Məhkəmə qərarları › İş №1(076)-68/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-68/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-68/2025 24.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cü ildə Qazax rayon, Qırılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər Və Ümumi Təhsil Üzrə X4-Tovuz Regional Təhsil İdarəsində bağban işləyən, əvvəllər məhkum olunmamış, Ağstafa şəhəri, M. Ə. Rəsulzadə küçəsində ev-92, m-2 qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında bаxаrаq, M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında bağlanmış müqaviləyə əsasən, satış təmsilçisi olaraq ona təhkim olunmuş rayonlardan sifarişləri toplayıb şirkətin mərkəzi uçot şöbəsinə göndərmiş, sifariş olunmuş tikinti materialları müştərilərə çatdırıldıqdan sonra materialların pulunu müştərilərdən toplayıb şirkətin xəzinəsinə göndərmiş, 2023-cü ilin fevral ayından etibarən isə “satış fakturaları” ilə ona etibar edilmiş və ticarət obyektlərində satılması məqsədilə öhdəsinə götürdüyü tikinti materiallarının satışından əldə olunmuş 103093,91 manat pulun 62775,92 manatını MMCnin xəzinəsinə ödəmiş, 27250,92 manat məbləğində materialları şirkətə geri qaytarmış, Şəmkir rayonu ərazisində 13067,07 manat məbləğində pul vəsaitini isə tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2023-cü il tarixədək olan müddət ərzində "Evro İnşaat” MMC-nin xəzinəsinə mədaxil etməyərək şəxsi ehtiyaclarına xərcləyib ona etibar olunmuş özgə əmlakını müxtəlif vaxtlarda hissə-hissə götürərək mənimsəyib israf etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub talamışdır. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, barəsində deyilən faktlar doğrudur. Belə ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC şirkətində satış təmsilçisi olaraq çalışmışdır. Zərərçəkmiş şəxs MMC şirkəti tikinti materiallarının istehsalı və satışı ilə məşğul olur. Şirkət respublikanın əksər şəhər və rayonlarında fəaliyyət göstərir. Zərərçəkmiş şəxs MMC şirkətində satış təmsilçiləri tərəfindən sonunculara təhkim olunmuş ərazidən sifarişlər planşet vasitəsi ilə toplanaraq mərkəzin uçot şöbəsinə göndərilir. Daha sonra uçot şöbəsinin əməkdaşları tərəfindən sistemdən eyni əraziyə gedəcək sifarişlər toplanaraq vahid qaimə-faktura (satış sənədi), həmçinin müştəri və sürücüdə qalacaq qaiməfakturalar (satış sənədi) hazırlanır. Anbardar tərəfindən vahid qaimə-faktura əsasında bölgələrə gedəcək mallar avtomobillərə yüklənir. Müştəriyə və uçot şöbəsinə qayıdacaq qaimələr iki nüsxədə tərtib edilməklə həm anbardar, həm də sürücü tərəfindən imza edilir. Sürücülər də həmin qaimə-fakturalar əsasında malları müştərilərə təhvil verir, müştəri sifarişi almasına dair qaiməyə imza edir. Daha sonra sürücü həmin qaimələri uçot şöbəsinə təhvil verir. Bundan sonra həmin malların pullarının alınmasına maddi məsul şəxslər satış təmsilçiləri olurlar. Satış təmsilçiləri də yenə də mağazalardan sifarişləri toplayır, müştərilər tərəfindən ödənişlər olduğu təqdirdə isə satış təmsilçiləri həmin ödənişləri müştərilərdən alaraq mədaxil qəbzləri əsasında xəzinəyə göndərir. Kassa mədaxil qəbzləri iki nüsxədə tərtib olunur, bir nüsxə müştəridə, bir nüsxə isə xəzinədarlıqda qalır. Satış təmsilçisinin etdiyi ödənişə mütənasib olaraq sonuncunun hesabından borclar silinir. Geri qaytarılan mallar isə satış təmsilçisi tərəfindən tərtib olunmuş qaimə əsasında anbara təhvil verilir. Həmin qaiməni müştəri, satış təmsilçisi və sürücü imzalayır. Uçot şöbəsində isə həmin geri qaytarılan malların məbləğində pul satış təmsilçilərinin borcundan silinir. O, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi əsasında Zərərçəkmiş şəxs MMC şirkətində satış təmsilçisi olaraq işə başlamışdır. Ona Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonları təhkim olunmuşdur. O, aylıq 550 manat məbləğində maaş almışdır. İlk vaxtlar o, öz işini uğurla yerinə yetirsə də, bir müddət sonra o, onlara qoyulmuş limitdə mal sata və pul yığa bilməmişdir. Belə ki, o, hər ay 12.000 manat dəyərində müştərilərdən sifariş almalı, 4000 manat isə müştəridən pul yığmalı olmuşdur. 2023-cü ilin fevral ayında aylıq xəzinəyə göndərməli olduğu 4000 manat limit 10000 manata qaldırılmışdır. Hər 10000 manat ödəmədə isə ona 150 manat bonus verilmişdir. Limit qaldırıldıqdan sonra o, işləyə bilməmişdir. Belə ki, ərazisində olan mal almış müştərilərdən aylıq 10.000 manat pul toplaya bilməmişdir. Belə olan halda o, limiti tamamlaya bilmək üçün öz hesabından pul qoyub xəzinəyə göndərmişdir. Bununla da onun qohumlarına və tanışlarına xeyli miqdarda borcu yaranmağa başlamışdır. Həmçinin onun maddi durumu zəif olduğu üçün şəxsi problemləri ilə əlaqədar olaraq yaranmış borcların üzərinə bu kimi borclar gəldikdə, o, borclarını qaytara bilməmişdir. Buna görə də o, Şəmmkir rayonu ərazisində müştərilərdən aldığı pulların bir qismini götürüb borclarını ödəməyə başlamışdır. Zərərçəkmiş şəxs MMC şirkətində satış təmsilçilərinin fəaliyyəti yoxlanılır. 2023-cü ilin dekabr ayında öhdəliyində 13361.07 manat maddi çatışmazlıq olduğu aşkara çımışdır. Buna görə də xx.xx.2023-cü il tarixdə şirkətə maddi ziyan vurduğu üçün işdən çıxarılmışdır. O, müqaviləsinə xitam verilib işdən çıxarıldığı gün üzərində 294 manat pulu xəzinəyə ödəmişdir. Bununla da onun borcu 13067.07 manat qalmışdır. 10 yanvar 2024-cü il tarixdə müstəqil audit yoxlaması keçirilmişdir. Yoxlama nəticəsində onun şirkətə 13067.07 manat məbləğində maddi ziyan vurması müəyyən olunmuşdur. O, şirkət rəhbərliyindən həmin ziyanı ödəməsi üçün vaxt istəmişdir. Şirkət rəhbərliyi ona vaxt versə də, maddi imkanı zəif olduğundan pulu ödəyə bilməmişdir. Bir müddət sonra isə o, şirkətin onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etdiyini öyrənmişdir. Əməlindən peşmandır, vurduğu zərərlə bağlı şirkətlə razılıq əldə etmiş, şirkət rəhbərliyi onunla barışmışdır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2012-ci il tarixdən tikinti və materiallarının pərakəndə satışı ilə məşğul olur. O, fiziki şəxs kimi bir sıra firmalardan tikinti və inşaat materiallarını alıb Şəmkir şəhəri, Elşən Allahverdiyev küçəsində yerləşən mağazasında satır. 2019-cu il tarixdən o, Zərərçəkmiş şəxs MMC şirkətindən inşaat və tikinti materialları alır. O, şəxsən Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Elşən Zərərçəkmiş şəxs MMC şirkətinin Şəmkir rayonu üzrə satış təmsilçisi olaraq çalışmışdır. Ona material lazım olduqda, bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Təqsirləndirilən şəxs onlardan sifarişləri qəbul edib Zərərçəkmiş şəxs MMC şirkətinin baş ofisinə göndərmişdir. Təxminən 2-3 gün sonra sifariş etdikləri materiallar mağazalarına gətirilirmişdir. Tikinti və inşaat materialları mağazalarına təhvil verildikdən sonra yük maşını sürücüsünün bununla bağlı gətirdiyi qaimə-fakturalar o, orada olmadığı zamanlarda isə razılığı əsasında mağazada olan digər işçiləri tərəfindən imzalanmışdır. O, materialları təhvil aldıqdan sonra materialın pulunu əlbəəl olaraq Təqsirləndirilən şəxs vermişdir. Aldıqları materialın müqabilində verməli olduğu pulu Təqsirləndirilən şəxs verdikdən bir neçə gün sonra bunu sənəd üzərində də rəsmiləşdirmək məqsədilə sonuncunun gətirdiyi ödəniş sənədlərini də imzalamışdır. O, Zərərçəkmiş şəxs MMC şirkətindən təxminən bir ildə 5000-6000 manat məbləğində material sifariş etmişdir. O, halhazırda da Zərərçəkmiş şəxs MMC şirkətindən tikinti və inşaat materialları alır. Şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC şirkətinin auditoru Şahid3 ifadəsində göstərmişdir ki, o, 13 may 2023-cü il tarixdən Zərərçəkmiş şəxs MMC-də auditor olaraq çalışır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC şirkətində satış təmsilçisi olaraq çalışmışdır. Zərərçəkmiş şəxs MMC şirkəti tikinti materiallarının istehsalı və satışı ilə məşğul olan bir şirkətdir. Şirkət respublikanın əksər şəhər və rayonlarında fəaliyyət göstərir. Zərərçəkmiş şəxs MMC şirkətində satış təmsilçiləri tərəfindən sonunculara təhkim olunmuş ərazidən sifarişlər planşet vasitəsi ilə toplanaraq mərkəzin uçot şöbəsinə göndərilir. Daha sonra uçot şöbəsinin əməkdaşları tərəfindən sistemdən eyni əraziyə gedəcək sifarişlər toplanaraq vahid qaimə-faktura (satış sənədi), həmçinin müştəri və sürücüdə qalacaq qaimə-fakturalar (satış sənədi) hazırlanır. Anbardar tərəfindən vahid qaimə-faktura əsasında bölgələrə gedəcək mallar avtomobillərə yüklənir. Müştəriyə və uçot şöbəsinə qayıdacaq qaimələr iki nüsxədə tərtib edilməklə həm anbardar, həm də sürücü tərəfindən imza edilir. Sürücülər də həmin qaimə-fakturalar əsasında malları müştərilərə təhvil verir, müştəri sifarişi almasına dair qaiməyə imza edir. Daha sonra sürücü həmin qaimələri uçot şöbəsinə təhvil verir. Bundan sonra həmin malların pullarının alınmasına maddi məsul şəxslər satış təmsilçiləri olurlar. Satış təmsilçiləri də yenə də mağazalardan sifarişləri toplayır, müştərilər tərəfindən ödənişlər olduğu təqdirdə isə həmin ödənişləri müştərilərdən alaraq mədaxil qəbzləri əsasında xəzinəyə göndərirlər. Kassa mədaxil qəbzləri iki nüsxədə tərtib olunur, bir nüsxə müştəridə, bir nüsxə isə xəzinədarlıqda qalır. Satış təmsilçisinin etdiyi ödənişə mütənasib olaraq sonuncunun hesabından borclar silinir. Geri qaytarılan mallar isə satış təmsilçisi tərəfindən tərtib olunmuş qaimə əsasında anbara təhvil verilir. Həmin qaiməni müştəri, satış təmsilçisi və sürücü imzalayır. Uçot şöbəsində isə həmin geri qaytarılan malların məbləğində pul satış təmsilçilərinin borcundan silinir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi əsasında Zərərçəkmiş şəxs MMC şirkətində satış təmsilçisi olaraq işə başlamışdır. Elşənə Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonları təhkim olunmuşdur. Təqsirləndirilən şəxs işlədiyi ərazidə müştərilərdən qalan pul qalığının artdığını müşahidə edən şirkətin baş ofisinin göstərişi əsasında onun tərəfindən yoxlama aparılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs işlədiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində 13.361.07 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs müştərilərdən malların pulunu qəbul etsə də, tam olaraq xəzinəyə göndərməmişdir. Tərəfindən aparılan yoxlamada iştirak edən Təqsirləndirilən şəxs da bunu etiraf edərək sözügedən 13.361.07 manat məbləğində pulu şəxsi ehtiyacları üçün və işlə bağlı yaranmış borclarına sərf etdiyini bildirmişdir. Həmçinin Elşən bununla bağlı izahat da vermiş və vurulmuş ziyanın 294 manat hissəsini şirkətə geri ödəmişdir. O, Təqsirləndirilən şəxs və satış təmsilçisi Ruslan Əliyevlə birlikdə Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarında olan müştərilərinin mağazalarını gəzərək qalıq borcları dəqiqliklə aşkara çıxarmışlar. Daha sonra 26 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs özünə təhkim olunmuş ərazini Ruslan Əliyevə təhvil vermişdir. Ruslan Əliyev həmin ərazini 13.361.07 manat çatışmazlıqla təhvil almışdır. Lakin həmin ziyanı şirkət öz üzərinə götürmüşdür. Belə ki, onlar müştəri olan bütün mağazaları gəzib sistemdə borclu kimi göstərən mağazaların borclarını aşkar etmişlər. Həmin mağazalar aldıqları materialın pulunu Təqsirləndirilən şəxs versələr də, sonuncu pulu xəzinəyə verməmişdir. Pulu ödəmələrinə baxmayaraq borclu kimi göstərən mağazaların borclarını şirkət öz üzərinə götürmüşdür. Daha sonra şirkət müvafiq sənədləri toplayıb hüquq-mühafizə orqanlarına şikayət etmişdir. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, 2004-cü il tarixdən tikinti və inşaat materiallarının pərakəndə satışı ilə məşğul olur. O, fiziki şəxs kimi bir sıra firmalardan tikinti və inşaat materiallarını alıb Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən mağazasında satır. 2019-cu il tarixdən o, Zərərçəkmiş şəxs MMC şirkətindən kafel və metlak yapışdırıcısı alır. O, şəxsən Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Elşən Zərərçəkmiş şəxs MMC şirkətinin Şəmkir rayonu üzrə satış təmsilçisi olaraq çalışmışdır. Ona material lazım olduqda, bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Təqsirləndirilən şəxs onlardan sifarişləri qəbul edib Zərərçəkmiş şəxs MMC şirkətinin baş ofisinə göndərmişdir. Təxminən 2-3 gün sonra sifariş etdikləri materiallar mağazalarına gətirilirmişdir. Kafel və metlak yapışdırıcıları mağazasına təhvil verildikdən sonra o, yük maşını sürücüsünün bununla bağlı gətirdiyi qaimə-fakturaları imzalayır. O, materialları təhvil aldıqdan sonra materialın pulunu əlbəəl olaraq Təqsirləndirilən şəxs vermişdir. Bəzən isə pulu Təqsirləndirilən şəxs istəyi ilə sonuncunun kart hesabına da göndərmişdir. Aldığı materialın müqabilində verməli olduğu pulu Təqsirləndirilən şəxs verdikdən bir neçə gün sonra bunu sənəd üzərində də rəsmiləşdirmək məqsədilə sonuncunun gətirdiyi ödəniş sənədlərini də imzalamışdır. Təxminən 1 il bundan qabaq Zərərçəkmiş şəxs MMC şirkətinin baş ofisinin adını bilmədiyi əməkdaşı ona zəng edərək adına 200 manat məbləğində borc qaldığını bildirmişdir. O, həmin şəxsə materialın pulunu vaxtı-vaxtında Təqsirləndirilən şəxs verdiyini demiş və daha sonra Elşənə zəng edib nə üçün pulu Zərərçəkmiş şəxs MMC şirkətinin xəzinəsinə göndərmədiyini soruşmuşdur. Bir qədər sonra Elşən 200 manat pulu Zərərçəkmiş şəxs MMC şirkətinin xəzinəsinə göndərib qəbzini ona atmışdır. O, Zərərçəkmiş şəxs MMC şirkətindən təxminən bir ildə 4000-5000 manat məbləğində material sifariş edir. O, halhazırda da Zərərçəkmiş şəxs MMC şirkətindən kafel və metlak yapışdırıcıları alır. Zərərçəkmiş şəxs MMC şirkətində satış təmsilçisi olaraq çalışan Təqsirləndirilən şəxs şirkətə məxsus 13067,07 manat məbləğində nağd pul vəsaitini mənimsəməsi barədə məlumatı olmamışdır. Ümumiyyətlə, o, sifariş etdiyi materiallar mağazasına gətirildikdən sonra əlbəəl pulu Zərərçəkmiş şəxs MMC şirkətinin satış təmsilçisi Təqsirləndirilən şəxs vermişdir. Bəzən o, pulu Təqsirləndirilən şəxs istəyi ilə sonuncunun kart hesabına da göndərmişdir. Pulu verdikdən bir neçə gün sonra bunu sənəd üzərində də rəsmiləşdirmək məqsədilə Təqsirləndirilən şəxs gətirdiyi ödəniş sənədlərini də imzalamışdır. İş materilalarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 19 aprel 2024-cü il tarixli, 9/1732 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs MMC şirkəti üzrə xx.xx.2023-cü il tarixədək 13067,07 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. İş materialında olan 188 nömrəli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs MMC arasında əmək müqaviləsi bağlanmış, və Təqsirləndirilən şəxs satıcı vəzifəsinə xx.xx.2022-ci il tarixdə təyin edilmişdir. İş materialında olan xx.xx.2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli “tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən Müqaviləyə əsasən əmək münasibətləri prosesində İşçi İşəgötürənin ona etibar edərək verdiyi Əmlakın, maddi və digər sərvətlərin saxlanılması, daşınması, emalı, istifadəsi, satışı və digər Əməliyyatların aparılması ilə əlaqədar onların salamatlığını təmin etməli, İşəgötürənin bütün texniki və ya kommersiya xarakterli informasiya və məlumatlarını qorumalıdır. İşçi hərəkətləri (hərəkətsizliyi) ilə İşəgötürənin işgüzar nüfuzuna, həqiqətə uyğun olmayan məlumatlar yaymaqla onun fəaliyyətinə xələl gətirən, habelə yuxarıda qeyd olunan hallardan və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulan digər halların hər hansı birinin pozulması nəticəsində vurduğu zərərə görə tam maddi məsuliyyət daşıyır. İş materialında olan K-Ə-147 nömrəli, xx.xx.2022-ci il tarixli əmirdən görünür ki, X2 təmsilçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan K-Ə-203 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-cü il tarixli 188 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli müstəqil audit hesabatında və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixə müştərilərdə 8142.55 manat qalıq məbləğində mallar verilmiş, müştərilərədən 60184.60 manat ödəniş edilmiş, 1025.52 manat silinmə müştəridə 40611.99 manat cəmiyyətin mühasibat uçotu üzrə qalığı olmuşdur. Müştəri tərəfindən təsdiq olunmuş və 1271.80 manat isə geri qaytarma (vozvrat) olmuşdur. Nəticədə xx.xx.2023-cü il tarixə 27 olunan borc isə 27250.92 manat olmuşdur. 13361.07 manat məbləğində çatışmazlıq qalmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən yaranmış çatışmazlıqdan 294.00 manat məbləğində ödəniş etmişdir. Nəticədə cəmiyyətdə satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tərəfindən 29 müştəridən ümumilikdə 13067.07 (40611.99 -27250.92 - 294.00) manat məbləğində nağd pulu alsada, xəzinəyə təhvil verməyərək cəmiyyətin dövriyyəsindən gizlədilmişdir. Qeyd: Təqsirləndirilən şəxs tərəfindən Şirkətin rəhbərliyinə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə izahat yazıb bidirmişdir ki, əmək fəaliyyətinə başladığı gündən ona qaimə ilə göndərilən malların satış nöqtələrinə təhvil verilməklə onların satışından yığılan pulları şirkətin xəzinədarlığına təhvil verilməli idi. O, pula ehtiyacı olduğundan noyabr ayında 6448.77 manat, oktyabr ayında 4000.00 manat və sentyabr ayında isə 3000.00 manat satış pulunu mənimsədiyini və şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Nəticədə sirkətin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs öhdəsində 13067.07 manat məbləğində çatışmazlıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş “AZEMİS” elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himaysində xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X5 adlı uşaqları var. İş materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin direktoru tərəfindən məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyandan 1000 manat ödəniş edilmiş, qalan borcun hər ay 1000 manat olmaqla hissəhissə ödənilməsi barədə onunla razılıq əldə edilmişdir, E. O. Abadovla barışmışlar, ondan heç bir şikayətləri yoxdur. Ağstafa Rayon İcra Hakimiyyəti MKTİB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində uşaqlarının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, dəymiş ziyanı qismən ödəməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulurBelə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanınazadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları iş üzrə yüngülləşdirici halların, ağırlaşdırıcı haldan artıq olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddədinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədərə dəyişdirilmədən saxlanılmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul ondan alınıb Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba köçürülməli, hökmün icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəmkir rayon Vəkil Bürosuna vəkili X3 Təqsirləndirilən şəxs göstərdiyi 23 saat hüquqi yardıma görə 173 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi 23 saat hüquqi yardıma görə 173 (bir yüz yetmiş üç) manat məbləğində pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar