin avtomobilin şüşəsini sındırmaq istədiyini görmüşdür. Eşqin ona “sən bu şüşəni sındıra bilərsənmi”-deyə soruşmuş, o da avtomobilə yaxınlaşaraq avtomobilin ön sürücü tərəfdən şüşəsinə bir dəfə yumruq vursa da sındıra bilməmiş və gücünün çatmadığını demişdir. Daha sonra o, Eşqindən avtomobilin ona məxsus olub-olmamasını soruşduqda Eşqin avtomobilin özünə məxsus olmadığını bildirmişdir. O da nəyə görə başqasının avtomobilinin şüşəsini sındırdığını soruşaraq cavab gözləmədən restoranın içərisinə girmişdir. Bir müddət sonra 10-cu otaq adlı yerdə iş görərkən Eşqin onun olduğu otağa gəlmiş və Eşqinin əlində bıçaq olmasını görmüşdür. Eşqin ona “sənə mənim yanıma gəlmə demişdim”-deyərək səbəbsiz yerə bıçaqla onun başına vurmuş, daha sonra isə dirsəyi ilə göz nahiyəsindən bir dəfə zərbə vurmuş və həmin yerdən qaçıb getmişdir. Bundan sonra isə o, hadisə barədə polisə məlumat vermişdir. Lakin hadisədən sonra Eşqin ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 03 sentyabr 2022-ci tarixdə, axşam saatlarında oğlu Yusif dostu Ruhinin ad gününə getmişdir. Saat təxminən 23 radələrində həmkəndlisi olan Feyruz ona zəng edərək yaşadığı evin qarşısında mübahisə olduğunu, oğlu Yusifin də orada olduğunu və gəlib Yusifi oradan aparmağı ona demişdir. O, tez özünə məxsus olan avtomobilə əyləşərək Feyruzgilin evinin qarşısına getmişdir. O, həmin yerə çatdığında orada mübahisə olduğunu, tanımadığı üzü saqqalı bir oğlanın əlində bıçaqla olduğunu görmüşdür. Həmin şəxs əlində olan bıçaqla Yusiflə Ruhini bir kənara sıxışdırmışdır. Həmin vaxt Ruhinin atası Əjdər orada olmuş və həmin şəxslə mübahisə etmişdir. O, həmin şəxsi birinci dəfə görmüş, kim olmasını bilməmişdir. O, həmin şəxsin əlində bıçaq olmasını gördüyündən, orada hər hansı hadisə olacağını düşünmüş və oğluna acıqlanaraq avtomobilə oturdub oradan getmişdir. Bundan sonra yaşadığı evə gəlmiş, oğlunu evə düşürərək nə hadisə baş verdiyini öyrənmək üçün Əjdərgilə getmiş və Əjdərdən nə hadisə baş verməsini, mübahisənin hansı səbəbdən yaranmasını soruşmuşdur. Həmin vaxt Əjdər ona özünə də mübahisə barədə zəng gəldiyini, qohumu olan şəxslərin oğlunun idarə etdiyi avtomobilin qarşısını kəsdiyindən mübahisənin baş verdiyini bildirmişdir. Bundan sonra o, təkrar Feyruza zəng edərək həmin əlində bıçaq olan şəxsin kimliyini soruşmuş, Feyruz ona həmin şəxsin qohumu olduğunu, özlərinə deyil, bibisi evinə qonaq gəldiyini, həmin şəxslə heç bir münasibətinin olmadığını demişdir. Həmin şəxsin təhlükəli adam olduğunu bildirmişdir. Feyruzla danışdıqdan sonra o, evə getdiyində oğlunun mobil telefonuna zəng gəlmiş, oğlu Yusifin kiminlə danışdığını bilmək üçün telefonu götürdüyündə telefonla danışan şəxsin oğluna söyüşlər etdiyini görmüşdür. Həmin şəxsin əlində bıçaq olan şəxs olmasını başa düşmüşdür. O da təkrarən Feyruza zəng edərək ondan inciməməsini və hadisə barədə polisə zəng edərək məlumat verəcəyini bildirmiş və Şəmkir rayon Kür polis bölməsinin əməkdaşlarından Orxan adlı əməliyyat müvəkkilinə zəng edərək hadisə barədə məlumat vermişdir. Orxan adlı əməliyyat müvəkkili də ona əməliyyat qrupu ilə onun dediyi yerə gələcəyini bildirmişdir. O öz avtomobili ilə kəndin baş tərəfinə gələrək orada polis əməkdaşlarını gözləyəcəyini demiş və avtomobili ilə kəndin baş hissəsinə gedərək orada polis əməkdaşlarını gözləməyə başlamışdır. Saat təxminən 00:15 radələrində arvadına zəng edərək oğlu Yusifin evdə olub-olmamasını soruşmuş, arvadı ona oğlu Yusifin evdə olduğunu, lakin ondan kiçik qardaşı Vasifin evdən çıxaraq onu arxasınca getdiyini demişdir. O da artıq narahat olduğundan Vasifin mobil telefonuna zəng etmiş, lakin Vasif zəngə cavab verməmişdir. O, Vasif onun mobil telefonuna cavab vermədiyində Vasifin həmin yerə getdiyini düşünmüş və tez avtomobili ilə Feyruzgil tərəfə getmişdir. O, Feyruzgilin küçəsinə döndüyündə avtombilin işığında küçədə çoxlu sayda adam olmasını görmüşdür. Yaxınlaşdıqda qardaşı Vasifin əlində ağacla, ağacı sağa-sola fırlayaraq arxaya getdiyini, iki nəfərin isə Vasifə tərəf getdiyini görmüşdür. Həmin vaxtı o, avtomobildə tək olmuşdur. O, avtomobili saxlayaraq avtomobildən düşdüyündə bir qədər əvvəl əlində bıçaqla gördüyü şəxs yenidən əlində bıçaqla onu görən kimi üzərinə gəlməyə başlamışdır. O, həmin şəxsin onu bıçaqla vuracağını başa düşdüyündən, eyni zamanda əlində heç nə olmadığından çevrilib qaçmaq istəmişdir. Lakin o, çevrilib qaçmaq istədikdə həmin şəxs arxadan onu bıçaqla vurmuşdur. Zərbədən yerə yıxılmışdır. O, yerdə yıxılı olduğunda da həmin şəxs bıçaqla onu vurmaq istəmişdir. O da həmin vaxt ayaqları ilə özünü müdafiə edərək həmin şəxsin onu təkrar vurmasına imkan verməmişdir. Bu zaman həmin şəxs ondan aralaşaraq yenidən Vasifin üzərinə getmiş, həmin vaxt həmkəndlisi olan Alvızın oğlu Rəşadın Vasifə tərəf gedərək Vasifi qucaqlayaraq tutduğunu və hər ikisinin müvazinətini itirərək yerə yıxıldığını, əlində bıçaq olan şəxsin isə Vasifə yaxınlaşdığını və əli ilə Vasifə zərbə vurmasını görmüşdür. Lakin həmin anda həmin şəxsin əlində bıçaq olmasını və həmin vaxtı Vasifi bıçaqla vurmasını bilməmişdir. O, yaralı olsa da bir təhər ayağa duraraq tez Vasiflə həmin şəxsə tərəf getmiş və həmin şəxsin ayağından tutaraq kolluğa tərəf atmışdır. Həmin şəxsin yenidən ona tərəf gəldiyini gördüyündən tez avtomobilinə tərəf gedib avtomobilə oturmuş və artıq kürəyindən qan axmasını hiss etmişdir. O, avtomobili sürüb getdiyində əmisi oğlu Turalın ora gəlməsini görmüş və Turala avtomobilə oturmasını demişdir. Tural avtomobilə oturduqdan sonra əlində bıçaq olan şəxs avtomobilin qapısını açmaq istəmişdir. Lakin o, avtomobillərin qapılarını içəridən bağlamış və avtomobili sürüb xəstəxanaya getmişdir. Yol getiyi zaman ona polis əməkdaşları zəng edərək hansı tərəfə gəlməli olduqlarını bildirdikdə o, artıq bıçaq xəsarəti aldığını bildirmiş və hadisənin Feyruzgilin evinin qarşısında baş verdiyini demişdir. O, xəstəxanaya çatdıqdan sonra həkimlər ona yardım göstərdiklərində tibb işçiləri ikinci bıçaqlanma hadisəsi ilə bir nəfərin də gəldiyini bildirmişlər. O, baxdıqda ikinci gələn şəxsin Vasif oğluduğunu və Vasifin sinə nahiyəsinin qan olduğunu görmüşdür. Həmin vaxt Vasifin də bıçaqlandığını bilmişdir. Bundan sonra onların hər ikisini Gəncə şəhərinə xəstəxanaya aparmışlar. Lakin hadisədən sonra Eşqin ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə saat təxminən 24 radələrində evdə olduğu zaman onuna qonşuluqda yaşayan qardaşı Eldargilin həyətində səs eşitmiş və Eldargilin həyətinə keçdiyində qardaşı oğlu Yusifin atasının onu vurmasından incidiyini görmüşdür. O, nə olmasını soruşduqda Yusif bir qədər əvvəl həmkəndli olan Feyruzgilin evin qarşısında mübahisə yarandığını və atasının onu vuraraq evə gətirdiyini, daha sonra evdən çıxaraq harasa getdiyini demişdir. O, Eldara zəng edərək hara getməsini soruşmaq istəsə də, Eldar telefona cavab verməmişdir. O, Eldarın hadisə baş verən yerə gedəcəyindən ehtiyat etdiyindən həmin yerə getməyi qərara almışdır. Həmin vaxt özünə məxsus VAZ 21015 markalı avtomobili yolda olmuşdur. O, həmin vaxtı Eldargilin həyətində təxminən bir metr uzunluğundan qara rəngli plastik boru olmasını görmüş və həmin borunu da əlinə götürüb yolda olan avtomobilinə oturub Feyruzgilin yaşadığı küçəyə getmişdir. Lakin küçəyə daxil olduğunda orada avtomobilin işığında kimsənin olmadığını görmüşdür. Feyruzgilin evin qarşısına çatdığında digər həmkəndlisi olan Alvızın oğlu Rəşadın yolda tanımadığı şəxslə oturduğunu görmüşdür. O, avtomobildən düşərək Rəşaddan Eldarı görüb-görməməsini soruşmuşdur. Həmin vaxt Rəşadın yanında oturan şəxsin dizinin üstündə bıçaq olmasını görmüşdür. Bu zaman həmin şəxs yerindən qalxaraq əlinə həmin bıçağı götürüb onun üzərinə gəlmişdir. O, avtomobilə oturmaq istəsə də, həmin şəxs avtomobilin qapısını örtmüşdür. O da yan tərəfdən fırlanaraq avtomobilin qapısını açıb avtomobildə olan plastik borunu götürərək bıçağın ona dəyməməsi üçün həmin şəxsə tərəf fırlatmışdır. Rəşad həmin vaxt ortaya girmişdir. Lakin o, Rəşadın hansı məqsədlə araya girməsini bilməmişdir. Əlində olan boru bir neçə dəfə Rəşada dəymişdir. Həmin anda da Eldar oraya gəlmişdir. Eldar avtomobildən düşüb onlara tərəf gədiyində həmin əlində bıçaq olan şəxs Eldarın üzərinə getmişdir. O, həmin şəxsin Eldara əl qol atmasını və həmin vaxt Eldarın yerə yıxıldığını görmüşdür. Tez Eldarın yanına gedərək əlində olan plastik borunu həmin şəxsə vurmağa başlamışdır. Həmin şəxs ona tərəf gəldiyində o, yenidən arxaya çəkilmiş, bu zaman Rəşad onu tutub saxladığında hər ikisi yerə yıxılmışdır. Onlar yerdə olduğu zaman həmin şəxs üzərinə gələrək onun sinə nahiyəsindən iki dəfə vurmuşdur. O, həmin vaxt həmin şəxsin yumruq vurmasını hiss etmişdir. Bu zaman Eldar gələrək həmin şəxsi tutub kənara atmışdır. O da Rəşadın əlindən çıxaraq ayağa qalxdığında sinə nahiyəsində isti nəyinsə axmasını hiss etmişdir. Tez sinəsini tutduqda qan axmasını görmüşdür. Kənardan baxdıqda Eldarın orada olan adamların içərisinə tərəf getdiyini, daha sonra isə öz avtomobilinə oturduğunu görmüşdür. Həmin vaxt əlində bıçaq olan şəxs Eldarın avtomobilinə vuraraq Eldardan avtomobildən düşməyi tələb etmişdir. Lakin Eldar avtomobilini sürüb oradan getmişdir. O, öz avtomobilinə tərəf getmək istəsə də gedə bilməmişdir. Orada böyük qardaşı Elnurun səsini eşidərək Elnura tərəf getmişdir. Elnur onun sinəsində qan olmasını görüb tez onu öz avtomobilinə oturtmuş, orada adam çox olduğundan ona bıçaq vuran şəxsin həmin vaxt harada olmasını görməmişdir. Qardaşı oğlu Qiyas onun avtomobilini sürərək onu xəstəxanaya aparmışdır. O, xəstəxanaya getdiyi zaman yolda Eldarın da bıçaqlandığını eşitmişdir. Lakin hadisədən sonra Eşqin ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, 2022-ci ilin avqust ayının sonlarında Bakı şəhərində yaşayan xalası oğlu Eşqin kəndə ailə üzvləri ilə birlikdə qonaq gəlmişdir. Eşqin onlarla qonşuluqda yaşayan xalası Kəmalənin evində qalmışdır. 03 avqust 2022-ci il tarixdə saat təxminən 21 radələrində o, işdən gəlmişdir. O, gələndə Eşqin onların evin qarşısında yolda oturmuşdur. Eşqinin yanında qardaşı Elşad, həmkəndlisi Tural olmuşdur. O da paltarını dəyişərək yola çıxmış və Eşqingilin yanında oturmuşdur. Onlar yolda oturub söhbət etdiyi zaman uzaq qohumu Əjdərin oğlu Ruhin atasına məxsus olan VAZ 2107 markalı avtomobillə onların yanından yüksək sürətlə keçib getmişdir. Yolda da toz olmuşdur. Bir neçə dəqiqədən sonra Ruhin geri qayıtmışdır. Ruhinin avtomobilində başqa bir həmkəndlisi olan Eldarın oğlu Yusif də olmuşdur. Ruhin onlara yaxınlaşanda avtomobilin maqnitafonunun səsini artırmışdır. Belə olanda Eşqin yola tərəf gedərək əl edərək avtomobili saxlatmışdır. Ruhin avtomobili saxladıqda Eşqin Ruhinə bərk sürüb yolda toz etdiyinə, eləcə də maqnitafonun səsini gecə vaxtı artırdığına görə irad bildirmişdir. Belə olanda Ruhin “yol sənindimi, yaxşı edirəm”-deyərək cavab vermişdir. Ruhinin cavabından sonra mübahisə yarandığından o da Ruhinlə Eşqinin yanına gedərək sakitləşdirməyə çalışmışdır. Yusif də avtomobildən düşdüyündə qardaşı Elşad Yusifi qucaqlayaraq sakitləşdirmişdir. Bir qədər mübahisə olduqdan sonra qonşular və xalasıgil yola çıxmış, Ruhingili sakitləşdirib yola salmışlar. Onlar yenidən yolda oturmuşlar. Təxminən on dəqiqə sonra Əjdərin oğlu, arvadı və Yusif birlikdə yenidən onların evin qarşısına gəlmiş və avtomobildən düşərək səsküy salıb avtomobilin qarşısını kəsənin kim olmasını soruşmuşdur. Onlar Əjdərə vəziyyəti izah etsələr də, Əjdərə bir mənası olmamışdır. Dayısı oğlu Feyruz Əjdəri bir təhər sakitləşdirmişdir. Həmin vaxt Eldar özünə məxsus Prado markalı avtomobillə həmin yerə gəlmiş və oğlunu öz avtomobilinə mindirmişdir. Özü də avtomobilə mindiyində “bu iş belə qalmayacaq”-demişdir. Eldar getdikdən az sonra Əjdər də öz avtomobilinə oturub getmişdir. Bundan sonra qardaşı və Tural onların yanından getmiş, yolda Eşqinlə o, qalmışdır. Təxminən gecə 12-dən sonra qəfildən onların küçəsinə bir neçə avtomobilin daxil olmasını görmüşlər. Eşqin belindən bıçaq çıxardaraq yanına qoymuşdur. Həmin avtomobillər onların yanında dayanan kimi VAZ 21015 markalı avtomobildən həmkəndlisi Vasif düşərək əlində olan qara rəngli ağac ilə üzərinə gəlmişdir. O, Vasifin qarşısına çıxaraq saxlamaq istədiyində Vasif əlində olan ağacı bərk zərbə ilə ona vurmuşdur. Bu zaman Vasifin qardaşı Eldar idarə etdiyi “Prado” markalı avtomobildən əlində döşəmə silən ağac ilə düşərək Eşqinin üzərinə getmiş və Eşqini vurmağa başlamışdır. O, zərbələrdən yerə yıxıldığından Vasif onu buraxıb Eşqinin üzərinə getmişdir. Artıq bütün qonşular hamısı yola çıxmışlar. Onlardan aralı olan küçədən də camaat gəlmişdir. Lakin heç kim onları aralamağa köməklik etməmişlər. O, ayağa qalxaraq Eşqingil tərəfə getdiyində Eldar və Vasif Eşqindən kənara çəkilmişlər. O, artıq X20 bıçaqla vurduğunu bilmişdir. Tez gedərək Eşqini tutub sakitləşdirib kənara çəkmişdir. O, Eşqini kənara çəkdikdən sonra Vasifə yaxınlaşmış və Vasifin sinəsinin qan olmasını görmüşdür. Eldar isə qaçaraq öz avtomobilinə oturmuş, Eldarla gələnlər də avtomobilə oturmuş və getmişlər. Eşqin isə əlində bıçaqla bərkdən qışqırmışdır. Digər avtomobillər də getmişdir. Bu zaman Eldarla Vasifin böyük qardaşı Elnur həmin yerə gəlmiş, Elnur gəldikdən sonra Vasif qaranlıqdan çıxmış və kiminsə avtomobilinə oturub oradan getmişdir. Elnur isə qışqıraraq “sabah gəlib hamınızı balta ilə qıracam”demişdir. Eşqin isə əlində bıçaqla Elnura tərəf gedərək “gəl nə edirsən et” dedikdə o, Elnurdan getməsini xahiş etmişdir. Elnur da bundan sonra avtomobilinə oturub getmişdir. Elnur getdikdən təxminən 15 dəqiqə sonra polis əməkdaşları gələrək Eşqinlə onları polis bölməsinə, oradan da Şəmkir rayon polis şöbəsinə aparmışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X2, X14, X6 və X16 da şahid X13 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdə olan zaman yolda səs-küy eşitmiş və yola çıxdığı zaman bibisi uşaqları Rəşad və Eşqinin başqa bir həmkəndliləri olan Əjdərin oğlu Ruhin və Eldarın oğlu Yusiflə mübahisə etdiklərini görmüşdür. O, yaxınlaşdıqda bilmişdir ki, Əjdərin oğlu idarə etdiyi avtomobildə maqnitafonun səsin yüksək qoyduğu və avtomobili yüksək sürətə idarə etdiyi üçün onların arasında mübahisə yaranmışdır. O, sakitlik yaradaraq Əjdərin oğlu ilə Eldarın oğlunu oradan yola salmışdır. Bir qədər sonra Əjdərin özü, oğlu və arvadı ilə yenidən həmin yerə gələrək mübahisə etməyə başlamışdır. Əjdər Eşqinə oğlunun qabağını kəsməyinə görə irad bildirmişdir. Həmin vaxt Eldarın oğlu da orada olmuşdur. O, Eldara zəng edərək oğlunun problem yaratdığını və gəlib oğlunu oradan aparmasını demişdir. Bir qədər sonra Eldar özünə məxsus Prado markalı avtomobillə həmin yerə gələrək oğluna acıqlanaraq avtomobilə mindirmiş və heç bir söz demədən oradan getmişdir. Eşqin də Əjdərə Eldarı nümunə göstərərək “Kişi belə olar, gördünmü gəldi oğlunu aparb getdi, sən də arvad uşağı yığıb gəlirsən”-demişdir. Bundan sonra Əjdər sakitləşmiş, avtomobilə oturaraq getmişdir. O da yaşadığı evə getmişdir. O, evə getdikdən bir qədər sonra Eldar onun mobil telefonuna zəng edərək qonağın kim olmasını və kimin evinə gəlməsini soruşmuşdur. O, Eldara qonağın onun bibisi oğlu olmasını, digər bibisi Kəmalənin evinə qonaq gəlməsini demişdir. Eldar ona Eşqini bir saat ərzində kənddən çıxarmalı olduğunu, əks halda “həmin şəxsi götürtdürəcəm”-demişdir. O da Eldara qonağı necə çıxardacağını demişdir. Eyni zamanda orada heç bir dava olmadığını bildirmişdir. Sadəcə sözlə mübahisə olmasını demiş və söhbətin başını buraxmağı xahiş etmişdir. Lakin Eldar onu dinləməyərək “mən sözümü dedim”-deyərək telefonu söndürmüşdür. Həmin vaxt bibisi Kəmalə onlara gəldiyində Eldarın zəngi barədə Kəmaləyə demiş və ürəyində narahatçılıq olduğundan dərmanlarını içərək yatmışdır. Qəfildən yolda bərk səs-küy, avtomobil səsləri eşitmiş, ürəyində bir qədər problem olduğundan ləng tərpənmiş, əynini geyinərək yola çıxdığında Eldarın avtomobilinin yüksək sürətlə oradan uzaqlaşdığını görmüşdür. Orada onların qonşuların hamısı yolda olmuşdur. O, nə hadisə baş verməsini soruşduqda bibisi Kəmalə ona Eldarıgilin bir neçə avtomobillə həmin yerə gəldiyini, Rəşadla Eşqini əllərində olan əşyalarla döydüklərini, Eşqinin də Eldarla Vasifi vuraraq xəsarət yetirdiyini demişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə həmkəndlisi və dostu olan Ruhinin ad günü olmuşdur. O da Ruhini təbrik etmək üçün Ruhinin yaşadığı evə getmişdir. Onlar ikisi oturub çörək yemiş, sonra tort kəsmiş, tortla çay içmişlər. Lakin spirtli içki içməmişlər. Saat təxminən 23 radələrində Ruhin özlərinə məxsus avtomobillə onu evə aparmaq üçün atasından icazə alaraq avtombili işə salmış və onlar birlikdə Rihingildən çıxmışlar. Onlar evə getdiyi zaman həmkəndlisi olan Feyruzgilin evin qarşısından keçdiyində bir nəfər tanımadığı şəxs Ruhinin avtomobilinə əl edərək saxlatmışdır. Ruhin avtomobili saxladıqda həmin şəxs Ruhin tərəfdən avtombilə yaxınlaşaraq Ruhinə maqnitafonun səsinin çox olmasına və küçədən çox keçdiyimə görə irad bildirmişdir. Ruhin isə cavabında maqnitafonun işləmədiyini, özlərinin isə yoldan birinci keçdiyini demişdir. Bundan sonra həmin şəxslə aralarında mübahisə yaranmışdır. O, həmin şəxsin əlində bıçaq olmasını görmüşdür. Həmin vaxt küçədə olan arvadlar və Feyruz onlara yaxınlaşaraq onları sakitləşdirib aralamış və onlara oradan getməyi demişlər. Ruhinlə o, avtomobilə oturaraq oradan uzaqlaşmışlar. Evinin yaxınlığında o, avtomobidən düşmüş və evə tərəf getməyə başlamışdır. Ruhin də öz evləri tərəfə getmişdir. Bu zaman anası ona zəng edərək harada olduğunu, atasının onun arxasınca evdən çıxdığını bildirmişdir. O da atasının həmin yerə gedəcəyini düşündüyündən piyada şəkildə Feyruzgilin evinin qarşısına getmşdir. O, Feyruzgilin evin qarşısına çatdığında Ruhin atası və anası ilə birlikdə oraya gəlmişdir. Onlar avtomobildən düşdüyündə yenidən orada mübahisə yaranmış, əvvəl onların avtomobili saxlayan şəxs onları bıçaqla hədələmişdir. Həmin vaxt atası oraya gəlmiş, ona acıqlanaraq onu avtomobilə oturtmuş, orada olan kimsəyə heç bir söz demədən, mübahisəyə qoşulamadan özü də avtomobilə oturub evə getmişdir. Atası onu evə düşürmüş, bir qədər evdə dayandıqdan sonra yenidən öz avtomobili ilə evdən çıxmışdır. Atası evdən çıxmazdan qabaq onun mobil telefonuna tanımadığı nömrədən zəng gəlmiş və onu tanımadığı şəxs hədələməyə başlamış, atası əlindən telefonu götürərək söndürmüşdür. O, həmin vaxt atasının haraya getməsini bilməmişdir. Bir qədər sonra onlarla qonşuluqda yaşayan əmisi Vasif onlara gəlmiş və anası ilə söhbət etdiyində anası baş verənləri əmisinə danışmışdır. Bundan sonra əmisi öz avtomobili ilə oradan getmişdir. O, Vasif əmisinin də haraya getməsini bilməmişdir. Bir qədər sonra isə o, anasından atasının və əmisinin həmin yerə getdiklərini, həmin şəxslə dalaşdıqlarını, həmin şəxsin isə atası ilə əmisi Vasifə bıçaqla xəsarət yetirdiyini, atasıgilin xəstəxanaya getdiklərini bilmişdir. Anasıgil xəstəxanaya getdiklərindən o, evi boş qoyaraq evdən çıxa bilməmişdir. Ona görə də atasıgil oraya gedərəkən orada kimlərin olmasını, atası ilə əmisinin hansı şəraitdə bıçaqlanmasını bilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onun kiçik qardaşlarıdır. 04 sentyabr 2022-ci il tarixdə saat 00:30 radələrində evdə olduğu zaman qardaşı Eldarın arvadı zəng edərək oğlu Yusifin kimlərləsə dalaşdığını bildirmişdir. O, narahat olduğundan tez idarə etdiyi Ford Konlek markalı avtomobilinə oturaraq Eldargil istiqamətində getməyə başlamışdır. O, yol getdiyi zaman bir uşağın qaça-qaça getməsini görmüşdür. O, avtomobili saxlayaraq uşaqdan hara getməsini soruşduqda həmin uşaq bir qədər aralıda dava olmasını bildirmişdir. O, artıq dava edənlərin qardaşları olmasını başa düşdüyündən həmin istiqamətə getməyə başlamışdır. X11 görmüş və Yusifi öz avtomobilinə oturtmuş, həmin istiqamətə getməyə başlamışdır. Yusifdən nə məsələ olmasını soruşduqda Yusif Əjdərin oğlu ilə avtomobillə getdikləri zaman kənddə Alvızın oğlanları və tanımadığı şəxsin avtomobilin qarşısını kəsərək hədə-qorxu gəldiklərini, “yoldan keçmə”-deyərək vurduğunu bildirmişdir. Həmin vaxt onlar artıq Alvızın evinin qarşısına çatmış və yolda çoxlu sayda adam olmasını görmüşdür. Lakin həmin vaxt onun qardaşları orada olmamışdır. O, Alvızın oğlanlarına irad bildirərək səs-küy salmış, lakin qadınlar olduğundan heç bir söyüş söyməmişdir. Bu zaman dalaşan uşaqların xalası Kəmalə gələrək ona dalaşmamağı bildirmişdir. O da Kəmaləyə dalaşmaq üçün gəlmədiyini demişdir. Bir nəfərin isə kənarda əlində bıçaqla danışmasını görmüş, lakin kim olmasını bilməmişdir. Həmin anda hardansa Vasif gəlmiş və Vasifin sinəsinin qan olmasını görmüş və ilk olaraq Vasifə nə olmasını başa düşməmişdir. Elə zənn etmişdir ki, Vasifin burnu qanamışdır. Lakin Vasif bıçaq vurulmasını bildirmişdir. Ona görə də Vasifə avtomobilə oturmasını demişdir. Həmin vaxt kənd arvadları onu əhatəyə aldığından Vasifin necə getməsini görməmişdir. Vasif getdikdən sonra ən kiçik qardaşı Elşən gələrək “vurublar, vurublar”-demişdir. O isə Elşənə kimsənin kimsəni vurmadığını demişdir. Elşən Vasifin üzərinin qanlı olmasını gördüyünü bildirmişdir. O, isə Vasifə avtomobilinə oturmasını bildirərək Vasifi özünün idarə etdiyi VAZ 2107 markalı avtomobilə oturdub oradan göndərmişdir. Bundan sonra orada kimsə qardaşların ikisinin bıçaqlandığını bildirmişdir. O, Eldara zəng edərək harada olmasını soruşduqda Eldar Şəmkir mərkəzi xəstəxanasında olduğunu və özünün də bıçaqlandığını bildirmişdir. Bundan sonra o, Eldarla Vasifin ikisinin də bıçaqlanmasını bilmişdir. O, xəstəxanaya getmək üçün oradan çıxıb Şəmkir rayonu istiqamətində getməyə başlamışdır. Bu zaman polis əməkdaşları ona zəng edərək dava baş verən yerin harada yerləşməsini soruşmuşlar. O, həmin yeri polis əməkdaşlarına izah edərək yenidən oraya qayıtmışdır. Orada olan şəxslər ondan nəyə görə geri gəlməsini soruşduqda o, davaya gəlmədiyini, polisin gəlib hər şeyi araşdıracağını bildirmişdir. Bu zaman avtomobilinə nəyinsə dəyməsini hiss etmişdir. Alvızın oğlunun yerə əyilərək daş götürməsini görmüşdür. Amma kimin avtomobilə nə vurmasını bilməmişdir. O da oradan çıxıb xəstəxana istiqamətində gedəndə qardaşlarını Gəncəyə xəstəxanalara aparıldığını eşitmiş və Gəncə şəhərinə getmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X7, X18 və X17 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis X27 Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 sentyabr 2022-ci il tarixdə saat təxminən 00 radələrində adının Eldar oğluduğunu bildiyi Şəmkir rayonu, Qaracəmirli kənd sakini onun mobil telefonuna zəng edərək bir nəfər tanımadığı şəxsin kənd ərazisində əlində bıçaqla onları hədələdiyini bildirmiş və həmin yerə gəlməyi ondan xahiş etmişdir. O da əməliyyat istintaq qrupu ilə Eldarın qeyd etdiyi yerə gələcəyini bildirmişdir. Həmin kənd Kür polis bölməsində bir qədər aralıda yerləşdiyindən təxminən 20 dəqiqə sonra kəndə yaxınlaşdığı zaman Eldarın mobil telefonuna zəng edərək hadisə yerini soruşduqda Eldar ona dava baş verdiyini və bıçaqla xəsarət aldığını bildirmişdir. O, əməliyyat istintaq qrupu ilə qeyd edilən yerə getdiyində orada küçədə bir neçə nəfər oğlanın olmasını görmüş və həmin şəxslər hadisənin həmin yerdə baş verdiyini, Eldar və onunla gələn qardaşının onlarla dalaşdığını bildirmiş və orada olan, adının sonrada Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs Eldar və qardaşına bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra onlar orada olan şübhəli şəxsləri Kür polis bölməsinə gətirmiş və polis bölməsinin növbətçi hissəsində gətirilən şəxslərin üzərinə üst baxış keçirilərkən Təqsirləndirilən şəxs şalvarının belindən bir ədəd qatlanan cib bıçağı aşkar olunaraq götürülmüşdür. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid1 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, faktiki olaraq Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən “Lion Garden” restoranında ofisiant kimi işləyir və həmin restoranda yaşayır. “Lion Garden” restoranında fəhlə kimi işləyən Emin adlı şəxs və restorana müştəri kimi gələn Eşqin adlı şəxsi tanıyır, onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 23 avqust 2022-ci il tarixdə səhər saat 10 radələrində restoranda ofisiant yoldaşı Ceyhunla restoranın içərisində işlədiyi zaman səsküy olmasını eşitmiş və həmin vaxt Eminin çölə çıxdığını görmüşdür. Onlar isə çölə çıxmamışlar. Bir az sonra isə o, dava-dalaş səsi eşidərək səsin haradan gəldiyinə baxmaq üçün çölə çıxdığında restoranda fəhlə kimi işləyən Emin adlı şəxsin başının qanın içərisində olduğunu görmüş və hadisədən qorxduğu üçün tez içəri keçmişdir. Həmin vaxt Eminə kimin xəsarət yetirdiyini bilməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 04 sentyabr 2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bıçaqla vuraraq xəsarət yetirdiyi Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən və X3 məxsus evin qarşı tərəfinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 24 avqust 2022-ci il tarixli 610 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: başın sol gicgah nahiyyəsinin kəsilmiş yarası, sağ gözətrafı nahiyənin qançırı, alt dodağın selikli qişasının əzilmiş yarası, sol əlin İİ barmağının səthi kəsilmiş yarası. Göstərilən xəsarətlərdən başın sol gicgah nahiyyəsinin kəsilmiş yarası və sol əlin İİ barmağının səthi kəsilmiş yarası deşici kəsici ələt (əşya) ola bilsin bıçaq təsirindən, sağ gözətrafı nahiyyənin qançırı və alt dodağın selikli qişasının əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X24 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə törənmələri mümükündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 13 sentyabr 2022-ci il tarixli 1081 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: döş qəfəsinin sağ arxa yan səthinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici kəsici ələtlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdr, yetirilmə müddəti 04 sentyabr 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin sağ arxa yan səthinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 13 sentyabr 2022-ci il tarixli 1082 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: döş qəfəsinin ön səthinin sol yarısının daxilə keçməyən iki ədəd deşilmiş kəsilmiş yarası deşici kəsici alətlə ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, sol dirsək oynağının arxa shəthinin sıyrığı isə küt əşyanın təsirindən törənmişdir, törənmə müddətləri 04 sentyabr 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin ön səthinin sol yarısının daxilə keçməyən iki ədəd deşilmiş kəsilmiş yarası həm ayrı ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sol dirsək oynağının arxa səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan kompleks məhkəmə trasoloji və ballistik ekspertizasının 25 noyabr 2022-ci il tarixli 16/1303/1304 nömrəli rəyindən görünür ki; İ. - Tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. İİ. - Təqdim təqdim olunan Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş köynəyin səthində olan “a”, “b” zədələri və Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş köynəyin səthində olan “c”, “d” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarların üzərindəki zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. İİİ. - Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patolofi Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il tarixli 1081, 1082 saylı ekspert rəylərində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş köynəyin səthində olan “a”, “b” zədələri və Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş köynəyin səthində olan “c”, “d” zədələri müqayisə edildi və müəyyən oldu ki, Zərərçəkmiş şəxs2 bədənində yerləşən “döş qəfəsinin sağ arxa — yan səthinin daxilə keçməyən bir ədəd deşilmiş kəsilmiş yarası”, Zərərçəkmiş şəxs3 bədənində yerləşən “döş qəfəsinin ön səthinin sol yarısının daxilə keçməyən iki ədəd deşilmiş kəsilmiş yaraları” xəsarətləri ilə yuxarıda qeyd edilən zədələr yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni yuxarıda qeyd edilən zədələr və xəsarətlər üst üstə düşür. Cinayət işinin materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(002)164/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 09 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Ədliyyə Nazilriyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021– ci il tarixli Qərarının 2.4–cü bəndinə əsasən ona təyin edilmiş cəzadan azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və Bakı şəhəri Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən ayrı-ayrılıqdan yazılmış ərizələrdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilmiş, onlar təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək təkrarən xuliqanlıq və qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirmə cinayət əməllərini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayət olmaqla, bilavasitə ictimai təhlükəsizlik əleyhinə olan bir başa qəsdən törədilən, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayət olmaqla, ictimai qayda, cəmiyyətin mənafeləri, vətəndaşların həyatı və sağlamlığı əleyhinə olan qərəzli hərəkətlərlə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini və onlarla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təkrar cinayət törətməsini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulan hədlərdə, hər bir cinayətə görə ayrılıqda azadlıqdan məhrum etmə cəzası təyin olunmasını, həmin Məcəllənin 66.2-ci maddəsində nəzərdə tutulan qaydada təyin olunmuş cəzaların qismən toplanmasını və ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı cinayət işinin materiallarında olan 08 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsi tutma barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07 ay 11 gün müddətə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 07 ay 11 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə və ev dustaqlığında saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Bununla yanaşı, təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın real çəkilməli olub-olmaması məsələsinə gəldikdə məhkəmə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, eləcə də ona təyin olunacaq cəzanı çəkmədən də islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsini və təyin ediləcək cəzanın çərti hesab edilməsini qanuni, eləcə də, ədalətli hesab edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra əməlinin ictimai təhlükəli xarakterini dərk edərək, zərəçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş, onlarla razılıq əldə etmiş, törətdiyi əmələ görə peşman olduğunu bildirmiş, bununla da o, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra öz hərəkətləri ilə islah olunduğunu sübut etmişdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə qanunun yuxarıda qeyd olunan göstərişinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq və Zərərçəkmiş şəxs3 hadisə yerinə gətirdiyi, X9 istintaqa təqdim etdiyi, üzərinə qara rəngli yapışqanlı lent dolanmış plastik boru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs2 hadisə baş verən vaxt əynində olmuş bir ədəd qısaqol köynək və Zərərçəkmiş şəxs3 hadisə baş verən zaman əynində olmuş bir ədəd qısaqol köynək qanuni sahiblərinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 63 manat manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və CM-nin 221.3-cü maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 02 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən 19 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 07 ay 11 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 02 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq və Zərərçəkmiş şəxs3 hadisə yerinə gətirdiyi, X9 istintaqa təqdim etdiyi, üzərinə qara rəngli yapışqanlı lent dolanmış plastik boru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Zərərçəkmiş şəxs2 hadisə baş verən vaxt əynində olmuş bir ədəd qısaqol köynək qanuni sahibi Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 hadisə baş verən zaman əynində olmuş bir ədəd qısaqol köynək qanuni sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar