Məhkəmə qərarları › İş №1(076)-70/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-70/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-70/2024 04.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə 15 avqust 1985–ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş və həmin məhkəmə aktının icrasına maneçilik törətmişdir. Belə ki, o, cavabdeh kimi ondan xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat sabit pul məbləğində olmaqla, cəmi 300,00 manat aliment borclu Təqsirləndirilən şəxs alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 2(076)-405/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şəmkir Rayon Məhkəməsinin 3(076)-535/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni xx.xx.2023cü il tarixədək 3000,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2006-cı ildə faktiki olaraq evlənmişlər, nikahları xx.xx.2010-cu ildə rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs ilə olan nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X6 adlı iki övladları olmuşdur. Əvvəllər münasibətlər yaxşı olsa da sonradan pozulmuşdur. Zərərçəkmiş şəxs evli olduqları müddətdə tanımadığı şəxslə əxlaqsız hərəkətlər etdiyi üçün 2021-ci ildə ayrılmışlar. Bu səbəbdən də Zərərçəkmiş şəxs nikah qeydinin ləğv edilməsi tələbilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)- 158/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə qeydə alınmış nikah qeydinin ləğv edilməsi və hər iki uşağın onun himayəsində qalması qət edilmişdir. 2022-ci ilin iyun ayında uşaqlar onu təhqir etdiyi üçün aralarında münaqişə yaranmışdır. Bundan sonra Zərərçəkmiş şəxs uşaqların onun himayəsinə verilməsi və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-405/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən hər iki uşağın analarının himayəsinə verilməsi və 19 sentyabr 2022-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il tarixdə doğulmuş Atəş və xx.xx.2008-ci il tarixdə doğulmuş Aysu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər bir uşaq üçün 150,00 manat, cəmi 300,00 manat sabit pul məbləğində aliment alınıb Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2023-cü il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bu barədə onun ünvanına rəsmi bildiriş göndərilmişdir. Keçmiş arvadı Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlər etdiyi üçün aliment borcunu ödəməmişdir. Bundan sonra ölkədən getmək hüququ Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məhdudlaşdırılmışdır. Yaranmış aliment borcunu ödəmədiyinə görə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli billinərək 12 gün müddətinə inzibati həbslə tənbeh edilmiş və inzibati həbsdən sonra cinayət məsuliyyətinə veriləcəyi barədə dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Qeyd olunan qətnamə üzrə xx.xx.2022-ci il tarixdən cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixə kimi 3000,00 manat aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlər etdiyinə görə yaranmış aliment borcunu ödəmək niyyəti yoxdur. Hazırda əməlindən peşmandır. O, aliment borcunu ödəməməyinin səbəbi uşaqların anası olmuşdur. Hazırda dərk edir ki, bu cur qərəzli hərəkətləri cinayət əməlini törədir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2006-cı ildə faktiki olaraq evlənmişlər, nikahları xx.xx.2010-cu ildə rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə olan nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X6 adlı iki övladları olmuşdur. Evli olduqları müddətdə Təqsirləndirilən şəxs Şəmkir rayonu ərazisində fərdi qaydada bərbər işləmiş, bundan əlavə toy şənliklərində foto şəkil çəkmiş və orta hesabla aylıq gəliri 700-800 manat olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Təqsirləndirilən şəxs onu azyaşlı uşaqlarının gözləri qarşısında döymüş və təhqir etmişdir. Bundan sonra faktiki olaraq onlar ayrılmışlar, lakin uşaqlar atalarının himayəsində qalmışdır. Bu səbəbdən o, nikah qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-158/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə qeydə alınmış nikah qeydinin ləğv edilməsi və hər iki uşağın ataları Təqsirləndirilən şəxs himayəsində qalması qət edilmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs azyaşlı uşaqlara qarşı şiddət göstərdiyinə görə hər iki uşaq onunla yaşamaqdan imtina edərək onun yanına gəlmişlər. Bundan sonra uşaqların onun himayəsində olması faktının müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-405/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 19 sentyabr 2022-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il tarixdə doğulmuş Atəş və xx.xx.2008-ci il tarixdə doğulmuş Aysu adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər bir uşağa görə 150,00 manat, cəmi 300,00 manat sabit pul məbləğində aliment alınıb ona ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2023-cü il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs Şəmkir rayon icra və probasiya şöbəsinə izahatı alınaraq tələblə bağlı məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilsə də aliment ödəməyəcəyini bildirərək tələbi icra etməmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli billinərək 12 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilsə də tələb icra olunmamışdır. Göründüyü kimi borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-405/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq tələbi icra etməməkdə davam etmiş və qətnamənin icrasının təmin olunması istiqamətində faktiki imkanlarından istifadə etməmişdir. Borclu Təqsirləndirilən şəxs tərəfindən bu günədək aliment borcundan heç bir ödəniş edilməmiş və təqdimat verildiyi günə yəni xx.xx.2023-cü il tarixədək 3000,00 manat aliment borcu yaranmışdır. Qeyd edilən ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbirlər görülməsini xahiş edir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, ifadəsində göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-405/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə 19 sentyabr 2022-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il tarixdə doğulmuş Atəş və xx.xx.2008-ci il tarixdə doğulmuş Aysu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər bir uşaq üçün 150,00 manat, cəmi 300,00 manat sabit pul məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra vərəqəsi xx.xx.2023-cü il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Borcun məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmişdir. Şəmkir Rayon Məhkəməsinin 8(076)-180/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs məlumat vermədən yaşayış yerini dəyişdiyinə və olduğu yeri müəyyən etmək mümkün olmadığına görə icra məmurunun xx.xx.2023-cü il tarixli qərarına əsəsən onun barəsində Şəmkir Rayon Polis Şöbəsində xx.xx.2023-cü il tarixdə 800573 nömrəli axtarış işi açılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis orqanları tərəfindən saxlanılaraq Şəmkir rayon icra və probasiya şöbəsinə təhvil verilmiş və izahatı alınaraq tələblə bağlı məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilsə də alimenti ödəməyəcəyini bildirərək tələbi icra etməmişdir. Borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 3(076)-535/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli billinərək 12 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilsə də tələb icra olunmamışdır. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla dəfələrlə izahatı alınaraq rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq tələbi icra etməməkdə davam etmiş və qətnamənin icrasının təmin olunması istiqamətində faktiki imkanlarından istifadə etməmişdir. Bununla da onun əməlində qərəzlilik müşahidə olunur. Materiallardan göründüyü kimi borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)- 405/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq tələbi icra etməməkdə davam etmiş və qətnamənin icrasının təmin olunması istiqamətində faktiki imkanlarından istifadə etməmişdir. Borclu Təqsirləndirilən şəxs tərəfindən bu günədək aliment borcundan heç bir ödəniş edilməmiş və onun təqdimat verildiyi günə yəni xx.xx.2023-cü il tarixədək 3000,00 manat aliment borcu yaranmışdır. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 oğlunun məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-405/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2007–ci il tarixdə doğulmuş Atəş və xx.xx.2008–ci il tarixdə doğulmuş Aysu adlı uşaqların anaları–iddiaçı Zərərçəkmiş şəxs himayəsində olmaları faktı müəyyən edilmiş, 19 sentyabr 2022–ci il tarixdən başlayaraq, xx.xx.2007–ci il tarixdə doğulmuş Atəş və xx.xx.2008–ci il tarixdə doğulmuş Aysu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-405/2023 saylı icra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 3(076)-535/2023 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 8(076)-180/2023 saylı qərardadından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-405/2023 saylı icra sənədi üzrə aliment borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il-ci il tarixli bildiriş və xəbərdarlıq məktublarından görünür ki, icra orqanı Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında X3 X2 filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs MEİS-də formalaşdırılmış vakansiya bankından münasib işlər (Şərq Ulduzu MMC-də fəhlə, əməkhaqqı-345 manat və fiziki şəxs “X5”nun yanında satıcı) təklifi olunmuş, lakin vətəndaş təklif edilən münasib işlərdən imtina etmiş və iş təklifini qəbul etməməsi barədə əsaslı səbəblər gətirməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qərari ilə 03 ay 15 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2017-ci il tarixdə cəzasını tam olaraq çəkib qurtarmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Şəmkir şəhər İƏD üzrə nümayədəsi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş və ya həmin məhkəmə aktının icrasına maneçilik törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2024–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar