Məhkəmə qərarları › İş №1(076)-52/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-52/2023

27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-52/2023 27.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1987-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 31 iyul 2022-ci il tarixdə saat 07 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus Maz 54322 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, S.Vurğun küçəsində Gədəbəy rayonu istiqamətində hərəkətdə olan zaman sol tərəf istiqamətdə dönmə hərəkəti edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə riayət etməli olduğu halda, yəni yolayrıcından kənarda sola dönmə edərkən qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməli olduğu halda buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yol hərəkəti qaydalarını pozaraq qarşıdan gələn Zərərçəkmiş şəxs1 idarə etdiyi Mercedes Benz markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ehtiyatsızlıqdan həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 alın nahiyəsinin sol yarısının, sol saidin arxa səthinin əzilmiş sıyrılmış yaraları, sol mil və sol bud sümüyünün yuxarı üçdə birinin qapalı yerini dəyişmiş sınıqları ilə müşaiyət olunan, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran və Mercedes Benz markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sol bazunun yuxarı üçdə birinin bayır səthinin əzilmiş yaraları, sağ körpücük sümüyünün distal epifizinin minimal yerini dəyişmiş sınığı, sol qamış sümüyünün yuxarı üçdə birinin oynaq daxili, qəlpəli, qapalı yerini dəyişmiş sınığı ilə müşəyiət olunun, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, “Maz-54322” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, avtomobili idarə etmək üçün “BC” sürücülük kateqoriyası vardır. 31 iyul 2022-ci il tarixdə saat 07 radələrində idarə etdiyi “Maz-54322” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, S.Vurğun küçəsində Gədəbəy rayonu istiqamətində hərəkətdə olan zaman sola dönmə edərək “Fərid Petrol” YDMnə daxil olmuş, həmin vaxtı Şəmkir şəhəri istiqamətində yüksək surətlə hərəkət edən “Mercedes” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməni itirərək əvvəl yolun sağ tərəfində səkiyə dəymiş və sonra onun idarə etdiyi avtomobilin qarşısına çıxaraq toqquşmuşdur. Həmin avtomobilin sol qabaq hissəsi onun idarə etdiyi yük avtomobilinin qabaq sağ tərəfi ilə toqquşmuş və “Mercedes” markalı avtomobil onun qarşısında dayanmışdır. Hadisə zamanı Mercedes markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 və həmin avtomobildə qabaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs2 müxtəlif xəsarətlər almış, onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışlar. Hadisə zamanı özü heç bir xəsarət almamamışdır. Hadisədən əvvəl avtomobili təxminən 40 km/saat sürətlə idarə etmiş, dönmə edərkən isə 20-25 km/saat sürətlə hərəkətdə olmuşdur. Dönməyə başlayan zaman Mercedes markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 600-700 metr məsafədən əks istiqamətə hərəkətdə olduğunu görmüş, məsafə uzaq olduğu üçün dönmə edəcəyinə əmin olmuş, lakin Mercedes markalı avtomobil yüksək sürətlə hərəkət etdiyi üçün hadisənin qarşısını almaq üçün heç bir texniki imkanı olmamışdır. Toqquşma yolun hərəkət hissəsindən təxminən 6-7 metr kənarda YDM-nin qarşısında baş vermişdir. Hazırda əməlindən peşmandır. Həmin cinayəti ehtiyatsızlıq üzündən, bilmədən törətmişdir. Hazırda zərərçəkmiş şəxslərlə razılıq əldə edərək barışmış və onlara vurduğu ziyanı tamamilə ödəmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 31 iyul 2022-ci il tarixdə saat təxminən 06:40 radələrində idarə etdiyi “Mercedes” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, S.Vurğun küçəsində Şəmkir şəhəri istiqamətində hərəkətdə olan zaman yolun sağ tərəfində yerləşən “Fərid Petrol” yanacaq doldurma məntəqisinə təxminən 10-15 metr məsafə qalmış əks istiqamətdə gələn, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi “Maz” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı yük avtomobili onun qarşısından yanacaq doldurma məntəqəsinə dönmə etmiş, idarə etdiyi avtomobili sağa tərəf çəksə də, həmin avtomobil dönməni davam etdirərək YDM-nə tərəf hərəkət etmiş, bu zaman idarəetməni itirmiş, idarə etdiyi avtomobil yolun sağ tərəfində su arxının üzərindən səkiyə sürtülmüş və “Maz” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq onunla toqquşmuşdur. İdarə etdiyi avtomobilin sol qabaq tərəfi ilə “Maz” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi toqquşmuş, sonra həmin avtomobil istiqamətini sola tərəf dəyişmişdir. Hadisə zamanı aldığı xəsarətlərdən huşunu itirmiş və ayılanda xəstəxanada olduğunu görmüşdür. Hadisə zamanı özü sol bud sümüyü, sağ qolu və sol qabırğanın sınığı, həmçinin digər xəsarətlər, eləcə də idarə etdiyi avtomobildə olan Zərərçəkmiş şəxs2 müxtəlif xəsarətlər almışdır. Hadisə zamanı avtomobili təxminən 70-80 km/saat surətlə idarə etmiş, “Maz” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil isə təxminən 15-20 km/saat sürətlə hərəkətdə olmuşdur. Hadisədən əvvəl “Maz” markalı avtomobili təxminən 100 metr məsafədən görmüş, həmin avtomobil dönmə edərkən aralarında olan məsafə 10-15 metr olmuşdur. Hadisənin qarşısını almaq üçün idarə etdiyi avtomobili sağa tərəf çəkmiş və tormuzdan istifadə etmiş, lakin məsafə yaxın olduğu üçün hadisənin qarşısını almaq mümkün olmamışdır. Həmin avtomobil dönmə işığını yadırmamış, eləcə də, dönmə edəcəyini bildirən hər hansı işarə etməmişdir. Toqquşma yolun hərəkət hissəsindən təxminən 5-6 metr sağ tərəfdə, “Fərid Petrol” YDM-nin qarşısında baş vermişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi deyildir. Belə ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 31 iyul 2022-ci il tarixdə saat təxminən 06:40 radələrində bir yerdə usta işlədiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, S.Vurğun küçəsində Şəmkir şəhəri istiqamətində gedən zaman yolun sağ tərəfində yerləşən “Fərid Petrol” yanacaq doldurma məntəqisinə təxminən 25-30 metr məsafə qalmış əks istiqamətdə gələn “Maz” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı yük avtomobil onların qarşısından yanacaq doldurma məntəqəsinə dönmə etmiş, Zərərçəkmiş şəxs1 həmin avtomobilin qarşısından keçib getmək üçün idarə etdiyi avtomobili sağa tərəf çəkmiş, ancaq “Maz” markalı avtomobil gözləmədən dönməni davam etdirərək yanacaq doldurma məntəqəsinə tərəf hərəkət etmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 idarəetməni itirmiş və avtomobil yolun sağ tərəfində səkiyə sürtülərək “Maz” markalı avtomobilin qarşısına çıxaraq onunla toqquşmuşdur. Hadisə zamanı aldığı xəsarətlərdən huşunu itirmiş və ayılanda Şəmkir rayon mərkəzi xəstəxanasında olduğunu görmüşdür. Hadisə zamanı sol ayağından, sağ çiynindən və bədəninin başqa nahiyələrindən sınıq, eləcə də digər xəsarətlər, həmçinin “Mercedes” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 müxtəlif xəsarətlər almışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs1 “Mercedes” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 90-100 km/saat sürətlə idarə etmiş, “Maz” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil isə dönmə etdiyi üçün aşağı sürətlə hərəkətdə olmuşdur. Hadisədən əvvəl “Maz” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 150-160 metr məsafədən görmüş, həmin avtomobil dönmə edərkən isə məsafə təxminən 25-30 metr olmuşdur. “Maz” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin dönmə işığını yadırdığını görməmişdir. Toqquşma yolun hərəkət hissəsindən bir neçə metr sağ tərəfdə, “Fərid Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında baş vermişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi deyildir. Belə ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi və mənəvi ziyanı tam şəkildə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Fərid Petrol” yanacaq doldurma məntəqəsində operator işləyir. 31 iyul 2022-ci il tarixdə saat 06:50-də işdə olan zaman YDM-nin qarşısında “Maz-54322” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə “Mercedes” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma səsini eşitmiş və həmin avtomobillərə yaxınlaşmışlar. “Mercedes” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və yanında olan sərnişin xəsarətlər almış, təcili tibbi yardım xidmətinə zəng edib məlumat vermiş, onlar xəstəxanaya aparılmışlar. Ondan sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və “Maz-54322” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Hadisədən əvvəl həmin avtomobilləri görməmiş, toqquşma səsinə çevrilib baxmışdır. Hadisədən sonra bilmişdir ki, “Mercedes” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil Şəmkir şəhəri istiqamətində hərəkətdə olmuş, “Maz-54322” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil isə Gədəbəy rayonu istiqamətində hərəkətdə olarkən YDM-nə dönmə etmişdir. Bununla yanaşı, məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqında 31 iyul 2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Şəmkir şəhəri, S.Vurğun küçəsində baş vermişdir. Avtomobil yolu asfalt örtükdən ibarət olmaqla hamar, düz və qurudur, yolunun ümumi eni 11 metr olmaqla yol iki tərəfli hərəkət üçün nəzərdə tutulmuş, icazə verilən maksimal sürət 50 km/saatdır. Hadisədən əvvəl “Maz-54322” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil Gədəbəy rayonu istiqamətində, “Mercedes” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil isə Şəmkir şəhəri istiqamətində hərəkətdə olmuşdur. Hadisə yerində “Maz-54322” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin sağ kənarından 2,4 metr məsafədə, “Mercedes” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil isə yolun hərəkət hissəsinin sağ kənarından 2,7 metr məsafədə olmaqla, həmin avtomobillər arasına məsafə 1,5 metrdir. “Maz-54322” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin kabinasının qabaq sağ tərəfi, “Mercedes” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin isə sol qabaq tərəfi əzilmişdir. Avtomobillərin toqquşma yeri yolun hərəkət hissəsinin sağ kənarından 6.1 metr, məsafədə yerləşir. “Maz-54322” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti istiqamətində yolun sağ hərəkət hissəsindən sol tərəfə dönməsini əks etdirən, həmin avtomobilə məxsus 13,4 metr təkər izi vardır. “Mercedes” markalı, ** CH *** nömrə nişanlı avtomobilin hərəkət istiqamətində yolun sağ hərəkət hissəsindən səkiyə kimi 3.8 metr olmaqla həmin avtomobilə məxsus tormuz və səkiyə sürtünmə izi vardır. Cinayət işinin materiallarında olan 31 iyul 2022-ci il tarixli, 188 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törədən zaman ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan, BDYPİ Tovuz RQİ TBŞ-si tərəfindən verilmiş 27 noyabr 2022-ci il tarixli, 98 nömrəli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü, Şəmkir şəhəri, Nəsimi küçəsi, ev 12-də qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “BC” kateqoriyalı, AC-611315 saylı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Cinayət işinin materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Şəmkir rayon şöbəsi ekspertinin 15 avqust 2022-ci il tarixli 968 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər– alın nahiyəsinin sol yarısının, sol saidin arxa səthinin əzilmiş sıyrılmış yaraları, sol mil və sol bud sümüyünün yuxarı üçdə birinin qapalı yerini dəyişmiş sınıqları küt əşyaların təsirindən törənmişlər, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 31 iyul 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Şəmkir rayon şöbəsi ekspertinin 15 avqust 2022-ci il tarixli 967 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər–sol bazunun yuxarı üçdə birinin bayır səthinin əzilmiş yaraları, sağ körpücük sümüyünün distal epifizinin minimal yerini dəyişmiş sınığı, sol qamış sümüyünün yuxarı üçdə birinin oynaq daxili, qəlpəli, qapalı yerini dəyişmiş sıınığı küt əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 31 iyul 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 03 oktyabr 2022-ci il tarixli 8/2352 nömrəli rəyindən görünür ki, Maz 54322 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mercedes Benz markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs1 maksimal hərəkət süurəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Onun hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Onun hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət-prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 31 iyul 2022-ci il tarixdə, saat 07 radələrində idarə etdiyi Maz 54322 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əlavə edilmiş 2-ci bəndə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs 31 iyul 2022-ci il tarixdə, saat 07 radələrində idarə etdiyi Maz 54322 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini təqsirli olaraq törətmişdir. Məhkəmə, istintaqında həmçinin sübuta yetirildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə razılıq verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, az ağır xəsarət almış zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxslər tərəfindən ayrı-ayrılıqda yazılmış ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlarla barışmış və onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onların Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 128 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 128 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan Maz 54322 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, Mercedes Benz markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışdığına və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İş üzrə maddi sübut olan Maz 54322 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, Mercedes Benz markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının araşdırılması məqsədilə hazırki qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokuroruna göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar