Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-66/2024 21.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gəncə şəhəri, D.Qorqud küçəsi, bina-34, mənzil-33 də qeydiyyatda olmaqla Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Avtomobil zavodunun yanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq özgənin əmlakını gizli talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 yanvar 2022-ci il tarixdə saat 18 radələrində istintaqa dəqiq məlum olmayan vaxtda tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə istintaqa şəxsiyyətləri dəqiq məlum olmayan tanışı Həsən və Vüqar adlı şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Şəmkir rayonu, Dəllər-Cəyir kəndinin Bakı-Qazax magistral avtomobil yolunun yaxınlığında həmin kənddə yaşayan Zərərçəkmiş şəxs məxsus fermanın ərazisində yerləşən açıq sahədən sonuncuya məxsus 800 (səkkiz yüz) manat dəyərində, 01 ədəd 6 metr uzunluğunda, 1,2 metr enində, başlanğıc hissəsində 1,6 metr olan, 4 metrdən sonra dərinliyi sonadək azalan qoyun çimizdirmək üçün nəzərdə tutulmuş 7 ton su tutumu olan dəmir su çənini idarə etdiyi **-EA-*** dövlət qeydiyyat nişanlı “Ford” markalı yük avtomobilinin yük yerinə yerləşdirib gizlin talamaqla, ümumilikdə zərərçəkmiş şəxsə 800 (səkkiz yüz) manat məbləğində zərər vurmaqla oğurluq etmişlər. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi, baxış protokolu və həmin protokollara əlavə olunmuş fotocədvəl, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, D.Qorqud küçəsi, bina-34, mənzil-33 də qeydiyyatda olmaqla Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Avtomobil zavodunun yanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Dəmir metal alıbsatmaqla ailəsini dolandırır. Qeyd olunan dəmirləri o, QAZ 3110 markalı **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə aparıb satır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında dəmir almaq üçün Qazax rayonuna getmiş, saat 15 radələrində Qazax rayonundan geri qayıdan zamanı Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində yerləşən Hərbi Hissənin arxasında olan yatağın yanında traktorun yolu şumladığını görmüşdür. Həmin traktorun sahibi ona əl edib onun avtomobilini saxlatmışdır. O, avtomobili kənara çəkib yolun kənarında saxlamışdır. O, avtomobildən yerə düşüb traktorunun sürücüsünün yanına yaxınlaşmış, sürücü ona əzilmiş vəziyyətdə olan su çənini satmaq istədiyini bildirmişdir. O, da sürücüyə 20 manat pul verə biləcəyini bildirmişdir. Onlar öz aralarında razılaşmışlar və o, 20 manat pulu sürücüyə vermişdir. Avtomobildə yer olmadığı üçün o, traktorun sürücüsünün mobil nömrəsini götürüb yaşadığı Gəncə şəhərinə getmişdir. O, avtomobilli atasının yaşadığı ünvana aparıb qoymuşdur. O, atası Fikrətə bildirmiş ki, o, 20 manata su çənini almışdır. O, atası Fikrətdən FORD Transıt **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili götürmüşdür. Su çəni ağır olduğu üçün o, fəhlə olaraq Həsən və Vüqarı götürüb Şəmkir rayonuna yola düşmüşlər. Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində yerləşən Hərbi Hissənin arxasında olan yatağa saat 18 radələrində çatmışlar. Həmin yerdə çatanda traktorun sürücüsünə zəng edib su çənini aparaçağını bildirmişdir. Onlar avtomobildən düşüb su çənini FORD Transıt **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük qoyub Gəncə şəhərinə hərəkətə başlamışlar, onlar Gəncə şəhərinə çatdıqda Həsən və Vüqarı Yevlax avtovağzalı adlanan ərazidə düşürüb dəmiri “Musayevin qarajı“ adlanan metal qəbulu məntəqəsinə aparmışdır. O, daimi həmin yerə metal verdiyi üçün ondan şəxsiyyət vəsiqəsi tələb etmədən su çənini 1 kiloqramı 0.42 qəpikdən olmaqla 220 manata almışlar. O, da pulu götürüb yaşadığı ünvana getmişdir. Sonra isə atası Şahid1 Şəmkir RPŞ-nin əməkdaşları saxlayıb Şəmkir RPŞ-nə dəvət etmişlər. O, da Şəmkir RPŞ-də gəlib etdiyi əməli səmimi olaraq etiraf etmişdir. O, su çənini 20 manata tanımadığı traktorun sürücüsündən almışdır. Həmin sürücü ilə bağlı o, heç bir məlumat təqdim edə bilməmişdir. Həsən və Vüqarın su çəninin oğurluq olması barədə məlumatları olmayıb. Su çəninin çəkisi təxminən 500 kloqram olub, o, Həsən və Vüqar adlı şəxslərin hal-hazırda harada yaşamaqları barədə heç bir məlumatı yoxdur. xx.xx.2023-cü il tarixdən sonra onlarla heç bir əlaqəsi olmayıb. Sonda Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını və vurulmuş maddi ziyanı ödədiyini, ondan heç bir şikayət və tələbin olmamasını, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Şəmkir rayonu Dəllər-Cəyir kəndinin Bakı Qazax magistral yolu keçən hissəsinin yaxınlığında fermer təsərrüfatı var. O, həmin təsərrüfatda ancaq xırda buynuzlu heyvanlar saxlayır. Fermanın ətrafında hər hansı hasar və ayırma zolağı yoxdur. Həmin ərazidə köhnə fermanın yaxınlığında qoyunları çimizdirmək üçün su çəni var. Həmin su çənini 2015-ci ildə o, 700 manata almışdır. Həmin çən sırf qoyun çimizdirmək üçün xüsusi olaraq düzəldilmişdir. Çənin ümumi uzunluğu təxminən altı metrdir. Başlıq hissəsinin dərinliyi 1.6 metr, təxminən 4 metrdən sonra isə dərinliyi azalmağa başlayır. Onlar həmin çənin dərin yerinə qoyunları salırmışlar, həmin yerdən qoyun üzə üzə gedərək çənin dayaz yerindən üzərək çölə çıxırmış. O, bir neçə il həmin çəni istifadə etmişdir. Bir neçə il olar ki, həmin fermadan təxminən beş yüz metr aralıda başqa ferma tikdirmiş, çəni isə torpaqdan çıxararaq kənara qoymuş, çən istifadəsiz olmuşdur. 02 yanvar 2023-cü il tarixdə saat təxminən 17 radələrində o, çənin yaxınlığında üç nəfər şəxsin dayandıqlarını və çənə baxdıqlarını görmüşdür. O, onlardan şübhələndiyindən onlara nə məqsədlə gəldiklərini öyrənmək üçün getmiş, lakin onlar gəldikləri ford markalı yük avtomobilinə oturub getmişlər. O, yük avtombilinin qeydiyyat nişanının ** EA *** olmasını görmüş və bu barədə özüdə qeydiyyat aparmışdır. 03 yanvar 2023-cü il tarixdə o, səhər tezdən gedib baxdığında çənin orada olmadığını görmüşdür. Bu zaman ona aydın olmuş ki, əvvəlki gün çənə yaxınlaşıb baxan şəxslər həmin vaxtı özləri plan quraraq gecə düşdükdən sonra çəni oğurlayıb aparmışlar. Bundan sonra o, polis şöbəsinə gələrək oğurluq barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək müvafiq sənədləşmə aparmışlar. O, sonradan bilmiş ki, su çəninin oğurlayan şəxslər Gəncə şəhər sakinləri olmuş və onlar su çəninin oğurlayaraq metal qəbulu məntəqəsinə satmışlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onun barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Nizami rayonu İstanbul küçəsi ev 10-da ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Şəmkir rayon Dəllər Cəyir kəndində yaşayan Zərərçəkmiş şəxs tanımır. Onunla heç bir ədavəti düşmənçiliyi yoxdur. **-EA-*** dövlət qeydiyyat nişanlı Ford markalı yük avtomobilini kirayə götürmüş, qeyd edilən avtomobillə dəmir metallarını rayonlardan alıb satır. Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs ondan avtomobili istəmiş ki, Şəmkir rayon Dəllər Cəyir kəndində dəmir var onu gedib alacağını bildirmişdir. O, da avtomobili oğlu Malikə vermişdir. O Şəmkir rayon Dəllər Cəyir kəndinə gedərək dəmiri alıb avtomobillə yükləyib Gəncə şəhərində “Musayevin“ qarajı adlanan əraziyə aparıb 220 manata satıb.xx.xx.2023-cü il tarixdə o, səhər tezdən işə gedəndə Şəmkir rayonunda yerləşən posta onu saxlayıb oğurluqda şübhəli olduğunu bildirmişlər. Onu polislər Şəmkir rayon Polis şöbəsinə gətirmişlər. O, da RPŞ-də olanda oğlu Təqsirləndirilən şəxs Şəmkir rayon Dəllər Cəyir kəndində Zərərçəkmiş şəxs məxsus su çənini oğurladığı məlum olmuşdur. Onun oğurluqla heç bir əlaqəsi yoxdur. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iş üzrə tərəflərin xahişi ilə ifadəsi elan edilmiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Gəncə şəhəri Cavadxan qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklər keçirməmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Gəncə şəhərində “ Musayevin qarajı “ adlanan ərazidə metal qəbulu məntəqəsində anbardar işləyir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs tanıyır. Belə ki,o Gəncə şəhərində dəmir alqı satqısı ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs axşam saatlarında Ford markalı avtomobili su çəni gətirmiş və çəni satmaq isdədiyini bildirmidir. O, su çəninin oğurluq olub-olmadığını soruşduqdan sonra şəxsiyyət vəsiqəsi ilə su çənini almışdır. Həmin su çəni təxminən 500 kloqram təşkil etmiş və 1 kloqramını 0.42 qəpikdən almağa razılaşmışlar. O, da Təqsirləndirilən şəxs 220 manat pul vermişdir. Təxminən 10-15 gündən sonra Şəmkir RPŞ-nin əməkdaşları metal qəbulu məntəqəsinə gəlmişlər və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs oğurluq su çəni alıb-almadığım soruşmuşlar. O, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs su çəni aldığını bildirmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iş üzrə tərəflərin xahişi ilə ifadəsi elan edilmiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, o, atası Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi 29 aprel 2023-cü il tarixdə fakta görə Şəmkir rayon Polis şöbəsinin İstintaq bölməsinin sabiq müstəntiqi polis mayoru Vüqar Emçiyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ********* nömrəli başlanılmışdır. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə Şəmkir rayonu, Dəllər-Cəyir kəndi ərazisində olmuşdur. Həmin ərazidən keçən avtomobil yolunun yaxınlığında bir hissəsi çəpərə alınmış yerdə açıq ərazi vardır. Həmin yerdə əvvəllər ferma kimi istifadə olunmuş tikinti vardır. Tikintinin bir hissəsi uçulmuşdur. Uçulmuş divarın yaxınlığında şikayətçi Zərərçəkmiş şəxs dayanaraq 7 tonluq çənin oğurlanmamışdan əvvəl həmin yerdə olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli Şəmkir rayonu "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, 2023-cü ilin yanvar ayının əvvəlinə bir ədəd altı metr uzunluğunda, 1.2 metr enində, başlanğıc hissəsində dərinliyi 1.6 metr olan, dörd metrdən sonra dərinliyi sonadək azalan qoyun çimizdirmək üçün nəzərdə tutulmuş 7 ton su tutumu olan su çəninin orta bazar qiyməti Şəmkir bazarında təxminən 1000 manat olmuşdur. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmadığından Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi Vüqar Emçiyev tərəfindən 29 iyun 2023-cüi il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM- nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İş üzrə təyin edilmiş məhkəmə əmtəşünaslıq ekspertizasının 01 may 2023-cü il tarixli 9/2653 saylı rəyindən görünür ki, Şəmkir rayonu “Həbibli-1“ MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 41 saylı məktubundan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 6 metr uzunluğunda uzunluğu, 1.2 metr enində, başlanğıc hissəsində 1.6 metr olan, 4 metrdən sonra dərinliyi sonadək azalan qoyun çimizdirmək üçün nəzərdə tutulmuş 7 ton su tutumu olan dəmir su çəninin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 800 manat müəyyən edilmişdir. Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi polis mayoru X3 xidməti yerini dəyişdiyi üçün ********* nömrəli cinayət işinin istintaqı aparılması 07 avqust 2023-cü il tarixdə icrası Şəmkir RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Toğrul Rəhimliyə tapşırılmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri kifayət qədər sübutlarla təsdiq olduğundan 29 sentyabr 2023-cü il tarixdə dayandırılmış icraatı təzələməklə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət prosessini həyata keçirən orqandan gizlənməsi və çağırışa gəlməkdən qəsdən boyun qaçırmasını nəzərə alaraq 02 oktyabr 2023-cü tarixdə onun barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Cinayət işi üzrə Şəmkir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə tutularaq Şəmkir RPŞ-nin MSY-nə təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. Cinayət işi üzrə 13 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, Şəmkir RPŞ-nin MSY-dən azad edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalıyaraq təsdiq etmişdir. Cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin CAB-nə əməliyyat tapşırığı verilmiş, xx.xx.2023-cü il tarixdə daxil olmuş məktubda göstərilir ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus 1 ədəd su çənini oğurlayan şəxs Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxslə oğurluq etməkdə köməklik edən şəxslər Həsən və Vüqar adlı şəxslərin və traktorun sürücüsünün şəxsiyyətlərini müəyyən etmək əməliyyat yolu illə müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs oğurladığı su çənini Gəncə şəhərində yerləşən “Musayevin“ qarajı adlanan ərazidə yerləşən metal qəbul məntəqəsində Şahid2 adlı şəxsə 220 manata satmışdır. Təqsirləndirilən şəxs oğurluq kömək edən şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa əvvəl verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti, yerləri və əşyaları əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra iştirakçılarla birlikdə Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində yerləşən Hərbi Hissənin arxasında olan yatağa getdilər. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə verdiyi ifadəsini bir daha təsdiq edərək Zərərçəkmiş şəxs məxsus 01 ədəd su çənini xx.xx.2023-cü il tarixdə tanışları Həsən və Vüqar ilə birlikdə oğurladığını bir daha təsdiq etmişdir. 21 noyabr 2023-cü il tarixdə Şəmkir RPŞ-nin cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmadığından və xarakterinə görə ayrıca baxılması mümkün olduğundan, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs ilə birlikdə oğurluq edən Həsən və Vüqar adlı şəxslərin şəxsiyyəti müəyyən edilmədiyi üçün fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraat ayrılmışdır. AA4967797 saylı və AA4967798 saylı şəxsiyyət vəsiqələrinin, AZ-T 240985 saylı və AZ-İV 414786 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 nəfər xx.xx.2021-ci il təvəllüdlü Anar və xx.xx.2020-ci il təvəllüdlü Ümid adlı azyaşlı uşağı var. DİN-nin BƏSSİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci bəndinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və 59.1.13-ci bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, 59.1.4. -ci bəndinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını və ilk dəfə cinayət törətməsi onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi, cəzanı ağırlaşdıran halların olmaması, bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə göstərilənlərə əsasan hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan, yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinin tələbinə əsasən şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq cəzadan çıxılmalı və onlara qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, orta həddə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş müddət təyin olunmuş cəzadan çıxılmalı, cəza çəkdiyi müddət ərzində yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, barəsində seçilmiş “polisi nəzarəti altına vermə qətimkan tədbiri” hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: KOD-210005, VÖEN– **********, müxbir hesab–AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və onun hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsə hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD-210005, VÖEN–**********, müxbir hesab–AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hökmdən bu müddət ərzində аpellyаsiyа prоtesti və yа şikаyəti verilməzsə, həmin müddətin bаşа çаtdığı vаxtdаn sоnrаkı gün bu hökm qаnuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-66/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-66/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver