Məhkəmə qərarları › İş №1(076)-61/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-61/2023

15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-61/2023 15.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxxxx 1983–cü il tarixdə Ermənistan, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı, bir nəfər yetkinlik yaşına çatmayan uşaqları olan, məhkumluğu olmayan işləməyən, Şəmkir rayonu, Sarıtəpə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək niyyəti ilə Mingəçevir rayon sakini X2 aldadaraq ona cərrahi ürək əməliyyatı keçirdiyinə görə yaranmış xəstəliyi ilə əlaqədar olaraq əlilliklə bağlı pensiya verilməsində köməklik göstərəcəyinə dair yalandan vədlər verərək 2020– ci ilin noyabr ayından 2021–ci ilin fevral ayınadək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan vaxtlarda X4 şəhərində yerləşən “Qədiroğlu” marketin qarşısındakı avtomatlaşdırılmış ödəmə terminalından "xxxx" ASC tərəfindən verilmiş özünə məxsus 4****4223 saylı bank kartına, ******************** saylı hesab nömrəsinə birinci dəfə 1.500 (bir min beş yüz) manat, ikinci dəfə 1.500 (bir min beş yüz) manat, üçüncü dəfə 500 (beş yüz) manat olmaqla, ümumilikdə 3.500 (üç min beş yüz) manat məbləğində pulu köçürtdürməklə, sonuncu dəfə isə 2021–ci ilin fevral ayında Şəmkir rayonunda yerləşən “Dörd yol” adlanan ərazidə görüşərək sonuncudan eyni məqsədlə 1.500 (bir min beş yüz) manat məbləğində pulu alaraq vahid niyyətlə zərərçəkmiş şəxs Ramil Rüstəmova məxsus ümumilikdə 5.000 (beş min) manat pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində özünü təqsirli bilməsə də, sonrakı məhkəmə baxışı iclaslarında özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, X2 təxminən 2016–cı il tarixdən tanıyır. O, 2016–cı il tarixdə Mingəçevir şəhərində yaşamış, həmin müddət ərzində kirayə yaşadığı evlə Ramil qonşuluqda yaşamışdır. 2017–ci il tarixdə Türkiyə Respublikasına işləməyə getmiş, Türkiyə Respublikasında olduğu vaxt ərzində Ramillə münasibəti davam etmişdir. 2018–ci il tarixdə yay aylarında Türkiyə Respublikasında oturma izini bitdiyi üçün Azərbaycan Respublikasına geri qayıtmalı olmuşdur. Türkiyə Respublikasından qayıtdıqdan sonra Şəmkir rayonu, Sarıtəpə kəndində yaşamağa davam etmiş, daimi olaraq Mingəçevir şəhərinə gedib–gəlmişdir. Həmin müddət ərzində Ramillə münasibətləri davam etmiş, təxminən 2020–ci ilin noyabr–dekabr aylarında Ramillə söhbət edən zaman sonucu ona Müdafiə Nazirliyinə hərbi əməliyyatlarda iştirak etmək məqsədilə müraciət etdiyini, lakin ona hərbi əməliyyatlarda iştirak etməyinə icazə verilmədiyini demişdir. Nə səbəbdən icazə verilmədiyini soruşduqda Ramil ehtiyatda olan hərbi qulluqçu olduğunu demiş, ona Müdafiə Nazirliyinin Hərbi Hospitalında ürək əməliyyatı olunmağı ilə əlaqədar olaraq qeydiyyatda olduğunu yəqinki bu səbəbdən hərbi əməliyyatlarda iştirak etməyinə icazə verilmədiyini demişdir. O, isə Ramilə ürək əməliyyatı olunmağı ilə əlaqədar olaraq pensiya düzəltməkdə köməklik edə biləcəyini demişdir. Belə ki, o, Ramilə 2016–ci il tarixdə əməliyyat olunduğu tarixdən pensiya düzələn tarixədək olan bütün aylıq pensiya ödənişlərini alacağını demişdir. Bundan sonra təxminən 2020–ci ilin noyabr ayından 2021–ci ilin fevral ayınadək olan müddət ərzində Ramilin 5.000 manat pulunu ələ keçirmişdir. Belə ki, qeyd etdiyi müddət ərzində X5 şəhərində yerləşən “Qədiroğlu” marketin qarşısındakı avtomatlaşdırılmış ödəmə terminalından "xxxx" ASC tərəfindən verilmiş özünə məxsus bank kartına birinci dəfə 1.500 (bir min beş yüz) manat, ikinci dəfə 1.500 (bir min beş yüz) manat, üçüncü dəfə 500 (beş yüz) manat olmaqla, ümumilikdə 3.500 (üç min beş yüz) manat məbləğində pulu köçürmüş, sonuncu dəfə isə 2021–ci ilin fevral ayında Şəmkir rayonunda yerləşən “Dörd yol” adlanan ərazidə görüşərək Ramildən 1.500 (bir min beş yüz) manat məbləğində pulu almışdır. Lakin Ramilə söz verdiyi kimi pensiyanın düzəldilməsidə köməklik edə bilməmişdir. Bundan sonra Ramilə bu barədə məlumat verərək işinin düzəlmədiyini demişdir. Ramil isə ondan pulunu geri tələb etmişdir. Lakin maddi imkanı olmadığından Ramilin pulunu qaytara bilməmiş, bu səbəbdən sonuncu onun barəsində polisə müraciət etmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2017–ci il tarixdən tanıyır və çox yaxın münasibətləri olmuşdur. O, yaşadığı Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu dövr ərzində Emini dəfələrlə Mingəçevir şəhərində müxtəlif ünvanlara və başqa rayonlara aparmışdır. Onun Eminlə sıx əlaqəsi olduğundan aralarında dostluq münasibətləri yaranmışdır. Eminlə münasibət qurduqdan sonra Emin onun ehtiyatda olan hərbi qulluqçu olduğunu və ürək əməliyyatı keçirdiyini bilmişdir. O, 2016–cı il tarixdə ürək əməliyyatı olunmuş, bunu söhbət zamanı təsadüfən Eminə danışmışdır. Emin 2020–ci ilin noyabr ayında təkrar Mingəçevir şəhərinə qonaq gəlmiş və onunla telefon əlaqəsi saxlayaraq görüşmək istədiyini demişdir. Onların münasibətləri yaxşı olduğu üçün onunla görüşməyə razılıq vermişdir. Bundan sonra Emin yaşadığı evə gələrək onu evdən götürmüşdür. Onlar birlikdə Mingəçevir şəhərinin mərkəzində yerləşən çayxanaya getmişlər. O, Eminlə söhbət edən zaman ondan nə işlə məşğul olduğunu soruşmuş, Eminə heç bir işlə məşğul olmadığını demişdir. O, Eminə Müdafiə Nazirliyinə hərbi əməliyyatlarda iştirak etmək məqsədilə müraciət etdiyini, lakin ona hərbi əməliyyatlarda iştirak etməyinə icazə verilmədiyini demişdir. Emin ondan nə səbəbdən icazə verilmədiyini soruşduqda ona ehtiyatda olan hərbi qulluqçu olduğunu demiş, ona Müdafiə Nazirliyinin Hərbi Hospitalında ürək əməliyyatı olunmağı ilə əlaqədar olaraq qeydiyyatda olduğunu yəqinki bu səbəbdən hərbi əməliyyatlarda iştirak etməyinə icazə verilmədiyini demişdir. O, Eminlə çayxanada bu barədə söhbət edən zaman Emin ona ürək əməliyyatı olunmağı ilə əlaqədar olaraq pensiya düzəltməkdə köməklik edə biləcəyini demişdir. Emin ona pensiya düzəltməsini təklif etmiş, Eminə elə bir şeyə ehtiyac olmadığını desə də, Emin əl çəkməyərək ona pensiya düzəltməkdə köməklik edəcəyini demişdir. Emin onun 2016–ci il tarixdə əməliyyat olunduğu tarixdən pensiya düzələn tarixədək olan bütün aylıq pensiya ödənişlərini alacağını demişdir. O, həmin vaxt Eminə bu işləri istəmədiyini, pulu ilə pensiya çıxmaq istəmədiyini demiş, Emin ona “narahat olma, sənin elə çox xərcin çıxmayacaq, sənə az məbləğ qarşılığında pensiya düzəltdirəcəm”–demişdir. O, razılaşmasa da, Emin ondan əl çəkməmiş, həmin günün sabahsı Emin yaşadığı evə gələrək onun ürək əməliyyatı olunmağı ilə əlaqədar olaraq tibbi kitabçasının və ürək əməliyyatı olunmağı ilə əlaqədar olan tibbi sənədlərin şəkilini çəkmişdir. O, Emin onun sənədlərinin şəkilini çəkdikdən sonra dostu olduğunu, həmin dostunun adının Şahin olduğunu demişdir. O, sənədləri Şahin adlı şəxsə göndərdiyini, sənədlər yoxlandıqdan sonra onunla əlaqə saxlayacağını demişdir. Təxminən 2020–ci il noyabır ayının ortalarında Eminə pul verməzdən bir–iki gün əvvəl onunla telefon vasitəsilə əlaqə saxlayaraq Şahindən xəbər olduğunu demişdir. O, Eminlə Mingəçevir şəhərində çayxanada görüşmüş, Emin ona Şahinin onu aldatdıqlarını demişdir. Emin ona İ qrup əlillik düşdüyünü, həmçinin almadığı müddət ərzində olan ödənişləri kompensasiya qismində alacağını demişdir. Emin onun yanında tanımadığı şəxsə zəng edərək həmin şəxsin Hərbi prokurorluqda işləyən dostu olduğunu demişdir. Emin telefonda həmin şəxslə danışaraq onun yaxın dostu olduğunu, hətta ailəsini ona etibar etdiyini demişdir. Emin həmin şəxsə bu işi həll etməkdə köməklik etmək lazım olduğunu demiş, həmin şəxsin Eminə nə cavab verdiyini bilməmişdir. Daha sonra Emin ona bu işlərin 10.000 (on min) manata həll olduğunu, lakin ona dostu olduğu üçün həmin işi aşağı məbləğə həll edəcəyini demişdir. O, Eminlə razılaşmış və Emin çıxıb getmişdir. Təxminən iki–üç gün keçdikdən sonra Emin onunla telefonla əlaqə saxlayaraq işin həll olunması üçün 5.000 (beş min) manat pul lazım olduğunu demişdir. O, Eminə pulu olmadığını, kredit, borc və sələm götürərək həmin pulu təşkil edəcəyini demişdir. Emin ona “narahat olma, üç ay ərzində sənin pensiyan həll olacaq”– demişdir. O, əgər üç ay ərzində onun pensiyası düzəlməsə onun pulunu, həmçinin üzərinin faizini verəcəyini demişdir. O, Eminə inandığı üçün razılaşmışdır. Emin 17 noyabr 2020–ci il tarixdə dəqiq xatırlamadığı saatda onunla əlaqə saxlayaraq işin həll olunması üçün ona 1.500 (bir min beş yüz) manat pul göndərməyini demişdir. O, həmin gün pulu təşkil etmiş, Eminlə əlaqə saxlayaraq pulun hazır olduğunu demiş, Emin ona elektron pul köçürmə terminalına gedib onunla əlaqə saxlamağını demişdir. O, Eminlə razılaşmış, həmin gün xx.xx.2020–ci il tarixdə Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən "Qədiroğlu” marketin yaxınlığına getmiş, həmin marketin qarşısında olan terminalın yanında olan zaman Eminə məxsus 070–517–57–57, 077–353–55–58 və 050–353–55–58 saylı mobil nömrələrdən birinə zəng edib Eminin ona seriya nömrəsini dediyi, Təqsirləndirilən şəxs adına olan bank kartına 1.500 (bir min beş yüz) manat pul göndərmişdir. O, daha sonra Eminlə əlaqə saxlayan zaman Emin ona “narahat olma pul kartıma köçdü”– demiş, həmçinin, Emin ona narahat olmamasını Şahinin özünün pulu kartından götürəcəyini demişdir. Onun həmin pul göndərməyi barədə çek hazırda da ondadır. Bundan sonra Emin 18 noyabr 2020–ci il tarixdə onunla telefon vasitəsilə əlaqə saxlayaraq ona əlavə olaraq işin həll olunması üçün 1.500 (bir min beş yüz) manat pul vermək lazım olduğunu demişdir. O, Eminə pulu olmadığını borc və ya sələm təşkil edəcəyini demiş, Emin ona “narahat olma, bir–birimizi tanımırıqmı, mən sənin pulunu yeyəcək qədər şərəfsiz deyiləm”– demişdir. O, Eminə inandığı üçün həmin günün sabahsı Mingəçevir şəhərində yerləşən Bank Respublikaya gedərək 1.600 (bir min altı yüz) manat pul krediti götürmüş, həmin pulu götürdükdən sonra Eminlə əlaqə saxlayıb pulun hazır olduğunu demişdir. Emin ona terminal yanına gedərək onunla əlaqə saxlamağı demiş, 19 noyabr 2022–ci il tarixdə təkrarən Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Qədiroğlu” marketə yaxınlaşmış, Təqsirləndirilən şəxs ilə telefon vasitəsilə əlaqə saxlamışdır. Eminin telefonda ona dediyi, Eminə məxsus Kapital bank kartına terminal vasitəsilə 1.500 (bir min beş yüz) manat pul göndərmişdir. Eminlə telefonla əlaqə saxladıqda pulun onun kartına çatdığını demişdir. Təxminən 10 gün keçdikdən sonra Emin ona zəng vuraraq yenidən 500 (beş yüz) manat pul lazım olduğunu demişdir. O, Eminə pulu olmadığını, təşkil edə bilsə əlaqə saxlayacağını demiş, bundan sonra borc olaraq 500 (beş yüz) manat pul təşkil edərək Eminlə əlaqə saxlayıb ona pulu hazır etdiyini demişdir. Emin pulu onun kartına göndərməyini demişdir. O, Eminlə razılaşmış, Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Qədiroğlu” marketə yaxınlaşmış, Eminlə telefon əlaqəsi saxlamışdır. Eminin telefonda dediyi ona məxsus Kapital bank kartına terminal vasitəsilə 500 (beş yüz) manat məbləğində pul göndərmiş, Emin pulun onun kart balansına daxil olduğunu demiş, Emin ona narahat olmamasını, tezliklə işinin həll olacağını demişdir. O, Eminə “narahat olma, nəsə problem olsa həmin pulu faizi ilə birlikdə özüm ödəyəcəm”–demişdir. Təxminən 10–15 gün Eminlə əlaqə saxlamamış, telefon vasitəsilə əlaqə saxlamaq istəsə də, əlaqə saxlaya bilməmişdir. O, daha sonra Eminlə əlaqə saxlayıb işi barədə danışdıqda Emin ona “narahat olma, sənə pensiya düzəltmək üçün iş gedir, tezliklə sənin işini həll edəcəyik”–demişdir. Bundan sonra Eminə heç bir söz deməmiş, Emin onunla telefon vasitəsi ilə danışan zaman ona adi zəng etməməyini, telefonlarının nəzarətdə olduğunu demişdir. Emin ondan onunla yalnız WHATSAP proqramı vasitəsilə əlaqə saxlamağını istəmişdir. O, Emindən səbəbin soruşduqda telefonun izləndiyini demişdir. Təxminən 2021–ci ilin fevral ayında Emin təkrar ona zəng vuraraq işin yekun həll olunması üçün 1.500 (bir min beş yüz) manat pul lazım olduğunu demiş, Emin ona işin artıq hazır olduğunu, pensiyasının təsdiq olunması üçün 1.500 (bir min beş yüz) manat pul göndərməli olduğunu demidşir. O, telefonda Eminə pulunun olmamasını, ancaq faizlə pul götürə biləcəyini demiş, Emin telefonda ona “faizlə pul götür, narahat olma, nəsə problem yaransa mən ödəyəcəm”–demişdir. Bundan sonra qaynı Şahid1lə danışaraq ondan 1.500 (bir min beş yüz) manat ona borca pul təşkil etməsini xahiş etmişdir. Sənan onun qızıllarını tanımadığı tanışına girov qoyub 1.500 manat sələmə pul təşkil etmişdir. O, pulu götürdükdən sonra Eminə zəng vuraraq pulun hazır olduğunu demiş, Emin telefonda ona pulu vermək üçün Şəmkir rayonuna gəlməyini demişdir. Eminə əziyyət olduğunu, pulu karta göndərə biləcəyini demiş, Emin ona görüşməyi və pulu verməyi demişdir O, Eminə hansı səbəbdən pulu karta göndərməyə razı olmadığını soruşduqda, Emin ona “gəl görüşək, ətraflı sənə izah edim ki, iş nə yerdədi”–demişdir. 2021–ci ilin fevral ayında yol avtomobili ilə Şəmkir şəhəri ərazisində yerləşən “Dörd yol” adlanan yerdə olan dairənin yanına gəlmişdir. O, həmin yerdə Eminlə görüşüb onunla söhbət etmiş, Emin ona “narahat olma, işin hazırdı, sənin işin artıq təsdiq olunmaq üçün təqdim edilib”–demişdir. Emin 21 gün ərzində işinin təsdiq olunacağını, ona bankdan kod gələcəyini, həmin kod ilə bankdan kompensasiya məbləğini və pensiyasını alacağını demişdir. O, həmin yerdə üzərində olan 1.500 (bir min beş yüz) manat məbləğində pulu sayaraq Eminə vermiş, təxminən üç– dörd ay Eminlə ümumiyyətlə əlaqə saxlaya bilməmişdir. Daha sonra Eminlə telefonda danışan zaman onun işinin düzəlməsi barədə soruşduqda Emin ona boğazından əməliyyat olunduğunu, narahat olmamasını, işinin düzəldiyini demişdir. Bundan sonra Eminə faizlə götürdüyü pulu və krediti ödəyə bilmədiyini demiş, Emin telefonda vəziyyətinin pis olduğunu, əlinə pul düşdükdə göndərəcəyini demiş, bir müddət keçdikdən sonra Eminlə yenidən əlaqə saxlamaq istəyən zaman Emin telefonda işin düzəlmədiyini demişdir. O, telefonda Emindən işin niyə düzəlmədiyini soruşduqda ona Şahinin tutulduğunu demişdir. Emin onun pulunu özünün qaytaracağını demiş, Emindən pulunu geri qaytarmasını tələb etdikdə Emin ona səbrli olmağını və pulunu qaytarcağını demişdir. Sonradan Eminlə dəfələrlə telefonla əlaqə saxlamağa çalışmış, lakin əlaqə saxlaya bilməmişdir. Eminin telefonuna zəng çatmadığı və ona qarşı dələduzluq etdiyi üçün Şəmkir RPŞ–yə gələrək ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona onun işini Hərbi Prokurorluqda işləyən tanışı Şahin adlı şəxs vasitəsilə həll edəcəyini demiş, lakin Şahin adlı şəxsi görməmiş, həmin şəxslə telefonla və hər hansı digər formada əlaqə saxlamamışdır. Emin ona həmin şəxsin heç kimlə danışmadığını demişdir. O, Eminin onu aldadaraq ələ keçirdiyi pulun hamısını Eminə vermişdir. Bununla belə hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, X6 onun əridir. Ramil 2010–cu il tarixdən 2016–ci il tarixədək olan vaxt ərzində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmiş, 2016–cı il tarixdə hərbidən tərxis olduqdan sonra ürək əməliyyyatı olunmuşdur. Ramil əvvəllər taksi fəaliyyəti ilə məşğul olan zaman Təqsirləndirilən şəxsla tanış olmuş, həmin vaxtdan onların aralarında münasibət yaranmışdır. Ramil 2020–ci ilin noyabr ayında təkrar Mingəçevir şəhərində Eminlə görüşüb söhbət edən zaman Eminə Müdafiə Nazirliyinə hərbi əməliyyatlarda iştirak etmək məqsədilə müraciət etdiyini, hərbi əməliyyatlarda iştirak etməyinə icazə verilmədiyini demişdir. Ramil Eminlə danışan zaman Eminə Müdafiə Nazirliyinin Hərbi Hospitalında ürək əməliyyatı olunmağı ilə əlaqədar olaraq qeydiyyatda olduğunu yəqinki bu səbəbdən hərbi əməliyyatlarda iştirak etməyinə icazə verilmədiyini demişdir. Emin Ramilə ürək əməliyyatı olunmağı ilə əlaqədar olaraq pensiya düzəltməkdə köməklik edə biləcəyini demişdir. Emin Ramilə pensiya düzəltməyi təklif etmiş, ondan əl çəkməyərək pensiya düzəltməkdə köməklik edəcəyini demiş və onun 2016–ci il tarixdə əməliyyat olunduğu tarixdən pensiyası düzələn tarixədək olan bütün aylıq pensiya ödənişlərini alacağını demişdir. Ramil Eminə bu işləri istəmədiyini, pulu ilə pensiya çıxmaq istəmədiyini desə də Emin əl çəkməmişdir. Bundan sonra Emin Ramillə birlikdə yaşadıqları evin yaxınlığına gəlib sənədlərin şəkillərini çəkib götürmüşdür. Təxminən 2020–ci il noyabır ayının ortalarında Eminə pul verməzdən bir–iki gün əvvəl Emin Ramillə telefon vasitəsilə əlaqə saxlayaraq işi düzəldən Şahin adlı şəxsədn xəbər olduğunu demiş, X7 şəhərində çayxanada görüşmüşdür. Emin Ramilə İ qrup əlillik düşdüyünü, həmçinin almadığı müddət ərzində olan ödənişləri kompensasiya qismində alacağını demişdir. Emin Ramilin yanında tanımadığı şəxsə zəng edərək həmin şəxsin Hərbi prokurorluqda işləyən dostu Şahin olduğunu demiş, Emin telefonda həmin şəxslə danışaraq Ramilin yaxın dostu olduğunu, hətta ailəsini Ramilə etibar etdiyini demişdir. Emin həmin şəxsə bu işi həll etməkdə köməklik etmək lazım olduğunu demişdir. Emin Ramilə bu işlərin 10.000 (on min) manata həll olduğunu, lakin Ramillə dost olduğu üçün həmin işi aşağı məbləğə həll edəcəyini demişdir. 17 noyabr 2020–ci il tarixdə Emin Raminlə əlaqə saxlayaraq işin həll olunması üçün ona 1.500 (bir min beş yüz) manat pul göndərməyini demişdir. Ramil həmin gün pulu təşkil etmiş, Eminlə əlaqə saxlayaraq pulun hazır olduğunu demiş, xx.xx.2020–ci il tarixdə Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən "Qədiroğlu” marketin yaxınlığında yerləşən terminal vasitəsilə Təqsirləndirilən şəxs adına olan bank kartına 1.500 (bir min beş yüz) manat pul göndərmişdir. Ramil daha sonra Eminlə əlaqə saxlayan zaman Emin Ramilə narahat olmamasını pulun karta köçdüyünü demişdir. Bundan sonra Emin 18 noyabr 2020–ci il tarixdə onunla telefon vasitəsilə əlaqə saxlayaraq Ramilə əlavə olaraq işin həll olunması üçün 1.500 (bir min beş yüz) manat pul vermək lazım olduğunu demiş, Ramil Eminə pulları olmadığını borc və ya sələm təşkil edəcəyini demişdir. Ramil Eminə inandığı üçün həmin günün sabahsı Mingəçevir şəhərində yerləşən Bank Respublikaya gedərək 1.600 (bir min altı yüz) manat pul krediti götürmüşdür. 19 noyabr 2022–ci il tarixdə təkrarən Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Qədiroğlu” marketin yaxınlığındakı terminal vasitəsilə Təqsirləndirilən şəxs məxsus Kapital bank kartına terminal vasitəsilə 1.500 (bir min beş yüz) manat pul göndərmişdir. Təxminən 10 gün keçdikdən sonra Emin Ramilə zəng vuraraq yenidən 500 (beş yüz) manat pul lazım olduğunu demişdir. Ramil Eminə pulları olmadığını, təşkil edə bilsə əlaqə saxlayacağını demişdir. Ramil bundan sonra borc olaraq 500 (beş yüz) manat pul təşkil edərək Eminlə əlaqə saxlayıb ona pulu hazır etdiyini demiş, Emin Ramilə pulu onun kartına göndərməyini demişdir. Ramil Eminlə razılaşmışdır. Ramil Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Qədiroğlu” marketə yaxınlaşmış, Eminlə telefon əlaqəsi saxlamış, Eminin telefonda ona dediyi Eminə məxsus Kapital bank kartına terminal vasitəsilə 500 (beş yüz) manat məbləğində pul göndərmişdir. Emin Ramilə narahat olmamasını, tezliklə işinin həll olacağını, nəsə problem olsa həmin pulu faizi ilə birlikdə özü ödəyəcəyini demişdir. Ramil Eminə inandığı üçün heç bir şey deməmiş, həmin pul göndərməyi haqqında çekləri özlərində saxlamışdır. Emin təxminən 10–15 gün Ramillə əlaqə saxlamamış, Ramil Eminlə telefon vasitəsilə əlaqə saxlamaq istəsə də əlaqə saxlaya bilməmişdir. Ramil daha sonra Eminlə əlaqə saxlayıb işi barədə danışdıqda Emin Ramilə “narahat olma, sənə pensiya düzəltmək üçün iş gedir, tezliklə sənin işini həll edəcəyik”– demişdir. Emin bundan sonra təxminən 2021–ci ilin fevral ayında Ramillə təkrar zəng vuraraq əlaqə saxlayıb işin yekun həll olunması üçün 1.500 (bir min beş yüz) manat pul lazım olduğunu demişdir. Emin Ramilə işin artıq hazır olduğunu, pensiyanın təsdiq olunması üçün 1500 (bir min beş yüz) manat pul göndərməli olduğunu demişdir. Ramil Eminə pullarının olmadığını, ancaq faizlə pul götürə biləcəklərini demişdir. Emin telefonda Ramilə “faizlə pul götür, narahat olma, nəsə problem yaransa mən ödəyəcəm”–demişdir. Ramil bundan sonra qardaşı Şahid1lə danışaraq ondan 1.500 (bir min beş yüz) manat borca pul təşkil etməsini xahiş etmiş, Sənan onun qızıllarını tanımadığı tanışına girov qoyub 1.500 manat sələmə pul təşkil etmiş, Ramil pulu götürdükdən sonra Eminə zəng vuraraq pulun hazır olduğunu demişdir. Emin telefonda Ramilə pulu vermək üçün Şəmkir rayonuna gəlməyini demişdir. Ramil bundan sonra 2021–ci ilin fevral ayında Şəmkir rayonuna gedərək Eminə 1.500 (bir min beş yüz) manat pul vermişdir. Bundan sonra təxminən üç–dörd ay Ramil Eminlə ümumiyyətlə əlaqə saxlaya bilməmişdir. Ramil daha sonra Eminlə telefonda danışan zaman Emin Ramilə boğazından əməliyyat olunduğunu, bu səbəbdən işi ilə maraqlana bilmədiyini demişdir. Emin Ramilə narahat olmamasını, işinin tezliklə həll olacağını demişdir. Ramil Eminə verdiyi faizlə götürdüyü pulu və krediti ödəyə bilmədiyi üçün Eminə telefonda vəziyyətinin pis olduğunu dedikdə Emin Ramilə əlinə pul düşdükdə göndərəcəyini demişdir. Bir müddət keçdikdən sonra Ramil Eminlə yenidən əlaqə saxlamaq istəyən zaman Emin telefonda işin düzəlmədiyini demişdir. Ramil telefonda Emindən işin niyə düzəlmədiyini soruşduqda, Şahinin tutulduğunu demişdir. Ramil Emindən pulu geri qaytarmasını tələb etdikdə Emin pulu geri qaytaracağını demişdir. Bundan sonra Ramil Eminlə dəfələrlə telefonla əlaqə saxlamağa çalışmış, lakin Eminlə əlaqə saxlaya bilməmişdir. Eminin telefonuna zəng çatmadığı, Emin onlara qarşı dələduzluq etdiyi üçün Ramil Şəmkir RPŞ–yə gedərək ərizə ilə müraciət etmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Cinayət işinin materiallarında olan 26 noyabr 2022–ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X6 xx.xx.2020–ci il tarixli kredit müqaviləsini təqdim edərək 1.600 manat, 0401–094908–02 nömrəli kredit müqaviləsinə əsasən Şahid3 adına 600 (altı yüz) manat kredit götürdüyünü, həmin pulları Təqsirləndirilən şəxs ona pensiya düzəldilməsində köməklik göstərməsi üçün verdiyini bildirmiş, X1 adına xx.xx.2016–cı il tarixli kardiak elektrofiziolojik müayinə nəticəsinə dair arayışı və X6 adına 057 saylı Hərbi Hissə tərəfindən verilmiş 08 avqust 2014–cu il tarixli tibb kitabçası təqdim edərək həqiqətən ürək xəstəli olduğunu və əməliyyat olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan 01 dekabr 2022–ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 ədəd qəbzləri və iki ədəd bank kartının kserosurətlərini təqdim edərək, həmin qəbzlərdə göstərilən məbləğlərin ona məxsus bank kartından Ramil Rüstəmova məxsus olan bank kartına köçürüldüyü bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi xx.xx.2021–ci il tarixli ********** nömrəli qəbzə əsasən 472492******9416 saylı karta 100 (bir yüz) manat, xx.xx.2021–ci il tarixli ********* nömrəli qəbzə əsasən 472492******9416 saylı karta 250 (iki yüz əlli) manat, xx.xx.2021–ci il tarixli ********** nömrəli qəbzə əsasən 472492******9416 saylı karta 100 (bir yüz) manat və 07 oktyabr 2021–ci il tarixli ********** nömrəli qəbzə əsasən 50 (əlli) manat pul köçürülmüşdür. Təqsirləndirilən şəxs üzərində 4169 7413 6443 4223 saylı rəqəm qeyd edilmiş hesab kartından üzərində “Farid Asgarov, 4724 9215 6344 9416” rəqəmləri yazılmış kart hesabına təqdim etdiyi qəbzlərdə olan pul məbləğlərini köçürdüyünü bildirərək, həmin hesab kartlarının kserosurətlərini təqdim etmişdir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2021–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü Aysel, xx.xx.2009-cu il təvəllüdlü Murad və xx.xx.2021-ci il təvəllüdlü Aysu adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan və və zərərçəkmiş şəxs X6 tərəfindən yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə X3 pensiya düzəldəcəyini yalan vəd edərək aldadıb 2020–ci ilin noyabr ayından 2021–ci ilin fevral ayınadək olan müddət ərzində ümumilikdə 5.000 (beş min) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə zərərçəkmiş şəxs X6 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması və dəymiş ziyanın ödənilməsi ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, onların barışmasını əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73–1.1–ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189–1.1 və 189– 1.2–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 178.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan və X1 təqdim etdiyi xx.xx.2020–ci il tarixli, 0401– 094908–02 nömrəli kredit müqaviləsi, X1 adına xx.xx.2016–cı il tarixli kardiak elektrofiziolojik müayinənin nəticəsinə dair arayış, X6 adına 057 saylı Hərbi Hissə tərəfindən verilmiş 08 avqust 2014–cu il tarixli tibb kitabçası, Təqsirləndirilən şəxs təqdim etdiyi xx.xx.2021–ci il tarixli ********** nömrəli, xx.xx.2021–ci il tarixli ********* nömrəli, xx.xx.2021–ci il tarixli ********** nömrəli, 07 oktyabr 2021–ci il tarixli ********** nömrəli qəbzlər, üzərində 4169 7413 6443 4223 saylı rəqəm qeyd edilmiş hesab kartı və üzərində “Farid Asgarov, 4724 9215 6344 9416” rəqəmləri yazılmış hesab kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və X1 təqdim etdiyi xx.xx.2020–ci il tarixli, 0401– 094908–02 nömrəli kredit müqaviləsi, X1 adına xx.xx.2016–cı il tarixli kardiak elektrofiziolojik müayinənin nəticəsinə dair arayış, X6 adına 057 saylı Hərbi Hissə tərəfindən verilmiş 08 avqust 2014–cu il tarixli tibb kitabçası, Təqsirləndirilən şəxs təqdim etdiyi xx.xx.2021–ci il tarixli ********** nömrəli, xx.xx.2021–ci il tarixli ********* nömrəli, xx.xx.2021–ci il tarixli ********** nömrəli, 07 oktyabr 2021–ci il tarixli ********** nömrəli qəbzlər, üzərində 4169 7413 6443 4223 saylı rəqəm qeyd edilmiş hesab kartı və üzərində “Farid Asgarov, 4724 9215 6344 9416” rəqəmləri yazılmış hesab kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar