Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-66/2025 13.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 Məzahir oğlunun və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev-61 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Məzahir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə, xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olunmamış, Gəncə şəhəri, Dəmiryolaltı Y/Ə Sahə-2, Məh A-1 qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Gəncə şəhəri, Dəmiryolaltı Y/O Sahǝ-2, Mǝh A-1 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Şəmkir rayonu, Şiştəpə kənd sakini X1 etibarından sui-istifadə edib aldadaraq sonuncunun övladı Şahid2 səhhəti ilə əlaqədar müddətli həqiqi hərbi xidmətdən yayınmasına köməklik edəcəyini yalandan vədlər verərək hissə-hissə olmaqla vahid niyyətlə 14 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin tarixə olan məzənnəsi ilə 3400 manat dəyərində olan 2000 ABŞ dolları, 15 sentyabr 2023-cü il tarixdə 800 (səkkiz yüz) manat, 2024- cü ilin əvvəlində istintaqa dəqiq məlum olmayan müxtəlif tarixlərdə isə 300 (üç yüz) manat, ümumilikdə Sülahnə Məmmədovanın 4500 (dörd min beş yüz) manat məbləğində pulunu Şəmkir rayon ərazisində müxtəlif ünvanlarda ələ keçirib sonradan vədinə əməl etməyərək etibardan sui-istifadə və aldatma yolu ilə dələduzluq etmişlər. Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 61 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Şəmkir rayonu, Şiştəpə kənd sakini X1 etibarından sui-istifadə edib aldadaraq sonuncunun övladı Şahid2 səhhəti ilə əlaqədar müddətli həqiqi hərbi xidmətdən yayınmasına köməklik edəcəyini alandan vədlər verərək hissə-hissə olmaqla vahid niyyətlə 14 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin tarixə olan məzənnəsi ilə 3400 manat dəyərində olan 2000 ABŞ dolları, 15 sentyabr 2023-cü il tarixdə 800 (səkkiz yüz) manat, 2024-cü ilin əvvəlində istintaqa dəqiq məlum olmayan müxtəlif tarixlərdə isə 300 (üç yüz) manat, ümumilikdə Sülahnə Məmmədovanın 4500 (dörd min beş yüz) manat məbləğində pulunu Şəmkir rayon ərazisində müxtəlif ünvanlarda ələ keçirib sonradan vədinə əməl etməyərək etibardan sui-istifadə və aldatma yolu ilə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədən törətmiş olduğu cinayət əməlini tam etiraf edərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 61 ünvanında yaşayır. Taksi fəaliyyəti ilə məşğul olan sahibkardır. Ona məxsus günlük icarə əsasında fəaliyyət göstərən 4 ədəd Toyota Prius markalı avtomobil vardır. 2023-cü il iyun ayında o, Amin adlı taksi sürücüsü ilə tanış olmuş və Amin ona məxsus avtomobili günlük icarə əsasında edərək taksi fəaliyyəti ilə məşğul olmaq istəməsini bildirmişdir. O, Aminlə günlük 30 manat icarə haqqı qarşılığında razılaşmış və Aminə həmin avtomobili sürmək üçün etibarnamə verərək avtomobili təhvil vermişdir. 2023-cü ilin avqust ayında Amin adlı şəxsin gündəlik icarə ödəməsində problemlər yaranmağa başlamışdır. Amin ödəmələri geciktirmiş bəzən də ödəməmişdir. 2023-cü ilin sentyabr ayının 7-də Amin avtomobili spirtli içkili idarə etdiyi üçün DYP tərəfindən 400 manat miqdarında cərimə edildikdə o, Aminə cəriməni tezliklə gələrək cərimə artmışdır. Həmin vaxt ərzində Aminin ona olan borcu gedərək artdığı üçün o, ödəməsini bildirsə də Amin cəriməni ödəmədiyi üçün həmin cərimənin üzərinə dəbbə pulu müddət köməklik etmək lazım olduğunu bildirərək borcu ödəməkdən yayınmışdır. xx.xx.2023- Aminə dəfələrlə borcunu verməsini istədikdə Amin ailə həyatı qurmağa hazırlaşdığını və bir il tarixdə o, yenə Aminə zəng edərək borcunu istədikdə Amin Bakı şəhərindən Şəmkir rayonuna gəldiyini hal hazırda Gəncə şəhərində olduğunu bildirərək görüşmək istədiyini demişdir. O, Aminlə görüşdükdə yanında Aminin qayınanası Sülhanə və qaynı Ayxan olmuşdur. Amin ona Ayxanı əsgərlikdən saxlada bilib-bilməyəciyimi soruşduqda o, pulunu Amindən geri almaq məqsədi ilə Ayxanı əsgərlikdən saxlaya biləcəyini yalandan demişdir. Həmin vaxt Amin qayınanası Sülhanənin 4000 manatı olduğunu və bu miqdara bu işi həll etməyi lazım olduğunu bildirmişdir. O, Sülhanə və Aminlə razılaşmış və xx.xx.2023-cü il tarixdə Amin və qayınatası Qabil ilə Şəmkir rayonu "Bravo" marketin qarşısında görüşərək 2000 ABŞ dollarını Amindən təhvil almış və onlar ayrılmışlar. Bir neçə dəqiqə sonra Amin ona zəng edərək sabah da 800 manat verəcəyini, lakin 200 manatın özünə çatacağını bildirmişdir. Bu səbəbdən o, həmin tarixdə 200 manatı Aminin kart hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə o, Aminin zənginə əsasən Şəmkir rayonu, Şiştəpə kəndinə gəlmiş və Amin qaynı Ayxanla birgə onunla adını bilmədiyi marketin yanında görüşərək 800 manatı ona təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə o, Bakı şəhərinə qayıdaraq Aminin ona olan borclarını hesablamağa başlamışdır. O, Aminə zəng edərək 1700 manat borcu olmasını və pulun geri qalan hissəsini ona qaytaracağını bildirdikdə Amin ona pulu özündə saxlamağı və Aminə verdiyi avtomobilin bundan sonrakı günlük icarə haqqlarını da həmin yerdə qalan məbləğdən çıxmağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Aminin başqa cərimələrinin də olduğu üçün sürücülük vəsiqəsindən mərhum edilmiş və o, xx.xx.2023-cü il tarixdə Toyota Prius markalı ** FB *** d.q.n-lı avtomobilini ondan təhvil almışdır. Həmin vaxt o, aralarında qalmış borcu yenidən hesablamış və Aminin ona verəsi olduğu 850 manatı da hissə-hissə olmaqla ona ödəyərək xx.xx.2024-cü il tarixdə aralarında olan münasibəti sonlandırmışdır. Daha sonra Amin ona zəng edərək Sülhanə və Qabilin onu axtardığını bildirmiş, xəbəri ondan almadığını deməsini bildirmişdir. Amin ona qaynı Ayxanın əsgərlik məsələsini 2000 manat qarşılığında MAXE işləyən başqa şəxslə həll etdiyini və aprel ayında hərbi biletin veriləcəyini həmin müddətə kimi Sülhanəgilə deməməyini xahiş etmişdir. O, Aminin dediyi kimi etmiş, lakin aprel ayında Sülhanǝ ona zəng edərək söyüşlə onu təhqir etdiyi üçün o, Sülhanəyə hərşeyi olduğu kimi demiş və bütün pulu Aminin ona olan borcunu çıxaraq Aminə qaytarmağını bildirmişdir. Belə olan halda Amin hərşeyi boynundan atmış və onun telefonlarını açmayaraq onunla görüşməkdən yayınmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə o, Sülhanə ilə telefonda danışaraq güya Aminlə üzləşəcəyi adı ilə onların yaşadığı Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən evə gəlmişdir. Həmin vaxt o, 4 saat Amini gözləsə də Amin oraya gəlməkdən yayınaraq gəlməmişdir. Sülhanə onu söyərək və hədələyərək avtomobilini evinin həyətinə salmağını tələb etmişdir. O, Sülhanə ilə razılaşaraq Toyota Prius markalı ** DH *** d.q.n-lı avtomobili evin həyətinə salaraq oradan uzaqlaşmış və bu barədə polisə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, Amin Sülahənədən əlavə olaraq 300 manat pul almışdır. O, etdikləri əməlin cinayət olduğunu dərk edir, lakin məcbur qalıb belə birşey etməyə, Aminin ona olan borcunu başqa yola ala biilməyəcəyinə görə Aminin qaynanasını Sülahənə Aminlə birlikdə aldaraq belə bir şey etmişdir. Etdiyi əməldən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxs X2 ilə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək müdafiəsi üçün heç bir dəlil gətirmədən törətmiş olduğu cinayət əməlini tam etiraf edǝrǝk ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Dəmiryolaltı Y/O Sahǝ-2, Mǝh A-1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heçyerdə işləmir taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 adlı şəxs ilə tanışlığı 2023-cü ilin iyun ayında olmuşdur. O, həmin şəxsə məxsus Toyota Prius markalı avtomobili gündəlik 30 manat icarə haqqı qarşılığında icarəyə götürmüş, bir müddət o, Cavidə məxsus avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olduqdan sonra onun maddi sıxıntıları olmuş və gündəlik icarə haqqını ödəyə bilmədiyi üçün Cavidə borcu yaranmışdır. Daha sonra isə o, həmin avtomobili spirtli içkili şəkildə idarə etdiyi üçün YPX tərəfindən 400 manat miqdarında cərimələnmişdir. O, həmin cərimə ödənişini qısa müddət ərzində ödəyə bilmədiyi üçün dəbbə pulu hesablanmağa başlamışdır. Daha sonra o, qayınana Sülhanə və qaynı Ayxan ilə birgə Bakı şəhərindən qayıdarkən Gəncə şəhərinə çatdıqda Cavid onu yığaraq harada olduğunu soruşmuşdur. O, Cavidə qaynının vəziyyəti ilə əlaqədar Bakı şəhərindən qayıtdığını əsgərlikdən saxlatmaq istədiklərini demişdir. Həmin vaxt Cavid bu işi həll edə biləcəyini demiş və Dəyirman dairəsi adlanan əraziyə gələrək qayınanası Sülhanə ilə 4000 manat qarşılığında razılaşmışdır. xx.xx.2023-cü il tarixdə qayınatası Qabil və o, Şəmkir şəhərində yerləşən Bravo marketin qarşısında Cavid ilə görüşmüş və o, 2000 ABŞ dollarını Cavidə təhvil vermişdir. Həmin gün Cavid həmin puldan əvvəlcədən razılaşdığı kimi 200 manatı ona məxsus bank kartına yollamışdır. xx.xx.2023-cü il tarixdə Cavid pulun yerdə qalan hissəsini götürmək məqsədi ilə Şiştəpə kəndinə gəlmiş və o, qaynı Ayxanla birgə yerdə qalan 800 manatı da təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə o, sürücülük vəsiqəsindən məhrum edildiyi üçün idarə etdiyi Cavidə məxsus Toyota Prius markalı ** FB *** d.q.n-lı avtomobili Bakı şəhərinə apararaq Cavidə təhvil vermişdir. Cavid həmin vaxt ona olan borcunu çıxdıqdan sonra yerdə 850 manat pulun qaldığını və həmin məbləği də kartıma vuracağını demişdir. xx.xx.2024-cü il tarixdə Cavid sonuncu ödənişi də ona məxsus bank kartına ödəmiş və əlaqələri bitmişdir. Bundan sonra Ayxanın hərbi biletinin düzəldilməsi üçün əlavə olaraq Sülahəndən 300 manat pul almışdır. Daha sonra Cavid ona zəng edərək qayınanası Sülhanənin ondan pulunu istəməsini dedikdə o, Cavidə aprel ayına kimi gözləməsini və Ayxanın hərbi biletinin hazır olacağını desə də daha sonra qayınanası Sülhanǝ tərəfindən Cavidə məxsus avtomobilin Şiştəpə kəndində əlindən alınmasını öyrənmişdir. Hal-hazırda zərərçəkmiş şəxs X2 ilə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ailəsi ilə Şəmkir rayonu, Şiştəpə kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs1 Məzahir oğlu adlı şəxsi 2023-cü ilin sentyabr ayında qızının həyat yoldaşı X3 vasitəsi ilə tanımışdır. Həmin vaxtı Amin və o, oğlu Ayxanı, Aminə məxsus avtomobil ilə Bakı şəhərindən həkim müayinəsindən gətirərkən Gəncə şəhərinə çatdıqda, Cavid Aminə zəng edib danışarkən oğlu Ayxanın vəziyyəti barədə məlumat verdikdə Cavid bu işi həll edə biləcəyini demişdir. X6 şəhərində yerləşən "Dəyirmanın" dairəsi adlanan yerdə görüşmüş və 4500 manat qarşılığında razılaşmışlar. 14 sentyabr 2023-cü il tarixdə o, oğlu Ayxan, həyat yoldaşı Qabil və Aminlə birgə Şəmkir şəhərində yerləşən "Bravo" marketin qarşısına gəlmişlər. Həmin vaxtı həyat yoldaşı Qabil və Amin Cavid adlı şəxslə görüşərək 2000 ABŞ dollarını Cavidə təhvil vermişlər. xx.xx.2023-cü il tarixdə isə o, 800 manatı Aminə vermiş və Amin onun oğlu Ayxanla birgə yaşadığı kəndə yerləşən marketin qarşısında Cavidlə görüşərək həmin məbləği Cavidə vermişlər. Bundan sonra əlavə olaraq Cavidə verməsi üçün 300 manat pulu Aminə vermişdir. Daha sonra o, Cavid adlı şəxslə telefon əlaqəsi saxladıqda Cavid hər dəfə işin düzələcəyini və nə lazımdısa Aminə dediyini bildərək ona məlumat verməkdən boyun qaçırmışdır. Daha sonra onlar Cavidin Şəmkir rayonu, Seyfəli kəndində yerləşən evini axtarıb tapmışlar və Cavid axtarıldığını bilmişdir. Bundan sonra telefon danışığında Cavid bütün pulu Aminə qaytardığını bildirdikdə o, Aminə zəng edərək vəziyyəti başa salmasını bildirmişdir. Amin Cavidin pul vermədiyini bildirərək Cavidin yalan dediyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Cavidi məsələyə aydınlıq gətirməsi və verdiyi pulları qaytarmasını üçün yaşadığı evə çağırmışdır. Həmin vaxtı oraya gəlmədiyi və Cavidin də ondan aldığı pulu qaytarmadığı üçün Cavidə məxsus Tayota Pirus markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin həyətinə salmasını tələb etmişdir. O, Cavidə məxsus avtomobili ancaq ondan aldığı pulu qaytaracağı təqdirdə verəcəyini bildirmiş və Cavid avtomobili həyətə salaraq oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxs X2 məhkəməyə ərizə təqdim edərək hal-hazırda təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı tamamilə ödəməsini, onlarla barışmasını və onlara qarşı şikayəti və tələbi olmamasını bildirərək Təqsirləndirilən şəxs1 Məzahir oğlu və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Məzahir oğlu barəsində cinayət işi olmamış, məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində cinayət işi olmamış, məhkumluğu yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs X2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs1 Məzahir oğlu ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənmiş, ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs X2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 Məzahir oğlu zərərçəkmiş şəxsə vurmuş olduğu 4500 (dörd min beş yüz) manat pulun 25 faizini yəni, 1125 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Məzahir oğlu və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Məzahir oğlunun və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Məzahir oğlu və Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətmiş, cinayət əməli törətdikdən sonra zərərçəkmiş şəxsə barışıb ona vurduğu zərəri tamamilə ödəmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi, onların barışmasını və dəymiş ziyanın qanunla müəyyən olunmuş miqdarda faizini dövlət büdcəsinə ödəməsini əsas tutaraq cinayət işinə Azərbaycan Respublikası CM–nin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsini mümkün hesab edir. İşin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin manafeyinə uyğundur və üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Həmin Məcəllənin 40.2.2–ci maddəsində nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəticəsində cinayət təqibinə Azərbaycan Respublikası CM–nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2–ci maddəsində əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1–ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189–1.2–1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Məzahir oğluna Azərbaycan Respublikası CM–nin 178.2.1-cü maddəsi ilə verilmiş ittihamın həcmi 4500 manatdır. Azərbaycan Respublikası CM–nin 73–1.2–ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxs törətmiş olduğu cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi (4500 m x 25:100) 1125 manat təşkil edir. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.2-ci maddələrinə əsasən cinayət təqibinə xitam verilməsi, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Məzahir oğlu barəsində cinayət təqibinə xitam verildiyindən onların barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Cinayət işi mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraalır: Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs1 Məzahir oğlu barəsində həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs2 barəsində həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 Məzahir oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 18 saat hüquqi yardıma görə 118 (bir yüz on səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 14 saat hüquqi yardıma görə 83 (səksən üç) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-66/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-66/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver