Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-68/2024 28.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxxxx 1987–ci il tarixdə Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşaqları olan, işləməyən, məhkumluğu olmayan, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında barəsində Azərbaycan Respublikası CM–in 177.2.2, 177.2.3–1, 29,177.2.2, 29, 177.2.3–1, 178.2.1, 178.2.2, 29,178.2.1, 29,178.2.2, 310, 193– 1.2.1 və 193–1.2.2–ci maddələri ilə cinayət işinin istintaqı aparılan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.2.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui–istifadə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, barəsində dələduzluq cinayəti törətməsi ilə təqsirləndirildiyi Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında Azərbaycan Respublikası CM–in 178.1–ci maddəsi ilə ********* nömrəli cinayət işinin, dələduzluq və digər cinayətləri törətməsi ilə təqsirləndirildiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM–in 177.2.2, 177.2.3–1, 29,177.2.2, 29,177.2.3–1, 178.2.1, 178.2.2, 29,178.2.1, 29,178.2.2, 310, 193– 1.2.1 və 193–1.2.2–ci maddələri ilə ********* nömrəli cinayət işinin olmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Şəmkir rayonu, Keçili kənd sakini Zərərçəkmiş şəxs aldadaraq etibarından sui–istifadə etmə yolu ilə Şəmkir Rayon Məhkəməsinin icraatında olan mülki işi onun xeyrinə həll edəcəyini vəd verməklə sonuncunun 13 may 2022–ci il tarixdə saat 14:42:54 dəqiqədə və saat 16:26:49 dəqiqədə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Sərxan” adlı marketdən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 477 manat və 284 manat, 15 may 2022–ci il tarixdə rayonun Keçili kəndində yerləşən “Ailə supermarket”dən “eManat” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 396 manat, ümumilikdə 1.157 (bir min bir yüz əlli yeddi) manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2022–ci ilin may ayında “Twitter” sosial şəbəkəsini izləyən zaman bir nəfər Şəmkir rayonu, Keçili kəndində yaşayan şəxsin ölkə rəhbərinə müraciət edərək apelyasiya məhkəməsində ev ilə bağlı mübahisəli məsələsi olduğu ilə bağlı paylaşım etdiyini görmüş, həmin şəxs mobil telefon nömrəsini paylaşımda qeyd etdiyi üçün 051– 463–40–60 saylı sim nömrəyə zəng edərək əlaqə saxlamış, apelyasiya məhkəməsində olan işi ilə bağlı köməklik edəcəyini, məhkəmələrdə tanışları olduğunu demiş, bunun müqabilində həmin şəxsə dövlət rüsumu kimi 470 manat pul ödəməli olduğunu da söyləmişdir. Adı sonradan məlum olan Zərərçəkmiş şəxs pulu ödəmək üçün terminala gedib, onunla əlaqə saxlayacağını bildirmiş, bir qədər sonra isə ona zəng edib, ödəmə terminalının yanında olduğunu, pulu ödəmək üçün kart nömrəsini şifahi olaraq deməsini istəmişdir. O, özünə məxsus nömrəsini xatırlamadığı kartının 16 rəqəmli nömrəsini şifahi olaraq demiş, həmin şəxs kart hesabına 477 manat pul yükləmiş, o, isə həmin pulu qəbul etmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs əlavə olaraq 284 manat da ödəməli olduğunu bildirdiyi üçün sonuncu yenidən kartına 284 manat da pul göndərmiş, bundan təxminən 2–3 gün sonra isə yenə də Zərərçəkmiş şəxs zəng edib, əlavə olaraq işi ilə bağlı 396 manat da ödəməsini bildirdiyi üçün sonuncu həmin məbləğdə pulu da həmin kart hesabına göndərmişdir. Bundan sonra isə o, istifadəsində olan 070–276–97–07 saylı nömrəni qırıb atmış, bu səbəbdən Zərərçəkmiş şəxs onunla əlaqə saxlaya bilməmişdir. Zərərçəkmiş şəxs mülki işi ilə bağlı köməklik edəcəyini vəd etməklə ümumiliksı 1.157 manat pulunu dələduzluq edərək ələ keçirmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs məhkəmədə qətnamənin onun xeyrinə çıxarılmadığını gördüyü üçün ondan pulunu istəmiş, o, isə pulu olmadığı üçün Zərərçəkmiş şəxs aldığı pulu geri qaytara bilməmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir rayonu, Keçili kəndində yaşadığı ev ilə əlaqədar olaraq məhkəmə mübahisəsi vardır. Belə ki, qardaşının həyat yoldaşı ona məxsus evə öz iddiasını irəli sürmüş, bununla bağlı məhkəmə mübahisələri olmuş, Şəmkir Rayon Məhkəməsi və Gəncə Apelyasiya Məhkəməsi qardaşı arvadının xeyrinə qərar qəbul etmişdir. 13 may 2022–ci il tarixdə saat 14 radələrində yaşadığı evdə olan zaman ona məxsus 051–463–40–60 saylı mobil nömrəyə 070–276–97–07 saylı mobil nömrədən zəng edilmiş, ona zəng edən həmin şəxs özünü Ədliyyə Nazirliyində işləyən polkovnik kimi təqdim edib, həmin mülki mübahisə ilə əlaqədar olaraq Ali Məhkəmədə işinin olması barədə məlumatlı olduğunu, həmin işin onların xeyrinə həll ediləcəyini, lakin dövlət rüsumu üçün 470 maant pul lazım olduğunu söyləmişdir. Həmin vaxt yaşadığı kənddə ödəmə terminalı işləmədiyindən Şəmkir şəhərinə gəlmiş, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən terminala yaxınlaşmış, həmin nömrə ilə əlaqə saxlamış, telefon danışığı zaman həmin şəxs ona kart nömrəsi demiş, o, terminalda həmin nömrəni yığmış, yığdıqdan sonra isə 470 manat əvəzinə səhvən həmin karta 477 manat pul göndərmiş, həmin şəxsə isə pulu göndərməyi barədə məlumat vermişdir. Bundan təxminən 1–2 saat sonra həmin şəxs ona məxsus olan mobil nömrəyə zəng edərək rüsumlar üçün pulun çatışmadığını, əlavə olaraq 284 manat pul lazım olduğunu demişdir. O, yenə də 20 Yanvar küçəsində yerləşən Sərxan marketə getmiş, həmin şəxsə zəng etmiş, həmin şəxs ona telefonda kartın nömrəsini şifahi olaraq demiş, o, həmin karta əlavə olaraq 284 manat da pul göndərmişdir.15 may 2022–ci il tarixdə həmin mobil nömrə ilə əlaqə saxlayan şəxs yenə də ona zəng etmiş, ona rüsumların artıq ödənildiyini, ödədiyi pulların hamısının bank vasitəsi ilə ona geri qaytarıldığını, həmin pullar geri qaytarılan zaman səhvən 396 manat pulun artıq göndərildiyini ona bildirmiş, ondan yenə də kartına 396 manat pul göndərməsini, həmin pulu göndərdikdən sonra gedib Kapital Bankdan bütün pulları götürə biləcəyini söyləmişdir. O, da həmin şəxsə yaşadığı kənddə yerləşən “Ailə” marketdən 396 manat pul göndərmiş, həmin pulu göndərdikdən sonra həmin şəxs ona ertəsi gün saat 11 radələrində Kapital banka getməsini, şəxsiyyət vəsiqəsini təqdim edib kod götürməsini, göndərdiyi bütün pulları bankdan geri almasını demişdir. O, həmin günün səhərisi banka gedib şəxsiyyət vəsiqəsini təqdim edən zaman ona həmin şəxsin yalan dediyini, onu aldadıb 3 dəfəyə ümumilikdə 1.157 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini başa düşmüşdür. Bununla belə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur, bununla belə barəsində Azərbaycan Respublikası CM–in 178.1–ci maddəsi ilə olan cinayət işi xx.xx.2022–ci il tarixdə, Azərbaycan Respublikası CM–in 178.2.2–ci maddəsi ilə olan cinayət işi xx.xx.2022–ci il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018–ci il təvəllüdlü Kənan və xx.xx.2020–ci il təvəllüdlü Kərim adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" ASC–nin 25 may 2023–cü il tarixli 2023/111/3967 nömrəli məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus plastik kart hesabından çıxarışlardan görünür ki, həmin plastik kart hesabına xx.xx.2022–ci il tarixdə 477,00 manat və 285,00 manat, xx.xx.2022–ci il tarixdə 396,00 manat məbləğində pul mədaxil edilmişdir. Cinayət işinin materiallarında olan Abşeron RİHB–nin Saray qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024–ci il tarixdə dövlət büdcəsinə 290 manat pul ödəmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui–istifadə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs notarial qaydada yazılmış ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs da məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, cinayət işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73–1.2–ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189–1.2–1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72–ci maddəsinin “Qeyd” hissəsinin 1–ci bəndinə əsasən şəxs bu Məcəllənin 72–73–2 və 74–1–ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materialları ilə müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilərək, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini isə cinayət məsuliyyətindən azad edilməmişdən əvvəl, yəni 13 may 2022–ci il tarixdə və 15 may 2022–ci il tarixdə törətmiş, bu hal hazırki cinayət işi üzrə işin icraatına xitam verilməsini istisna etmir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72–ci maddəsinin “Qeyd” hissəsinin 1–ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022–ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72–ci maddəsinin “Qeyd” hissəsinin 1–ci bəndi həmin Məcəllənin 72–73–2 və 74–1–ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası CM– in 178.2.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.2.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-68/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-68/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver