Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-6/2025 12.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi-X2, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs–Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2001–ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 152.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, on altı yaşına çatmayan, xx xxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sevgi münasibətləri zəminində ailə qurmaq məqsədilə 2023-cü ilin avqust ayında sonuncunu özünün yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gətirib, orada 13 avqust 2023-cü il tarixdən 15 sentyabr 2023-cü tarixədək olan müddət ərzində bir neçə dəfə öz gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs razılığı əsasında onun cinsiyyət orqanına və arxa keçəcəyinə daxil etməklə aralarındakı yaş fərqi iki ildən çox olan zərərçəkmiş Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığının pozulması, arxa keçəcəyində, arxa keçəcəyi büzən əzələdə (sfınktorda) cüzi boşalma və arxa keçəcəkdə çat əmələ gəlməsi ilə nəticələnən onunla təbii, həmçinin qeyri-təbii yolla cinsi əlaqədə olmaqla on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxs yaşadığı küçədə iş görən zaman görmüş və tanışlığı oradan yaranmışdır. 2023-cü ilin yadında qalmayan günündə əmisi Zahir Pənahov ona Şəmkir rayonu, Posanlı kəndində iş olduğunu və birlikdə gedib həmin işi yerinə yetirməyi təklif etmişdir. O, razılaşmış və atası Şahid2, əmisi Zahir Pənahov və dostu Asiflə birlikdə həmin işi görməyə getmişlər. Şəmkir rayonu, Posanlı qəsəbəsində iş görən zaman qonşuluqda Zərərçəkmiş şəxs görmüş və onu bəyənmişdir. Həmin küçədə yaşayan və adını bilmədiyi azyaşlı uşaqla Zərərçəkmiş şəxs ondan xoşu gəlməsi və fikrinin ciddi olması barədə söz göndərmişdir. Zərərçəkmiş şəxs ondan xoşlandığını həmin azyaşlı uşağa bildirmişdir. Onlar həmin evdə işi qurtardıqdan sonra Zərərçəkmiş şəxs ilə ailə qurmaq üçün valideyinlərini onlara elçi göndərmək qərarına gəlmişdir. Lakin əmisi rəhmətə getdiyi üçün valideyinlərini elçi göndərə bilməmişdir. Özünə məxsus “VAZ-2106” markalı **-TQ-*** dövlət qeydiyyat nömrə nişanlı arxa şüşəsinə öz “Tik Tok” səhifəsini yerlədirmişdir. Zərərçəkmiş şəxs həmin “Tik Tok” səhifəsini götürüb onunla səhifədə əlaqə saxladıqdan sonra onun mobil nömrəsini götürmüş və onlar arasında telefon danışıqları yaranmışdır. 2023-cü ilin yadında qalmayan tarixində valideyinlərini Zərərçəkmiş şəxs üçün elçi göndərmiş, Zərərçəkmiş şəxs valideyinləri qızın azyaşlı olduğunu və yaşının tamam olmadığını bildirib razılıq verməmişlər. 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs ilə telefonda danışarkən onu qaçıracağını bildirmiş və Zərərçəkmiş şəxs onunla razılaşmışdır. Telefon danşığından təxminən iki saat sonra Zərərçəkmiş şəxs ilə Şəmkir şəhəri, H.Əliyev adına parkda görüşmüşlər. O, tanımadığı taksi sürücüsünün yanına yaxınlaşmış, Zərərçəkmiş şəxs ilə birlikdə həmin taksidə əyləşərək taksi sürücüsünə Şəmkir rayonu, Daşbulaq kəndinə getməsini bildirmişdir. Həmin taksi sürücüsü Sevği ilə onu Daşbulaq kəndində yaşayan qohumu Nuranəgilə aparmışdır. O, Sevğini Nuranəgildə saxlayıb evə qayıtmışdır. Zərərçəkmiş şəxs bir həftə Nurangildə qalmış, sonra Zərərçəkmiş şəxs özü ilə götürüb qohumu Kərəmlə birlikdə ona məxsus “VAZ-21011” markalı avtomobillə Şəmkir şəhəri, Şəhriyar küçəsində yerləşən öz evinə gətirmişdir. 2023-cü ilin avqust ayının 13-də Şəmkir şəhəri, Şəhriyar küçəsində yerləşən fərdi yaşayış evinə aparıb Zərərçəkmiş şəxs ilə ona heç bir zor tətbiq etmədən, onun razılığı əsasında onunla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlqədə olduqdan sonra onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Sevği etiraz etməmiş və onun razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. 15 sentyabr 2023-cü il tarixədək bir neçə də Sevği ilə sonuncunun razılığı əsasında cinsi əlaqədə olmuşlar. Hazırda əməlindən peşmandır, Zərərçəkmiş şəxs üzr istəmiş, həm Sevğinin özü, həm də qanuni nümayəndəsi Gültay Behbudova onunla barışmışlar, ondan şikayət və tələbləri yoxdur. Odur ki, ifadəsində göstərdiyi halları nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun yaşadığı Posanlı qəsəbəsində usta kimi işləmiş və onunla həmin vaxt tanış olmuşdur. Təqsirləndirilən şəxs küçələrində yaşayan adını bilmədiyi azyşalı uşaqla ona bir neçə dəfə söz göndərmiş və onunda həmin vaxt Elməddindən xoşu gəlmişdir. Təqsirləndirilən şəxs “VAZ-2106” markalı avtomobilin arxa şüşəsinə öz “Tik Tok” səhifəsini yerləşdirmişdir. O, sonuncunun “Tik Tok” səhifəsini götürmüş və ona dostluq göndərdikdən sonra onunla münasibəti yaranmış, birbirlərinin telefon nömrələrini vermişlər. Ondan sonra Elməddinlə mütamadi olaraq telefon əlaqəsi saxlamış və görüntülü danışmışlar. Təqsirləndirilən şəxsla dəfələrlə Şəmkir şəhəri, H.Əliyev adına parkda görüşüb gəzmişlər. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs valideyinlərini onun üçün elçi göndərmiş, onun valideyinləri isə 16 yaşının tamam olmadığını bildirib öz narazlıqlarını bildirmişlər. Lakin o, Təqsirləndirilən şəxsla danışmağa davam etmiş, 2023-cü ilin avqust ayının yadında qalmayan günündə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayan zaman Elməddin onu qaçırmaq istədiyini bildirmiş və onlar razılaşmışlar. O, telefon danışığından sonra evdə heç kimə demədən çıxmış və Elməddinlə H.Əliyev adına parkda görüşmüşlər. Daha sonra onlar taksiyə əyləşərək Elməddinin Şəmkir rayonu, Daşbulaq kəndində yaşayan qohumu Nuranəgilə getmişlər. Elməddin onu Nurangildə qoyub evlərinə qayıtmışdır. Təxminən bir həftə həmin evdə qaldıqdan sonra, 13 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onu Şəmkir şəhəri, Şəhriyar küçəsində yerləşən evlərinə gətirmişdir. 2023cü ilin avqust ayının 13-də Təqsirləndirilən şəxs onun razılığı əsasında onunla cinsi əlaqədə olmuşdur. Sonradan Elməddin ondan üzrxahlıq etmiş, o da Elməddinlə barışmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin qanuni nümayəndəsi X5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Qızı Zərərçəkmiş şəxs xx.xx.2009-cu təvəllüdlüdür. X10 ilə təqsirləndirilən şxs Təqsirləndirilən şəxs arasında sevgi münasibətlərinin olduğunu bilmiş, Təqsirləndirilən şəxs valideyinləri bir neçə dəfə qızı Zərərçəkmiş şəxs üçün elçi gəlmiş, qızı Sevği Məhərəmlinin yaşının az olduğunu onlara deyərək narazılıq etmişdir. 2023-cü ilin avqust ayında Şəmkir rayon sakini Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs qaçırması barədə məlumatı olmuşdur. O, Şəmkir Rayon Polis Şöbəsinə və digr aidiyyatı orqanlara bu barədə məlumat verməmişdir. xx.xx.2023cü il tarixdə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilmiş, ona qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən qaçırılması barədə məlumat verilmiş və o da məlumatı təsdiq etmişdir. Elməddin onlardan üzrxahlıq etmiş, onlar da Elməddinlə barışmışlar, onun və qızının Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şahid2 onun doğma oğludur. Oğlu Təqsirləndirilən şəxs Şəmkir şəhər sakini Sevği adlı qızla münasibətinin olduğunu və bir birlərini sevdiyini əvvəlcədən bilmişdir. Ailə üzvləri Sevği üçün elçi getmişlər, lakin Sevğinin valideyinləri qızın yaşı az olduğu üçün Elməddinə ərə verməyə narazlıq etmişlər. 09 avqust 2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs evlənmək məqsədi ilə Zərərçəkmiş şəxs qaçırdığını eşitmişdir. Həmin gün saat 19 radələrində əri Şahid2 evə gəlmiş və ərinə Elməddinin Sevği adlı qızı evlənmək məqədi ilə qızın öz razılığı əsasında qaçırdığını bildirmiş, Şahid2 həmin vaxt Elməddinə əsəbləşmiş və hardan, kimlərin qohumu olduğunu və hara qaçırdığını soruşan zaman Elmədin ona qaçırdığı qızın azyaşlı olmasını demişdir. Elməddinə Sevği adlı qızı hara qaçırdığını və harada olduğunu bildirdikdə Elməddin Şəmkir rayonu, Daşbulaq kəndində yaşayan qohumu Nurangilə qaçırdığını bildirmişdir. Sonra Elçin ilə birlikdə gedib 13 avqust 2023-cü il tarixdə taksi ilə Sevğini evlərinə gətirmişlər. Sevğinin 14 yaşı olması sonradan ona polis şöbəsində məlum olmuşdur. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində yaşayır. O, evdə olan zaman Elməddin qızla birlikdə onlara gəlmiş, və o elə başa düşmüşdür ki, onlara qonaq gəlmişlər. Həmin vaxt Elməddin qızı qaçırtdığını və 2-3 gün onlarda qalmasını ondan xahiş etmişdir. O, Elməddinə heç bir etraz etmədən Sevğinin onlarda qalmasına razılıq vermişdir. Sonradan Elməddinin atası və anası gələrək Sevğini öz evlərinə aparmışdır. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin xx.xx.2023–cü il tarixli 986 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə–tibbi ekspertizasına əsasən aşağıdakı nəticəyə gəlirik:
1. Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi.
2. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti 13 avqust 2023-cü il tarixə uyğun gəlir.
3. Zərərçəkmiş şəxs arxa keçəcəyində və arxa keçəcəyi büzən əzələdə (sfinktorda) cüzi boşalma və arxa keçəcəkdə çat aşkar edildi, bu da onunla arxa keçəcəkdən cinsi əlaqələrin olmasına dəlalət edir. Cinayət işinin materiallarndan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı qətimkan tədbirinin əvvəli 12 fevral 2024-cü il tarixdən hesablanmışdır. Həmin vaxtdan hal-hazıradək ev dustaqlığındadır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2023-cü ildə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxx 2009-cu ildə anadan olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin xx.xx.2023–cü il tarixli 1341 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmiş, həmçinin Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patalogiya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatkik Ekspertizasının xx.xx.2023-cü il tarixli 724 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər və hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi faliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Zərərçəkmiş şəxs ona aqrşı törədilən qanunazidd əməl zamanı öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 152.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterzə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən iş üzrə onun cəzasını yüngülləşdirən, təkrar on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayətini törətməsini isə həmin Məcəllənin 61.1.1–ci maddəsinə əsasən iş üzrə onun cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Məhkəmə cəzanı ağırlaşdırılan və yüngülləşdirən halların mövcudluğunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsinin sanksiyası çərçivəsində minimum həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 12 fevral 2024–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Odur ki, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 fevral 2024–cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsinin sanksiyası çərçivəsində 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və 12 fevral 2024-cü il tarixdən ev dustaqlığında olması nəzərə alınaraq 12 fevral 2025ci il tarixdə həmin cəzası başa çatdığı üçün cəzasını çəkmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının başa çatdığı nəzərə alınmalı və onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2024–cü il tarixdən hesablansın və cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Taleh Musayev