Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-63/2024 27.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs – "xxxx" QSC–nin nümayəndəsi Nümayəndə2, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin müdafiəçisi– Gəncə şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi – Nümayəndə1 iştirakı ilə, xx xxxx 1997–ci il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan və barəsində seçilmiş həbs qətimkan tədbiri əvəzinə təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 yerləşdirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2–ci maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən, haqqında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023–cü il tarixdə saat 00:20 radələrində vahid niyyətlə "xxxx" QSC–in Bakı–Böyük Kəsik dəmir yolu xəttinin Dəllər–Zəyəm mənzilinin 406–cı km, pk 3–də yerləşən avtomobil keçid məntəqəsini əvvəlcə dəmir yolu relslərinin üzərində olan daşlarla pəncələrini sındıraraq 2.026,00 manat dəyərində maddi ziyan vurmaqla zədələmiş, daha sonra özü ilə gətirdiyi 3 butulka benzini həmin avtomobil keçid məntəqəsinin inzibati binasının içərisinə töküb yandıraraq özgənin 63.856,00 manat dəyərində əmlakını qəsdən məhv edərək "xxxx" QSC–yə ümumilikdə 65.882 manat dəyərində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2–ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə törətmişdir. Məhkəmə ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş, lakin psixi vəziyyətinə görə məhkəmə iclasında iştirak edə bilməyən Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatryiya Xəstəxansı” X5 xx.xx.2023–cü il tarixli və xx.xx.2024–cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 30 may 2023–cü il tarixdə saat 00:00 radələrində yaşadığı Şəmkir rayonu, Sabirkənd kəndinin yaxınlığında dəmir yolu keçid məntəqəsinə getmiş, keçid məntəqəsində növbətçi olan Şahid1lə təxminən 15–20 dəqiqə söhbət etmiş və keçid növbətçisinə keçid məntəqsinin içərisində olan əşyalarını götürüb çıxmağını bildirmişdir. Həmin vaxt o, keçid məntəqəsini yandırmaq niyyəti ilə həmin yerə getmişdir. Növbətçi əşyalarını çıxartmadığı üçün o, dəmir yolu relslərinin üzərində olan daşları götürb keçid məntəsinin pəncələrini və qapısının şüşəsini sındırmışdır. Bu vaxt növtbətçi oradan uzaqlaşmışdır. Daha sonra özü ilə gətirdiyi, içərisində benzin olan butulkaların ağzını açmış və daş ilə sındırdığı qapının şüşəsindən içəriyə tökərək kibrit ilə yandırmış, həmin yerdən uzaqlaşaraq yaşadığı evə getmişdir. Daha sonra polis əməkdaşları onun yaşadığı evə gələrək onu şöbəyə dəvət etmiş və o etiraz etməyərək polis şöbəsinə getmişdir. Hadisə zamanı nə üçün həmin keçid məntəqəsinin pəncərə və qapısının şüşəsini sındırdığını və sonradan yandırdığını bilmir, Şahid1 tanımamış, birinci dəfə orada görmüş, həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Şahid1 hər hansı xəsarət yetirmək fikri olmamış, yalnız keçid məntəqəsini yandırmaq niyyətilə həmin yerə getmişdir. Məhkəmə iclası zamanı anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Təqsirləndirilən şəxs əvvəllər əqli cəhətdən problemi yaranmış, dəfələrlə Allahverdini müalicə etdirmək istəsələr də, sonuncu həmişə müalicə olunmaqdan imtina etmişdir. 31 may 2023–cü il tarixdə saat 00:20 radələrində oğlu Təqsirləndirilən şəxs "xxxx" QSC–yə məxsus Şəmkir rayonu, Sabirkkənd kəndində yerləşən avtomobil keçid məntəqsini yandırması barədə onun sonradan məlumatı olmuşdur. Belə ki, həmin dövrdə Azərbaycan Respublikasının hüdudlarının kənarında olduğundan ona telefon vasitəsilə məlumat verilmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərdi ki, "xxxx" QSC–nin Hüuq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin hüquqşünası vəzifəsində işləyir. 31 may 2023–cü il tarixdə saat 00:20 radələrində Təqsirləndirilən şəxs "xxxx" QSC–in Bakı–Böyük Kəsik dəmir yolu xəttinin Dəllər–Zəyəm mənzilinin 406–cı km, pk 3–də yerləşən avtomobil keçid məntəqəsini əvvəlcə dəmir yolu relslərinin üzərində olan daşlarla pəncələrini sındırmış, daha sonra gətirdiyi 3 butulka benzini tökərək həmin avtomobil keçid məntəqəsini yandıraraq "xxxx" QSC–yə 65.656 manat məbləğində maddi ziyan vurmuşdur. Hesab edir ki, 65.656 manat məbləğində maddi ziyan və 287,65 manat ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Nümayəndə1 alınmalıdır. Odur ki, məhkəmədən, ifadəsində göstərdiyi halların nəzərə alınmasını, habelə mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, "xxxx" QSC–in 7 nömrəli Ağstafa yol sahəsinin 9 nömrəli Zəyəm məntəqəsinin keçid növbətçisinin əvəzedicisi vəzifəsində işləyir. Belə ki, işlədiyi ərazi üzrə keçid məntəqələrində olan növbətçilər məzuniyyət və ya icazəli olduqları halda həmin keçid məntəqələrinin növbətçilərini o, əvəz edir. Dəllər– Zəyəm mənzilinin 406–cı km, PK 3–də yerləşən avtomobil keçid məntəqəsinin keçid növbətçisi Anar Qurbanov xx.xx.2023–cü il tarixdən məzuniyyətdə olduğu üçün həmin məntəqədə əvəzedici olaraq sonuncunun yerinə o, xidmət aparmışdır. 30 may 2023–cü il tarixdən saat 20:00–dan 31 may 2023–cü il tarixə saat 08:00–dək növbə üzrə xidmətdə olduğu üçün 30 may 2023–cü il tarixdə saat 20:00–da növbəni Yaqub Cəfərovdan təhvil almışdır. Həmin gün saat 00:00 radələrində tanımadığı bir nəfər şəxs xidmətdə olduğu keçid məntəqəsinə yaxınlaşaraq əlində olan sellofan paketi məntəqənin yaxınlığına qoymuş və onunla söhbət etməyə başlamışdır. Bir müddətdən sonra adını sonradan bildiyi Allahverdi adlı şəxs ona keçid məntəqəsində olan əşyalarımı götürüb həmin yerdən uzaqlaşmağını demişdir. O, bunun səbəbini soruşduqda Allahverdi ona keçid məntəqsinin sonuncunun ərazisi olduğunu və oradan uzaqlaşmağını deyərək nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra həmin şəxs dəmiryolu relslərinin yanında olan iri həcmli daşları götürərək keçid məntəqsinin pəncələrini qırmağa başlamışdır. O dərhal bu barədə Tovuz st. XPM–in məntəqə rəisi Şahid3 zəng edərək məlumat verən zaman Allahverdi özü ilə gətirdiyi butulkalarda olan benzini məntəqənin içərisinə tökmüş və yandırmağa başlamışdır. Bundan sonra o, yenidən Şahid3 zəng edərək təcili gəlməsini, həmin şəxsin keçid məntəqəsini yandırdığı demişdir. Təxminən 4–5 dəqiqədən sonra Camal müəllim gəlmişdir. Lakin Şahid3 gələn vaxtadək Allahverdi həmin ərazidən uzaqlaşmışdır. Yanğın təxminən 20–25 dəqiqə davam etmiş və içəridə olan əşyalar yandıqdan sonra yanğın sönmüşdür. Daha sonra polis əməkdaşları, həmçinin QSC–in əməkdaşları və Sabirkənddə yaşayan tanımadığı şəxslər həmin əraziyə gəlmişlər. Təqsirləndirilən şəxs həmin keçid məntəqəsinə nə üçün ziyan vurmasını bilməmiş, hadisə zamanı o, heç bir xəsarət almamış, hadisə zamanı Dəllər–Zəyəm mənzilinin 406–cı km, pk 3–də yerləşən avtomobil keçid məntəqəsinin bütün pəncələri və qapısı sındırılmış, keçid məntəqsinin içərisində olan, yolların tənzimlənməsini həyata keçirən avadanlıqların bir çoxu sıradan çıxmış, həmçinin QSC tərəfindən quraşadırılmış digər mebel və avadanlıqlar tam yarasız hala düşmüşdür. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Ağstafa st.XPB–nin Tovuz st. X4 rəisi vəzifəsində işləyir. 30 may 2023–cü il tarixdə saat 00:00 radələrində Dəllər–Zəyəm mənzilinin 406–cı km, PK 3–də yerləşən avtomobil keçid məntəqəsinin keçid növbətçisinin əvəz edicisi işləyən Şahid1 onunla əlaqə saxlayaraq adı sonradan məlum olan Allahverdi adlı şəxsin Asif ilə mübahisə etdiyini və keçid məntəqsinin pəncərələrinı sındırdığını bildirmişdir. Bundan sonra dərhal həmin keçid məntəqəsi tərəf getmiş və yolda olan zaman Asif onunla yenidən əlaqə saxlayaraq həmin şəxsin keçid məntəqəsini özü ilə gətirdiyi benzinlə yandırdırğını bildirmişdir. O, həmin keçid məntəqəsinə çatan zaman Asif ona Allahverdi adlı şəxsin keçid məntəqəsini yandıraraq oradan uzaqlaşdığını bildirmişdir. Daha sonra o, Ağstafa st. XPB–nə və aidiyyəti şəxslərə məlumat vermişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Gəncə st. XPŞ–in, Ağstafa st.XPB–nin Tovuz st. X4 polis nəfəri, polis serjantı Şahid2 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Bundan başqa, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan 31 may 2023–cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" QSC–yə məxsus əmlakı qəsdən məhv edərək zədələdiyi "xxxx" QSC–in Bakı–Böyük Kəsik dəmir yolu xəttinin Dəllər– Zəyəm mənzilinin 406–cı km, pk 3–də yerləşən avtomobil keçid məntəqəsinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. İşdə olan 31 may 2023–cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti olmamışdır. İşdə olan Şəmkir Rayon Poliklinikasının 23 iyun 2023–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. İşdə olan məhkəmə fiziki–kimyəvi ekspertizasının 10 iyul 2023–cü il tarixli, 6/3339 nömrəli rəyindən görünür ki, tədqiqata yağından sonrakı qalıq nümunələri qismində təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN nəqliyyatda Baş Polis İdarəsi D.Y.N.P.İ–nin Gəncə st. X7 Zərflər üçün” dairəvi möhürü əks olunan iki ədəd polietilen paketdə qablaşdırılmış, yarı yanmış qalıqların və plastik butulkaların üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. İşdə olan məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 04 avqust 2023–cü il tarixli 10/4437 nömrəli rəyindən görünür ki, "xxxx" QSC–in Bakı–Böyük Kəsik dəmir yolu xəttinin Dəllə–Zəyəm mənzilinin 406–cı km, pk 2– də yerləşən avtomobil keçid məntəqəsinin konstrutiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə, baş vermiş yanğının mənbəyi, tikilinin daxilində, döşəmə səviyyəsində olmuşdur. Qərarın təsviri hisəsində göstərilmiş hadisənin baş vermə şəraitini, mənbə zonasında işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən texniki qurğu, yaxud onların qalıqlarının aşkar edilmədiyini, eləcə də mənbə zonasında yanğını şərtləndirə bilən digər amillərin (öz–özünə alışan, alışqan və s. maddələrin) saxlanılmadığını nəzərə aldıqda belə nəticəyə əlmə olar ki, yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni kənardan düşmüş od mənbəyinin təsirindən baş vermişdir. İşdə olan tikinti–texniki obyektlərinin tədqiqi və “Ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi” ekspertizasının 01 avqust 2023–cü il tarixli 10/5206– 9/5411 nömrəli rəyindən görünür ki, "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2023–cü il tarixli arayışa əsasən ekspertiza təyini haqqında qərarda göstərilən "xxxx" QSC–nin Böyük Kəsik dəmir yolu xəttinin Dəllər–Zəyəm mənzili 406 km pk 3–də yerləşən qorunan keçid məntəqəsinin binasının yanması nəticəsində dəymiş ziyanın məbləği 63.856,00 manat müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yanğın nəticəsində Böyük Kəsik dəmir yolu xəttinin Dəllər–Zəyəm mənzili 406 km pk 3–də yerləşən qorunan keçid məntəqəsi binasının tikinti üzrə dəymiş ziyan 2.026,00 manat təşkil edir. İşdə olan ambulator məhkəmə–psixiatrik ekspertizasının 20 iyun 2023–cü il tarixli 364 saylı rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal–hazırkı ambulator məhkəmə–psixiatrik ekspertizası zamanı aparılmış meayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində bu nəticəyə gəlirik ki, diaqnozun dəqiqləşdirilməsi və qoyulmuş suallara cavab almaq məqsədi ilə Təqsirləndirilən şəxs Stasionar Məhkəmə Psixiatrik Ekspertiza Şöbəsinə göndərilməsi zəruridir. İşdə olan stasionar məhkəmə–psixiatrik ekspertizasının 09 sentyabr 2023– cü il tarixli 126 saylı rəyindən görününr ki, İ. Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert komissiyası belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət hadisəsini törədərkən «KƏSKİN ŞİZOFRENİYAYABƏNZƏR PSİXOTİK POZUNTU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10–cu baxışında kodu F23.2) kimi psixi pozuntu keçirmişdir. Bunu cinayət işi materialları və verilmiş ifadələr sübut edir. Cinayət hadisəsinin törədilməsindən sonra keçən dövr ərzində Təqsirləndirilən şəxs psixi durumunda nəinki stabilləşmə baş verməmiş, əksinə təfəkkürün autikliyi və paralogiyası dərinləşmiş, sayıqlama fikirləri və digər psixotik simptomlar miqyasca genişlənmişdir. Təqsirləndirilən şəxs aşkarlanan psixotik pozuntunun xarakteri və dinamikasına əsasən onda endogen xəstəlik – paranoid şizofreniya formalaşdığı müəyyən edilir. Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10–cu baxışının tələblərinə görə «Kəskin şizofreniyayabənzər psixotik pozuntu» müəyyən edilən pasiyentdə şizofreniyaya xas simptomlar bir aydan artıq davam etdikdə, belə hallarda «Kəskin şizofreniyayabənzər psixotik pozuntu», yəni F23.2 kodu dəyişdirilərək F20.xxx kodunun kriterilərinə müvafiq olan diaqnoz qoyulur. Təqsirləndirilən şəxs hal– hazırda əziyyət çəkdiyi psixi patologiya F20.0 kodunun kriterilərinə cavab verir. Buna görə Təqsirləndirilən şəxs hal–hazırda «PARANOİD ŞİZOFRENİYA» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10–cu baxışında kodu F20.0) müəyyən edilir. Bunu hal–hazırkı psixiatrik müayinənin nəticələri (şöbədə müayinədə olduğu müddət ərzində özünü gah sakit, gah da narahat aparması, şöbədaxili rejimə çətinliklə tabe olması, geyiminə və təmizliyinə fikir verməməsi, şəxsi gigiyena qaydalarına əməl etməməsi, gün ərzində vaxtının əksər qismini palatada var–gəl etməklə keçirməsi, daxili həyəcanlarını bölüşməməsi, zahirən gərgin və aqressiv görünməsi, əhvali–ruhiyyəsinin dəyişkən olması, günün əksər hissəsində əsəbi olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahirən səliqəsiz olması, narahat və gərgin görünməsi, öz şəxsiyyətinə, zamana və məkana görə bələdliyinin formal olması, söz ünsiyyəti zamanı söhbətə əsəbi və aqressiv tərzdə qoşulması, başını aşağı salaraq bir nöqtəyə baxması, verilən suallara cavab verməkdən imtina etməsi, bir çox hallarda adekvat ünsiyyət yaratmağın mümkün olmaması, danışarkən ancaq özünə maraqlı mövzular ətrafında söhbət etməsi, ünsiyyət zamanı uzunçuluq etməsi, söhbəti mövzuya uyğun şəkildə davam etdirməkdə çətinlik çəkməsi, anamnestik məlumatları səthi formada açıqlaması, verilən sualların məzmunundan kənarlaşaraq məntiqsiz mühakimələr və fikirlər söyləyərək əsaslandırmağa çalışması, suallara bir qədər şübhəli yanaşması, mülahizə və mühakimələrində məntiqsizliyin, əlaqəsizliyin müşahidə edilməsi, söylədiyi fikirlər arasında məna əlaqəsini itirməsi, təfəkkürünün məntiqsiz olmaqla autik və paraloji xarakter daşıması, kəskin produktiv psixopatoloji simptomatika qismində təsir, münasibət və özünüböyütmə məzmunlu sayıqlama fikirlərinin, eşitmə hallüsinasiyalarının müəyyən edilməsi, reallığa uyğun olmayan, cəfəng məzmunlu fikirlər söyləməsi, söylədiklərinə böyük inamla və əminliklə yanaşması, əks–arqumentləri heç cür qəbul qəbul etməməsi, maraq dairəsinin məhdudlaşması, məsuliyyət hissinin enməsi, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi, impulsiv hərəkətlərə meylliliyin aşkarlanması, bəzən şəraitə uyğun olmayan şən əhval–ruhiyyədə olması, qeyri– adekvat gülməsi, emosiyalarında kasadlıq müşahidə edilməsi, mimiki təzahürlərinin azifadəli və azmənalı olması, özünü qeyri–adekvat aparması, bir yerdə qərar tuta bilməməsi, özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi, göndərildiyi ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməməsi, onun gedişinə və nəticəsinin necə olacağına maraq göstərməməsi, öz gələcək aqibətinə laqeyd yanaşması, hal–hazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləməməsi və s.) sübut edir. İİ. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal–hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal–hazırda «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham edilən cinayət əməlini törətməzdən bir müddət əvvəl və həmin əməli törədərkən «Kəskin şizofreniyayabənzər psixotik pozuntu» keçirmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi kəskin şizofreniyaya bənzər psixotik pozuntu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1–ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal–hazırda «Paranoid şizofreniya» xəstəliyi müəyyən edilir. Təqsirləndirilən şəxs onda aşkarlanmış psixotik vəziyyətin davam etməsi səbəbindən hal–hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal–hazırda əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hal–hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə–istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal–hazırda «Paranoid şizofreniya» xəstəliyi müəyyən edilir. Paranoid şizofreniya davamlı şəkildə müalicə olunmasını tələb edən xroniki gedişli psixi patologiyadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Buna görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3–cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi patologiya çərçivəsində təzahür edən psixotik əlamətlərin hal–hazırda davam etdiyi və onun sayıqlama fikirlərinin təsiri altında olduğu müşahidə olunur. Bu səbəbdən Təqsirləndirilən şəxs özünə və ətrafdakılara qarşı təhlükəli hesab edilir. Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanununun tələbinə görə özü və ətrafdakılar üçün təhlükəli olan şəxs yubadılmadan müalicəyə cəlb edilməlidir. İşdə olan Gəncə şəhər Məhkəməsinin 26 oktyabr 2023–cü il tarixli, 4(125)– 529/2023 saylı qərarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Şəmkir RİHB–nın Sabirkənd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023–cü il tarixdə saat 00:20 radələrində vahid niyyətlə "xxxx" QSC–in Bakı–Böyük Kəsik dəmir yolu xəttinin Dəllər–Zəyəm mənzilinin 406–cı km, pk 3–də yerləşən avtomobil keçid məntəqəsini əvvəlcə dəmir yolu relslərinin üzərində olan daşlarla pəncələrini sındıraraq 2.026,00 manat dəyərində maddi ziyan vurmaqla zədələmiş, daha sonra özü ilə gətirdiyi 3 butulka benzini həmin avtomobil keçid məntəqəsinin inzibati binasının içərisinə töküb yandıraraq özgənin 63.856,00 manat dəyərində əmlakını qəsdən məhv edərək "xxxx" QSC–yə ümumilikdə 65.882 manat dəyərində maddi ziyan vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər “Kəskin şizofreniyayabənzər psixotik pozuntu” xəstəliyindən əziyyət çəkdiyinə görə öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmadığına, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdiyinə və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1–ci maddəsinin təsiri altına düşdüyünə görə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar vardır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2–ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət– Prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1–ci maddəsinə əsasən İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması,əqli gerilikvə ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 93.1–ci maddəsinə əsasən məhkəmə aşağıdakı şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir: 93.1.1. Bu Məcəllənin 93.2–ci maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu olan şəxslərə; 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə. 93.1–1. Şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən: 93.1–1.1. bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə; 93.1–1.2. cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə; 93.1–1.3. cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Həmin Məcəllənin 93.2–ci maddəsinə əsasən bu Məcəllənin93.1–1–ci maddəsindənəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmin Məcəllənin 95.0–cı maddəsinə əsasən məhkəməpsixi pozuntusu olan şəxslərəaşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər: 95.0.1. məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi; 95.0.2. ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə; 95.0.3. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə; 95.0.4. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2–ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törədərkən anlaqsız olmaqla öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını və barəsində məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməli olmasını sübuta yetirilmiş hesab edərək, belə nəticəyə gəlir ki, cinayət məsuliyyətindən və cəzadan azad edilməklə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 477.3–cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2012–ci il tarixli 8 saylı qərarının 14–cü maddəsində məhkəmələrə tövsiyə olunmuşdur ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1–ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Məhkəmə, cinayət işindəki ekspertiza rəylərinə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3–cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin olunmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilsə də, məhkəmə hesab edir ki, həmin iddia baxılmamış saxlanmalıdır. Belə ki, “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2012–ci il tarixli 8 saylı qərarının 22–ci bəndində göstərilmişdir ki, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraatla əlaqədar verilmiş mülki iddia baxılmamış saxlanır və bu sonradan mülki mühakimə icraatı qaydasında həmin iddiaya baxılmasını istisna etmir. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanmalı və zərərçəkmiş "xxxx" QSC–yə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə qaydasında tələb etmək üçün subyektiv hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2–ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. İş üzrə maddi sübut olub Gəncə st. XPŞ–də saxlanılan, yarıyanmış vəziyyətdə 3 ədəd plastik butulka və kül nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Nümayəndə1 ekpertiza tədqiqatının dəyəri olan 290 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri əvəzinə təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi məqsədilə onun psixiatriya stasionarına, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatryiya Xəstəxansı” X6 yerləşdirilməsi qərar qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM–in 348.2, 470, 477.1, 477.2.1– 477.2.4 və 477.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2–ci maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad olunsun və ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri əvəzinə təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi məqsədilə onun psixiatriya stasionarına, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatryiya Xəstəxansı” X6 yerləşdirilməsi qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatryiya Xəstəxansı” X6 həvalə edilsin. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Nümayəndə1 ekspertiza tədqiqatının dəyəri olan 290 (iki yüz doxsan) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Zərərçəkmiş şəxs "xxxx" QSC–nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlansın. Zərərçəkmiş "xxxx" QSC–yə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-63/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-63/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver