Məhkəmə qərarları › İş №1(076)-53/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-53/2024

05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-53/2024 05.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri–Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri X6, Müdafiəçi2, Müdafiəçi1, təqsirləndirilən şəxslər–Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.1995-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Şəmkir rayonu, “Kraz Yolu” yaşayış massivində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə, xx.xx.1994-cü ildə Şəmkir şəhərində, Azəbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, 16 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində Şəmkir şəhərində dəqiq məlum olmayan ünvanda öz xahişi ilə tanışı Təqsirləndirilən şəxs1 vasitəçiliyi ilə 30 (otuz) manat pulun qarşılığında tanımadığı Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs3 “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan satın alaraq qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı Şəmkir rayonu, Kraz yolu adlı yaşayış massivinə daşımış, həmin tarixdə saat 20 radələrində Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 Şəmkir şəhəri, “Kraz yolu” yaşayış yerinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins materialından olan şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 9 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdü. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, 16 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində tanışı Təqsirləndirilən şəxs2 xahişi ilə 30 (otuz) manat və həmin tarixdə 23 radələrində öz tələbatını təmin etmək məqsədilə 20 (iyirmi) manat pulun qarşılığında Şəmkir şəhərində dəqiq məlum olmayan ünvanlarda vahid niyyətlə tanışı Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs3 müvafiq olaraq saat 19 radələrində 9 qram çəkidə, saat 23 radələrində isə 20 (iyirmi) manat pulun qarşılığında 1,02 qram çəkidə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan satın alaraq qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir şəhəri, N.Nərimanov küçəsinə daşımış, həmin narkotik vasitə olan qurudulmuş marixuananın 9 qramını həmin gün tanışı Təqsirləndirilən şəxs2 vermiş, eyni tarixdə saat 20 radələrində Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 Şəmkir şəhəri, “Kraz yolu” yaşayış yerinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins materialından olan şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 9 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, Təqsirləndirilən şəxs2 narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs1 vasitəsilə tanımadığı Şəmkir rayon sakinindən alıb əldə etdiyini bildirdiyindən, davam etdirilən əməliyyat-axtarış tədbirinin nəticəsində Təqsirləndirilən şəxs1 16 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində Şəmkir şəhəri, N.Nərimanov küçəsində yerləşən avtomobilyuma məntəqəsinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən, bir ədəd kağız bükümdə şəxsi istehlak miqdarında, yəni təmiz çəkisi 1,02 qram, tanışı Təqsirləndirilən şəxs3 satın alıb tanışı Təqsirləndirilən şəxs2 verdiyi qurudulmuş marixuana ilə eyni tərkibli və eyni xassəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə bədənində olan ağrıları sakitləşdirmək üçün marixuana çəkmək fikrinə düşmüş, yaxın münasibətdə olduğu Elpərəsə müraciət etmiş, ona çəkmək üçün marixuana tapmasını xahiş etmişdir. O, narkotik vasitəni Elpərəsdən istədikdə Elpərəs ondan həmin narkotik vasitəni tapmağı üçün 30 manat pul istəmişdir. O, isə Elpərəslə razılşaraq Şəmkir şəhəri ərazisində görüşərək Elpərəsə 30 manat pul vermiş, 30 manat pul verdikdən təxminən 2-3 saat sonra Elpərəs isə həmin narkotik vasitəni Şəmkir şəhəri, Kraz yolu adlanan yaşayış yerinin yaxınlığında görüşərək bir ədəd kağız bükümdə olan narkotik vasitəni götürmüşdür. Elpərəsin ona verdiyi kağıza bükülü halda cibinə qoymuş, münasib vaxtda çəkmək üçün saxlamışdır. Elpərəslə görüşdükdən təxminən 1 saat sonra ona polis əməkdaşları yaxınlaşaraq, özlərini təqdim edərək onu Şəmkir Rayon PŞ-nin Zəyəm PB-nin inzibati binasına gətirmişlər. Ona hüquqları izah edilmiş və vəkillə təmin olunmuşdur. Üzərinə vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində narkotik vasitə psixotrop maddə, onların prekursları, eləcə də dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı bir əşya, predmet varsa təqdim etsin. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən kağıza bükülü vəziyyətdə olan qurudulmuş marixuananı, 24 manat pulunu, alışqanı və s, əşyalarını polis əməkdaşlarına, çəkilişlə təqdim etmiş, həmin narkotik vasitəni bir qədər əvvəl tanışı Elpərəsdən aldığını, şəxsi istifadəsi üçün üzərində saxladğını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə olan marixuana elektron tərəzi ilə çəkilən zaman 7.2 qram təşkil etmiş, kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı onun üzərinə axtarış aparmış, lakin təqdim etdiyi kütlədən başqa hər hansı bir narkotik vasitə psixotrop maddə, onların prekursları, eləcədə dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilməmişdir. Hazırda əməlindən peşmandır. Himayəsində bir azyaşlı uşağı vardır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitə istifadə etməklə bədənində olan ağrıları sakitləşdirir. xx.xx.2023-cü il tarixdə tanışı Şəmkir rayon sakini Samir ona müraciət edərək özü çəkməsi üçün ona narkotik vasitə olan marixuana tapmağı xahiş etmişdir. O, tanışı Orxandan “nəşə kimi tanıdığı narkotik vastiə tapmasını xahiş etmişdir. Orxanla Şəmkir şəhərində görüşərək Samirdən aldığı 30 manatı Orxana vermiş və kağıza bükülü vəziyyətdə narkotik vasitə olan qurudulmuş marixuananı almışdır. Aldığı şəkildə gətirərək Samirə vermiş, sonra özü də narkotik vasitə olan marixuana qəbul etmək fikrinə düşmüş, yenidən Orxanla görüşərək ona çəkmək üçün nəşə satmasını xahiş etmişdir. Orxana 20 manatı verərək narkotik vasitəni Orxandan almış, aldığı narkotik vasitə olan marixuananı kağıza bükülü halda cibinə qoyaraq münasib vaxtda çəkmək üçün saxlamış, bir qədər sonra ona polis əməkdaşları yaxınlaşaraq, özlərini təqdim etmiş, onu Şəmkir Rayon PŞ-nin zəyəm PB-nə gətirmişlər, ona məlum olmuşdur ki, polis əməkdaşlaşları ondan əvvəl Təqsirləndirilən şəxs2 saxlamışlar, Samirin üzərində narkotik vasitə olan marixuana aşkar olunmuş, Samir narkotik vasitəni ondan aldığını bildirmişdir. Ona hüquqları izah edilmiş, və vəkillə təmin olunmuşdur. Sonra üzərinə vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində narkotik vasitə psixotrop maddə, onların prekursları, eləcə də dövriyyəsi qadağan olunmuş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya, predmet varsa təqdim etsin. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bükülü vəziyyətdə olan narkotik vasitə olan marixuananı, 59 manat pulunu, alışqaını və s. əşyalarımı polis əməkdaşlarına çəkilişlə təqdim etmiş, üzərindən aşkar edilmiş narkotik vasitəni tanışı Orxandan aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərində aşkar edilmiş narkotik vasitə olan marixuananı elektron tərəzi ilə çəkilən zaman 1.5 qram təşkil etmiş, kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Onun üzərindən götürülmüş pul və alışqan özünə təqdim edilmişdir. Samirdən narkotik vasitə almaq üçün aldığı 30 manatı Orxana vermiş, Samir ona əlavə pul verməmiş, o, aldığı narkotik vasitənin üzərindən narkotik vasitə götürməmiş, Samirə narkotik vasitə almaqda tamah niyyəti olmamışdır. Hazırda əməlindən peşmandır. Özü ikinci qrup əlildir, himayəsində iki azyaşlı uşağı vardır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayonu sakini Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluq əlaqələri, tanışlıq münasibətləri, ədavət və düşmənçiliyi yoxdur. 16 sentyabr 2023-cü il tarixdə Şəmkir RPŞ-nin Zəyəm PB-nə Şəmkir rayonu, Dağ Cəyir kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz narkotik vasitələrin qəbulu və qanunsuz olaraq saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə tərəfindən Şəmkir RPŞ-nin Zəyəm PB-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra, zəruri əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək bölmə rəhbəri tərəfindən əməliyyat qrupu yaradılmışdır. Şəmkir RPŞ-nin Zəyəm PB-nin rəisi, polis polkovnik-leytenantı Qədim Həsənov rəhbərliyi ilə Şəmkir RPŞ-nin Zəyəm PB-nin sahə rəisi, polis baş leytenantı Şahid2, Şəmkir RPŞ-nin Zəyəm PB-nin PB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 və Şəmkir RPŞ-nin Zəyəm PB-nin PB-nin sahə polis nəfəri, polis serjantı Şahid4 həmin qrupun üzvləri təyin edilmiş, bundan sonra onlar əməliyyat qrupunun üzvləri, bölməyə məxsus xidməti avtomobilə oturaraq Şəmkir şəhəri istiqamətinə hərəkətə başlamışlar. Təqsirləndirilən şəxs2 16 sentyabr 2023-cü il tarixdə saat 20:00 radələrində Şəmkir şəhəri, ərazisində “Kraz Yolu” yaxınlığında saxlanılaraq onlar tərəfindən Şəmkir RPŞ-nin Zəyəm PB-nə gətirilmişdir. Bölmədə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Ceyhun Ələkbərov tərəfindən oraya dəvət edilmiş vəkil Müdafiəçi1 iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 7,2 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitəni 30 manat pul müqabilində Elpərəs adlı şəxsdən aldığını bildirmişdir. Onun üzərindən hər hansı bir narkotik vasitə, onun prekusorları, qanunla qadağan edilmiş predmet və ya əşya aşkar edilməmişdir. Əməliyyat-istintaq tədbirlərinin davamı olaraq xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Təqsirləndirilən şəxs2 30 manat müqabilində narkotik vasitə verən Şəmkir şəhər sakini X1 şəhəri, N.Nərimanov küçəsində yerləşən avtomobil yuma məntəqəsi yaxınlığında saxlanılaraq əməliyyat qrupunun üzvləri tərəfindən Şəmkir RPŞ-nin Zəyəm PB-nə gətirilmişdir. Bölmədə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Ceyhun Ələkbərov tərəfindən oraya dəvət edilmiş vəkil Müdafiəçi2 iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman formasının şalvarın sağ yan cibindən 1,5 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmiş, Təqsirləndirilən şəxs1 üzərindən 59 manat pul və alışqandan başqa əlavə narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş və ya məhdudlşaıdırılmış, iş üçün əməliyyat marağı kəsb edən hər hansı bir əşya, predmet və s aşkar edilməmişdir. Şəxsi axtarış zamanı video çəkilişdən başqa fotoşəkillər çəkilmiş, bununla da şəxsi axtarış başa çatmışdır. Pullar və alışqan Təqsirləndirilən şəxs1 özünə geri qaytarılmışdır. Əməliyyat-istintaq tədbirlərinin davamı olaraq xx.xx.2023-cü il tarixdə saat 01:10 radələrində Təqsirləndirilən şəxs1 30 manat müqabilində narkotik vasitə satan Şəmkir şəhər sakini Alıyev X8 şəhər ərazisində saxlanılaraq əməliyyat qrupunun üzvləri tərəfindən Şəmkir RPŞnin Zəyəm PB-nə gətirilmişdir. Bölmədə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Ceyhun Ələkbərov tərəfindən oraya dəvət edilmiş vəkil Müdafiəçi3 iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret qutusu kağızının içərisində bir ədəd narkotik tərkibli bitki toxumuna bənzər toxum dənəsi aşkar edilmiş, aşkar olunmuş toxum dənəsi elektron tipli tərəzi ilə çəkilən zaman çəki əldə olunmamış, bununla belə aşkar olunmuş toxum dənəsinə bənzər kütlə tərkibinin və mənsubiyyətinin müəyyən edilməsi məqsədi ilə aşkar edildiyi gümüş rəngli siqaret qutusu kağız ilə birlikdə zərfə qoyularaq ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, DİN-nin 228 saylı möhrlə möhürlənmiş və götürülmüşdür. Şəxsi axtarış zamanı video çəkilişdən başqa fotoşəkillər çəkilmiş, şəxsi axtarış başa çatmış, iş üçün əməliyyat marağı kəsb etməyən pullar Təqsirləndirilən şəxs3 qaytarılmışdır. 17 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 saxlanıldığı vaxtı sükan arxasında olduğu VAZ-2109 minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Ceyhun Ələkbərov tərəfindən Müdafiəçi3 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı avtomobilin salonunda qabaq oturacaqların arasında yerləşən əl əyləcinin üst qapağının altından kağıza bükülü vəziyyətdə kəskin spesifik iyli, yaşıl rəngli, quru halda olan narkotik vasitəyə oxşar kütlə aşkar edilmiş, aşkar edilmiş büküldüyü kağızla birlikdə elektron tərəzidə çəkilərkən 19,4 qram təşkil etmiş, qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Əlavə baxış zamanı başqa əməliyyat marağı kəsb edən əşya, predmet, narkotik vasiitə, psioxtrop maddə və ya prekursorları aşkar edilməmiş baxış zamanı videoçəkilişdən başqa fotoşəkillər çəkilmiş və baxış başa çatmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 16 sentyabr 2023–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ– nin Zəyəm PB–nin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən kağız bükümdə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 7,2 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 16 sentyabr 2023–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin Zəyəm PB–nin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və onun əynindəki qara rəngli idman formasının şalvarın sağ yan cibindən kağız bükümdə, yaşıl rəngli, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 1.5 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 17 sentyabr 2023–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin Zəyəm PB–nin inzibati binasında Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmış və onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret qutusu kağız bükümdə, bir ədəd narkotik tərkibli bitki toxumuna bənzər toxum dənəsi aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 17 sentyabr 2023–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus VAZ-2109 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı maşının salonunda qabaq oturacaqların arasında yerləşən əl əyləcinin üst qapağının altından kağıza bükülü vəziyyətdə kəskin spesifik iyli, yaşıl rəngli, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 19.4 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 17 sentyabr 2023–cü il tarixli 16/929 saylı ekspert rəyindən görünür ki, təhqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 9,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 1,02 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olaan qurudulmuş marixuanadır. Təhqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs3 saxlanıldığı maşında aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 14,61 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təhqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə” və “Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş narkotiik vasitəyə oxşar kütlə” yazılar olan kağız paketlərdəki qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərlərində “Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə” və “Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə” yazılar olan kağız paketlərdəki qurudulmuş marixuanalar ilə üzərində “Təqsirləndirilən şəxs3 saxlanıldığı maşında aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə” yazı olan kağız paketdəki qurudulmuş marixuana, tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs3 üzərində aşkar olunmuş qızılı bükümdə kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü kağız bükümdəki 1 (bir) ədəd bitki toxumu, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumu olub, tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 23 sentyabr 2023–cü il tarixli, 1605 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaiya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyat alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 25 sentyabr 2023–cü il tarixli, 1629 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2ci qrup əlil olduğu üçün narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Dağ Cəyir kənd İƏD üzrə nümayədəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Şəmkir şəhər Mənzil İstismar Kontorunun rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Şəmkir şəhər Mənzil İstismar Kontorunun rəisi tərəfindən verilmi arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2013–cü il təvəllüdlü Aynur və 2016–cı il təvəllüdlü Yağmur adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2024–cü il təvəllüdlü Nəfəs adlı uşağı vardır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024–cü il tarixdə vəfat etmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli, 1(076)–53/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 vəfat etdiyindən onun barəsində cinayət təqibinə xitam verilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirlərini etiraf edərək əməllərindən səmimi peşman olmalarını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, Təqsirləndirilən şəxs1 ikinci dərəcə əlilliyinin olmasını həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdırılan halların olmaması nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəmiyyətdən tam təcdir olunmadan, ona Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00– dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 16 sentyabr 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 sentyabr 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 18 sentyabr 2023–cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Şəmkir RPŞ–nin MSY–dən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldığı müddət 2 gün təşkil edir. Həmçinin, cinayət işinin materiallarında olan 18 sentyabr 2023–cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Şəmkir RPŞ–nin MSY–dən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanıldığı müddət 2 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlandığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1–ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin cəza təyin edərkən Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 25 sentyabr 2023–cü il tarixli, 1629 nömrəli rəyini əsas tutaraq, Təqsirləndirilən şəxs1 2–ci qrup əlil olması səbəbindən ona məcburi müalicə tətbiq edilməsini məqsədə müvafiq hesab etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, və Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 8,98 qram, 1 qram və 14,59 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilən zaman və idarə etdiyi avtomobilə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disklər iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanmalıdır. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada ekpertiza tədqiqatının dəyəri olan 60,80 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və məhrum Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 həyata keçirmişdir. Müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabatlardan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən təqsirləndirilən şəxs məhrum Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən isə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat vaxt sərf olunmuşdur.Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla məhrum Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 16 sentyabr 2023–cü il tarixdən 18 sentyabr 2023–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 16 sentyabr 2023–cü il tarixdən 18 sentyabr 2023–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, 0yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 8,98 qram, 1 qram və 14,59 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilən zaman və idarə etdiyi avtomobilə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disklər iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada ekpertiza tədqiqatının dəyəri olan 60,80 (altmış manat səksən qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhrum Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar