Məhkəmə qərarları › İş №1(076)-66/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-66/2023

17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-66/2023 17.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: X2 iştirakı ilə xx xxxxx 1981–ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş və həmin məhkəmə aktının icrasına maneçilik törətmişdir. Belə ki, o, cavabdeh kimi ondan, uşaqlar iddiaçıya alınıb verildiyi tarixdən hesablanmaqla xx.xx.2014-cü il tarixdə doğulmuş İlkin və xx.xx.2015-ci il tarixdə doğulmuş Kamandar adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 110 manat, cəmi 220 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-760/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 6.176,50 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək, zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə el adəti ilə toy edərək ailə həyatı qurmuş və onların nikahları xx.xx.2014-cü il tarixdə rəsmi olaraq qeydə alınmışdır. Onun Zərərçəkmiş şəxs ilə olan nikahlarından İlkin və Kamandar adlı övladları olmuşdur. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan ailə daxili yaranmış sözsöhbətlərə görə münasibətləri korlanmışdır. Bu səbəbdən də onlar 2019-cu ildə ayrılmış, uşaqları isə onunla qalmışdır. Sonradan Zərərçəkmiş şəxs məhkəməyə müraciət etdiyinə görə Şəmkir Rayon Məhkəməsinin 2(076)- 760/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixdə doğulmuş İlkin və xx.xx.2015-ci il tarixdə doğulmuş Kamandar adlı uşaqların ondan alınaraq Zərərçəkmiş şəxs verilməsi və həmin uşaqlar iddiyaçıya verildiyi tarixdən başlayaraq yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin ondan alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Uşaqları xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs himayəsinə vermişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və xəbərdarlıq edilmişdir. Həmin vaxt aliment borcunu ödəməmişdir. Bu səbəbdən də Şəmkir Rayon Məhkəməsi qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsini icra etmədiyi üçün, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin, icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də, aliment borcunu ödəyə bilməmişdir. İbtidai istintaq zamanı 6.176,50 manat aliment borcundan Zərərçəkmiş şəxs hesabına 1.000 manat ödəmişdir. Hazırda əməlindən peşmandır. Bununla belə tələbkara qalan borcunu məhkəmə gedişində tam şəkildə ödəmişdir. Hazırda onun tələbkara heç bir borcu qalmamışdır. Odur ki, borcunu tam ödədiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə el adəti ilə toy edərək ailə həyatı qurmuş, nikahları xx.xx.2014-cü il tarixdə rəsmi olaraq qeydə alınmışdır. Onun Təqsirləndirilən şəxs ilə olan nikahından iki övladı olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən 2019-cu ildə məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin 2(076)-760/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixdə doğulmuş İlkin və xx.xx.2015-ci il tarixdə doğulmuş Kamandar adlı uşaqların Təqsirləndirilən şəxs alınaraq ona verilməsi və həmin uşaqlar ona verildiyi tarixdən başlayaraq yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs uşaqları xx.xx.2019-cu il tarixdə onun himayəsinə vermişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şəmkir rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və dəfələrlə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsi qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsini icra etmədiyi üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin, icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək yaranmış olan 6.176,50 manat aliment borcunu ödəməmişdir. Hazırda isə Təqsirləndirilən şəxs borcunu tam ödəmiş, yəni qətnaməni icra etmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-760/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün uşaqlar iddiaçıya verildiyi tarixdən başlayaraq hər ay cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Göstərilən icra vərəqəsi xx.xx.2019-cu il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Borcun məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Şəmkir rayon icra və probasiya şöbəsinə gəlməsi tələb olunmuşdur. Ancaq o, üzrlü səbəb göstərmədən çağırışa gəlməmişdir. İcraat zamanı icra məmurunun qanuni tələblərinə əməl etməyən borclu Təqsirləndirilən şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və Şəmkir Rayon Məhkəməsinin 3(076)-1179/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8(076)-118/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə məhdudlaşdırılmışdır. Materiallardan göründüyü kimi borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-760/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, tələbi icra etməməkdə davam etmiş və qətnamənin icrasının təmin olunması istiqamətində faktiki imkanlarından istifadə etməmişdir. Bununla da onun əməlində qərəzlilik müşahidə olunmuşdur. Bundan başqa tələbkar Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-760/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş İlkin və xx.xx.2015-ci il tarixdə doğulmuş Kamandar adlı uşaqların Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi və həmin uşaqlar iddiyaçıya verildiyi tarixdən başlayaraq, yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin ondan alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(076)-760/2019 saylı icra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(076)-1179/2020 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətində inzibati həbs edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(076)-118/2021 nömrəli qərardadından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-760/2019 saylı icra sənədi üzrə aliment borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli bildiriş və xəbərdarlıq məktublarından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan X3 21 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemindəki vakansiya bankından münasib iş ("xxxx" MMC-nin mağazasında satış üzrə məsləhətçi işi - əmək haqqı 250-275) təklif olunmuş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək iş təklifini qəbul etməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onun hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqının nəticəsində tamamilə sübut olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin borcunu tamamilə ödədiyini onunla barışdığını və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdiyri ifadəsini, onun ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, ziyanın ödənilməsi əsası ilə cinayət işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci və 43.1.1-ci maddəsinə əsasən, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə halları mövcud olduğuna və dövlət ittihamçısı ittihamının müdafiəsindən imtina etdiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə nəzərə alır ki, tərəflər cinayəti törətdikdən sonra zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini hökm çıxarılanadək tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar