Məhkəmə qərarları › İş №1(076)-58/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-58/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-58/2024 17.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Rusiya Federasiyasının Həştərxan vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəmkir rayonu Könüllü kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma cinayət əməli törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 noyabr 2023-cü il tarixdə saat 11 radələrində Şəmkir rayonu, Könüllü kəndində yaşayan Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs ilə kənd ərazisində yerləşən adsız kafedə yemək yeyib spirtli içki qəbul etdikdən sonra həmkəndlisi Şahid idarə etdiyi Vaz 21099 markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə minmiş və yolda olduqları zaman Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında avtomobilin ön oturacağında oturmaq üçün aralarında adi sözlə bir-birilərinin ünvanına nalayiq ifadələr işlətməklə mübahisə baş vermiş, Şahid avtomobilə yanacaq doldurmaq məqsədi ilə kənd ərazisində avtomobili saxladığı zaman Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs avtomobildən düşərək yenidən mübahisə etmişlər. Mübahisə zamanı Təqsirləndirilən şəxs əl zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurub sonuncunu yerə yıxmaqla ona sol şaxənin yerini dəyişmiş sınığı ilə nəticələnən qəsdən sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 19 noyabr 2023-cü il tarixdə saat 11 radələrində Şəmkir rayonu, Könüllü kəndində tanışı Şahid idarə etdiyi Vaz 21099 markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobildə ön oturacaqda oturduğu üçün avtomobilin ön oturacağında oturan Zərərçəkmiş şəxs ilə aralarında adi sözlə bir-birilərinin ünvanına nalayiq ifadələr işlətməklə mübahisə baş vermiş, Şahid avtomobilə yanacaq doldurmaq məqsədi ilə kənd ərazisində avtomobili saxladığı zaman Zərərçəkmiş şəxs ilə o, avtomobildən düşərək yenidən mübahisə etmişlər. Mübahisə zamanı o, Zərərçəkmiş şəxs sifət nahiyəsindən əl zərbəsi ilə vuraraq Zərərçəkmiş şəxs xəsarət yetirmiş, daha sonra isə Zərərçəkmiş şəxs onu yumruqla vurmuşdur. Sonda cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və ona vurulmuş zərəri tamamilə ödədiyini, barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 19 noyabr 2023-cü il tarixdə saat 11 radələrində Şəmkir rayonu, Könüllü kəndində tanışı Şahid idarə etdiyi Vaz 21099 markalı, 1Q-CM-939 dövlət qeydiyyat nişanlı avtomobildə ön oturacaqda oturduğu üçün avtomobilin arxa oturacağında oturan Təqsirləndirilən şəxs ilə aralarında adi sözlə bir-birilərinin ünvanına nalayiq ifadələr işlətməklə mübahisə baş vermiş, Şahid avtomobilə yanacaq doldurmaq məqsədi ilə kənd ərazisində avtomobili saxladığı zaman onun ilə Təqsirləndirilən şəxs avtomobildən düşərək yenidən mübahisə etmişlər. Mübahisə zamanı Təqsirləndirilən şəxs əl zərbəsi ilə onu vuraraq xəsarət yeirmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada verilmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş ziyanın tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ərizəsinin nəzərə alınaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı iş üzrə tərəflərin xahişi ilə ifadəsi elan edilmiş Şahid ifadəsindən görünür ki, o Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Məhəmməd oğlunu tanıyır və hər biri ilə aralarında normal münasibətlər vardır. xx.xx.2023-cü il tarixdə o özünə məxsus Vaz 21099 markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə kənd ərazisində olduğu zaman Elcan və Əhməd ilə qarşılaşdı. Onlar onu yemək yeməyə dəvət etdilər və onlar birlikdə kənd ərazisində yerləşən kafeyə getdilər. Onlar orada yemək yedikləri zaman Əhməd və Elcan spirtli içki qəbul etdilər. Daha sonra onlar birlikdə ona məxsus avtomobilə yanacaq vurmaq üçün kənd ərtazisində yerləşən adsız mağazaya getdilər. Onlar yolda olan zaman Əhməd və Elcan avtomobildə ön oturacaqda oturmaları ilə bağlı bir-biri ilə mübahisə edərək nalayiq ifadələr işlədirdilər. Həmin zaman ön oturacaqda Əhməd oturdu və arxa oturacaqda isə Elcan oturdu. O mağazanın qarşısına çatdıqda avtomobildən düşüb mağazadan yanacaq alaraq avtomobilə tökdü. O avtomobilə qayıtdığı zaman Əhməd və Elcanın hələ də adi sözlə mübahisə etdiyini gördü. Daha sonra isə avtomobillə geriyə manevr etmək istədikdə ani bir vaxtda Elcan və Əhməd avtomobildən düşdülər və Elcan əl zərbəsi ilə Əhmədin sifət nahiyəsindən vuraraq Əhmədi yerə yıxdı. O Elcanı sakitləşdirmək istədikdə Əhməd əl zərbəsi ilə Elcanın sifət nahiyəsindən vurdu. Belə olan halda o Əhmədi avtomobilə mindirdi və onu yaşadığı evə gətirdi. İş üzrə Zərərçəkmiş şəxs barəsində təyin olunmuş məhkəmə tibbi ekspertizasının 1364 №-li, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarət – alt çənə sümüyünün sol şaxəsinin yerini dəyişmiş sınığı, sol baldır oynağının şişkinlik və ağrı halında əzniyi, sağ əlin arxa səthinin sıyrıqları küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri 19 noyabr 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə alt çənə sümüyünün sol şaxəsinin yerini dəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, sol aşıq baldır oynağının şişkinlik və ağrı halında əzniyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ əlin arxa səthinin sıyrıqları isə ağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İşdə olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, ilkin yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən Şəmkir rayonu, Könüllü kəndində Zərərçəkmiş şəxs xəsarət yetirildiyi yerə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadə vermiş və ifadəsinin doğruluğunu imzalayaraq təsdiq etmişdir. İşdə olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmiş, məhkumluğu olmamışdır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon İHB-nın Könüllü kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Şəmkir rayon İHB-nın Könüllü kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla Şəmkir rayonu, Könüllü kəndində X1 evində yaşayır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 19 noyabr 2023-cü il tarixdə saat 11 radələrində Şəmkir rayonu, Könüllü kəndində yaşayan Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs ilə kənd ərazisində yerləşən adsız kafedə yemək yeyib spirtli içki qəbul etdikdən sonra həmkəndlisi Şahid idarə etdiyi Vaz 21099 markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə minmiş və yolda olduqları zaman Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında avtomobilin ön oturacağında oturmaqla bağlı aralarında adi sözlə bir-birilərinin ünvanına nalayiq ifadələr işlətməklə mübahisə baş vermiş, Şahid avtomobilə yanacaq doldurmaq məqsədi ilə kənd ərazisində avtomobili saxladığı zaman Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs avtomobildən düşərək yenidən mübahisə etmişlər. Mübahisə zamanı Təqsirləndirilən şəxs əl zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurub sonuncunu yerə yıxmaqla ona sol şaxənin yerini dəyişmiş sınığı ilə nəticələnən qəsdən sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma islah işləri və ya azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada verilmiş ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirib, barəsində bəraət verici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin məhkəmə baxışı zamanı tədqiq edilmiş ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, cinayət işin icraatına xitam verilməlidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Odur ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qanunun qeyd olunan müddəalara istinad edərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar