Məhkəmə qərarları › İş №1(076)-72/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-72/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-72/2025 11.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəmkir vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olan, Qəbələ rayonu, Zirik kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtida istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, 24 avqust 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, on altı yaşına çatmayan, 05 avqust 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sevgi münasibətləri zəminində ailə qurmaq məqsədilə 03 may 2024-cü il tarixdən 31 may 2024cü il tarixə kimi 3 dəfə sonuncunun yaşadığı Şəmkir rayonu, Ə.Cavad 32 ünvanında yerləşən fərdi yaşayış evində, öz gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs razılığı əsasında onun cinsiyyət orqanına və arxa keçəcəyinə daxil etməklə aralarındakı yaş fərqi iki ildən çox olan zərərçəkmiş Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığının pozulması, arxa keçəcəyində, arxa keçəcəyi büzən əzələdə (sfinktorda) cüzi boşalma və arxa keçəcəkdə çat əmələ gəlməsi ilə nəticələnən onunla təbii, həmçinin qeyri-təbii yolla cinsi əlaqədə olmaqla on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o Qanuni nümayəndə qızı Firuzə ilə 2024-cü ilin yanvar ayında “ İnstaqram “ sosial şəbəkəsində tanış olmuşdur. Tanış olduqdan sonra bir-birilərinə mobil telefon nömrələrini vermişlər və aralarında sevgi münasibətləri yaranmağa başlamışdır. Onun Firuzə ilə danışmağını bilən anası ona bildirmişdir ki, “Firuzə azyaşlıdır, sən onunla danışma”. Bundan sonra Firuzə gizlin olaraq ona yazmağa başlamışdır. Firuzə ona bildirmişdir ki, gəl cinsi əlaqədə olaq, bundan sonra anası onunla evlənməklərinə icazə verəcək. O, da Firuzənin dedikləri ilə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə o, Şəmkir rayonuna Firuzənin yaşadığı ünvana gəlmişdir. Təxminən 10 dəqiqə oturduqdan sonra Firuzənin anasına məxsus yataq otağına keçib onunla təxminən 10 dəqiqə cinsi əlaqədə olmuşlar. Lakin Firuzənin cinsiyyət orqanından qan gəlməmişdir. O isə spermanı onun cinsiyyət orqanına ifrazat etmişdir. Saat 15 radələrində isə o Firuzənin yaşadığı ünvanı tərk edib getmişdir. Sonra isə o Firuzə ilə telefon vasitəsi ilə əlaqə saxlamağa davam etmişdir. 2024-cü ilin iyun ayında o dayısı oğlu Arzuman ilə Şəmkir rayonuna gəlmişdir. Firuzə və Pərvanə ilə gəzməyə getmişlər. Sonra isə o Firuzə ilə cinsi əlaqədə olmağını anası Pərvanəyə demişdir. Pərvanə isə ona bildirmişdir ki, elədiyi hərəkətə görə Firuzə ilə evlənməlidir. O, da Pərvanəyə Firuzəni sevdiyini və onunla evlənəcəyini bildirmişdir. Bundan sonra bu barədə valdeynlərinə məlumat vermiş və Firuzə ilə aralarında hə yəni nişan mərasimi olmuşdur. Sonra isə o eşitmişdir ki, Firuzənin anası Pərvanə onun haqqında Şəmkir RPŞ-nə şikayət ərizəsi ilə müraciət edib. O, Zərərçəkmiş şəxs 2024-cü ilin yanvar ayında “ İnstaqram “ sosial şəbəkəsində tanımışdır. Zərərçəkmiş şəxs azyaşlı olması barədə onun məlumatı olmuşdur. Cinsi əlaqədə olan zamanı o Firuzəyə zor tətbiq etməmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. Onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 7 ay bundan əvvəl adını ona Əli kimi təqdim edən şəxslə “ İnstaqram “ sosial şəbəkəsində tanış olmuşdur. Sosial şəbəkədə tanış olduqdan sonra bir-birilərinə mobil telefon nömrələrini vermişlər və telefon vasitəsi ilə danışmağa başlamışlar. Təxminən 1 ay danışdıqdan sonra aralarında sevgi münasibətləri yaranmağa başlamışdır. Lakin anası Pərvanə onun Əli ilə mobil telefon vasitəsi ilə danışmağını tutmuş və ona iradını bildirərək demişdir ki, “az yaşlısan sənin hələ ərə getmək vaxtın deyil”. O isə anasından gizlin olaraq Əli ilə danışmağına davam etmişdir. Onun Əli ilə ailə qurmağına anası icazə vermədiyi üçün Əli ona bildirmişdir ki, gəl birlikdə olaq bundan sonra anası onunla evlənməyinə icazə verəcək. O, da Əlinin sözünə inanmışdır. 2024-cü ilin may ayının 3-də Əli onların yaşadıqları ünvana gəlmişdir. Həmin vaxt evdə onun balaca bacısı olmuşdur. Təxminən 10 dəqiqə oturduqdan sonra Əli ona bildirmişdir ki, gəl cinsi əlaqədə olaq. O, ilkin olaraq Əliyə razılıq verməmiş, o isə onun qolundan anası Pərvanəyə məxsus otağa aparmışdır. Onun əynində olan paltarları çıxardıqdan sonra onun təbii yola təxminən 10-15 dəqiqə cinsi əlaqədə olmuşdur. Həmin vaxt Əli onun bakirəliyini pozmuşdur. Əli isə spermanı onun cinsiyyət orqanının içərisinə ifrazat etmişdir. Saat təxminən 15 radələrinə Əli onların yaşadıqları ünvanı tərk edib getmişdir. Əli ilə o 2024-cü ilin may ayında xatırlamadığı vaxtlarda onunla 2 dəfə də cinsi əlaqədə olmuşdur. 2024-cü ilin iyun ayında Əli anasına zəng edərək bildirmişdir ki, onlar bir-birilərini sevirlər və evlənmək istəyirlər. Anası Əlinin sözünə razı olmadıqda Əli anasına bildirmişdir ki, o Firuzə ilə cinsi əlaqədə olmuşdur. O onun halalıdır. Anası isə buna əsəbləşərək onu danlamışdır. 2024-cü ilin iyun ayının sonuncu həftəsində o, xəstələnmədiyi üçün anası hamiləlik testi alıb gətirmişdir. Test etdikdən sonra onlara məlum olmuş ki, o hamilədir. Anası Pərvanə hamiləyi sonlandırmaq üçün ona dərman peraparıtı vermişdir. Qan axma nəticəsində hamiləliyi sonlandırılmışdır. Bu barədə anası Pərvanədən başqa heç kəsin məlumatı olmamışdır. Sonra isə Əlinin onunla cinsi əlaqədə olması barədə Əlinin də valdeynlərinin xəbəri olmuşdur. Anası və valideyni ilə qərara gəlmişlər ki, onları nişanlasınlar. Bu səbəbə görə də Əli ilə onun hə mərasimi keçirilmişdir. Nişan mərasimində təxminən 15-20 nəfər qonaq iştirak etmişdir. Bundan sonra aralarında münasibətlər davam etməyə başlamışdır. Sonra isə Əlinin anasına və valdeynlərinə müraciət edərək onu qaçırtmaq isdədiyini dəfələrlə müraciət etdiyi üçün anası da məcbur olaraq Əli haqqında Şəmkir RPŞ-nə ərizə ilə müraciət etmişdir. O, Əli adlı şəxsi 2024-cü ilin yanvar ayından tanıyır. Əli adlı şəxsin onun az yaşlı olması barədə məlumatı olmuşdur. O, Əli ilə 2024-cü ilin may ayın 3-də ilk dəfə onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxt onun bakirəliyi pozulmuşdur. Bundan başqa Əli ilə 2024-cü ilin may ayında 2 dəfə anasına məxsus yataq otağında onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Bir dəfə isə onunla qeyri-təbbi yolla cinsi əlaqə olmuşdur. Hazırda təqsirləndirilən Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə isrintaqı zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 yaxın qohumu olduğundan ifadə verməkdən imtina etmişdir, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ifadəsində bildirmişdir ki, Qəbələ rayonu Zirik kəndində yaşayır. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Şəmkir rayon sakini Zərərçəkmiş şəxsni təxminən 08 ay bundan əvvəl tanış olublar. Aralarında sevgi münasibəti yarandıqdan sonra onlara bildirmiş ki, o Firuzə ilə ailə həyatı qurmaq isdəyir. Onlar da ailə üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı Şəmkir rayonuna gəlib Zərərçəkmiş şəxs anasından el adəti ilə alıb nişan mərasimi etmişlər. Nişan mərasimi etdikdən sonra Firuzə ilə Samir arasında münasibətlər korlandıqdan sonra Firuzənin anası Pərvanə Samir barəsində şikayət ərizəsi ilə müraciət etdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş, sonra onlara məlum olmuş ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə yaxın münasibətdə olaraq onun bakirəliyini pozub. Zərərçəkmiş şəxs azyaşlı olması barədə onun məlumatı oğlu Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mehdiyev X2 rayonu Zirik kəndində yaşayır. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Şəmkir rayon sakini Zərərçəkmiş şəxs təxminən 08 ay bundan əvvəl tanış olublar. Aralarında sevgi münasibəti yarandıqdan sonra onlar bildirmiş ki, o Firuzə ilə ailə həyatı qurmaq isdəyir. Onlarda ailə üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı Şəmkir rayonuna gəlib Zərərçəkmiş şəxs anasından el adəti ilə alıb nişan mərasimi etmişlər. Nişan mərasimi etdikdən sonra Firuzə ilə Samir arasında münasibətlər korlandıqdan sonra Firuzənin anası Pərvanə Samir barəsində şikayət ərizəsi ilə müraciət etdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş, sonra onlara məlum olmuş ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə yaxın münasibətdə olaraq onun bakirəliyini pozub. Zərərçəkmiş şəxs azyaşlı olması barədə onun məlumatı qardaşı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra olmuşdur.Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin 15 iyul 2024-cü il tarixli, 674 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmiş, Zərərçəkmiş şəxs pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən çoxdur. Zərərçəkmiş şəxs arxa keçəcəyində arxa keçəcəyi büzən əzələdə ( sfinktorda ) boşalma aşkar edildi, bu da onunla arxa keçəcəkdən cinsi əlaqələrin olmasına dəlalət edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin 27 iyul 2024-cü il tarixli, 716 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsiyyət üzvündə cinsi əlaqəyə mane ola bilən hər hansı bir səbəb (patologiya, deformasiya, çapıq toxuması) aşkar edilməmiş, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 26 sentyabr 2024-cü il tarixli, 697 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma xüsusiyyətləri var, Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin xarakterini, mənasını və mahiyyətini anlaya bilmişdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hadisə şəraitini nəzərə ifadə verərkən iş üçün əhəmiyyətli olan halları düzgün qavraya bilmişdir. O, olmuş hadisəni özündən uydurmaya meyilli deyildir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hadisə şəraitini nəzərə alaraq ifadə verərkən iş üçün əhəmiyyətli olan halları düzgün qavraya bilmişdir. Zərərçəkmiş şəxs davranışında aqressivlik əlamətləri müşahidə olunmur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona qarşı göstərilən davranışları törədilərkən adı psixi-emosional halda olmuşdur. Zərərçəkmiş şəxs hadisə zamanı güclü ruhi həyacan ( affekt ) vəziyətində olmamışdır ( keçirməmişdir). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı iləCM-nin 60.1-ci maddəsi tətbiq edilərək 07 il 06 aya endirilmiş, xx.xx.2023-cü il tarixdə 01 ay 14 gün vaxtından əvvəl şərti azad ulunmuş və xx.xx.2023-cü il tarixdə cəza müdəti başa çatmışdır. Qəbələ RİHB Zirik kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixdə ibtidai istintaqa və xx.xx.2025-ci il tarixdə məhkəməyə verilmiş notarial ərizələrdən görünür ki, X1 ilə barışmış və ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsxx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-100/2024 saylı qərarından görünür ki, xx.xx.2000-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.3.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Qəbələ rayonu Zirik kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan və Azərbaycan Respublikası CM–nin 152.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş. Həbsə alınmanın əvvəli 25 iyul 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs qeyd olunan maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəllərində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, şəxslərlə barışıq əldə etməsini və zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir) və təyin olunacaq cəzanın onun islah olunmasına nəzərə alınmaqla, ona həmin maddələrin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını mümumi cəzaşçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM 132.0.3). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri saxlanılsın. Təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar