Məhkəmə qərarları › İş №1(076)-55/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-55/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-55/2025 18.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayının əvvəlində, istintaqa məlum olmayan tarixdə yaşadığı Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində su arxının yaxınlığında yabanı halda bitmiş çətənə kollarının yarpaqlarından yığıb toplamaqla qurutduğu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir rayonu, Təzəkənd kəndi ilə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 19 iyul 2024-cü il tarixdə, saat 16:30 radələrində Şəmkir rayonu, Təzəkənd kəndində saxlanılaraq Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən ümumi təmiz çəkisi 20,26 qram, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. 19 iyul 2024-cü il tarixdə Şəmkir rayon, Təzəkənd kəndində yerləşən çayxanada olduğu zaman polis əməkdaşları kimi təqdim edən şəxslər onu Bölməyə aparmışlar. Bölmədə olan zaman ona narkotik vasitəni götürməsini bildirdilər. Qeyd olunan narkotik vasitəni qəbul etmədikdə onu Polis Bölməsinin rəisinin qəbula aparılmış və orada ona pul təklif edib onun tutulmaması zəmanəti verilərək narkotik vasitəni qəbul etmişdir. Onun himayəsində olan xəstə anası nəzərə alaraq azadlıqdan məhrum etmə cəzasından yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ifadəsində bildirmişdir ki, Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. İfadə verməyinin səbəbi ona tam aydındır. Narkotik vasitə qəbul edir. 2024-cü ilin iyul ayının əvvəlində yaşadığı Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində su arxının yaxınlığında narkotik vasitəyə bənzər bitkini görüb dərərək, quruması üçün həmin arxın kənarında yerə qoymuşdur. 19 iyul 2024-cü il tarixdə, saat 15 radələrində Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində su arxının yaxınlığında quruması üçün topladığı marixuananı şəffaf sellofana yığaraq özü ilə götürmüşdür. Həmin tarixdə, saat 16:30 radələrində Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən “Çinar” adlı kafedə çay içən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin polis əməkdaşları kimi təqdim edərək, narkotik vasitələrin istifadəsi və saxlanmasında şübhəli bilindiyi üçün onu Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinə aparacaqlarını bildirmişlər. O, da polis əməkdaşları ilə birlikdə Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinə gəlmişdir. Şəmkir rayon Polis şöbəsində üzərinə hüquqlarımı müdafiə edən vəkil X7 iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə olan marixuana olduğunu deyərək, əynində olan boz rəngli şalvarın sol yan cibindən içərisində marixuana olan 01 (bir) ədəd şəffaf sellofan paketi çıxararaq masanın üzərinə qoymuşdur. O, həmin narkotik vasitə olan marixuananı 2024-cü ilin iyul ayının əvvəlində yaşadığı Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində su arxının yaxınlığında görüb dərərək, quruması üçün həmin arxın kənarında yerə qoymuşdur. 19 iyul 2024-cü il tarixdə, saat 15 radələrində həmin ərazidə su arxının yaxınlığında quruması üçün topladığı marixuananı şəffaf sellofana yığaraq özü ilə götürmüşdür. O, narkotik vasitə olan marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamaqla gəzdirmişdir. Həmin narkotik vasitə olan marixuana kiçik həcimli «kinlle» markalı tərəzidə çəkilmiş və şəffaf sellofan paket ilə birlikdə 33,56 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə olan marixuana qablaşdırılaraq Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 118 nömrəli möhürü ilə möhürlənmiş o, da üzərinə imza etmişdir. Bundan sonra onun üzərinə polis əməkdaşının iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı digər narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs verilən sualları cavablandırarkən, əynində olan boz rəngli şalvarın sol yan cibindən aşkar edilərək, götürülmüş şəffaf selofan paketdə təmiz çəkisi 20,26 qram narkotik vasitə olan marixuananı öz şəxsi istifadəsi üçün üzərində gəzdirməklə saxlamış, həmin narkotik vasitə olan marixuananı heç kimə satmamış, hədiyyə etməmiş və üzərində narkotik vasitə olan marixuananın olması ilə bağlı heç kimə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində polis serjantı rüstbəsi ilə xidmət edir. Şəmkir rayon Polis şöbəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Şəmkir rayonu, Təzəkənd kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. 19 iyul 2024-cü il tarixdə Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsində növbədə olduğu zaman ona bir nəfər şəxsiyyətinin sonradan Təqsirləndirilən şəxs kimi olması məlum olan şəxsin narkotik vasitə saxlamaqda, daşımaqda və istifadəsində şübhəli olduğundan Şəmkir rayon Polis şöbəsinə gətirildiyini və həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman onun da iştirak etməyini bildirmişlər. O, da rəhbərliyin göstərişi ilə Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyevin xidməti otağına getmişdir. Orada Təqsirləndirilən şəxs X5 tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs maddi imkanın olmadığını bildirərək, dövlət hesabına müdafiəçi dəvət olunmasını xahiş etmişdir. Həmin vaxt X5 tərəfindən Təqsirləndirilən şəxs Şəmkir rayon ərazisində fəaliyyət göstərən müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş siyahıdan Şəmkir rayon Vəkil Bürosunun vəkili X9 hüquqlarını müdafiə etmək üçün seçmişdir. Müdafiəçi X11 dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofanı paketi çıxardmaqla təqdim edərək, həmin şəffaf rəngli sellofan paketin içərisində narkotik vasitə hesab olunan marixuana olduğunu bildirmişdir. Həmin şəffaf rəngli sellofan paket X5 tərəfindən açıldıqda içərisində marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitə hesab olunun marixuananı 2024-cü ilin iyul ayının əvvəlində yaşadığı Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində su arxının yaxınlığında narkotik vasitəyə bənzər bitkini görüb dərərək, quruması üçün həmin arxın kənarında yerə yığmasını, 19 iyul 2024-cü il tarixdə, saat 15 radələrində isə Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində su arxının yaxınlığında quruması üçün topladığı marixuananı şəffaf sellofana yığaraq götürməsini bildirmişdir. Həmin narkotik vasitə tərəzidə çəkildikdə 33,56 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən X5 tərəfindən qablaşdırılaraq Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 118 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılarla birlikdə üzərinə imza etmişlər. Daha sonra X5 tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuş, onlarda həmin protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin Cinayət-axtarış Üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İfadə verməyinin səbəbi ona tam aydındır. Şəmkir rayonu, Təzəkənd kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 19 iyul 2024-cü il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat onun tərəfindən Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında onun tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin rəisi, polis mayoru Ariz Cəfərovun rəhbərliyi ilə Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin sahənin polis nəfəri, polis serjantı Şahid3, Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin sahənin polis nəfəri, polis baş serjantı Şahid4 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 16 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Təzəkənd kəndinə gedilərək, həmin tarixdə, saat 16:30 radələrində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsində üzərində axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinə gəlmişdir. Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsində Təqsirləndirilən şəxs Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyev tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs maddi imkanın olmadığını bildirərək, dövlət hesabına müdafiəçi dəvət olunmasını xahiş etmişdir. X5 tərəfindən Təqsirləndirilən şəxs Şəmkir rayon ərazisində fəaliyyət göstərən müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş siyahıdan Şəmkir rayon Vəkil Bürosunun vəkili X9 hüquqlarını müdafiə etmək üçün seçmişdir. Aparılmış təhqiqatdan sonra onlara məlum olmuşdur ki, vəkil X7 iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofanı paketi çıxardmaqla təqdim edərək, həmin şəffaf rəngli sellofan paketin içərisində narkotik vasitə hesab olunan marixuana olduğunu bildirmişdir. Həmin 01 (bir) ədəd şəffaf rəngli sellofan paket X5 tərəfindən açılmış içərisində marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab olunun marixuananı 2024-cü ilin iyul ayının əvvəlində yaşadığı Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində su arxının yaxınlığında narkotik vasitəyə bənzər bitkini görüb dərərək, quruması üçün həmin arxın kənarında yerə yığmasını, 19 iyul 2024-cü il tarixdə, saat 15 radələrində isə Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində su arxının yaxınlığında quruması üçün topladığı marixuananı şəffaf sellofana yığaraq üzərində götürməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 oğlu ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Təzəkənd kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 19 iyul 2024-cü il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin Cinayət-axtarış Üzrə əməliyyat müvəkkili Şahid2 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə əməliyyat müvəkkili Şahid2 tərəfindən Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin rəisi, polis mayoru Ariz Cəfərovun rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid2, Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin sahənin polis nəfəri, polis baş serjantı Şahid4 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 16 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Təzəkənd kəndinə gedilərək, həmin tarixdə, saat 16:30 radələrində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsində üzərində axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinə gəlmişdir. Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsində Təqsirləndirilən şəxs Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyev tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmişdir. Təqsirləndirilən şəxs maddi imkanın olmadığını bildirərək, dövlət hesabına müdafiəçi dəvət olunmasını xahiş etmişdir. Həmin vaxt X5 tərəfindən Təqsirləndirilən şəxs Şəmkir rayon ərazisində fəaliyyət göstərən müdafiəçilərin siyahısı təqdim edilmiş və Təqsirləndirilən şəxs ona təqdim edilmiş siyahıdan Şəmkir rayon Vəkil Bürosunun vəkili X9 hüquqlarını müdafiə etmək üçün seçmişdir. Aparılmış təhqiqatdan sonra onlara məlum olmuşdur ki, vəkil X7 iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofanı paketi çıxardmaqla təqdim edərək, həmin şəffaf rəngli sellofan paketin içərisində narkotik vasitə hesab olunan marixuana olduğunu bildirmişdir. Həmin 01 (bir) ədəd şəffaf rəngli sellofan paket X5 tərəfindən açılmış içərisində marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab olunun marixuananı 2024-cü ilin iyul ayının əvvəlində yaşadığı Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində su arxının yaxınlığında narkotik vasitəyə bənzər bitkini görüb dərərək, quruması üçün həmin arxın kənarında yerə yığmasını, 19 iyul 2024-cü il tarixdə, saat 15 radələrində isə Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində su arxının yaxınlığında quruması üçün topladığı marixuananı şəffaf sellofana yığaraq üzərində götürməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Şəmkir rayon Təzəkənd kənd ərazidə saxlanılaraq xx.xx.2024-cü il tarixdə saat 16:50-də Şəmkir RPŞ-yə gətirilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuş, 21 iyul 2024-cü il tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur. “Şəxsi axtarış haqqında” 19 iyul 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdə olan video görüntürlərdən görünür ki, Şəmkir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən, Şəmkir rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru, polis mayoru X1, Şəmkir RPŞ-nin Kür PB-nin PPX-nin polis nəfəri, polis serjantı Şahid1, şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs və onun vəkili X7 iştirakı ilə şəxsi axtarış keçirilib. Şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxsə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə müvafiq bildiriş təqdim edilib, Bundan əlavə şübhəli şəxsə şəxsi axtarışın müdafiəçisi Şəmkir vəkil bürosunun vəkili X7 iştirakı ilə keçiriləcəyi, şəxsi axtarış prosesinin Şöbənin ekspert kriminalisti kriminalistik tədqiqatlar qrupunun baş inspektoru, polis mayoru X2 tərəfindən «Sony» markalı videokamera ilə videoçəkilişlə aparılacağı izah edilib. Şəxsi axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir aşyanın olub-olmadığı soruşulub, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu deyərək əynindəki boz rəngli cins şalvarın sol yan cibindən şəffaf rəngli sellofan çıxardaraq masanın üzərinə qoyub. Həmin sellofan açıldıqda içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olundu. Təqsirləndirilən şəxs həmin kütləni 20 gün əvvəl Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən un sexinin yaxınlığında su arxının kənarından taparaq qurutduğunu qeyd etdi. Həmin kütlə kiçik həcmli «Portable» markalı tərəzidə çəkilib və sellofan bükülü müvafiq olaraq 33.56 qram olması müəyyən edilib. Həmin maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 117 nömrəli möhürü ilə möhürlənib və götürülərək ekspert tədqiqatına göndəriləcəyi qeyd edilib. Bundan sonra onun üzərində polis əməkdaşının iştirakı ilə şəxsi axtarış aparılıb. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməyib. Məhkəmə-kimyevi ekspertizasının 20 iyul 2024-cü il tarixli, 16/796 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər kütlə.....» yazı və imzalar kağız paketdəki təmiz çəkisi 20.26 qram bitki mənşənli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. “Cinayət işinin başlanılması və icraata götürülməsi haqqında” 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması faktına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Məhkəmə tibbi ekpertizası təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə məhkəmə-tibbi ekspertizasının keçirilməsi qərara alınmışdır və ekspert qarşısında Təqsirləndirilən şəxs bədəni üzərində nə kimi xəsarətlər olması sualı qoyulmuşdur. Məhkəmə tibbi ekpertizasının 21 iyul 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səhtində hər hansı xəsarət və xəsarət izi aşkar olunnmayıb. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi lə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “İfadəsinin yerində yoxlanılması” haqqında 21 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 21 iyul 2024-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Şəmkir RPŞ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının xx.xx.2024–cü il tarixli, 1390 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui–istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 02 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Şəmkir rayon Məhkəməsinin 24 iyun 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, AR Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(076)-285/2024-cü il tarixli qərarından görünür ki, xx xxxxxx 1982–ci il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş,Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. “Axtarışda olmuş şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:05 radələrində Şəmkir rayon ərazisində saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli 3-16-17/41/2-6220/2024 ssaylı məktubdan görünür ki, həbs edilmiş şəxs Veysov X12 rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinin hesabına müəssisəyə dail olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verdiyi ifadə onun özünü müdafiəsidir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs əməlini etiraf etmiş və təqsirli olduğunu bildirmişdir. Lakin məhkəmə iclasında bunu polis əməkdaşlarının pisxoloji təzyiqi ilə hədələdiyini bildirərək ziddiyyətli ifadə vermişdir. Hansı ki, təqsirləndirilən şəxs polis əməkdaşlarının ona qarşı hər hansı zorakılıq etməsi ilə bağlı prokurorluq orqanlarına və Daxili İşlər Nazirliyinə müraciət etməmişdir. Habelə, ona fiziki zorakılıq edilməsi barədə məhkəmədə hər hansı ifadə verməmişdir. Hazırda qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X6 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2024-cü il tarixdən həbsdə olduğu 4 ay, ümumilikdə 4 ay 2 gün müddət Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclasında zalında həbsdən azad edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan 20,21 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 15 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın hər saatına görə 6 manat olmaqla cəmi 90 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün və xx.xx.2024-cü il tarixdən həbsdə olduğu 4 ay, ümumilikdə 4 ay 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 8 ay 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclasında zalında həbsdən azad edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan çəkisi 20,21 qram olan marixuana məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar