Məhkəmə qərarları › İş №1(076)-50/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-50/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-50/2025 09.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən şəxsin müdafiəçisi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili X5, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1963-cü ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, 2022-ci ilin may ayında istintaqa məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən su kəhrizinin kənarından yabanı halda bitmiş çətənə kolunun yarpaqlarını yığaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında ” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq edib üzərində saxlamaqla Şəmkir rayonu Çinarlı qəsəbəsinə daşımış, 22 noyabr 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən arvadı Şahid1 Məmmədalı qzının yaşadığı evdən ona məxsus qızıl zinət əşyalarının oğurlanması haqqında müraciəti əsasında baxış keçirilən zaman yaşadığı evdə yataq otağında çarpayının altında olan yaşıl rəngli çantanın içərisində sellofan paketdə 1 (bir) ədəd ağ polietilen paketdə, təmiz çəkisi 40 qram, 1 (bir) ədəd şəffaf polietilen paketdəki təmiz çəkisi 23 qram, 2 (iki) ədəd ağ kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5.09 qram, 7.76 qram, 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,61 qram, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0.53 qram 1 (bir) ədəd sarı rəngli kağız bükümdə tütünlə birlikdə təmiz çəkisi 0,33 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,32 qram ümumi təmiz çəkisi 77.31 qram olan qram, xeyli miqdarda çətənə ( kanabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. Heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. 2022-ci ilin may ayında yaşadığı Çinarlı qəsəbəsindəki su kəhrizinin yanında gəzərkən yolun kənarında yabanı halda bitmiş çətənə kolu görmüş, kolu dibindən çıxararaq şəxsi istifadə etmək üçün yaşadığı evin həyətində olan mal tövləsinin çardağında qurutmuş, sonra isə qurudulmuş marixuananı bükümlərə bükub yaşadığı evdə olan çantanın içərisində sellofan bükümlər formasında saxlamışdır. O, ürəyindən müalicə almaq üçün 2022-ci ilin iyul ayında Moskva şəhərinə getmişdir. Evində olan çantanın içərisində büküm formasında olan marixuanadan onun ailə üzvlərindən heç kəsin xəbəri olmamışdır. 22 noyabr 2022-ci ildə mərhum arvadının DİN-nin 102 xidmətinə müraciətindən sonra sellofan bükümlərdə olan marixuana yaşadığı evdə olan çantanın içərisindən aşkar edilərək götürülmüşdür. O, heç vaxt narkotik vasitənin alqı satqısı ilə məşğul olmamış, evindən aşkar edilmiş bükümləri şəxsi istifadəsi üçün saxlamışdır. Hazırda əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 22 noyabr 2022-ci il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayan X3 DİN 102 zəng xidmətinə zəng edərək yaşadıqları evdən 10000 manat dəyərində qızıl zinət əşyalarının yaşadıqları evdən oğurlandığını bildirmişdir. Əməliyyat istintaq qrupunun üzvləri ilə Nurlan Musayevin yaşadığı Şəmkir rayonu Çinarlı qəsəbəsində getmişlər. Nurlan Musayevin anası Şahid1 ərizə ilə müraciət edərək yaşayış evindən qızıl zinət əşyalarının oğurlanmasını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, təhqiqatcı Elnur Sadıqov hal şahidlərinin iştirakı ilə Esmira Musayevin fərdi yaşayış evinə baxış keçirən zamanı fərdi yaşayış evinin yataq otağında olan çarpayının altında olan çantanın içərisindən narkotik vasitə hesab olunan mariuxuanaya bənzər kütlə və toxumlar aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə hal şahidlərinin iştirakı ilə çəkilmiş, Şahid1 marixunanın kimə məxsus olması soruşulduqda o, əri Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 və Şahid4 Cəmalləddin oğlu da şahid X7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 oğlu ifadəsində göstərdi ki, Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayır. Şəmkir rayon Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs tanıyır. Onunla heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi yoxdur. 22 noyabr 2022-ci il tarixdə yaşadığı ünvanda olarkən polis əməkdaşı onu Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirəcəklərini bildirdikdən sonra hal şahidi kimi iştirak etmək üçün onu Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə dəvət etmişlər. Mərdanın evinin həyətinə daxil olduqda ona bildirmişlər ki, Təqsirləndirilən şəxs övladı Nurlan Musayev DİN-nin 102 xidmətinə zəng edərək yaşadıqları evdən 10000 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığı barədə məlumat vermişdir. Onun, digər hal şahidi və Nurlanın anası Şahid1 iştirakı ilə fərdi yaşayış evinə baxış keçirilməyə başlamışlar. Evinin yataq otağında olan çarpayının altında olan çantanın içərisindən yaşıl rəngdə kütlə və toxumlar aşkar edilmişdir. Həmin kütlələrə elektron tərəzidə hal şahidlərinin iştirakı ilə çəkilmişdir. Şahid1 yaşıl rəngdə olan kütlənin marixuna olduğunu, əri Təqsirləndirilən şəxs məxsus olmasını bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Baxış keçirilməsi barədə” 22 noyabr 2022–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 22 noyabr 2022-ci il tarixdə Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Elnur Sadıqovun tərəfindən X8 rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 Məmmədalı qızının yaşadığı evdən ümumi çəkisi 1 (bir) ədəd ağ polietilen paketdə, təmiz çəkisi 40 qram, 1 (bir) ədəd şəffaf polietilen paketdəki təmiz çəkisi 23 qram, 2 (iki) ədəd ağ kağız bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 5.09 qram, 7.76 qram, 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,61 qram, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0.53 qram 1 (bir) ədəd sarı rəngli kağız bükümdə tütünlə birlikdə ümumi təmiz çəkisi 0,33 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,32 qram ümumi təmiz çəkisi 77.31 qram qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 22 noyabr 2022-ci il tarixli, 16/1313 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Şahid1 Məmmədalı qızının fərdi yaşayış evindən otaqların birində aşkar edilən qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ polietilen paketdə, təmiz çəkisi 40 qram, 1 (bir) ədəd şəffaf polietilen paketdəki təmiz çəkisi 23 qram, 2 (iki) ədəd ağ kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5.09 qram, 7.76 qram, 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,61 qram, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0.53 qram 1 (bir) ədəd sarı rəngli kağız bükümdə tütünlə birlikdə təmiz çəkisi 0,33 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,32 qram ümumi təmiz çəkisi 77.31 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan-qurudulmuş marixuanadırlar, 1 (bir) ədəd sarı kağız bükümdə, təmiz çəkisi 0,25 qram olan bitki toxumları narkotik tərkibli çətənə bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponetlər yoxdur. Cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 09 avqust 2024-cü il tarixli, 1330 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nın Çinarlı qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxsna təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdırılan halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmadan, ona Azərbaycan Respublikası CM–in 234.1– ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00– dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “Axtarışda olmuş şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdə 01 gün tutulmuşdur. Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs tutulduğu 01 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 02 gün müddət təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası CM-nin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilməli, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Bundna başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyşdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Şəmkir RPŞ–də saxlanılan 77,17 qram qurudulmuş marixuana məhv edilməli, bundan başqa, Təqsirləndirilən şəxs qismində dindirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanmalı, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60,80 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22), hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–nin 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olan və Şəmkir RPŞ–də saxlanılan 77,17 qram qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs qismində dindirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altmış manat səksən qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar