Məhkəmə qərarları › İş №1(076)-58/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-58/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-58/2025 08.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 Tanrıverdi oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Şəmkir rayonu, İrmaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvəllər məhkum olunmamış, Şəmkir rayonu, İrmaşlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 21 mart 2024-cü il tarixdə, saat 17:00 radələrində arvadı Zərərçəkmiş şəxs ona və valideynlərinə kobud davranılmasına əsəbiləşərək, aralarında şəxsi münasibət zəminində yaranmış sözlə mübahisələr zamanı və sonuncunu itələyərək döş qəfəsinin arxa səthinin, sol bazunun yuxarı üçdə birinin bayır səthinin, sağ budun yuxarı və aşağı üçdə birinin bayır səthinin, aşağı üçdə birinin ön və arxa səthinin, sol baldırın orta və aşağı üçdə birinin ön səthinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilə bilməyən və sol budun aşağı üçdə birinin ön səthinin deşilmiş yarası və sol diz oynağının əzilmiş yarısı ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yuxarıda qeyd olunan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspert rəyi və iş materialları ilə məhkəmə istintaqında tam sübut yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona irəli sürülmüş Azərbaycan Respublikasının CM-nin 133.2.6-cı maddəsində təqsirli bilməyərək, verdiyi ifadəsində göstərdi ki, Şəmkir rayonu, İrmaşlı kəndində ailəsi ilə yaşayır. Zərərçəkmiş şəxs onun arvadıdır, 2022-ci ilin noyabr ayında evlənmişlər və Dəniz adlı qız övladları vardır. O, Şahnaz ilə ailə həyatı qurduqdan sonra valideynləri ilə evində yaşamağa başlamışlar. Ailə həyatı qurduqdan təxminən 3 ay sonra Şahnazın onun valideynlərinə laqeyd münasibət bəsləməsi, cavab qaytarması və onun sözlərinə qulaq asmaması səbəblərindən aralarında narazılıqlar yaranmağa başlamışdır, dəfələrlə mübahisələri, söz-söhbətlərimiz olmuşdur. 21 mart 2024-cü il tarixdə saat təxminən 17 radələrində yaşadığı evdə olanda yataq otağında onun anası Səmayə ilə arvadı Şahnazın mübahisə etmələrini eşitmiş və onların olduğu yerə getmişdir. Onların arasında olan mübahisə zamanı arvadı şahnazın boğazından tutub itələmiş və o, sobaya dəymişdir. Sonra o qayınatası İlqara zəng etdikdən sonra bir saat ərzində İlqar gəlib arvadı Şahnazı və onun qızı Dənizi götürüb getmişdir. xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə o, və anası Səmayə Şahnazı vurmamış, heç bir xəsarət yetirməmişdir. Şahnazın aldığı xəsarətlər gözünün zəif görməsinə görə özünü masanın, çarpayının iti künclərinə çırpması və bu kimi başqa öz ehtiyatsızlığı nəticəsində aldığı xəsarətlərdir. Daha sonra məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək çıxışında göstərdi ki, Şahnazın onun valideynlərinə laqeyd münasibət bəsləməsi, cavab qaytarması və onun sözlərinə qulaq asmaması səbəbindən mübahisə yarandığı zaman Şahnazın boğazından tutaraq itələyərək yüngül xəsarət yetirdiyinə görə əməlindən səmimi peşmandır. Onların ailəsində bir dəfə mübahisə yaranmış, əvvəllər onların hər hansı problemləri olmamışdır. Həmin hadisədən sonra zərərçəkmiş şəxslə barışmış və bir ailə olaraq mehriban birlikdə yaşayırlar. Odur ki, məhkəmədən əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi ilə zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir rayonu, İrmaşlı kəndində ailəsi ilə yaşayır. Təqsirləndirilən şəxs onun əridir, 2022-ci ilin noyabr ayında evlənmişlər, Dəniz adlı altı aylıq qız övladları vardır. Elşən ilə ailə həyatı qurduqdan sonra Elşənin valideynləri ilə ata evində yaşamağa başlamışlar. Ailə həyatı qurduqdan təxminən 3 ay sonra mənim qayınanası X4 ilə aramda narazılıqlar yaranmağa başladı. Qayınanası Solmaz onun gördüyü ev işlərini bəyənmir və hər bir adi məsələyə görə mübahisə edir və onu danlamışdır. Həmçinin, Solmaz ondan əri Elşənə də, şikayət edir və bunun nəticəsində əri Elşənlə də, arasında mübahisələr baş vermişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində qaynanası Solmazla mübahisə edərkən əri Elşən mətbəxə gəlmiş və onların mübahisə etdiyini görüb ona boğazından tutaraq onu itələmiş və o da sobanın üzərinə yıxılmışdır. Elşən və qaynanası mütəmadi olaraq onu döyməmiş, yalnız xx.xx.2024-cü il tarixdə Elşən onu vurmuşdur. Onun gözündə zəiflik var, bu səbəbdən də evin içindəvə ya həyətdə iş görən zaman tez-tez əşyalara diqqət etmir, bədənində olan göyərmələr onun nəticəsidir. O, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi olmamışdır, uzun müddətdir barışmışlar və bir ailə olaraq bir yerdə yaşayırlar., məhkəmədə işə baxılan dövrdə onlar ər-arvad olaraq mehriban yaşayırlar. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs cəza təyin edilməməsini xahiş edir. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Elşən onun kürəkənidir. Elşən ilə qızı Şahnaz təxminən 2022cü ilin noyabr ayında evləniblər və onların Dəniz adlı bir qız övladları vardı. İndiyə qədər Elşən və Şahnaz arasında bir neçə dəfə narazılıq olmuşdur və Şahnaz da, bir nəçə dəfə ərindən küsüb onlara gəlmiş və sonradan əri ilə barışaraq geri qayıtmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 15 radələrində qudası Solmaz ona zəng edərək onu evlərinə dəvət etdi. Lakin ona çağırılma səbəbini söyləmədi. Daha sonra o Solmazın yaşadığı evə getmişdir. Həmin vaxt Solmaz qızı Şahnazı göstərək onu evinə aparmağını söylədi və ona heç bir şey bildirmədi. Daha sonra o qızı Şahnazı və nəvəsi Dənizi götürüb evə gətirdi. O qızı Şahnazdan nə məsələ olmasını soruşduqda Şahnaz ona Solmazın onunla yola getmədiyini bildirdi. Onlar evdə olan zaman Şahnaz özünü narahat hiss etdi və o da onu təcili yardıma apardı və orada qızı Şahnazın bədənində xəsarətər olmasını gördü. Şahnazdan bu xəsarətlər barədə soruşan zaman Şahnaz ona əri Elşənin onu döyməsini bildirdi. Şahnaz və Elşən həmin vaxtdan ər-arvad olaraq birlikdə yaşayırlar, həmin vaxtdan sonra mühabisə etdiklərini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəmkir rayon MTE PA şöbəsinin məhkəmə tibb eksperti vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs onun tərəfindən məhkəmə tibbi ekspertizasından keçirilmişdir. Müayinə zamanı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən mütəmadi olaraq döyülməsini, axırıncı dəfə isə 5-6 gün əvvəl və 21-xx.xx.2024-cü il tarixlərdə döyülməsini bildirmişdir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin morfoloji xüsusiyyətlərinə və sağalma dövrünə, qançırların rənginə əsaslanaraq bir qrup xəsarətlərin müayinədən 5-6 gün əvvəl, bir qrup xəsarətlərin müayinədən 3-5 gün əvvəl və bir qrup xəsarətlərin isə 1-2 gün əvvəl yetirilməsi müəyyən edilmişdir. Lakin həmin xəsarətlərin məhz zərərçəkmiş şəxsin döyülməsi nəticəsində və ya hansı şəraitdə yaranması barədə hər hansı fikir bildirmək olmaz. Zərərçəkmiş şəxsin soba və digər qapı və əşyaya dəyməsi nəticəsində də yarana bilər. İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir rayonu, İrmaşlı kəndində yaşayan Zərərçəkmiş şəxs döyülərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurulması faktına görə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsində toplanmış 26-Sİ-24 nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət işinin başlanması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Ceyhun Ələkbərov tərəfindən qaldırılmış 10 aprel 2024-cü il tarixli vəsatət təmin edilərək fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması qərara alınmışdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs barəsində təyin olunmuş məhkəmə tibbi ekspertizasının 22 mart 2024-cü il tarixli 269 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər- sağ budun yuxarı və aşağı üçdə birinin bayır səthinin, aşağı üçdə birinin ön və arxa səthinin qançırları, sol deşilmiş yarası, sol diz oynağının ön səthinin əzilmiş yarası budun aşağı üçdə birinin ön səthinin müayinədən 1-2 gün əvvəl, sol baldırın orta və aşağı üçdə birinin ön səthinin qançırları müayinədən 3-5 gün əvvəl döş qəfəsinin arxa səthinin və sol bazunun yuxarı üçdə birinin bayır səthinin qançırları isə müayinədən 5-7 gün əvvəl KÜT əşyaların təsirindən törənmişlər, dəmir şişlə yetirilmiş zərbələr nəticədə əmələ gələ bilərdilər. Ağırlıq dərəcəsinə sol budun aşağı üçdə birinin ön səthinin deşilmiş yarası və sol diz oynağının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddidirlə. Döş qəfəsinin arxa səthinin, sol bazunun yuxarı üçdə birinin bayır səthinin, sağ budu waasisirlar, döş qafasinin arxa səth yuxarı və aşağı üçdə birinin bayır səthinin üçdə birinin ön səthinin qançırları dərəcələri təyin edilmir. 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi İB-nin müstəntiqi polis kapitanı Elçin Mütəllimov tərəfindən icraata götürülüb və istintaqı aparılmışdır. Təqsirləndirilən şəxs 29 iyun 2024-cü il tarixdə Şəmkir RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Elçin Mütəllimov tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. 23 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə X1 əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 133.2.6-cı maddəsinə tövsif edilmişdir. 07 may 2024-cü il tarixli 1104 nömrəli Şəmkir rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında Zərərçəkmiş şəxs qeyd edilmişdir. İşdə olan Şəmkir rayon İrmaşlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. xx.xx.2024-cü il tarixli DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messeque və Cabardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd etmişdirki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verilir. Cinayət-prosessual qanunun 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənirı 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərini (maddə 139.0.3) və cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə şəxsin təqsirliliyini (maddə 139.0.4) cinayət-mühakimə icraatı zamanı sübut edilməli olan, yəni yalnız sübutlara əsasən müəyyən edilməli olan hallar sırasında göstərmişdir. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında əldə edilmiş sübutlara əsaslandıqda -bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə -məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisipindən məlum olur ki, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun olaraq müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetrilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktına görə, Təqsirləndirilən şəxs 20 mart 2024-cü il tarixdə saat 17 radələrində, 21 mart 2024-cü il tarixdə saat 13 radələrində və 22 mart 2024-cü il tarixdə saat 11 radələrində Şəmkir rayonu, İrmaşlı kəndində yerləşən yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs tərəfindən ona və valideynlərinə kobud davranılmasına əsəbiləşərək, aralarında şəxsi münasibət zəminində yaranmış sözlə mübahisələr zamanı ondan qisas almaq niyyəti və cəzalandırmaq məqsədi ilə mütəmadi və dəfələrlə qəsdən yumruq və sillə ilə baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq, sonradan istintaqla müəyyən edilə bilməyən dəmir şiş ilə ayaq, bel və bədəninin digər nahiyələrindən dəfələrlə vuraraq ona güclü fiziki ağrı və psixi iztirablar və işgəncə verməklə döş qəfəsinin arxa səthinin, sol bazunun yuxarı üçdə birinin bayır səthinin, sağ budun yuxarı və aşağı üçdə birinin bayır səthinin, aşağı üçdə birinin ön və arxa səthinin, sol baldırın orta və aşağı üçdə birinin ön səthinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilə bilməyən və sol budun aşağı üçdə birinin ön səthinin deşilmiş yarası və sol diz oynağının əzilmiş yarısı ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermə cinayət əməlini törətməsi kimi tövsif olunmuşdur. Məhkəmə, yuxarıda sadalan sübutlara istinad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar, işgəncə vermə əməli onu nəzərdə tutur ki, cinayətin obyekti insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir, cinayət subyektiv cəhətdən qəsdən törədilir. Təqsirkar öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, bunun zərərçəkmiş şəxsə güclü fiziki ağrılar və ya psixi iztirablar yetirəcəyini qabaqcadan görür və belə nəticənin baş verməsini arzu edir (birbaşa qəsd) və ya onun baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Cinayət tərkibinin obyektiv cəhəti aşağıdakıları əhatə edir: a) mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə; b) belə əməllərin CM-in 126-cı və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmaması. «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı» 10 dekabr 1984-cü il tarixli Konvensiyaya (AR-in Milli Məclisi Konvensiyanı 31 may 1996-cı ildə ratifikasiya etmişdir) görə, işgəncə dedikdə, hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf əldə etmək üçün, onu, özünün, yaxud üçüncü şəxsin törətdiyi, yaxud törədilməsində şübhəli bilindiyi, şübhə doğuran hərəkətə görə cəzalandırmaq üçün, həmçinin onu yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan hansısa səbəbə görə dövlətin vəzifəli şəxsi, yaxud rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud onların təhriki və ya məlumatlılığı, yaxud göz yumması ilə qəsdən fiziki, yaxud mənəvi cəhətdən güclü ağrı və ya əzab verən hər hansı hərəkət başa düşülür. Yalnız qanuni sanksiyalar nəticəsində baş verən, bu sanksiyaların ayrılmaz tərkib hissəsi olan, yaxud onların təsadüfən doğurduğu ağrı və ya əzablar bu anlayışa daxil deyildir. İşgəncə vermənin üsullarından biri mütəmadi olaraq döymədir. Burada mütamadilik döymənin üç və daha artıq dəfə törədilməsini göstərir. Bu zaman ayrı-ayrı döymə aktları ilə daxili vəhdət təşkil etməli və təqsirkarın müəyyən ardıcılıqla birləşmiş davranışını yaratmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, habelə şahidlərin məhkəmə istintaqında verdikləri ifadələri və tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, hadisənin baş verməsinə səbəb 21 mart 2024-cü il tarixdə, saat 17:00 radələrində arvadı Zərərçəkmiş şəxs Elçin Həsənovun anası ilə etdiyi mübahisədən yaranmış və qeyd edilən mübahisəli münasibət uzun müddət davam etməmiş və davamlı olmamışdır. Həmin mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs boğazından tutaraq itələyərək ona döş qəfəsinin arxa səthinin, sol bazunun yuxarı üçdə birinin bayır səthinin, sağ budun yuxarı və aşağı üçdə birinin bayır səthinin, aşağı üçdə birinin ön və arxa səthinin, sol baldırın orta və aşağı üçdə birinin ön səthinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilə bilməyən və sol budun aşağı üçdə birinin ön səthinin deşilmiş yarası və sol diz oynağının əzilmiş yarısı ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Həmçinin müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mehriban ər-arvad olaraq bilinmiş, onların ailəsini münaqişəli ailə kimi tanınmamış, Şahnaznın əri tərəfindən dəfələrlə döyülməsi, işgəncə verilməsi, digər zorakı hərəkətlər edilməsi və mühabisə etmələri, Şahnazya mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab və işgəncə verilməsi öz təsdiqini tapmamış, həmin hadisədən sonra ərarvad olaraq birlikdə mehriban yaşayırlar. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs əməlinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirməklə aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə işgəncə verməklə əzab vermə cinayət əməlini törətməsi kimi qiymətləndirilməsinə tənqidi yanaşır və ittiham tərəfinin mövqeyini işin haktiki hallarına uyğun hesab etmir. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları cinayətin tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirməklə aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə işgəncə verməklə əzab vermə cinayət əməlini törətməsini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Məhkəmə yekun olaraq məhkəmə istintaqında tədqiq edilmiş sübutları və müvafiq qanunvericilik normalarını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs iradəsi və törətdiyi əməl Zərərçəkmiş şəxs mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirməklə aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə işgəncə verməklə əzab verməyə yönəlməmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi mübahisə nəticəsində döş qəfəsinin arxa səthinin, sol bazunun yuxarı üçdə birinin bayır səthinin, sağ budun yuxarı və aşağı üçdə birinin bayır səthinin, aşağı üçdə birinin ön və arxa səthinin, sol baldırın orta və aşağı üçdə birinin ön səthinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilə bilməyən və sol budun aşağı üçdə birinin ön səthinin deşilmiş yarası və sol diz oynağının əzilmiş yarısı ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində nəzərdə tutulan zərərçəkmiş şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirməklə aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə işgəncə verməklə əzab vermə cinayətinin tərkibi yoxdur. Bununla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi itələməsi ilə ona yüngül xəsarət yetirməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam şəkildə sübuta yetirildiyindən, təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan “Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma” cinayətin tərkibi vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cərimə və ya ictimai işlər və ya islah işləri və ya azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılması nəzərdə tutulub. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməlləri ilk dəfə törətmiş, əvvəllər həmin əməllərə görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar