Məhkəmə qərarları › İş №1(076)-60/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-60/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-60/2024 24.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X5 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəmkir Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 1(076)-260/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində çəkilməmiş 1 il 4 ay 4 gün azadlığın məhdudlaşdırılması cəzası olan, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Beləki, o, 19 sentyabr 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda Şəmkir rayonu Dəllər-Cəyir kəndindən tapdığı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İİ siyahısı ilə müəyyən edilən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metafetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 19 sentyabr 2023-cü il tarixdə Şəmkir rayon, Polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin tarixdə saat 15 radələrində Şəmkir rayonu Dəllər-Cəyir kəndində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qırmızı rəngli gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə, kustar üsulla hazırlanmış 1,045 qram miqdarında psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda ilk olaraq özünü təqsirli bilməsə də, məhkəmə istintaqının sonunda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ittihamda qeyd olunan narkotik vasitə onun üzərində olmamış, narkotik vasitəni polislər tərəfindən onun üzərinə qoyulmuşdur. O narkotik vasitələrdən istifadə edib, lakin onun narkotik vasitələrdən məcburi müalicəyə ehtiyyacı yoxdur. Belə ki, o tutulmamışdan əvvəl 6-7 ay əvvəl narkotik vasitələrdən istifadə etməmişdir. Onun qanından analiz sonradan o, türmədə olarkən götürülüb. O narkotik vasitənin onun olmaması ilə bağlı türmədə kəsici alət udub, özünü doğrayıb və özünə qəsd etməyə çalışıb. İstintaqda olarkən onun müstəntiqi onu aldadıb onu buraxacağını bildirib ona sənədləri imzaladıb. Onun günahı olmayıb. Onun üzərində narkotik vasitə olmayıb. 18.09.23-cü il tarixdə atasının yaşı olduğu üçün onların evində qonaqları olmuşdur. O həmin vaxt xəstə olmuş və belində şal olmuş, heç yerindən qalxa bilməmişdir. Küçədə maşın sürətli keçdiyi üçün o küçəyə çıxmış bu vaxt bir nəfər ağ rəngli chevrolet markalı minik maşından düşərək ona yaxınlaşmış və ondan yol soruşmuş bu vaxt başqa 2 nəfər mülki geyimdə İnar və Cavid onu zorla arxa qapını açaraq maşına mindirmişdir. Həmin vaxt onun elektron nəzarət vasitəsi də üzərində olmuşdur. O maşında olarkən ona “sən bu qədər böyümüsən, bütün kəndi zarazit eləmisən səni nazirlikdən istəyirlər” demişlər. O isə onu belə aparmağın yeri olmadığını onun özünə nə vaxt desələr gələcəyini bildirmişdir. Onu şöbəyə gətirmişlər. Şöbədə Vüqar məllim ona əgər narkotiki götürməsən atanı gətirəciyik demiş, o da bu səbəbdən narkotiki qəbul etmişdir. Ondan əvvəlcə müstəntiq Elşən izahat almış, o sadəcə imza etmişdir. Onu evlərinin qarşısında tutmuşlar kəndin mərkəzində tutmamışlar. Daha sonra isə Natiq 6-cı gün onu aldadıb 1-ci günü buraxacağını deyərək izahatı imzalamışdır. O video görüntü zamanı narkotik vasitənin onun olmasını bildirmişdir. O birinci dəfə tutulduqdan sonra da narkotik vasitədən istifadə etmişdir. Əlavə olaraq bildirir ki, onun bundan əvvəl 2 dəfə məhkumluğu olub. O, əvvəlcə də metanfetamindən istifadə edib və ona görə tutulub. Onu valideyini ilə hədələyib atasını tutacaqlarını bildirdikləri üçün o narkotiki tapdığını bildirmişdir. Polislərin onunla nə ədavətinin olmasını bilmir. Həmçinin onun ayağında elektron nəzarət vasitəsi olduğu üçün o ümumiyyətlə evdən çölə çıxmamışdır. Müstəntiq Elşənlə o telefonla danışan zaman Elşən içkili olduğu vaxt ona evdən çıxmamasını onu tutacaqlarını bildirmiş, o, həmdə bu səbəbdən də evdən çölə çıxmamışdır. O polis şöbəsində aldadılıb bir aya buraxacaqlarını bildirdikləri üçün o, video görüntüdə narkotikin ona aid olmasını bildirmişdir. O bundan əvvəldə günahsız olmuş, onun üzərinə narkotiki polislər tərəfindən qoyulmuş, ona bu səbəbdən azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. O polis şöbəsində olanda döyülməmiş, sadəcə onu bir aya buraxacaqlarını bildirdikləri üçün o inanmış və qəbul etmişdir. O narkotik vasitə istifadə etmişdir. Sonda Təqsirləndirilən şəxs çıxışı zamanı bildirdi ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli hesab edir, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. O, saxlanılarkən üzərində aşkar olunmuş metanfetamin onun özünə məxsus olmuşdur. Həmin psixotrop maddə metamfetamini 19 sentyabr 2023-cü il tarixdə yaşadığı Şəmkir rayonu Dəllər-Cəyir kəndindən tapmış, onun psixotrop maddəni satmaq niyyəti olmamış, onun sadəcə olaraq həmin narkotikdən istifadə etmək niyyəti olmuş, həmin narkotik vasitənin onun üzərində olmasından isə heç kimin məlumatı olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zor tətbiq edilməmişdir. O, törətdiyi cinayət əməlindən peşman olmasını, əməlini etiraf etməsini, himayəsində az yaşlı uşağının və xəstə anasının olmasını nəzərə alınaraq barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Şəmkir rayon polis şöbəsinin CAB-nin rəisi vəzifəsində xidmət edir. Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi yoxdur. 19 sentyabr 2023-cü il tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə Şəmkir RPŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra, zəruri əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və bundan sonra isə əməliyyat qrupu yaradılmışdır. O və Şəmkir rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 və CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmış, bundan sonra onlar əməliyyat qrupunun üzvləri ilə polis şöbəsinin xidməti avtomobilinə əyləşib Şəmkir rayonu, Dəllər-Cəyir kəndi istiqamətinə hərəkətə başlamış, Şəmkir rayonu, Dəllər-Cəyir kəndi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq polis əməkdaşı olduqlarını deyib özlərini təqdim etmiş və üzərində narkotik vasitə saxlamasında və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onlarla polis şöbəsinə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla polis şöbəsinə gəlmişdir. Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Nurlan Əliquluyev tərəfindən şübhəli şəxs qismində tutularaq ona qanunla müəyyən edilmiş qaydada hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə əynində olan qırmızı rəngli gödəkcənin sol yan cibindən 1 ədəd şəffaf sellofan çıxarmış və içərisində narkotik vasitəyə bənzər kütlə olduğunu bildirmişdir. Onun cibindən çıxardığı 01 ədəd şəffaf rəngli sellofan bükümə baxış zamanı içərisindəkinin psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin şəffaf rəngli sellofanın bükümlə birlikdə çəkisi müəyyən edilmiş, həmin kütlə ağ kağız zərfə qoyulub qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 118 nömrəli möhürü ilə möhürlənmşdir. Təqsirləndirilən şəxs qeyd olunan psixotop maddə olan metamfetamini yaşadığı kənd ərazisində yolun kənarından tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkil, polis kiçik leytenantı Şahid3, məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamış və iş üzrə tərəflərin xahişi ilə ifadəsi elan edilmiş şahidlər Şəmkir RPŞnin CAB-nin əməliyyat müvəkkil, polis kiçik leytenantı Şahid4 və Şəmkir rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 elan edilmiş ifadələrindən görünür ki, Şahid1 ifadəsində göstərilənləri təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri, narkotik vasitəni əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədilə vətəndaşların sorğusu, soraqlaşma, saxlandığı zaman üzərində şəxsi axtarış keçirilməsindən ötrü əməliyyat qrupu yaradılması və qrupun tərkibinin Şəmkir RPŞ-nin əməkdaşları Şahid1, Şahid2, Şahid4 və Şahid3 ibarət olması qərara alınmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında 19 sentyabr 2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. “Şəxsi axtarış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki qırmızı rəngli gödəkcənin sol cibindən bir ədəd şəffaf sellofanda büküm çıxararaq təqdim etmiş, həmin sellofan bükümü açıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə kiçik həcmli “Kinlle” markalı tərəzidə çəkilmiş və 1.14 qram olması müəyyən edilmişdir. Həmin kütlə bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 20 sentyabr 2023-cü il tarixli 16/937 nömrəli rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetaminə bənzər kütlə...” yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,045 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. “Cinayət işi başlanması və icraata qəbul edilməsi” haqqında 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 4(076)-209/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1879 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddədən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 16 noyabr 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı Şəmkir rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamini tapdığı yeri əli ilə göstərmişdir. Şəmkir Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 1(076)-260/2022 nömrəli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 06 iyul 2022-ci il tarixdən 02 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı və 02 avqust 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 2829/23-7 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 1(076)- 260/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm Şəmkir rayon İcra və Probasiya şöbəsinin icraatına xx.xx.2023cü il tarixdə daxil olmuş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış və hazırda hökm üzrə təyin edilmiş cəzasından xx.xx.2023-cü il tarixədək 07 ay 26 gününü çəkmiş, cəzasının çəkilməmiş qalan hissəsi 01 il 04 ay 04 gün təşkil edir. Şəmkir rayonu İHB-nin Dəllər qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 671 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Dəllər qəsəbəsində qeydiyyatda olmaqla Şəmkir rayonu Dəllər Cəyir kəndində yaşayır. Şəmkir rayonu İHB-nin Dəllər qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 672 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X2, anası X1, arvadı X3 və oğlu X4 ibarət ailə üzvləri vardır. Şəmkir rayonu İHB-nin Dəllər qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə heç bir yazılı şikayət ərizəsi daxil olmamışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edirki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən halldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum olunmasına və cəzasını çəkmədən yenidən qəsdən cinayət törətməsinə baxmayaraq onun əməli cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını, üzərində çəkilməmiş cazısının olmasını və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 1(076)-260/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəzanın 01 il 04 ay 04 gün hissəsini çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.və 68.1.1-1.-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 1(076)-260/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzanın çəkilməmiş qalan 01 il 04 ay 04 gün hissəsi Azərbaycan Respublikası CM-nin 6868.1–ci və 68.1.1–1–ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq azadlıqdan məhrumetmə növündə cəzaçəkmə müəssisəsində cəza çəkmədiyindən Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 19 sentyabr 2023-cü il tarixdən hesab olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 1(076)- 260/2022 saylı hökm ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1–ci və 68.1.1–1–ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla 08 (səkkiz) ay 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.995 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman görüntülərin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 11 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 1(076)-260/2022 saylı hökm ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1–ci və 68.1.1–1–ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla 08 (səkkiz) ay 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 19 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.995 qram psixotrop maddə metanfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman görüntülərin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 66 (altmış altı) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar