Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-67/2025 20.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəmkir vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdə tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq əldə etmək niyyəti ilə əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Bakı şəhəri, Nəsimi rayonu, M.C.Əliyev küçəsi ev 02-də yaşayan Zərərçəkmiş şəxs ilə istifadəsində olan +7-***-***-**-** saylı mobil nömrənin “Whatsapp” sosial şəbəkəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” sosial şəbəkəsi ilə əlaqə saxlamaqla sonuncuya məxsus rüsvayedici çılpaq video görüntülərin və foto şəkillərin yayacağı hədəsi ilə ondan 200 (iki yüz) manat məbləğində pul tələb etmiş, sonuncu onun tələbini yerinə yetirməkdən imtina edəcəyi təqdirdə Zərərçəkmiş şəxs ilə münasibətdə olduqları müddətdə onun istifadəsində olan +791 7182- 51-49 saylı mobil nömrənin “Whatsapp” sosial şəbəkəsinə Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş olan həmin foto şəkilləri və video görüntüləri sosial şəbəkələrdə, qohumlarına və iş yeri olan "xxxx" MMC-nin rəhbərinə göndərəcəyini bildirməklə onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib Zərərçəkmiş şəxs 50 (əlli) manat məbləğində pulu hədə-qorxu ilə tələb edərək əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna qanuniliyi, mötəbərliliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamla özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, aralarında sevgi münasibətləri olmuş, sonradan pozulmuşdur. Belə ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonunda yerləşən "xxxx" MMC Azərbaycanda reklam məsləhətçisi işlədiyi barədə məlumatı olmuşdur. Təxminən 3-4 ay bundan əvvəl o, Zərərçəkmiş şəxs işlədiyi şirkətə zəng edərək özünə məxsus olan “VAZ 2107” markalı avtomobilinin reklam çəkilişlərini etdirmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs işlədiyi şirkətin şərtlərini ona izah etmişdir. Lakin bəzi narahatçılıqlara görə avtomobillə bağlı reklam çəkilişləri etməmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs işlədiyi şirkətin nömrəsinə mesaj və videolar göndərməyə başlamışdır. Zərərçəkmiş şəxs ona şəxsi nömrəsini vermişdir. Sonra isə o, istifadəsində olan +7 917 ***-**-** saylı mobil nömrə ilə Səadətin şəxsi nömrəsi olan ***-***-**-** saylı mobil nömrəsinə xoş sözlər yazmağa başlamış və aralarında sevgi münasibətləri yaranmağa başlamışdır. Sonra isə o, Zərərçəkmiş şəxs özünə aid şəkilləri istəməyə başlamışdır. O, da özünə məxsus olan fotoşəkilləri Səadətə göndərməyə başlamışdır. Səadət də öz növbəsində ondan şəkillər istəməyə başlamışdır. O, da Səadətə şəxsi fotoşəkillərini göndərməyə başlamışdır. Onların arasında sevgi münasibətləri davam edən zaman mobil telefon vasitəsi ilə danışıb Səadətdən çılpaq şəkillərini istəməyə başlamış və Səadət onun istifadəsində olan +7 917 ***-**-** saylı mobil nömrənin “WhatsaApp” sosial şəbəkəsinə çılpaq fotoşəkillərini və videolarını göndərməyə başlamışdır. O, da özünə aid olan çılpaq şəkillərini və videolarını Səadətə göndərməyə başlamışdır. Zərərçəkmiş şəxs ilə danışan zaman 50 manat borc pul istəmişdir. Zərərçəkmiş şəxs onun “Whatsapp” sosial şəbəkəsindən göndərdiyi **********425204 nömrəli “Kapital Banka” məxsus olan karta 50 manat borc pul göndərmişdir. Həmin bank kartı tanışı Mirzəyə məxsusdur. Şahid2 15 manat borcu olduğu və 50 manatdan 35 manat qaytarmışdır. Səadət Hüseynovla aralarında yaranmış narazıla görə ondan şikayət etdiyini və ona qarşı şəkil və videoyalardan istifadə edərək hədələməklə pul tələb etməmişdir. İstintaqda döyülərək və məcburiyyət altında qalar həmin ifadələri imzalamışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, X1 ev 2B, mənzil 70 ünvanında yaşayır, ailəlidir, 2 övladı var, Bakı şəhəri Binəqədi rayonunda yerləşən "xxxx" MMC Azərbaycanda reklam məsləhətçisi işləyir. Şəmkir rayon sakini Şadman adlı şəxsi qiyabı olaraq tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs təxminən 3-4 ay bundan əvvəl onların şirkətinə zəng edərək özünə məxsus olan avtomobilin reklam çəkilişlərini etdirmək istədiyini bildirmişdir. O, şirkətin şərtlərini Şadmana izah etmiş, lakin Şadman avtomobillə bağlı reklam çəkilişləri etməmişdir. Bundan sonra Şadman ona şirkətin nömrəsi vasitəsi ilə mesaj və videolar göndərməyə başlamışdır. Təxminən 3 ay müddətinə ona göndərdiyi mesaj və videolara görə Şadmana təşəkkürlər bildirmişdir. 2024-cü ilin aprel ayında ona mesaj yazaraq onun bayramını təbrik etmişdir. O, da təbrikə görə Şadmana təşəkkürünü bildirmişdir. Ona yenidən xoş sözlər yazdığına görə o, Şadmana təşəkkürünü demişdir. Şadman təşəkkürdən sonra ondan şəxsi nömrəsini istəmişdir. O, Şadmana şəxsi nömrəsini vermişdir. Sonra isə Şadman istifadəsində olan +7 917 ***-**-** saylı mobil nömrə ilə ona şəxsi nömrəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xoş sözlər yazmağa başlamış və aralarında sevgi münasibətləri yaranmışdır. Sonra isə Şadman ondan ona aid şəkillər istəməyə başlamışdır. O, da özünə məxsus olan fotoşəkilləri Şadmana göndərməyə başlamışdır. O, da öz növbəsində Şadmandan fotoşəkillər istəməyə başlamışdır. Şadman da ona şəxsi foto şəkillərini göndərməyə başlamışdır. Şadman onunla mobil telefon vasitəsi ilə danışan zamanı ondan çılpaq şəkillərini istəməyə başlamışdır. O, da özünə aid olan çılpaq şəkillərini və videolarını Şadmana göndərməyə başlamışdır. Şadman isə ona özünə aid çılpaq şəkillər göndərməyə başlamışdır. Şadmanla danışan zamanı bildirmişdir ki, Rusiya Federasiyasında yaşayır, bacısına 15 manat pul lazımdır, oradan həmin pulu göndərə bilmir. Ondan xahiş etmişdir ki, 15 manat pulu bacısına göndərsin. O, da Şadmanla razılaşmışdır. Bu məqsədlə Şadmanın ona göndərdiyi plastik kartın koduna 15 manat pulu Bakı şəhərində yaşadığı ünvanın yaxınlığında yerləşən “Rahat” marketdən göndərmişdir. Təxminən 3-4 gündən sonra onunla danışan zamanı Rusiya Fedarasiyasından gəldiyini və kənddə olduğunu bildirmişdir. Söhbət edən zamanı ona bildirmişdir ki, əlində Rusiya pulu var, xırdalaya bilmir ona 5 manat pul lazımdır. O, da Bakı şəhərində yaşadığı ünvanın yaxınlığında yerləşən “Rahat” marketdən Şadmanın ona göndərdiyi plastik kartın koduna 5 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra aralarında olan sevgi münasibətləri davam etməyə başlamışdır. Təxminən 2024-cü ilin aprel ayının sonlarında Şadman ona zəng edərək bildirmişdir ki, ona 200 manat pul lazımdır. O, da Şadmana bildirmişdir ki, onun 200 manat pulu yoxdur. Bundan sonra onların arasında söz söhbət yaranmağa başlamışdır. Ona kiminlə yazışdığını, həmçinin hara getməyi barədə məlumat verməyini bildirmişdir. O, da kiminlə danışdığını, hara getməyi barədə Şadmana məlumat verməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs səhər ona zəng edərək atasına məxsus avtomobilin polis əməkdaşları tərəfindən tutulduğunu və avtomobili dayanacaqdan çıxarmaq üçün yenə də 200 manat pul lazım olduğunu bildirmişdir. O, Şadmana pulunun olmadığını bildirmişdir. Şadman ondan işlədiyi şirkətin rəhbərinin mobil nömrəsini istəyərək, əgər 200 manat pul tapıb verməsə onda olan videoları şirkətin rəhbərinə göndərəcəyini bildirmiş və onu sosial şəbəkədə biabır edəcəyini bildirmişdir. O, Şadmana bildirmişdir ki, onun videolarını heç kəsə göndərməsin ona 100 manat köməklik edəcəkdir. O, tanışlarından 50 manat pul tapdığını Şadmana bildirmişdir. Təqsirləndirilən şəxs isə ona 50 manatı nə vaxt atacağını soruşmuşdur. O, da tanışından xəbər gözlədiyini bildirmişdir. Bundan sonra o, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “AL“ marketdən Şadmanın ona göndərdiyi plastik kartın koduna 50 manat pul göndərmiş və Təqsirləndirilən şəxs zəng edərək onun onda olan videolarını yaymağını bildirmişdir. Şadman isə ona heç kəsə video göndərmədiyini bildirmişdir. Bundan sonra da o, məcbur olaraq Şadman barəsində yaşadığı ünvan üzrə Şəmkir RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Şadmanı təxminən 1 ay olar tanıyır, heç bir münasibəti olmamış, sadəcə olaraq mobil telefon vasitəsi ilə danışmışdır. O, Şadmana çılpaq video və şəkillərini öz istəyi ilə göndərmişdir. Şadman ondan pul istədikdə ona pulun olmadığını bildirdikdə onunla mütəmadı olaraq mübahisə edərək onun kiminlə danışmağını, harada olmağını soruşmuşdur. O, Şadmana pul tapıb verdikdə isə onunla xoş münasibət yaratmışdır. Ondan pul tələb etməsini göndərdiyi pulların qəbzləri ilə sübut edə bilər. Həmçinin, Şadman mütəmadi olaraq onu ölümlə hədələmişdir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində bildirmişdir ki, onun oğlu Təqsirləndirilən şəxs Şəmkir rayon polisləri tərəfindən tutulduqdan sonra məlumatı olmuşdur ki, bir neçə ay müddətində oğlu Şadman Bakı şəhər sakini Zərərçəkmiş şəxs ilə telefonda danışaraq aralarında sevgi münasibətləri yaranmışdır. Bir müddət oğlu Şadmanla aralarında qeyri-rəsmi münasibəti olan Zərərçəkmiş şəxs ilə istifadələrində olan mobil nömrələrin “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazışaraq bir-birlərinə öz sevgilərini etiraf etmişlər. Səadət ilə oğlu Şadman “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazışan zaman Səadət özünə məxsus çılpaq fotoşəkilləri və video görüntüləri Şadmanın istifadəsində olan mobil nömrənin “Whatsapp” sosial şəbəkəsinə göndərmişdir. Sonradan oğlu Təqsirləndirilən şəxs “Whatsapp” sosial şəbəkəsinə Zərərçəkmiş şəxs tərəfindən göndərilən foto və video görüntüləri qohumlarına və iş yerinə göndərəcəyini bildirib Səadətdən pul tələb etmişdir. Məlumatına görə Zərərçəkmiş şəxs qorxudan oğlu Təqsirləndirilən şəxs ona göndərdiyi plastik kartına 50 manat pul göndərmiş, oğlu Təqsirləndirilən şəxs həmin pulu kartdan məxaric edib götürmüşdür. Bir neçə ay sonra oğlu Təqsirləndirilən şəxs onun ifadəsində dediklərini özü ona danışaraq təsdiq etmişdir. O, oğlu Təqsirləndirilən şəxs nə üçün belə etdiyini soruşan zaman oğlu Təqsirləndirilən şəxs ona heç bir söz deməyərək susmuşdur. Oğlu Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs hədə qorxu ilə pul tələb etməsi barədə əvvəlcədən məlumatı olmamışdır. Oğlu Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs hədə qorxu gələrək pul tələb etməsini sonradan bilmişdir. Təqsirləndirilən şəxsla tanışı Zərərçəkmiş şəxs arasında sevgi münasibətlərinin olduğunu əvvəlcədən bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs hədə qorxu gəlməsi nəticəsində göndərdiyi 50 manat pulun onun plastik kartınıza göndərməsi barədə heç bir söz deyə bilmir. Məhkəmə iclasında şahid qismində Şahid2 ifadəsində göstərilmişdir ki, ailə üzviləri ilə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayır. Heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Təqsirləndirilən şəxs tanıyır, eyni qəsəbədə yaşayırlar. Təqsirləndirilən şəxsla münasibəti yaxşı olmuş, heç bir zaman ədavət və narazılığı olmamışdır. O, Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində həmin qəsəbə sakini Lumu xanıma məxsus “Topaz”-da işçi kimi işləyir. Həmin işdə 5 il müddətdir ki, işləyir. Lumu xanımla rəsmi müqavilə bağlamış, müqavilə əsasında işləyir. Təqsirləndirilən şəxs onun işçisi olduğu “Topaz”-da oyun üçün oyun yazdırmışdır. Təqsirləndirilən şəxs ona 15 manat pul borcu yaranmışdır. 2024-cü ilin dəqiq yadında qalmayan günündə Təqsirləndirilən şəxs onun yanına yaxınlaşaraq borcunu vermək istədiyini bildirib istifadəsində olan plastik kartın rəqəmlərini ona göndərməyini və borcu olduğu pulu ona məxsus plastik karta yükləməyini bildirmişdir. O, özünə məxsus “Kapital Bank”-a məxsus plastik kartının **********425204 rəqəmini Şadmanın istifadəsində olan mobil nömrəsinin “Whtassap”-ına göndərmişdir. Təxminən 10-15 dəqiqə sonra ona bildirmişdir ki, göndərdiyi ona məxsus **********425204 rəqəmləri olan plastik kartına 50 manat pul yükləmişdir. Şadmanın ona 15 manat pul borcu olduğu üçün Şadmana 35 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs ilə aralarında qeyri rəsmi münasibətin olmasını o, əvvəlcədən heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs hədə qorxu gələrək pul tələb etməsini barədə heç bir məlumatı yoxdur. Özünə məxsus və hazırda istifadəsində olan plastik kart “Kapital Bank”-a məxsus **********425204 rəqəmlidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndiriən şəxsin, zərəçəkmiş şəxsin və şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs hədəqorxu ilə tələb etmə cinayətini törətməsi sübuta yetirilmişdir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir rayonu, Çinarlı qəsəbə sakini Təqsirləndirilən şəxs Bakı şəhər sakini Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb edib alması faktına görə toplanmış HK-1/1274 nömrəli ilkin yoxlama materialı üzrə Azərbaycana Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraatına qəbul edilərək ibtidai istintaq aparılması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ifadələri arasında mühüm ziddiyyət olduğuna görə onlar arasında xx.xx.2024-cü il tarixdə üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı hər iki şəxs istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişlər. Üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı ona şəkillərini və video görüntülərinin paylaşacağı ilə hədə-qorxu gələrək ondan 200 manat pul tələb etməsini, ona 50 manat göndərdiyini demiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs üzünə qarşı onun dediklərini təsdiq etdiyini, şəkillərini və video görüntülərinin paylaşacağı ilə hədə-qorxu gələrək ondan 200 manat pul tələb etməsini, 50 manat pul aldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs 27 iyun 2024-cü il tarixdə ifadəsi yerində yoxlanılarkən o, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Yusifzadə küçəsində yerləşən “AL” marketdən 50 manat göndərdiyi terminalın olduğu yeri göstərməklə baş vermiş cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 27 iyun 2024-cü il tarixli protokolda ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun zərərçəkmiş şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmiş və istintaq hərəkəti zamanı foto şəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 28 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “TECNO SPARK 10” markalı, **********42128 İMEİ kodlu mobil telefona baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus 01 ədəd “TECNO K15 Spark 10” markalı mobil telefonda istifadə etdiyi +7 917 ***-**-** saylı Rusiya dövlətinə məxsus mobil nömrənin “Whatsapp”sosial şəbəkəsində Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil nömrəni yazışmaları, foto və video görüntülər müəyyən edilərək diskə köçürülməklə protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayon, Çinarlı qəsəbə İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakerizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 4(076)-65/2024 nömrəli Şəmkir Rayon Məhkəməsinin qərarından görünür ki, xx.xx.1992-ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 02 ay 21 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsə almanın əvvəli 11 may 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “polisin nərarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİnin xx.xx.2024-cü il tarixli tələbnaməsinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs ondan üzrxahlıq etməsini nəzərə alaraq onunla barışmışdır və ona qarşı heç bir tələbinin, iddianın və şikayəti yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb edilməsi hərəkətləri etməməsi, yəni sonuncu barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə ondan pul tələb etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 182.1-ci maddəsinə əsasən Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 182.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 ay 21 gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli 20 may 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlat olan, cinayət işinin materiallarına əlavə edilmiş 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Kapital Bank”-a məxsus **********425204 rəqəmli plastik kart sahibinə qaytarılmalı, 01 ədəd “TECNO K15 Spark 10” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 21 (iyirmi bir) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin gününə gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 02 (iki) il 09 (doqquz) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar olan, cinayət işinin materiallarına əlavə edilmiş 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “Kapital Bank”-a məxsus **********425204 rəqəmli plastik kart sahibinə, 01 ədəd “TECNO K15 Spark 10” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-67/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-67/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver