Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-69/2024 11.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X9 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Şəmkir rayonu, Zəyəm qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şəmkir rayonu, Zəyəm qəsəbəsində pasport qeydiyyatında olmaqla yaşayan, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və təyin edilmiş cəza Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hazırda azaqlıqdan məhrumetmə cəzası çəkməklə Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtməklə təkrarən dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə “Azəriqaz” İstehsalat Birliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli sazişə əsasən xx.xx.2021-ci il tarixdə “DOST İş Mərkəzi MMC”-yə ictimai işlər üzrə köməkçi peşəsinə qəbul olunmuş və təyinatı üzrə X18 İstismarı İdarəsinin Şəmkir Xidmət Sahəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə Şəmkir rayonu, Düyərli kənd sakini Zərərçəkmiş şəxs1 təbii qazdan istifadə qaydalarını pozduğu üçün 4000 (dörd min) manat məbləğində cəriməsini sildirəcəyinə dair yalan vədlər verib ona olan etibardan sui-istifadə edərək aldatma yolu ilə Şəmkir rayonu, Düyərli kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində sonuncunun vahid niyyətlə xx.xx.2023-cü il tarixdə 900 (doqquz yüz) manat, xx.xx.2023-cü il tarixdə 30 (otuz) manat, xx.xx.2023-cü il tarixdə isə 80 (səksən) manat, ümumilikdə 1010 (min on) manat pulunu alaraq ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə “Azəriqaz” İstehsalat Birliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli sazişə əsasən xx.xx.2021-ci il tarixdə “DOST İş Mərkəzi MMC”-yə ictimai işlər üzrə köməkçi peşəsinə qəbul olunmuş və təyinatı üzrə X18 İstismarı İdarəsinin Şəmkir Xidmət Sahəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə Şəmkir rayonu, Düyərli kənd sakini Zərərçəkmiş şəxs2 təbii qazdan istifadə qaydalarını pozduğu üçün 4700 (dörd min yeddi yüz) manat məbləğində cəriməsini sildirəcəyinə dair yalan vədlər verib ona olan etibardan sui-istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs2 Şəmkir rayonu, Düyərli kəndində yerləşən «Mədəni» mağazasının Milliön elektron ödəmə sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə saat 19:03 dəqiqədə öz adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus **********1788066 kart hesabına 750 (yeddi yüz əlli) manat pulu köçürtdürmə yolu ilə həmin məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində ailəsi ilə birlikdə yaşamış, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və təyin edilmiş cəza Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildiyindən hazırda azadlıqdan məhrumetmə cəzasını çəkir. “Azəriqaz” İstehsalat Birliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli sazişə əsasən xx.xx.2021-ci il tarixdə DOST İŞ Mərkəzi MMC-yə ictimai işlər üzrə köməkçi peşəsinə qəbul olunduqdan sonra X18 İstismarı İdarəsinin Şəmkir Xidmət Sahəsinə təhkim olunmuşdur. 06 fevral 2023-cü il tarixdə "xxxx" MMC ilə arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün müqaviləyə xitam verilmişdir. Onun maddi imkanının zəif olması və borçları olduğu üçün qaza borçu olan şəxsləri aldaraq onların pulunu ələ keçirmək qərarına gəlmiş, buna görədə xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində Zərərçəkmiş şəxs1 yaşadığı evə gedərək qazdan istifadə qaydalarını pozduğu üçün Zərərçəkmiş şəxs1 yazılmış 4000 manat cəriməni sildirmək adı ilə Zərərçəkmiş şəxs1 aldaraq 900 manat pulunu xx.xx.2023-cü il tarixdə isə 30 manat pulunu almış, lakin öz vəzifəsindən sui-istifadə edərək 1010 manat pulu mənimsəmlək dələduzluq edərək vədini yerinə yetirməyərək Zərərçəkmiş şəxs1 qaza olan cərimə borcunu sildirməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evinə gələn qazdan istifadə qaydalarını pozduğu üçün Şəmkir rayon qaz istismar idarəsi tərəfindən ümumilikdə 4.700 manat cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evində olan zaman 750 manat pul ödəyəcəyi təqdirdə həmin cərimənin ümumiyyətcə silinəcəyini, lakin bu barədə heç kimə heçnə deməməyini bildirmişdir. Sənan hazırda pulunun olmadığını, birazdan kart hesabına pul vuracağını bildirmişdir. Sənan həmin tarixdə yəni xx.xx.2023-cü il tarixdə saat 19 radələrində ona məxsus “Uni Bank”a aid **********1788066 kart hesabına 750 manat pul göndərmiş, lakin o, öz vəzifəsindən sui-istifadə edərək 750 manat pulu mənimsəməklə dələduzluq edərək vədini yerinə yetirməyərək Zərərçəkmiş şəxs2 qaza olan cərimə borcunu sildirməmişdir. O, qeyd edilən törətdiyi cinayət əməllərindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmədən nəzərə alınaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Şəmkir rayonu, Düyərli kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs X16 İstismarı İdarəsinin Zəyəm qəsəbəsi üzrə məsul şəxsi, çilingəri Təqsirləndirilən şəxs yaşadığı kəndin Zəyəm qəsəbəsi üzrə qaz idarəsinin məsul növbətçisi kimi tanımışdır. Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarını pozduğu üçün ona 4000 manat cərimə yazılmışdır. xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində yaşadığı evdə olan zaman Şəmkir rayon qaz istismar idarəsinin Zəyəm qəsəbəsi üzrə məsul şəxsi Təqsirləndirilən şəxs Füzuli oğlu yaşadığı evə gələrək qazdan istifadə qaydalarını pozduğu üçün ona kəsilən cəriməni ödəməyəcəyi təqdirdə qazın kəsiləcəyini, 1000 manat müqabilində həmin cəriməni sildirə biləcəyini bildirmişdir. O, həmin vaxt Vüsala 900 manat pul vermiş, təxminən 2-3 gün sonra isə yol haqqı üçün Vüsala əlavə 30 manat pul vermişdir. Bir neçə gün keçdikdən sonra isə Vüsala əlavə olaraq 80 manat pul vermişdir. Lakin sonradan cərimənin Vüsal tərəfindən silinmədiyini öyrənmişdir. Vüsal onu aldadaraq ümumilikdə 1010 manat pulunu mənimsədiyi ona məlum olmuşdur. Ona qarşı dələduzluq olduğunu bildikdən sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə məlumat verərək ona qarşı dələduzluq oldunuğunu bildirərək şikayətini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Düyərli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs Füzuli oğlunu tanıyır, Şəmkir rayonu, Zəyəm qəsəbə sakinidir. Təqsirləndirilən şəxsla hər hansi bir ədavəti düşmənçiliyi və ya qohumluq münasibətləri yoxdur. Şəmkir rayonu, Düyərli kəndində fərdi yaşayış evinə gələn qazdan istifadə qaydalarını pozduğu üçün Şəmkir rayon qaz istismar idarəsi tərəfindən bir müddət əvvəl ümumilikdə 4.700 manat cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Şəmkir rayonu, Düyərli kəndində yaşadığı evdə olan zaman Şəmkir rayon qaz istismar idarəsinin əməkdaşı Təqsirləndirilən şəxs yaşadığı evə gələrək 750 manat pul ödəyəcəyi təqdirdə həmin cərimənin ümumiyyətcə silinəcəyini, lakin bu barədə heç kimə heçnə deməməsini bildirmişdir. O isə Vüsala hazırda pulu olmadığını, birazdan Vüsalın hesabına pul vuracağını bildirmişdir. Daha sonra Vüsal onun yanından uzaqlaşmışdır. O, həmin tarixdə yəni xx.xx.2023-cü il tarixdə saaat 19 radələrində Şəmkir rayonu, Düyərli kəndində yerləşən “Mədəni” adlı marketdən Təqsirləndirilən şəxs məxsus “Uni Bank”a aid kart nömrəsi **********1788066 olan kart hesabına 750 manat pul göndərmişdir. Lakin sonradan ona kəsilən cərimənin silinmədiyini, Təqsirləndirilən şəxs onu aldadaraq 750 manat pulumu ələ keçirdiyi məlum olmuşdur. Daha sonra Şəmkir RPŞ-nin Zəyəm PB-nə gələrək şikayət ərizəsi yazmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və ibtidai istintaq aparılmasının tapşırılması” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aldatma yolu ilə Təqsirləndirilən şəxs 1010 manat, Zərərçəkmiş şəxs2 750 manat, X3 100 manat, X4 200 manat, X5 140 manat, X6 50 manat, X1 40 manat məbləğində pulu, X2 isə 450 manat qiymətində “Samsung A21S” markalı mobil telefonunu ələ keçirərək öz qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq etməsi faktına görə toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. X6 və Zərərçəkmiş şəxs2 təqdim etdiyi “e Manat” vasitəsi ilə olunan ödəniş qəbzləri sübut növü kimi qəbul edilmiş və cinayət işinə əlavə edilmişdir. 06 aprel 2023-cü il tarixdə ********* nömrəli cinayət işi Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis mayoru Elton Məmmədovun icraatına qəbul edilməklə istintaq aparılmışdır. 01 iyun 2023-cü il tarixdə cinayət işinin icraatı Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis mayoru Elton Məmmədov tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi mümkün olmadığından dayandırılmışdır. 30 iyun 2023-cü il tarixdə cinayət işinin icraatı Şəmkir RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis mayoru Elton Məmmədov tərəfindən təzələnməklə istintaq aparılmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə istintaq qedilən ********* nömrəli cinayət işinin istintaq müddətinin 2 (iki) ay, 5 ayadək, yəni 04 avqust 2023-ci il tarixdən 04 oktyabr 2023cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru Elton Məmmədov tərəfindən xidməti iş yerinin dəyişməsi ilə əlaqədar cinayət işinin digər müstəntiqə havələ edilməsini xahiş etmiş, cinayət işi həmin tarixdə Şəmkir RPŞ-nin İB-nin baş müstəntiqi, polis baş leytenantı Seymur Musayev həvalə olunmuş və ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqın davam etdirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə istintaq qedilən ********* nömrəli cinayət işinin istintaq müddətinin 2 (iki) ay, 7 ayadək, yəni 04 oktyabr 2023-ci il tarixdən 04 dekabr 2023cü il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri kifayət qədər sübutlarla təsdiq olduğundan 24 noyabr 2023-cü il tarixdə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Azəriqaz İB X18 İstismarı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (müddətli müqavilənin müddətinin qurtarması) xitam verilmiş və o, tutduğu peşədən azad edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin İB-nin baş müstəntiqi, polis baş leytenantı Seymur Musayev tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(076)-166/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(076)-36/2023 saylı qərardadından görünür ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(076)- 166/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 05 ay 12 gün hissəsinin iki günü bir gün azadlıqdan məhrum etməyə bərabər hesablanmaqla 01 (bir) il 02 (iki) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 30 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təsiqli bilinib 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və təyin edilmiş cəza Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İşdə olan Şəmkir RİHB Zəyəm qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla anası və 2 nəfər bacısı ilə birgə yaşayır. İşdə olan Şəmkir RİHB Zəyəm qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, onun barəsində heç bir şikayət daxil olmamışdır. Şəmkir Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 446 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon poliklinikasında psixiatrik kabinetdə qeydiyyatda dayanmır. Narkoloji kabinetdə həşiş narkomaniyası diaqnozu ilə dispanserdə nəzarətdə dayanır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi materiallarında olan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi 431 manat miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslərlə barışdığını, dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, cinayət işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə qanunun qeyd olunan müddəalara istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizini tamamilə ödəməsi, əvvəllər cinayət məsuliyyətindən və cəzadan azad olunmaması nəzərə alınmalı, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə mülki iddianın, məhkəmə xərcinin, maddi sübutun, müsadirə edilməli əmlakın olmaması və qətimkan tədbirinin seçilməməsi, azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 72 manat məbləğində pul ödənilməsi üçün işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 (yetmiş iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-69/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-69/2024
11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver