Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-56/2023 15.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2000–ci il tarixdə Bərdə rayonu, Xəsili kəndində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər Şəki Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsi əsasında təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Bərdə rayonu, Xəsili kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 177.2.2 və 177.2.3–cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla təkrarən oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 07 iyun 2022–ci il tarixdə saat 04 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti 65B ünvanında yerləşən dərman vasitələrinin pərakəndə satışını həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan, saxlanc yeri hesab olunan aptekin giriş qapısını əvvəlcədən cinayətkar niyyətini həyata keçirmək üçün üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış bir tərəfi kəsici xassəyə malik olan soyuq silah hesab edilməyən təsərrüfat–məişət təyinatlı bıçaqla açıb aptekə qanunsuz daxil olaraq dərman dolabının siyirməsində olan dərman vasitələrin satışından əldə edilmiş 1.510 (bir min beş yüz on) manat nağd pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 09 iyun 2022–ci il tarixdə, saat 04 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus aptekin giriş qapısını üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış bir tərəfi kəsici xassəyə malik olan soyuq silah hesab edilməyən təsərrüfat– məişət təyinatlı bıçaqla açaraq aptekə qanunsuz daxil olmaqla orada olan 170 (bir yüz yetmiş) manat pulu və 90 (doxsan) manat dəyərində “X7” markalı mobil telefonu gizli talayaraq oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 06 iyun 2022–ci il tarixdə Bərdə rayonunda yaşadığı evdən çıxıb gəzmək üçün Bakı şəhərinə getmiş, Qazax rayonunda hərbi xidmətdə olduğu üçün sonradan Qazax rayonuna gedib orada gəzmək qərarına gəlmişdir. Bu məqsədlə 07 iyun 2022–ci il tarixdə Bakı beynəlxalq avtovağzal kompleksində mikroavtobusa minərək həmin gün saat 23 radələrində Qazax rayon avtovağzalına getmiş, piyada Qazax şəhərini gəzmiş və Bakı şəhərinə qayıtmağa pulu olmadığından oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. 08 iyun 2022–ci il tarixdə saat 03–04 radələrində hərbi xidmətdə olduğu hərbi hissəsinin qarşısından keçən mərkəzi asfalt yolun kənarı ilə piyada gəzən zaman yolun kənarında, beşmərtəbəli binanın altında yerləşən apteki görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt üzərində olan dəmir parçasından özü hazırladığı bıçaq kimi istifadə edilən əşyadan istifadə edərək aptekin plastik materialdan olan giriş qapısını aralayıb açmış, aptekin içərisinə daxil olub aptekin orta hissəsində olan dolabın siyirməsindən pulu oğurlayıb cibinə qoymuşdur. Dolabın üstündə “Redmi 8” markalı mobil telefon olsa da, həmin mobil telefonu oğurlamamış və aptekdən çıxdıqdan sonra yenidən avtovağzala tərəf gedərkən pulu sayanda 1.480 manat olduğunu bilmişdir. Avtovağzalda olan “Şevrolet” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə Ağstafa rayonuna getmiş, Ağstafa rayonunda, yolun kənarında bir neçə saat gözlədikdən sonra yoldan keçən “Nissan” markalı avtomobil ilə Bakı şəhərinə getmiş, bir neçə saat orada gəzmiş, həmin gün gündüz saatlarında Bakı beynəlxalq avtovağzal kompleksindən Şəmkir rayonuna gəlmişdir. 09 iyun 2022–ci il tarixdə saat 01 radələrində Şəmkir şəhərində gəzən zaman aptek görüb üzərində olan bıçaqla aptekin qapısını açıb içəriyə daxil olmuş, aptekdən 170 manat pul və “Samsung” markalı mobil telefon oğurlamışdır. Bundan sonra piyada şəhərin çıxışına gəlib tanımadığı taksi ilə Gəncə şəhərinə getmiş, Gəncə şəhərindən isə yol avtomobili ilə Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində 28 may küçəsində M.Əzizbəyov küçəsi ev 174–də kirayədə qalmış və həmin ağ rəngli “Samsung” markalı telefonu ev sahibəsi Minayəyə 30 manata satmışdır. O, Qazax və Şəmkir şəhərində oğurluq etdikdən sonra sonuncu dəfə Şəki şəhərində yerləşən aptekdən oğurluq etmiş, həmin aptekdən oğurluq etdikdən sonra polis əməkdaşları onu saxlamış və oğurluq zamanı istifadə etdiyi bıçağı Şəki Rayon Polis Şöbəsinə təqdim etmişdir. Bununla belə hadisədən sonra cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmiş və zərərçəkmiş şəxslərlə barışaraq razılıq əldə etmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən, özünə məxsus “Uğur” adlı apteki işlədir. 09 iyun 2022–ci il tarixdə saat 09 radələrində dostu Sahil ona mobil telefonla zəng edərək aptekin qapısının açıq olmasını bildirmişdir. Bundan sonra dərhal aptekə getmiş və həqiqətən aptekin qapısının açıq olmasını görmüşdür. Aptekin içərisini axtardıqda kassada olan 170 manat pulun və masanın üzərinə qoyduğu 2016–cı ildə 285 manata aldığı “X7” markalı mobil telefonun oğurlanmasını bilmişdir. Aptekin yanında yerləşən lombardın müşahidə kameralarına baxdıqda 09 iyun 2022–ci il tarixdə saat 03:25 radələrindən 04 radələrinədək olan müddət ərzində naməlum şəxsin xüsusi vasitə ilə aptekin giriş qapısını açaraq içəriyə daxil olmasını və təxminən 15–20 dəqiqə sonra içəridən çıxmasını müəyyən etmişdir. Buna görə də 11 iyun 2022–ci il tarixdə ərizə ilə Şəmkir RPŞ–yə müraciət etmişdir. İbtidai araşdırma zamanı aptekdən oğurluq edən şəxsin Bərdə rayon sakini Təqsirləndirilən şəxs olmasını bilmişdir. Bununla belə hadisədən sonra ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Bu səbəbdən hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, 03 may 2021–ci il tarixdən Qazax şəhəri, Heydər Əliyev prospekti 65B ünvanında yerləşən "xxxx" MMC–yə məxsus aptekdə əmək müqüviləsi əsasında əczaçı vəzifəsində işləyir, aptekdə pərakəndə qaydada dərman vasitələri satır. Adətən apteki səhər saat 09 radələrində açır, saat 21 radələrində isə bağlayır. Aptekin çöl giriş tərəfində və içərisində videomüşahidə kameraları quraşdırılmışdır. 06 iyun 2022–ci il tarixdə saat 21 radələrində iş vaxtı qurtardığı üçün aptekin qapısının kilidini açarla bağlayıb evinə getmişdir. 07 iyun 2022–ci il tarixdə təxminən saat 08:40–da yaşadığı evdən aptekə gəlmiş və aptekin giriş qapısına yaxınlaşanda qapının açıq vəziyyətdə olduğunu görmüş, kiminsə aptekə daxil olaraq oğurluq etdiyini fikirləşmiş və içəriyə daxil olub videomüşahidə kameraları vasitəsi ilə qeydiyyata alınmış videogörüntülərə baxanda 07 iyun 2022–ci il tarixdə təxminən saat 04 radələrində bir nəfər tanımadığı kişi cinsindən olan şəxsin dərman dolabının siyirməsini açıb oradan pul götürdüyünü görmüşdür. Belə ki, 06 iyun 2022–ci il tarixdə aptekdən çıxan zaman siyirmədə olan, dərman satışından əldə etdiyi 1.510 manat pulu özü ilə götürməmişdir. Həmin şəxs də pulun hamısını oğurlanmışdır. O, həmin şəxsin üzü videogörüntülərdə olduğuna görə axtarıb tapa biləcəyini fikirləşmiş, lakin görüntüləri bir neçə nəfər şəxsə göstərsə də, həmin şəxsi tanıyan olmamışdır. Ona görə də 08 iyun 2022–ci il tarixdə Qazax Rayon Polis Şöbəsinə oğurluq hadisəsi barədə müraciət etmişdir. İbtidai araşdırma zamanı aptekdən oğurluq edən şəxsin Bərdə rayon sakini Təqsirləndirilən şəxs olmasını bilmişdir. Bununla belə hadisədən sonra dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Bu səbəbdən hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 09 iyun 2022–ci il tarixdə saat 09 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində olarkən dostu Zərərçəkmiş şəxs işlətdiyi “Uğur” adlı aptekin qapısının açıq olmasını görmüşdür. Oğurluq hadisəsi olmasından şübhələnmiş və dərhal Orxana zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs aptekə gəlmiş və həqiqətən kassada olan 170 manat pulun və masanın üzərinə qoyduğu “X7” markalı mobil telefonun oğurlanmasını bilmişdir. Bu səbəbdən Orxan oğurluq hadisəsi barədə polisə məlumat vermişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “baxış keçirilməsi” haqqında 08 iyun 2022–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Qazax şəhəri, Heydər Əliyev prospekti 65B ünvanında yerləşən və X3 icarə müqaviləsi əsasında işlətdiyi aptekə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi” haqqında 11 iyun 2022–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən və Zərərçəkmiş şəxs məxsus aptekə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə–əmtəəşünaslıq ekspertizasının 28 noyabr 2022–ci il tarixli 9/7098 nömrəli rəyindən görünür ki, 1 ədəd X7 markalı mobil telefonun orta bazar qiyməti 90 manat təşkil edir. Cinayət işinin materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 1(075)–88/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3– cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, üzərində qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəki Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsi əsasında təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla təkrarən oğurluq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3–cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 177.2.2 və 177.2.3–cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3–cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, onlarla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu. cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3–cü maddələrinin sanksiyalarında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Təqsirləndirilən şəxs əvvəllər Bərdə Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələri əsasında 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan sonra Şəki Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Şəki Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, üzərində qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3–cü maddələrində müəyyən olunmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni və əvvəlki, yəni Şəki Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 iyun 2022–ci il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs hazırda cəza çəkməsi nəzərə alınmalıdır. Belə ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 iyun 2022–ci il tarixdən hesablanmışdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut hesab olunan, Şəmkir şəhəri, 20 Yanvar küçəsində və Qazax şəhəri, Heydər Əliyev prospekti 65B ünvanında yerləşən apteklərin müşahidə kameralarının video çəkilişinin yazıldığı 2 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən və hazırda cəza çəkdiyindən barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2022–ci il tarixdən hesablansın və Təqsirləndirilən şəxs hazırda cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut hesab olunan, Şəmkir şəhəri, 20 Yanvar küçəsində və Qazax şəhəri, Heydər Əliyev prospekti 65B ünvanında yerləşən apteklərin müşahidə kameralarının video çəkilişinin yazıldığı 2 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-56/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-56/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver