Məhkəmə qərarları › İş №1(076)-71/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-71/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-71/2024 23.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2002–ci il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin xeyli miqdarda əmlakını gizli talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrəsi ilə qeydiyyatdan keçdiyini “M10” hesabına elektron məlumat daşıyıcısından istifadə etməklə daxil olaraq xx.xx.2023-cü il tarixdə 83 (səksən üç) manat pulu, özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyini “M10” hesabına mədaxil etmiş, yenidən xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə qeydiyyatdan keçdiyini “M10” hesabına daxil olaraq oradan 17300 (on yeddi min üç yüz) manat məbləğində pulu ələ keçirərək tanışı X3 məxsus “Binance” hesabına yükləmiş, həmin hesabdan ödəniş etməklə Şahid2 adlı şəxsə məxsus “SuperChanceN2” profilindən 17300 (on yeddi min üç yüz) manat dəyərində 9942 (dooquz min qırx iki) dollar 52 (əlli iki) sent məbləğin kripto valyuta almış, və 9942 dollar 52 sent dəyərində olan kripto valyutanı Şahid2 geri sataraq əldə etdiyi 17101 (on yeddi min bir yüz bir) manat 22 (iyirmi iki) qəpik pulu özünə məxsus ***-***-**-** saylı mobil nömrənin M10 hesabına köçürərək elektron məlumat daşıyıcısından istifadə etməklə Zərərçəkmiş şəxs məxsus 17383 (on yeddi min üç yüz səksən üç) manat məbləğində, yəni xeyli miqdarda pulu gizli talayaraq oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, təxminən tutulmamışdan 2-3 ay əvvəl teleqram saytında özünü Sima kimi təqdim edən xanımla tanış olmuş və onunla kripto valyuta barəsində söhbətlər etməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə teleqram saytında Sima ilə söhbət edən zaman ona kripto valyuta alqı satqısı ilə məşğul olan tanıdığı bir şəxsin olduğunu bildirmişdir. O, həmin şəxsin M10 hesabına daxil olarsa yaxsı pul qazana biləcəyini bildirmiş və ona adını sonradan bildiyi Toğrul adlı şəxsin mobil nömrəsini vermişdir. Toğrul isə ona teleqram saytında mesaj yazaraq kripto valyuta satdığını bildirmişdir. O, isə həmin şəxsə kripto valyuta almaq isdədiyini bildirmişdir. Sonra həmin şəxsə onun telefonuna kod gələcəyini və ödənişi onun telefonuna etməsi üçün həmin kodu ona deməsini bildirmişdir. Həmin vaxt o, Toğrula məxsus ***-***-**-** saylı mobil nömrəyə M10 hesabı açmışdır. Onlar ***-***-**-** saylı mobil nömrəyə getmiş M10 kodunu ona vermişlər. O, M10 hesabına daxil olaraq Toğrulun hesabında olan 83 manat pulu hesabına köçürmüşdür. Təxminən 15-20 dəqiqədən sonra Toğrul özünə məxsus ***-***-**-** saylı mobil nömrədən onu yığmış və ona M10 hesabına 83 manat pul gəldiyini və onu geri qaytarmasını bildirmişdir. O, da yalandan pulun gəlmədiyini bildirmişdir. Sonra isə o, Toğrulun M10 hesabını nəzarətdə saxlamışdır. xx.xx.2023-cü il tarixdə Simanın Binance hesabını kodunu almışdır. xx.xx.2023-cü il tarixdə isə Toğrulun M10 hesabına 17300 manat pul gəlmişdir. O, cəld həmin pulu Binancda kripto valyuta satan şəxsin hesabına vurmuşdur. 17300 manat pulun dəyərində 9942 dollar 52 sent kripto valyuta almışdır. Sonra isə həmin kripto valyutanı aldığı şəxsə geri satmış və 17100 manat ***-***-**-** saylı mobil nömrənin M10 hesabına yükləmişdir. Bundan sonra qeyd edilən pulu Şəmkir rayonu Kür qəsəbəsində və Gəncə şəhərində məxaric etmişdir. Sonra isə ona məxsus bütün sosial şəbəkələri deaktiv etmiş, 17100 manat pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, pulu məxaric etdikdən sonra 6000 manata VAZ 21074 markalı avtomobil almış, 2790 manat pulu kredit borcuna vermiş, 1700 manat dəyərində kripto valyuta almış, yerdə qalan pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışaraq razılıq əldə etmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, kripto valyuta hesabı olan Binancedə pul alqı-satqısı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə telegram sosial şəbəkəsində hal-hazırda silinmiş hesabdan ona adını bildirməyən şəxs mesaj yazmışdır. Həmin şəxs hazırda Bakı şəhərində olduğunu, onun hesabına pul vurmaq isdədiyini və pulun da Şəmkir rayonunda onun tanışının gəlib götürəcəyini bildirmişdir. O, əvvəlcə razı olmasa da sonradan razılaşmış və ona 1700 manat pul göndərəciyini bildirmişdir. O, onunla razılaşmış və istədiyi kimi özünə məxsus ***-***-**-** nömrəsini həmin şəxsə göndərərək M10 hesabının olduğunu və pulu həmin hesaba göndərməsini demişdir. Bir qədər sonra tanımadığı şəxs onun telefonuna 4 rəqəmli kod gələcəyini və həmin kodu ona deməsini bildirmişdir. O, da telefona gələn 1278 saylı 4 rəqəmli kodu telegram vasitəsi ilə həmin şəxsə göndərmişdir. Bir qədər sonra isə ona məxsus M10 hesabından 83 manat ***-***-**-** saylı M10 hesabına pulun köçürüldüyünü və tanımadığı şəxs tərəfindən ələ keçirildiyini görmüşdür. Telegram sosial şəbəkəsində həmin şəxsə məxsus mesaj hissəsinə girdikdə mesajların silindiyini aşkar etmişdir. Bundan sonra ***-***-**-** saylı mobil nömrənin sahibinə zəng edib onun hesabına 83 manat pul köçürüldüyünü bildirmişdir. Həmin şəxs isə hesabına pul köçmədiyini bildirirək telefonu keçirtmişdir. xx.xx.2023-cü il tarixdə onun M10 hesabında 17300 AZN pul köçürülmüşdür. Həmin gün saat 12 radələrində ona M10 tətbiqindən mesaj gəlmiş və hesaba daxil olduqda isə ona məxsus hesabdan naməlum şəraitdə ***-***-**-** saylı hesaba əvvəlcə 17000 AZN, daha sonra isə 300 AZN pul köçürüldüyünü və pulun hesabından oğurlandığını aşkar etmişdir. O, dərhal həmin nömrənin sahibinə zəng edib pulu geri qaytarmasını tələb etmək istəsədə həmin mobil nömrəyə zəng çatmamışdır. Bundan sonra bu barədə Şəmkir RPŞ-nə və M10-nun qaynar xəttinə zəng edərək müraciət etmişdir. Məhkəmədən qərar qəbul edərkən ifadəsində göstərdikləri halların nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhərində kripto valyutanın alışı və satışı ilə məşğul olur. O, əsasən Binance adlı birjadan istifadə edir. Onun həmin saytda profili SuperChanceN2-dır. Birjadan etdiyi alqı-satqı pullarını o, M10 hesabına köçürür. Onun M10-da ***-***-**-** və ***-***-**-** nömrələrindən istifadə edir. ***-***-**-** saylı nömrəni ona Rasim adlı şəxs 2023-cü ilin may ayında vermişdir. Həmin nömrənin kimin adına olması barədə onun heç bir məlumatı yoxdur. ***-***-**-** onun öz adına olan nömrədir. xx.xx.2023-cü il tarixdə saat 12:09-da birjada X4 ondan 17300 manat dəyərində 9942 dollar 52 sent dəyərində kripto valyuta almışdır. Həmin şəxs ona ***-***-**-** saylı M10 hesabından onun ***-***-**-** saylı M10 hesabına 17300 manat pul köçürmüşdür. Sonra isə X4 xx.xx.2023-cü il tarixdə saat 12:23-də 17101 manat 22 qəpik dəyərində 9942 dollar 52 sent dəyərində kripto valyutanı ona satmışdır. O, isə ona məxsus ***-***-**-** M10 hesabından X2 ona təqdim etdiyi ***-***-**-** M10 hesabına köçürmüşdür. ***-***- **-** saylı M10 hesabını 2023-cü ilin sentyabr ayının 15-də bağlamışdır. xx.xx.2023-cü il tarixdə saat 12:09-da birjada X4 ondan 17300 manat dəyərində 9942 dollar 52 sent dəyərində kripto valyuta almışdır. Həmin şəxs ona ***-***-**-** saylı M10 hesabından onun ***-***-**-** saylı M10 hesabına 17300 manat pul köçürmüşdür. Sonra isə X4 xx.xx.2023-cü il tarixdə saat 12:23-də 17101 manat 22 qəpik dəyərində 9942 dollar 52 sent dəyərində kripto valyutanı ona satmışdır. O, isə ona məxsus ***-***-**-** M10 hesabından X2 ona təqdim etdiyi ***-***-**-** M10 hesabına köçürmüşdür. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayon sakini Cəmil adlı şəxslə təxminən 2023-cü ilin may ayından Teleqram saytında tanış olmuşlar. O, Cəmillə Teleqram saytında əsasən yatırımlarla bağlı söhbət edirmişlər. Şəmkir rayon sakini Toğrul adlı şəxsi qiyabi olaraq tanıyır. 2023-cü ilin avqust ayında Toğrul adlı şəxs ona “İnstaqram “ sosial şəbəkəsində mesaj yazaraq ona kripto valyuta satıb-satmadığını soruşmuşdur. O, da həmin şəxsə kripto valyuta satmadığını bildirmiş və Toğrula onun tanışları olduğunu, onlarla maraqlanıb xəbər edəcəyini demişdir. Sonra o, tanışı Cəmilə Toğrul adlı şəxs olduğunu və onun kripto valyuta satmaq istədiyini bildirmişdir. Cəmil isə ona Toğrulun M10 hesabını öyrənib ona deməsini xahiş etmişdir. O, Toğrula “İnstaqram” sosial şəbəkəsində mesaj yazaraq M10 hesabı lazım olduğunu bildirmişdir. O isə ona ***-***-**-** saylı mobil nömrəni vermişdir. O, həmin mobil nömrəni Cəmilə bildirmiş, o, isə həmin nömrəyə kod gələcəyini və kodu öyrənib ona bildirməsini demişdir. O, Toğruldan telefonuna gələn kodu istəmiş, Toğrulda telefonuna gələn kodu ona demiş, o, isə öz növbəsində kodu Cəmilə göndərmişdir. Təxminən bir iki dəqiqədən sonra Toğrul ona mesaj yazaraq onun M10 hesabına pul gəlmədiyini bildirmişdir. O, Toğrulla danışdıqdan təxminən 1 saat sonra sonuncu ona mesaj yazaraq hesabından 17000 manat pulun çıxarıldığını bildirmişdir. O, Cəmilə mesaj yazaraq Toğrul adlı şəxsin hesabından 17000 manat pul çəkildiyini bidirmiş, Cəmil isə həmin pulu səhvən öz hesabına atdığını bildirmişdir. Cəmil ona Toğrulla yazışdığı hesabı silməyi bildirmiş, lakin o, hesabı silə bilmədiyi üçün hesabdan çıxış vermişdir. Hadisənin baş verdiyi gündən o, Cəmillə heç bir telefon əlaqəsi saxlamamış, onunla heç bir danışığı olmamışdır. Sonra isə o, Cəmillin nişanlısından onun tutulduğunu öyrənmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat tarixçəsi qəbzlərindən görünür ki, 01 sentyabr 2023-cü il tarixdə +994 51-440-47-39 nömrənin hesabına 83 manat və 02 sentyabr 2023-cü il tarixdə isə +994 51-711-55-55 nömrənin hesabından +994 50-862-15-62 nömrənin hesabina 17000 manat pul göndərilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsininn xx.xx.2023-cü il tarixli qərarının icrasi ilə əlaqədar tələb olunan bank məlumatlarından görünür ki, xx.xx.2023-cü il tarixdə 994 51-711-55-55 hesabdan 994 50-862-15-62 hesaba 17000 manat məbləğində pul ödənilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2023–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Təzəkənd kəndi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdi ki, Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə, özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməllərini törətmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–in 177.2.3-1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham hökmü çıxarılmalı və o, təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, zərərçəkmiş şəxsə dəymiş ziyan tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs heç bir şikayətinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində və həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 30 sentyabr 2023–cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 30 sentyabr 2023–cü il tarixdən 23 oktyabr 2024–cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 01 il 23 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 02 il 01 ay 16 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilsə də, məhkəmə hesab edir ki, həmin mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 179.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2–ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 183.3–cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsaəsn təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, 22 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizədən görünür ki, zərər çəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödənildiyindən mülki iddiadan imtina etdiyini və ərizəsinin nəzərə alınaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs vermiş olduğu mülki iddiadan imtina etdiyindən mülki iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 23 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 138 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 sentyabr 2023–cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 il 23 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 10 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 138 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar