Məhkəmə qərarları › İş №1(076)-73/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-73/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-73/2025 05.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının, dövlət ittihamçıları–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X7, təqsirləndirilən şəxsin müdafiəçisi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1990-ci ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində üç nəfər azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2əsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı Şahid1 2023-cü ilin avqust ayının əvvəllərində, istintaqa məlum olmayan tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən kirayə yaşadığı fərdi yaşayış evində onun adına hüquq verən “X13 və Texnologiya Kolleci”nin 05 oktyabr 2011-ci il tarixli, qeydiyyat nömrəsi 13778 olan BB-İİ No 076776 seriyalı diplomun blanklarını və üzərindəki möhür əkslərini elektrofotoqrafik çap qurğusunda (lazer printer, rəngli surətçıxaran və s.) çap edərək, diplomun qrafalarındakı yazıları və dövlət attestasiya komissiyasının sədrinin, direktorunun və katibinin adından olan imzaları özü icra edərək kustar üsulla qanunsuz hazırlamaqla saxtalaşdırdığını bilə-bilə, həmin saxta diplomu 2023-cü ilin mart ayının əvvəllərində, istintaqa məlum olmayan tarixdə Şəmkir rayonunun ərazisində Şahid1 1500 (bir min beş yüz) manat məbləğində pulun qarşılığında alıb 21 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının X4 31 may 2005-ci il tarixli, 922-İİQ nömrəli “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən fərdi baytarlıq xidməti praktikası ilə məşğul olmaq məqsədilə icazənin verilməsi üçün təqdim etməklə, bilə-bilə hüquq verən digər rəsmi saxta sənəddən istifadə etmə cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2010-cu ildə X16 qəbul olaraq orada 3 il təhsil almış, sonra oradan əldə etdiyi diplom əsasında 2018-ci ildən 2019-cu ilədək X2 X10 Laboratoriyasında laborant vəzifəsində çalışmışdır. Daha sonra özəl baytarlıq institutu formalaşandan sonra liseydən əldə etdiyi diplomla işləməyi mümkün olmamışdır. Əvvəllər Şəmkir rayonunda baytar həkim işləyən Şahid1 adlı şəxslə telefon danışığı zamanı Kolleclərdə boş yerlərin qaldığını, 3 illik təhsil haqqını ödəməklə, yəni cəmi 1500 manat məbləğində pul müqabilində baytar ixtisası üzrə diplom əldə edilməsinin mümkün olduğunu ona bildirmiş, o da məcbur olub ailəsini dolandırmaq xatirinə həmin diplomu əldə etməyi qərarlaşdırmış, mobil telefonunda olan “Leobank” mobil tətbiqi vasitəsilə Rəşadın istifadəsində olan “Kapital bank” plastik kartına müxtəlif vaxtlarda 100- 500 manat aralığında olmaqla, cəmi 1500 manat məbləğində pul göndərmiş, 1500 manat məbləğində pulu Rəşada tam ödədikdən sonra, 2023-cü ilin mart ayının əvvəllərində onun adına olan 05 oktyabr 2011-ci il tarixli, qeydiyyat nömrəsi 13778 olan BB-İİ No 076776 seriyalı diplomunu, eyni zamanda həmin diplomun iki nüsxədə notarial qaydada təsdiq olunmuş surətlərini taksi ilə ona göndərmişdir. O, qeyd olunan X13 və Texnologiya Kollecinə heç vaxt getməmiş və dərslərdə də iştirak etməmişdir. O, 21 avqust 2023-cü il tarixdə qeyd olunan diplomu X4 təqdim etmişdir. Rəşadın həmin diplomu özünün hazırlayıb hazırlamamasmdan və ya kimin vasitəsilə və necə hazırlamasından, həmçinin haradan əldə etməsindən heç bir məlumatı yoxdur. Hazırda əməlindən peşmandır. Himayəsində üç nəfər azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X8 4 il təhsil almış, daha sonra özəl baytarlıq institutu formalaşandan sonra kollecdən əldə etdiyi diplomla işləməyi mümkün olmamışdır. 2023-cü ilin fevral-mart aylarında əvvəllər Şəmkir rayonunda baytar həkim işləyən Rəşad adlı şəxslə telefon danışığı zamanı ondan işləyib-işləmədiyini maraqlanmışdır. Həmin vaxt o, Rəşada heç bir yerdə işləmədiyini bildirdikdən sonra, həmçinin Rəşad onun orta-ixtisas təhsilli olduğunu, eyni zamanda baytarlıq sahəsində təcrübəsinin olduğunu bildiyinə görə ona ixtisasını dəyişməyi təklif etmişdir. O, belə bir şeyin mümkün olub-olmamasını ondan dəqiqləşdirdikdən sonra, qəti narahat olmamağını bildirərək qısa müddətdə bu məsələni 1500 manat məbləğində pul müqabilində həll edəcəyini bildirmişdir. Həmin ərəfələrdə, xx.xx.2023-cü il tarixdə “Azərbaycan Beynəlxalq Bank”indan arvadı X9 adına 1700 manat məbləğində kredit götürərək, həmin məbləğin 1500 manatını Rəşadın onun istifadəsində olan mobil telefona göndərdiyi plastik karta Şəmkir rayonunun, Sarıtəpə kəndindəki marketlərdən birində “Milli Ön” aparatı vasitəsilə göndərmişdir. Pulu göndərdikdən təxminən 1 həftə sonra ona adına olan 07 iyul 2008-ci il tarixli, qeydiyyat nömrəsi 13778 olan BB-İİ No 076776 seriyalı diplomun əslini taksi ilə göndərmişdir. 2023cü ilin ortalarında diplomun dövlət nümunəli olmasına inanaraq X4 müraciət etmişdir. Rəşad ondan ixtisas dəyişmə adı ilə pul aldığına görə, o, Rəşada inanmış və hesab etmişdir ki, belə bir dəyişiklik mümkündür. O, X4 müraciət edən zaman ona bildirmişlər ki, sözügedən diplom saxtadır. Həmin diplomdan əvvəllər heç yerdə istifadə etməmişdir. Əvvəldən tanıdığı, 2017-2018-ci illərdə Şəmkir Baytarlıq İdarəsində çalışan Rəşad adlı şəxsə 1500 manat məbləğində pul vermişdir. Rəşadın həmin diplomu özünün hazırlayıb hazırlamamasından və ya kimin vasitəsilə və necə hazırlamasından, həmçinin haradan əldə etməsindən heç bir məlumatı yoxdur. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid1 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Şahid2 tanıyır. Təqsirləndirilən şəxs və Şahid2lə münasibəti normal, düşmənçiliyi və ədavəti yoxdur. 2017-ci ildən 2019-cu ilədək Şəmkir rayon Baytarlıq İdarəsinin Çinarlı baytar sahəsinin baytar feldşeri vəzifəsində çalışmışdır. Həmin dövrdə Mahir və Xudayəti tanımışdır. Xudayətlə mobil telefonla əlaqə saxlayan zaman orta-ixtisas təhsili ilə baytar həkim kimi işləmək istədiyini ona bildirmişdir. O isə ona köməklik edə biləcəyini bildirmiş, bundan sonra o, Xudayətə ona lazım olacaq diplomu hazırlamaq üçün 1500 manat pul istəmişdir. Şahid2 onunla razılaşmışdır. Onun istifadəsində olan nömrəsini unutduğu kart hesabına 1500 manat pul vəsaiti göndərmişdir. Həmin pulu aldıqdan sonra o, Şəmkir rayonuna gələrək Dəllər qəsəbəsində kirayə qaldığı evdə özünə məxsus printerlə 07 iyul 2008-ci il tarixli, qeydiyyat nömrəsi 13778 olan BB-İİ No 076776 seryalı diplomun hazırlayaraq imza yerlərinə imza çəkmişdir. İmza çəkildikdən sonra həmin diplomları taksi vasitəsi ilə Şahid2 göndərmişdir. Bundan sonra 2023-cü ilin avqust ayının əvvələrində Mahirlə mobil telefonla danışıq zamanı ona bildirmişdir ki, baytar həkim kimi işləmək üçün orta təhsil kifayət eləməməsi haqqında gileylənərkən o, Mahirə diplom düzəldə biləcəyini bildirmişdir. Mahir isə onun təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs diplom düzətmək müqabilində 1500 manat pul istəmişdir. Həmin pulu kart nömrəsini unutduğu kart hesabını whatsapp sosial şəbəkəsində Təqsirləndirilən şəxs atmış, Təqsirləndirilən şəxs isə onun atdığı kart hesabına 1500 manat məbğləğində pul yüklədikdən sonra Şəmkir rayonu, Dəllər qəsəbəsində kirayə qaldığı evdə eyni qayda ilə 05 oktyabr 2011-ci il tarixli, qeydiyyat nömrəsi 13778 olan BB-İİ No 076776 seriyalı diplomu özünə məxsus printer vasitəsi ilə hazırladıqdan sonra həmin diplomun üzərinə imza çəkdikdən sonra hazırladığı diplomu takisi vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. Etdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxslərə vurduğu 3000 manat maddi ziyanı ödəməklə zərərçəkmiş şəxslərə vurduğu ziyanın 25 faizini dövlət büdcəsinə keçirməyə hazır olduğunu bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agehtliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs adına olan diplomların saxta olmasına dair əsaslı şübhə yarandığından Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Dövlət X1 və Təqsirləndirilən şəxsa məxsus diplomların yoxlanılması və nəticəsi barədə məlumat verilməsini, eyni zamanda diplomların surəti əlavə edilərək yoxlanılması ilə bağlı köməklik göstərilməsi xahiş olunmuşdur. Cinayət işinin materiallarında olan Diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs adına BB-H nömrəli 076776 saylı diplom verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 25 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, həmin diplom blankı Elm və Təhsil Nazirliyindən alınmamış və təhsil müəssisəsi tərəfindən hər hansı məzuna verilməmişdir, həmçinin diplom blanklarında göstərilən “Baytarlıq” ixtisası 2007-2011-ci illərdə kollecin kadr hazırlığı strukturunda olmuşdur. Cinayət işinin materiallarında olan cədvəldən görünür ki, Təqsirləndirilən şəxs X13 və Texnologiya Kolleci tərəfindən BB-İİ 076776 saylı xx.xx.2011-ci il tarixli diplom verilməmişdir. Cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü ildə anadan olmuş Qumral, xx.xx.2016-cı ildə anadan olmuş Nisə və xx.xx.2020-ci ildə anadan olmuş Məhəmməd adlı üç nəfər azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 1(076)-237/2024 saylı hökmünün surətindən görünür ki, ekpertiza tədqiqatının dəyəri olan 195 manat pulun Şahid1 tutulması, iş üzrə maddi sübut olan X6 adına olan BB-İİ 076776 nömrəli 07 iyul 2008-ci il tarixli saxta diplomun və Təqsirləndirilən şəxs adına olan BB-İİ 076776 nömrəli 05 oktyabr 2011-ci il tarixli saxta diplomun cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 320.2–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli tam sübuta yetirilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası CM-nin 320.2–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59–cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzası təyin olunmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlmalı, iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs adına tərtib edilmiş 05 oktyabr 2011ci il tarixli, qeydiyyat nömrəsi 13778 olan BB-İİ 076776 seriyalı diplomun Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 1(076)-237/2024 saylı hökmünə əsasən cinayət işinin materiallarında saxlanılması, bundan başqa, məhkəmə xərci- ekpertiza tədqiqatının dəyəri olan 195 manat məbləğində pulun Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 1(076)-237/2024 saylı hökmünə əsasən Şahid1 tutulması nəzərə alınmalı, hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs adına tərtib edilmiş 05 oktyabr 2011-ci il tarixli, qeydiyyat nömrəsi 13778 olan BB-İİ 076776 seriyalı diplomun Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 1(076)-237/2024 saylı hökmünə əsasən cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci- aparılmış ekpertiza tədqiqatının dəyəri olan 195 (bir yüz doxsan beş) manat məbləğində pulun Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 1(076)-237/2024 saylı hökmünə əsasən Şahid1 tutulması nəzərə alınsın. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar