Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-6/2024 18.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs8, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1986-cı ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 4 nəfər yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1991-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə, xx.xx.1994-cü ildə Şəmkir rayonu, Çaparlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Çaparlı kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs1 tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə 2019-cu ilin oktyabr ayında, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Çaparlı kəndində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonunun Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs3 özünə və əri Elman Hacıyevə təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs3 2500 (iki min beş yüz) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə 16 oktyabr 2019-cu il tarixdə Şəmkir rayonu, Çaparlı kəndində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonunun Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs5 təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs5 1500 (bir min beş yüz) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə 29 oktyabr 2019-cu il tarixdə Şəmkir rayonu, Çaparlı kəndində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonunun Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs2 1500 (bir min beş yüz) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə 2019-cu ilin noyabr-dekabr aylarında, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Çaparlı kəndində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonunun Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 özünə və əri Bahadur Qurbanova təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Çaparlı kəndində 07 noyabr 2019cu il tarixdə 800 (səkkiz yüz) manat, 2020-ci ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixdə isə 400 (dörd yüz) manat olmaqla, ümumilikdə 1200 (bir min iki yüz) manat məbləğində pulunu qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonunun Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs6 təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs6 1200 (bir min iki yüz) manat məbləğində pulunu vahid niyyətlə aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə 2020-ci ilin mart ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Çaparlı kəndində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonunun Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs4 oğlu Şahid2 təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs4 2000 (iki min) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə 2020-ci ilin aprel ayının ortalarında, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Çaparlı kəndində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonunun Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs7 arvadı Şəfa Heydərliyə təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs7 1400 (bir min dörd yüz) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə tanışı Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs8 Şəmkir şəhərində mərhum atası X2 adına olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini satın almağa köməklik göstərəcəyinə dair yalandan vəd verərək aldadıb 30 sentyabr 2021-ci il tarixdə Şəmkir şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən evlərin alqı-satqısı ofisində Şahid6 vasitəsilə 44 000 (qırx dörd min) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə 2019-cu ilin oktyabr ayında, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Çaparlı kəndində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs3 özünə və əri Elman Hacıyevə təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs3 2500 (iki min beş yüz) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə 16 oktyabr 2019-cu il tarixdə Şəmkir rayonu, Çaparlı kəndində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs5 təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs51500 (bir min beş yüz) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə29 oktyabr 2019-cu il tarixdəŞəmkir rayonu, Çaparlı kəndində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonu, Çaparlı kəndində yaşayanZərərçəkmiş şəxs2təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs21500 (bir min beş yüz) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə 2019-cu ilin noyabr-dekabr aylarında, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Çaparlı kəndində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 özünə və əri Bahadur Qurbanova təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs1 4000 (dörd min)manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Çaparlı kəndində 07 noyabr 2019cu il tarixdə 800 (səkkiz yüz) manat, 2020-ci ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixdə isə 400 (dörd yüz) manat olmaqla, ümumilikdə 1200 (bir min iki yüz) manat məbləğində pulunu qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halındaŞəmkir rayonu, Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs6təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs6 1200 (bir min iki yüz) manat məbləğində pulunu vahid niyyətləaldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə 2020-ci ilin mart ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Çaparlı kəndində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs4 oğlu Şahid2 təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs42000 (iki min)manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə 2020-ci ilin aprel ayının ortalarında, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Çaparlı kəndində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs7 arvadı Şəfa Heydərliyə təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs71400 (bir min dörd yüz)manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Çaparlı kəndində 2019-cu ilin oktyabr ayında, istintaqa dəqiq məlum olmayan tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs3 özünə və əri Elman Hacıyevə təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs3 2500 (iki min beş yüz) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Çaparlı kəndində 16 oktyabr 2019cu il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs5 təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs5 1500 (bir min beş yüz) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Çaparlı kəndində 29 oktyabr 2019cu il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs2 1500 (bir min beş yüz) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Çaparlı kəndində 2019-cu ilin noyabr-dekabr aylarında, istintaqa dəqiq məlum olmayan tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 özünə və əri Bahadur Qurbanova təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Çaparlı kəndində 07 noyabr 2019cu il tarixdə 800 (səkkiz yüz) manat, 2020-ci ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixdə isə 400 (dörd yüz) manat olmaqla, ümumilikdə 1200 (bir min iki yüz) manat məbləğində pulunu tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs6 təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs6 1200 (bir min iki yüz) manat məbləğində pulunu vahid niyyətlə aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Çaparlı kəndində 2020-ci ilin mart ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs4 oğlu Şahid2 təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs4 2000 (iki min) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə 2020-ci ilin aprel ayının ortalarında, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Çaparlı kəndində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Zərərçəkmiş şəxs7 arvadı Şəfa Heydərliyə təqaüd düzəldəcəyinə dair yalandan vədlər verərək Zərərçəkmiş şəxs7 1400 (bir min dörd yüz) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, ailəlidir himayəsində beş nəfər uşaqları var, heç bir yerdə işləmir. Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 təxminən 2018-ci ildən tanıyır. Təqsirləndirilən şəxs2 əvvəllər Şəmkir şəhərində polis şöbəsinin yaxınlığında binanın altında yerləşən evlərin alqı-satqısı və kirayəsi ofisində makler kimi fəaliyyət göstərmiş, həmin vaxtı Hüseyn onlara kirayə ev tapmış və ilk tanışlıqları yaranmışdır. 2019-cu ilin iyun-iyul aylarında Hüseynla söhbət edən zaman ona əlilliklə bağlı pensiya düzəldə bildiyini demiş, Hüseyn də onunla birlikdə işləməyi təklif etmişdir. Hüseynə əlilliyə görə pensiya düzəltmək istəyən adamları tapıb onlarla söhbət etməsini və onlardan aldığı pullardan qazanc əldə edəcəklərini demişdir. 2019-cu ilin oktyabr ayının əvvəllərindən başlayaraq 2020-ci ilin aprel ayının ortalarına kimi olan müddətdə Təqsirləndirilən şəxs2 Şəmkir rayonu, Çaparlı kəndində yaşayan yeddi nəfərdən əlillik pensiyası düzəltmək adı ilə cəmi 14000 (on dörd min) manat pul almışdır. Hüseyn həmin pulları ona öz ofisində və yaşadığı evlərinin yaxınlığında vermişdir. Lakin, həmin şəxslərin heç birinə pensiya düzəltməkdə köməklik edə bilməmiş, sonradan Hüseyndən aldığı 14000 manat pulun 3600 manatını Hüseynin özünə qaytarmış, qalan 10400 manat pul isə xərcləmişdir. 2020-ci ilin iyun ayında Hüseynin ailə üzvləri bunu bilmiş və atası özünü intihar edərək öldürmüşdür. Ondan sonra Hüseyn qaçıb getmiş və onunla heç bir əlaqəsi olmamışdır. Hüseynlə pensiya düzəltmək barədə söhbət edən zaman və ondan həmin pulları alarkən həyat yoldaşı Təqsirləndirilən şəxs3 da onunla birlikdə olmuş, Hüseyndən aldığı 1400 manat pulun onda qalan 10400 manatını əri Rövşənlə birlikdə şəxsi işləri üçün xərcləmişlər. Təqsirləndirilən şəxs2 pensiya düzəltmək adı ilə pul aldığı Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 Hümbət qızını və Zərərçəkmiş şəxs7 tanımır. Həmin şəxslərlə Hüseyn özü danışmış və pulları da özü almışdır. Həmin şəxslərdən pulları alandan sonra pensiya düzəltmək üçün tanış adam tapacağını fikirləşmiş, lakin bununla bağlı heç bir orqana və ya kiməsə müraciət etməmişdir. Həmin şəxslərdən pensiya düzəltmək adı ilə pul alan zaman bununla bağlı hər hansı orqana və ya şəxsə müraciət etmədiyini həm Təqsirləndirilən şəxs2, həm də həyat yoldaşı Təqsirləndirilən şəxs3 əvvəlcədən bilmişlər. Bundan başqa X6 onun anası, X12 və X10 isə qardaşlarıdır. Onların Şəmkir rayonu, Posanlı yaşayış massivində 6-cı küçədə ata evi var. O, psixi xəstəlikdən əziyyət çəkdiyinə görə anası və qardaşları ata evini satıb onun müalicəsi üçün pul vermək qərarına gəlmişlər. Təxminən 2021-ci ilin iyun ayında onlar evi sata bilmək üçün Şəmkir şəhərində bir neçə maklerə müraciət etmişlər. Həmçinin, Şəmkir şəhəri İsrafil Məmmədov küçəsində yerləşən Şahid6 və Şahid5 işlətdiyi makler ofisinə də müraciət demişlər. Xəqani və Turala evi satmağı dedikdə qiyməti 50.000 manata bildirmişlər, müalicəsi üçün təcili pul lazım olduğundan evin qiymətini aşağı qoymuşlar. Xəqani və Tural evi satmağa xidmət haqqı kimi 3000 manat istəmişlər. Onlar 800 manata razılaşmışlar. Təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində Xəqani zəng edərək evi almaq istəyən müştəri olduğunu demiş, onlar da nə vaxt istəsə gəlib evə baxa biləcəyini bildirmişlər. O, kirayədə yaşadığı evdə olan vaxtı Xəqani zəng edərək evə baxmaq istəyən müştərinin olduğunu və evdə olan qardaşına evin qapısı açmağını demişdir. O, anası Mehribana zəng edib evə baxmaq üçün Xəqani ilə müştərinin gəldiyini bildirmiş və qapını açmasını demişdir. Bundan sonra anası Mehriban bildirmişdir ki, evə baxıb bəyəniblər. Xəqani zəng edib evi almaq istəyən adamların onun işlədiyi ofisə gələcəyini bildirmiş və onun da ofisə gəlməyini demişdir. O, həmin günü onların ofisinə getmiş və orada ona məlum olmuşdur ki, evi almaq istəyən şəxslər Şəmkir şəhərində yaşayan Zərərçəkmiş şəxs8 və onun əri X1r. Söhbət zamanı Xəqani ona bildirmişdir ki, Şamamagilin əllərində 47.500 manat pul var. O, evi 50.000 manata satacağını bildirmişdir. Həmin vaxtı Şamama və əri evi almaq üçün beh vermək və öz evlərinə görə beh almaq istədiklərini demişlər. Tural və Xəqani belə olan halda notariusa gedib orada behləşmək lazım olduğunu bildirmişlər. O, evə gəlmiş, ilk olaraq qardaşları Yaşar və Əziz ata yurdunu satmaq istəməmişdir. Anası Mehriban, qardaşları Əziz və Yaşar yaşadığı evdə danışıb razılaşmışdır. Razılığa görə evin satışından əldə edilən puldan o, müalicəsi üçün 10.000, qardaşı Əziz 30.000 manat və digər qardaşı Yaşar isə 10.000 manat alacaq. Bir gün sonra yəni, 14 sentyabr 2021-ci il tarixdə o, anası Mehriban, qardaşları Əziz və Yaşar Şəmkir rayonu 1 saylı notariat kontoruna getmişlər. Həmin vaxtı onların evini almaq istəyən Şamama və əri Kamandar da gəlmişdir. Anası Mehriban evə görə beh kimi Kamandardan borc müqaviləsi əsasında 1500 manat almış, Şamamanın da evini Şahid4 almaq istədiyinə görə 44.000 manat pulu borc müqaviləsi əsasında Şamamaya vermişdir. Onlar belə danışıb razılaşmışlar ki, birinci Şamama öz evini Qənirəyə satacaq, sonra Qənirənin verdiyi pul ilə onların evini Şamamaya satdıqdan sonra Şamama onların evinə köçərək öz evini isə Qənirəyə verəcəkdir. Onlar bir gündə iki alqı-satqını etmək istəmiş, həmin vaxtı onlara məlum olmuşdur ki, həm onların evinin sənədində nəsə düzəlməlidir, həm də Şamamanın evinin sənədlərində çatışmazlıq var. O, sonradan bilmişdir ki, Şamama notariat kontorundan Qənirədən aldığı 44.000 manat pulu saxlaması üçün Xəqaniyə vermişdir. Təxminən 1 həftə 10 gün keçdikdən sonra ağrıdığına və evdə imkan olmadığına görə o, Xəqaniyə müraciət etmiş və ona pul lazım olduğunu demişdir. Xəqani da ona problem olmadığını, istəsə pul verəcəyini demişdir. Buna görə o, Xəqanidən hissə-hissə müxtəlif vaxtlarda pullar almışdır. Ondan başqa Xəqanidən anası Mehriban pul alıb qardaşı Yaşara vermişdir. Ümumilikdə onlar Xəqanidən 28.000 manat pul almışlar. Sonradan onlar evin sənədini daşınmazdan düzəldəndə məlum olmuşdur ki, 2009-cu ildə atası sağlığında Gəncədə yerləşən adını xatırlamadığı bankdan 10.000 ABŞ dolları pul götürmüşdür. Həmin krediti onlar bağlasa da evin üzərində yüklülük qalmışdır. Həmin yüklülüyün silinməyi vaxt aldığına görə Şamama və əri evi almaq istəmədiklərini bildirmişlər. Bu səbəbdən aralarında narazılıq yaranmışdır. O, da Şamamanın belə etməsinə görə bildirmişdir ki, gözləsin, evi başqa şəxsə satıb pulunu ödəyəcək. Şamama da razılaşmamış və sonradan Qənirə Şamamanı məhkəməyə vermiş və aldığı 44.000 manat pulu tələb etmişdir. Şamama da Xəqani və Turalı polisə vermişdir. O, Xəqanidən özü 23.000 manat almış, anası Mehriban və qardaşlarımın dəqiq nə qədər aldığını bilmir. Ona görə ilkin izahatında elə demişdir. Hazırda da o, anası və qardaşlarının dəqiq nə qədər pul aldığını bilmir. Aldığı pulu təxmini deyir. Aldığı pulun bir hissəsini müalicəsinə, digər hissəsini isə Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən Şəmkir rayonu Şiştəpə kəndindən olan Ayaz adlı şəxsə məxsus gözəllik solonuna xərcləmişdir. Belə ki, həmin yeri aylıq 1000 manata olmaqla 4 ay müddətinə icarəyə götürmüş və işlədiyi dövrdə təmir işlərinə xərcləmişdir. Zərərçəkmiş şəxs8 15000 (on beş min) manat pul ödəmiş və onunla barışıq əldə etməyə cəhd edir. Digər zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmiş, onlarla barışıq əldə etmişdir. Hazırda əməlindən peşmandır. Himayəsində iki nəfər azyaşlı, iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var. Odur ki, qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə 2018-ci ildən qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşayırlar və bir övladı var. Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 təxminən 2018-ci ildən tanıyır, Təqsirləndirilən şəxs2 əvvəllər Şəmkir şəhərində polis şöbəsinin yaxınlığında binanın altında yerləşən evlərin alqı-satqısı və kirayəsi ofisində makler kimi fəaliyyət göstərmişdir. Həmin vaxtı Hüseyn onlara kirayə ev tapmış və ilk tanışlıqları belə yaranmışdır. Təxminən 2019-cu ilin yay aylarında Zülfiyyə ona Hüseynlə birlikdə başqa-başqa adamlara əlilik pensiyası düzəltdiklərini, pensiya düzəltmək istəyən adamları isə Hüseynin tapdığını demişdir. Ondan sonra Zülfiyyə ilə birlikdə Hüseynin Şəmkir şəhərində işlədiyi ofisdə onunla görüşmüşlər. 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayına kimi olan müddətdə Hüseyn işlədiyi ofisində və yaşadığı evlərinin yaxınlığında ona və Zülfiyyəyə hissə-hissə ümumilikdə 14000 manat pul vermişdir. Lakin, Zülfiyyə həmin şəxslərin heç birinə pensiya düzəltməkdə köməklik etməmiş, sonradan Zülfiyyə ilə birlikdə həmin puldan 3600 manatını Hüseynin özünə qaytarıb vermişlər. 2020-ci ilin iyun ayında Hüseynin ailə üzvləri bunu bilmiş, atası özünü intihar edərək öldürmüş, ondan sonra Hüseyn qaçıb getmişdir. Təqsirləndirilən şəxs2 pensiya düzəltmək adı ilə pul aldığı yeddi nəfər onun öz həmkəndliləri olmuşlar. Həmin şəxslərdən yalnız bir nəfər adını xatırlamadığı qadınla birlikdə Bakı şəhərinə getmişlər. Qalan altı nəfərlə görüşməmiş, onlarla heç bir söhbət etməmişlər. Zülfiyyə ona həmin şəxslərdən pulları alandan sonra pensiya düzəltmək üçün tanış tapacağını demiş, lakin, bununla bağlı heç kimə müraciət etməmişlər. Hüseynin onlara verdiyi 14000 manat pulun 3600 manatını onun özünə qaytardıqdan sonra qalan 10400 manat məbləğində pulu Zülfiyyə ilə birlikdə xərcləmişlər. Törətdiyi əməldən səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, onlarla barışıq əldə etmişdir. Özü vətən müharibəsində iştirak etmiş və medallarla təltif edilmişdir və ikinci Qarabağ müharibəsi veteranıdır. Himayəsində bir nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, 2018-2019-cu illərdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində icarəyə götürdüyü ofisdə evlərin kirayəsi və alqı-satqısı ilə məşğul olmuşdur. 2018-ci ildə, dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1 ofisə gələrək anasına məxsus evi satdığını bildirmiş, onunla həmin vaxtı tanış olmuş, 4-5 ay sonra isə Təqsirləndirilən şəxs1 kirayə ev tapmaqda köməklik etmişdir. Təxminən 2019-cu ilin yay aylarında, dəqiq xatırlamadığı tarixdə oturduğu ofisdə Zülfiyyə ilə söhbət edən zaman o, tanışının vasitəsilə adamlara pensiya və mühafizəçi kimi işə düzəltdiyini bildirmişdir. Zülfiyyəyə qardaşı Həsənli Həsənin işsiz olduğunu demiş, Təqsirləndirilən şəxs1 da ona qardaşını Şəmkir rayon Mərkəzi Xəstəxanasında mühafizəçi işinə düzəldə biləcəyini demiş və buna görə 2500 (iki min beş yüz) manat pul verməli olduğunu bildirmişdir. Zülfiyyə ilə razılaşmış və 2019-cu ilin yay aylarında, dəqiq xatırlamadığı tarixdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində icarəyə götürdüyü ofisdə qardaşı Həsən Həsənliyə məxsus şəxsiyyət vəsiqəsini və 1500 (bir min beş qüz) manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Zülfiyyə ona qardaşı Həsənin işinin 3 ay müddətində həll olunacağını bildirmişdir. Ondan sonra Zülfiyyə ona başqa adamlar varsa pensiya və işə düzəltməyi, hər ikisinin qazancının olacağını demişdir. Zülfiyyəyə inandığı üçün bu barədə yaşadığı Çaparlı kəndində tanıdığı adamlara tanışının vasitəsilə pensiya və mühafizəçi işinə düzəldə biləcəyini demişdir. 2019-cu ilin oktyabr ayının əvvəllərində həmkəndlisi Zərərçəkmiş şəxs3 və onun əri Şahid1 onun yaşadığı evə gələrək onlara əlillik pensiyası düzəltməkdə köməklik etməsini xahiş etmiş, bu barədə Təqsirləndirilən şəxs1 demiş, Zülfiyyə isə ona bir nəfər üçün pensiya düzəltməyə görə 3000 manat verilməli olduğunu, ancaq ər-arvad hər ikisinə peniya düzələcəyi üçün cəmi 5500 manat olmaqla, həmin pulun 2500 manatını əvvəlcədən, qalan 3000 manatını isə pensiya düzələndən sonra verilməli olduğunu bildirmişdir. Bu barədə Zərərçəkmiş şəxs3 və onun əri Elminə demiş, onlar da razılaşmışlar. Ondan 3-4 gün sonra yaşadıqları evdə Zərərçəkmiş şəxs3 və onun əri Şahid1 ona 2500 manat pul vermişlər. Həmin pulu, eləcə də onlara məxsus şəxsiyyət vəsiqəsinin surətlərini elə həmin günü Şəmkir şəhərində oturduğu “ev alqı-satqısı” ofisində Təqsirləndirilən şəxs1 vermiş, həmin vaxtı Zülfiyyənin əri Təqsirləndirilən şəxs3 da onunla birlikdə olmuşdur. Zülfiyyə pensiyanın 5-6 ay müddətinə həll olunacağını və iş düzələndən sonra onların əlavə verəcəyi 3000 manat puldan ona da 300-400 manat pul verəcəyini demişdir. Bundan sonra Zülfiyyə ona pensiya düzəltmək üçün əlavə adamlar da tapmasını bildirmişdir. Yaşadıqları Çaparlı kəndində onun pensiya düzəltməyi xəbəri yayılandan bir neçə gün sonra, yəni 2019-cu ilin oktyabr ayında, dəqiq xatırlamadığı gündə həmkəndlisi Zərərçəkmiş şəxs5 onun yaşadığı evə gələrək özü üçün əlillik pensiyası düzəltməkdə ona köməklik etməsini demiş və bu barədə Təqsirləndirilən şəxs1 ilə danışandan sonra ona pulun 1500 manatını əvvəlcədən, qalan 1500 manatı isə pensiya düzələndən sonra verəcəyi barədə razılaşmışlar. Yaşadıqları evdə Zərərçəkmiş şəxs5 ona 1500 manat pul vermiş, həmin pulu elə həmin günü Şəmkir şəhərində oturduğu “ev alqı-satqısı” ofisində Təqsirləndirilən şəxs1 vermiş, həmin vaxtı Zülfiyyənin əri Təqsirləndirilən şəxs3 da onunla birlikdə olmuşdur. 2019-cu ilin oktyabr ayının sonlarında, dəqiq xatırlamadığı gündə yaşadıqları evdə həmkəndlisi Zərərçəkmiş şəxs2 ona pensiya düzəltmək üçün 1500 manat pul almış və həmin pulun 1400 manatını həmin günü Şəmkir şəhəri, 20 Yanvar küçəsində icarəyə götürdüyü ofisdə Zülfiyyəyə vermiş, 100 manatını isə özü üçün götürmüşdür. Həmin vaxtı Zülfiyyənin əri Təqsirləndirilən şəxs3 da onunla birlikdə olmuşdur. Aralarında olan danışığa görə iş düzələndən sonra Adil əlavə olaraq 1500 manat da verəcəkmiş. 2019-cu ilin noyabr-dekabr aylarında, dəqiq xatırlamadığı günlərdə yaşadığı evdə həmkəndlisi Zərərçəkmiş şəxs1 onun özünə və əri Bahadura pensiya düzəltmək üçün hissə-hissə 4000 manat pul almış, həmin pulun 3800 manatını həmin günlərdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində icarəyə götürdüyü ofisdə Təqsirləndirilən şəxs1 vermiş, həmin vaxtı Zülfiyyənin əri Təqsirləndirilən şəxs3 da onunla birlikdə olmuşdur. Həmin puldan 200 manat Zülfiyyəyə demədən özü üçün götürmüşdür. Zərərçəkmiş şəxs1 iş düzələndən sonra əlavə 1000 manat da ödəyəcəkmiş. Bundan sonra həmkəndlisi Zərərçəkmiş şəxs6 pensiya düzəltmək üçün onunla 3000 manata razılaşaraq 07 noyabr 2019-cu il tarixdə yaşadıqları evdə Zərərçəkmiş şəxs6 800 manat, 2020-ci ilin aprel ayında isə əlavə olaraq 400 manat pul almış, Elgündən aldığı cəmi 1200 manat pulun hamısını Şəmkir şəhəri, 20 Yanvar küçəsində icarəyə götürdüyü ofisdə Təqsirləndirilən şəxs1 vermiş, həmin vaxtı Zülfiyyənin əri Təqsirləndirilən şəxs3 da onunla birlikdə olmuşdur. Elgün qalan 1800 manat pulu isə pensiya düzələndən sonra ödəyəcəkmiş. 2020-ci ilin mart ayında, dəqiqi xatırlamadığı günda yaşadıqları evdə həmkəndlisi Zərərçəkmiş şəxs4 Hümbət qızından onun oğlu Şahid2 pensiya düzəltmək üçün 4000 manata razılaşaraq əvvəlcədən 2000 manat pul almış, həmin pulun 1900 manatını Şəmkir şəhəri, 20 Yanvar küçəsində icarəyə götürdüyü ofisdə Təqsirləndirilən şəxs1 vermiş, həmin vaxtı Zülfiyyənin əri Təqsirləndirilən şəxs3 da onunla birlikdə olmuşdur. 2022-ci ilin aprel ayında həmkəndilisi Zərərçəkmiş şəxs7 onun arvadı Şəfaya pensiya düzəltmək üçün 3000 manata razılaşaraq yaşadıqları evdə əvvəlcədən 1400 manat pul almış, həmin pulun hamısını elə həmin günü Şəmkir şəhəri, 20 Yanvar küçəsində icarəyə götürdüyü ofisdə Təqsirləndirilən şəxs1 vermiş, həmin vaxtı Zülfiyyənin əri Təqsirləndirilən şəxs3 da onunla birlikdə olmuşdur. Təqsirləndirilən şəxs1 həmin adamların pulunu alan zaman onların pensiyasının ən geci altı aya düzələcəyini demişdir. Lakin altı ay keçdikdən sonra heç kimin pensiyası düzəlməmiş, Zülfiyyəyə isə ona narahat olmamasını, 1-2 aya düzələcəyini demişdir. Pul aldığı adamlar isə narahat olmuş və 2020ci ilin may ayının sonlarından başlayaraq ona verdikləri pullarını istəmişlər. Zülfiyyəyə onların pullarını qaytarmasını demiş, Zülfiyyə isə ona pensiya düzəltmək üçün pulları verdiyi tanışının Bakı şəhərində yaşadığını, ancaq həmin şəxs telefona cavab vermədiyi üçün onunla əlaqə saxlaya bilmədiyini demişdir. Bundan sonra Zülfiyyənin yalan danışdığını, heç kimə pul vermədiyini başa düşmüşdür. Zülfiyyə pulları qaytarmadığı üçün pul aldığı həmin adamlar ondan öz pullarını tələb etmiş, onların puularını ödəməyə isə maddi imkanı olmamış və kənddən qaçaraq Bakı şəhərinə getmişdir. X3 onun kənd sakinlərindən pul aldığını biləndən sonra dözməyərək 21 iyun 2020-ci il tarixdə yaşadıqları evdə intihar edərək vəfat etmişdir. Həmkəndliləri Zərərçəkmiş şəxs3 2500 manat, Zərərçəkmiş şəxs5 1500 manat, Zərərçəkmiş şəxs2 1500 manat, Zərərçəkmiş şəxs1 4000 manat, Zərərçəkmiş şəxs6 1200 manat, Zərərçəkmiş şəxs4 Hümbət qızından 2000 manat və Zərərçəkmiş şəxs7 1400 manat pulu yuxarıda qeyd etdiyi, ancaq dəqiq xatırlamadığı müxtəlif tarixlərdə Şəmkir rayonu, Çaparlı kəndində yaşadıqları evdə, pensiya düzəltmək adı ilə alaraq Təqsirləndirilən şəxs1 vermişdir. Zülfiyyə həmin şəxslərə pensiyanı Bakı şəhərində yaşayan həkim tanışının vasitəsilə düzəltdiyini demiş, ancaq həmin şəxs barəsində ona heç bir məlumat verməmişdir. Özü isə pul aldığı həmin adamlara pensiyanı tanışının vasitəsilə düzəltdiyini demiş, lakin onlara Təqsirləndirilən şəxs1 və onun əri Təqsirləndirilən şəxs3 barəsində heç bir söz deməmiş, onlar Zülfiyyəni və Rövşəni tanımamışlar. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslərin ondan şikayət və tələbləri yoxdur, onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Odur ki, qeyd olunanları nəzarə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 məhkəmə iclasında ifadəsində göstərdi ki, Şəmkir rayonu Çaparlı kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 tanıyır, onun həmkəndlisidir. Onunla münasibəti yaxşıdır, ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs2 2019-cu ilin əvvəllərində Çaparlı kəndində caamata sosial və təqaüd düzəltmək işi ilə məşğul olduğunu demiş, onun əksər adamlara təqaüd düzəltdiyini eşitmişdir. Rəsmi olaraq heç bir yerdə işləmədiyi və fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün təqaüd düzəltmək istəmişdir. Əri Şahid1 Hüseynlə danışaraq 5500 manata razılaşmışlar. Hüseyn həmin pul məbləğinin qarşılığında ona və əri Elminə təqaüd düzəltdirəcəyini deyərək müəyyən məbləğdə pulu əvvəllcədən verməli olduğumu bildirmiş, 2019-cu ilin oktyabr ayında 2500 manat məbləğində pulu əri ilə birlikdə yaşadıqları Şəmkir rayonu Çaparlı kəndində Hüseynlə görüşüb ona vermişlər. Həmin vaxtə yanlarında başqa heç kəs olmamış, Hüseyn “bunu heç kəsə demə, tək sizə düzəldirəm” deyərək onları əmin etmişdir. Qalan 3000 manat məbləğində olan pulu isə təqaüd kartı düzəldikdən sonra kartdan çıxardaraq verə biləcəklərini demişlər. Uzun müddət keçdikdən sonra Hüseyndən xəbər gəlməmiş, sonradan dəfələrlə Hüseynin evinə getdikdə isə onlara pensiyanın düzələcəyini bildirmişdir. Bütün bu proseslərdən sonra Hüseynin yalan danışaraq onları aldatdığını başa düşmüşlər. Ona, dəymiş ziyan tamamilə ödənilmiş, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 məhkəmə iclasında ifadəsində göstərdi ki, Şəmkir rayonu Çaparlı kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 tanıyır, onun həmkəndlisidir. Onunla münasibəti yaxşıdır, ədavət və düşmənçiliyi yoxdur. 2019-cu ilin oktyabr ayında Təqsirləndirilən şəxs2 ilə söhbət edən zaman o, təqaüd düzəltəmək işi ilə məşğul olduğunu və ona da təqaüd düzəldə biləcəyini demişdir. Hüseyn ona təqaüd düzəltmək üçün ümumilikdə 3000 manat pul lazım olduğunu, həmin pulun 1500 manatını əvvəlcədən qalan 1500 manatı isə təqaüd düzəlib kartı götürdükdən sonra vermək lazım olduğunu bildirmiş və onunla razılaşmışdır. 16 oktyabr 2019-cu il tarixdə anası X7 adına Beynəlxalq bankdan 1600 manat məbləğində kredit götürmüş və həmin günü Şəmkir rayonu Çaparlı kəndində Hüseynin yaşadığı evə gedərək 1500 manat məbləğində pulu, şəxsiyyət vəsiqəsini, hərbi bileti və xəstəliklə bağlı sənədin surətlərini Təqsirləndirilən şəxs2 vermişdir. Həmin vaxt tək olmuş, Hüseynə pulu verən zaman mərhum atası Razif evdə olmuşdur. Hüseyn ona təqaüdün 6 ay ərzində düzələcəyini bildirmiş, ancaq 6 ay keçməsinə baxmayaraq Hüseyn ona təqaüd düzəltməmişdir. Hər dəfə bir bahənə gətirərək təqaüd düzələcəyini bildirib onu gözlətmişdir. Lakin sonradan Hüseynin yalan danışaraq onları aldatdığını başa düşmüşdür. Hüseyn ona təqaüd düzəltməmiş və ondan aldığı 1500 manat məbləğində pulu qaytarmayaraq onu aldatmışdır. Ona, dəymiş ziyan tamamilə ödənilmiş, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadəsində göstərdi ki, Şəmkir rayonu Çaparlı kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 tanıyır, onun həmkəndlisidir. Onunla münasibəti yaxşıdır, ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs2 2019-cu ilin əvvəllərində Çaparlı kəndinə caamata sosial və pensiya düzəltmək işi ilə məşğul olduğunu demişdir. Öz adına pensiya düzəltmək üçün 2019-cu ilin 10 oktyabr tarixdə Təqsirləndirilən şəxs2 müraciət etmiş, Hüseyn ona pensiya düzəltməyin qarşılığında 3000 manat məbləğində pul ödəməli olduğunu bildirmiş və onunla razılaşmışdır. 2019-cu ilin 28 oktyabr ayında arvadı Saidə Rüstəmovanın adına Kapital Bankdan 3500 manat məbləğində kredit götürmüşdür. 29 oktyabr 2019-cu il tarixdə 1500 manatı qardaşı Şahid3 verərək aparıb Təqsirləndirilən şəxs2 verməsini demiş, qardaşı həmin gün 1500 manat pulu Hüseynin yaşadığı evə gedərək orada ona vermişdir. Qalan 1500 manat məbləğində olan pulu isə pensiya kartı düzəldikdən sonra verəcəyini bildirmişdir. Uzun müddət keçmiş və Hüseyndən xəbər olmamışdır. Hüseynin atası Razif Qurbanov intihar etməmişdən 2 gün əvvəl Hüseynlə söhbət zamanı o, vəziyyətin gərgin olduğunu, Bakıya gedərək problemi həll edəcəyini demişdir. Bütün bu proseslərdən sonra Hüseynin yalan danışaraq onları aldatdığını başa düşmüşdür. Ona dəymiş ziyan tamamilə ödənilmiş, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadəsində göstərdi ki, Şəmkir rayonu Çaparlı kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 tanıyır, onun həmkəndlisidir. Onunla münasibəti yaxşıdır, ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs2 2019-cu ilin əvvəllərində Çaparlı kəndinə caamata sosial və pensiya düzəltmək işi ilə məşğul olduğunu demişdir. Hüseynlə görüşərək danışaraq özünə və əri Bahadur Qurbanova pensiya düzəltmək üçün 5000 manata razılaşmışlar. 2019-cu ilin noyabr ayında 2000 manat məbləğində pulu yaşadıqları Şəmkir rayonu Çaparlı kəndində Hüseynlə görüşüb özünə vermişdir. Həmin günün səhəri yenidən Hüseynlə yaşadıqları kənddə görüşərək 1000 manat, təxminən 1 (bir) ay sonra isə 1000 manat pul vermişdir. 2020-ci ilin fevral-mart ayında Hüseynin onu aldatdığını başa düşmüşdür. Sonradan məlum olmuşdur ki, Hüseyn bu əməli Zülfiyyə adlı qadınla birlikdə törətmişdir. Təqsirləndirilən şəxs2 məndən 2019-cu ilin noyabr-dekabr aylarında ümumilikdə 4000 manat pul alaraq mənə və ərim Bahadur Qurbanova pensiya düzəldəcəyini vəd etmiş, lakin nə pensiya düzəltdi, nədə ki, 4000 manat məbləğində pulu qaytarmayaraq məni aldatmışdır. Təqsirləndirilən şəxs2 cəmi 4000 manat məbləğində pulu yaşadıqları Şəmkir rayonu Çaparlı kəndində vermiş, həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Ona dəymiş ziyan tamamilə ödənilmiş, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 məhkəmə iclasında fadəsində göstərdi ki, Şəmkir rayonu Çaparlı kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 tanıyır, onun həmkəndlisidir. Onunla münasibəti yaxşıdır, ədavət və düşmənçiliyi yoxdur. Təxminən 2020-ci ilin fevral ayının əvvəllərində Şəmkir rayonu Çaparlı kəndində Təqsirləndirilən şəxs2 ilə söhbət edən zaman o, təqaüd düzəltmək işi ilə məşğul olduğunu bildirmişdir. Hüseyn ona təqaüd düzəltmək üçün ümumilikdə 4000 manat pul lazım olduğunu, həmin pulun 2000 manatını əvvəllcədən, qalan 2000 manatı isə təqaüd düzəlib kartı götürdükdən sonra vermək lazım olduğunu bildirmişdir. Oğlu Şahid2 üçün təqaüd düzəltdirmək istədiyini demiş və Hüseynlə razılaşmışlar. 25 fevral 2020-ci il tarixdə Beynəlxalq bankın Şəmkir filialına gedib 3400 manat məbləğində kredit götürmüş, 2020-ci il mart ayının əvvəllərində Hüseynin yaşadığı evdə 2000 manat məbləğində pulu Hüseynə vermişdir. Lakin Hüseyn vədinə əməl etməyərək onu aldatmış, oğlu Şahid2 təqaüd düzəltməmiş və aldığı 2000 manat məbləğində pulu qaytarmamışdır. Ona, dəymiş ziyan tamamilə ödənilmiş, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 məhkəmə iclasında fadəsində göstərdi ki, Şəmkir şəhəri, S.Vurğun küçəsi ev 173/2, m7-də qeydiyyatda olmaqla Şəmkir şəhəri, N.Nərimanov küçəsi ev bina 79, mənzil 14-də yaşayır. X8 onun əridir, 3 övladı var. Təxminən 2021-ci ilin iyul-avqust aylarına o, və əri Kamran yaşadıqları 2 otaqlı bina evini satıb məhlə evi almaq istəmişlər. Evi satmaqla bağlı heç bir elan verməmiş, sadəcə olaraq yaşadığı binada evini satan şəxslərin evinə gəlib baxanlar olanda sözlə orada olan şəxslərə demişlər. Bu söhbətlərdən təxminən bir neçə gün sonra əri Kamandarın mobil nömrəsinə zəng gəlmiş və danışan şəxs özünü Xəqani kimi təqdim edərək Şəmkir şəhərində makler işlədiyini deyib, evlərini satıb-satmadığı soruşmuşdur. Kamran da bu barədə ona demiş, o etiraz etməmişdir. Xəqani Kamandara zəng etdiyi günü Qənirə adlı qadın, adını bilmədiyi Qənirənin qohumları olan oğlan və bir nəfər qadın Xəqani ilə gəlmişdir. Qənirə evin otaqlarına baxmış və evin qiymətini soruşmuşdur. O, Qənirəyə evi 50-55 min manat arası satdığını bildirmişdir. Qənirə evə baxdıqdan sonra heç nə demədən getmişdir. Həmin gündən bir neçə gün sonra Xəqani əri Kamandara zəng edərək Qənirənin evi bəyəndiyini və almaq istədiyini deyib, evi satmaq üçün onların adından beh almaq istədiyini demişdir. Kamandar ona beh almamasını, özlərinə almaq üçün ev tapdıqdan sonra ala biləcəyini bildirmişdir. O, əri Kamandar ilə qərara gəlmişlər ki, evi almaq istəyən var, özlərinə məhlə evi axtarıb tapsınlar və Qənirədən aldıqları pul ilə istədiyi kimi ev alsınlar. Bununla bağlı Kamandar Xəqaniyə demişdir. Xəqani də özlərində də satdıq evlər olduğunu və həmin evləri göstərə biləcəyini dedikdən sonra onları ofisinə dəvət etmişdir. O, və Kamandar Xəqanin işlədiyi Şəmkir şəhəri, Həzi Aslanov küçəsində yerləşən ofisə getmişlər. Həmin vaxtı Xəqani onunla birlikdə işləyən Tural ofisdə olmuşlar. Xəqani onlara bildirmişdir ki, istədiyi evi tapmaqda və yaşadığı evi satmaqda köməklik edəcək, bunun müqabilində onlardan xidmət haqqı kimi 2500 manat pul alacaqdır. Onlar razılaşdıqdan sonra Xəqani onların evini Qənirənin bəyəndiyini, almaq istədiyini və evə 50.000 manata verməyə hazır olduğunu bildirmişdir. Xəqani və Tural onlara Şəmkir şəhərində yerləşən bir neçə evi göstərmişlər. Evlər yararsız, yaxşı vəziyyətdə olmadığından onlar bəyənməmişlər. Buna görə həmin evləri istəmədiklərini demişlər. Bir gün sonra Xəqani onlara zəng edərək istədikləri kimi Şəmkir şəhəri, Posanlı adlanan yaşayış massivində ev olduğunu və həmin evə baxmalarını təklif etmişdir. Onlar razılaşdıqdan sonra evə baxmışlar. Xəqaninin deməsinə görə həmin evi 70.000 manat satmışlar. Onlar evə getmiş, Xəqani evin qarşısında olanda qapı bağlı olduğuna görə Zülfiyyə adlı qadına zəng edərək evin qarşısında olduğunu, qardaşına gəlib evin qapısını açmağını və evə baxmaq istədiklərini bildimişdir. Telefonda danışdıqdan sonra Xəqani onlara bildirmişdir ki, Zülfiyyə evin sahibinin qızıdır, əsas adam odur və Zülfiyyə bu işə əl qoysa iş düzələcəkdir. O, Xəqaninin danışığından şübhələnib nə üçün Zülfiyyə qol qoymasa iş alınmayacağı barədə soruşmuşdur. Xəqani demişdir ki, evi satırlar, sadəcə olaraq qiyməti baha olsa da onların əlində olan pula Zülfiyyənin köməkliyi ilə evi ala biləcəklər. Onlar evə girməzdən əvvəl Tural və Xəqani onlara demişlər ki, evin qiyməti və digər şeylər barədə heç bir sual verməsinlər, evə girib ətraflı baxsınlar. Bundan sonra qapını bir nəfər oğlan açmış və onlar evə baxmışlar. Ev xoşuna gəlmiş və onlar istədiyi kimi olmuşdur. Onlar evə baxdıqdan sonra ofisə qayıtmışlar. Ofisdə Xəqani və Tural həmin evin sənədini çıxarıb onlara göstərmişlər. Həmin sənəd Xəqaninin oturduğu masanın siyirməsində olmuşdur. Onlar sənədə baxmış və Xəqani evi saytda 70.000 manata internetə qoyduğunu bildirmişdir. Onlara telefonunda əmlak alış verişi ilə bağlı elan qoyulan əmlak.az saytında göstərmişdir. Xəqani onlara həmin evi Zülfiyyənin köməkliyi ilə 50.000 manata ala biləcəyini demiş və sonra zəng edib Zülfiyyəni ofisə çağırmışdır. Zülfiyyə gələndə Xəqani ona evi onların almaq istədiyini və əlində 47.500 manat pul olduğunu bildirmişdir. Zülfiyyə 49.000 manata evi onlara satacağını, sənədə görə nə qədər pul xərclənsə onlara əlində olan məbləğdən əlavə pulu gözləyəcəyini, hissə-hissə ödəyə biləcəklərini bildirmişdir. Hesabda evi almaq üçün onlar əlavə olaraq təxminən 2000 manat pul verəcəkmiş. Zülfiyyə evi özünün bizə satacağını bununla bağlı heç kimə məlumat verməyəcəklərini, anası Mehribana evi 50.000 manat satacağını deyəcəyini bildirmişdir. Zülfiyyə Xəqani və Turala da evin satılması ilə bağlı heç kimə deməməyi evi özünün satacağını, evin sənədində olan şəxsləri özünün gətirib imza etdirəcəyini demişdir. Xəqani və Turalda Zülfiyyənin dediklərini təsdiq edib, Zülfiyyəni çoxdan tanıdıqlarını, bir neçə dəfə Zülfiyyə ilə işlər gördüklərini, Zülfiyyənin sözünə düz qadın olduğunu, narahat olmamağı bildirmişlər. Zülfiyyəyə zamin durduqlarını demiş, onların iş alınacağına əmin etmişlər. Onlar evi almaq istədiyinə görə həm Zülfiyyəyə beh vermək və yaşadıqları evi almaq istəyən şəxsdən evin sənədlərini düzəldə bilmək üçün pul olmadığına görə beh almaq istədiyi Xəqani və Turala bildirmişlər. Tural və Xəqani belə olan halda behləşmə olmasını tələb etmişlər və tez zamanda beh almağa onları tələsdirmişlər. Bir gün sonra onlar Şəmkir rayonunda olan notariusda görüşmüşlər. Xəqani və Turaldan başqa Zülfiyyə, anası Mehriban və qardaşları gəlmişlər. Zülfiyyə onlara anası və qardaşlarını özünün evi satmağa razı olmalarını bildirmələri üçün gətirdiyini demişdir. Həmin vaxtı Xəqani və Zülfiyyə demişdir ki, Zülfiyyəyə Bakı şəhərinə həkimə getmək üçün 3000 manat pul lazımdır. Onlar Xəqaniyə 3000 manat pulun olmadığını deyəndə Xəqani və Tural onlara bildirmişlər ki, Qənirədən evi alması üçün 7000 manat beh almışdır. Sonra onlara həmin pulu ofislərində Qənirədən alması ilə bağlı video görüntünü göstərmişlər. Onlar belə danışıb razılaşmışlar ki, Xəqani əri Kamandara 2200 manat pul vermişdir. Kamandar həmin günü puldan 1500 manatını notarial qaydada Zülfiyyənin anası Mehribana borc müqaviləsi əsasında beh kimi vermişdir. Qalan 700 manatı da özlərinə məxsus evin sənədlərini düzəltmək üçün saxlamışlar. Zülfiyyə notariusda ora bura gedib nəsə etdikdən sonra onların yanına gələrək evlərinin sənədlərinin tam qaydasında olduğunu, narahat olmamağı deyib öz evinin sənədlərini düzəltmələrini demişdir. Onlar oradan evə gəlmişlər. Sonra əri Kamandar evin sənədlərini düzəltmək üçün sənədlərin arxası ilə getmişdir. Təxminən evin sənədləri 1 aya yaxın müddətə hazır olmuşdur. Onlar ilk dəfə notariusda görüşdüyü vaxtdan 1 həftə və ya 10 gün sonra o, yaşadığı evdə olan vaxtı Zülfiyyə və yanında olan adını bilmədiyi əri ilə onlara gəlmişlər. Həmin vaxtı əri Kamandar evdə olmamış, evə çağırmış, Kamandar gələnə kimi Zülfiyyə ona evi almaq üçün təcili pul vermələrini, özünə və qardaşlarına pul çatmalı olduğunu demişdir. Kamandar evə gəldikdən sonra Zülfiyyə ilə danışıb sənədlərin hazır olmasında sonra Xəqanin ofisinə gedəcəklərini demişlər. Zülfiyyə razılaşsa da pulu tez vermələrini, özünün və qardaşlarının evi satmaq fikirlərindən dönə biləcəyini bildirmişdir. Biz neçə gün sonra Xəqani və Tural onları ofislərinə çağırmış, ora getmişlər, Zülfiyyə, Tural və Xəqani Zülfiyyəgilin sənədlərinin hazır olduğunu və Zülfiyyəyə 33.000 manat pul verilməli olduğunu demişlər. Onlar evin sənədləri hazır olanda Zülfiyyəgilin evini birinci öz adlarına sənədləşdirilməsini, sonra isə yaşadığı evi Qənirəyə satmağa razılaşmışlar. Tural, Xəqani və Zülfiyyə buna razılaşmış və bir neçə gündən sonra onlar yenidən ofisə getmişlər. Tural və Xəqani görüntülü olaraq Qənirəyə zəng edib evin sənədlərinin hazır olmasını deyib evi almaq üçün 44.000 manat pulu gətirməsini bildirmişlər. Həmin vaxtı onları Qənirəyə göstərmişlər. Qənirə pulu götürüb gələcəyini bildirmişdir. Son söhbət zamanı danışıq belə olmuşdur ki, onlar notariusda görüşüb Zülfiyyənin evini 1-ci olaraq onların adına sənədləşdirib, sonra evi Qənirənin adına sənədləşdirəcək, pul ilə bağlı onlar heç bir hərəkət etməyəcəkdir. İşin bu qaydada olmasını onlara Tural və Xəqani təklif etmiş, həmin qaydada olmasını tələb etmişlər. Onlar Xəqani və Turala inanmış və dedikləri kimi edilməsinə etiraz etməmişlər. Bir gün sonra onlar notariusda görüşmüş, Zülfiyyə, anası Mehriban və iki qardaşı gəlmişdir. Tural və Xəqani də orada olmuş, hər ikisi onlara demişdir ki, Qənirə 44.000 manat pulu borc müqaviləsi əsasında ona verməli, o həmin pulu çıxarıb Tural və Xəqaniyə verdikdən sonra Zülfiyyənin evlərini alıb onlara sənədləşdirib verəcəklər, bundan sonra isə onlar evi Qənirəyə sənədləşdirəcəklər. Onlar razılaşmış və borc müqaviləsi əsasında Qənirədən 44.000 manatı almışdır. Bundan sonra ofisə getmişlər. O, Kamandar, Xəqani və Turaldan başqa heç kim olmamış, o aldığı 44.000 manat pulu çıxarıb onlara vermişdir. Hər ikisi pulu saymış, 3 yerə bölmüşlər. Xəqani və Turalın deməsinə görə həmin puldan müəyyən məbləğlər Zülfiyyəyə, qardaşlarına çatacaqdır. Pulun böyük məbləğdə olan hissəsini onlar Turalı avtomobilinə qoymuşlar. Qalan təxminən 11.000 manatı Xəqani və Tural ciblərində saxlamışlar. Bundan sonra onlar notariusa qayıtmış, Zülfiyyə, anası və qardaşları onlarla birlikdə oturub gözləmişlər. Xəqani və Tural binanın ikinci mərtəbəsinə qalxıb düşükdən sonra bildirmişlər ki, vaxtın az qalıb, sistem yaxşı işləmir, iş səhərə qalır, sabah tezdən hamı burada görüşsün və iş sabah yekun olacaqdır. Hamı razılaşmış və onlar evə gəlmişlər. Evdə olanda əri Kamandar bu işdə nəsə tərslik olduğunu və sabah onlardan əvvəl notariusa gedib hansı səbəbdən işin alınmadığını maraqlanmağı təklif etmişdir. Səhəri gün o, Kamandarla digər şəxslərdən əvvəl notariusa getmişlər. Ora açılan kimi Kamandar orada işləyən Aqil adlı şəxsə yaxınlaşaraq Zülfiyyəgilin evlərinin sənədini maraqlanmış və Aqil sənədlərə baxaraq onlara bildirmişdir ki, evin alqı-satqıya getməyib, evdə yüklülük var, evi daşınmazda yoxlatdırın. Onlar oradan Xəqani və Turalın ofisinə getmiş, bu barədə demiş, Xəqani və Tural belə bir şeyin ola bilməyəcəyini, mümkün olmadığını bildirmişlər. Bundan sonra onları notariusda gözləmişlər. Tural və Xəqani daşınmaz əmlak idarəsinə evi yoxlatmağa getmiş, zəng edib evin yüklülüyü ilə bağlı daşınmaz əmlak Gəncəyə sorğu göndərəcək, sonra da Bakı şəhərinə gedib maraqlanmaq lazım olduğunu bildirmişlər. Onlara narahat olmamağı evin sənədlərini düzəldəcəklərini demişlər. Onların hərəkətlərindən şübhələnib pulu tələb etdikdə Tural və Xəqani pulun bir hissəsini sənədlərə xərclədiklərini və gözləmələrini tələb etmişlər. Bundan sonra Tural və Xəqani onların telefonlara cavab verməmişlər, telefonları sönülü olmuş, axtaranda tapa bilməmişlər. Təxminən 1 aydan sonra əri Kamandar onları gedib ofislərində tapmış, pulu tələb etdikdə Tural və Xəqani ilk olaraq pul vermədiklərini deyib, hədə-qorxu gəlməklə evi Qənirəyə verməyini demişlər. Tural və Xəqani onlara təsir etmək üçün qaynı Şirxana əri Kamandarı başa salmağı, evi Qənirəyə verməyini demişlər. Bir gün sonra o, əri ilə ofisə getmiş və orada sözlə mübahisə baş verdikdə onları ofisdən qovmuşlar. Mübahisə zamanı Qənirəyə evi vermələrini tələb etmişlər. Səhəri günü saat 11 üçün notariusa gəlmələrini demişlər. Onun borc müqaviləsi ilə yükləndiyini deyib hədə-qorxu gələrək evi Qənirəyə verməli olduqlarını bildirmişlər. O, onlardan ya pulu verməyi və ya Zülfiyyə gilin evlərini onların adına sənədləşməsini tələb etdikdə onlarla mübahisə edib səs küy salmışlar. Buna görə əri Kamandar və o, Turalın atası İmaməddinin yanına gedib oğlu Tural barədə deyib başa salmasını istəmişlər. İmaməddin onlara söz vermişdir ki, özü danışıb başa salacaqdır. Ona kimi Tural və Xəqani ondan 44.000 manat pul almalarını boyunlarına almamış, İmaməddin ilə söhbət etdikdən sonra onlar pulu almalarını etiraf etmişlər. Həmin günü Qənirə onlara zəng edərək Tural və Xəqaninin 7000 manat pulu kartına atdığını, 44.000 manatı onlardan alacağını demişdir. Onlara qarşı dələduzluq edilməsini görüb polisə müraciət etmiş və bundan sonra polisdə araşdırma aparılmışdır. Araşdırma zamanı Zülfiyyə Xəqani və Turaldan 33.000 manat pul almasını, Xəqani Tural ilə özlərinin 10.000 manat pulu götürməsini etiraf etmişlər. Buna baxmayaraq araşdırma üzrə cinayət işi başlanmadan, mülki məsələ kimi qərar qəbul edilmişdir. Lakin onlar bununla razılaşmamış və dələduzluq etməsinə görə təkrara şikayət etmişlər. Xəqani, Tural və Zülfiyyə onlara qarşı dələduzluq edərək 44.000 manat pulu mənimsəmişdir. Hazırda Təqsirləndirilən şəxs1 ona 15000 (on beş min) manat ödəmişdir. Ona dəymiş ziyanı tam olaraq tələb edir və şikayətçidir. Odur ki, məhkəmədən qanuni qərar verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid1 məhkəməyə oxşar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 məhkəməyə oxşar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, Şəmkir şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən ofisdə əmlak kirayəsi ilə məşğuldur. Şəmkir rayonunda işlədiyi müddətdə Şahid5la tanış olmuş, Turalla birlikdə işləmişdir. 2021-ci ilin avqust ayında o, və Tural Şahid4 ilə qohumlarının vasitəsi ilə tanış olmuş, Şahid4 Bakı şəhərində yaşadığını, Şəmkir rayonundan ev almaq istədiyini demiş, onlar Şahid4 Şəmkir rayonunda bir neçə evlər göstərmişlər. X15 Şəmkir rayonu, Nəriman Nərimanov küçəsində yerləşən 2 otaqlı bina evini bəyənmişdir. Qənirə ilə onlar danışıb evi 50.000 manat pula almalarına razılaşmış, ancaq Kamandarla onlarla danışıb evi 47, 500 manat pula alacaqlarmış, həmin vaxtı Kamandar Rüstəmovda onlara evini satdığını, satmamışdan əvvəl alması üçün həyət evi tapmalarını demişdir. Onlar Kamandara bir neçə evlər göstərmiş, Kamandar və arvadı X13, oğlu Əzizə, qızı Zülfiyyə məxsus Şəmkir rayonu, Posanlı yaşayış massivi 6-cı küçədə yerləşən evini bəyənmişlər. Onlar həmin evi də 50.000 manat pula almağa razılaşmışlar. Bundan başqa alqı-satqı baş tutduqdan sonra ona və Turala Qənirə və Kamandar əlavə pul verəcəkmiş. Sonradan onlar sənədləşmə işlərinə başlamışlar, 2021-ci ilin sentyabr ayının 16-sı tarixində Şəmkir rayonunda notariusda X9 1500 manat pul vermiş, bununla bağlı müqavilə bağlanmışdır. Sonra Zülfiyyə və Mehriban Hüseynova sənədlərinin qaydasında olduğunu evi satmaq istədiklərini demişlər. Kamandarın pulu olmadığı üçün o, Qənirəyə zəng edib danışmış, 44.000 manat pul gətirməyini əvvəl Kamandara Mehribanın evini alacaqlarını, sonra isə Kamandarın evini Qənirəyə alacağını demişdir. xx.xx.2021-ci il tarixdə Qənirə Şəmkir rayonuna gəlmiş, onlar notariusun qarşısında görüşmüş, notariusda Qənirə Kamandarın arvadı Şamamaya 44.000 manat borc pul vermiş, Şamama ilə Qənirənin arasında rəsmi notarial qaydada müqavilə imzalanmış, Şamama 44.000 manat pulu götürmüş, Qənirə isə getmişdir. Sonra Kamandar arvadı Şamama o, və Tural onların işlədiyi Şəmkir rayonu, İsrafil Məmmədov küçəsində yerləşən ofisə gəlmişlər, orada Kamandar 44.000 manat pulu onlara vermiş, sonradan notariusda Kamandarla Mehriban arasında alqı-satqı müqaviləsi baş tutmamışdır. Belə ki, Aqil müəllim sənədlərdə nöqsan olduğunu demişdir. Sonradan o, və Tural sənədlərin hazırlanması ilə məşğul olmuş, bu müddət ərzində Mehribanın qızı Zülfiyyə gözəllik salonu açmasını deyib, həmçinin ailəsi ilə bağlı pul lazım olduğunu bildirərək müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə ondan ümumilikdə 33.831 manat pul almış, qalan pul isə onda qalmışdır. X4 arasında pulla bağlı narazılıq yaranmış, Kamandar evin pulunu gözləməyi demiş, ona görə də bu günə kimi alqı satqı baş tutmamışdır. Mehriban və qızı Zülfiyyə evin tam pulu verildikdən sonra satmağa razılaşmışlar. Bu işlərin görüldüyü vaxt Qənirədən 7.000 manat pul almışlar, həmin pulu sonradan Qənirəyə qaytarmışlar. 2022-ci il dekabr ayının əvvəllərində Qənirə işlə bağlı Turalın kartına 2.000 manat pul göndərmiş, həmin pulun 1200 manatını Kamandara vermişlər, Kamandar da Zülfiyyə vermiş, 800 manat pul isə onlarda qalmışdır. O, Kamandardan aldığı 44.000 manat pulun 33.831 manatını Zülfiyyə müxtəlif məbləğlərdə, müxtəlif vaxtlarda vermiş, qalan pul 10.000 manat isə onda qalmışdır. Həmin puldan o, ümumilikdə 4250 manat bir, 3500 manat da bir olmaqla cəmi 7750 manat pul qaytarmışdır. Pulun qalanı isə Zülfiyyədədir. Məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər ünvan 5ı-satqısı ilə məşğul olmuşdur. Xaqani Süleymanovla tanış olmuş, onunla birlikdə işləmişdir. 2021-ci ilin avqust ayında o, və Xaqani Şahid4 ilə qohumlarının vasitəsi ilə tanış olmuş, Qənirə Bakı şəhərində yaşadığını, Şəmkir rayonundan ev almaq istədiyini demiş, Qənirəyə Şəmkir rayonunda bir neçə evlər göstərmişlər. X15 Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 2 otaqlı bina evini bəyənmiş, Qənirə ilə onlar danışıb evi 50.000 manat pula almağa razılaşmış, ancaq Kamandarla danışıb evi 47,500 manat pula alacaqlarmış, həmin vaxt Kamandar onlara evini satdığını, satmamışdan əvvəl ona da alması üçün həyət evi tapmalarını demiş, onlar Kamandara da bir neçə evlər göstərmişlər. Kamandar və arvadı X13, oğlu Əzizə, qızı Zülfiyyə məxsus Şəmkir rayonu, Posanlı yaşayış massivinin 6-cı küçədə yerləşən evini bəyənmişlər, onlar həmin evi də 50.000 manat pula almağa razılaşmış, bundan başqa alqı-satqı baş tutduqdan sonra ona və Xaqaniyə Qənirə və Kamandar xidmət haqqı kimi pul verəcəkmişlər. Sonradan onlar sənədləşmə işlərinə başlamışlar, 2021-ci ilin sentyabr ayının 16-ı tarixində Şəmkir rayonunda notariusa Kamandar Mehribana 1500 manat pul vermiş, bununla bağlı müqavilə bağlanmışdır. Sonra Zülfiyyə və Mehriban sənədlərinin qaydasında olduğunu evi satmaq istədiklərini demiş, Kamandarın pulu olmadığı üçün Xaqani Qənirəyə zəng edib danışmış, ona 44.000 manat pul gətirməyini əvvəl Kamandara Mehribanın evi alacaqlarını, sonra isə Kamandarın evini Qənirəyə alacaqlarını demişdir. xx.xx.2021-ci il tarixdə Qənirə Şəmkir rayonuna gəlmiş, notariusun qarşısında görüşmüşlər, notariusda Qənirə Kamandarın arvadı Şamamaya 44.000 manat borc pul vermiş, müqavilə imzalanmış, Şamama 44.000 manat pulu götürmüşdür. Qənirə isə getmişdir. Sonra Kamandar arvadı Şamama o, və Xaqani Şəmkir şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən ofisə gəlmişlər, orada Kamandar 44.000 manat pulu Xaqaniyə vermiş, sonradan notariusda Kamandarla Mehribanın arasında alqı-satqı müqaviləsi baş tutmamışdır. Belə ki, Aqil müəllim sənədlərdə nöqsan olduğunu demiş, sonradan o, və Xaqani sənədlərin hazırlanması ilə məşğul olmuşlar, uzun müddət ərzində Mehribanın qızı Zülfiyyə gözəllik salonu açmasını deyib, həmçinin ailəsi ilə bağlı pul lazım olduğunu bildirərək müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə Xaqanidən ümumilikdə 33.831 manat pul almış, qalan pul isə Xaqanidə qalmışdır. X4 arasında pulla bağlı narazılıq yaranmış, Kamandar evin pulunu gözləməyi demiş, ona görə də bu günə kimi alqı-satqı baş tutmamışdır. Mehriban və qızı Zülfiyyə evin tam pulu verildikdən sonra satmağa razılaşmışlar. Bu işlərin görüldüyü vaxt Qənirədən Xaqani ilə o, 7.000 manat pul almış, həmin pulu sonradan Qənirəyə qaytarmış, dekabr ayının əvvəllərində Qənirə işlə bağlı onun kartına 2.000 manat pul göndərmiş, həmin pulun 1200 manatını Kamandara vermişlər. Kamandar da Zülfiyyə vermişdir. Kamandar və arvadı Şamamadan pulu o, almamış, pulu Xaqani almış, sonradan Zülfiyyə, anası Mehribana müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə ümumilikdə 33.831 manat vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ünvan 6 ünvanında yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Bakı şəhərində tək yaşadığına görə Bakı şəhərində evini satıb Şəmkir rayonundan ev almaq, qohumlarımın yanında yaşamaq fikrinə gəlmiş və bu barədə qohumlarına demiş, ona Şəmkir rayonundan bina evi tapmalarını xahiş etmişdir. Qohumlarının vasitəsi ilə Şəmkir şəhər sakinləri Xaqani və Tural ilə tanış olmuş, həmin şəxslər ev alqı-satqısı ilə məşğul olduqlarını demişlər, onların köməkliyi ilə bir neçə evə baxmış, ancaq bəyənməmişdir. 2021-ci ilin avqust ayında Xaqani və Tural onu Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Kamandar və arvadı Şamamanın yaşadıqları evə gətirmişlər, o həmin evə baxmış, bəyənmiş və almaq istəmişdir. Ev 2 otaqlı bina evi olmuşdur. Kamandar da bina evini satıb özlərinə həyət evi almaq istədiklərini bildirmişlər. Onlar Kamandarla danışmış və evlərini 50.000 manat pula almağa razılaşmışlar. Sonradan o, Xaqaninin Kamandara da alması üçün həyət evi tapdığını, Kamandarın və arvadının da həmin evə baxıb bəyəndiklərini bilmişdir. 29 sentyabr 2021-ci il tarixdə Xaqani ona zəng etmiş, onlar görüntülü danışmış, Xaqani Kamandarın almaq istədiyi Mehribana məxsus həyət evinin alınması ilə bağlı alqı-satqı müqaviləsi imzalanmağına görə 44.000 manat pul lazım olduğunu demişdir. Xaqani həmin pulla Kamandarın istədiyi evi alacağını, sonrada öz evini ona satacağını bildirmişdir. Ona görə o, 30 sentyabr 2021-ci il tarixdə Şəmkir rayonuna gəlmiş, saat 11 radələrində o, Kamandar, arvadı Şamama, Kamandar evini alacağı Mehriban, Xaqani və Tural Şəmkir rayonu Nizami küçəsində yerləşən notariusun qarşısında görüşmüşlər. Onlar belə danışmışlar ki, Kamandar ilk onun verdiyi pul ilə özlərinə ev alacaq, sonra isə həmin evə köçüb öz evlərinə ona verəcəklər. O, sonra hər hansı bir problem olmaması üçün pulu Kamandar gilə rəsmi olaraq verəcəyimi bildirmişdir. O, Kamandar arvadı Şamama ilə notariusda borc müqaviləsi imzalayaraq 44.000 manat pulu rəsmi qaydada Şamamaya vermişdir. Sonra o, çıxıb getmişdir. Səhəri gün Kamandar ondan aldığı 44.000 manat pulla Mehribanın evi almalı, alqı-satqıdan sonra ona xəbər verməli, o, da gəlib Kamandardan evi alalı imiş. Ancaq səhəri gün o, bu barədə maraqlananda Kamandar ona 44.000 manat pulu Xaqaniyə verdiyini, alacağı Mehribana məxsus evin sənədlərində çatışmazlıq olduğu üçün alqı-satqı müqaviləsinin olmadığını demiş, həmin vaxtdan bu günə kimi o, bir neçə dəfə sənədləşmə ilə bağlı Bakı şəhərindən Şəmkir rayonuna gəlmiş, ancaq hər dəfə Mehribana məxsus evin sənədlərində nöqsanlar olduğuna görə Kamandar evi ala bilməmişdir. Kamandar evi ala bilmədiyi üçün hazırda yaşadığı evi də ona satmır. Ailə üzvlərinin başqa yaşayış yerinin olmadığını deyir, o Kamandar arvadı Şamamaya borc müqaviləsi əsasında verdiyi 44.000 manat pulu istədikdə isə pulu Xaqaniyə verdiyini, Xaqanində pulu Mehribanın qızı Zülfiyyə verdiyini deməsini, pulunun olmadığını bildirmişdir. O, 44.000 manat pulu Kamandar arvadı Şamamaya borc müqaviləsinə əsasən vermişdir. Pul tələbi ilə bağlı Şəmkir rayon məhkəməsinə də müraciət etmiş, Zərərçəkmiş şəxs8 məhkəmə tərəfindən tutulmuşdur. Lakin onun pulunu verməmişlər. Onun tələbi pulunun qaytarılması və ya Kamandara məxsus evin ona satılmasıdır. Xəqani onu aldadaraq pulunu Şamamaya verdirib. O, Xəqanidən pulunu qaytarmasını tələb etdikdə ona kimə pul vermişsə onlardan almağını demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan zərərçəkmiş şəxsilər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 İsbəndiyər oğlu, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 tərəfindən istintaq bölməsinə təqdim edilmiş ərizələrdən təqsirləndirilən şəxslərlə barışdığı, onlara dəymiş ziyanın tamamilə ödənildiyi və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi olmadığı müəyyən edilir. Cinayət işinin 1-ci cildinin 231-ci vərəqində olan 19 oktyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 275-278-ci səhifələrində olan Şəmkir Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 19 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 2-ci cildinin 14-17-ci səhifələrində olan Şəmkir Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması 02 ay müddətinə, yəni 19 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cildinin 64-66-cı səhifələrində olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması 29 gün müddətinə, yəni 17 fevral 2023-cü il tarixədək uzadılmışdır. İşdə olan təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 32-34-cü səhifələrində olan 03 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 2-ci cildinin 48-49-cu səhifələrində olan təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 180-182-ci səhifələrində olan 06 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 2-ci cildinin 200-201-ci səhifələrində olan təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildin 24-25-ci səhifəsində olan Azərbaycan Respublikası DİNnin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Cinayət işinin 2-ci cildinin 207-ci səhifəsində olan Azərbaycan Respublikası DİNnin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 26-27-ci səhifələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan Gəncə Apelyasiyya Məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərarından görünür ki, 16 mart 2023-cü il tarixli, 7(076)-22/2023 saylı qərar ləğv edilmiş və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 7(076)-72/2023 saylı qərarından görünür ki, Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək Şəmkir Rayon Məhkəməsinin 1(076)-66/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsi tətbiq olunmuş və o, təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 (bir) il 27 (iyirmi yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması barədə əsas cəzanın çəkilməsindən azad edilmişdir. İşdə olan Elektron sorğu məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2008-ci ildə anadan olmuş Surac, xx.xx.2010-cu ildə anadan olmuş Bayram adlı iki yetkinlik yaşına çatmayan, xx.xx.2018-ci ildə anadan olmuş Hüseyn və xx.xx.2018-ci ildə anadan olmuş Zəhra adlı iki nəfər azyaşlı uşağı var. İşdə olan Elektron sorğu məlumatından görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2018-ci ildə anadan olmuş Zəhra adlı bir nəfər azyaşlı uşağı var. İşdə olan AO ******* nömrəli hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs3 vətən müharibəsində iştirak etmişdir və medallarla təltif edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Zahid oğlunun onlara elan edilmiş ittihamda təqsirli olması tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, onlar, təqsirləndirildikləri maddə ilə təqsirli bilinib, sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində iki nəfər azyaşlı, iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, Zərərçəkmiş şəxs8 dəymiş ziyanın bir qismini ödəməsini, digər zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinədə nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, ikinci Qarabağ müharibəsi iştirakçısı olmasını, himayəsində bir nəfər azyaşlı uşağının olmasını və ailəni dolandıran yeganə şəxs olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinədə nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinədə nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza təyin edərkən aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Eyni zamanda Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğu və hüquq pozucularını islah etmədiyi tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakıları qeyd etmişdir: həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez- tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pocucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsi zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyyədə aşağıdakılar bildirilir: Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. Tövsiyyədə diqqətə çatdırılır ki, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrumetmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanın (şərti cəzanın) təyin edilməsi, zərərçəkənlə hüquq pozucusu arasında mediasiya (vasitəçilik) və zərərçəkənə dəymiş ziyanın kompensasiyası; hərəkət sərbəstliyinin məhdudlaşdırılması nəzərə alınmalıdır. Cəza təyin edilməsinin məntiqi əsaslarındakı məqsəd digər məsələlərlə yanaşı azadlıqdan məhrumetmə cəzalarından istifadəni azaltmaq, ictimai sanksiyaların və tədbirlərin istifadəsini genişləndirmək və mediasiya (vasitəçilik) və ya zərərçəkənə dəymiş ziyanın kompensasiyası kimi fərqli tədbirlərdən istifadə etməkdir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X22 Şurası Nazirlər Komitəsinin tövsiyyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyyələrə məhkəmə kollegiyası xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini töpətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasma aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən аzadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə olduğu müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 19 oktyabr 2022-ci il tarixdən 17 fevral 2023-cü ilə tarixədək həbsdə saxlanıldığı 03 ay 29 gün müddət nəzərə alınaraq həbsdə saxlandığı müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilməli olan cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Fəxrdəddin qızının, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etmələrinə və yaşadıqları Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Məhkəmədə dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1, X14 və Müdafiəçi2 hüquqi yardımın göstərilməsi üçün 49 saat vaxt sərf etmişdir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər saat üçün 6 manat olmaqla 294 manat vəsait dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir Rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və Şəmkir rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs3 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və Şəmkir rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 həbsdə olduğu 03 ay 29 gün CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 10 (on) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və Şəmkir rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Müdafiəçi1 294 (iki yüz doxsan dörd) manat pul ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 göstərdiyi hüquqi yardıma görə Müdafiəçi2 294 (iki yüz yetmiş altı) manat pul ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə X11 294 (iki yüz doxsan dörd) manat pul ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-6/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-6/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver