Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-56/2024 06.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxx 1977–ci il tarixdə Ermənistan, Vardenis rayonu, Basarkeçər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Şəmkir rayon Ələsgərli kənd N.Nəsirov adına orta məktəbdə gözətçi işləyən, Şəmkir rayonu, Ələsgərli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 188.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutmuş və həmin torpaq sahəsini özbaşına becərməklə torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətmişdir. Belə ki, o, 2021–ci ilin yaz aylarından 2023–cü ilin iyun ayınadək olan müddət ərzində, dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid 1,61 hektar (X=566437: Y=4520871) ərazisi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində buğda əkib–becərərək özbaşına əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməsə də, məhkəmə istintaqının sonunda özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq Ələsgərli kənd N.Nəsirov adına tam orta məktəbində gözətçi işləsə də, əlavə olaraq kənd təsərrüfatı ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. 1996–cı ilin dəqiq xatırlamadığı tarixində ölkə başçısı tərəfindən vətəndaşlara pay torpaq sahəsi verilərkən atası X12 da ailə başçısı kimi qeyd olunmaqla, cəmi 9 nəfər ailə üzvlərinin o, cümlədən onun da payı olmaqla onlara ümumilikdə 14 hektar torpaq sahəsi pay torpağı kimi verilmişdir. Həmin torpaq sahəsi verildikdən sonra bir müddət istifadə edilmiş, lakin təxminən 4 il sonra maddi çətinlikləri olduğu üçün ailə üzvləri payına düşən torpaq sahəsini satmışlar. Həmin torpaqdan onun payına 1.16 ha düşmüşdür. Ancaq öz pay torpaq sahəsini satmamış və həmin torpaq sahəsindən istifadə etmişdir. Bundan əlavə ailəsinin dolanışığı təmin etmək və bu məqsədlə əlavə torpaq sahəsi icarəyə götürmək üçün 2016–cı ildə Ələsgərli Bələdiyyəsinin sədri olan Ülviyyə Nəbiyevaya müraciət etmiş, bələdiyyə sədri Ülviyyə Nəbiyeva isə rəsmi qaydada sənədləşmə aparmaqla Şəmkir rayonu, Ələsgərli kəndi ərazisində kənd bələdiyyəsinə məxsus 2.5 ha torpaq sahəsini ona icarəyə vermiş, bununla bağlı Ələsgərli kənd bələdiyyəsi adından 26 aprel 2016–cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə tərtib edilib ona təqdim edilmiş, o, həmin vaxtdan etibarən X=566437: Y=4520871 koordinatlarında olan torpaq sahəsini daşlardan təmizləyib istifadə etmişdir. Ələsgərli kənd bələdiyyəsi ilə bağladığı xx.xx.2016–cı il tarixli müqavilə 5 il müddətinə bağlanmış və xx.xx.2021–ci ildə müqavilənin müddəti başa çatmışdır. Həmin il torpaq sahəsi qara çöp olduğu üçün əkə bilməmiş, çünki torpaq sahəsi həmin ildə əkin üçün yarasız olmuş və torpağın qara çöpdən təmizlənməsi üçün 1 il müddət gözləmişdir. O, həmin müddətdə torpaq sahəsini qara çöpdən təmizləmiş və payız mövsümü üçün əkinə yararlı hala salmışdır. Həmçinin, müqavilənin müddətinin təzələnməsi üçün bələdiyyəyə müraciət etmiş. bundan sonra təxminən 2022–ci ilin əvvəllərində Zərərçəkmiş şəxs Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinə sədr təyin edilmiş, Zərərçəkmiş şəxs həmin torpaq sahəsindən istifadə etməsinə razılıq verməmişdir. O, bu barədə bir neçə dəfə X21 Vəliyevə və Daşınmaz əmlaka müraciət edərək həmin torpaq sahəsinin onun istifadəsinə verilməsini xahiş etsə də, X21 Vəliyev kadastr xidmətinin icazə vermədiyini bəhanə gətirib torpaq sahəsini istifadə etməyisi üçün müqaviləni təzələməməmişdir. Bundan sonra əvvəllər də bələdiyyə ilə müqavilə bağlamış, lakin müqavilənin təzələnməsinə Zərərçəkmiş şəxs razılıq vermədiyi şəxslər yenidən həmin torpaq sahəsini əkib–becərdikləri üçün o, da bələdiyyə sədrinin razılığı olmadan öz icarəsində olan Şəmkir rayonu, Ələsgərli kəndi ərazisindəki 1,61 hektar torpaq sahəsini əkib–becərməklə istifadə etmişdir. Həmin torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi ilə əlaqədar olaraq Şəmkir rayon Ələsgərli Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs dəfələrlə müraciət etsə də, Zərərçəkmiş şəxs razılıq verməmiş, bu səbəbdən hər hansı razılıq olmadan həmin torpaq sahəsində buğda əkərək öz ailəsinin dolanışığını təmin etməyə məcbur olmuşdur. Bununla belə hazırda həmin torpaq sahəsini Bələdiyyənin sahibliyinə və istifadəsinə qaytarmışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ifadəsində göstərilənlərin nəzərə alınmasını və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 26 may 2022–ci il tarixdən etibarən Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin sədri işləyir. Şəmkir rayonu, Ələsgərli kəndinin bir qrup sakinləri tərəfindən Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələri qanunsuz olaraq zəbt edilərək istifadə edilmişdir. O, bununla əlaqədar Şəmkir rayonu, Ələsgərli kənd sakinlərindən öz qanunsuz əməllərini dayandırmağı tələb etmişdir. Lakin heç kim ona qulaq asmamışdır. 31 avqust 2022–ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinə müraciət edərək Şəmkir rayonu, Ələsgərli kənd sakinləri X5, X16, X17, X1, X18, X8, Təqsirləndirilən şəxs, X19, X6 və Təqsirləndirilən şəxs Alxan oğlu tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edildiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. 14 sentyabr 2022–ci il tarixdə onun iştirakı ilə Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində araşdırma aparılmışdır. Onun tərəfindən göstərilən qeyd etdiyi şəxslər tərəfindən zəbt edilən ərazilərə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əməkdaşları Şahid3, Şahid1 və Şahid2 onun iştirakı ilə baxış keçirmişlər. O, onlara bələdiyyə ərazisinin xəritəsini təqdim etmiş, həmin ərazilərdən götürülmüş döngə koordinatlarına əsasən Ələsgərli kəndinin kompleks yer quruluşu xəritəsinə və X9 Uçotu İnformasiya sisteminin məlumatlarına əsasən baxış zamanı Şəmkir rayonu Ələsgərli bələdiyyəsinə məxsus torpaq sahələrinin X18 və X8 birlikdə (şərikli) 2,73 (X=563820: Y = 4518111), X5 2,85 ha (X=565316: Y=4517721), X2 0,98 ha (X=565372: Y=4517748), X18 1.20 hektar (X=567669: Y=4515007), Təqsirləndirilən şəxs 1,46 hektar (X=567804: Y=4515062), X6 4,2 hektar (X=567624: Y=4518208), X19 0.75 hektar (X=566829: Y=4520211) və Təqsirləndirilən şəxs Alxan oğlu 1.61 hektar (X=566437: Y=4520871) ölçüdə kənd təsərrüfat təyinatlı torpaq sahələrində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan zəbt edilərək əkin işləri aparılması faktları aşkar edilmişdir. Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əməkdaşları tərəfindən hüquqlarının pozulması halları müvafiq qaydada sənədləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əmkdaşları tərəfindən baxış keçirilən zaman X13 və Təqsirləndirilən şəxs həmin ərazidə əkin işləri aparmadıqları ərazi boş vəziyyətdə olduğu üçün həmin şəxslərin adları aktda qeyd edilməmişdir. Lakin həmin şəxslər torpaq sahələrini qanunsuz olaraq zəbt etməyə, əkin işləri aparmağa davam etmişlər. Həmin şəxslərin zəbt etdiyi torpaq sahələri Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahələri kənd təsərrüfat təyinatlı torpaq sahələri olmaqla örüş otlaq təyinatlı torpaq sahələridir. Bununla belə Təqsirləndirilən şəxs Alxan oğlu qeyd olunan 1.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini bələdiyyənin sahibliyinə və istifadəsinə geri qaytarmışdır. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi–torpaq müfəttişi vəzifəsində işləyir. Onların işləri Şəmkir rayonu ərazisində qanunsuz tikililərə nəzarət etmək və bu barədə müvafiq hüquq mühafizə orqanlarına məlumat verməkdən ibarətdir. Şəmkir rayonu, Ələsgərli bələdiyyəsi 31 avqust 2022–ci il tarixli 22 nömrəli məktubla müraciət edərək Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan örüş otlaq sahəsinin X5, X16, X1, X18, X8, X19, X6 və Təqsirləndirilən şəxs Alxan oğlu tərəfindən özbaşına və qeyri–qanuni olaraq əkib zəbt edildiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət araşdırılaraq 14 sentyabr 2022–ci il tarixdə Ələsgərli bələdiyyəsi Zərərçəkmiş şəxs iştirakı ilə Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində araşdırma aparılmışdır. Ələsgərli bələdiyyəsi tərəfindən göstərilən ərazilərə baxış keçirilmiş və həmin ərazilərdən götürülmüş döngə koordinatlarına əsasən Ələsgərli kəndinin kompleks yer quruluşu xəritəsinə və X9 Uçotu İnformasiya sisteminin məlumatlarına əsasən baxış zamanı Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinə məxsus torpaq sahələri X18 və X8 birlikdə (şərikli) 2,73 (X=563820: Y = 4518111), X5 2,85 ha (X=565316: Y=4517721), X1 0,98 ha (X=565372: Y=4517748), X18 1.20 hektar (X=567669: Y=4515007), Təqsirləndirilən şəxs 1,46 hektar (X=567804: Y=4515062), X6 4,2 hektar (X=567624: Y=4518208), X19 0.75 hektar (X=566829: Y=4520211) və Təqsirləndirilən şəxs Alxan oğlu 1.61 hektar (X=566437: Y=4520871) ölçüdə kənd təsərrüfat təyinatlı torpaq sahələrində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan zəbt edilərək əkin işləri aparılması faktları aşkar edilmişdir. Onlar tərəfindən müvafiq yoxlama işi aparılarkən həmin torpaq sahələrində əkin işləri aparılan zaman heç bir sənədləşmə işinin aparılmadığı həmin sahələrin Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Onlar həmin yerin müvafiq qaydada şəkillərini çəkərək akt tərtib etmişlər. Baxış keçirilən zaman X13 və Təqsirləndirilən şəxs həmin ərazidə əkin işləri aparmadıqları ərazi boş vəziyyətdə olduğu üçün həmin şəxslərin adları aktda qeyd edilməmişdir. Daha sonra isə onlar tərəfindən toplanmış material aidiyyatı üzrə göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəhbərliyinə təqdim edilmiş, rəhbərlik vasitəsilə qanuni tədbir görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmişdir. Adları yuxarıda qeyd edilən şəxslərin qanunsuz olaraq zəbt etdiyi və əkin işləri apardıqları torpaq sahələrinin mülkiyyət hüququ Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinə məxsusdur. Həmin torpaq sahələrinin üzərində nəzarətin həyata keçirilməsi, alqı–satqısı, həmçinin istifadəsinə icazə verilməsi Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin nəzarətindədir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Cinayət işinin materiallarında olan xx.xx.2022–ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsinə baxış keçirilməklə protokol tərtib edilmiş və foto şəkillər çəkilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən zəbt olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin xx.xx.2022–ci il tarixli aktından görünür ki, 14 sentyabr 2022–ci il tarixdə Ələsgərli bələdiyyəsi Zərərçəkmiş şəxs iştirakı ilə Şəmkir rayonu Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində araşdırma aparılmış, Ələsgərli bələdiyyəsi tərəfindən xx.xx.2022–ci il tarixli 22 nömrəli məktubda göstərilən ərazilərə baxış keçirilmiş və həmin ərazilərdən götürülmüş döngə koordinatlarına əsasən Ələsgərli kəndinin kompleks yer quruluşu xəritəsinə və X9 Uçotu İnformasiya sisteminin məlumatlarına əsasən baxış zamanı Şəmkir rayonu Ələsgərli bələdiyyəsinə məxsus torpaq sahələri X18 və X8 birlikdə (şərikli) 2,73 (X=563820: Y=4518111), X5 2,85 ha (X=565316: Y=4517721), X1 0,98 ha (X=565372: Y=4517748), X14 1.20 hektar (X=567669: Y=4515007), Təqsirləndirilən şəxs 1,46 hektar (X=567804: Y=4515062), X6 4,2 hektar (X=567624: Y=4518208), X19 0.75 hektar (X=566829: Y=4520211) və Təqsirləndirilən şəxs Alxan oğlu 1.61 hektar (X=566437: Y=4520871) ölçüdə kənd təsərrüfat təyinatlı torpaq sahələrində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan zəbt edilərək əkin işləri aparılması faktları aşkar edilmişdir Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin xx.xx.2022–ci il tarixli məktubundan görünür ki, aktda adları qeyd olunan şəxlsər tərəfindən qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət, istifadə və ya icarə hüquqları olmadan göstərilən koordinantlarda bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfat təyinatlı örüş sahəsində əkin işlərinin aparılması faktları müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2016–cı il tarixli, 04 nömrəli icarə müqaviləsindən görünür ki, Ələsgərli Bələdiyyəsi tərəfindən 2,35 ha əkin üçün torpaq sahəsi və yataq yeri icarə haqqı 35 manat olmaqla, 05 il müddətinə Təqsirləndirilən şəxs icarəsinə verilmişdir. Cinayət işinin materiallarında olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023–cü il tarixli məktubundan görünür ki, Şəmkir rayonu Ələsgərli bələdiyyəsi ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2016–cı il tarixli icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Ələsgərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007–ci il təvəllüdlü Nəbi və xx.xx.2009– cu il təvəllüdlü Azər adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Cinayət işinin materiallarında olan Ələsgərli Bələdiyyəsinin xx.xx.2023–cü il tarixli məktubundan görünür ki, Ələsgərli Bələdiyyəsinin mülkiyyətinə aid olan və Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş 1.61 ha torpaq sahəsi məhkəmə baxışı zamanı bələdiyyə mülkiyyətinə geri qaytarılmışdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 2021–ci ilin yaz aylarından 2023–cü ilin iyun ayınadək olan müddət ərzində, dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid 1,61 hektar (X=566437: Y=4520871) ərazisi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində buğda əkib–becərərək özbaşına əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3–cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM–nin 74–cü maddəsinə əsasən, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM–nin 39.1.11–ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM–nin 43.1.2–ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4–cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM–nin 43.1.2–ci maddəsində qeyd olunan əsaslarla cinayət məsuliyyətindən azad etmək səlahiyyəti məhkəmə baxışının gedişində məhkəməyə verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsi üzərində əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətsə də, hazırda həmin torpaq sahəsini Şəmkir rayonu X7 sahibliyinə və istifadəsinə qaytarmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edilməsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74–cü maddəsinin və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39, 40 və 305.1–ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini – ictimai təhlükəliliyini itirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməlini törədərkən mübahisəli torpaq sahəsinin Ələsgərli Bələdiyyəsinin mülkiyyətində olması, hazırda isə həmin torpaq sahəsinin yenidən X7 sahibliyinə və istifadəsinə qaytarılması onun cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə hazırki vəziyyətdə şəraitin ciddi surətdə dəyişməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə qeyd edilənlərin fonunda hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aid olduğundan və ona münasibətdə hazırki vəziyyətdə şərait dəyişdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 188.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, şəraitin dəyişməsinə görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-56/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-56/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver