Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-54/2024 13.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1990–cı il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 180.2.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs insan sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib özgənin əmlakını açıq talamaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Belə ki, o, 24 avqust 2023-cü il tarixdə saat 01:30 radələrində alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mallarının satışı mağazasına daxil olaraq orada həmin mağazadan 20 iyul 2018-ci il tarixdə gizli oğurluq etməsi ilə bağlı Gəncə Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmü ilə 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və törətmiş olduğu cinayət əməli nəticəsində vurulmuş 2000 (iki min) manat məbləğində maddi ziyanı ödəməsi səbəbindən qərəzli olaraq şəxsi münasibətlər zəminində mübahisə edib Zərərçəkmiş şəxs qəsdən əl və baş zərbələri ilə vuraraq ona qarının ön divarının qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını açıq talamaq məqsədilə Zərərçəkmiş şəxs məxsus mağazanın açıq vəziyyətdə olan kassasından 600 (altı yüz) manat və rəflərin üzərindən 200 (iki yüz) manat məbləğində nağd pulu vahid niyyətlə götürərək insan sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək açıq talamaqla soyğunçuluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır aralarında düşmənçilik və ədavətləri olmamışdır. 2018-ci ildə Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etdiyi üçün onun şikayəti əsasında o, həbs edilmiş və məhkumluq həyatı yaşamışdır. O, Zərərçəkmiş şəxs məxsus mağazadan nisyə dəftərini oğurlayıb yandırmışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə pivə içdikdən sonra yenidən pivə və siqaret almaq üçün qəsəbə ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazaya getmişdir. Saat 01 radələrində o, mağazaya daxil olmuşdur. O, mağazaya daxil olduqdan sonra Xəyala onun haqqında nə üçün qəsəbə sakinlərinin yanında arxasınca danışdığını soruşmuşdur. Xəyal isə ona arxasınca danışdığını bildirmişdir. Xəyal ona bildirmiş ki, onun mağazasından oğurluq edən zamanı ona 5500 manat ziyanlıq dəymiş və ondan 2500 manat pul tələb etmişdir. O, isə Xəyala bildirmiş ki, onun valdeynləri ona 1500 manat artıq pul vermişlər, Xəyal yenidən 5500 manat ziyanlıq dəydiyini bildirmişdir. O, isə əsəbləşərək Xəyalı sillə ilə vurmuşdur. Bundan sonra Xəyal ona 1500 manat pulu hər gün 150 manatdan götürməsini təklif etmi, o, isə Xəyaldan 150 manat pulu alıb sonra isə həmin pulu Xəyala geri qaytararaq ondan onun haqqında heç bir yerdə danışmamasını tələb etmişdir. O, Xəyala silə ilə vuran zamanı əsəbləşərək əlində bıçaqla qol nahiyəsinə xəsarət yetirmişdir. Əsəbi soymadığı üçün əlində olan bıçaqla sol əlinin üzərini bıçaqla vuraraq yenidən xəsarət yetirmişdir. Xəyal isə dəsmalla onun əlini sarımışdır. Bundan sonra mağazaya tanışları Şəmsi gəlmişdir. Yenidən onların aralarında mübahisə yaranmış mübahisə zamanı o, Xəyalı kəllə ilə vurmuşdur. Sonra Xəyal mağazadan çıxaraq polis şöbəsinə şikayət etməyə getmişdir. O, isə əsəbləşərək kassada olan pulu götürdüb mağazanı tərk edib polis şöbəsinə getmişdir. Şöbəyə gedən zamanı onu xəstəxanaya göndərmişlər. xx.xx.2023-cü il tarixdə o, şöbəyə gələrək mağazadan götürdüyü 800 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, buna nail ola bilməmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir rayonu, Kür qəsəbəsi S.Vurğun küçsində yerləşən mağaza işlədir. O, həmin mağazanı təxminən 10 ildən artıqdır ki, işlədir və həmin mağazada satıcı kimi özü və həyat yoldaşı Şahid3 ilə birlikdə mağazada növbəli şəkildə dayanırlar. Şəmkir rayonu, Kür qəsəbə sakini X2 uşaqlıqdan tanıyır və bir qəsəbədə böyümüşlər. Onun Məmmədlə əvvəlcədən münasibətləri normal olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 01 radələrində o, işlədiyi mağazada olarkən Təqsirləndirilən şəxs onun mağazasına gəlmişdir. Məmməd ona, onu tutdurduğuna görə və onun anasından dəymiş ziyan olan 2000 manat pul aldığını bildirmiş və ona həmin puldan hər gün 100 manat olmaqla geri qaytarmalı olduğunu bildirmişdir. Məmməd onu əlində olan bıçaqla hədələməyə başladığı üçün o, Məmmədə ona hər gün 100 manat pul verəcəyini bildirmişdir. Məmməd ondan ilkin olaraq 30 manat pul tələb etmiş, o, isə kassadan 30 manat pul götürüb Məmmədə vermişdir. O, 30 manat pulu ona geri qaytararaq onu sınadığını bildirmişdir. Həmin vaxt Məmməd əsəbləşərək üzərində olan bıçaqla əlini soyuducunun üzərinə qoyaraq bıçaqla əlinin üstündən bir dəfə vurmuşdur. O, Məmmədə ilkin tibbi yardım göstərmiş və onun əlini dəsmalla sarımışdır. Bundan sonra mağazaya Şəmsi adlı şəxs gəlmiş və Məmmədi sakitləşdirməyə başlamışdır. Lakin Məmməd sakitləşməyərək piştaxtanın arxasına keçərək kəllə və yumruqla onu vurmağa başlamışdır. Onları Şəmsi araladıqdan sonra o, soyuducunun qarşısına keçmiş Məmməd onun üzərinə gələrək onu vurmağa başlamışdır. O, Məmmədin əlindən qaçıb Kür PB-nə gedib onun haqqında şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə mağazaya gəlmişlər mağazaya baxış keçirən zamanı mağazadan 800 manat pulun oğurlandığını video müşahidəsi vasitəsi ilə Məmmədin götürdüyü aşkar edilmişdir. Hazırda ona dəymiş ziyan ödənilsədə, təqsirləndirilən şəxlsə barışmamış və ondan şikayətçidir. Odur ki, Təqsirləndirilən şəxs ən ağır cəza verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək, eyni xüsusatları göstərdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin Kür PB-də əməliyyat istintaq qrupunun üzvü olmuşdur. Zərərçəkmiş şəxs adlı şəxs xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Kür PB-nə gələrək qəsəbə sakini Təqsirləndirilən şəxs onun mağazasına gələrək onu döydüyünü bildirərək hal-hazırda mağazada olduğunu bildirmişdir. Əməliyyat istintaq qrupunun üzvü İTB-nin sahə rəisi polis mayoru Malik Mehtiyev və Zərərçəkmiş şəxsla birlikdə sonuncuya məxsus mağazaya getmişlər. Mağazaya daxil olduqda Təqsirləndirilən şəxs mağazada olmadığını aşkar etmişlər. Zərərçəkmiş şəxs hadisənin necə baş verməsini onlara video müşahidə kamerası ilə göstərdikdən sonra kassaya baxış aparan zamanı kassadan pulunun oğurlandığını aşkar etmişlər. Pulu saydıqdan sonra Təqsirləndirilən şəxs tərəfindən 800 manat pulunun açıq şəkildə olan kassadan oğurlandığı məlum olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs ərizəsi və izahatı alındıqdan sonra hadisə yerinə baxış keçirilmişdir. Toplanmış material istintaq hərəkətləri aparıldıqdan sonra istintaq aidiyyatı üzrə Şəmkir RPŞ-nin İB-nə göndərilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ–nin Kür PB–nin əməkdaşı X5 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir rayon Kür qəsəbəsi S.Vurğun küçəsində yerləşən mağaza işlədən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıyır. xx.xx.2023-cü il tarixdə saat təxminən 01 radələrində o, Xəyalın işlədiyi mağazaya evə ərzaq malları almaq üçün getmişdir. O, mağazaya daxil olduqda Təqsirləndirilən şəxs mağaza sahibi kimi tanıdığı Zərərçəkmiş şəxsla mübahisə etdiyini görmüşdür. O, Təqsirləndirilən şəxs sakitləşdirmək istəyərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kəllə ilə baş nahiyəsinə vuraraq xəsarət yetirdiyini görmüşdür. O, Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışsada o sakitləşməmiş və Xəyalı döyərək ona xəsarət yetirmişdir. Daha sonra Təqsirləndirilən şəxs mağazada piştaxtanın üzərində olan bıçaqla özünün sol qoluna xəsarət yetirmişdir. Sonra isə Məmməd mağazanı işlədən Xəyalı döyərək mağazadan çıxarmışdır. O, mağazanın qarşısına çıxmışdır. Xəyal isə qaçaraq Şəmkir RPŞ-nin Kür PB-nə məlumat verməyə getmişdir. Məmməd isə mağazaya daxil olmuş təxminən 2-3 dəqiqədən sonra çıxıb getmişdir. Sonra isə polis əməkdaşları hadisə yerinə gəlmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Şəmkir rayonu, Kür qəsəbəsidir. Həmin küçədə Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasına baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 24 avqust 2023–cü il tarixli 999 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına əsasən onun bədən səthində aşkar edilmiş xəsarət–qarının ön divarının qançırı KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti 24 avqust 2023-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan 24 avqust 2023-cü il tarixli, 240 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan görünür ki, Təqsirləndirilən şəxs 0,5 pro milli sərxoşluq müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 22 avqust 2023-ci tarixli qərarından görunur ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinin materiallarında olan Gəncə Hərbi Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 31 yanvar 2019-cü il tarixli hökmü ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 200 (iki) yüz manat məbləğində cərimə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 31 yanvar 2019-cü il tarixli hökmü ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 200 (iki) yüz manat məbləğində cərimə cəzası təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2019-cü il tarixli qərarına əsasən Gəncə Hərbi Məhkəməsinin 31 yanvar 2019-cü il tarixli hökmü dəyişdirilərək ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 200 (iki) yüz manat məbləğində cərimə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərari ilə Gəncə Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmündən CM-nin 331.2-ci maddəsi və həmin maddə ilə CMnin 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 200 manat məbləğində cərimə cəzası, CM-nin 332.1-ci maddəsi və həmin maddə ilə təyin edilmiş 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzası xaric edilmiş, Təqsirləndirilən şəxs CM-nin 331.2 və 332.2-ci maddələri ilə məhkumluğu olmayan hesab edilmiş, həmçinin həmin hökmdən CM-nin 68.2-ci maddəsi ilə bağlı müddəa xaric edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetm cəzalarını qismən toplamaqla qəti olaraq 03 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Hərbi Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 il müddətə azadlıqdan məhrumetmə cəzası xx.xx.2020–ci il tarixli qərarla müəyyən edilmiş 03 il 05 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq qəti olaraq 04 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2019-cu il tarixli qərarından Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti cəza olaraq təyin edilmiş 200 manat məbləğində cərimə cəzası ilə bağlı müddəa və CM-nin 68.2-ci maddəsi ilə bağlı müddəa xaric edilmiş, həmin qərarla müəyyən edilmiş 02 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzası 02 il 05 aya endirilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Hərbi Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 03 ay azaldılaraq üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və cəzasının əvvəli 28 avqust 2018-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan 14 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2021–ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli, 7(002)–555/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021–ci il tarixli Qərarının 2.4–cü bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şəmkir rayonu, Kür qəsəbəsi MTİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs insan sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib özgənin əmlakını açıq talamaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4–cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 180.2.4–cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4– cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, 14 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2021–ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021–ci il tarixli Qərarının 2.4–cü bəndinə əsasən Gəncə Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mamedov X4 müəssisəsinin müvafiq qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021–ci il tarixli Qərarının 2.4–cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilsə də, həmin qərarda onun məhkumluğunun üzərindən götürülməsi qeyd edilməmişdir. Buna baxmayaraq, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021–ci il tarixli Qərarının 7–ci bəndində göstərilmişdir ki, Amnistiya qərarı əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Göründüyü kimi qeyd olunan qərarın 7–ci bəndi imperativ norma olduğundan Təqsirləndirilən şəxs cəzadan azad olunduğu andan məhkumluğu üzərindən götürülmüş hesab olunmalı və o, məhkmuluğu olmayan şəxs kimi qiymətləndirilməlidir. Buna görədə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmaması və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4–cü maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 sentyabr 2023–cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 07 sentyabr 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 05 sentyabr 2023–cü il tarixdən hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili X3 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. İş üzrə maddi subut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2023–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN– :**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-54/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-54/2024
13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver