Məhkəmə qərarları › İş №1(076)-57/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-57/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-57/2025 05.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Şəmkir rayon, Muxtariyyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Şəmkir rayon, Muxtariyyat kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs İbrahim oğlu tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2020-ci ilin iyul ayında, istintaqa dəqiq məlum olmayan tarixdə Tovuz rayonu, Abulbəyli kəndində yaşayan X1 birlikdə biznes fəaliyyəti ilə məşğul olaraq pomidor məhsulundan qazanc əldə edəcəyinə və həmin qazancı birlikdə yarı böləcəklərinə dair yalan vədlər verərək aldadıb, Şəmkir rayonu, Qədimqala kəndi ərazisində Füzili Nağıyevin 5.500 (beş min beş yüz) manat məbləğində nəğd pulunu, xeyli miqdarda əmlakını ələ keçirmiş, sonradan vədinə əməl etməyərək zərərçəkmiş şəxs Füzili Nağıyevə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021- ci ilin oktyabr ayında, istintaqa dəqiq məlum olmayan tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 biznes fəaliyyəti ilə məşğul olaraq xurma meyvəsi satıb qazanc əldə edəcəyinə dair yalan vədlər verərək aldadıb, Şəmkir rayonu, Qədimqala kəndi ərazisində Zərərçəkmiş şəxs1 25000 (iyirmi beş min) manat məbləğində nəğd pulunu, xeyli miqdarda əmlakını ələ keçirmiş, sonradan vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021- ci ilin noyabr ayında, istintaqa dəqiq məlum olmayan tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 biznes fəaliyyəti ilə məşğul olaraq xurma meyvəsi satıb qazanc əldə edəcəyinə dair yalan vədlər verərək aldadıb, Şəmkir rayonunun ərazisində Zərərçəkmiş şəxs2 10800 (on min səkkiz yüz) manat məbləğində nəğd pulunu, xeyli miqdarda əmlakını ələ keçirmiş, sonradan vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2024-cü ilin aprel ayında, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir şəhəri, M.Əsədov küçəsi ev 16- da yaşayan Zərərçəkmiş şəxs4 birgə biznes quraraq pomidor satacağına və gəlir əldə edəcəyinə dair yalan vədlər verərək aldadıb, Şəmkir rayonu, Qədimqala kəndi ərazisində Zərərçəkmiş şəxs4 4025 (dörd min iyirmi beş) manat məbləğində nəğd pulunu ələ keçirmiş, sonradan vədinə əməl etməyərək Zərərçəkmiş şəxs4 ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Qədimqala kəndində yaşayır, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Zərərçəkmiş şəxs1 tanıyır, aralarında heç bir narazılığı və ya ədavəti olmamışdır. Zərərçəkmiş şəxs1la xurma meyvəsinin alqı-satqısı ilə məşğul olmuşdur. Həmin şəxsi Türkiyə vətəndaşı Akan adlı şəxsin vasitəsi ilə tanımışdır. Akan adlı şəxslə birlikdə xurma meyvəsinin alqı-satqısı ilə məşğul olmuşdur. Türkiyə vətəndaşı Akanla iş görən zaman Akana məxsus istilikxanada Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la görüşmüş, tanışlıqları oradan yaranmışdır. Onun adlarını çəkdiyi şəxslərlə tanışlığı yarandıqdan sonra Akana məxsus istilikxanada görüşmüş və onların Akanla onun xurma meyvəsinin alqı-satqısı ilə məşğul olmağı barədə məlumatları olmuşdur. Ona Zərərçəkmiş şəxs1 təklif etmişdir ki, o da xurma meyvəsinin alqı-satqısı ilə məşğul olmaq istəyir. O, Azərin təklifi ilə razılaşmış, Akan, o və Zərərçəkmiş şəxs1 şərik olaraq xurma meyvəsinin alqı- satqısı ilə məşğul olmaq qərarına gəlmişlər. Onun şəriki isə Tovuz rayon sakini Şahid2 olmuşdur. Onlarla söhbət edən zaman Zərərçəkmiş şəxs1 təklif etmişdir ki, əgər meyvə və meyvə bağlarına baxmaq istəyirsə Şəmkir rayonuna gəlib baxa bilərlər. Onlar razılaşdıqdan 3 ay sonra, yəni 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 və Türkiyə vətəndaşı Akan Şəmkir rayonuna gəlmişlər. Hər üçü birlikdə Tovuz rayonuna xurma meyvəsi bağlarına baxmağa getmişlər. Tovuz rayonunda Səbuhi adlı dostu ilə görüşmüşlər və onunla birlikdə gələn şəxslərin iş görməyə gəldiklərini bildirmişdir. Onunla Səbuhi əvvəlcədən bir yerdə iş görşmüşlər. Yuxarıda adlarını qeyd etdiyi şəxslərlə birlikdə meyvə bağlarına baxdıqdan sonra bağ sahələrindən meyvələri yığmağa qərar vermişlər. Onlar xurma meyvələrinə baxdıqdan sonra Zərərçəkmiş şəxs1la belə razılaşmaya gəlmişlər ki, o və Səbuhi Azər üçün ümumilikdə 8000 ədəd xurma dolu yeşik yığacaqlarına və həmin yeşikdəki xurma meyvəsini Gəncə şəhərində yerləşən adını bilmədiyi şəxsə məxsus soyuducuya yığacaqlarına söz vermişlər. O və Səbuhi Şəmkir rayonu və digər rayon ərazilərindən Azər üçün 8000 ədəd xurma meyvəsi toplamışdır. Həmin xurma meyvəsi üçün əvvəldən axıradək Zərərçəkmiş şəxs1 ümumilikdə 68.000 manat pul xərci çıxmışdır. Həmin 68.000 manat pulun bir hissəsini özü, bir hissəsini Səbuhi və bir hissəsini ona göndərdiyi puldan bağ sahiblərinə vermişlər. Zərərçəkmiş şəxs1 söz verdiyi kimi onun payına düşən 8.000 ədəd xurma meyvəsini özünün iştirakı ilə Gəncə şəhəri ərazisində yerləşən tanımadığı şəxsə məxsus soyuducuya yığmışlar. Zərərçəkmiş şəxs1 özünə məxsus 8.000 ədəd xurma meyvəsi olan yeşikləri 1 aydan çox müddətdə soyuducuda saxlamışdır. Üzərindən bir ay keçdikdən sonra Zərərçəkmiş şəxs1 Bakı şəhərindən gəlib özünə məxsus 6000 ədəd xurma meyvəsi olan yeşikləri soyuducudan çıxarıb 03 ədəd furaya yüklǝyǝrǝk Ukrayna Respublikasına yola salmışdır. Onun soyuducuda 2000 ədəd yeşik xurma meyvəsi qalmışdır və həmin sayda olan xurma meyvəsini satmalı olmuşdur. Soyuducu sahibi malların orada saxlanılmasına narazılıq etmiş, çünki həmin malların soyuducuda saxlamasına hər gün üçün pul ödənilməli olmuş və bunu da Zərərçəkmiş şəxs1 etməmişdir. Həmin 3 fura getdikdən sonra Zərərçəkmiş şəxs1la Gəncə şəhərində Azərlə görüşmüş və Azər ona bildirmişdir ki, həmin 2.000 ədəd yeşikdə olan xurma meyvəsini bəyənmir və hesablaşıb pulunu qaytarsın. Onlar həmin 2000 ədəd xurma meyvəsi olan yeşikləri öz aralarında 12 manat 50 qəpikdən hesablaşmış, Azərə söz vermişdir ki, həmin sayda olan xurma meyvəsi olan yeşikləri ona versin və o, həmin xurma meyvəsini satıb Azərə 25.000 manat pulunu verəcəkdir. Zərərçəkmiş şəxs1 soyuducuda olan 2000 ədəd yeşikdə olan xurma meyvəsini ona təhvil vermiş, o, Zərərçəkmiş şəxs1 məxsus 2000 ədəd yeşik xurma meyvəsini satmaq üçün Səbuhi İlə birlikdə Dağıstan Respublikasına göndərmişlər. Lakin, 2000 ədəd xurma meyvəsini Dağıstan Respublikasında Səbuhi 3700 manata satmış, Zərərçəkmiş şəxs1 ondan 25000 manat pulunu istəməyə başlamışdır. Lakin, o və Səbuhi ilə Azərin pulunu qaytara bilməmişlər. Sonradan Zərərçəkmiş şəxs1 25.000 manat pulun 7000 manat hissəsini özü geri qaytarmış, onların arasında 17.000 manat pul qalmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 tanıyır, tanışlığı dostu Türk vətəndaşı Hakan adlı şəxsin vasitəsi ilə 2021-ci ildə yaranmışdır. O, birinci dəfə Zərərçəkmiş şəxs2 Bakı şəhərində yerləşən dostu Hakana məxsus istilikxanada görmüş və orada tanışlığı yaranmışdır. O,Zərərçəkmiş şəxs1 xurma meyvəsinin alqı-satqısı ilə məşğul olan zaman Zərərçəkmiş şəxs2 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib xurma meyvəsinin alqı satqısı ilə məşğul olmaq istədiyini bildirmişdir. O, Yusifə heç bir etiraz etməmiş, ona daha yaxşı olar demişdir. Həmin vaxt Tovuz rayon sakini Səbuhi ilə şərik iş görmüşdür. 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs2 Tovuz rayonuna gəlib dostu Səbuhi və onunla görüşmüş, Tovuz rayonu ərazisində yerləşən tanımadığı şəxsə məxsus çay evlərinin birində əyləşib xurma meyvəsinin alqı-satqısı barədə söhbət etməyə başlamışlar. Həmin vaxt Səbuhidə orada olmuş və onlar danışan zaman hər yeşik xurma meyvəsi üçün onlara bələdçi pulu verilməklə 8600 ədəd yeşikdə xurma meyvəsi yığacaqlarını bildirmişlər. O və Səbuhi birlikdə Tovuz rayonu ərazisində yerləşən bağlardan və kənd ərazisində yerləşən sakinlərdən 1 (bir) ay ərzində 8600 ədəd yeşik xurma meyvəsi toplamışlar. 2000 yeşikdən sonra o, Yusifə zəng edib bağ sahiblərinin və meyvə satın alınan şəxslərin pulunu verməsini bildirmiş və Yusif gəlib pulu verib getmişdir. O və Səbuhi Yusif üçün 8600 ədəd yeşik xurma meyvəsi toplamış və özü ilə birlikdə gətirib Gəncə şəhərində yerləşən soyuducuya yığmışlar. Zərərçəkmiş şəxs2 8600 ədəd yeşik xurma meyvəsini satmışdır. Lakin onlara bələdçi pulu verməmiş, ikinci dəfə, yəni 2021- ci ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 onun istifadəsində olan telefon nömrəsinə zəng edib Tovuz rayonuna gələcəyini və yenə birlikdə həmin işi görmək istədiyini bildirmişdir. O, Yusifə gəlməsini bildirmişdir. Tovuz rayonuna gəlmiş və onlarla, yəni Səbuhi və onunla görüşmüşdür. Yusif ona və Səbuhiyə təklif etmişdir ki, təkrar olaraq ona xurma meyvəsi lazımdır. O Yusifə bildirmişdir ki, xurma meyvəsi satın almaq üçün 10.400 manat pul versin və onlar birlikdə həmin pulun qarşılığında xurma meyvəsi yığacaqlarını söz vermişlər. Tovuz rayonu ərazisində yerləşən tanımadığı şəxsə məxsus, lakin harada olduğunu bildiyi kafedə Zərərçəkmiş şəxs2 ona 10.000 manat pulu xurma meyvəsi almaq şərti ilə vermişdir. Bunun ardınca da Yusifə bildirmişdir ki, onlara 8600 manat bələdçi pulu verəcəyi var. Yusif onlara işləri həll etdikdən sonra həmin pulu verəcəyini bildirmişdir. Onlar Zərərçəkmiş şəxs2la danışdıqdan sonra çıxıb Bakı şəhərinə getmiş, Zərərçəkmiş şəxs2 onun və Səbuhi tərəfindən xurma meyvəsi almaq şərti ilə verdiyi 10.400 manat pul onda olmuşdur. O və Səbuhi ilə belə qərara gəlmişlər ki, Yusifə həmin 10.400 manat pul ilə xurma meyvəsi almasınlar və həmin pulu Yusifə birinci dəfə yığdıqları 8600 ədəd yeşik xurma meyvəsinin hər yeşiyi üçün 1 manat bələdçi puluna çıxsınlar. Onlar birlikdə həmin pulun, yəni 10.400 manat pulun 8600 manat hissəsini bələdçi puluna çıxmış və həmin pulan 1800 manat pul qalmışdır. Zərərçəkmiş şəxs2 onunla telefon əlaqəsi saxlayıb işlərin nə yerdə olduğunu soruşanda Yusifə bildirmişdir ki, həmin 10.400 manat pulun 8600 manat hissəsini bələdçi puluna çıxmışlar. Yusif telefonda narazılıq edib həmin pulu xurma meyvəsi almaq şərti ilə verdiyini bildirmişdir. O, Səbuhi ilə gecə-gündüz xurma meyvəsi yığdıqlarını bildirib əziyyət haqqına çıxdığını demişdir. Yusif isə ona telefonda demişdir ki, həmin 10.400 manat pulu onun üçün xurma meyvəsi almaq şərti ilə verib. Bundan başqa, Tovuz rayon sakini Zərərçəkmiş şəxs3 tanıyır, onları Səbuhi tanış etmişdir. Fizuli ilə aralarında münasibəti olmuş, bir-birinə etibarı yaranmışdır. Zərərçəkmiş şəxs3 məxsus “Ateko" markalı yük avtomobili vardır. Özünə aid yükü daşımaq lazım olanda Fizuli ilə əlaqə saxlayıb yükü ona daşıtdırır. 2020-ci ilin iyul ayında pomidor tərəvəzinin alqı-satqısı ilə məşğul olmuşdur. Həmin məhsulun daşınması üçün Fizulinin istifadəsində olan mobil nömrəsinə zəng edib yük avtomobili lazım olduğunu bildirmişdir. Fizuli ona məxsus yük avtomobilinin sürücüsü Teymur adlı şəxsdə olduğunu və sürücü ilə əlaqə saxlayıb lazım olarsa dediyi yerə gələcəyini bildirmişdir. Fizuliyə pomidor məhsulunun alqı-satqısı üçün 5500 manat pul lazım olduğunu bildirmişdir. Fizuliyə həmin pulla pomidor məhsulu alıb birlikdə qazanc əldə edəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs3 ona 5500 manat pulu olduğunu demişdir. Yenə də Fizuliyə söz vermişdir ki, həmin 5500 manat pulu ona versin, həmin pulla pomidor məhsulu alacaq və yaxın müddətdə əldə edəcəyi qazanc puldan pulunu qaytaracaqdır. Zərərçəkmiş şəxs3 ona sürücüsü Teymurla 5500 manat pul göndərmişdir. Əslində Fizulidən pulu almağının məqsədi pomidor məhsulunu göndərəcəyi adını çəkmək istəmədiyi tanışına onun 5500 manat pul borcu olmuş və həmin borc ödənilməli imiş ki, məhsul yola salınsın. Teymur 5500 manat pulu Şəmkir rayonu, Qədimqala kəndi ərazisində gətirib tanışı Səbuhinin yanında ona vermişdir. O, həmin vaxt tanışı Səbuhi ilə birlikdə iş görürmüş. Fizulidən aldığı pulu pomidor məhsulunun yola salınması üçün xərcləmişdir. Üzərindən bir neçə gün keçdikdən sonra Fizuli onun mobil nömrəsinə zəng edib ona verdiyi 5500 manat pulu geri qaytarmağını demişdir. Lakin Fizuliyə yaxın müddətdə qaytaracağını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs3 söz verdiyi vaxtda pulunu gətirib qaytara bilməmişdir. Üzərindən bir ay keçdikdən sonra o və Səbuhi birlikdə Zərərçəkmiş şəxs3 həmin 5500 manat puldan 1500 manat geri qaytarmışlar. O, hazırda etdiyi əməllərindən peşmandır, bir daha gələcəkdə bu işləri etməyəcək. Bundan başqa, Şəmkir şəhəri, M.Əsədov küçəsində yaşayan Zərərçəkmiş şəxs4 tanıyır, əvvəllər aralarında heç bir ədavət və ya narazılıq olmamış, münasibəti yaxşı olmuşdur. O, xurma meyvəsi və pomidor məhsulunun alqı-satqısı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs4 Şəmkir rayonu, Qədimqala kəndi ərazisində özünə məxsus obyekti vardır. O, alqı-satqı ilə məşğul olduğu üçün həmin obyekti Vidadi ilə danışıb götürmək qərarına gəlmiş və 2024cü ilin mart ayında Zərərçəkmiş şəxs4 zəng edib Qədimqala kəndi ərazisində görüşmüşdür. Danışaraq obyekti ona icarǝyǝ verməsini demişdir. Vidadi ona heç bir etiraz etməyərək onunla razılaşmış və obyekti icarəyə götürmüşdür. Vidadiyə məxsus obyektin həyətində 600 ədəd paddon (taxta) materialından olan əşya olmuşdur. O, obyekti icarəyə götürdükdən sonra 2024-cü ilin aprel ayında Vidadiyə zəng edərək obyektin həyətində olan 600 ədəd paddonu satmağını bildirmişdir. Vidadi ona hansı məbləğə satacağını soruşmuş və hər birini 7 manata satacağını demişdir. Vidadi etiraz etməmiş və o, Zərərçəkmiş şəxs4 məxsus 600 ədəd paddonun hər birini 7 manatdan tanımadığı şəxsə satmışdır. Həmin paddonları satdıqdan sonra Zərərçəkmiş şəxs4 zəng edib ona paddonları satdığını bildirmiş və 2024-cü ilin aprel ayının dəqiq xatırlamadığı günündə icarǝyǝ obyektində görüşüb 4025 manat pulu Vidadi vermişdir. Pulu verəndə 4025 manat pulu ona verməsini və həmin məbləğdə pomidor məhsulunu alacağını, qazanc əldə edib pulunu və qazancdan payına nə düşərsə verəcəyinə vəd vermişdir. Zərərçəkmiş şəxs4 4025 manat pulu Şəmkir rayonu, Qədimqala kəndi ərazisində yerləşən özünə məxsus icarəyə götürdüyü obyektin həyətində almışdır. Vidadiyə söz vermişdir ki, 2 aydan sonra pulunu və əldə etdiyi qazancdan payına düşəni verəcək. Vidadidən aldığı 4025 manat pulu öz işlərinin həlli üçün xərcləmiş və 2 ay keçdikdə sonra Zərərçəkmiş şəxs4 ona zəng edib pulunu istəmiş, lakin o, pulunun olmadığını bildirmişdir. Sonradan məlumatı olmuşdur ki, Zərərçəkmiş şəxs4 onun barəsində gedib Şəmkir rayon polis şöbəsinə şikayət etmişdir. O, aldığı pulların heç birindən Səbuhiyə verməmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Abulbəyli kəndində ailəsi ilə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi işlə məşğuldur. Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir yaxından münasibəti olmamış, sadəcə olaraq işlə bağlı münasibəti yaranmışdır. 2020-ci ilin iyul ayında dəqiq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs onun istifadəsində olan 055-200- 57-51 saylı mobil nömrəmə zəng edib Şəmkir rayonuna gəlməyini, özünə məxsus pomidor məhsulu olan yeşiklərinin olduğunu və həmin məhsulu ona məxsus "Ateko" markalı yük avtomobilinə yükləyib Xaçmaz rayonuna aparıb orada tanışı tərəfindən təhvil götürüləcəyini bildirmişdir. O, Elsevərə telefonda özünün evdə olduğunu və hazırda ona məxsus "Ateko" markalı yük avtomobilinin sürücüsü Teymurda olduğunu demişdir. Telefonda danışan zaman Elsevər ona üzərində 5500 manat pul varsa həmin pulu sürücü vasitəsi ilə ona göndərsin, Sürücü Xaçmaz rayonunda adını çəkmədiyi tanışı ilə görüşən zaman həmin 5500 manat pulu həmin şəxsin sürücüyə verəcəyini, bununla da əvəz olunacağını bildirmişdir. O, Elsevǝrǝ inanıb etibar etmiş və tanışının onda olan 5500 manat pulunu sürücü Teymura tanışı Elsevǝrǝ çatdırması üçün vermişdir. O, yenidən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin pul onun deyil, başqa bir tanışının puludur və həmin pulu ona əmanət verib. Elsevər ona demişdir ki, ondan aldığı 5500 pulu pomidor məhsulu alacaq və əldə etdiyi qazancdan onun da pulunu verəcəkdir. Elsevər ona narahat olmamasını bildirib onu özünə tam inandırmışdır. Sürücüsü ondan pulu aldıqdan sonra ona məxsus Ateko markalı yük avtomobilini idarə edib Şəmkir rayonuna getmişdir. Şəmkir rayonunda sürücüsü Teymur, Təqsirləndirilən şəxsla görüşərək həmin verdiyi 5500 manat pulu Elsevǝrǝ vermişdir. Elsevər həmin vaxt ona zəng edib 5500 manat pulu sürücüsü Teymurdan aldığını bildirmişdir. Elsevər özünə məxsus pomidor məhsulunu "Ateko" markalı yük avtomobilinə yüklədikdən sonra oradan çıxıb Xaçmaz rayonuna getmiş, Xaçmaz rayonunda sürücü Elsevərin dediyi yerə gedərək tanımadığı şəxslə görüşüb məhsulu ona təhvil vermiş, həmin vaxt Elsevərin dediyi adama bildirmişdir ki, 5500 manat pul veriləcək, lakin Elsevərin adını bilmədiyi tanışı ona Elsevər tərəfindən ona heç bir söz deyilmədiyini və pul verilməyəcəyini demişdir. Sürücü Teymur ona zəng edərək ona heç kim tərəfindən 5500 manat pul verilmədiyini və Elsevər tərəfindən ona heç bir söz deyilmədiyini bildirmişdir. O, Elsevərin istifadəsində olan mobil nömrəsinə zəng edib tanışı tərəfindən sürücüyə 5500 manat pul verilmədiyini bilkdirdikdə, həmin vaxt bu dəqiqə həll edəcəyini deyib telefonu bağlamışdır. 2020-ci ilin iyul ayından bu günədək Elsevər onun pulunu verməmiş və onun etibarından istifadə edərək ona qarşı dələduzluq etmişdir. O, da məcbur olaraq Elsevərdən etdiyi dələduzluqla bağlı Şəmkir rayon şöbəsinə şikayət etmişdir. Elsevǝrǝ pulu onun sürücüsü Teymur Şəmkir rayonu, Qədimqala kəndi ərazisində vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi işlə məşğuldur. Şəmkir rayonu, Qədimqala kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir narazılıq və ya ədavət olmamışdır. Elsevərlə tanışlığı 2021-ci ildə yaranmışdır. Özü xurma meyvəsinin alqısatqısı ilə məşğul olur. Elsevərlə onu və dostu Zərərçəkmiş şəxs1 Türkiyə Respublikası vətəndaşı olan və hazırda dünyasını dəyişmiş Hakan adlı tanışı etmişdir. Elsevərlə görüşməzdən əvvəl dostları Hakan adlı şəxs Şəmkir rayonunda Elsevər adlı tanışının olduğunu və həmin şəxsin imkanlarının geniş olduğunu bildirib xurma meyvəsinin alqısatqısı ilə məşğul olmasında köməklik edəcəyini demişdir. O və X2rı görüşdürməsini xahiş etmişlər. 2021-ci ildə Hakan, o və Azər birlikdə Şəmkir rayonuna gəlmişlər. Elsevərlə tanımadığı şəxsə məxsus kafedə görüşüb söhbət etməyə başlamışlar. Elsevər Şəmkir rayon ərazisində xurma bağlarının çox olduğunu və onlara xurma meyvəsinin alınmasında köməklik edəcəyini bildirmişdir. Azər və o, Elsevərlə söhbət edəndə Elsevər ona vəd vermişdir ki, 10.800 manat pul versin və həmin pulun qarşılığında xurma meyvəsi verəcəkdir. Elsevərə 10.800 manat pulu Şəmkir rayon ərazisində dostları Nəsib və Azərin yanında vermişdir. Həmin vaxt Elsevərin yanında birgə iş gördükləri Tovuz rayon sakini Səbuhi adlı şəxs də olmuşdur. O, adlarını çəkdiyi şəxslərin yanında Elsevərin ona xurma meyvəsi verəcəyi şərti ilə 10.800 manat pul vermişdir. Elsevər 3 aydan sonra gəlib xurma meyvəsini yeşiklərdə aparmasını vəd etmişdir. O, 3 ay müddətində Elsevərlə əlaqə saxlayır və ona xurma meyvəsi verəcəyi barədə söhbət etmişlər. Elsevərin ona söz verdiyi 3 ay tamam olmuş və o, Şəmkir rayonuna gələrək Elsevərlə tanımadığı şəxsə məxsus kafedə görüşmüş və ona verəcəyi 5.000 yeşik xurma meyvəsini aparmağa gəldiyini bildirmişdir. Lakin Elsevər mənə meyvə olmadığını və meyvəni verə bilməyəciyini demişdir. O, Elsevǝrǝ əgər xurma meyvəsi vermiryəcəkdisə onları bu qədər müddətdə nə üçün yalandan vəd verdiyini soruşmuşdur. O nə vaxt pulu qaytaracağını soruşduqda ona 25 mart 2023-cü il tarixdə qaytaracağını bildirmişdir. Elsevər söz verdiyi 23 mart 2022-ci il tarix gəlib çatsa da pulu qaytarmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi işlə məşğuldur. Şəmkir rayonu, Könüllü kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir narazılıq və ya ədavəti olmamışdır. Elsevərlə tanışlığı 2021-ci ildə yaranmışdır. Özü xurma meyvəsinin alqısatqısı ilə məşğuldur. Xurma meyvəsinin alqı-satqısı ilə məşğul olduğu üçün Respublika ərazisinin müxtəlif rayonlardan xurma meyvəsi alıb satır. Elsevərlə tanışlıq yarandıqdan sonra 2021-ci il tarixdə Şəmkir rayonunda görüşmüşlər. Onlar Elsevərlə görüşməyinin məqsədi xurma meyvəsi almaq olmuşdur. Elsevərlə görüşən zaman yanında tanışları Yusif və Nəsib gəlmişdir. O, Elsevərlə görüşüb hal əhval edib xurma meyvəsini necə satacağı, hansı şərtlə satacağı barədə söhbət edərkən Elsevər ona bildirmişdir ki, o xurma meyvəsi üçün pul verəcək və Elsevər söz verdiyi müddətdə gəlib ondan xurma meyvəsini yeşiklərdə aparacaqdır. Elsevərlə söhbət edən zaman Elsevərə 25.000 manat pul verməyini və söz verdiyi müddətdə, yəni 3 aydan sonra verdiyi pulun qarşılığında 5000 yeşik xurma meyvəsini götürəcəyini bildirmişdir. O, həmin 25.000 manat pulu Şəmkir rayonu ərazisində dostları Yusif və Nəsibin yanında Elsevərə vermişdir. Elsevǝrǝ pulu verən zaman dostlarım Nəsib və Yusifin yanında söz vermişdir ki, 5000 yeşik xurma meyvəsini 3 aydan sonra gəlib götürəcəkdir. O, 3 ay müddətində Elsevərlə əlaqə saxlayır və ona xurma meyvəsi verəcəyi barədə söhbət etmişdir. Elsevərin ona söz verdiyi 3 ay tamam olmuş və o, Şəmkir rayonuna gələrək Elsevərlə tanımadığı şəxsə məxsus kafedə görüşmüş və ona verəcəyi 5.000 yeşik xurma meyvəsini aparmağa gəldiyini bildirmişdir. Lakin Elsevər ona meyvə olmadığını və meyvəni verə bilməyəciyini demişdir. O, Elsevǝrǝ əgər xurma meyvəsi vermiryǝcǝkdsə onları bu qədər müddətdə nə üçün yalandan vədlər verdiyini soruşmuşdur. Elsevər ona öz fikrində yalandan ona vəd verdiyini bildirmişdir. Onunla Elsevər arasında narazılıq olmuş və Elsevərdən pulu geri qaytarmasını tələb etmişdir. Lakin Elsevər ona hazırda pulu olmadığını, nə vaxt pulu olarsa qaytaracağını demişdir. O, nə vaxt pulu qaytaracağını soruşduqda ona 25 mart 2022-cü il tarixdə qaytaracağını bildirmişdir. Elsevər ona kağızın üzərində yazı yazıb qeyd etdiyi tarixə pulu verəcəyi barədə söz vermişdir. Elsevərin söz verdiyi 23 mart 2022-ci il tarix gəlib çatdığına görə görüşüb pulunu geri qaytarmasını bildirmişdir. Lakin Elsevər ona müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Dəfələrlə telefon əlaqəsi saxlasa da, pulunu istəməyinə baxmayaraq bu günədək ondan xurma meyvəsi verəcəyi adı ilə aldığı 25.000 manat pulu geri qaytarmamışdır. O, məcbur olub şikayət etmək qərarına gəlmişdir. Bundan başqa, onun dostu Zərərçəkmiş şəxs2 da Elsevǝr aldadaraq ona qarşı dələduzluq edib 10.800 manat pulunu ələ keçirmişdir. Belə ki, 2021-ci il tarixdə Elsevər dostu Zərərçəkmiş şəxs2 onun yanında 2021-ci il tarixdə xurma meyvəsi satmaq adı ilə 10.800 manat pulu alıb eyni vaxtda ona da həmin pulun qarşılığında xurma meyvəsini verəcəyinə söz vermişdir. Lakin Elsevərlə 2022-ci il tarixdə Şəmkir rayonunda görüşüb dostu Zərərçəkmiş şəxs2 Elsevərdən aldığı pulun qarşılığında xurma meyvəsini verməsini bildirsə də Elsevər xurma meyvəsi olmadığını bildirmişdir. Dostu Yusif Elsevǝrǝ söz verdiyini, 3 aydan sonra gəlib verdiyiniz pulun qarşılığında xurma meyvəsini apararsınız deyib, nə üçün xurma meyvəsi vermədiyini bildirən zaman Elsevər müxtəlif bəhanələr gətirməyə başlamışdır. Dostu Yusif Elsevǝrǝ əgər xurma meyvəsi vermirsə, pulları qaytarmasını tələb etmişdir. Lakin Elsevər pulu olmadığını, pulu olarsa geri qaytaracağını bildirmişdir. Bir qədər söhbət etdikdən sonra Elsevər ayrı-ayrı kağızlarda yazı yazaraq ona olan 25.000 manat pulu və Yusifə olan 10.800 manat pulu xx.xx.2022-ci il tarixdə geri qaytaracağına söz vermişdir. Lakin onlar Elsevǝrǝ neçə dəfələrlə zeng etmələrinə baxmayaraq hərdən cavab vermişdir. Elsevər ondan 25.000 manat və dostu Yusifdən aldığı 10.800 manat pulu geri qaytarmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Şəmkir şəhəri, M.Əsədov küçəsi ev 16-da ailəsi ilə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi işlə məşğuldur. Şəmkir rayonu, Qədimqala kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir narazılıq və ya ədavət olmamışdır. Onun özünə məxsus Şəmkir rayonu, Qədimqala kəndi ərazisində anbar kimi istifadə üçün nəzərdə tutulmuş obyekti var və həmin obyekti istifadə etməmişdir. Obyektin həyətində ümumilikdə 800 ədəd taxta materialından yük altına havalanma getməsi üçün əşya (paddon) yığmışdır. 2024-cü ilin mart aynda Təqsirləndirilən şəxs ona zəng edib görüşməyi və ona məxsus obyektə gedib baxaraq icarəyə götürməsini demişdir. O, heç bir etiraz etməyərək evdən çıxıb Şəmkir rayonu, Qədimqala kəndi ərazisində Təqsirləndirilən şəxsla görüşmüş və birlikdə obyektə baxmağa getmişlər. Elsevər ona məxsus obyekti icarəyə verməsini demişdir. O, razılaşmış və obyekti icarəyə vermişdir. Ona özümə məxsus obyekti icarəyə verəndə özünə məxsus 800 ədəd taxta materialından olan havalandırma əşyaları (paddon) obyektin həyətində olmuşdur. Üzərindən bir ay keçdikdən sonra, yəni 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxs onunla görüşüb bir məsələ barəsində söhbət etməyini bildirmişdir. O, Qədimqala kəndi ərazisində görüşməyi demiş və orada görüşmüşlər. Təqsirləndirilən şəxs ona demişdir ki, obyektinin həyətində olan ona məxsus 800 ədəd taxta materialından olan əşyaları satmaq istəyir. O, Elsevǝrǝ bir ədəd taxta materialı olan əşyanı hansı qiymətə satacağını soruşduqda, 1 ədədini 6 manata satacağını bildirmişdir. O, razılaşmış və Elsevər getmişdir. Üzərindən təxminən iki-üç gün keçdikdən sonra Elsevərlə Şəmkir rayonu, Qədimqala kəndi ərazisində yerləşən icarəyə verdiyi obyektində görüşmüşlər. Elsevər ona demişdir ki, həmin 800 ədəd taxta materialını satıb və 4800 manat pulu mənə vermişdir. Elsevər ona pulu verəndən sonra demişdir ki, əgər pomidor məhsulundan qazanc əldə etmək istəyirsə həmin 4800 manat pulu ona versin və pomidor məhsulu alacağını, satıb həm onun 4800 manat pulunu, həmdə əldə olunan qazancadan ona pay ayıracaqdır, vəd vermişdir. O, Elsevǝrǝ 4800 manat pulu tanışı Fəxri Məmmədovun yanında vermişdir. Elsevərə inanmış və iki ay ərzində onun pulunu qaytaracağına söz vermişdir. Üzərindən iki ay keçdikdən sonra ona zəng edib pulunu geri qaytarmasını bildirmişdir. Lakin Elsevər ona yalandan vəd verərək yaxın vaxtlarda geri qaytaracağını bildirsə də, bu günədək mənim 4800 manat pulumu və pomidor məhsulundan əldə olunan gəlirdən olan payını verməyərək ona qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Dönükqırıqlı kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, tanışlığı 2019- cu il tarixdən yaranmışdır. Elsevərlə həmin vaxtdan dostluq münasibətləri olmuş və bu günədək davam etmişdir. Təqsirləndirilən şəxsla 2019-cu il tarixdən 2022-ci il tarixədək olan müddət ərzində birlikdə şərik olaraq xurma və pomidor məhsulunun alqı satqısı ilə məşğul olmuşdur. O, Elsevərlə işlədiyi müddətdə Zərərçəkmiş şəxs1 və Yusif Məmmədovu tanımışdır. Hər ikisi ilə mənim arasında yaxından heç bir münasibəti olmamışdır. Hər iki şəxsin Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. işləməyə başlamışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xurma 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Yusif Məmmədovla birgə meyvəsi yığmış, o isə Elsevərin yanında işləmişdir. Zərərçəkmiş şəxs1la və Zərərçəkmiş şəxs2la pul haqq Məmmədovun hesabını Təqsirləndirilən şəxs özü danışıb həll etmişdir. Onun ümumiyyətlə Azər və Zərərçəkmiş şəxs2la arasında heç bir pul haqq hesabı olmamışdır. O, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs xurma meyvəsi yığması şərti ilə 25.000 manat pul verdiyini bilir. Zərərçəkmiş şəxs2 isə xurma meyvəsi yığması şərti ilə 10.800 manat pul aldığını bilmişdir. Təqsirləndirilən şəxs tanışları Zərərçəkmiş şəxs1 almış olduğu 25.000 manat və Zərərçəkmiş şəxs2 almış olduğu 10.800 manat puldan ona heç bir hissə ayırmamışdır. Özü həmin pulları xərcləyib və əvəzində isə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xurma meyvəsi ilə verdiyi vədə əməl etməmişdir. Bundan başqa, 2020-ci ilin yay ayında dostu Təqsirləndirilən şəxsla pomidor və digər tərəvəz məhsullarının alqı-satqısı ilə məşğul olmuşlar. Həmin vaxtlarda, yəni 2020-ci ilin iyul ayında dəqiq xatırlamadığı gün Tovuz rayon sakini və aralarında tanışlıq olan Zərərçəkmiş şəxs3 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib ona telefonda bildirmişdir ki, Təqsirləndirilən şəxs pomidor alıq-satqısı adı ilə ondan 5500 manat pul almış, onu aldatmışdır. Onu da əlavə etmişdir ki, nə üçün Elsevər ondan aldığı pulu geri qaytarmır. O, Fizuliyə Təqsirləndirilən şəxs işlədiyini və yaxın vaxtda qaytaracağını bildirmişdir. Fizuli ilə telefon zəngindən sonra Təqsirləndirilən şəxsla görüşmüş və Təqsirləndirilən şəxs Tovuz rayon sakini Zərərçəkmiş şəxs3 ona zəng etdiyini və Elsevərə Zərərçəkmiş şəxs3 5500 manat pulu pomidor alqı-satqısı ilə məşğul olmaq üçün aldığını soruşmuşdur. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs3 pomidor məhsulu alqı-satqısı ilə məşğul olmaq adı ilə 5500 manat pulu aldığını demişdir. O, Elsevǝrǝ Zərərçəkmiş şəxs3lə telefon əlaqəsi saxlamasını və söhbət etməsini bildirmişdir. Lakin Elsevər ona demişdir ki, öz telefonunda Zərərçəkmiş şəxs3 qara siyahıya atmışdır. Onun sonradan məlumatı olmuşdur ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs barəsində Şəmkir rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tamamilə ödəməsini, onunla barışmasını və ona qarşı şikayəti və tələbi olmamasını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edirlər. İş materialında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İbrahim oğlunun məhkumluğu yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənmiş, ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənmiş, ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənmiş, ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş səxslərə vurmuş olduğu 45325 (qırx beş min üç yüz iyirmi beş) manat pulun 25 faizini yəni, 11331,25 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətmiş, cinayət əməli törətdikdən sonra zərərçəkmiş şəxsə barışıb ona vurduğu zərəri tamamilə ödəmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi, onların barışmasını və dəymiş ziyanın qanunla müəyyən olunmuş miqdarda faizini dövlət büdcəsinə ödəməsini əsas tutaraq cinayət işinə Azərbaycan Respublikası CM–nin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsini mümkün hesab edir. İşin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişlərin manafeyinə uyğundur və üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Həmin Məcəllənin 40.2.2–ci maddəsində nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəticəsində cinayət təqibinə Azərbaycan Respublikası CM–nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2–ci maddəsində əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1–ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189–1.2–1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 178.2.1-cü maddəsi ilə verilmiş ittihamın həcmi 45325 (qırx beş min üç yüz iyirmi beş) manatdır. Azərbaycan Respublikası CM–nin 73–1.2–ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxs törətmiş olduğu cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi (45325 m x 25:100) 11331,25 manat təşkil edir. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.2-ci maddələrinə əsasən cinayət təqibinə xitam verilməsi, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 26 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat və 11 manat olmaqla 196 (bir yüz doxsan altı) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Cinayət işi mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü mаddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 26 saat hüquqi yardıma görə 196 (bir yüz doxsan altı) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar