Məhkəmə qərarları › İş №1(076)-52/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-52/2024

29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-52/2024 29.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili X4, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1975-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatda olmaqla Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmuru Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmişdir. Belə ki, o, Şəmkir rayonu, Çinarlı qəsəbə sakini Şahid6 mülkiyyətində olan Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 41.4902 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 248.34 kv metr hissəsindən çıxarılması və həmin ərazidə inşa edilmiş kanalizasiya quyusunun qeyd olunan ərazidən kənarlaşdırılması ilə bağlı Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(076)903/2022 saylı qətnaməsinin icrasını təmin etmək məqsədi ilə 30 mart 2023-cü il tarixdə, saat 13 radələrində Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən Şəmkir rayonu, Çinarlı qəsəbəsində aparılan icra hərəkətləri zamanı onu məhkəmə qətnaməsinin icrasına maneçilik törətməməsinə dair əvvəlcədən xəbərdar etmiş, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zərərçəkmiş şəxs qanuni tələbinə qəsdən məhəl qoymayaraq оnun üzərinə hücum edib əynində olan xidməti formanın yaxasını dartaraq sol tərəfini cırmaqla sonuncuya qarşı həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.3–cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ittihamda göstərilən cinayət əməllərini törətmədiyini bildirsədə məhkəmə istintaqının sonunda elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(076)903/2022 saylı qətnaməsinə əsasən cavabdeh olaraq o və əri X1 Elnur Müslüm oğlunun mülkiyyətində olan Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 41.4902 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 248.34 kv metr hissəsindən çıxarılması və həmin ərazidə inşa edilmiş kanalizasiya quyusu qeyd olunan ərazidən kənarlaşdırılması qət olunmuşdur. 05 dekabr 2022-ci il tarixdə icra şöbəsinə dəvət olunaraq ona bildiriş təqdim olunmuş və icra sənədinin icrasını təmin etmək üçün 10 gün könüllü müddət verilmişdir. 15 dekabr 2022-ci il tarixdə icra məmuru Şahid1 mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmiş, ona qərarı icra etmək üçün yenidən müddət vermişdir. 23 fevral 2023-cü il tarixdə icra məmuru Şahid1 mübahisəli torpaq sahəsinə yenidən gələrək, ona xəbərdarlıq etmiş, məhkəmə qərarının icra edilməsi tələb olunmuşdur. Bundan sonra 02 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs və digər icra məmuru Şahid1 icra sənədində qeyd olunan ünvana gəlmişlər. Yenə də ona məhkəmə qərarını icra etməli olduğu izah olunmuş və 30 mart 2023-cü il tarixədək icra sənədinin icrasını təmin etməyəcəyi halda qərarın icrasının məcburi qaydada icra ediləcəyi ona bildirilmişdir. 30 mart 2023-cü il tarixdə məhkəmə qərarını məcburi qaydada təmin etmək üçün icra məmurları Şahid1 və Zərərçəkmiş şəxs icra sənədində qeyd olunan ünvana, yəni Şəmkir rayonu, Çinarlı qəsəbəsinə gəlmişlər. İcra məmurları onunla profilaktik söhbətlər aparmış və məhkəmə qərarının icrasına mane olmamağını ona bildirmişlər. O da icra məmurlarına öz işlərini görmələrini bildirərək, ona yaxın gəlməmələrini demişdir. İcra məmuru Zərərçəkmiş şəxs onun qolundan tutarkən o, əsəbləşərək icra məmuru Zərərçəkmiş şəxs üzərinə hücum edib əynində olan xidməti formanın yaxasının sol tərəfini dartaraq cırmışdır. Zərərçəkmiş şəxs onun qolundan tutub ərazidən aparmaq istəyərkən, o Ayaza əlini ondan çəkməyini bildirmişdir. Zərərçəkmiş şəxs isə onun əlini buraxmadığı üçün onun xidməti formasının yaxasından tutmuş və həmin vaxt xidməti formanın yaxasının sol tərəfi dartılaraq cırılmışdır. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmış və Ayaz Hüeynovun ondan heç bir şikayət və tələbi yoxdur. Hazırda əməlindən peşmandır, etdiyi hərəkətin cinayət olmasını dərk etməmişdir. Himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı vardır, ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Ədliyyə Nazirliyinin Şəmkir Rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləyir. Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(076)903/2022 saylı qətnaməsinə əsasən cavabdehlər Təqsirləndirilən şəxs və əri X1 Elnur Müslüm oğlunun mülkiyyətində olan Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 41.4902 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 248.34 kv metr hissəsindən çıxarılması və həmin ərazidə inşa edilmiş kanalizasiya quyusu qeyd olunan ərazidən kənarlaşdırılması qət olunmuşdur. Qeyd olunan icra sənədi 22 noyabr 2022-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra məmuru Şahid1 tərəfindən icra sənədi üzrə icraata başlanılmışdır. 05 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs icra şöbəsinə dəvət olunaraq Təqsirləndirilən şəxs bildiriş təqdim olunmuş və icra sənədinin icrasını təmin etmək üçün 10 gün könüllü müddət verilmişdir. 15 dekabr 2022-ci il tarixdə icra məmuru Şahid1 tərəfindən mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə gedilmiş, borclu Təqsirləndirilən şəxs qərarı icra etmək üçün yenidən müddət verilmişdir. Lakin, Təqsirləndirilən şəxs qərəzli olaraq məhkəmə qərarını icra etməyəcəyini bildirmişdir. 23 fevral 2023-cü il tarixdə icra məmuru Şahid1 tərəfindən mübahisəli torpaq sahəsinə yenidən gedilərək, Təqsirləndirilən şəxs xəbərdarlıq edilmiş, məhkəmə qərarının icra edilməsi tələb olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs yenə də məhkəmə qərarını icra etməmişdir. Bundan sonra 02 mart 2023-cü il tarixdə o, və digər icra məmuru Şahid1 icra sənədində qeyd olunan ünvana getmişlər. Yenə də onlar tərəfindən Təqsirləndirilən şəxs məhkəmə qərarını icra etməli olduğu izah olunmuş və 30 mart 2023-cü il tarixədək icra sənədinin icrasını təmin etməyəcəyi halda qərarın icrasının onlar tərəfindən məcburi qaydada icra ediləcəyi Təqsirləndirilən şəxs bildirilmişdir. O, 30 mart 2023-cü il tarixdə saat 13 radələrində məhkəmə qərarını məcburi qaydada təmin etmək üçün icra məmuru Şahid1 ilə birlikdə icra sənədində qeyd olunan ünvana, yəni Şəmkir rayonu, Çinarlı qəsəbəsinə getmişdir. Əvvəllər edilmiş xəbərdarlıqlara baxmayaraq yenə də onun tərəfindən cavabdeh Təqsirləndirilən şəxs ilə profilaktik söhbətlər aparmış və məhkəmə qərarının icrasına mane olmamağını bildirmişdir. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs onun qanuni tələblərinə məhəl qoymamışdır. Ərazidə işləyən traktorun fəaliyyətini dayandırmaq üçün yerdən daş parçası götürərək traktora atmaq istəyərkən, o, Təqsirləndirilən şəxs əlində olan daş parçasını alıb yerə atmışdır. Daha sonra Təqsirləndirilən şəxs həmin ərazidən kənarlaşmağını tələb edərkən, Təqsirləndirilən şəxs onun üzərinə hücum edərək ona zor tətbiq edib əynində olan xidməti formanın yaxasının sol tərəfini dartaraq cırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yenidən yerdən daş parçası götürərək traktora tərəf istiqamətdə qaçmaq istəyərkən, polis əməkdaşları Təqsirləndirilən şəxs əlində olan daş parçasını alaraq yerə atmışlar. Cavabdeh Təqsirləndirilən şəxs icra hərəkətlərinin icrasına maneçilik törətmək üçün yerdən daş parçası götürərək öz baş nahiyəsinə xəsarətlər yetirmişdir. Daha sonra mobil telefon götürərək oğlu Samirə başından gələn qanı çəkməsini, guya başında olan xəsarətin polis əməkdaşları və icra məmurları tərəfindən yetirilməsini demişdir. Baş vermiş hadisələrdən sonra Təqsirləndirilən şəxs şikayət ərizəsi yazmaq üçün polis əməkdaşları ilə birlikdə Şəmkir Rayon Polis Şöbəsinə getmişdir. Bundan sonra icra hərəkətləri davam etdirilərək icra sənədinin icrası tam şəkildə yekunlaşdırılmışdır. Təqsirləndirilən şəxs ilə heç bir zaman ədavət və ya düşmənçiliyi olmamışdır. 30 mart 2023-cü il tarixdə o, və digər icra məmuru Şahid1 tərəfindən icra hərəkətləri həyata keçirilərkən Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir zorakılıq və qanunsuz hərəkət edilməmişdir. Təqsirləndirilən şəxs dedikləri heç biri həqiqətə uyğun olmamışdır. Onlar həmin ərazini Təqsirləndirilən şəxs oradan getdikdən sonra mülkiyyətçi Şahid6 təhvil vermişlər. Hadisədən sonra təqsirləndirilən şəxs ondan üzr istəmiş, hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid6, Şahid9, Şahid7 və Şahid8 da Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Şəmkir Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri vəzifəsində xidmət edir. Şəmkir Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlər Təqsirləndirilən şəxs və əri X1 Elnur Müslüm oğlunun mülkiyyətində olan Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən hissəsindən çıxarılması və həmin ərazidə inşa edilmiş kanalizasiya quyusu qeyd olunan ərazidən kənarlaşdırılması qət olunmuşdur. Qeyd olunan icra sənədinin təmin olunması məqsədi ilə 30 mart 2023-cü il tarixdə məhkəmə qərarını məcburi qaydada təmin etmək üçün icra məmurları Şahid1 və Zərərçəkmiş şəxs icra sənədində qeyd olunan ünvana, yəni Şəmkir rayonu, Çinarlı qəsəbəsinə gəlmişlər. O, və Şəmkir Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin polis nəfərləri Şahid4, Şahid3 və Şahid5 icra sənədinin yerinə yetirilməsi məqsədi ilə qeyd olunan ünvanda ictimai təhlükəsizliyi təmin etmək üçün həmin ünvana getmişlər. İcra məmurları cavabdeh Təqsirləndirilən şəxs ilə profilaktik söhbətlər aparmış və məhkəmə qərarının icrasına mane olmamağını ona bildirmişlər. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs icra məmurlarının qanuni tələblərinə məhəl qoymamışdır. Ərazidə işləyən traktorun fəaliyyətini dayandırmaq üçün yerdən daş parçası götürərək traktora atmaq istəyərkən, icra məmuru Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlində olan daş parçasını alıb yerə atmışdır. Daha sonra Təqsirləndirilən şəxs həmin ərazidən kənarlaşmağını tələb edərkən, Təqsirləndirilən şəxs icra məmuru Zərərçəkmiş şəxs üzərinə hücum edərək zor tətbiq edib əynində olan xidməti formanın yaxasının sol tərəfini dartaraq cırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yenidən yerdən daş parçası götürərək traktora tərəf istiqamətdə qaçmaq istəyərkən, o və digər iş yoldaşları Təqsirləndirilən şəxs əlində olan daş parçasını alaraq yerə atmışlar. Cavabdeh Təqsirləndirilən şəxs icra hərəkətlərinin icrasına maneçilik törətmək üçün yerdən daş parçası götürərək öz baş nahiyəsinə xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs özünə xəsarət yetirdikdən sonra baş nahiyəsindən qan gəlməyə başlamışdır. Daha sonra mobil telefon götürərək oğlu Samirə başından gələn qanı çəkməsini, guya başında olan xəsarətin polis əməkdaşları və icra məmurları tərəfindən yetirilməsini demişdir. Baş vermiş hadisələrdən sonra Təqsirləndirilən şəxs şikayət ərizəsi yazmaq üçün onlarla birlikdə Şəmkir Rayon Polis Şöbəsinə getmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2 (076)-903/2022 saylı qətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən Şahid6 mülkiyyətinə verilmiş 41.4902 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 248.34 kv.m hissəsi cavabdehlər Təqsirləndirilən şəxs və X5 zəbtindən azad edilsin və onlar həmin torpaq sahəsinin 248.34 kv.m hissəsindən çıxarılması, Şahid6 mülkiyyətinə verilmiş 41.4902 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 248.34 kv.m hissəsində cavabdehlər Təqsirləndirilən şəxs və X8 tərəfindən inşa edilmiş kanalizasiya quyusu cavabdehlərin vəsaiti hesabına sökülərək torpaq sahəsindən çıxarılması və torpaq sahəsi iddiaçıya təhvil verilsi, iddiaçı Şahid6 tərəfindən mütəxəssis rəyinin verilməsi üçün DƏDRXun 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına ödənilmiş 311.00 (üç yüz on bir) manat məhkəmə xərci və ödənilmiş 105 manat dövlət rüsumu, cəmi 416 manat cavabdehlər X8 və Təqsirləndirilən şəxs alınaraq Şahid6 verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-903/2022 saylı icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli bildiriş və xəbərdarlıq məktublarından görünür ki, icra orqanı Təqsirləndirilən şəxs icra sənədinin icrasina mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Çinarlı qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Çinarlı qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatda olmaqla Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayıq. İş materiallarına əlave edilmiş Elektron sorğunun sistemdən çıxarılması barədə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci ildə anadan olmuş Samir adlı bir nəfər uşağı var. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxs ondan üzr istəyərək barışıq əldə etmiş, onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı–ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsi və cinayətin tərkibi olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.3–cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayəti törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM–nin 288.3–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.3–cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmçinin yaşını və qadın olmasını nəzərə alaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra əməlinin ictimai təhlükəli xarakterini dərk edərək, zərəçəkmiş şəxslə dəymiş ziyanı ödəmiş, onunla razılıq əldə etmiş, törətdiyi əmələ görə peşman olduğunu bildirmiş, bununla da o, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra öz hərəkətləri ilə islah olunduğunu sübut etmişdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41–ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM–in 70.1–ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2–ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3–cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə qanunun yuxarıda qeyd olunan göstərişinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub 25 oktyabr 2023-cü il tarixli protokolla rəsmiləşdirilmiş 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsn barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.3–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub 25 oktyabr 2023-cü il tarixli protokolla rəsmiləşdirilmiş 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar