Məhkəmə qərarları › İş №1(076)-63/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-63/2025

21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-63/2025 21.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdə, istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs məxsus yaşayış yeri hesab edilən Şəmkir rayonu, Abbaslı kəndində yerləşən fərdi yaşayış evinin yataq otağına pəncərənin şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan 130 (yüz otuz) manat məbləğində nəğd pulu, 01 (bir) ədəd 20,0 manat dəyərində üzərində “Longines” yazısı olan, istifadə olunmamış kişi qol saatını, 01 (bir) ədəd 10,0 manat dəyərində üzərində “Hublot” yazısı olan kişi qol saatını, 01 (bir) ədəd 10,0 manat dəyərində üzərində “Orient” yazısı olan kişi qol saatını, 01 (bir) ədəd 40,0 manat dəyərində üzərində “Wopow P10” yazısı olan, 6600 mah gücü olan pover bankı, 01 (bir) ədəd 3,0 manat dəyərində üzərində “Samsung” yazısı olan adapteri, 01 (bir) ədəd 20,0 manat dəyərində üzərində “X4” yazısı olan, 75 ml tutumlu istifadə olunmamış ətiri gizli talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 233 (iki yüz otuz üç) manat dəyərində zərər vurmaqla yaşayış yerinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, bacısı Ayşən Hüseynova ilə birgə Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayır. Uşaq yaşlarından Gəncə şəhərində yerləşən uşaq evində böyümüşdür. Atası hal-hazırda Qazaxıstan Respublikasında yaşayır və anası da uşaq yaşlarında vəfat etmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir, günəmuzd fəhləliklə məşğul olur. Lakin əksər vaxtlar günəmuzd fəhləlik işi də olmadığı üçün maddi çətinlik çəkir. 13 may 2024-cü il tarixdə, səhər saatlarında iş axtarmaq üçün Şəmkir şəhərinə getmişdir, lakin orada iş tapa bilmədiyi üçün daha sonra Şəmkir rayonu, Seyfəli kəndi ərazisinə qədər gedib çıxmışdır. Lakin həmin gün heç yerdə iş tapa bilməmiş, evə qayıtmaq üçün yol pulu da olmamış və həmdə ac olmuşdur. Bu məqsədlə Şəmkir rayonu, Seyfəli kəndindən sonrakı Abbaslı kəndi ərazisinə gedib oradan oğurluq etmək qərarına gəlmişdir. O, əvvəllər bir neçə dəfə Şəmkir rayonu, Abbaslı kəndi ərazisində olmuş və orada yaşayış evlərinin bir birindən aralı yerləşmələrini bilmişdir. Bu səbəbdən həmin kənddə hansısa evlərdən birindən oğurluq edib, daha sonra heç kim onu görmədiyi şəraitdə oradan uzaqlaşa biləcəyini güman etmişdir. O, Şəmkir rayonu, Abbaslı kəndi ərazisində piyada gedərkən, adı sonradan ona Zərərçəkmiş şəxs kimi məlum olan şəxsə məxsus fərdi yaşayış evinin giriş qapısının qıfıllı olmasını görüb, evdə heçkimin olmamasından istifadə edərək, oradan oğurluq etməyi qərara almışdır. O, metal torları aşaraq evin həyətinə daxil olduqda evin pəncərəsinin də açıq olduğunu müəyyən etmiş və pəncərədən keçməklə evə daxil olmuşdur. O, evin yataq otağında çarpayının üzərində kişi şalvarı olduğunu görmüşdür. O, şalvarın cibindən bir ədəd 50 və 4 ədəd 20 manatlıq əskinaslardan ibarət cəmi 130 (yüz otuz) manat pulu tapıb götürmüşdür. Həmçinin otaqdakı dolabçanın siyirməsindən 3 (üç) ədəd kişi qol saatı, 01 (bir) ədəd adapter, 01 (bir) ədəd ətir və 01 (bir) ədəd telefon batereyasını götürüb, cibinə qoyaraq evdən çıxmışdır. O, Şəmkir rayonu, Abbaslı kəndi ərazisində piyada gedərkən mülki geyimli polis əməkdaşları gəlib onu saxlamışlar. Polis əməkdaşları onun hərəkətlərinin şübhəli olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. Sonradan ona məlum olmuşdur ki, ev sahibi Zərərçəkmiş şəxs ondan şikayət etdiyi üçün polis əməkdaşlarının artıq hadisədən xəbəri olmuşdur. O, da törətdiyi əməli etiraf edərək, əldə etdiyi pulu və digər əşyaları polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs verilən sualları cavablandırarkən, Zərərçəkmiş şəxs məxsus evə daxil olmaqda məqsədi maddi çətinlikləri olduğu və iş tapa bilmədiyi üçün pul əldə etmək məqsədilə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmək qərarına gəlməsini, Zərərçəkmiş şəxs məxsus evə daxil olmazdan əvvəl qapının qıfılla kilidli olduğu gördüyü üçün evdə heçkimin olmamasını müəyyən edərək, oğurluq etmək qərarına gəlməsini, o, oğurluq etdikdən sonra evdən çıxmaq istədikdə ev sahibi qadının gəldiyini görüb evdə gizlənməsini, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağından 130 (yüz otuz) manat pul, 03 (üç) ədəd kişi qol saatı, 01 (bir) ədəd adapter, 01 (bir) ədəd ətir və 01 (bir) ədəd telefon batereyası oğurlamasını, lakin həmin hadisənin baş verdiyi yerdən qaçarkən, mülki geyimli polis əməkdaşlarının ona tərəf gəlmələrini görən zaman qorxduğu üçün Zərərçəkmiş şəxs məxsus evdən oğuraldığı 03 (üç) ədəd qol saatından 01 (bir) ədədini küçədə yerə salmasını, hadisənin baş verdiyi gündən təxminən 1-2 gün sonra həmin 01 (bir) ədəd saatı götürərək, polis əməkdaşına təqdim etmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Buna görə də ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ifadəsində bildirmişdir ki, Şəmkir rayonu, Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi əkinçilik və maldarlıq təsərüfatı ilə məşğul olur. Ailəlidir 3 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Şikayyətinin mahiyyəti üzrə bildirmişdir ki, 11 may 2024-cü il tarixdə, saat 14:30 radələrində yaşadığı Şəmkir rayonu, Seyfəli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin metal materialdan olan giriş qapısını bağlayaraq arvadı Şahid ilə birlikdə özünə məxsus olan “Vaz 21015” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı kənd ərazisində yerləşən əkin sahəsinə getmişdir. Həmin tarixdə, saat 18 radələrində əkin sahəsində işlərini yekunlaşdırdıqdan sonra arvadı Şahid ilə birlikdə yaşadıqları ünvana qayıdan zaman o, yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən iribuynuzlu heyvanların saxlanıldığı dama keçmiş, lakin arvadı Şahid yaşadıqları evə daxil olmuşdur. Həmin vaxt evin içərisində arvadı Şahid uca səslə onu çağırmasını eşitmişdir. O, da yaşadığı evin yataq otağına arvadı Şahid yanına gedən zaman arvadı Şahid ona yaşadıqları evin yataq otağının dağınıq vəziyyətdə olmasını kiminsə yaşadıqları evə daxil olaraq oğurluq etməsini bildirmişdir. O, dərhal arvadı Şahid ilə birlikdə yaşadıqlartı evin otaqlarına baxan zaman naməlum şəxsin ona məxsus fərdi yaşayış evimin yataq otağından 50 və 4 ədəd 20 manatlıq əskinaslardan ibarət cəmi 130 manat pulunu, həmçinin yataq otağında olan dolabçanın siyirməsindən 3 (üç) ədəd kişi qol saatı, 01 (bir) ədəd adapter, 01 (bir) ədəd ətir və 1 (bir) ədəd telefon batereyasının oğuralnamsını bilmişlər. Həmin vaxt o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Təxminən 5-10 dəqiqədən sonra hadisənin baş verdiyi əraziyə Şəmkir rayon Polis şöbəsinin Polis əməkdaşları gəlmişlər. Daha sonra Şəmkir rayon Polis şöbəsinin polis əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evindən 130 manat pulunu, həmçinin yataq otaqlarında olan dolabçanın siyirməsindən 03 (üç) ədəd kişi qol saatını, 01 (bir) ədəd adapteri, 01 (bir) ədəd ətiri və 01 (bir) ədəd telefon batereyasını oğuralayan şəxsin Şəmkir rayonu, Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs olması müəyyən edilərək, Təqsirləndirilən şəxs polis əməkdaşalrı tərəfindən tutlmasını eşitmişlər. Zərərçəkmiş şəxs verilən sualları cavablandırarkən, ona məxsus 130 manat pulunun, 03 (üç) ədəd kişi üçün qol saatının, 01 (bir) ədəd adapterlərinin, 01 (bir) ədəd ətirin və 01 (bir) ədəd telefon bateryasının Təqsirləndirilən şəxs tərəfindən oğurlaması nəticəsinə ümumilikdə ona 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyanlıq dəymişdir. Məhkəmə iclasında Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ifadəsində bildirmişdir ki, Şəmkir rayonu, Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq Şəmkir rayonu, Seyfəli kəndində yerləşən X3 məntəqəsində tibb bacısı vəzifəsində çalışır. Ailəlidir 3 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. 11 may 2024-cü il tarixdə, saat 14:30 radələrində əri Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları Şəmkir rayonu, Seyfəli kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin metal materialdan olan giriş qapısını bağlayaraq əri Zərərçəkmiş şəxs məxsus “Vaz 21015” markalı, **-CU- *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları kənd ərazisində yerləşən əkin sahələrinə getmişlər. Həmin tarixdə, saat 18 radələrində əkin sahəsində işilərini yekunlaşdırdıqdan sonra əri Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları ünvana qayıdan zaman əri Zərərçəkmiş şəxs yaşadıqlar fərdi yaşayış evlərinin həyətyanı sahəsində yerləşən iribuynuzlu heyvanların saxlanıldığı dama keçmiş, o, isə yaşadıqları evə daxil olaraq yataq otağına keçmişdir. Həmin vaxt o, yaşadıqları evin yataq otağında olan dolabçaının siyirmələrinin açıq vəziyyətdə olmasını görmüşdür. O, da qorxaraq uca səslə əri Zərərçəkmiş şəxs çağırmışdır. O, dərhal əri Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları evin otaqlarına baxan zaman həmin naməlum şəxsin onlara məxsus fərdi yaşayış evlərinin yataq otağından 50 və 4 ədəd 20 manatlıq əskinaslardan ibarət cəmi 130 (yüz otuz) manat pullarını, həmçinin yataq otaqlarında olan dolabçanın siyirməsindən 03 (üç) ədəd kişi üçün qol saatı, 01 (bir) ədəd adapter, 01 (bir) ədəd ətir və 01 (bir) ədəd telefon batereyasının oğuralnamsını bilmişlər. Həmin vaxt əri Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Təxminən 5-10 dəqiqədən sonra hadisənin baş verdiyi əraziyə Şəmkir rayon Polis şöbəsinin Polis əməkdaşları gəlmişlər. Daha sonra Şəmkir rayon Polis şöbəsinin polis əməkdaşları tərəfindən onlara məxsus fərdi yaşayış evlərindən 130 (yüz otuz) pullarının, həmçinin yataq otağında olan dolabçanın siyirməsindən 03 (üç) ədəd kişi üçün qol saatlarının, 01 (bir) ədəd adapteri, 01 (bir) ədəd ətir və 01 (bir) ədəd telefon batereyasını oğuralayan şəxsin Şəmkir rayonu, Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs olması müəyyən edilərək, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutlmasını eşitmişlər. İş materiallarına əlavə olunmuş 11 may 2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Pirverdiyev tərəfindən Şəmkir rayonu, Abbaslı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, hadisə yerinin foto şəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 iyul 2024-cü il tarixli, 9/4110 nömrəli rəyin nəticə hissəsindən məlum olur ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən 01 (bir) ədəd 20,0 manat dəyərində üzərində “Longines” yazısı olan, istifadə olunmamış kişi qol saatı, 01 (bir) ədəd 10,0 manat dəyərində üzərində “Hublot” yazısı olan kişi qol saatı, 01 (bir) ədəd 10,0 manat dəyərində üzərində “Orient” yazısı olan kişi qol saatı, 01 (bir) ədəd 40,0 manat dəyərində üzərində “Wopow P10” yazısı olan, 6600 mah gücü olan pover bankı, 01 (bir) ədəd 3,0 manat dəyərində üzərində “Samsung” yazısı olan adapteri, 01 (bir) ədəd 20,0 manat dəyərində üzərində “X4” yazısı olan, 75 ml tutumlu istifadə olunmamış ətir olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “cinayətin törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan, xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Şəmkir RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “axtarışda olmuş şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir rayon ərazisində saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. İş materiallarına əlavə olunmuş Şəmkir RİH Başçısının Dəllər qəsəbə İ.Ə.D üzrə nümyəndəliyinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş İ-20451 nömrəli “Füzulinin azad olunmasına görə” medalın və İ-33195 nömrəli “Vətən müharibəsi iştirakçısı” medalın vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Qarabağ müharibəsində iştirak etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları və ekspert rəyləri ilə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şəmkir rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxsnın 28 oktyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs Mahmudov X1 Musa Daşdəmir oğlu ilə barışmış, sonuncu tərəfindən ona dəymiş maddi ziyan tam ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı şikayəti və ya tələbi yoxdur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-in 59.1.12-ci maddəsi), cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödəməsini (CM-in 59.1.13-cü maddəsi), yaşadığı yer üzrə müsbət xarakterizə olunması və Vətən müharibəsində iştirak etməsi (CM-in 59.2-ci maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin iqtisadi xarakterli cinayət olmaqla onun ictimai təhlükəliliyinin əsasən zərərçəkmiş şəxsə maddi ziyan vurulmasında ifadə olunduğunu, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu zərəri tam həcmdə ödədiyini nəzərə alaraq qeyd edir ki, cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına artıq qismən nail olunmuşdur. Cəzanın digər məqsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının nisbətən aşağı həddə təyin edilməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin hallarına uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün və xx.xx.2024cü il tarixdən axtarışda olan şəxsin tutulduğu 1 gün, ümumilikdə 3 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin tutulduğu (həbsdə saxlanıldığı) müddət bir gün həbs müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar –130 (bir yüz otuz) manat pul, 03 (üç) ədəd kişi qol saatları, 01 (bir) ədəd adapter, 01 (bir) ədəd ətir və 01 (bir) ədəd telefon batereyası sahibinə qaytarılmış olması nəzərə alınmışdır. İş üzrə məhkəmə xərci məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat puldan ibarətdir. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə uyğun olaraq həmin xərc təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 14 saat hüquqi yardıma görə 84 (səksən dörd) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün və xx.xx.2024-cü il tarixdən axtarışda olan şəxsin tutulduğu 1 gün, ümumilikdə 3 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 06 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (doqquz) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir Rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs oğlunun üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd 130 (bir yüz) manat pul, 03 (üç) ədəd kişi qol saatları, 01 (bir) ədəd adapter, 01 (bir) ədəd ətir və 01 (bir) ədəd telefon batereyası sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi 14 saat hüquqi yardıma görə 84 (səksən dörd) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar