Məhkəmə qərarları › İş №1(076)-51/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-51/2025

19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-51/2025 19.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1953-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayon, Düyərli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə, xx.xx.1960-cı il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayon, Yeni-Həyat kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, m üə y y ə n e t d i : Təqsirləndirilən şəxs1 tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Yeni-Həyat kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Şəmkir rayonu, Yeni-Həyat kənd sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq sonuncunun X4nun ona borclu olduğu 400000 (dörd yüz min) manat pulun geri qaytarılmasına dair tələbi əsasında baxılıb iddiasının qismən, yəni 100000 (bir yüz min) manat təmin edilməsinə dair Şəmkir rayon Məhkəməsində iddiaçı olduğu mülki iş üzrə Məhkəmənin 2(076)-189/2021 saylı, 29 aprel 2021-ci tarixli qətnaməsinin Gəncə Apellyasiya Məhkəməsində ləğv edilərək onun xeyrinə yeni qətnamə çıxarılacağına köməklik göstərəcəyinə dair yalandan vədlər verərək onu aldadıb 2021-ci ilin iyun ayının sonlarından 2021-ci ilin iyul ayının əvvələrinə kimi olan müddət ərzində istintaqa dəqiq məlum olmayan müxtəlif tarixlərdə hissə-hissə olmaqla vahid niyyətlə Şəmkir şəhəri, Heydər Əliyev prospektində icarəyə götürdüyü ofisdə ilkin olaraq 7500 (yeddi min beş yüz) manat, bir həftə sonra yenidən 7500 (yeddi min beş yüz) manat, bir həftə sonra isə əlavə olaraq 1000 (bir min) manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 16000 (on altı min) manat məbləğində, xeyli miqdarda pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu Yeni-Həyat kənd sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq sonuncunun X4nun ona borclu olduğu 400000 (dörd yüz min) manat pulun geri qaytarılmasına dair tələbi əsasında Şəmkir rayon Məhkəməsində baxılan 2(076)-189/2021 saylı mülki iş üzrə qətnamənin onun xeyrinə çıxarılaçağına köməklik göstərilməsinə dair yalandan vədlər verərək onu aldadıb 2020-ci ilin dekabr ayının sonlarından 29 aprel 2021-cü ilin tarixədək olan müddətdə istintaqa məlum olmayan müxtəlif tarixlərdə hissə-hissə olmaqla vahid niyyətlə, Şəmkir rayonu Yeni Həyat kəndində yerləşən fərdi yaşayış evində və rayon mərkəzində ilk öncə 2000 (iki min) manat, sonradan hissə-hissə olmaqla 15000 (on beş min) manat, yekunda isə 3500 (üç min beş yüz) manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 20500 (iyirmi min beş yüz) manat məbləğində, xeyli miqdarda pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Şəmkir rayonu, Yeni-Həyat kənd sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq sonuncunun X4nun ona borclu olduğu 400000 (dörd yüz min) manat pulun geri qaytarılmasına dair tələbi əsasında baxılıb iddiasının qismən, yəni 100000 (bir yüz min) manat təmin edilməsinə dair Şəmkir rayon Məhkəməsində iddiaçı olduğu mülki iş üzrə Məhkəmənin 2(076)-189/2021 saylı, 29 aprel 2021-ci tarixli qətnaməsinin Gəncə Apellyasiya Məhkəməsində ləğv edilərək onun xeyrinə yeni qətnamə çıxarılacağına köməklik göstərəcəyinə dair yalandan vədlər verərək onu aldadıb 2021-ci ilin iyun ayının sonlarından 2021-ci ilin iyul ayının əvvələrinə kimi olan müddət ərzində istintaqa dəqiq məlum olmayan müxtəlif tarixlərdə hissə-hissə olmaqla vahid niyyətlə Şəmkir şəhəri, Heydər Əliyev prospektində Təqsirləndirilən şəxs1 icarəyə götürdüyü ofisdə ilkin olaraq 7500 (yeddi min beş yüz) manat, bir həftə sonra yenidən 7500 (yeddi min beş yüz) manat, bir həftə sonra isə əlavə olaraq 1000 (bir min) manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 16000 (on altı min) manat məbləğində, xeyli miqdarda pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bununlada Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərini törətməsi Təqsirləndirilən şəxs2 etirafedici ifadəsi, Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, eləcə də cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı digər sübutlarla tam təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək törətdiyi cinayət əməllərini etiraf etmiş ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Düyərli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Şəmkir rayon, Hüquq məsləhətxanasının rəhbəri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxs Şəmkir rayonu, Yeni-Həyat kəndində yaşayan Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımışdır. Şəmkir şəhəri, S.Vurğun küçəsində özünə məxsus Hüquq məsləhətxanası var. 2021-ci ilin iyun ayında Təqsirləndirilən şəxs2 bir nəfər şəxslə onun ofisinə gəldiyini görmüş, sonradan həmin şəxsin Şəmkir rayon sakini Emin olduğunu bilmişdir. Emin və İsrayıl onun yanına gəlməsinin məqsədi Eminə vurulan ziyanla bağlı Şəmkir rayon məhkəməsinin çıxarmış olduğu qərarından Apelliyasiya məhkəməsinə şikayət yazmaq olmuş, o, Eminə hüquq xidməti göstərib Gəncə Apelliyasiya məhkəməsinə şikayət ərizəsi yazmışdır. Həmin ərizədə Şəmkir rayon məhkəməsinin Eminə vurulan ziyanlığından, nə üçün 100 min manat qərar qəbul edilməsinə dair o, Eminə şikayət ərizəsi yazaraq çıxıb getmişlər. Həmin vaxt Emin və İsrayıl ona Gəncə Apelliyasiya məhkəməsində tanış adam olub-olmamasını soruşanda o, Eminə tanış adam oduğunu, adının Şahin olduğunu və mobil nömrəsini vermiş, ondan telefon nömrəsini və ərizəni alaraq çıxıb getmişlər. Şahin adlı şəxs özünü ona hüquq müdafiəçisi kimi tanıtmışdır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Yeni-Həyat kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 tanıyır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Zərərçəkmiş şəxsla həmkəndli kimi münasibəti yaxşı olmuş, aralarında heç bir narazılıq və ədavət olmamışdır. Zərərçəkmiş şəxs ona Şəmkir rayon Məhkəməsində xeyrinə qərar çıxması üçün 20,500 manat pul verməmişdir. Həmin müraciəti şər böhatan xarakterlidir. O, Zərərçəkmiş şəxs heç bir pul almamış, Eminin Asif adlı şəxslə arasında olan pul məsələsi ilə bağlı Zərərçəkmiş şəxs iddia ərizəsi yazmış, lakin Zərərçəkmiş şəxs kimə bu məsələ ilə bağlı pul verməsi haqqında məlumatı yoxdur. Zərərçəkmiş şəxs Asiflə bağlı olan pul məsələsində olan tələbi ilə bağlı iddia ərizəsi yazdığı üçün Zərərçəkmiş şəxs bunu müqabilində onun yaşadığı evə 50 manatlıq bazarlıq etmişdir. 29 aprel 2021-ci il tarixdə Şəmkir rayon Məhkəməsinin qətnaməsinə əsasən Zərərçəkmiş şəxs iddiasından 100 min manat etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Gəncə Appelasiya Məhkəməsinə qətnamədən şikayət verilməsi üçün adam tapmağa köməklik etməyi xahiş etmişdir. Həmin vaxtı onlar birlikdə Təqsirləndirilən şəxs1 ofisinə getmişlər. Orada Təqsirləndirilən şəxs1 Gəncə Apellasiya Məhkəməsinə qətnaməsindən şikayət yazmaqda Zərərçəkmiş şəxs köməklik etmişdir. Bundan sonra o, Gəncə Apellasiya Məhkəməsində işin haları haqqında məlumat almamışdır. Sonradan məlum olmuşdur ki, Gəncə Apellasiya Məhkəməsində qətnaməsində 30 min təmin edilərək təmin edilmiş 100 min 70 min aşağı salınmış, bundan sonra Zərərçəkmiş şəxs ona bildirmişdir ki, bu işin alınmasına görə Təqsirləndirilən şəxs1 ümumilikdə 16 min manat pul vermişdir. Təqsirləndirilən şəxs1 pulunu almaq üçün Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət etməmişdən 2-3 gün əvvəl onlara gələrək evin qarşısında onunla söhbət edərək yalandan şahid durmağını, arasında hörmət və münasibəti olduğu üçün o, Emin söz vermişdir ki, Şəmkir rayon polis şöbəsinə müraciət etdikdən sonra onun Təqsirləndirilən şəxs1 16 min manat pulunun verilməsi barədə yalandan şahidlik edəcəyi barədə söz vermişdir. Eminlə birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmişlər və polis şöbəsində Emin öz izahatında onun adından yalandan danışaraq guya Təqsirləndirilən şəxs1 müxtəlif vaxtlarda pul verən zaman o da onların yanında olmuşdur. Lakin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs pul verdiyini görməmiş, nədəki onun yanında Rövşənə pul verməmişdir. Həmçinin Zərərçəkmiş şəxs rayon polis şöbəsinə ərizə ilə müraciət etdikdən 2 gün sonra onlara gələrək onunla görüşmüş və evin qarşına çıxaraq söhbət edən zaman o, Zərərçəkmiş şəxs səhv etdiyini və şahidlik etməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ona bildirmişdir ki, şahid durma gör aqibəti necə olur deyərək çıxıb getmişdir. İstintaq dövründə ona məlum olmuşur ki, Zərərçəkmiş şəxs Ali məhkəmədə işin onun xeyrinə həll olunması üçün Şahid2 ümumilikdə 15 min manat pul verməsini bildirmişdir. Lakin o, həmin pul verilməsində iştirak etməmişdir. Nədə ki, pulun verilməsini görməmişdir. Şahid2la Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 tanış etmişdir. Gəncə Appellasiya Məhkəməsinə Təqsirləndirilən şəxs1 ərizə yazdıqda ərizəni yazaraq işlərini həllində köməklik etməsi üçün Şahid2 nömrəsini vermişdir. Sonrası haqqında Təqsirləndirilən şəxs1 nədə o, bu işin gedişatı ilə bağlı maraqlanmamışdır. Həmçinin əlavə olaraq bildimişdir ki, Şahid2 ona qarşı dələduzluq etmişdir. Həmin ona vurduğu ziyanla bağlı Gəncə şəhər BPİ-də cinayət işi başlanmış həmin ziyanlıqla bağlı o, zərər çərkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödəməsini və barışmasını nəzərə alaraq ona yüngül cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Yeni-Həyat kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, 2018-ci ilin fevral-mart ayında Rusiya Federasiyasında olan zaman sənədi düz olmadığı üçün məhkmə qərarı ilə həbs edilmişdir. X4 ona bildirmişdir ki, sənin adına xeyli miqdarda pul olduğundan sənin Rusiya Fedarasiyasından çıxmağında problem yaranacaq sən həmin pulları etibarnamə ilə verilməsini istəmişdir. O da bu məqsəd ilə hissə-hissə ümumilikdə 400 min manata yaxın pulu Asif Süleymanova vermişdir. Daha sonra o, Asifdən pulunu ala bilməmişdir. Bununla bağlı olaraq o, Azərbaycan Respublikasına gələn zaman tanışı Təqsirləndirilən şəxs2 köməklik etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun Şəmkir rayonunda olan hüquq mühafizə orqanlarında olan polisdə və prokurorluqda həmçinin Şəmkir rayon Məhkəməsində olan tanışları vasitəsi ilə Asif Süleymanov barəsində cinayət işi başlatmaqla pulunu geri ödətdirəcəyini buna görədə Şəmkir rayon Məhkməsinə xərci çıxacağını bildirmiş, o da Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşmıışdır. O, 2020-ci ilin mart ayının əvvəllərində Şəmkir RPŞ-nin TB-nin sabiq rəisi Anar Gözəlovun adı ilə 2000 manat pulu Şəmkir RPŞ-nin inzibati binasının qarşısında ondan alaraq Anar Gözəlova verəcəyini bildirmiş, həmin pulu müqabilində guya ki, Anar Gözəlovun göstərişi əsasında cinayət işi başlanacaqdı, lakin İsrayıl verdiyi sözə əməl etməmiş, bundan sonra İsrayıl bildirmişdir ki, cinayət işinin başlanması rədd edilməsi haqaqında olan qərarı əsasında Şəmkir rayon Məhkəməsində 400 min manatla bağlı idia ərizəsi vermiş, idia ərizəsi ilə bağlı Şəmkir rayon Məhkəməsində işin onun xeyrinə həll olunması ilə bağlı İsrayıl ondan 15000 manatı pulu 2020-ci ilin dekabr aynın sonlarından qətnamə çıxana kimi yəni 29 aprel 2021-ci il tarixə kimi olan müddət ərzində nağd şəkildə yaşadığı Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən fərdi yaşayış evində almış, həmçinin ondan ümumilikdə 3500 manata pul miqdarında bazarlıqlar elətdirərək öz yaşadığı evə həmin bazarlıqları gətizdirmiş, gətizdirdiyi bazarlıqları guya ki, Şəmkir rayon Məhkəməsinin sədrinə verəcəyini bildirmişdir. 29 aprel 2021-ci il tarixdə Şəmkir rayon Məhkəməsinin qərarı ilə 400000 manat pulun qarşlığında 100000 manat pul Asif Süleymanovun ona ödəyəcəyi ilə bağlı qərar qəbul edilmişdir. O, məhkəmənin qəbul etmiş qərarı ilə razılaşmamışdır. İsrayıl ona bildirmişdir ki, 20500 manat vurmuş olduğu maddi ziyanı geri qaytaracaq həmçinin X2 xeyrinə həll olunacağını üçün köməklik etdirəcək şəxs tapacağını bildirmişdir. Bundan sonra İsrayıl Təqsirləndirilən şəxs1 adlı şəxsi taparaq ona bildirmişdir ki, həmin şəxs onun tanışıdır. Təqsirləndirilən şəxs1 ilk görüşü Şəmkir şəhərində yerləşən ofisində olmuş, görüş zamanı Rövşən bildirmişdir ki, dostu var, Gəncə Apellyasiya məhkəməsində işləyir, ona köməklik edəcək, ancaq pulun məbləğ çox olduğundan 16000 manat pul qətnamənin onun xeyrinə həll olunması üçün tələb etmişdir. O, Təqsirləndirilən şəxs1 tələbi ilə razılaşaraq birinci dəfə olaraq 2021-ci ilin iyun ayının sonlarında Şəmkir şəhəri, H,Əliyev prospektində yerləşən ofisdə həmkəndlisi Təqsirləndirilən şəxs2 yanında Təqsirləndirilən şəxs1 7500 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 isə ona söz vermişdir ki, Şəmkir rayon məhkəməsinin qərarından apelliyasiya şikayəti verəcək, həmin qərada gösərilən 100.000 manat pulun məbləğini 400 min manat elətdirəcəyini bildirmiş, o isə Təqsirləndirilən şəxs1 inanmış və 7500 manat pulu Təqsirləndirilən şəxs1 vermiş, lakin onların arasında işlərinin həll edilməsi qarşlığında Təqsirləndirilən şəxs1 1500 manat pul verəcəkmiş, birinci dəfə pulu verdikdən sonra qalan 7500 manat pulu bir həftə müddətində düzəldərək yenə İsrayıl Məmmədovun yanında Təqsirləndirilən şəxs1 öz ofisində vermişdir. Ümimilikdə ondan dələduzluq yolu ilə aldıqları 15000 min manat pulu aldıqdan 1 həftə keçmişdir ki, Rövşən adlı şəxs onu ofisə dəvət edərək ondan ümumilikdə 960 manat pulu göstərdiyi hüquqi yardım adı ilə istəmiş, o isə həmin vaxt Təqsirləndirilən şəxs1 1000 manat pul vermişdir. O, Rövşən adlı şəxsə İsrayıl adlı şəxsin vasitəsi ilə ümüumilikdə 16000 min manat pul vermiş, lakin üzərindən 2 il keçməsinə baxmayaraq ona verdiyi sözə əməl etməmiş və Şəmkir rayon Məhkəməsinin qərarında 100 min manat qeyd edimişdisədə X3 qərarında 30 min manat olması ilə bağlı qərar qəbul edilmişdir. Qəbul edilmiş qərardan narazılıqları bildirmək üçün İsrayılla birlikdə Rövşənin ofisənə getdikdə Rövşən onlara narahat olmamağı bildirərək işin Ali məhkəmədə onun xeyrinə həll olunacağını bildirmişdir. O isə narahat olduğunu Rövşənə bildirmişdir ki, onun işlərini kim həll edir. Rövşən adlı şəxs isə ona bildirmişdir ki, indiyə kimi işlərini Şahin adlı şəxs həll etmiş, o, dəfələrlə israrından sonra ilk dəfə onlar Gəncə Apellasiya Məhkəməsinin qətnaməsi çıxdıqdan təxminən 20 gün keçdikdən sonra ilk dəfə Şahin adlı şəxslə Şəmkir rayonunda yerləşən 3 yol adlı yerdə görüşmüşlər. Görüş zamanı Şahinə bildirmişdir ki, Gəncə Apellasiya Məhkəməsinin qətnaməsinin nəticəsinin niyə belə olmasını Şahindən soruşaraq ona bildirmişdir ki, Rövşənə bu işlərin həll olunması ilə əlaqədar 16000 min manat pul vermiş, həmin vaxtı Şahin ona bildirmişdir ki, həmin 16000 min manat puldan ona ümumilikdə 1000 min manat pul çatmışdır. O, Şahinlə görüşdükdən sonra baş verənlərlə əlaqədar Rövşənin yanına gedərək Şahinə 1000 min manat pul çatmasından narazılığını bildirmiş, Rövşən isə cavabında nəticəni ondan gözləməyini istəmiş, oda razılaşaraq gözləməyə qərar vermişdir. Bundan sonra Şahinlə özü əlaqə saxlayaraq görüşməyə başlamışlar, görüşlərin nəticəsi olaraq Şahin Ali Məhkəmədə işin onun xeyrinə həll olunması üçün ondan 15000 min manat pul istəmiş, o da dərhal Rövşən və İsrayıla görüşərək ondan Şahinin işin onun xeyrinə həll olunması üçün 15000 min manat istədiyini bildirmişdir. Həmin vaxtı isə Rövşən və İsrayıl ona dərhal həmin pulu verməyini və nəticəsini gözləməyini həmin pula boyun olduqlarını bildirmişlər. O isə Rövşən və İsrayıl sözlərinə güvənərək Şahinə ilkin olaraq 5000 min manat pulu Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsində yerləşən natarusun qarşısında vermiş, 5000 min manatı pulu verdikdən təxminən 10 gün sonra Şahinlə Şəmkir rayonu, 3 yol yaşayış massivində görüşərək 10 min manat pul vermişdir. Şahinə pulu verdikdən sonra Şahin ona tam rahat olmağını bildirmiş, lakin 2023-cü ilin sonlarında Ali Məhkmənin qərarı gəldikdə ona hər şey aydın olmuşdur ki, Şahin, Rövşən və İsrayıl qabaqcadan birləşək ona qarşı dələduzluq etmişlər. Həmin şəxslər ona ümumilikdə 51500 min manat maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs2 20000 manatı ödədiyini və onunla barışdığını bildirərək Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdə yadında dəqiq qalmayan gündə Gəncə şəhərində olan zaman tanışı Təqsirləndirilən şəxs1 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etdiyini görmüş, Rövşənin zəngini açmış, Rövşən ona Şəmkir rayonuna gəlməyini bildirmişdir. O, Gəncə şəhərindən Rövşənin Şəmkir şəhəri, H.Əliyev prosopektində yerləşən ofisinə gəlmiş, orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görmüş, həmin vaxta qədər İsrayılı ikinci dəfə idi ki, görürmüş, Rövşənin ofisində əyləşən zaman İsrayıl ona Şəmkir rayon Məhkəməsinin qərarını təqdim edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun xalası oğlu olduğunu və Şəmkir rayon məhkməsinin qərarından Apellyasiya şikayəti etməyi və ona köməklik etməyini ondan xahiş etmişdir. Rövşənin yanında ətraflı söhbət edə bilməyəcəklərini bilərək İsrayılla Rövşənin ofisindən çölə çıxmış, İsrayıldan Şəmkir rayon məhkəməsinin qərarını götürmüşdür. Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nüşabə xanımın yanına gedərək, Nüşabənin ofisində görüşmüş, həmin qərarı göstərmişdir. Nüşabə xanım həmin qərara baxaraq iki üç günə kimi köməklik edib etməsini bildirəcəyini demişdir. Sonra Nüşabə ilə görüşmüş və Zərərçəkmiş şəxs köməklik edəcəyini bildirmişdir. Nüşabəyə müqavilə üçün nə qədər verməyini bildirəndə Nüşabə müqavilənin dövlət rüsumunun keçirilməsini bildirmiş, dövlət rüsumunun köçürülməsi ilə bağlı İsrayılla telefonda danışmış və ona 20-25 dəqiqəyə kimi Şəmkir rayon Kür qəsəbəsinə gedilən yola çatacağını bildirmişdir. O, özünə məxsus VAZ 2106 markalı avtomobillə həmin yerə çatanda İsrayılın Priora markalı avtyomobildə gözlədiyini görmüş, Təqsirləndirilən şəxs2la orada görüşmüş və İsrayıl ona 450 manat pul vermiş və 20 manatda benzin pulu vermişdir. Həmin pulu apararaq Nüşabəyə müqavilə üçün vermişdir. İsrayıl Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsini istifadəsində olan “Whatsapp” sosial şəbəkəsinə göndərmiş, həmin şəxsiyyət vəsiqəsinin ksero-surətini Nüşabəyə vermiş, o, Eminlə müqavilə bağlamışdır. Həmin vaxt idianın məhkəmədə təmin edilməsi üçün öz cibindən 30 manat dövlət rüsumu keçirmişdir. O, İsrayılla Rövşənin ofisinin qarşısında görüşmüş və İsrayıl ona 30 manat ödəniş etdiyi üçün, 50 manat pul vermiş, artıq verdiyi pulla isə çörək yeməyi üçün verdiyini bildirmişdir. İddia ərizəsi Apellyasiya məhkəməsinə verildikdən sonra İsrayıla Zərərçəkmiş şəxs məhkəmədə iştirak etməsini bildirmiş, İsrayıl isə ona Emin X1 bildirmişdir. Apellyasiya Məhkəməsi 4-5 ay gecikmiş, Zərərçəkmiş şəxs məhkəməyə gəlib çıxmamış, məhkəmə gedişində Zərərçəkmiş şəxs iddiası təmin edilməmiş və Nüşabə xanım kassasiya məhkəməsinə şikayət etməyi bildirmiş, Apellyasiya məhkəməsində iddia təmin edilmədikdən 1-2 gün sonra İsrayıl ona zəng edərək “xala oğluda gəlib çıxdı” deyərək yanına gəlməyini bildirmiş, Emin və İsrayılla Şəmkir şəhəri, H.Əliyev prospektində görüşmüş, görüş zamanı Zərərçəkmiş şəxs kassasiya şikayəti edəcəyini bildirmişdir. Kassasiya şikayətinin təmin edilməsi üçün Nüşabə xanımla müqavilə üçün Emindən 500 manat pul almış, işlə bağlı kasassiya şikayəti verilmiş və yenə iddia təmin edilməmişdir. 2023-cü ilin yay ayında Emin onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edərək görüşməyi bildirmiş, o, Eminlə Şəmkir şəhəri, Çinarlı qəsəbəsi ərazisi olan Üçyolda görüşmüşlər, Zərərçəkmiş şəxs ona oğlanlarının Hərbi xidmət etdiyini, orada dava dalaş etdikləri üçün barələrində cinayət işi başlandığını və ondan 6000 manat pul istədiklərini bildirmiş, Zərərçəkmiş şəxs həmin vaxt ağlayaraq ona dilənçi vəziyyətinə olduğunu, ondan İsrayılın Şəmkir rayon Məhkəməsində xeyirinə qərar çıxarmaq üçün 18000 manat, Gəncə Apellyasiya məhkəməsində iddianın təmin edilməsi üçün isə 15000 mnat pul aldığını bildirmiş, o Eminə kiməsə pul vermisənsə get pulunu geri qaytar deyərək çıxıb getmiş, sonra Eminlə görüşəndə pul barəsində heç bir söhbət etməmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinrayət işinin başlanması və ibtidai istintaq aparılmasının tapşırılması haqqında qərardan görünür ki, Şəmkir rayonu, Yeni həyat sakini Zərərçəkmiş şəxs oğunun 16000 (on altı min) manat məbləğində, xeyli miqdarda puluunun Şəmkir rayon sakini Rövşən adlı şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirilməsi faktına görə Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsində toplanmış HK-1/4110 nömrəli material üzrə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinrayət işinin başlanması və ibtidai istintaq aparılmasının tapşırılması haqqında qərardan görünür ki, Şəmkir rayonu, Yeni həyat sakini Zərərçəkmiş şəxs oğunun 18500 (on səkkiz min beş yüz) manat məbləğində, xeyli miqdarda pulunun Şəmkir rayon sakini Təqsirləndirilən şəxs2 tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirilməsi faktına görə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsində toplanmış HK-1/1212 və HK1/1316 nömrəli material üzrə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək həmin cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrədə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı ifadələrində əhəmiyyətli ziddiyyət olduğunu görə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Haqverdiyeva Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı ifadələrində əhəmiyyətli ziddiyyət olduğunu görə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Hümbətov İsrayıl İsrafil oğlunun üzünə qarşı demişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 02 (iki) ədəd üzərində 2 USB, 3.1 yazısı olan və üzərində HT.2023-05, 4 USB 3.1 yazısı olan yaddaş qurğuları maddi subut hesab edilərək iş materiallarına əlavə edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-fonoskopik ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 08 iyuul 2024-cü il tarixli 3-16-16/2-4/783-4/794 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim olunmuş 01 ədəd üzəriində “HT 2023-05, 4 USB 3.1” xüsusi qeyd olan xarici yadaş qurğusu olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi X7, “K2” kimi işarə olunmuş diktorun səsiii və nitqi Təqsirləndirilən şəxs2, “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1 məxusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd üzərində “ HT 2023-05, 4 USB 3.1” xüsusi qeydi olan xariici yaadaş qurğusundaa olan tədqiqatı tələb olunan mübahisəli fonoqramların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətn və mətn hissəsindən ibarətdir. 01 ədəd üzərində “2USB 3.1” xüsusi qeydi olan xaici yaddaş qurğusunda isə adındaan eyniiləşdirici tədqiqat aparılan şəxslərin (Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) eksperimental səs və nitq nümunələri qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə barəsində Azərbaycan CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət işinə zərərçəkmiş şəxslə barışdığına görə Şəmkir rayon Məhkəməsi tərəfindən cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır.. İş materiallarında olan 16 may 2025-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanın 20000 (iyirmi min) manatını qaytarmasını, 500 manat borcun qalmasını və ona yüngül cəzanın verilməsini xahiş etdi. İş materiallarında olan Şəmkir RİHB Yeni həyat kənd İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yerdə müsbət xarakterizə olnur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 1(076)-51/2025 nömrəli Şəmkir Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməsi və o, cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan 10.07. 2024-cü il tarixli 4(076)-89/2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində 1 ay 25 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığında olmasının əvvəli 10 iyul 2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə onlara istinad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61– ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə hər bir təqsirləndirilən şəxsə münasibətdə onların şəxsiyyətini səciyyələndirən halları, törətdikləri cinayət əməllərinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, təqsirləndirilən şəxsin cinayəti törətdikdən sonrakı davranışını, cəzasını ağırılaşdıran halların olmamasını, cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla cəzanın məqsədlərinə nail olmağa şərait yaradacaqdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyətindən azad edilib, iş üzrə icraata xitam verilmiş, habelə bu cinayətdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. xx.xx.2024-cü il tarixədən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, İşdə mülki iddia və Azərbaycan Respublikası CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyəri olan manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İbtidai istintaq zamanı Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 göstərdiyi 15 saat hüquqi yardıma görə 110 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixədən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 07 (yeddi) ay 06 (altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 01 (bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi 15 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 110 (bir yüz on) manat pul Müdafiəçi2 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar