Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-65/2024 01.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxsnın və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1978–ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən xüsusi amansızlıqla az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 07 iyul 2023-cü il tarixdə saat 23 radələrində Şəmkir rayonu, Səməd Vurğun küçəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətində sonuncunun bir neçə dəqiqə əvvəl həmin ünvanda yerləşən evinin qarşısına alt paltarı ilə çıxması səbəbindən ona irad bildirməsinə və Zərərçəkmiş şəxs onu vuraraq üst dodağın sol yarısının çapılmış yarası və sağ bazu nahiyəsinin orta üçdə birinin ön səthinin qançırı kimi xəsarətlər yetirməklə ona qarşı nəlayiq ifadələr işlətməsinə görə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qısas almaq üçün onun azyaşlı övladı Şahid2 gözü qarşısında xüsusi əzab verdiyini dərk edərək, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib, xüsusi amansızlıqla əlləri və ayaqları ilə qəsdən vuraraq ona alın nahiyəsinin sol yarısının, sol dirsək oynağının arxa səthinin sıyrıqları və sol kürək nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən və sol bazu oynağının arxa səthinin sıyrığı və şişkinliyi ilə müşayət olunan sol körpücük–akromial oynağının çıxığı ilə müşayət olunan onun həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına xüsusi amansızlıqla az ağır zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, X3 tanıyır. Zərərçəkmiş şəxslə aralarında dostluq münasibəti olmuşdur. Onların aralarında əvvəllər heç bir narazılıqları və ədavətləri olmamışdır. 07 iyul 2023-cü il tarixdə saat 17 radələrində evdən çıxıb Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Gold Qafqaz” şadlıq sarayına qonşusu Şahin Salman oğlunun toy məclisinə getmiş, həmin vaxt toy məclisində Zilfiqiar Nəbiyevidə görmüş, toy məclisində ayrı-ayrı stollarda əyləşib yeyib içməyə başlamış və həmin vaxt araq içkisi qəbul etmişdir. Həmin gün saat 22 radələrində Şahinin toy məclisindən çıxıb evə getmiş, o, küçəyə çatan zaman küçə camaatının küçəyə yığışdığını və avtomobillərin saxladığını görüb nə baş vediyini öyrənmək üçün həmin yerə getmiş, bu vaxt Zərərçəkmiş şəxs əynində alt paltarı olduğunu görmüş, münasibətləri yaxşı olduğu üçün onun yanına yaxınlaşıb qolundan tutaraq evinə aparan zaman onun azyaşlı oğlu Ümiddə onların yanında olmuş, ona sakitləşməsini bildirib onu yaşadığı evə aparmış, yenə qayıtmaq istəyən zaman Zərərçəkmiş şəxs getməsinin lazım olmadığını və evdə qalıb sakitləşməsini bildirmişdir. Onunla birlikdə onun evinin həyətinə çıxmış, ona qarşı heç bir səbəb olmadan yeni rəhmətə getmiş atasına qarşı söyüş edən zaman o, sağ əli ilə onun sifət nahiyəsindən bir dəfə sillə ilə azyaşlı uşağının yanında onu vurmuşdur. Həmin vaxt onun onu sillə ilə vurmağının qarşılığında Zərərçəkmiş şəxs əli ilə onun dodaq nahiyəsindən cırmağa başlamış, ondan çəkilən zaman qolundan tutub əl dırnaqları ilə qolunu cırmağa başlamışdır. Ondan ayrılıb öz evinə çıxıb getmiş, hadisə 07 iyul 2023-cü il tarixdə saat 22 radələrində Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində baş vermişdir. Zərərçəkmiş şəxs onun sol çiyin nahiyəsindən təpiklə vurmamış, onun rəhmətə gedən atasına qarşı söyüş etdiyi üçn onun sifət nahiyəsindən bir dəfə vumuşdur. Ola bilsin ki, aralarında olan mübahisə zamanı yıxılması səbəbindən xəsarət alsın. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Şəmkr şəhəri, S.Vurğun küçəsi, ev-74 ünvanda yaşayır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində oğlu Şahid2lə birlikdə Şəmkir şəhəri, birinci küçədə yerləşən “Yeni Qafqaz” restoranına qonşusunun toy məclisinə getmiş, toy məclisində oğlu ilə birlikdə iştirak etdikdən sonra o, oğlu ilə birlikdə toydan çıxıb evə getmişdir. Küçəyə çatan zaman tanışı Etibara məxsus mağazadan siqaret alıb sonra evə getmək üçün Etibara məxsus mağazadan çölə çıxan zaman Sahil onun yanına yaxınlaşaraq əlində şüşə bakalı ilə onu vuracağını bildirmiş, onunla həmin vaxt aralarında sözlə mübahisələri baş vermiş, ona məhəl qoymayıb evə getmiş, həmin vaxt oğlu Ümiddə yanında olmuş, öz evinə gedib toydan gəldiyi üçün əynində olan köynəyi çıxarmış və həyətə çıxmışdır. Gecə saat 23 radələri olan zaman qonşusu Şahid4 onlara gəlmiş, Şahid4 ona nə üçün həyətdə lüt gəzdiyini bildirib ailəsinin bu şəkildə onu gördüyünü demişdir. Bu vaxt Şahid4 onun üzərinə gəlib onu vurmaq istəmiş, oğlu Ümid aralarına daxil olub onun Əli Duraxnov tərəfindən vurulmasına mane olan zaman Şahid4 oğlu Ümidin təpiklə qarın nahiyəsinə vurmuşdur. Səs küyə qonşuları Sahil və adını tam bilmədiyi Nuku kimi tandığı şəxs gəlmiş, həmin vaxt Nuku adlı şəxs onun üzərinə gələrək onun baş nahiyəsindən vurub onun yanından qaçıb getmişdir. İçəri daxil olub evdəki baltanı götürüb onun arxasınca düşmək istəmiş, lakin Sahil onun ardınca içəri daxil olub onu sakitləşdirmək istəmiş, həmin vaxt Sahilin içkili olduğunu hiss etmiş, çölə çıxmış və onun ardıncada Sahil evdən çölə çıxmış, həmin vaxt evin həyətində dayanan Eldəniz adlı şəxs ondan nə istədiklərini və həmin məsələ barəsində səhəri söhbət edəcəyini bildirib yerə diz çökərək ona kömək etməsini Eldənizdən xahiş edən zaman Sahil oğlu Ümidin yanında təpiklə sol çiyin nahiyəsindən möhkəm tərzdə vurub onu yerə yıxmışdır. Sahil onu tapikə vurub yerə yıxandan sonra onun üzərinə çıxıb onun sifət nahiyəsindən əlləri ilə vurmağa başlamışdır. Həmin vaxt azyaşlı oğlu Ümid Təqsirləndirilən şəxs onu vurmasına mane olmaq üçün əlləri ilə itələyən zaman Sahil sillə ilə onun boğaz nahyəsindən vurmuş, qonşusu Dəniz gəlib onları aralaşdırmışdır. Azyaşlı oğlu Şahid2 DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edib məlumat vermiş və 103 xidmət mərkəzinə zəng edib Təcili Tibbi yardım işçilərini çağırmışırdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakı ilə dindirilmiş Şahid2 da atası Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə qonşu kimi münasibətlər yaxşıdır. Təqsirləndirilən şəxs da tanıyır, onun qonşusudur. 07 iyul 2023–cü il tarixdə saat 23 radələrində işdən evə getmiş, Zərərçəkmiş şəxs evlərinin həyətində səs gəldiyini eşidib onlara getmiş, həmin vaxt Təqsirləndirilən şəxs, Zilfiqarın oğlu Şahid2 və Zərərçəkmiş şəxs görmüşdür. Evin həyətində Zilfiqarın qolunu tutduğunu görmüş, bu vaxt Sahilə və Zərərçəkmiş şəxs aralaşmaqlarını və bu məsələyə son qoymaqlarını bildirmişdir. O, bu sözləri onlara dedikdən sonra Zilfiqarın həyətindən çıxıb evə gedən zaman Təcili Tibbi yardım avtomobilinin ona yaxınlaşaraq Zərərçəkmiş şəxs evinin harada olduğunu soruşmuş, onlara Zilfiqarın evini göstərmiş, Təcili Tibbi yardım avtomobilində olan həkimlər Zilfiqargilin evinin qarşısında saxlamış, bu vaxt o da Zilfiqargilin yanına gəlmişdir. Köməkli şəkildə X10 yardım avtomobilinə əyləşdirib yola salaraq oradan çıxıb evə getmişdir. O, Zərərçəkmiş şəxs evinin həyətində Zilfiqarın sol qolunu sağ əli ilə tutduğunu görmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 07 iyul 2023–cü il tarixdə saat 23 radələrində qonşusunun toy məclisindən çıxıb yaşadığı Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən evə gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs alt paltarında yol durmasını və nalayiq sözlər işlətməsini görmüşdür. Səbəbini soruşduqda, ona yaxşı etdiyini demiş və onun ünvanına da söyüşlər işlətmişdir. Həmin vaxt qonşular gələrək Zilfiqarı sakitləşdirmişlər, onu isə anası evə aparmışdır. O, həmin vaxt Şahid2 və Zərərçəkmiş şəxs vurmamış, döyməmiş, həmçinin Zilfiqarla Sahilin dalaşmasını görməmişdir. Məhkəmə iclasında əlavə Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 07 iyul 2023–cü il tarixdə saat 23 radələrində qonşusunun toy məclisindən çıxıb yaşadığı Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən evə gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs və digər qonşularını bir yerdə görmüşdür. Nə baş verdiyini öyrənmək üçün onlara yaxınlaşmış, bu zaman Zilfiqarın səs–küy etməsini görmüşdür. Həmin zaman Zilfiqara yaxınlaşaraq onu sakitləşdirmək üçün evinə aparmaq istəmiş, lakin Zilfiqar əlləri ilə onu itələmiş, bu zaman Zilfiqarın onu vurmaq istəməsini düşünmüş və onu itələyərək yerə yıxmışdır. Bundan sonra oradan uzaqlaşıb getmişdir. O, həmin vaxt Şahid2 və Zərərçəkmiş şəxs vurmamış, döyməmiş, həmçinin Zilfiqarla Sahilin dalaşmasını görməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında ekspert qismində dindirilmiş X2 ifadəsində və ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. O, Zərərçəkmiş şəxs Sahil adlı şəxsin ona xəsarət yetirməsi səbəbindən tanımışdır. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər alın nahiyəsinin sol yarısının, sol dirsək oynağının arxa səthinin sıyrıqları, sol kürək nahiyəsinin qançırı, sol bazu oynağının arxa səthinin sıyrığı və şişkinliyi ilə müşayət olunan sol körpücük-akromial oynağının çıxığı olmuşdur. Zərərçəkmiş şəxs həmin xəsarətlərin 07 iyul 2023-cü il tarixdə onunla qonşuluqda yaşayan Sahil adlı şəxs tərəfindən yetirildiyini bildirmişdir. Həmin xəsarətlər yeni xəsarətlər olmuş, köhnə xəsarətlər olmamış, yəni törənmə müddətləri 07 iyul 2023-cü il tarixə uyğun olmuşdur. Zərərçəkmiş şəxs müayinə olunan zaman onun sol dirsək oynağının arxa səthində sıyrıqlar, sol kürək nahiyəsində qançır və sol bazu oynağının arxa səthində sıyrıqlar və şişkinlik olmuşdur. Bu əlamətlər isə zərər çəkmiş şəxsdə olan xəsarətlərin yeni yaranmış xəsarətlər olmasını özündə ehtiva edir. Əgər köhnədən əmələ gəlmiş xəsarətlər olsaydı onda ağrı və şişkinlik olmazdı. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, X6 və Təqsirləndirilən şəxs mübahisə edərək dalaşdıqları, Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətinə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 08 iyul 2023–cü il tarixli 773 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər–alın nahiyəsinin sol yarısının, sol dirsək oynağının arxa səthinin sıyrıqları, sol kürək nahiyəsinin qançırı, sol bazu oynağının arxa səthinin sıyrığı və şişkinliyi ilə müşayət olunan sol körpücük-akromial oynağının çıxığı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 07 iyul 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol sol bazu oynağının arxa səthinin sıyrığı və şişkinliyi ilə müşayət olunan sol körpücük-akromial oynağının çıxığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir, alm nahiyəsinin sol yarısının, sol dirsək oynağının arxa səthinin sıyrıqları və sol kürək nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdiyi ifadələri biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadə ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri isə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz zərərçəkmiş şəxsin və şahidlərin ifadələri qoyulmalıdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, qəsdən sağlamlığa az ağır zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmaması və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmadan, ona Azərbaycan Respublikası CM–in 127.2.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin şübhəli şəxs qismində saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2023–cü il tarixdə Şəmkir rayonu ərazisində saxlanılaraq Şəmkir RPŞ–nin MSY–nə təhvil verilmişdir. Bundan başqa cinayət işinin materiallarında olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2023–cü il tarixdən 23 noyabr 2023–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (ay) ay 26 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonu hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-65/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-65/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver