Məhkəmə qərarları › İş №1(076)-58/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-58/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-58/2023 16.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs6 Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi2 iştirakı ilə xx xxxx 1981-ci il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində iki nəfər azyaşlı bir nəfər yetkinlik yaşına çatmayan uşaqları olan, əvvəllər məhkum olmamış, Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatda olmaqla, Şəmkir şəhəri, Kraz Yolu yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində Şəmkir şəhəri, Kraz Yolu yaşayış massivində şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs6 vuraraq ona sol incik sümüyünün aşağı üçdə bir hissəsinin yerini dəyişməyən sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat üzrə məhkəməyə verildiyi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs6 onun qonşusudur, belə ki, onlar Şəmkir şəhəri, Kraz Yolu yaşayış massivində yaşayırlar. Həmçinin, o özü hörgü ustasıdır, Zərərçəkmiş şəxs6 isə onun yanında fəhləliklə məşğuldur. Zərərçəkmiş şəxs6 əvvəllər onun evinə iki dəfə elçi gəlmiş və oğlu Ramala qızı Mehribanı istəmişdir. Lakin qızı azyaşlı olduğundan Habilin oğluna verməmişdir. 03 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6lə birlikdə Kraz yoluna marşurt avtobusu ilə gəlmiş, marşurtdan düşmüş və marşurt getdikdən sonra saat 15:30 radələrində yaşadığı Kraz yolu yaşayış massivində küçədə olarkən Habil yenə də “onsuz da sənin qızını oğluma alacağam”-demiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbiləşmiş və Zərərçəkmiş şəxs6 əlləri ilə itələmişdir. Habil müvanizətini saxlaya bilməmiş və yerə yıxılaraq xəsarət almışdır. Bununla belə hadisədən sonra Zərərçəkmiş şəxs6 dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmandır, bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hörgü ustasıdır, o isə onun yanında fəhləliklə məşğuldur. Həmçinin, o, əvvəllər Elnurun evinə elçi getmiş və oğlu X1 istəmişdir. Lakin Elnur qızını onun oğluna verməmişdir. 03 dekabr 2022-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxsla birlikdə yemək yeyib, az miqdarda spirtli içki qəbul etmişlər. Bir müddət sonra Şəmkir şəhəri, Kraz Yolu yaşayış massivində yaşadıqlarından birlikdə yaşadıqları ünvana getmək üçün marşuruta minmişlər. Təxminən saat 15:30 radələrində marşurutdan düşmüş və birlikdə yol getmişlər. Həmin vaxt Elnura “onsuz da sənin qızını oğluma alacağam”-demiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elnur onun sinəsindən vurub itələmiş, o isə yerə yıxılaraq xəsarət almışdır. Sonradan bu barədə Şəmkir RPŞ-yə ərizə ilə müraciət etmişdir. Lakin hadisədən sonra Elnur ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, 03 dekabr 2022-ci il tarixdə günorta radələrində evdə olan zaman qonşuluğunda yaşayan bir nəfər uşaq evinə gələrək bir nəfər şəxsin atasını döydüyünü bildirmişdir. O, dərhal küçəyə çıxmış və Elnur kimi tanıdığı şəxsin atasını vurmasını görmüşdür. Həmin vaxt onların yanına gəlmiş və atasını yerdən qaldırmaq istəmişdir. Atası isə ayağında şiddətli ağrı olmasını bildirmişdir. Bundan sonra atasını bir təhər yerdən qaldırmış və evə gətirmişdir. Hadisədən sonra atası DiN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin xx.xx.2022ci il tarixli 1454 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədən səthində aşkar edilmiş xəsarət- sol incik sümüyünün aşağı üçdə bir hissəsinin yerini dəyişməyən sınığı küt əşyanın təsirindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2022ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İşdə olan Gədəbəy rayonu, Arıxdam kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Mehriban, xx.xx.2009-cu il təvəllüdlü Elnurə və xx.xx.2011-ci il təvəllüdlü Oqtay adlı uşaqları vardır. İşdə olan və Zərərçəkmiş şəxs6 tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində Şəmkir şəhəri, Kraz Yolu yaşayış massivində şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs6 vuraraq ona sol incik sümüyünün aşağı üçdə bir hissəsinin yerini dəyişməyən sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Bununla belə Zərərçəkmiş şəxs6 ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməklə, onunla barışdığını və sonuncudan heç bir şikayəti və tələbi olmadığını bildirmiş və ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı aradan qaldırdığını bildirmiş və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurulmuş zərəri aradan qaldırmışdır. Zərərçəkmiş şəxs6 onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirib işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə barəsində cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar