Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-68/2023 18.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X9 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdə saat 20 radələrində «X23» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X12 məxsus VAZ 217030 Lada Priora markalı, E651KY750 Rusiya Federasiyasının dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə-Çinarlı-Şəmşir avtomobil yolunun Seyfəli kəndi ərazisindən keçən hissəsindən Şəmkir rayonunun, Seyfəli kəndi istiqamətində hərəkətdə olarkən “X23” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni yolun əks istiqamətli nəqliyyat axınını ayıran 1.1 üfüqü nişanlanma xəttini kəsib keçməməli və avtomobilin öz hərəkət zolağı ilə hərəkətini təmin etməli olduğu halda bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yol hərəkəti qaydalarını pozub ötmə əməliyyatı edərək qarşıdan gələn Zərərçəkmiş şəxs etibarnamə olmadan idarə etdiyi X13 məxsus “VAZ 21074” markalı **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxması nəticəsində onun idarə etdiyi “VAZ 217030 Priora” markalı E651KY750 rus Rusiya Federasiyasının dövlət qeydiyyat nişanlı avtomobilinin sol ön hissəsi ilə Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsinin toqquşmuş, bununla da sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan “VAZ 21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağ bazu sümüyünün aşağı üçdə birinin qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklər keçirməmişdir. O, avtomobil idarə edə bilsə də sürücülük vəsiqəsi olmamışdır. xx.xx.2021-ci il tarixdə o, Göygöl rayon ərazisində yerəşən “Sərin” şadlıq sarayında qonşusu Saleh Məmmədovun oğlu olan X7 toy məclisində iştirak etmək üçün getmişdir. O, həmin toy məclisinə qohumları ilə birgə getmişdir. Toyda da qohumları ilə birlikdə oturmuş, yemək yesədə səhhətində olan problemlərlə bağlı dərman qəbul etdiyindən spirtli içki içməmişdir. Saat təxminən 19 radələrində o, evə getmək üçün çölə çıxdığında şadlıq sarayının həyətində həmkəndlisi Mikayıl ilə rastlaşmışdır. O, həmin vaxtı Mikayılın sərxoş olmasını və idarə etdiyi avtomobili işə sala bilmədiyini görmüşdür. Bundan sonra o, Mikayılla orada olan avtomobillərin birindən akkumulyator götürüb qoyaraq avtomobili işə salmışdır. X8 dövlət qeydiyyat nişanı olan E651KY750 nömrəli Priora markalı avtomobillə toya gəlmişdir. Mikayıl sərxoş olduğu üçün avtomobili idarə edə bilməyəcəyini deyərək avtomobili onun idarə etməsini xahiş etmişdir. O, Mikayıl ilə razılaşmışdır. Sükan arxasına oturaraq avtomobili idərə edərək Şəmkir rayonu Seyfəli kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Şəmkir rayonu Seyfəli kəndində Dostluq şadlıq sarayının qarşısına çatdığı zaman ondan öndə gedən xatırlamadığı avtomobilin asta sürətlə hərəkət etdiyini görmüşdür. Ona görə də o, ötmə əməliyyatı etmək qərarına gəlmiş və ötmə əməliyyatı etməyə başlamışdır. Həmin vaxtı o, avtomobili təxminən 60 KM/SAAT sürətlə idarə etmişdir. Hava qaranlıq, saat isə təxminən aıtıq 20 radələri olmuşdur. Bu zaman qarşıdan gələn avtomobilin işığı gözünə düşdüyü üçün məsafəni müəyyən edə biməmişdir. O, qarşıda gedən avtomobili ötmə edənə kimi qarşı hərəkət zolağında olan avtomobil onun idarə etdiyi avtomobilə çatmış və o, avtomobilin həmin avtomobillə toqquşacağını görərək tez tormuz etmişdir. Lakin məsafə qısa olduğundan toqquşmadan yayma bilməyərək həmin avtomobillə toqquşmuşdur. Onun idarə etdiyi avtomobilin sol ön hissəsi həmin avtomobilin sol ön hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən onun idarə etdiyi avtombilin təhlükəsislik yastıqları açılmış və bu zaman o, huşunu itirmişdir. Ona görə də hadisənin necə baş verməsini, hansı avtomobillə toqquşduğunu və kimlərin xəsarət almasını bilməmişdir. O, özünə gəldiyində Şəmkir rayonu Seyfəli kəndində yaşadığı evdə olduğunu görmüşdür. Bundan sonra tanışları ona idarə etdiyi avtomobilin Nərimanlı kəndində yaşayan Mübariz adlı şəxsin idarə etdiyi VAZ 2107 markalı avtomobillə toqquşduğunu, hadisə nəticəsində Mübarizin və qardaşı oğlu Nicatın xəsarət almasını, həmçinin onun idarə etdiyi avtomobildə sərnişin kimi əyləşmiş Mikayılında xəsarət aldığını eşitmişdir. Bundan bir müddət sonra isə o, maddi vəziyyəti çətin olduğundan işləmək üçün Rusiya Federasiyasına getmişdr. Həmin vaxtı o, barəsində hər hansı cinayət işinin başlanmasını bilməmişdir. O, Rusiya Federasiyasında olduğu zaman baş vermiş hadisəyə görə cinayət işinin başlandığını və özünün barəsində isə axtarış elan edilməsini eşitmişdir. Ona görə də 09 oktyabr 2022-ci il tarixdə bilet alaraq Azərbaycan Respublikasına gəlmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona vurulmuş maddi zərəri ödəmişdir. Məhkəmədən heç bir yerdə işləməməklə maddi imkanın pis olmasını və adına heç bir əmlakın olmamasını nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, əvvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklər keçirməmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Onun özünə məxsus VAZ 2107 markalı avtomobil və həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 24 yanvar 2021-ci il tarixdə qardaşı oğlu Nicat ona zəng edərək özlərinə məxsus VAZ 2107 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu Seyfəli kəndində “Asiman Petrol” yanacaqdoldurma məntəqəsinin yanında olduğunu və avtomobil idarə edə bilmədiyindən gəlib avtomobili evə aparmasını ondan xahiş etmişdir. O da evdən çıxaraq həmin yerə getmiş və avtomobilə oturmuş, Nicatda onun yanında əyləşmişdir. O, avtomobili işə salaraq idarə etməyə başlamışdır. Çinarlı qəsəbəsinin içindən keçərək Seyfəli kəndi yolu ilə yaşadığı kənd istiqamətində getmişdir. Həmin vaxtı saat təxminən 20 radələri, ətraf isə qaranlıq olmuşdur. O, avtomobili təxminən 40-50 km/saat sürətlə idarə etmişdir. Qardaşı oğlu və o, həmin vaxtı təhlükəsizlik kəmərlərinidə taxmışlar. Şəmkir rayonu Seyfəli kəndi ərazisində yerləşən “Dostluq” şadlıq sarayını keçərək təxminən 200 metr getdikdən sonra qarşı tərəfdən bir avtomobil gəldiyini görmüşdür. Həmin vaxt avtomobil onlara çatmağa təxminən 15-20 qalmış qəfildən onların hərəkət zolağına çıxmışdır. O, əvvəlcə işıq və səs siqnalları ilə işarə vesə də heç bir nəticəsi olmadığını gördüyündən avtomobili yolun sağ kənarına istiqamətləndirmişdir. Bu zaman bir qədər torpaq yola çıxmışdır. Lakin həmin avtomobil heç bir tormozdan istifadə etməyərək ona tərəf gəlmiş və onun idarə etdiyi avtomobilin sol ön hissəsi ilə toqquşmuşdur. Zərbədən onun idarə etdiyi avtomobil 2-3 metr sürüşərək dayanmışdır. Digər avtomobil isə zərbədən arxaya atılaraq dayanmışdır. Avtomobil dayandıqdan sonra onun yanında oturan qardaşı oğlu Nicatın huşunu itirdiyini görmüşdür. Qorxduğundan sağ əli ilə Nicatdan tutub sakit olmasını demişdir. Təxminən iki dəqiqə sonra Nicat özünə gəlmişdir. O, həmin vaxt Nicata kömək etmək istədikdə sağ qolunun qırıldığını hiss etmişdir. Orada olan şəxslərin köməkliyi ilə avtomobildən çıxmışdır. O, avtomobildən çıxan kimi onlarla toqquşan avtomobilə tərəf getmişdir. Yaxınlaşdıqda həmin avtomobilin Priora markalı rus qeydiyyat nişanlı avtomobil olmasını görmüşdür. Eyni zamanda həmin avtomobilin sükanı arxasında əyləşən şəxsin avtomobilin hava yastığı açıldığından xəsarət almadığını, digər şəxsin isə başı avtomobilin ön şüşəsinə dəydiyindən başından xəsarət aldığını görmüşdür. Həmin şəxslərin ikisi də sərxoş vəziyyətdə olduğu kimi görünrmüşdür. Daha sonra orada olan şəxslər təcili tibbi yardıma zəng edərək kömək çağırmışlar. Bir qədər sonra onlar təcili yardım avtomobili ilə xəstəxanaya getmişdir. Xəstəxanada ona müəyyən olmuşdur ki, onun sağ qolu dörd yerdən qırılmışdır. Qardaşı oğlununda müəyyən xəsarətləri olmuşdur. Onun avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır, hadisə onların kəntdən kənarda baş verdiyindən hadisə yerinə gələn şəxsləri o tanımamışdır. Ona vurulmuş zərər ödənilmiş və barışıq əldə edilmiş, onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, onun atası Fuad Yusibova məxsus VAZ 2107 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Onun sürücülük vəsiqəsi olmadığından o, həmin avtomobili idarə etməmişdir. 24 noyabr 2021-ci il tarixdə saat 19 radələrində atası ilə özlərinə məxsus avtomobillə getdiyi zaman yolda Şəmkir rayonu Seyfəli kəndi ərazisində “Asiman Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında atası kəndin polis sahə rəisi ilə görüşmüş və avtomobili orada qoyaraq işi ilə bağlı polis şöbəsinə getmişdir. O, bir qədər gözlədikdən sonra əmisi Mübarizə zəng edərək gəlib onu və avtomobili aparmasını xahiş etmişdir. Saat təxminən 20 radələrində əmisi həmin yerə gəlmiş və atasına məxsus avtomobli işə salmışdır. Həmin vaxtı o, avtomobilin sağ ön oturacağında oturmuşdur. Əmisi avtomobili iradə etməyə başlayaraq yaşadığı kənd istiqamətində sürməyə başlamışdır. Hər ikisi təhlükəsizlik kəməri taxmışlar. Şəmkir rayonu Seyfəli kəndi ərazisində “Dostluq” şadlıq sarayını keçdikdən təxminən 200 metr sonra qəfildən qarşıdan gələn avtomobil onların hərəkət istiqamətinə çıxmışdır. Əmisi həmin vaxtı bir neçə dəfə işıq və səs ilə işarə versə də nəticəsi olmadığını gördüyündən avtomobili sağ tərəfə yönəltmişdir. Lakin hadisədən yayına bilməmiş və onların avtomobilin ön sol hissəsi ilə həmin avtomobilin sol ön hissəsi toqquşmuşdur. Zərbədən onların avtomobil bir neçə metr sürüşərək dayanmışdır. Onların avtomobillə toqquşan avtombildə bir neçə metr arxaya atılaraq onların avtomobillə üzbəüz dayanmışdır. Həmin vaxtı o, zərdədən huşunu itirmişdir. Az sonra o, özünə gəldiyində ətrafa camaatın toplaşmasını görmüşdür. Həmin şəxslər onlara avtomobildən çıxmağa köməklik etmişlər. Onlar avtomobildən çıxan kimi onların avtomobili ilə toqquşan avtomobilə tərəf getmişlər. Yaxınlaşdıqda həmin avtomobilin Priora markalı rus qeydiyyat nişanlı avtomobil olmasını görmüşlər. Eyni zamanda həmin avtomobilin sükanı arxasında əyləşən şəxsin avtomobilin hava yastığı açıldığından xəsarət almadığını, digər şəxsin isə başı avtomobilin ön şüşəsinə dəydiyindən başından xəsarət aldığını görmüşlər. Həmin şəxslərin ikisi də sərxoş vəziyyətdə olduğu kimi görünmüşdür. Daha sonra orada olan şəxslər təcili tibbi yardıma zəng edərək kömək çağırmışlar. Bir qədər sonra onlar təcili yardım avtomobili ilə xəstəxanaya getmişlər. Xəstəxanada onlara müəyyən olmuşdur ki, əmisi Mübarizin sağ qolu dörd yerdən qırılmışdır. Onunda müəyyən xəsarətləri olmuşdur. İş üzrə şahid qismində dindirilmiş X1 Nicat Fuad oğlu ilə eyni məzmunlu ifadə verərək Nicat Yusifovun ifadəsində göstəridyi xüsusatları təstiq etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş və ölkə ərazisində olmadığı üçün iş üzrə tərəflərin etirazı olmadan məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X2 ifadəsində görünür ki, X10 rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün fəhləlik etmişdir. 24 noyabr 2021-ci il tarixdə o, Göy-Göl rayonunda yerləşən Sərin şadlıq sarayında dayısı oğlu X7 toy məclisində iştirak etmək üçün getmişdir. O, həmin toy məclisinə getdiyi zaman qohumu Samir Əhmədovdan özünə məxsus avtomobili istəmişdir. Samir həmin vaxtı avtomobilinin digər qohumu Mətləb Əhmədovun evində saxladığını bildirib həmin yerdən götürməyi demişdir. O, bundan sonra Samirə məxsus olan “Lada Priora” markalı Rusiya Federasiyası dövlət nömrə nişanlı avtomobili götürüb Göygöl rayonuna toy məclisinə getmişdir. Toy məclisinə getdiyi zaman ailə üzvləridə avtomobildə olmuşdur. Toy təxminən 15 radələrində başlamış və toyda o, qonaqlarla xeyli spirtli içki qəbul etmişdir. Toyda oynadığı zamanda həmkəndlisi olan Xəyalında toyda olmasını görmüş və Xəyalla oynayaraq saat 19 radələrində avtomobilin yanına düşmüşdür. O, avtomobilin yanına düşdüyü zaman artıq ailə üzvləri həmkəndliləri toya gətirən avtobusla evə getdiyini görmüşdür. O, avtomobli işə salmaq istəsə də akumulyator zəiflədiyindən avtomobili işə sala bilməmişdir. Həmin vaxtı Xəyal gələrək kömək lazım olub olmadığını soruşmuşdur. O, də həmin vaxtı akumulyator axtardığından tanımadığı ağ saqqal ona akumulyator gətirmiş və Xəyal sükan arxasında oturaraq avtomobili işə salmışdır. Artıq Xəyal sükan arxasında olduğundan atomobili idarə etmək istədiyini bildirdikdə həm özü sərxoş olduğumdan, həmdə Xəyal spirtli içki qəbul etmədiyindən Xəyala avtomobili idarə etməyə razılıq vermişdir. Həmin vaxtı avtomobildə ikisindən başqa kimsə olmamışdır. Yaşadığı evə getdiyi zaman Şəmkir rayonu Seyfəli kəndi ərazisindən keçən asfalt yolda getdiyi zaman o, sərxoş olduğundan yola baxmamışdır. Həmin anda qəfil tormuz və toqquşma səsi eşitmiş, eyni zamanda da başı avtomobilin ön şüşəsinə dəymişdir. Ətrafda olan şəxslərin köməkliyi ilə o, avtomobildən çıxmış və bundan sonra bilmişdir ki, Xəyal avtomobili idarə etdiyi zaman qarşı hərəkət zolağına çıxmış və həmin vaxtı qarşıdan gələn VAZ 2107 markalı avtomobillə toqquşmuşdur. VAZ 2107 markalı avtomobildə olan şəxslərdə xəsarət almışlar. Orada olan şəxslər təcili yardım avtomobili çağırmışlar. Xəyal avtomobilin təhlükəsizlik yastığı açıldığından heç bir xəsarət almamışdır. Bir qədər sonra onu və VAZ 2107 markalı avtomobildə olan iki nəfəri xəstəxanaya aparmışlar, Xəyalı isə xatırlamadığı həmkəndliləri tanıyaraq yaşadığı evə aparmışlar. Mikayıl Əhmədov ifadəsində həmçinin bildirmişdir ki, nə onun, nə də ki, Təqsirləndirilən şəxs avtomobil idarə etmək üçün sürücülük vəsiqələri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün məcburi olaraq Şəmkir RPŞ-nin İstintaq Bölməsinə gətirilməsi qərara alınmışdır. Törətdiyi cinayət əməli kifayət qədər sübutlarla təsdiq olunduğundan 22 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən ona həmin maddədə nəzərdə tutulan ittihamı elan etmək mümkün olmamışdır. 22 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən onun barəsində axtarış elan olunmuş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət Yol Polis İdarəsinin Tovuz RQİ və TBŞ-ya sorğu verilmiş və həmin sorğuya verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmişdir. xx.xx.1978-cı il tarixdə Laçın rayonu Nağdalı kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olan X3 adına xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixə kimi BD-010909 “B1,B,C1,C” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Həmin vətəndaşların adları sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. 10 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Şəmkir RPŞ-nin MSYyə təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 01 noyabr 2022-ci il tarixdə cinayət işinin icaratı Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə dayandırılmışdır. İlkin yoxlama zamanı cinayət hadisənin baş verdiyi yerə xx.xx.2021-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi Şəmkir rayonu Şəmkir-Çinarlı-Gəncə avtomobili yolunun Seyfəli kəndi ərazisindən keçən hissəsində “Dostlu” şadlıq sarayının yaxınlığında olmuşdur. Yol nəqliyyat hadisəsinin baş verdiyi avtomobil yolu düz, asfalt örtüklü olmaqla quru vəziyyətdə olmuşdur. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsinin ümumi eni 7 metr və hərəkət hissəsi iki tərəfli olmuşdur. Yolda icazə verilə maksimal hərəkət sürəti 60 KM/SAAT olmuşdur. Hadisə VAZ 2107 markalı ** BF *** dövlət qeydiyyat nişanlı və Lada Priora 217030 markalı, E651KY750 dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə olmuşdur. Baxış zamanı hadisə yerində avtomobilllərin hər ikisi olmuşdur. Toqquşma yeri yolun sağ ehtiyyat hissəsindən 1 metr yolun hərəkət hissəsində olmuşdur. Hadisə yerinə baxış zamanı iş üçün maraq doğuracaq heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək fotoşəkil və sxemi çəkilərək iş materiallarına əlavə olunmuşdur. Məhkəmə-tibb ekspertizasının 29 noyabr 2021-ci il tarixli 1556 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının 29 noyabr 2021-ci il tarixli 1559 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində görünən xəsarətlər aşağıdakılardır: sağ bazu sümüyünün aşağı üçdə birinin qapalı sınığı küt əşyaların təsirindən törənmişlər, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 24 noyabr 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aidirlər. Məhkəmə-tibb ekspertizasının 29 noyabr 2021-ci il tarixli 1558 saylı rəyindən görünür ki, X2 bədəni üzərində görünən xəsarətlər aşağıdakılardır: alın və sağ qaşüstü nahiyyənin, sağ yanağın, burun həyərinin kəsilmiş yaraları iti kənalı əşyaların təsirindən törənmişlər, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 24 noyabr 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aidirlər. Məhkəmə-tibb ekspertizasının 29 noyabr 2021-ci il tarixli 1560 saylı rəyindən görünür ki, X11 bədəni üzərində görünən xəsarətlər aşağıdakılardır: sol qulaq seyvanının sıyrığı, sol almacıq nahiyyəsinin qançırı və sol bazu oynağının arxa səthinin əzilmiş yarası küt əşyaların təsirindən törənmişlər, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 24 noyabr 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aidirlər. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək onun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona Cinayət Məcəlləsinin həmin maddələri ilə yenidən ittiham elan olunması qərara alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək verdiyi izahatını imza edərək təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 27 dekabr 2021-ci il tarixli 8/3153 saylı rəyindən görünür ki, 1. 1 a,2a Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən VAZ 2107 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri tədqiq etmək mümkün deyildir. 2. 1b,2b Tədqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən Lada Priora 217030 markalı, E651KY750 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin 7-ci hissəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq zamanı yol-nəqliyyat hadisəsinin iştirakçıları Təqsirləndirilən şəxs idarə etdiyi Lada Priora 217030 markalı, E651KY750 dövlət qeydiyyat nişanlı avtomobil və X4 idarə etdiyi VAZ 2107 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və qəzb alınaraq Lada Priora 217030 markalı, E651KY750 dövlət qeydiyyat nişanlı avtomobil sahibi X12, VAZ 2107 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil isə sahibi X14 qaytarılmışdır. İş üzrə mütəxəssis X15 tərəfindən verilmiş ziyan aktından müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X13 məxsus VAZ 2107 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə 3960 (üç min doqquz yüz altmış) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə tərtib edilmiş istintaq hərəkətlərinin protokolları, o cümlədən xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokol və həmin protokollara əlavə edilmiş foto- cədvəllərlə bir daha tam sübuta yetirilmişdir. Belə ki, 24 noyabr 2021-ci il tarixdə yolnəqliyyat hadisəsinin baş verdiyi Şəmkir- Çinarlı-Gəncə avrtomobil yolunun Seyfəli kəndi ərazisindən keçən hissəsində “Dostluq” şadlıq sarayının yaxınlığına baxış keçirilərək müvafiq protokol tərtib edilərək fotoşəkillər çəklimişdir. İşdə olan Şəmkir RİHB Yuxarı Seyfəli kənd İƏD tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan Şəmkir RİHB Yuxarı Seyfəli kənd İƏD tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in Məcəlləsinin 263-1.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənilməsi, barışıq əldə olunmaqla zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını bildirməsi Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hall kimi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hall müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin nəzərdə tutulduğu maddənin sanksiyasında əsas cəza kimi cərimə və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsini), o cümlədən yuxarıda sadaladığı cəzanı yüngülləşdirən halların dairəsini, təqsilərndirilən şəxsin heç bir yerdə işləməməklə maddi imkanın aşağı olmasını, habelə təyin olunacaq cəzanın çəkilməsini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının nisbətən aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X5 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsdən tutularaq ekspertizanı keçirmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə maddi sübut- Lada Priora 217030 markalı, E651KY750 dövlət qeydiyyat nişanlı avtomobil sahibi X12, VAZ 2107 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil isə sahibi X14 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, 01 fevral 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, dövlət büdcəsinin vəsaiti hesabına vəkilin göstərdiyi 14 saatlıq hüquqi yardıma görə 84 (səksən dörd) manat vəsait vəkilə ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197,198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz ) manat pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Hökmün icrası Şəmkir Rayon İcra və Prоbаsiyа şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 84 (səksən dörd) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut- Lada Priora 217030 markalı, E651KY750 dövlət qeydiyyat nişanlı avtomobil sahibi X12, VAZ 2107 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil isə sahibi X14 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-68/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-68/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver