Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-52/2025 16.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs1, Zərər çəkmiş Zərərçəkmiş şəxs3, Mülki cavabdeh "xxxx" İB-nin nümayəndəsi X14, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəmkir Rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988–ci il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində anadan olmuş, subay, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, "xxxx" İB X25 istismar idarəsinin Şəmkir rayonu üzrə Qəza-dispetçer xidmətinin ustası vəzifəsində işləyən, Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X25 istismar idarəsi rəisinin xx.xx.2023-cü il tarixli 14-2-2-13/3- 1K-121/2023 nömrəli əmri ilə X25 istismarı idarəsinin Şəmkir rayonu üzrə Qəza-dispetçer xidmətinin ustası vəzifəsinə təyin edilib vəzifəsinin icrası ilə əlaqədar olaraq 09 dekabr 2021-ci il tarixdə X25 istismarı idarəsinin rəisi tərəfindən təsdiq edilmiş "xxxx" X2 istismarı idarəsinin Qəza-dispetçer xidmətinin ustasının vəzifə təlimatının 22-ci bəndində “Qaz paylayıcısı şəbəkədə qəza hallarının qarşısını almaq, vaxtında aşkarlamaq və nəticələrini aradan qaldırmaqdan ötrü tədbirlərin görülməsi üçün dərhal aidiyyatı üzrə rəhbərliyə məlumat verməyə borcludur” kimi texniki təhlükəsizlik qaydalarına əməl olunması öhdəliyini öz üzərinə götürsə də, vəzifəli şəxs kimi ona həvalə olunmuş həmin vəzifə öhdəliklərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.3-cü bəndində göstərilən “qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı” və 3.1.6-cı bəndində göstərilən “bu Qaydaların 3.2.7-ci (qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və ya nəfəslikləri açmalı, od yandırmamalı, tütün çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməli) və 3.2.9-cu yarımbəndlərində (zirzəmidə, binanın girişində, həyətdə, küçədə qaz iyinin hiss edilməsi zamanı ətrafdakıları ehtiyat tədbirləri barədə xəbərdar etməli, elektrik işıqlarını yandırmamalı və ya söndürməməli, qaz dolmuş ərazidən insanların çıxarılması, açıq od və qığılcım yaranmasının qarşısının alınması üzrə tədbirlər görməli və qaz paylayıcısına təcili məlumat verməli) nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli” kimi tələbləri vaxtında və keyfiyyətlə həyata keçirməyib, öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin ağır nəticələrə və əmlak ziyanının dəyməsinə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək vəzifə təlimatına və qanunvericiliyin həmin tələblərinə əhəmiyyət verməyib 2024-cü ilin təsdiq olunmuş qrafikinə əsasən Qəza-dispetçer xidmətinin əməkdaşları tərəfindən 27 fevral 2024-cü il və 01 mart 2024-cü il tarixlərdə Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evlərində qaz sızmalarının aradan qaldırılması məqsədilə texniki baxış həyata keçirilən zaman Zərərçəkmiş şəxs1 faktiki mülkiyyətində olan evlə üzbəüz dayandıqda sol tərəfdə yerləşən küçənin girişində torpaq qatının altı ilə keçən qaz xəttinin sızma yerinin aşkar edilərək qaynaq edilməsi təmin olunmadığına görə 76 mm-lik polad qaz xəttinin üzərində korroziya nəticəsində yaranmış sızma yerindən sızan təbii qazın evin zal otağına dolması və 07 aprel 2024-cü il tarixdə saat 09 radələrində partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin (konkret halda elektrik lampasının yandırılması zamanı yaranan qığılcımın) təsirindən alışması nəticəsində baş vermiş qaz partlayışı zamanı alovun təsirindən ev sakinləri – xx.xx.2001-ci il təvəlüdlü Zərərçəkmiş şəxs3 sağ qulaq seyvanının, sağ yanağın, sol çiyinüstü nahiyənin, sağ diz oynağının İİ dərəcəli, sağ saidin aşağı üçdə birinin və sağ əlin arxa səthinin İİİ dərəcəli termiki yanıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma, xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthinin 52-54%-ni əhatə edən alın və üz nahiyəsinin, İİ dərəcəli, hər iki yuxarı və aşağı ətrafların İİ-İİİ dərəcəli termiki yanıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurma, xx.xx.2023-cü il təvəllüdlü X7 baldırın aşağı üçdə birinin ön səthinin İİ dərəcəli termiki yanığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma xəsarətləri almış, həmçinin Zərərçəkmiş şəxs1 faktiki mülkiyyətində olan evin birinci mərtəbəsinin daxilində baş vermiş partlayış hadisəsi nəticəsində evin əşya-əmlakına 1121.00 (bir min yüz iyirmi bir manat) manat və tikinti üzrə 57600,00 (əlli yeddi min altı yüz) manat olmaqla ümumilikdə 58721,00 (əlli səkkiz min yeddi yüz iyirmi bir) manat məbləğində əhəmiyyətli zərər dəymiş, bununla da, Təqsirləndirilən şəxs həmin əməli ilə vəzifəli şəxs olaraq işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmiş və lazımi qaydada yerinə yetirməmiş, nəticədə ehtiyatsızlıqdan 3 nəfər zərərçəkmiş şəxsin sağlamlığına zərər yetirilməsinə və 1 mənzilə əhəmiyyətli zərər vurulmasına, yəni ehtiyatsızlıqdan fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, "xxxx" İB X25 istismar idarəsinin Şəmkir rayonu üzrə Qəza-dispetçer xidmətinin ustası vəzifəsində işləyir. "xxxx" QSC tərəfindən Şəmkir rayonu, Çaparlı kəndində növbəti baxış zamanı 26 fevral 2024-cü il tarixdə partlayış hadisəsinin baş verdiyi fərdi yaşayış evinin **********6 nömrəli qaz sayğacından 10 metr kənarda olan 76 mm-lik yerüstü qaz xəttinin yeraltı hissəsində 70 Vol səviyyəsində qaz sızması olması aşkarlanmış və bu barədə 26 fevral 2024-cü il tarixdə "xxxx" İB-yə məlumat verilmişdir. "xxxx" İB X25 istismar idarəsinin Şəmkir rayonu üzrə Qəza-dispetçer xidmətinin rəisi Şahid7 göstərişi ilə iş vərəqəsi əsasında o, 27 fevral 2024-cü il tarixdə Şəmkir rayonu, Çaparlı kəndinə, sızmanın qeyd olunduğu ünvana getmişdir. Lakin qeyd etdiyi çilingərlərə başqa iş tapşırıldığı üçün onunla Çaparlı kəndinə "xxxx" QSC-nin əməkdaşı Şahid3 getmişdir. O, İlqarla birlikdə sızmanın olduğu qeyd olunan sahədə, yəni 76 mm-lik yerüstü qaz xəttini köpüklü su ilə yoxlamış, lakin orada sızma aşkar etməmişlər. Həmin xəttin yerin altı ilə keçən hissəsinə baxış keçirdə bilmədikləri üçün orada sızma aşkar edə bilməmiş və xidmət yerinə qayıdaraq bu barədə rəhbərliyinə məlumat vermişdir. 01 mart 2024-cü il tarixdə onun göstərişi və 01 mart 2024-cü il tarixdə tərtib olunmuş 119 nömrəli tapşırıq-icazə naryad sənədi əsasında çilingər Şahid8 və qaynaqçı Şahid1 yenidən aşkar edilmiş qaz sızmasının aradan qaldırılması üçün rayonun Çaparlı kəndinə yollanmışdır. Həmin gün yenə tək Çaparlı kəndində yerləşən sızmanın olduğu yerə baxış keçirmək üçün deyil, ümumiyyətlə həmin kəndə baxış keçirilmək üçün gedilmişdir. Bu zaman sızmanın aşkar olduğu ünvanda Şahid8 tərəfindən qırmızı boya ilə işarələnmiş yerin yaxınlığı köpüklü su ilə təkrar yoxlanılmış, heç bir nəticə olmadığından bel ilə həmin sahəni qazmışdır. Lakin torpaq qatı çox möhkəm olduğundan qazıntı işlərini davam etdirə bilməyib yarımçıq dayandırmışdır. Həmin vaxt sızmanın aşkar olunmaması barədə çilingər Şahid8 tərəfindən ona məlumat verilmişdir. Onlar rəhbərliyə məlumatı rəsmi qaydada raportla verməli olsalar da, 27 fevral 2024-cü il tarixdə o, qəza-dispetçer xidmətinin rəisi Şahid7 şifahi qaydada vermiş, lakin raportla müraciət edib nöqsan barədə heç bir məlumat verməmişdir. Həmin tapşırıq-icazə naryad sənədində nöqsanların aradan qaldırılması barədə qeydiyyatı o aparmışdır. Orada nöqsanların aradan qaldırılması texniki baxışa çıxdıqları bütün kənd üzrə ümumi olaraq yazılmış, fərdi qaydada tərtib olunmamışdır. Yəni həmin gün onlar Çaparlı kəndi üzrə qaz sızmalarının aradan qaldırılması ilə bağlı texniki baxışa çıxmışlar. İşlərini yekunlaşdırdıqdan sonra sənəddə bu cür qeydiyyat aparılmışdır. Lakin, sızmanın aşkar olunduğu ünvanda qaz sızmasının aradan qaldırılmaması ilə bağlı heç bir qeydiyyat aparmamış və yazılı qaydada rəhbərliyə məlumat verməmişdir. Həqiqətən də, "xxxx" İB-dən Şəmkir RQİİ-yə ünvanlanmış məktub idarəyə 28 fevral 2024cü il tarixdə daxil olmuşdur. Lakin bundan əlavə "xxxx" QSC-dən sızmalar barədə məlumatlar hər gün saat 16-dan sonra elektron yazışma vasitəsi ilə aidiyyəti qurumlara çatdırılmışdır. Şəmkir rayonu, Çaparlı kəndində 70 Vol səviyyəsində sızma barədə məlumat 26 fevral 2024-cü il tarixdə Şəmkir RQİİ-yə elektron yazışma vasitəsi ilə ötürülmüş və o, ünvana 27 fevral 2024-cü il tarixdə getmişdir. "xxxx" QSC-nin əməkdaşı tərəfindən 70 Vol qaz sızması aşkar edilərkən həmin yeri qırmızı boya ilə nişanlandığı sahədən keçən 76 mm-lik qaz xəttinin yerüstü sahə ilə keçən hissəsi, birləşmə hissəsi yoxlanılmış, lakin xəttin torpağın altı ilə keçən hissəsi yoxlanılmadığı üçün sızma aşkar olunmamışdır. Sızma xəttin yeraltı hissəsində olduğu və həmin vaxt tərəflərindən yerin alt hissəsinə baxış keçirtmək imkanım olmadığı üçün sızmanı aşkar edə bilməmişdir. Sızmanın aşkar olunması ilə bağlı işlərə rəhbərliyi ona tapşırmışdır. 76 mm-lik yerüstü polad qaz xətti "xxxx" İB-nin balansında, Şəmkir RQİİ-in istismarındadır. 76 mm-lik qaz xətti Şəmkir avtomatik qaz paylayıcı stansiyasından qidalanır, təyinatı Çaparlı kəndinin əhalisini təbii qazla təchiz edir. Həmin xətt təqribən 2012-2013-cü illər ərəfəsində istismara verilmişdir. partlayış baş vermiş fərdi yaşayış evindən 10 metr məsafədə 76 mm-lik qaz xəttində 70 Vol qaz sızması olması barədə ona məlumat verildikdən sonra iş vərəqəsi əsasında o, sızmanın olduğu yerə getsə də onu aşkar edə bilməmişdir. Həmin göstərilən ünvanda qaz sızması aşkar edə bilmədiyindən 76 mm-lik xətdən qaz fərdi yaşayış evinə sızmış və 7 aprel 2024-cü il tarixdə səhər saatlarında partlayış baş vermişdir. Onun barəsində ağır cəza təyin edilməsi ailəsinin həyat şəraitinə mənfi təsir edəcəkdir. O, ailənin yeganə qazanc gətirənidir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərəçəkmiş şəxs, həmdə mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddianın müdafiə etdi, mülki iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin əlavə olaraq göstərdi ki, 06 aprel 2024-cü il tarixdə bacısı Zərərçəkmiş şəxs2 tək olaraq yaşadıqları evə qonaq gəlmişdir. Həmin vaxt evdə o, arvadı Azadə və oğlu Raul olmuşdur. Digər oğlu Uğur isə qaynatası Ceyhungildə qalmışdır. Bacısı Bəsdi onlara evdən rütubət qoxusunun gəldiyini dedikdə, onlar Bəsdiyə cavabında neçə vaxtdır evdən həmin iyinin gəldiyini, lakin dəqiq nə iyisi olduğunu bilmədiklərini demişdir. Beləliklə, onlar söhbətləşdikdən sonra Bəsdi evlərinin birinci mərtəbəsində yerləşən zal otağında, onlar isə ona bitişik olan yataq otağında yatmışlar. 07 aprel 2024-cü il tarixdə saat 06 radələrində yuxudan durub səhər yeməyi yedikdən sonra qonşuluqda yaşayan əmisi Şahid5 yaşadığı fərdi yaşayış evinə həyət işlərində kömək etmək üçün getmişdir. Təxminən saat 09 radələrində küçədən partlayış səsinin gəldiyini eşidib dərhal küçəyə çıxmış və yaşadıqları evdə partlayış baş verdiyini, evin pəncərələrinin küçəyə atıldığını görüb evə daxil olmuşdur. Həmin vaxt evdə olan arvadı Azadə, oğlu Raul və bacısı Bəsdinin yanıq xəsarətləri almasını görmüşdür. Daha sonra xəsarət alanları təcili yardım avtomobilləri ilə Şəmkir rayon xəstəxanasına aparmışlar. Hadisəyə səbəb partlayış hadisəsi baş vermiş fərdi yaşayış evinin yerləşdiyi küçədən keçən yeraltı qaz xəttindən sızan qazın evə dolması və partlayış baş verməsi olmuşdur. Qeyd etdiyi yeraltı qaz xətti partlayış hadisəsi baş vermiş fərdi yaşayış evinin tam yanından, yəni evə təxminən 50-60 sm məsafədən keçmişdir. Evin küçədən giriş qapısının yanından və yol keçidindən isə bütün küçə boyu yeraltı olmaqla keçir. Həmin qaz xətti Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evlərini təmin edən 76 mm-lik polad qaz borusudur və təxminən 2010-2011-ci illərdə çəkilərək istismara verilmişdir. Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evlərini təmin edən 76 mm-lik polad qaz borusunda fevral ayının sonlarından sızma halı olmuşdur. Belə ki, 2024-cü ilin fevral ayının sonlarında aidiyyatı qurumlar gələrək xüsusi cihazlarla qaz sızmalarını müəyyən etmişlər. Onlar partlayış hadisəsinin baş verdiyi fərdi yaşayış evinə təxminən 9-10 metr məsafədə qaz sızması müəyyən edərək qırmızı boya ilə işarələyib getmişlər. Bundan sonra heçnə dəyişməz olaraq qalmışdır. 07 aprel 2024-cü il tarixdə saat 09 radələrində Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evi mərhun atası Zakir Mərdanova məxsus olmuş, lakin əvvəlcə sonuncu, sonra isə anası rəhmətə getdiyindən vərəsəlik qaydasında ona keçmişdir. Əlində yalnız “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə olmuş və o, həmin sənədin surətini təqdim etmişdir. Fərdi yaşayış evi 2 mərtəbəli 6 yaşayış otağından ibarət olmuşdur. Yalnız evin birinci mərtəbəsindən istifadə edilmiş və həmin mərtəbənin zal otağında 1 ədəd qaz sobası, 1 ədəd televizor, mətbəx otağında isə 3 gözlü qaz sobası olmuşdur. Hadisə baş verən gün və ya digər günlərdə fərdi yaşayış evinin daxilində iyi hiss etmişdir. Lakin konkret olaraq qaz iyi ola biləcəyini düşünməmişdir. 2024-cü ilin fevral ayının sonlarında arvadı Azadə evin yaxınlığında qaz iyisi hiss etmiş və bu barədə atası Şahid6 məlumat vermişdir. Ceyhun da öz növbəsində "xxxx" QSC-nin işçisi olan qardaşı Şahid3 evdən qaz iyisi gəlməsi barədə məlumat verdikdən sonra X25 İstismar İdarəsinin əməkdaşları gəlib həmin yerə baxış keçirmiş və evin yaxınlığından keçən qaz xəttində sızma halı "xxxx" QSC tərəfindən aşkarlanaraq işarələnmişdir. X25 İstismar İdarəsinin əməkdaşları sızmanın aşkar olunduğu yerə bir neçə dəfə getsələr də, həmin yerdə təmir işləri aparılmamış, onlardan soruşduqda isə materialın olmadığını bildirmişlər. Hadisənin baş verdiyi gün isə həmin sızma halı aşkar olunmuş yerdən qaz evə dolmuş və arvadı Azadə işığı yandırarkən yaranmış qığılcımın evə dolmuş qazı alışdırmasından partlayış baş vermişdir. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Həmçinin hazırki cinayət işi üzrə 58721 manat dəyərində dəymiş maddi ziyanın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, 06 aprel 2024-cü il tarixdə baldızı Zərərçəkmiş şəxs2 tək olaraq onların yaşadıqları evə qonaq gəlmişdir. Həmin vaxt evdə o, əri Murad və oğlu Raul olmuşdur. Digər oğlu Uğur isə onun atası Ceyhungildə qalmışdır. Bəsdi ona evdən rütubət qoxusunun gəldiyini dedikdə, o, cavabında neçə vaxtdır evdən həmin iyinin gəldiyini, lakin dəqiq nə iyisi olduğunu bilmədiklərini demişdir. Beləliklə, onlar söhbətləşdikdən sonra Bəsdi evlərinin birinci mərtəbəsində yerləşən zal otağında, onlar isə bitişik olan yataq otaqlarında yatmışlar. 07 aprel 2024-cü il tarixdə saat 06 radələrində əri Zərərçəkmiş şəxs1 yuxudan oyanaraq səhər yeməyini yedikdən sonra yaşadıqları evlə üzbəüz istiqamətdə yerləşən əmisi Dilqəmin evinə gedib həyət işlərində ona köməlik etmişdir. O isə Muradı yola saldıqdan sonra gündəlik ev işləri ilə məşğul olmağa başlamışdır. Murad evdən getdikdən sonra evdə o, baldızı Bəsti və oğlu Raul qalmışdır. Saat 09 radələrində oğlu Raul yuxudan oyanıb səs salmağa başlamışdır. Raulun səsinə əvvəlcə baldızı Bəsdi oyanıb sakitləşdirməyə çalışmışdır. Daha sonra o, Raulun yanına gedib sonuncunu qucağına almış və zal otağının elektrik lampasını yandırdığı zaman partlayış baş vermişdir. Bundan sonra evə qonşular və əri Murad gəlmiş və o, baldızı Bəsdi və oğlu Raul baş vermiş hadisə nəticəsində yanıq xəsarətləri aldıqları üçün təcili tibbi yardım avtomobili ilə Şəmkir rayon mərkəzi xəstəxanasına aparılmışlar. Baş vermiş hadisə zamanı o, qucağında olan azyaşlı oğlu Raula yemək verərkən zal otağında olan işığı yandırmışdır. Həmin vaxt elektrik qığılcımı evin daxilinə dolmuş təbii qazı alışdırmasından partlayış hadisəsi baş vermişdir. Hadisədən bir gün sonra müvafiq orqanların iştirakı ilə hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, evlərinin yaxınlığından keçən qaz xəttindən təbii qaz torpağın altı ilə evlərinin daxilinə nüfuz etmiş və bundan xəbərsiz olan o, işığı yandırarkən partlayış baş vermişdir. Hadisə baş verən gün və digər günlərdə evin daxilində qoxu hiss etsə də, rütubət iyisinə oxşadıb buna əhəmiyyət verməmiş və onun təbii qaz iyisi olduğunu anlamamışdır. Murad səhər yeməyini yeyərkən evin mətbəx otağında çaynik qaynatmaq üçün qazdan istifadə etmişlər. Evin mətbəx otağı evlərinin giriş hissəsindən sol tərəfdə ayrıca girişi olmaqla yerləşir. Zərərçəkmiş şəxs1 yuxudan oyandıqdan sonra evin heç bir elektrik cihazından istifadə etməmişdir. 2024-cü ilin fevral ayının sonlarında o, evdən deyil, evin yaxınlığından keçən qaz xəttinin yanından qaz iyisinin gəldiyini hiss etmişdir. Bundan sonra atası Şahid6 bu barədə məlumat vermişdir. Atası Ceyhun isə onun dediyini, "xxxx" QSC-nin işçisi olan əmisi İlqara demiş, onlar öz növbəsində növbəti günlərdə gəlib evlərinin yaxınlığındakı qaz xəttinə baxış keçirmişlər. Baxış zamanı evlərinin yaxınlığında olan qaz xəttində sızma müəyyən edilmiş və həmin hissə işarələnmişdir. Bundan sonra 2024-cü ilin mart ayının əvvəllərində də Qaz İstismar idarəsinin işçiləri gəlib həmin yerə baxış keçirsələr də, nöqsanı aradan qaldırmayıb getmişlər. Hazırda Təqsirləndirilən şəxs şikayəti yoxdur, onun barəsində yüngül cəza təyin edilməsini, mülki iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 03 oktyabr 2022-ci il tarixdən "xxxx" QSC X13 xətt baxıcısı vəzifəsində işləyir. Yerüstü xəttlər üzrə xətt baxıcısıdır. Əsas vəzifəsi təhkim olunduğu sahə üzrə yerüstü xətlərə baxışın keçirilməsini həyata keçirməkdir. Təsdiq olunmuş qrafikə əsasən o, 26 fevral 2024-cü il tarixdə Şəmkir rayonu, Çaparlı kəndində yerüstü xətlərə Sensid G2 qaz analizatoru ilə baxış keçirərkən fərdi yaşayış evinin divarına vurulmuş **********6 nömrəli qaz sayğacından 10 metr kənarda olan 76 mm-lik orta təzyiqli yerüstü polad qaz xəttində 70 Vol qaz sızması aşkar etmiş və həmin yeri qırmızı boya ilə nişanlamışdır. Bundan sonra "xxxx" QSC-nin dispetçeri və mühəndislərinə aşkar etdiyi sızma barədə məlumat vermişdir. Sızma barədə həmin gün email vasitəsi ilə "xxxx" İB-yə məlumat verilmişdir. Tərəfindən tərtib olunmuş raportda konkret olaraq 70 Vol qaz sızmasının yerüstü qaz xəttinin yeraltı keçidində olduğu barədə qeydiyyat aparmışdır. 8 aprel 2024-cü il tarixdə iş yerində olarkən Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evində qaz sızmasından partlayış baş verdiyini bilmişdir. Hadisə yerinə dəvət olunmuş və onun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin və "xxxx" İB-nin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı partlayış baş vermiş fərdi yaşayış evindən təqribən 10 metr kənarda, küçədən keçən 76 mm-lik yerüstü polad boru xəttinin yeraltı yol keçidindən keçən hissəsində qaz analizatoru ilə ölçmə işləri aparılarkən 51 Vol səviyyəsində qaz sızmasının olduğu aşkar edilmişdir. Bundan sonra həmin sızmanın olduğu hissə qazılaraq xəttə baxış keçirilərkən xətdən qazın sızdığı aşkar görünmüşdür. Bundan sonra xəttin sızma olan hissəsi kəsilərək ekspert tədqiqatı üçün götürülmüşdür. Qaz xəttinin həmin hissəsi bağlandıqdan sonra yenidən qaz analizatoru ilə ölçmə işləri aparılmış, həmin yerdə qaz sızması aşkar edilməmişdir. Sonradan bilmişdir ki, partlayış nəticəsində fərdi yaşayış evində olan sakinlər xəsarət almışdır. Qaydalara uyğun olaraq baxışdan əvvəl təhlükəsizliklə bağlı baş mühəndis tərəfindən təlimatlandırılır və bundan sonra sazlığı yoxlanılmış qaz analizatorlarını təhvil alırmışlar. Sonra isə qrafik üzrə baxış keçirilməli olan sahələrə getmişdir. Yoxlanılmalı əraziyə çatdıqdan sonra qaz analizatoru vasitəsi ilə gəzməklə yoxlamalarımızı həyata keçirmişlər. Yerüstü xəttin yerin altından keçən hissəsində sızma aşkar edilərsə, həmin sahə tərəflərindən şurflanır və yenidən sızma yoxlanılaraq yeri dəqiqləşdirilirmiş. 26 fevral 2024-cü il tarixdə də Şəmkir rayonu, Çaparlı kəndində aşkar etdiyi sızma 76 mm-lik orta təzyiqli yerüstü polad qaz xəttinin yeraltı keçidində olan hissədə, yəni torpağın alt hissəsində aşkar etdiyi üçün həmin hissə tərəfindən şurflanmış və sızmanın yeri dəqiqləşdirilərək qırmızı boya ilə nişan qoyulmuşdur. Bildiyinə görə, 76 mm-lik qaz xəttində aşkar etdiyi 70 Vol qaz sızması aradan qaldırılmamış və həmin sahədə qaz yaxınlıqda olan fərdi yaşayış evinə dolmuş və partlayış baş vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, , 2007-ci ildən "xxxx" İB X25 istismar idarəsinin Şəmkir rayonu üzrə Qəza-dispetçer xidmətinin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri vəzifəsində işləyir. Çilingər kimi əsas vəzifəsi, diametri 500 mm-ə qədər olan, aşağı və orta təzyiqlə işləyən qaz kəmərlərində qəza-təmir işlərinin yerinə yetirilməsindən, qəzaların aradan qaldırılması üçün yeraltı qaz kəmərləri istiqamətində şurfların qazılmasından, qaz paylayıcısı şəbəkədə qəza hallarının qarşısını almaqdan, vaxtında aşkarlamaq və nəticələrini aradan qaldırmaqdan ötrü tədbirlərin görülməsi üçün dərhal aidiyyatı üzrə rəhbrliyə məlumat verməkdən və s. ibarətdir. 01 mart 2024-cü il tarixdə "xxxx" İB X25 istismar idarəsinin Şəmkir rayonu üzrə Qəza-dispetçer xidmətinin ustası Təqsirləndirilən şəxs ona və qaynaqçı Şahid1 verdiyi göstəriş və 01 mart 2024-cü il tarixdə tərtib olunmuş 119 nömrəli tapşırıq-icazə naryad sənədi əsasında Şəmkir rayonu, Çaparlı kəndində "xxxx" tərəfindən aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması üçün əraziyə çıxmışlar. Bir neçə ünvanda qaz sızmasını aradan qaldırdıqdan sonra Çaparlı kəndində, **********6 nömrəli qaz sayğacından 10 metr kənarda olan 76 mm-lik yerüstü qaz xəttinin yeraltı hissəsində 70 Vol səviyyəsində qaz sızmasını aradan qaldırmq üçün həmin ünvana getmişlər.Əvvəlcə qırmızı boya ilə işarələnmiş yerin yaxınlığını köpüklü su ilə yoxlamış, nəticə olmadığı üçün bel ilə həmin sahəni qazmış, lakin yenə də, bir nəticə olmadığı üçün qazıntı işlərini davam etdirməmiş və sızmanı aşkar edə bilmədiyi barədə usta Təqsirləndirilən şəxs məlumat vermişdir. Sonra həmin ərazidən qaynaqçı Şahid1lə birlikdə kənarlaşmışdır. Sonradan bildim ki, 07 aprel 2024-cü il tarixdə sızma aşkar edilmiş ünvanda yerləşən fərdi yaşayış evində qaz sızmasından partlayış baş vermiş, nəticədə ev içərisindəki əşyalarla birlikdə dağıntının təsirinə məruz qalmış və həmin vaxt evdə olan sakinlər yanıq xəsarətləri almışlar. "xxxx" QSC tərəfindən sızma barədə məlumat ötürüldükdən sonra həmin məlumat "xxxx" İB X25 istismar idarəsinə, eyni zamanda da Qəza-dispetçer xidmətinə ötürülmüşdür. Məlumat Qəza-dispetçer xidmətinə daxil olduqdan sonra Qəza-dispetçer xidmətinin rəisinə daxil olmuş sızmalar barədə məlumat verilir. Sonra xidmət rəisi iş bölgüsü aparır və tərtib olunmuş tapşırıq-icazə Naryadı əsasında işçilər ərazilərə çıxır. Nöqsanlar aradan qaldırıldığı halda bu barədə tapşırıq-icazə Naryadı sənədində qeydiyyat aparılır. Əgər sızma və yaxud digər nöqsan aşkar olunmadığı halda bu barədə şifahi olaraq ustaya və digər rəhbər şəxslərə məlumat verilərək sızmanın aradan qaldırılması üçün hər hansı bir digər tədbirin görülməsi bildirilir. O, sızmanı aşkar etmək üçün köpüklü su məhlulu ilə yoxlama apardıqdan və qaz xəttinin dirsəyinin olduğu yer, yerüstü xəttin yerin altına keçən hissəsini 30-40 sm dərinliyində bel ilə qazmış, sonra qazıntı işlərini davam etdirməmiş və usta Təqsirləndirilən şəxs zəng edərək qazıntı işlərini davam etdirmək üçün xüsusi texnika və əlavə köməyə ehtiyac olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona telefonda “yaxşı” demiş və sonra o, Çaparlı kəndində olan digər sızma olan ünvanlara getmişdir. Gün ərzində xüsusi texnika və əlavə kömək gəlmədiyi üçün o, qeyd olunan **********6 nömrəli qaz sayğacından 10 metr kənarda olan 76 mm-lik yerüstü qaz xəttinin yeraltı hissəsində 70 Vol səviyyəsində qaz sızmasını aradan qaldırmaq üçün qazıntı işləri apara bilməmişdir. Sonradan da həmin ünvana getməmişdir. Təqdim olunmuş 1 mart 2024-cü il tarixli, 119 nömrəli tapşırıq-icazə naryad sənədində qaz sızmasının aradan qaldırıldığı barədə qeydiyyatdan heç bir məlumatı olmamışdır. Həmin qeydiyyat usta Təqsirləndirilən şəxs tərəfindən aparılmışdır. Qeyd olunan sızmanın aradan qaldırılması üçün tərəfindən şurflar qazılmamışdır. Şurfları qazmamağının səbəbini isə belə izah edərək göstərmişdir ki, sızmanın olduğu yeri müəyyən etmək məqsədilə o, əvvəlcə torpaq qatını bel ilə qazmış, lakin torpaq qatının möhkəm olduğunu görüb “lom” deyilən iti uclu, yer qazmaq üçün nəzərdə tutulmuş dəmir alətlə torpağı qazmağa davam etmişdir. Buna baxmayaraq, torpağı artıq qazmağa gücü çatmadığı üçün, torpağın altında qaz sızmasının mənbəyinin olduğu yerdə şurf aça bilməmişdir. Bu barədə ona göstərişi verən rəhbəri Təqsirləndirilən şəxs dərhal istifadəsində olan mobil telefonla nöqsanı aradan qaldıra bilmədiyini deyib şurf aça bilmək, torpaq qatını qazmaq üçün texnika göndərməsini bildirmişdir. Sadiq ona telefonda “yaxşı” deyərək söhbəti sonlandırmışdır. Lakin, gün ərzində sızmanın olduğu ünvana heç bir əlavə texnika göndərilməmişdir. 27 fevral 2024-cü il tarixdə Şəmkir rayonu üzrə Qəza-dispetçer xidmətinin ustası Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çaparlı kəndində qeyd olunan sızmanın aşkar olunduğu ünvanda olmasından, lakin sızmanı aşkar edə bilməməsindən onun heç bir məlumatı olmamışdır. Partlayış baş vermiş fərdi yaşayış evindən 10 metr məsafədə 76 mm-lik qaz xəttində 70 Vol qaz sızması aradan qaldırılmamışdır. Həmin göstərilən ünvanda qaz sızması aşkar edə bilmədiklərindən 76 mm-lik xətdən qaz fərdi yaşayış evinə sızmış və 7 aprel 2024-cü il tarixdə səhər saatlarında partlayış baş vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2019-cu ilin noyabr ayından "xxxx" İB X25 istismar idarəsinin Şəmkir rayonu üzrə Qəzadispetçer xidmətinin rəisi vəzifəsində işləyir. 7 aprel 2024-cü il tarixdə 104 çağrı xidmətindən ona zəng olunaraq Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evində qaz sızmasından partlayış baş verdiyini bildirilmişdir. Dərhal hadisə yerinə getmiş və qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin dağıntının təsirinə məruz qaldığını görmüşdür. Sonradan bilmişdir ki, hadisə zamanı evdə olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X19 yanıq xəsarətləri alaraq xəstəxanaya aparılmışlar. Bir gün sonra, yəni 8 aprel 2024-cü il tarixə FHN-in, "xxxx" QSC-nin əməkdaşlarının, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı partlayış baş vermiş fərdi yaşayış evindən təqribən 10 metr kənarda, küçədən keçən 76 mm-lik yerüstü polad boru xəttinin yeraltı yol keçidindən keçən hissəsində qaz analizatoru ilə ölçmə işləri aparılarkən 51 Vol səviyyəsində qaz sızmasının olduğu aşkar edilmişdir. Bundan sonra həmin sızmanın olduğu hissə qazılaraq xəttə baxış keçirilərkən xətdən qazın sızdığı aşkar görünmüşdür. Bundan sonra xəttin sızma olan hissəsi kəsilərək ekspert tədqiqatı üçün götürülmüşdür. Qaz xəttinin həmin hissəsi bağlandıqdan sonra yenidən qaz analizatoru ilə ölçmə işləri aparılmış, həmin yerdə qaz sızması aşkar edilməmişdir. "xxxx" QSC tərəfindən Şəkmir rayonu, Çaparlı kəndində növbəti baxış zamanı 26 fevral 2024-cü il tarixdə partlayış hadisəsinin baş verdiyi fərdi yaşayış evinin **********6 nömrəli qaz sayğacından 10 metr kənarda olan 76 mm-lik yerüstü qaz xəttinin yeraltı hissəsində 70 Vol səviyyəsində qaz sızması olması aşkarlanmış və bu barədə məlumat 27 fevral 2024-cü il tarixdə "xxxx" İB-yə məlumat verilmişdir. Həmin qaz sızması barədə "xxxx" İB-dən rəsmi məlumat Şəmkir RQİİ-yə 28 fevral 2024-cü il tarixdə daxil olmuşdur. Dərhal həmin məlumat Qəza-dispetçer xidmətinə daxil olmuşdur. Bundan sonra açılmış iş vərəqəsi əsasında usta Təqsirləndirilən şəxs və çilingərlər sızmanı aradan qaldırmaq üçün qeyd olunan ünvana getmişlər. Sonradan Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Şəmkir rayonu, Çaparlı kəndində yerləşən sızmanın olduğu fərdi yaşayış evlərinə baxış keçirilmiş və nöqsanlar aradan qaldırılmışdır. Lakin, Təqsirləndirilən şəxs ona konkret olaraq qeyd olunmuş yerdə, yəni hadisəsinin baş verdiyi fərdi yaşayış evinin **********6 nömrəli qaz sayğacından 10 metr kənarda olan 76 mm-lik qaz borusunda sızmanı aşkar edə bilməməsi barədə heç bir məlumat verməmişdir. Təsdiq olunmuş qrafikə əsasən, Şəmkir rayonunun, Dəllər qəsəbəsi, Çaparlı, Qarayüy, Dəllər, Cırdaxan, Dəllər Daşbulaq, Dəllər-Cəyir, Əliyaqublu, Qədimqala kəndləri üzrə usta Təqsirləndirilən şəxs, çilingərlər – X9, X15, X3 ayrılmışlar. Həqiqətən də, "xxxx" İB-dən Şəmkir RQİİ-yə ünvanlanmış məktub idarəyə 28 fevral 2024-cü il tarixdə daxil olmuşdur. Lakin bundan əlavə "xxxx" QSC-dən sızmalar barədə məlumatlar hər gün saat 16-dan sonra elektron yazışma vasitəsi ilə aidiyyəti qurumlara çatdırılır. Şəmkir rayonu, Çaparlı kəndində 70 Vol səviyyəsində sızma barədə məlumat 26 fevral 2024-cü il tarixdə Şəmkir RQİİ-yə elektron yazışma vasitəsi ilə ötürülmüş buna görə də, usta Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə həmin ünvana getmişdir. Onun və Şəmkir RQİİ-nin rəis müavini Şahid4 iştirakı ilə iştirakı ilə hadisə yerinə baxış keçirilərkən həqiqətən də, partlayış hadisəsinə səbəb olmuş qaz sızmasının fərdi yaşayış evindən 10 metr məsafə yeraltı keçən hissədə olan 76 mm-lik polad qaz borusundan olduğu müəyyən edilmişdir. "xxxx" QSC və "xxxx" İB-nin sənədlətində texniki səhvə yol verilərək “76” əvəzinə “89” rəqəmi yazılmışdır. 76 mm-lik yerüstü polad qaz xətti "xxxx" İB-nin balansında, Şəmkir RQİİ-in istismarındadır. 76 mm-lik qaz xətti Şəmkir avtomatik qaz paylayıcı stansiyasından qidalanır, təyinatı Çaparlı kəndinin əhalisini təbii qazla təchiz edir. Həmin xətt təqribən 2012-2013-cü illər ərəfəsində istismara verilmişdir. Partlayış baş vermiş fərdi yaşayış evindən 10 metr məsafədə 76 mm-lik qaz xəttində 70 Vol qaz sızması olması barədə ona məlumat verildikdən sonra iş vərəqəsi əsasında usta və çilingərləri sızmanın olduğu yerə göndərmişdir. Lakin usta Sadıq Əhmədov ona bildirmişdir ki, həmin göstərilən ünvanda qaz sızması aşkar edə bilmədiyindən sızmanı aradan qaldırmaq üçün iş görülməmişdir. Həmin 76 mm-lik xətdən qaz fərdi yaşayış evinə sızmış və 7 aprel 2024-cü il tarixdə səhər saatlarında partlayış baş vermişdir. 27 fevral 2024-cü il tarixdə "xxxx" İB X25 istismar idarəsinin Şəmkir rayonu üzrə Qəza-dispetçer xidmətinin ustası Təqsirləndirilən şəxs "xxxx" QSC-nin qaynaqçısı Şahid3la birlikdə təkcə **********6 nömrəli qaz sayğacının yaxınlığında aşkar olunmuş sızma ilə bağlı deyil, ümumilikdə Çaparlı kəndində olan sızma yerlərinin aradan qaldırılması üçün getmişlər. Lakin hansı sızmaların aradan qaldırıldığı, eləcə də hansı sızmaların aradan qaldırıla bilmədiyi barədə dəqiq məlumatı olmamışdır. İşin yekunu olaraq Təqsirləndirilən şəxs ona görülmüş işlərlə bağlı məruzə edəndə hansı sızma yerlərinin təmir olunduğu, hansı sızmaların isə təmir olunmadığı barədə məlumat vermişdir. Lakin konkret olaraq **********6 nömrəli qaz sayğacının yaxınlığında yerləşən xəttin yerin altı ilə keçən hissəsində olan sızmanın aradan qaldırılmadığı barədə məlumat verməmişdir. Sızmanın aradan qaldırılması ilə bağlı qeydiyyat ümumilikdə həmin gün Çaparlı kəndində olan sızmalarla bağlı olmuşdur. **********6 nömrəli qaz sayğacının yaxınlığında yerləşən xəttin yerin altı ilə keçən hissəsində olan sızmanın aradan qaldırılmadığı barədə iş rəhbəri tərəfindən yazılı raport olmalı imiş. Bu barədə heç bir yazılı raport verilməmişdir. Çaparlı kəndi üzrə qaz sızmalarının aradan qaldırılması üçün iş rəhbəri usta Təqsirləndirilən şəxs təyin edilmişdir. O, 1 mart 2024-cü il tarixdən sonra da, Təqsirləndirilən şəxs Çaparlı kəndi üzrə aradan qaldırılmayan sızmaların qısa müddət ərzində icrası ilə bağlı tapşırıqlar vermişdir. Məlumat daxil olduqdan sonra "xxxx" QSC tərəfindən aşkar olunmuş sızmaların aradan qaldırılması ilə bağlı müddət 1 ay müəyyən olunmuşdur. Əgər 1 aydan sonra sızma aradan qaldırılmayıbsa, bunun səbəbi araşdırılır. 26 fevral 2024-cü il tarixdə "xxxx" QSC tərəfindən aşkar olunmuş Çaparlı kəndində **********6 nömrəli qaz sayğacının yaxınlığında yerləşən xəttin yerin altı ilə keçən hissəsində olan sızma 7 aprel 2024-cü il tarixədək, yəni 1 aydan da çox müddətinə aradan qaldırılmamışdır. Bununla bağlı tərəfindən heç bir tədbir görülməmişdir. Şahid3 onunla söhbət zamanı Çaparlı kəndində "xxxx" QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının bəzilərinin aradan qaldırılmadığını bildirmiş, lakin qardaşı qızının yaşadığı evdə qaz iyi hiss olunması barədə ona heç bir məlumat verməmişdir. Məhkəmə istintaqınd şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2017ci ildən "xxxx" QSC X6ynaqçı vəzifəsində işləyir. "xxxx" İB X25 istismar idarəsinin Şəmkir rayonu üzrə Qəza-dispetçer xidmətində qaynaqçıların az olması və görülməli işlərin çox olması səbəbindən "xxxx" QSC-nin və "xxxx" İB-nin birgə razılığına əsasən o, "xxxx" QSC tərəfindən aşkar olunmuş sızmaların "xxxx" İB X25 istismar idarəsinin Şəmkir rayonu üzrə Qəza-dispetçer xidməti tərəfindən aradan qaldırılması prosesində qaynaqçı kimi iştirak etmişdir. Yəni daxil olmuş məlumat əsasında qeyd olunmuş sızmaların aradan qaldırılması zamanı qaynaq işlərinə ehtiyac olduqda həmin işlər göstəriş verildikdə onun tərəfindən həyata keçirilmişdir. 27 fevral 2024-cü il tarixdə Qəza-dispetçer xidmətinin rəisi Şahid7 göstərişi əsasında "xxxx" İB X25 istismar idarəsinin Şəmkir rayonu üzrə Qəza-dispetçer xidmətinin ustası Təqsirləndirilən şəxsla birlikdə Şəmkir rayonu, Çaparlı kəndi üzrə "xxxx" QSC tərəfindən aşkar olunmuş sızmaların aradan qaldırılması üçün əraziyə getmişlər. Bir neçə sahədə yerüstü qaz sızmalarını aradan qaldırdıqdan sonra **********6 nömrəli qaz sayğacından 10 metr kənarda əvvəlcədən işarələnmiş yerdə qaz sızmasını aradan qaldırmaq üçün işə başlamışlar. O, qaynaqçı olduğu üçün usta Təqsirləndirilən şəxs köpüklü su məhlunu ilə 76 mm-lik qaz xəttinin yerüstü hissəsini və xəttin yerin altına girən hissəsini yoxlamış, lakin sızma aşkar olunmamışdır. Bundan sonra ehtimal etmişlər ki, sızma 76 mm-lik yerüstü qaz xəttinin yeraltı keçidindədir. Biraz bel ilə qazıntı işləri aparmış, lakin torpaq sərt olduğu üçün qazıntı işlərini davam etdirə bilməmişdir. Bundan sonra sızmanı aşkar etmək mümkün olmadığı üçün digər ərazidə sızmaları aradan qaldırmağa getmişlər. Qeyd olunan sahədə sızmanın aşkar edilə bilməməsi barədə Qəzadispetçer xidmətinin rəhbərliyinə məlumat verilməsindən onun məlumatı olmamışdır. Çünki o, yalnız qaynaq işlərini görmüşdür. Yəqin ki, Təqsirləndirilən şəxs tərəfindən rəhbərliyə bu barədə məlumat verildiyini bildirmişdir. Onun vəzifəsinin qaz sızmasını aşkar etmək deyil, aşkar olunmuş sızmanın yerini bərpa edərkən ehtiyac yarandıqda qaynaq işlərini görməkdən ibarət olduğunu bildirmişdir. Sızma 76 mm-lik qaz xəttinin torpağın altından keçən hissəsində olduğu üçün həmin xətdə sımzanı dəqiq müəyyən etmək üçün yalnız texnika vasitəsi ilə qazıb çıxartmaq mümkün imiş. Həmin vaxt texnika olmadığı üçün qazıntı işləri aparılmadığından sızmanın dəqiq yeri aşkarlanmamışdır. Sonradan o, həmin sahəyə getməmişdir. Lakin partlayış baş vermiş fərdi yaşayış evində onun qardaşı qızı Zərərçəkmiş şəxs3 yaşadığını, qardaşı qızı Zərərçəkmiş şəxs3 partlayış hadisəsi baş verməmişdən təqribən 1 həftə əvvəl atası Şahid6 evindən qaz iyi gəldiyini bildirdiyini qeyd etmişdir. Qardaşı Ceyhun da bu barədə ona məlumat vermişdir. Bundan sonra o, Qəzadispetçer xidmətinin rəisi Şahid7 bildirmişdir ki, sızmasın aşkar edildiyi yerin yanında yerləşən, qardaşı qızı Azadənin ailəsi ilə birlikdə yaşadığı evdən qaz iyi hiss olunub, həmin sızmanı aradan qaldırmaq lazımdır. Şahid7 isə ona materialın olmadığını demişdir. Bundan təqribən 1 həftə sonra qaz sızmasından partlayış baş vermişdir. 27 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxsla birlikdə sızmanın aşkar olunması işlərini görərkən bununla bağlı Tapşırıq-İcazə naryad sənədi tərtib olunmasından məlumatı olmamışdır. Bildiyinə görə, 76 mm-lik qaz xəttində aşkar edilən 70 Vol qaz sızması aradan qaldırılmamış və həmin sahədə qaz yaxınlıqda olan fərdi yaşayış evinə dolmuş və partlayış baş vermişdir. Məhkəmə istintaqınd şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, hadisə baş verməmişdən təxminən 2 ay əvvəl, 2024-cü ilin fevral ayında qızı Azadə onlara qonaq gələndə ona bildirmişdir ki, Şəmkir rayonu, Çaparlı kəndində yerləşən yaşadıqları evdən xarab olmuş hansısa maddənin iyisi gəlir. Lakin ona konkret olaraq qaz iyisi gəlməsi barədə heç bir söz deməmişdir. Eyni zamanda qızı ona bir neçə gün əvvəl, yəni 2024-cü ilin fevral ayının sonlarında əmisi, yəni "xxxx" QSC-də qaynaqçı işləyən qardaşı Şahid3 bir nəfər iş yoldaşı ilə birlikdə evlərinin yaxınlığında olan qaz xəttinə baxış keçirdiklərini və sızma yeri aşkar etdikdən sonra həmin sahəni qırmızı boya ilə işarələyib getdiklərini, buna baxmayaraq heç bir tədbir görülmədiyini və sızmanın aradan qaldırılmadığını bildirmişdir. Bundan sonra qızının deməsinə görə, X25 istismar idarəsinin işçiləri 01 mart 2024-cü il tarixdə yenidən gəlib sızmanın aşkar olunduğu yerə baxış keçirmiş, lakin heç bir tədbir görülməyib getmişlər. O, bu haqda qardaşı Şahid3la danışıb qızı Azadənin evindən iyi gəlməsini sonuncunun ona dediyini, evlərinin yaxınlığından keçən qaz xəttindən sızan yerin hələ də təmir olunmadığını, bu haqda işlədiyi yerə məlumat verib problemi aradan qaldırmalarını xahiş etmişdir. İlqar da onun xahişini X25 istismar idarəsinin bu işə baxan rəhbərliyinə çatdırmış, Qəza-dispetçer xidmətinin rəisi İsgəndər müəllim ona hazırda sızmanın olduğu yeri təmir etmək üçün əllərində material olmadığını bildirmişdir. Bütün bu sözləri qardaşı İlqar onunla söhbət edərkən bildirmişdir. Bu söhbətin üzərindən təxminən 1 həftə keçdikdən sonra, 07 aprel 2024-cü il tarixdə səhər radələrində qızı Azadənin yaşadığı evdə partlayış baş verdiyini, həmin partlayış nəticəsində qızı Azadənin, nəvəsi Raulun və Azadənin baldızı Bəsdinin yanıq xəsarətləri almasını eşitdim. Partlayış baş verdikdən sonra eşitdiyinə görə, hadisəyə səbəb hadisə baş vermiş fərdi yaşayış evinin yerləşdiyi küçədən keçən yeraltı qaz xəttindən sızan qazın evə dolması və partlayış baş verməsi olmuşdur. Şəmkir rayonu, Çaparlı kəndində yerləşən partlayış baş vermiş fərdi yaşayış evinin kürəkəni Murada məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqınd şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2023cü ilin sentyabr ayından "xxxx" İB X25 istismar idarəsinin rəis müavini vəzifəsində işləyir. 7 aprel 2024-cü il tarixdə 104 çağrı xidmətindən ona zəng olunaraq Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evində qaz sızmasından partlayış baş verdiyi bildirilmişdir. Dərhal hadisə yerinə getmiş və qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin dağıntının təsirinə məruz qaldığını görmüşdür. Sonradan bilmişdir ki, hadisə zamanı evdə olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X19 yanıq xəsarətləri alaraq xəstəxanaya aparılmışlar. Bir gün sonra, yəni 8 aprel 2024-cü il tarixə FHN-in, "xxxx" QSC-nin əməkdaşlarının, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı partlayış baş vermiş fərdi yaşayış evindən təqribən 10 metr kənarda, küçədən keçən 76 mm-lik yerüstü polad boru xəttinin yeraltı yol keçidindən keçən hissəsində qaz analizatoru ilə ölçmə işləri aparılarkən 51 Vol səviyyəsində qaz sızmasının olduğu aşkar edilmişdir. Bundan sonra həmin sızmanın olduğu hissə qazılaraq xəttə baxış keçirilərkən xətdən qazın sızdığı aşkar görünmüşdür. Bundan sonra xəttin sızma olan hissəsi kəsilərək ekspert tədqiqatı üçün götürülmüşdür. Qaz xəttinin həmin hissəsi bağlandıqdan sonra yenidən qaz analizatoru ilə ölçmə işləri aparılmış, lakin həmin yerdə qaz sızması aşkar edilməmişdir. "xxxx" QSC tərəfindən Şəmkir rayonu, Çaparlı kəndində növbəti baxış zamanı 26 fevral 2024-cü il tarixdə partlayış hadisəsinin baş verdiyi fərdi yaşayış evinin **********6 nömrəli qaz sayğacından 10 metr kənarda olan 76 mm-lik yerüstü qaz xəttinin yeraltı hissəsində 70 Vol səviyyəsində qaz sızması olması aşkarlanmış və bu barədə 26 fevral 2024-cü il tarixdə "xxxx" İB-yə məlumat verilmişdir. Həmin qaz sızması barədə "xxxx" İB-dən rəsmi məlumat Şəmkir RQİİ-yə 28 fevral 2024-cü il tarixdə daxil olmuşdur. Dərhal həmin məlumat Qəzadispetçer xidmətinə daxil olmuşdur. Bundan sonra açılmış iş vərəqəsi əsasında usta Təqsirləndirilən şəxs və çilingərlər sızmanı aradan qaldırmaq üçün qeyd olunan ünvana getmişlər. Sonradan Təqsirləndirilən şəxs qəza dispetçer xidmətinin rəisi Şahid7 məlumat verərək qeyd olunmuş yerdə, yəni hadisəsinin baş verdiyi fərdi yaşayış evinin **********6 nömrəli qaz sayğacından 10 metr kənarda olan 76 mm-lik qaz borusunun hər iki tərəfi qazılaraq baxılmış, lakin sızmanı aşkar edə bilmədiyi üçün orada heç bir iş görülməmişdir. Təsdiq olunmuş qrafikə əsasən, Şəmkir rayonunun, Dəllər qəsəbəsi, Çaparlı, Qarayüy, Dəllər, Cırdaxan, Dəllər Daşbulaq, Dəllər-Cəyir, Əliyaqublu, Qədimqala kəndləri üzrə usta Təqsirləndirilən şəxs, çilingərlər – X9, X15, X3 ayrılmışlar. Həqiqətən də, "xxxx" İB-dən Şəmkir RQİİ-yə ünvanlanmış məktub idarəyə 28 fevral 2024-cü il tarixdə daxil olmuşdur. Lakin bundan əlavə "xxxx" QSC-dən sızmalar barədə məlumatlar hər gün saat 16-dan sonra elektron yazışma vasitəsi ilə aidiyyəti qurumlara çatdırılmışdır. Şəmkir rayonu, Çaparlı kəndində 70 Vol səviyyəsində sızma barədə məlumat 26 fevral 2024-cü il tarixdə Şəmkir RQİİ-yə elektron yazışma vasitəsi ilə ötürülmüş buna görə də, usta Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə həmin ünvana getmişdir. Onun da iştirakı ilə hadisə yerinə baxış keçirilərkən həqiqətən də, partlayış hadisəsinə səbəb olmuş qaz sızmasının fərdi yaşayış evindən 10 metr məsafə yeraltı keçən hissədə olan 76 mm lik polad qaz borusundan olduğu müəyyən edilmişdir. "xxxx" QSC və "xxxx" İB-nin sənədlərində texniki səhvə yol verilərək 76 əvəzinə 89 rəqəmi yazılmışdır. 76 mm-lik yerüstü polad qaz xətti "xxxx" İB-nin balansında, Şəmkir RQİİ-in istismarındadır. 76 mm-lik qaz xətti Şəmkir avtomatik qaz paylayıcı stansiyasından qidalanır, təyinatı Çaparlı kəndinin əhalisini təbii qazla təchiz edir. Həmin xətt təqribən 2012-2013-cü illər ərəfəsində istismara verilmişdir. Partlayış baş vermiş fərdi yaşayış evindən 10 metr məsafədə 76 mm-lik qaz xəttində 70 Vol qaz sızması olması barədə ona məlumat verildikdən sonra iş vərəqəsi əsasında usta və çilingərləri sızmanın olduğu yerə göndərmişdir. Lakin usta Sadıq Əhmədov bildirmişdir ki, həmin göstərilən ünvanda qaz sızması aşkar edə bilmədiyindən sızmanı aradan qaldırmaq üçün iş görülməmişdir. Məhkəmə istintaqınd şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 07 aprel 2024-cü il tarixdə saat 06 radələrində yuxudan durub səhər yeməyi yedikdən sonra qonşuluqda yaşayan qardaşı oğlu Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evində həyət işlərində kömək etmək üçün gəlmişdir. Təxminən saat 09 radələrində küçədən partlayış səsi gəldiyini eşitmişdir. Dərhal küçəyə çıxmış və Murad fərdi yaşayış evində partlayış baş verdiyini, evin pəncərələrinin küçəyə atıldığını görüb evə daxil olmuşdur. Həmin vaxt evdə olan arvadı Azadə, oğlu Raul və bacısı Bəsdinin yanıq xəsarətləri almasını görmüşdür. Daha sonra xəsarət alanları təcili yardım avtomobilləri ilə Şəmkir rayon xəstəxanasına aparmışlar. Hadisəyə səbəb partlayış hadisəsi baş vermiş fərdi yaşayış evinin yerləşdiyi küçədən keçən yeraltı qaz xəttindən sızan qazın evə dolması və partlayış baş verməsi olmuşdur. Qeyd etdiyi yeraltı qaz xətti partlayış hadisəsi baş vermiş fərdi yaşayış evinin tam yanından, yəni evə təxminən 50-60 sm məsafədən keçir. Evin küçədən giriş qapısının yanından və yol keçidindən isə bütün küçə boyu yeraltı olmaqla keçir. Həmin qaz xətti Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evlərini təmin edən 76 mm-lik polad qaz borusudur və təxminən 2010-2011-ci illərdə çəkilərək istismara verilmişdir. Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evlərini təmin edən 76 mm-lik polad qaz borusunda fevral ayının sonlarından sızma halı olmuşdur. Belə ki, 2024-cü ilin fevral ayının sonlarında aidiyyatı qurumlar gələrək xüsusi cihazlarla qaz sızmalarını müəyyən edirmişlər. Partlayış hadisəsinin baş verdiyi fərdi yaşayış evinə təxminən 9-10 metr məsafədə qaz sızması müəyyən edərək qırmızı boya ilə işarələyib getmişlər. Bundan sonra heçnə dəyişməz olaraq qalmışdır. Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evi qardaşı oğlu Murada məxsusdur. Hadisə baş verən gün və ya digər günlərdə fərdi yaşayış evinin yerləşdiyi küçədə qaz iyi hiss etmiş, lakin əhəmiyyət verməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 16 may 2024-cü il tarixli, 3-16-16/2-6/2094-3/661 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 4,15 kq kütləli, uzunluğu təxminən 72 sm, diametri 87 mm, divarının qalınlığı 4 mm olan boru nümunəsi dəmir əsaslı ərintidən hazırlanmışdır. Boru nümunəsi həm kimyəvi, həm də elektrokimyəvi korroziyaya uğramışdır, nümunənin üzərində deşiklər həmçinin iç və çöl səthində müntəzəm korroziya izləri müşahidə edildi. Korroziya (xarici mühitin kimyəvi təsiri) nəticəsində metalların tədricən dağılması və yeyilməsi prosesləri gedir. Korroziya prosesinə metalın yerləşdiyi mühitin xassələri, temperatur və s. kimi amillər təsir edir və bu prosesi (yəni metalın zaman keçdikcə yeyilməsi və dağılması) sürətləndirir. Tədqiqata təqdim edilən bir ədəd borunun üzərində trasoloji iz və zədə yoxdur. Tədqiqata təqdim edilən bir ədəd borunun üzərində olan zədələr korroziya nəticəsində əmələ gələn dəliklərdir. Təqdim edilmiş bir ədəd borunun üzərində rəyin təsviri hissəsində qeyd olunan dəliklərin ölçüsü və sayı verilib (6 ədəd 2,9,17,5,13,24,18). Elmi metodika olmadığından zədələrin yaranma müddətini müəyyən etmək mümkün deyil. (Cild 1, səh. 231) Cinayət işinin materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 12 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/2775 nömrəli rəyindən görünür ki, Şəmkir rayonu, Çaparlı kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evində baş vermiş partlayış hadisəsi nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud bazar qiymətlərinə uyğun dəyəri 57600.00 manat məbləğində müəyyən olunur. (Cild 1, səh. 235) Cinayət işinin materiallarında olan məhkəmə yanğın-texniki ekspertizasının 14 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/2675 nömrəli rəyindən görünür ki, Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evinin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə, baş vermiş yanğınla müşahidə olunan partlayışın mənbəyi – evin birinci mərtəbəsinin daxilində olmuşdur; Yanğınla müşahidə olunan partlayış, evlə üzbəüz dayandıqda sol tərəfdə yerləşən küçənin girişində torpaq qatının altı ilə keçən polad qaz xəttinin üzərində korroziya nəticəsində yaranmış sızma yerindən sızan təbii qazın evin zal otağına dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin (konkret halda elektrik lampasının yandırılması zamanı yaranan qığılcımın) təsirindən alışması nəticəsində baş vermişdir. Şəmkir rayonu, Çaparlı kəndində yerləşən yeraltı qaz kəmərinə texniki baxış zamanı aşkar olunmuş sızmanın aradan qaldırılması üçün tədbirlər görmədiyinə görə, vəzifə təlimatının 22-ci bəndinin və «Qazdan istifadə qaydaları»nın 3.1.3, 3.1.6 bəndlərinin tələbləri "xxxx" İB X25 istismar idarəsinin Şəmkir rayonu üzrə Qəza-dispetçer xidmətinin ustası tərəfindən pozulmuşdur. (Cild 1, səh. 242) Cinayət işinin materiallarında olan JN – 175A, KOD 50415028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayonu Məşədi Hüseynli kəndində 0.09 ha torpaq sahəsi X10, X4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə mülkiyyətinə verilmişdir. (Cild 2, səh. 13) Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 iyun 2024-cü il tarixli, 9/2859 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş məlumatda göstərilən 9 adda məhv olmuş əşyaların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 1121,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Məlumatda göstərilən 68 adda mallar barədə kifayət qədər məlumat (markası, modeli, texniki göstəriciləri və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Qeyd edilir ki, hər hansı bir əmtəənin qiymətləndirilməsi üçün onun markası, modeli, ölçüləri, təyinatı, istifadəyə yararlılığı və sair müəyyən edilməlidir. Həmin əlamətlər müəyyən edilmədən qiymətləndirmə aparılaraq obyektiv nəticəni əldə etmək mümkün deyil. (Cild 2, səh. 177) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 iyun 2024-cü il tarixli, 594 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlər – sağ qulaq seyvanının, sağ yanağın, sol çiyinüstü nahiyənin, sağ diz oynağının İİ dərəcəli, sağ saidin aşağı üçdə birinin və sağ əlin arxa səthinin İİİ dərəcəli termiki yanıqları yüksək hərarətin, ola bilsin ki, baş vermiş qaz partlayışı nəticəsində alovun təsirindən törənmişlər, törənmə müddətləri 07 aprel 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. (Cild 2, səh 48) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 iyun 2024-cü il tarixli, 595 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – bədən səthinin 52-54%-ni əhatə edən alın və üz nahiyəsinin, İİ dərəcəli, hər iki yuxarı və aşağı ətrafların İİ-İİİ dərəcəli termiki yanıqları yüksək hərarətin, ola bilsin ki, baş vermiş qaz partlayışı nəticəsində alovun təsirindən törənmişlər, törənmə müddətləri 07 aprel 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. (Cild 2, səh. 51) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 iyun 2024-cü il tarixli, 596 nömrəli rəyindən görünür ki, X12 bədən səthində aşkar edilmiş xəsarət – sol baldırın aşağı üçdə birinin ön səthinin İİ dərəcəli termiki yanığı yüksək hərarətin, ola bilsin ki, baş vermiş qaz partlayışı nəticəsində alovun təsirindən törənmişlər, törənmə müddətləri 07 aprel 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (Cild 2, səh. 45) Cinayət materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2024–cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət materiallarında olan Şəmkir RİH Başçısının Çaparlı kənd İ.Ə.D üzrə nümyəndəliyinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən və "xxxx" İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə və işlədiyi yerdə müsbət xarakterizə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs "xxxx" İB X25 istismar idarəsinin Şəmkir rayonu üzrə Qəza-dispetçer xidmətinin ustası vəzifəsində işləyərkən işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər xx.xx.2001-ci il təvəlüdlü Zərərçəkmiş şəxs3 sağlamlığına az ağır, xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır və xx.xx.2023-cü il təvəllüdlü X1 yüngül zərər vurulmasına səbəb olan səhlənkarlıq etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs X25 istismar idarəsi rəisinin xx.xx.2023-cü il tarixli 14-2-2-13/3-1K-121/2023 nömrəli əmri ilə X25 istismarı idarəsinin Şəmkir rayonu üzrə Qəza-dispetçer xidmətinin ustası vəzifəsinə təyin edilib vəzifəsinin icrası ilə əlaqədar olaraq 09 dekabr 2021-ci il tarixdə X25 istismarı idarəsinin rəisi tərəfindən təsdiq edilmiş "xxxx" X2 istismarı idarəsinin Qəza-dispetçer xidmətinin ustasının vəzifə təlimatının 22-ci bəndində “Qaz paylayıcısı şəbəkədə qəza hallarının qarşısını almaq, vaxtında aşkarlamaq və nəticələrini aradan qaldırmaqdan ötrü tədbirlərin görülməsi üçün dərhal aidiyyatı üzrə rəhbərliyə məlumat verməyə borcludur” kimi texniki təhlükəsizlik qaydalarına əməl olunması öhdəliyini öz üzərinə götürsə də, vəzifəli şəxs kimi ona həvalə olunmuş həmin vəzifə öhdəliklərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.3-cü bəndində göstərilən “qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı” və 3.1.6-cı bəndində göstərilən “bu Qaydaların 3.2.7-ci (qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və ya nəfəslikləri açmalı, od yandırmamalı, tütün çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməli) və 3.2.9-cu yarımbəndlərində (zirzəmidə, binanın girişində, həyətdə, küçədə qaz iyinin hiss edilməsi zamanı ətrafdakıları ehtiyat tədbirləri barədə xəbərdar etməli, elektrik işıqlarını yandırmamalı və ya söndürməməli, qaz dolmuş ərazidən insanların çıxarılması, açıq od və qığılcım yaranmasının qarşısının alınması üzrə tədbirlər görməli və qaz paylayıcısına təcili məlumat verməli) nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli” kimi tələbləri vaxtında və keyfiyyətlə həyata keçirməyib, öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin ağır nəticələrə və əmlak ziyanının dəyməsinə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək vəzifə təlimatına və qanunvericiliyin həmin tələblərinə əhəmiyyət verməyib 2024-cü ilin təsdiq olunmuş qrafikinə əsasən Qəza-dispetçer xidmətinin əməkdaşları tərəfindən 27 fevral 2024-cü il və 01 mart 2024-cü il tarixlərdə Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evlərində qaz sızmalarının aradan qaldırılması məqsədilə texniki baxış həyata keçirilən zaman Zərərçəkmiş şəxs1 faktiki mülkiyyətində olan evlə üzbəüz dayandıqda sol tərəfdə yerləşən küçənin girişində torpaq qatının altı ilə keçən qaz xəttinin sızma yerinin aşkar edilərək qaynaq edilməsi təmin olunmadığına görə 76 mm-lik polad qaz xəttinin üzərində korroziya nəticəsində yaranmış sızma yerindən sızan təbii qazın evin zal otağına dolması və 07 aprel 2024-cü il tarixdə saat 09 radələrində partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin (konkret halda elektrik lampasının yandırılması zamanı yaranan qığılcımın) təsirindən alışması nəticəsində baş vermiş qaz partlayışı zamanı alovun təsirindən ev sakinləri – xx.xx.2001-ci il təvəlüdlü Zərərçəkmiş şəxs3 sağ qulaq seyvanının, sağ yanağın, sol çiyinüstü nahiyənin, sağ diz oynağının İİ dərəcəli, sağ saidin aşağı üçdə birinin və sağ əlin arxa səthinin İİİ dərəcəli termiki yanıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma, xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthinin 52-54%-ni əhatə edən alın və üz nahiyəsinin, İİ dərəcəli, hər iki yuxarı və aşağı ətrafların İİ-İİİ dərəcəli termiki yanıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurma, xx.xx.2003-cü il təvəllüdlü X7 baldırın aşağı üçdə birinin ön səthinin İİ dərəcəli termiki yanığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma xəsarətləri almış, həmçinin Zərərçəkmiş şəxs1 faktiki mülkiyyətində olan evin birinci mərtəbəsinin daxilində baş vermiş partlayış hadisəsi nəticəsində evin əşya-əmlakına 1121.00 (bir min yüz iyirmi bir manat) manat və tikinti üzrə 57600,00 (əlli yeddi min altı yüz) manat olmaqla ümumilikdə 58721,00 (əlli səkkiz min yeddi yüz iyirmi bir) manat məbləğində əhəmiyyətli zərər dəymişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 314.2–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 314.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hər bir təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli qulluq mənafeyi əleyhinə olmaqla, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini və iş yeri üzrə müsbət xarakteriza olunmasını, ehtiyatsızlıqdan cinayət törətməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı, eləcə də Azərbaycan Respublikası ona həmin Məcəllənin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, məhkəmə cinayət işi üzrə zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs1 "xxxx" İB-nə qarşı "xxxx" İB–dən maddi ziyana görə 58721 manat məbləğində mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, mülki iddia "xxxx" İB –nə münasibətdə tam əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə mülki iddianın hüquqi şəxs olan "xxxx" İB–nə qarşı verilməsi ilə bağlı qeyd edir ki, məhkəmə istintaqında sübuta yetirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin məhz "xxxx" İB–nin işçisi olan, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs1 faktiki mülkiyyətində olan evin birinci mərtəbəsinin daxilində baş vermiş partlayış hadisəsi nəticəsində evin əşya-əmlakına 1121.00 (bir min yüz iyirmi bir manat) manat və tikinti üzrə 57600,00 (əlli yeddi min altı yüz) manat olmaqla ümumilikdə 58721,00 (əlli səkkiz min yeddi yüz iyirmi bir) manat məbləğində əhəmiyyətli zərər dəyməsinə görə "xxxx" İB həm öz işçisinin əmək funksiyalarının icarsı zamanı törətdikləri mülki hüquq pozuntusuna görə mülki məsulyyət daşıyır. Ona görə də hazırkı mülki iddia üzrə mülki cavabdeh qismində "xxxx" İB tanınmışdır. Zərərçəkmiş şəxs isə ona qarşı mülki iddia verməkdə haqlı olmuşdur. Məhkəmə, həmçinin mülki iddianın sübut və həll edilməsi üçün tələbin hüquqi əsasının təşkil edən maddi hüquq normasının müəyyən edlməsi ilə əlaqədar olaraq qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan, mübahisənin həlli zamanı cinayət prosessual qanunvericiliyin müddəaları ilə yanaşı, qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəalarının müvafiq olaraq tətbiq edilməsi yolu ilə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual məcəlləsinin 179.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2–ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəlıənin 179.3–cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3–cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1099.1–ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2–ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə sadlanan mülki hüquq normalarının tələbləri baxımından bir daha qeyd edir ki, məhkəmə istintaqında sübuta yerilimiş cinayət əməlinin törədilməsində təqsirli bilinən şəxsdən, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədilən vaxt "xxxx" İB X25 istismar idarəsinin Şəmkir rayonu üzrə Qəza-dispetçer xidmətinin ustası vəzifəsində işləmiş, zərərçəkmiş şəxsin mülkiyyətinə ziyan dəymişdir. Ona görə də məhkəmə hesab edir ki, öz işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə zərəçəkmiş şəxsə vurduğu zərərin əvəzi "xxxx" İB tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1–ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2–ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, zərərçəkmiş şəxsə maddi ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuşdur. Ona görə də zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilməlidir. Belə ki, Cinayət işinin materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 12 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/2775 nömrəli rəyindən görünür ki, Şəmkir rayonu, Çaparlı kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evində baş vermiş partlayış hadisəsi nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud bazar qiymətlərinə uyğun dəyəri 57600.00 manat məbləğində müəyyən olunur. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 iyun 2024-cü il tarixli, 9/2859 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş məlumatda göstərilən 9 adda məhv olmuş əşyaların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 1121,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Məlumatda göstərilən 68 adda mallar barədə kifayət qədər məlumat (markası, modeli, texniki göstəriciləri və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Qeyd edilir ki, hər hansı bir əmtəənin qiymətləndirilməsi üçün onun markası, modeli, ölçüləri, təyinatı, istifadəyə yararlılığı və sair müəyyən edilməlidir. Həmin əlamətlər müəyyən edilmədən qiymətləndirmə aparılaraq obyektiv nəticəni əldə etmək mümkün deyil. Məhkəmə istintaqında müəyyən edildi ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə Zərərçəkmiş şəxs1 faktiki mülkiyyətində olan evin birinci mərtəbəsinin daxilində baş vermiş partlayış hadisəsi nəticəsində evin əşya-əmlakına 1121.00 (bir min yüz iyirmi bir manat) manat və tikinti üzrə 57600,00 (əlli yeddi min altı yüz) manat olmaqla ümumilikdə 58721,00 (əlli səkkiz min yeddi yüz iyirmi bir) manat məbləğində maddi zərərə məruz qalmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1–ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Beləliklə məhkəmə istintaqında müəyyən edildi ki, cinayət qanunda nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği 58721 manatdır. Ona görə də mülki iddia maddi ziyan tam əsaslı olduğundan təmin edilməli və mülki cavabdeh "xxxx" ASC–dən alınıb mülki iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut müəyyən olunmadı. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları ilə bağlı məhkəmə məsrəfləri ümumilikdə 338 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 338 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 23 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şəmkir Rayon Vəkil Bürosunun hesabına 138 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Cinayət əməli nəticəsində vurulmuş maddi zərərə görə "xxxx" İB-dən 58721 manat pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 338 manat (üç yüz otuz səkkiz manat) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X5, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 23 saat hüquqi yardıma görə 138 (bir yüz otuz səkkiz) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-52/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-52/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver