Məhkəmə qərarları › İş №1(076)-64/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-64/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-64/2024 31.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1942-ci ildə Şəmkir rayonu, Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, pensiyaçı, Şəmkir rayonu Qapanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə saat 08 radələrində Şəmkir rayonu Qapanlı kəndinin ərazisində yolun kənarında həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında sonuncu özünə məxsus uzunqulağı yolun hərəkət hissəsinə bağlaması və avtomobillərin hərəkətinə maneə olması səbəbindən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qarşılıqlı olaraq bir-birlərinin ünvanlarına nalayiq ifadələr işlətdiklərinə görə istintaqa məlum olmayan bıçaqla və əli ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə vuraraq ona müvafiq olaraq sağ saidin aşağı üçdə birinin ön bayır səthinin kəsilmiş yarası və alın nahiyəsinin sağ yarasının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu Qapanlı kəndində ailə üzviləri ilə birlikdə yaşayır. Əvvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklər keçirməmiş, rəsmi olaraq heç bir yerdə işləmir, hal hazırda təqaüdçüdür, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, uzun müddət aralarında normal münasibət olmamış, lakin əvvəllər aralarında hər hansı mübahisə və ya dava olmamışdır. Onun Şəmkir rayonu Qapanlı kəndində özünə məxsus 3.88 hektar torpaq sahəsi var həmin sahəyə taxıl əkmişdir. Onun torpaq sahəsinin yaxınlığında Əbülfətin də torpaq sahəsi vardır. 25 may 2023-cü il tarixdə səhər 08 radələrində o, özünə məxsus VAZ 21099 markalı avtomobili ilə həmin torpaq sahəsinə nəzarət etmək üçün getmişdir. O, torpaq sahəsinə çatdıqda görmüş ki, Əbülfət özünə məxsus eşşəyi yola bağladığını görmüşdür. Eşşəyin kəndiri uzun olduğundan o, fikirləşmiş ki, eşşək hürkər və avtomobilə xətər yetirər. Ona görə də avtomobili saxlayaraq eşşəyi kənara çəkmiş və yolda Əbülfətin qoyun otardığını görmüşdür. O, onun yanından keçdiyində Əbülfət ona əl edərək avtomobili saxlatmışdır. O, avtomobilin şüşəsini aşağı etdikdə Əbülfət ona söyüşlər söyərək eşşəyi kənara çəkməyinə görə ona irad bildirmişdir. Daha sonra o, avtomobildən düşdüyündə birinci onun sifətindən şillə ilə vurmuşdur. O, onu tutmaq istədikdə Əbülfət onun çiyinlərindən tutaraq başı ilə onun burun nahiyəsindən vurmuşdur. Zərbə olan kimi onun burnundan güclü qan açılmışdır. Həmçinin Əbülfətin alın nahiyyəsində də xəsarət yaranmışdır. Bundan sonra Əbülfət onu çəpərin dibinə itələyərək yumruq vuraraq onu döymüşdür. Bu zaman o, artıq huşunu itirmişdir, özünə gəldiyində isə Əbülfətin orada olmadığını, özünün isə yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra avtomobilinə oturaraq Kür polis bölməsinə gedərək ərizə ilə müraciət etmişdir Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, cinayət işi ürə özünü təqsirli hesab etdiyini, əməlindən səmimi peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmasığını, bununla əlaqədar olaraq cinayət işinin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir rayonu Qapanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklər keçirməmişdir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, uzun müddət aralarında normal münasibət olmamışdır, lakin əvvəllər aralarında hər hansı mübahisə və ya dava olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində o, heyvanları sahəyə aparmışdır. Təxminən 3 gün bundan əvvəl təsərrüfatında olan eşşəyi yola bağlamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs kənd ərazisində yerləşən torpaq sahəsinə baxmaq üçün avtomobillə gəlmişdir. Təqsirləndirilən şəxs avtomobili saxlayıb eşşəyi bellə döydüyünü təxminən 300 metrdən görmüşdür, eşşəyi döydükdən sonra avtomobilə əyləşib ona tərəfə gəlməyə başlamış, onun yanına çatdıqdan sonra avtomobili saxlamışdır. O, Yusifdən dilsiz olan heyvanı nə üçün döydüyünü soruşmuşdur. Yusif isə onu nalayiq ifadələrlə təhqir etmişdir. O, Yusifə öz iradını bildirdikdən sonra Yusif avtomobildən yerə düşmüş və avtomobilin yük yerini açmış, yük yerində olan baltanı götürüb onun alın nahiyəsindən vurmuşdur. Bundan sonra aralarında mübahisə yaranmış mübahisə zamanı o, Yusifin əlində olan baltanı alıb sahəyə tərəf atmışdır. Həmin vaxt baltanı aldıqdan sonra o, şillə ilə Yusifin ağız nahiyəsindən vurmuşdur. O, Yusifi vurduqdan sonra Yusif avtomobilin yük yerindən bıçağı götürərək onun üzərinə gəlmiş və onun sağ qol nahiyəsindən vurmuşdur. Bundan sonra onlar aralaşmışlar və o, Təqsirləndirilən şəxs haqqında Şəmkir RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hadisə xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Qapanlı kəndində yolun yəni əkin sahəsinin kənarında baş vermişdir. Aralarında yaranan mübahisəyə səbəb Təqsirləndirilən şəxs adlı şəxsin ona məxsus eşşəyi döydüyünə görə ona öz iradını bildirdiyinə görə onu nalayiq ifadələrlə təhqir etməsinə görə yaranmışdır. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşdır, Təqsirləndirilən şəxs isə onun qonşusudur. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs mal-qaranı əkin sahəsinə aparmışdır. Təxminən 1 saatdan sonra o, Əbülfətin arxasınca sahəyə tərəf getmişdir. O, yolda olan zamanı Əbülfətin ona tərəf gəldiyini görmüşdür. Ona tərəf yaxınlaşanda həyat yoldaşının üst başının qan olduğunu görmüşdür. Ona kiminlə mübahisə etdiyini soruşduqda həmkəndlisi Təqsirləndirilən şəxslə eşşəyi yolun kənarına bağladıqlarına görə aralarında mübahisə yarandığını bildirirək onunla qarşılıqlı olaraq dalaşdıqlarını bildirmişdir. Bundan sonra o, həyat yoldaşı ilə birlikdə Şəmkir RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişlər, müraciətdən sonra isə Şəmkir RMX-na getmişlər. Məhkəmə iclasında iş üzrə tərəflərin xahişi ilə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, əvvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklər keçirməmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir, Zərərçəkmiş şəxs onun atası, Təqsirləndirilən şəxs isə onun həmkəndlisidir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində atası Zərərçəkmiş şəxs mal-qaranı əkin sahəsinə apardı. Təxminən 1 saatdan sonra kənd sakinləri o zəng edərək bildirdilər ki, atası Zərərçəkmiş şəxslə həmkəndliləri Təqsirləndirilən şəxs bir-biriləri dalaşdığını atasının başından qan gəldiyini bildirdilər. Bundan sonra atası anası Kifayətlə birlikdə Şəmkir RMX-na apardılar. O xəstəxanadan atasından nə səbəbə mübahisə etdiklərini soruşduqda ona uzunqulağı yolun kənarına bağladığına görə mübahisə yarandığını bildirdi. Sonra isə atası Təqsirləndirilən şəxs barəsində Şəmkir RPŞ-nə şikayət ərizəsi ilə müraciət etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində həmkəndlisi Zərərçəkmiş şəxs tərəfindən döyülərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma faktına görə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsində toplanmış 43- Sİ-23 nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət işinin başlanması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Pirverdiyev tərəfindən qaldırılmış 01 iyun 2023-cü il tarixli vəsatət təmin edilərək fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 08:56 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən operator 1179 məlumat verərək, Şəmkir rayonu Qapanlı kəndində yaşayan Şahid2 ***-***-**-** saylı mobil nömrədən zəng edərək, atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlində balta ilə baş və qol nahiyyəsinə xəsarət yetirməsini bildirmişdir. xx.xx.2023-cü il tarixli 645 saylı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:48 radələrində Şəmkir RMX-nın həkimi Həcər Yusifova telefon vasitəsilə məlumat verərək bildirdi ki, Şəmkir rayonu, Qapanlı kəndində yaşıyan 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs deməsinə görə sahədə işləyəndə qonşusu onu balta ilə vuraraq alın nahiyyəsinin çapılmış yarası xəsarətini alması barədə məlumat verdi. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 26 may 2023-cü il tarixli 559 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsaətlərburun nahiyəsinin qançırı ilə müşayət olunan burun sümüyünün qəlpəli yerdəyişmiş sınığı və sağ almacıq nahiyəsinin qançırı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 25 may 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə burun nahiyəsinin qançırı ilə müşayət olunan burun sümüyünün qəlpəli yerdəyişmiş sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığla yüngül zərər vurmaya aiddir, sağ almacıq nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 26 may 2023-cü il tarixli 560 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsaətlər-alın nahiyəsinin sağ yarasının əzilmiş yarası Küt əşyanın təsirindən, sağ saidin aşağı üçdə birinin ön bayır səthinin kəsilmiş yarası İTİ kənarlı əşyanın təsirindən törənmişlər, törəmə müddətləri 25 may 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bbu xəsarətlər, həm ayrı-ayrılıqda həm də birlikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığla yüngül zərər vurmaya aiddirlər. İlkin yoxlama zamanı 26 may 2023-cü il tarixdə Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. 10 iyun 2023-cü il tarixdə cinayət işinin icraatının davam etdirilməsi Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi polis mayoru Vüqar Emçiyevə tapşırılmış və istintaq aparılmışdır. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu İHB-nin Qapanlı kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Qapanlı kənd İƏD üzrə nümayəndəliyin ev təsərrüfatı uşotu kitabında qeydiyyatda dayanır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Qapanlı kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmadığından Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi polis mayoru Vüqar Emçiyev tərəfindən 06 iyul 2023-cüi il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri kifayət qədər sübutlarla təsdiq olduğundan 29 sentyabr 2023-cü il tarixdə dayandırılmış icraatı təzələməklə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. DİN-nin BƏSSİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işi üzrə 18 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saxlandığı Şəmkir RPŞ-nin müvəqqəti saxlama yerindən dərhal azad edilmiş, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmə” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu İHB-nin Qapanlı kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Qapanlı kəndində qeydiyyatda olmaqla arvadı, 3 nəfər oğlu ilə birlikdə həmin kənddə yaşayır. 20 noyabr 2023-cü il tarixdə cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmadığından və xarakterinə görə ayrıca baxılması mümkün olduğundan, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs döyərək sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət yetirən Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca ayrılaraq icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi polis mayoru X7 xidməti yerini dəyişdiyi üçün ********* nömrəli cinayət işinin istintaqı aparılması Şəmkir RPŞ-nin müstəntiqi, polis baş leytenantı X3 tapşırılmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri kifayət qədər sübutlarla təsdiq olduğundan 22 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işi üzrə 22 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmə” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrindən, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməlləri ilk dəfə törətmiş, əvvəllər həmin əməllərə görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, 01 fevral 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi göstərdiyi 10 saatlıq hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar