Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-60/2025 08.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Şəmkir rayonu, Dəllər qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olan və yaşan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdə və istintaqa məlum olmayan vaxtda Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçən dəmir yolu xəttinin kənarından tapıb satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi bir ədəd kibrit qutusunda "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr"in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla yaşadığı evə aparmaq üçün daşımış, Şəmkir rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 30 may 2024-cü il tarixdə, saat 16:15 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğundan Şəmkir rayonu Dəllər qəsəbəsində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibində bir ədəd kibrit qutusunda, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 7.22 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayon Dəllər qəsəbəsində yerləşən avtomobil təmiri sexində dəmirçi-malyar işləyir. X7 ilə evlidir, birgə nikahlarından doğulan 2012-ci il təvəllüdlü X8 və 2013-cü il təvəllüdlü X5 himayəsində yaşayırlar. Uzun müddətdir narkotik vasitə olan nəşə kimi tanıdığı marixuana qəbul edir. 29 may 2024-cü il tarixdə səhər saatlarında Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisindən keçən dəmir yolu xəttinin kənarı ilə Dəllər Cəyir kəndi istiqamətində gedərkən dəmir yolu xəttinin kənarında gözünə kibrit qutusu sataşmış, adətən nəşə kimi tanınan narkotik vasitə kibrit qutusunda saxlandığı üçün diqqətini çəkmiş, o, əyilib yerdən həmin kibrit qutusunu götürmüş və içərisini açıb baxdıqda narkotik vasitə marixuana olduğunu görmüşdür. Həmin narkotik vasitə ilə dolu olan kibrit qutusunu götürüb, cibinə qoyub oradan uzaqlaşmışdır. Həmin kibrit qutusu da cibində qalmışdır. 30 may 2024-cü il tarixdə saat 16 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsində olduğu zaman polis əməkdaşları gəlib ona yaxınlaşaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərinə hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı narkotik vasitə istifadə edibetməməyi və üzərində narkotik vasitə və sair qanunsuz əşya, predmet olub-olmaması barədə sual verildikdə, narkotik vasitə istifadəçisi olduğunu bildirmiş, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmiş, daha sonra müdafiəçisi Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin üzərində bundan başqa narkotik vasitə və sair əşya aşkar edilməmişdir. O, törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirmişdir. Heç kimdən narkotik vasitə almamış, üzərindən aşkar edilmiş narkotik vasitəni isə şəxsi istifadəsi üçün əldə edib saxlamış, o, narkotik vasitə olan marixuanadan heç kimə satmamış, satmaq niyyəti olmamışdır və ya kiməsə hədiyyə də verməmişdir. Uzun müddətdir ki, narkotik vasitə istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar tanıyır. 30 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri əldə edib saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün tərəfindən rayon polis şöbəsinin rəisinə raportla müraciət edilmişdir. Rayon polis şöbəsinin rəisi tərəfindən əməliyyat tədbirlərinin keçirilməsinə razılıq verildikdən sonra tərəfindən tədbirlərin keçirilməsinə dair qərar qəbul edilmiş və daha sonra əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmaqla həmin qrupa rəhbərlik CAB-nin rəisi, polis mayoru Şahid3 həvalə edilmişdir. Əməliyyat qrupu Şəmkir RPŞ-nin CAB-nin rəisi, polis mayoru Şahid3 və PPX bölüyünün polis nəfəri Şahid2 ibarət olmuşdur. Əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Dəllər qəsəbəsinə gedilmiş, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Dəllər qəsəbəsində saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmiş, sonradan məlumatı olmuş ki, Şəmkir RPŞ-nin inzibati binasında təhqiqat bölməsinin təhqiqatçısı Pərvin Pirverdiyev tərəfindən dəvət edilmiş vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmasında şəxsən iştirak etməsədə də Təqsirləndirilən şəxs üzərindən 10,13 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürüldüyü məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, Şəmkir rayon polis şöbəsinin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir, polis serjantı rütbəsi daşıyır. Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi yoxdur. 19 iyun 2024-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin CAB-nin əməkdaşları, yəni, CABnin rəisi Şahid3, əməliyyat müvəkkili Şahid1 və PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 tərəfindən narkotik vasitələr qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs polis şöbəsinin inzibati binasına gətirilmiş, Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Pirverdiyev tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra ona qanunla müəyyən edilmiş qaydada hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunandan sonra Şəmkir rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı ona təqdim olunmuş, təqdim olunmuş siyahı üzrə Şəmkir rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqlarının müdafiə etməsini istədiyini bildirmiş, vəkil Müdafiəçi qismində dəvət olunandan sonra Təqsirləndirilən şəxs üzərində video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılacağı bildirilmiş, iştirakçılar tərəfindən şəxsi axtarış zamanı video çəkilişdən istifadə olunması barədə hər hansı bir narazılıq daxil olmamış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və prekursorları olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmiş, kibrit qutusunun içərisində yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmiş, aşkar edilmiş kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilən zaman kibrit qutusu ilə birlikdə 10,13 qram təşkil etmiş, aşkar olunmuş narkotik vasitə marixuanaya bənzər kütlə zərfə qoyularaq ekspertiza üçün qablaşdırılmış və DİN-nin saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, Şəmkir rayon polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir, polis serjant rütbəsi daşıyır. Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar tanıyır. 30 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri əldə edib saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün tərəfindən rayon polis şöbəsinin rəisinə raportla müraciət edilmişdir. Rayon polis şöbəsinin rəisi tərəfindən əməliyyat tədbirlərinin keçirilməsinə razılıq verildikdən sonra tərəfindən tədbirlərin keçirilməsinə dair qərar qəbul edilmiş və daha sonra əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmaqla həmin qrupa rəhbərlik CAB-nin rəisi, polis mayoru Şahid3 həvalə edilmişdir. Əməliyyat qrupu Şəmkir RPŞ-nin CAB-nin rəisi, polis mayoru Şahid3 və PPX bölüyünün polis nəfəri Şahid2 ibarət olmuşdur. Əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Dəllər qəsəbəsinə gedilmiş, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Dəllər qəsəbəsində saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmiş, sonradan məlumatı olmuş ki, Şəmkir RPŞ-nin inzibati binasında təhqiqat bölməsinin təhqiqatçısı Pərvin Pirverdiyev tərəfindən dəvət edilmiş vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmasında şəxsən iştirak etməsədə də Təqsirləndirilən şəxs üzərindən 10,13 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürüldüyü məlum olmuşdur İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış aparılması barədə” 30 may 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərində olan qara rəngli qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit təmiz çəkisi 10.13 qram narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının 11 iyun 2024-cü il tarixli 16/680 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi 7,22 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. (Qeyd: marixuana təmiz çəkisi 7,22 qram tədqiqata sərf edildi-0,03 qr, qalıq – 7,19 qram) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 07 sentyabr 2024-cü il tarixli, 1561 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə çəkilməmiş 03 ay 03 gün müddətinə azad olunmuşdur. Şəmkir rayon Dəllər qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. “Şübhəli şəxsi tutma haqqında” 30 may 2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 01 iyun 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 01 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X6 azad edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 06 avqust 2024cü il tarixli qərarından görünür ki, xx.xx.1989-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan olması və tutularaq Şəmkir RPŞ-nin İstintaq Bölməsinə təqdim edilməsi qərara alınmışdır. “Axtarışda olmuş şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyatmüvəkkiləri tərəfindən keçirilmiş axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 12:40 radələrində Şəmkir rayon ərazisində saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. AZ-İİİ seryalı 473460 nömrəli və AZ-İİİ seryalı 473459 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 ata qrafasında Təqsirləndirilən şəxs qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı (kannabis) əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdə axtarış üzrə tutulduğu 01 gün, cəmi 03 gün müddət, azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 03 (üç) gün müddət təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 08 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni güvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 7,19 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 15 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın hər saatına görə 6 manat olmaqla cəmi 90 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 30.40 manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: KOD- 210005, VÖEN–**********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və xx.xx.2024-cü il tarixdə axtarış üzrə tutulduğu 01 gün, cəmi 03 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan Şəmkir Rayon Polis Şöbəsinin Saxlanc anbarında saxlanılan 7,19 qram qurudulmuş marixuana məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-60/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-60/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver