Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-51/2024 04.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən əkin sahəsində yabanı halda bitmiş çətənə kollarının yarpaqlarını yığıb toplamaqla qurutduğu “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005- ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir rayonu, Mahmudlu kəndinə daşımış, Şəmkir rayon X11 Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 16 avqust 2023- cü il tarixdə, saat 21 radələrində Şəmkir rayonu, Mahmudlu kəndində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon X11 Polis bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarın sol yan cibindən, qara sellofana bükülüdə, şəxsi istehlak miqdarından artıq 21,64 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə marixuanadan istifadə etmişdir. O, 14 avqust 2023-cü il tarixdə yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində olan zaman sahibsiz boş ərazidə marixuana kollarının olduğunu görmüş, həmin kolardan bir neçə yarpaq götürüb üzərində saxlamışdır. Sonradan o, yaşadığı evdə heç kim olmayan zaman həmin yarpaqları çaydanın üzərində qurudub istifadəyə yararlı hala gətirmişdir. O, həmin marixuananı evdə heç kimin görməməsi üçün üzərində daşımış, 16 avqust 2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən çayxananın qarşısında olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərkən, ona özünü şübhəli apardığını bildirib Şəmkir rayon X11 Polis bölməsinə gətirmişlər. Şəmkir rayon X11 Polis bölməsində ona vəkil təyin olunmuş o, şübhəli şəxs kimi tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli cins şalvarın sol yan cibində olan öz şəxsi istifadəsi üçün üzərində daşıdığı marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, qara sellofana bükülmüş vəziyyətdə olan həmin marixuana elektron tərəzidə çəkilmiş, çəkisi sellofan ilə birlikdə 23.10 qram təşkil etmişdir. Həmin büküm qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. O, verilən sualları cavablandırarkən, narkotik vasitə marixuana istifadəçisi olmasını, bu səbəbdən də üzərində gəzdirməsini, üzərindən aşkar edilən narkotik vasitəni yaşadığı kənddə olan kollardan yığıb qurutmasını, həmin narkotik vasitəni satmaq niyyətinin olmamasını, üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı heç kimə deməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilməmişdir. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayon X11 Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayonu, Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar tanıyır. 16 avqust 2023-cü il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələri saxlanması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün onun tərəfindən Şəmkir rayon X11 Polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir rayon X11 Polis bölməsinin polis sahə rəisi, polis leytenantı Şahid2, Şəmkir rayon X11 Polis bölməsinin sahənin polis nəfəri, polis serjantı Şahid3, Şəmkir rayon X11 Polis bölməsinin sahənin polis nəfəri, polis baş serjantı Şahid4 və ondan ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Mahmudlu kəndində gedilərək Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Şəmkir rayon X11 Polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayon X11 Polis bölməsinə çağırılmış vəkilin və Şəmkir rayon X7 bölməsinin təhqiqatçısı, polis kapitanı X4 iştirakları ilə şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara selofanda büküm aşkar edilərək 23.10 qram narkotik vasitə olan marixuana götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində boş sahədən yığıaraq əldə etməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəmkir rayon X11 Polis bölməsinin polis sahə rəisi vəzifəsində xidmət edir. Şəmkir rayonu, Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar tanıyır. 16 avqust 2023-cü il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələri saxlanması barədə Şəmkir rayon X11 Polis bölməsinin Cinayət Axtarış Üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün əməliyyat müvəkkili Şahid1 tərəfindən Şəmkir rayon X11 Polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir rayon X11 Polis bölməsinin Cinayət Axtarış Üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1, Şəmkir rayon X11 Polis bölməsinin sahənin polis nəfəri, polis serjantı Şahid3, Şəmkir rayon X11 Polis bölməsinin sahənin polis nəfəri, polis baş serjantı Şahid4 və ondan ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Mahmudlu kəndində gedilərək Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Şəmkir rayon X11 Polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayon X11 Polis bölməsinə çağırılmış vəkilin və Şəmkir rayon X7 bölməsinin təhqiqatçısı, polis kapitanı X4 iştirakları ilə şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara selofanda büküm aşkar edilərək 23.10 qram narkotik vasitə olan marixuana götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində boş sahədən yığıaraq əldə etməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, 16 avqust 2023-cü il tarixdə, saat 21:35-də Təqsirləndirilən şəxs Şəmkir rayon X7 bölməsinin baş təhqiqatçısı, polis mayoru Asəf Musayev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq Şəmkir rayon X6 Saxlama Yerinə təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Şəmkir rayonu Mahmudlu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs, müdafiəçisi X5 iştirakı ilə 16 avqust 2023-cü il tarixdə Şəmkir rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitəni qanunsuz saxlamaqda şübhəli bilinərək Şəmkir şəhəri Mahmudlu kəndinin mərkəzində yerləşən çayxananaın qarşısında saxlanılaraq Şəmkir rayon X11 Polis Bölməsinə gətirilmiş və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olubolmadığı soruşulub, əgər varsa təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən qara rəngli sellofana bükülınüş bükümü təqdim etdi. Həmin büküm açılan zaman içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edildi. Daha sonra aşkar edilmiş kütlə büküldüyü sellofanla birlikdə tərəzidə çəkilən zaman 23,10 qram kütlə təşkil etdi. Həmin kütlə zərfə qoyularaq ekspertiza üçün qablaşdırıldı və DİN-nin 117 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarışda iştirak edən Təqsirləndirilən şəxs narkotik vasitəni iki gün əvvəl yaşadığı ərazinin yaxınlığında olan sahədən yığdığını, istifadə etmək üçün üzərində saxlamasını bildirdi. Bundan sonra polis əməkdaşının iştirakı ilə onun üzərinə şəxsi axtarış aparıldı, Təqsirləndirilən şəxs üzərindən bir qutu Pall markalı siqareti və bir ədəd alışqandan başqa əlavə narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən bir qutu Pall markalı siqareti və bir ədəd alışqanı iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı. Şəxsi axtarış zamanı videoçəkilişdən başqa fotoşəkillər çəkildi. Bununla da şəxsi axtarış başa çatdı. Cinayət işi üzrə təyin olunmuş məhkəmə bioloji ekspertizasının 17 avqust 2023- cü il tarixli 16/823 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara sellofan bükümündə təmiz çəkisi 21,64 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarından görünr ki, 16 avqust 2023-cü il tarixdə üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 21,62 qram narkotik vasitə olan marixuana və şəxsi axtarışın video çəkilişinin yazıldığı 1 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməli, narkotik vasitə olan marixuana saxlanılması üçün Şəmkir rayon Polis Şöbəsinə məsul saxlanca verilməsi nəzərə alınmalıdır. Cinayət işi 17 avqust 2023-cü il tarixdə istintaq aparılması üçün aidiyyəti üzrə Şəmkir rayon X8 bölməsinə göndərilmiş və həmin tarixdə istintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı Elşən Məmmədov tərəfindən icraata qəbul edilməklə istintaq aparılmışdır. 18 avqust 2023-cü il tarixdə törətdiyi cinayət əməli kifayət qədər sübutlarla təsdiq olunduğundan Təqsirləndirilən şəxs istintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı Elşən Məmmədov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. 18 avqust 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün Şəmkir rayon Məhkəməsinə təqdimat verilmiş, lakin Şəmkir rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli, 4(076)-177/2023 nömrəli qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Şəmkir rayon X8 bölməsinin sabiq müstəntiqi, polis kapitanı Elşən Məmmədov tərəfindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 04 noyabr 2023-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən boş sahədən tapdığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və 04 noyabr 2023-cü il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 26 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 10 oktyabr 2023-cü il tarixdə Şəmkir rayon Polis Şöbəsinin sabiq müstəntiqi Elşən Məmmədovun xidməti iş yerinin dəyişidirilməsi ilə əlaqədar olaraq cinayət işi üzrə istintaqın davam etdirilməsi Elşən Əmiraslanova həvalə edilmiş və həmin tarixdə icraata qəbul edilməklə istintaqı aparılır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 18 oktyabr 2023-cü il tarixli, 1714 saylı rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Şəmkir Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 383 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. İşdə olan Şəmkir rayon Mahmudlu kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla anası ilə birlikdə yaşayır. İşdə olan Şəmkir rayon Mahmudlu kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi, həmçinin yaşadığı yer üzrə mənfi xarakterizə edilməsini nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə tutulduğu iki günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə, yaşadığı və işlədiyi Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalı, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21.62 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə qeydiyyatda alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21.62 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-51/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-51/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver