Məhkəmə qərarları › İş №1(076)-74/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-74/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-74/2025 24.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, nümayəndəsi Müdafiəçi2 iştirakları ilə xx.xx.1998-ci ildə Şəmkir rayon, Dəllər-Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində yerləşən Şahid1 məxsus fəaliyyətsiz çayxananın həyətində həmkəndlisi Zərərçəkmiş şəxs ilə eyni stolda əyləşən zaman sonuncunun onun bacısı X4 ilə qeyri-rəsmi münasibəti olmasını düşünərək aqressivləşmiş və həmin səbəbi bildirmədən küçədə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, küçədə olan çoxsaylı şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına, ətrafa toplaşmasına səbəb və şərait yaradaraq qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə anidən olaraq çayxanaya aid dəmir və taxta konstruksiyalı oturacaq stulu silah qismində istifadə edərək Zərərçəkmiş şəxs başına bir dəfə zərbə vuraraq sonuncuya başın tüklü hissəsində təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, sol əlin 2-ci barmağının qançırı ilə müşayiət edilən sağlamlığa zərərvurmayan xəsarət olduğundan ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə silah qismində istifadə edilən əşyanı tətbiq etməklə qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Qeyd edilən əmələ görə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 221.3–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Şəmkir rayonu, Dəllər- Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək olaraq günəmuzd fəhləlik edərək dolanır. Mahiyyət üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, eyni zamanda onunla uzaq qohumluq əlaqələri də var. Urfanla əvvəllər normal münasibəti olmuşdur, lakin 2024-cü il iyun ayının əvvəllərində adlarını xatırlamadığı kənd sakinlərindən Urfanın xeyli müddət əvvəl atasının birinci evlilikdən olan qızı X4 (mənim ata bir, ana ayrı ögey bacım) ilə qeyri-rəsmi münasibəti olmasını eşitmişdir. Qeyd etmişdir ki, Nazilənin əri təxminən 15 ildir ki, vəfat etmişdir və o, hazırda duldur. Bu söhbəti eşitdikdən sonra içində Urfana qarşı aqressiya yaranmışdır. 12 iyun 2024-cü il tarixdə saat 14 radələrində “Uğur” şadlıq sarayında həmkəndlisi Şəmilin nəvəsinin kiçik toy məclisində iştirak etmişdir. Qardaşı Sayad və bacısı oğlu Elvin də toyda iştirak etmişdir. Toyda spirtli içki içməmiş və saat 18 radələrində toydan çıxıb evinə getmiş, bundan sonra isə evdən çıxıb yaxınlıqda olan işləməyən çayxananın həyətinə getmişdir. Qeyd etmişdir ki, Nizamiyə məxsus çayxanada işləməsə də çayxananın həyətində olan ağacların altında sakinlərin oturması üçün çayxanaya aid bir ədəd stol və ətrafında stullar var. Həmkəndlisi Urfan da orada olmuş, Urfan yanında olan Eynur, Ramin, Şahin, Nahid, Elmarla birlikdə stolun arxasında əyləşib yemiş yemişlər. Onlardan başqa da kənd sakinləri orada olmuşdur. O, da Urfangilin stolunda əyləşmiş, Urfan əlində mobil telefon tutub “Tik-tok”a baxmış, həmin vaxt qadın videolarına baxıb erotik məzmunda sözlər danışmışdır. Onsuz da Urfanın əvvəllər bacısı ilə qeyri-rəsmi münasibəti olmasını öyrəndikdən sonra ona qarşı aqressiyası olmuşdurr, Urfanın telefonda qadınlara baxıb erotik məzmunda sözlər işlətməsi onun səbrini daşdırmış və anidən olaraq oturduğu stulu əlinə alıb Urfanın başına vurmuş, Urfan əlini başına tutmuş və yüksək səslə onu niyə vurduğunu soruşmuşdur. Həmin vaxt Ramin onun əllərindən tutub onu kənara apararaq Urfanla dalaşmamaq üçün saxlamış, o, isə Urfana vurulmalı olduğu üçün vurduğunu demişdir, Urfan zərbənin təsirindən arxaya getmiş, Eynur onu yıxılmaması üçün tutmuş, daha sonra çayxananın ətrafında olan metal hasardan aşıb öz avtomobilinə minib oradan getmişdir. Həmin vaxt qardaşları Sayad, Tural, Zeyhun, bacısı oğlu Elvin, qardaşı oğlu İlkin səs-küyü eşidib küçədən həmin yerə gəlmişlər. Onlar da Urfanı görmüşlər. Urfan getdikdən sonra piyada Urfangilin evinə getmiş, getməkdə məqsədi Urfanla söhbət edib bacısı ilə olan münasibəti barədə eşitdiklərini aydınlaşdırmaq olmuşdur. Urfanı çağırdıqda onun uşaqları qarşısına çıxmış, atalarının evdə olmamalarını demişlər. Həmin vaxt onun Urfangilə getməyindən xəbər tutan qardaşımları Sayad və Tural avtomobil ilə ora gəlmiş və onu avtomobilə mindirib oradan evə aparmışlar. Həmin gün bir daha evdən çıxmamışdır. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, eyni zamanda onunla uzaq qohumluq əlaqələri var. Onunla əvvəllər münasibəti normal olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır, lakin 2024-cü ilin iyun ayının əvvəllərində Urfanın ögey bacısı Nazilə ilə təxminən bir il əvvəl qeyri-rəsmi münasibəti olmasını kənd sakinlərindən eşitmiş və kənddə biyabr olduğunu düşündüyü üçün Urfana qarşı içində aqressiya yaranmışdır. 12 iyun 2024-cü il tarixdə saat 19 radəlində yaşadığı kənddə olan çayxananın həyətində olan zaman Urfanın telefonda qadın videolarına baxıb erotik məzmunda sözlər deməsi onu əsəbləşdirmiş və o, da stul ilə onun başına bir dəfə zərbə ilə vurmuşdur. O, Urfanı döyməyi planlamamış, lakin Urfanın utanmadan o formada danışığı onu hövsələdən çıxarmışdır. Urfan qismən düz danışır, o, hadisə zamanı oturacaq stul ilə onun başına bir dəfə vurmuş və həmin anda da dava-dalaş başa çatmışdır. Onun qardaşlarından çayxananın həyətində yalnız qardaşı Zeyhun və qardaşı oğlu İlkin olmuş, onlar da onlardan kənarda olduğundan davaya qarışmamışlar. Tural, Sayad, Elvin isə həmin vaxt çayxananın qarşısında olmuşlar. Urfan onların barəsində də qərəzli şikayət edərək ondan qisas almaq istəyir. Lakin həmin vaxt çayxananın həyətində olan Ramin, Eynur, Nahid, Şahin, Elmar da onun dediklərini və hadisənin Urfan dediyi kimi yox, onun dediyi kimi olduğunu təsdiq edə bilərlər. O, bunu Urfanın üzünə qarşı da deyə bilər. Urfan stolun kənarında stulda əyləşmişdir. O, da stolun əks kənarında olmuşdur. O, dəmir konstruksiyalı, oturacaq və söykənəyi taxtadan olan stulu götürüb Urfanın başına doğru zərbə ilə atmış, stulun harasının Urfanın başına dəyməsini bilməmişdir. Stul Urfanın başına dəyib yerə düşmüşdür. Stul atmaqdan başqa Urfana vurmamışdır. Həmin anda Ramin onu tutaraq saxlamış və Urfan oradan çıxıb getmişdir. Ramin onu saxladığı və Urfanın qaçıb getdiyi üçün dava-dalaş çox çəkməmişdir. Qeyd etdiyi kimi çayxanada Urfana xəsarət yetirdikdən sonra o, qaçıb getmiş, onu isə tutub saxlamışlar, buna görə Urfanla arasında olan mübahisəyə aydınlıq gətirə bilməmiş, bu məqsədlə də onunla söhbət etmək üçün onun evinə getmiş, həmin vaxt Urfanın uşaqları qarşısına çıxmış, arvadı Maya isə həyətdə olmuşdur. O, uşaqdan atalarını soruşduqda evdə olmadığını demişdir, Maya isə onu nəlayiq ifadələrlə təhqir etmişdir. O, kənd camaatından Urfanın bacısı ilə münasibəti olmasını ailəsinin də bildiyini eşitmişdir. Ona görə də Maya onu görən zaman nəlayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt qardaşları Sayad və Tural ora gəlmiş, onu avtomobilə mindirib evə aparmışlar. Onun əlində bıçaq olmamışdır, Urfanı öldürməklə bağlı heç bir kəlmə də söz işlətməmiş, onun oğlunu itələməmiş və vurmamışdır. Bu barədə şikayət də qərəzli olaraq edilmişdir. Şahid8 onun bacısı oğludur, lakin Qaçayın Urfana zəng edib onu öldürməklə hədələməsi barədə heç bir məlumatı yoxdur. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş zərəri könüllü olaraq ödəyib onunla barışıq əldə etmişdir. Odur ki, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək olaraq əkinçiliklə məşğul oluraq dolanır, evlidir, iki övladı var. Təqsirləndirilən şəxs onun qardaşıdır, belə ki, Xəyal atası Knyazın ikinci evlilikdən olan övladıdır və ögey qardaşıdır. Mahiyyət üzrə bildirmişdir ki, 12 iyun 2024-cü il tarixdə saat 16-17 radələrində yaşadığı kənddə çayxanaya tərəf getmiş və işləməyən çayxananın qarşısında bacısı oğlu Elvin və Ramin adlı həmkəndliləri ilə dayanmışdır. Həmin anda çayxananın həyətində səs-küy eşitmiş və içəri keçən zaman qardaşı Xəyalın Urfan adlı həmkəndlisinin başına stol ilə vurmasını bilmişdir. Urfanın avtomobilə minib getməsini görmüşdür. Həmin vaxt digər qardaşı Tural da orada olmuş və Tural avtomobili minib sürməsini, gedib Xəyalı axtarmağı demişdir. Turalın Urfanın evinə gedəcəyini düşünüb həmin yerə getdikdə həqiqətən də Xəyalın Urfanın evinə getməsini görmüşdür. O, Xəyalı avtomobilə əyləşməsini demiş, Xəyal qışqıraraq Urfanı çağırmış və Urfanın arvadı Maya evdən çıxıb onların ünvanına söyüşlər söymüşdür. Qeyd etmişdir ki, Xəyal həmin gün toydan çıxmışdır və sərxoş olmuşdur. O, Xəyalı avtomobilə otuzdurub evə gətirmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, eyni zamanda onunla uzaq qohumluq əlaqələri var. Onunla xeyli müddətdir ki, münasibəti yaxşı deyil, bunun səbəbi isə odur ki, təxminən 4-5 il əvvəl onun bacısı Nazilə ilə qeyri-rəsmi münasibəti olmasını eşitmiş, bu səbəbdən də Urfanla heç danışmamışdır. Urfan qismən düz danışır, hadisə zamanı Xəyal oturacaq stul ilə onun başına vurmuş, Xəyaldan başqa onunla heç kim dalaşmamışdır. O, həmin vaxt çayxananın qarşısında olmuş, lakin Urfanla heç bir davası olmamışdır. Həmin vaxt orada olan Ramin, Eynur, Nahid, Şahin, Elmar da onun dediklərini və hadisənin Urfan dediyi kimi yox, onun dediyi kimi olduğunu təsdiq edə bilərlər. O, bunu Urfanın üzünə qarşı da deyə bilər. O, Xəyalın Urfanı vurma anını görə bilməmiş, lakin sonradan onun başının qanamasını görmüşdür. Orada olan uşaqlar ona Xəyalın Urfanı stul ilə vurmasını demişlər. Qeyd etdiyi kimi Xəyal çayxanada Urfana xəsarət yetirdikdən sonra o, qaçıb getmiş, Xəyal isə anidən yox olmuşdur. Xəyalı axtarmış və qardaşı Tural ilə birlikdə onun Urfanın rxasınca gedə biləcəyini düşünüb onların ünvanına getmişlər. Həmin vaxt Xəyal sərxoş olmuş və Urfanı axtarmış, Urfanın arvadı Maya isə onları təhqir etmişdir. Xəyalın əlində bıçaq olmamış, o, Urfanı öldürməklə bağlı heç bir kəlmə də söz işlətməmişdir, onun oğlunu itələməmiş və vurmamışlar. Bu barədə şikayət də qərəzli olaraq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək olaraq günəmuzd fəhləlik edərək dolanır. Təqsirləndirilən şəxs onun qardaşıdır. Mahiyyət üzrə bildirmişdir ki, 12 iyun 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı kənddə çayxanada olan zamanı həmkəndlisi Urfan da dostu Eynurla orada olmuşdur. Atası Knyaz da ordan keçəndə orada dayanıb yemiş satmış, hətta Urfan atasından yemiş almış, bir yemişi isə stolda yemişlər. Bundan sonra atası oradan evə getmişdir. Həmkəndlisi Ramin ora gəlmiş, stolda Urfangillə əyləşmişdir. Ramin ondan yemiş istəmiş və o, evdən maşını götürmək üçün getmiş və yemiş götürüb Ramingilin evinə aparmışdır. Sonra çayxanaya gələndə Sayadın çayxananın qarşsında dayanmasını və Xəyalın maşından düşməsini görmüşdür. Bir neçə dəqiqə sonra çayxanaya gələndə ona Xəyalın Urfanın başına stul ilə vurmasını demişlər. Sayad da orada olmuş və Xəyalın orada olmadığını görüb onun Urfanın evinə getdiyini başa düşmüşlər. Bu səbəbdən onun avtomobili ilə Sayadla birlikdə Urfanın evinə tərəf getmiş, demək olar ki, piyada gedən Xəyal ilə Urfanın evinə eyni vaxtda çatmışlar. Xəyal Urfangilin uşaqları Xəyalın qarşısına çıxmış, Urfanın həyətdə olan arvadı Maya isə onları təhqir etmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, eyni zamanda onunla uzaq qohumluq əlaqələri var. Onunla xeyli müddətdir ki, normal münasibəti olmuşdur, doğrudur, Urfanın təxminən 4-5 il əvvəl ögey bacısı Nazilə ilə qeyri-rəsmi münasibəti olmasını eşitmiş, bu səbəbdən də Naziləni heç danışmırdır da. Urfan qismən düz danışır, hadisə zamanı Xəyal oturacaq stul ilə onun başına vurmuş, Xəyaldan başqa onunla heç kim dalaşmamışdır. O, həmin vaxt orada olmasa da həmin hadisədən bir neçə dəqiqə sonra ora çatmışdır.O, bunu Urfanın üzünə qarşı da deyə bilər. Qeyd etdiyi kimi Xəyal çayxanada Urfana xəsarət yetirdikdən sonra o, qaçıb Urfanın evinə getmiş, onunla Sayad həmin vaxt ora çatmış, Xəyalı avtomobilə əyləşdirib aparmışlar. Həmin vaxt Xəyal Urfanı axtarmış, Urfanın arvadı Maya isə onları təhqir etmişdir. Xəyalın əlində bıçaq olmamış, o, Urfanı öldürməklə bağlı heç bir kəlmə də söz işlətməmişdir, onun oğlunu itələməmiş və vurmamışlar. Bu barədə şikayət də qərəzli olaraq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək olaraq günəmuzd fəhləliklə məşğul oluraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun dayısıdır. Mahiyyət üzrə bildirmişdir ki, 12 iyun 2024-cü il tarixdə saat 16-17 radələrində yaşadığı kənddə çayxanaya tərəf getmiş və işləməyən çayxananın qarşısında dayısı Sayad və Raminlə söhbət etmişdir. Onlar Raminlə pivə içmək üçün gedəcəkmişlər, lakin Eynur telefonla danışdığı üçün onu gözəmişlər. Çayxananın həyətində olan bir ədəd stolda Urfan əyləşmiş və yanında da kənd sakinləri olmuş, dayısı Xəyal da orada olmuşdur. Onlar yemiş yemişlər, Raminlə söhbət edən zaman anidən səs-küy eşitmiş və çayxananın həyətində tərəf qaçaraq getdikdə Xəyalın oturacaq stul ilə Urfanın başına vurmasını görmüş, daha doğrusu stolu Urfanın başına vurma anını görməmiş, orada olan şəxslər bunu demişdir. Eynurla Urfanı avtomobilinə əyləşdirmiş və Eynur da onun avtomobilinə əyləşmiş, onlar getmişlər. Bundan sonra evinə getmiş, Xəyalın Urfanın başına stul ilə vurmasından başqa heç bir dava-dalaş baş verməmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, eyni zamanda onunla uzaq qohumluq əlaqələri var. Onunla normal münasibəti olmuşdur. Bildirmişdir ki, Urfan qismən düz danışır, hadisə zamanı Xəyal oturacaq stul ilə onun başına vurmuş, Xəyaldan başqa onunla heç kim dalaşmamışdır. O, həmin vaxt çayxananın qarşısında olmuş, lakin Urfanla heç bir davası olmamışdır. Həmin vaxt çayxananın orada olan Ramin, Eynur, Nahid, Şahin, Elmar da onun dediklərini və hadisənin Urfan dediyi kimi yox, onun dediyi kimi olduğunu təsdiq edə bilərlər. O, bunu Urfanın üzünə qarşı da deyə bilər. O, Xəyalın Urfanı vurma anını görə bilməmiş, lakin sonradan onun başının qanamasını görmüşdür. Orada olan uşaqlar ona Xəyalın onu stul ilə vurmasını demişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək olaraq günəmuzd fəhləliklə məşğul oluraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun dayısıdır. Mahiyyət üzrə bildirmişdir ki, 12 iyun 2024-cü il tarixdə saat 16-17 radələrində yaşadığı kənddə çayxanaya tərəf getmiş və işləməyən çayxananın qarşısında dayısı Sayad və Raminlə söhbət etmişdir. Onlar Raminlə pivə içmək üçün gedəcəkmişlər, lakin Eynur telefonla danışdığı üçün onu gözəmişlər. Çayxananın həyətində olan bir ədəd stolda Urfan əyləşmiş və yanında da kənd sakinləri olmuş, dayısı Xəyal da orada olmuşdur. Onlar yemiş yemişlər, Raminlə söhbət edən zaman anidən səs-küy eşitmiş və çayxananın həyətində tərəf qaçaraq getdikdə Xəyalın oturacaq stul ilə Urfanın başına vurmasını görmüş, daha doğrusu stolu Urfanın başına vurma anını görməmiş, orada olan şəxslər bunu demişdir. Eynurla Urfanı avtomobilinə əyləşdirmiş və Eynur da onun avtomobilinə əyləşmiş, onlar getmişlər. Bundan sonra evinə getmiş, Xəyalın Urfanın başına stul ilə vurmasından başqa heç bir dava-dalaş baş verməmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, eyni zamanda onunla uzaq qohumluq əlaqələri var. Onunla normal münasibəti olmuşdur. Bildirmişdir ki, Urfan qismən düz danışır, hadisə zamanı Xəyal oturacaq stul ilə onun başına vurmuş, Xəyaldan başqa onunla heç kim dalaşmamışdır. O, həmin vaxt çayxananın qarşısında olmuş, lakin Urfanla heç bir davası olmamışdır. Həmin vaxt çayxananın orada olan Ramin, Eynur, Nahid, Şahin, Elmar da onun dediklərini və hadisənin Urfan dediyi kimi yox, onun dediyi kimi olduğunu təsdiq edə bilərlər. O, bunu Urfanın üzünə qarşı da deyə bilər. O, Xəyalın Urfanı vurma anını görə bilməmiş, lakin sonradan onun başının qanamasını görmüşdür. Orada olan uşaqlar ona Xəyalın onu stul ilə vurmasını demişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, üç övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi olaraq təsərrüfatla məşğul olaraq dolanır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir, onların hər ikisi ilə normal münasibəti var, heç bir düşmənçilik və ədavəti yoxdur. Mahiyyət üzrə bildirmişdir ki, 12 iyun 2024-cü il tarixdə saat 16-17 radələrində yaşadığı kənddə həmkəndlisi Nahidlə birlikdə çayxanaya tərəf getmişdir. Qeyd etmişdir ki, çayxana işləməsə də çayxanaya aid bir stol və ətrafında bir neçə stul olmuşdur ki, ağacların kölgəsində qoyulmuşdur və bəzən kənd camaatı ora toplaşır. O, ora gedəndə həmin stolun ətrafında Urfan, Eynur və Şahin əyləşmişlər. Onlar da salamlaşıb orada əyləşmişlər. Onlar toydan çıxıb ora gəlmişlər, Urfan pivə içməyi təklif etmiş və razılaşmışlar. Nahid gedib mağazadan pivə alıb gətirmiş, orada pivə içmişlər. Bir neçə dəqiqə sonra Şahid11 avtomobili ilə ora gəlmişdir. Qeyd etmişdir ki, Knyaz yemiş satır. Eynur, Urfan və o, ev üçün yemiş almışlar, Knyaz bir iki ədəd də yemiş verib pay olmasını, orada yemələrini demiş, daha sonra çıxıb getmişdir. Həmkəndlisi Ramin də onlarla olmuşdur. Bir neçə dəqiqə sonra Xəyal də ora gəlib salamlaşıb onların stolunda əyləşmişdir. Xəyalın qardaşları Tural, Zeyhun, qardaşı Sayadın oğlu, bacısı Elvin də oralarda olmuşlar, lakin onların stolunda olmamışlar.Onların stolunda o, Urfan, Taleh, Xəyal əyləşmişlər. Həmin vaxt anidən olaraq heç bir mübahisə və səbəb olmadan Xəyal oturduğu stuldan ayağa qalxıb stulu əlinə götürərək Urfanın başına vurmuş, Urfan ona “məni niyə vurdun” demiş, Xəyal ikinci dəfə stul ilə Urfanı vurmaq istədikdə onlar buna imkan verməmişlər. Həmin vaxt səs-küy yaranmış, səs-küyə yaxınlıqda olan şəxslər toplaşmışlar. Həmin şəxslər içərisində Xəyalın qardaşları Tural, Zeyhun, Sayad, Elvin, İlkin də olmuşdur. Onlar mübahisəyə qarışmaq istəmiş, lakin Eynur Urfanı kənara çəkmiş, Urfan oradan çıxıb avtomobilinə minib getmişdir. Xəyal da çıxıb getmişdir. Bundan sonraki olan hadisələr barədə heç bir məlumatı yoxdur, onun gördükləri bu qədərdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirməsinin səbəbini onların yanında heç kim bilməmiş, çünki Xəyal anidən olaraq stulla onun başına vurmuş, bunun səbəbi barədə isə heç bir kəlmə işlətməmişdir. Urfanın orada Tik-tok” sosial şəbəkəsində qadınların görüntülərinə baxıb erotik mövzuda sözlər işlətməsi halı da olmamışdır. Urfan yalan deyir. Onu təkcə Xəyal stul ilə vurmuşdur. Həmin vaxt yaranan səs-küyə Zeyhun Zalov, Şahid2, Şahid4, Sayadın oğlu İlkin və bacısı oğlu Elvin ora toplaşsalar də onlarla Urfanın arasında dava-dalaş olmamış, buna imkan verməmişlər və Eynur Urfanı oradan kənarlaşdırmış, Urfan çıxıb getmişdir. Mübahisə təxminən 10 dəqiqə davam etmiş, Xəyalın Urfanı vurduğu anda orada onlardan başqa o, Taleh, Eynur, Ramin, Nahid və Şahin olmuşdur. Həmin dava-dalaşın səs-küyünə kənardan Coşqun, Amin, Tural, Sayad, Zeyhun, Elvin və İlkin toplaşmışlar. Ola bilər ki, adlarını çəkdiyi şəxslərdən başqa da şəxslər ora toplaşsın, lakin həmin vaxt biraz içkili olduğu üçün ola bilər ki, onları xatırlamır. Xəyal oturduğu taxta və dəmir kontruksiyadan ibarət stulun arxasına keçmiş, daha sonra stulun söykənəcəyindən götürüb başının üzərinə qaldıraraq zərbə ilə Urfanın təpəsinə bir dəfə vurmuş, həmin anda Urfanın başı qanamışdır. Xəyal onu ikinci dəfə də vurmaq istədikdə onunla Taleh buna imkan verməmiş, Ramin gəlib Xəyalı kənara aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək olaraq əkinçiliklə məşğul olur və bostanının məhsulunu səyyar formada satır. İkinci dəfə evlənmiş, birinci evlilikdən 6, ikinci evlilikdən iki övladı var. Mahiyyət üzrə bildirmişdir ki, 12 iyun 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı kənddə olan işləməyən çayxananın qarşısında dayanmış, həmin vaxt çayxananın həyətində həmkəndlisi, eyni zamanda mərhum kürəkəninin bacısı oğlu Urfanın kənd uşaqları ilə söhbət etmələrini görmüş, Urfan ondan bir neçə ədəd yemiş almış, eyni zamanda onlara orada yemələri üçün hədiyyə də yemiş verib çıxıb evinə getmişdir. Evə getdikdən təxminən bir saat sonra oğlu Xəyalın Urfan ilə dalaşmasını kənd sakinlərindən eşitmişdir. Lakin həmin dava-dalaşın niyə olmasını bilməmişdir. Sonradan isə ona kənd sakinlərindən adını xatırlamadığı kimsə ona Xəyalın Urfanın birinci evlilikdən olan qızı Nazilə ilə qeyri-rəsmi münasibəti olmasını öyrəndiyi üçün onların dalaşdığını demişdir. Bu barədə eşitdikdən sonra qızı Nazilə ilə heç bir münasibəti yoxdur. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə arasında həmkəndli kimi normal münasibəti olmuşdur, heç bir düşmənçiliyi olmamışdır. Lakin sonradan onun qızı ilə əvvəllər qeyri-rəsmi münasibəti olmasını öyrənmiş, əgər bunu əvvəlcədən bilsəymiş heç hadisə günü ona yemiş verməzmiş də. Oğlu Xəyal da Urfanı onun qızı Nazilə ilə əvvəllər qeyri-rəsmi münasibəti olmasına görə döymüşdür. Lakin bu barədə də dəqiq olaraq bir söz deyə bilməz. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var. Rəsmi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Şəmkir rayon şöbəsində işləyir. Mahiyyət üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onların hər ikisi onun həmkəndlisidir, normal münasibəti var, heç bir biri ilə ədavət və düşmənçiliyi yoxdur. 12 iyun 2024-cü il tarixdə saat 19 radələrində yaşadığım kənddə yerləşən Nizamiyə məxsus işləməyən çayxananın həyətində olmuş, ondan başqa orada Eynur, Ramin, Elmar, Urfan, Şahin, Xəyal və adlarını xatırlamadığı şəxslər olmuşdur. Stolda o, Urfan, Xəyal, Elmar, Şahinlə pivə içmiş, daha sonra isə yemiş yemişlər. Lakin Xəyal onlardan sonra gəlmişdir. O, yemişin zibillərini atan zaman anidən olaraq Xəyal ayağa qalxıb stulla Urfanın başına zərbə ilə vurmuş və dava-dalaş yaranmışdır. Lakin Xəyal bunu anidən etdiyi üçün heç biri səbəbini bilməmişdir. Xəyal Urfanın başına stulla vurduqda Urfanın başı qanamış, onları aralaşdırmışlar. Eynur isə Urfanı avtomobilinə əyləşdirib yola salmışdır. Bundan sonra o, da çıxıb evinə getmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirməsinin səbəbini onların yanında heç kim bilməmiş, çünki Xəyal anidən olaraq stulla onun başına vurmuş, bunun səbəbi barədə isə heç bir kəlmə işlətməmişdir. Urfanın orada Tik-tok” sosial şəbəkəsində qadınların görüntülərinə baxıb erotik mövzuda sözlər işlətməsi halının olub-olmamasını xatırlamır. Urfan yalan deyir. Onu təkcə Xəyal stul ilə vurmuşdur. Həmin vaxt Zeyhun Zalov, Şahid2, Şahid4, Sayadın oğlu İlkin və bacısı oğlu Elvin orada olsalar onlarla Urfanın arasında dava-dalaş olmamış, Eynur Urfanı oradan kənarlaşdırmış, Urfan çıxıb getmişdir. Mübahisə təxminən 10 dəqiqə davam etmiş, Xəyalın Urfanı vurduğu anda orada onlardan başqa o, Elmar, Eynur, Ramin, Taleh və Şahin olmuşdur. Həmin dava-dalaşın səs-küyünə kənardan Coşqun, Amin, Tural, Sayad, Zeyhun, Elvin və İlkin toplaşmışlar. Ola bilər ki, adlarını çəkdiyi şəxslərdən başqa da şəxslər ora toplaşsın, lakin həmin vaxt biraz içkili olduğu üçün, onları xatırlamır. Xəyal oturduğu taxta və dəmir kontruksiyadan ibarət stulun arxasına keçmiş, daha sonra stulun söykənəcəyindən götürüb başının üzərinə qaldıraraq zərbə ilə Urfanın təpəsinə bir dəfə vurmuş, həmin anda Urfanın başı qanamışdır. Xəyal onu ikinci dəfə də vurmaq istədikdə Talehlə Elmar buna imkan verməmiş, Ramin gəlib Xəyalı kənara aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, üç övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək olaraq günəmuzd fəhləlik edərək dolanır. Bildirmişdir ki, təxminən 5-6 il əvvəl yaşadığı kənddə çayxana inşa etdirmiş və çayxananı da özü işlətmişdir. Lakin təxminən bir il əvvəl çayxananı işlətmək xeyir vermədiyi üçün bağlamış, rəsmi olaraq VÖEN-ni dondurmuşdur. Lakin çayxananı bağlayan zaman kəndin ağsaqqalları ondan xahiş edərək stolun birini çöldə saxlamağını istəmişlər, o, da bir ədəd stol, 3-4 ədəd stulu çöldə saxlamış, kənd sakinləri stolu ağaclığa aparmış və orada kölgədə əyləşmişlər. 13 iyun 2024-cü il tarixdə bir gün əvvəl orada davadalaş olmasını, həmkəndlisi Xəyal ilə Urfanın dalaşmasını eşitmişdir. Lakin həmin vaxt orada olmamış və konkret olaraq hadisənin baş verdiyi yer çayxanaya aid deyildir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Xəyalın Urfana xəsarət yetirdiyi stulun ayağı qopmuşdur və həmin stolu qaynaqla düzəltmişdir, həmin stulu təqdim edə bilər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi stulun sınması ilə ona maddi ziyan dəyməmişdir, həmin stulun ayağını özü qaynaqla düzəltmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, fərdi olaraq Qarabağ regionunda tikintidə fəhlə olaraq işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir, onların hər ikisi ilə normal münasibəti var, heç bir düşmənçilik və ədavəti yoxdur. Mahiyyət üzrə bildirmişdir ki, 12 iyun 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı kəndin mərkəzində yerləşən Nizamiyə məxsus işləməyən çayxanaya tərəf getmişdir. Çayxana işləməsə həyətində ağacların kölgəsində bir stol qoyulmuşdur və bəzən kənd camaatı ora toplaşır. Ora gedəndə həmin stolun ətrafında Urfan, Eynur, Elmar, Nahid, Şahin və Xəyal əyləşmişdir. O, da salamlaşıb orada əyləşmişdir. O, da toydan çıxıb ora gəlmiş, getdikdə artıq Urfangil pivə içib yemiş yemişdirlər. Nahid stolun üstünü yığışdırırmış. Həmin stolda o, Urfan, Elmar, Xəyal əyləşmişdir. Həmin vaxt anidən olaraq heç bir mübahisə və səbəb olmadan Xəyal oturduğu stuldan ayağa qalxıb stulu əlinə götürərək Urfanın başına vurmuş, Urfan ona “məni niyə vurdun” demiş, Xəyal ikinci dəfə stul ilə Urfanı vurmaq istədikdə onlar buna imkan verməmişlər. Həmin vaxt səs-küy yaranmış, səs-küyə yaxınlıqda olan şəxslər toplaşmışlar. Həmin şəxslər içərisində Xəyalın qardaşları Tural, Zeyhun, Sayad, Elvin, İlkin də olmuşdur. Onlar mübahisəyə qarışmaq istəmiş, lakin Eynur Urfanı kənara çəkmiş, Urfan oradan çıxıb avtomobilinə minib getmişdir. Xəyal da çıxıb getmişdir. Bundan sonraki olan hadisələr barədə heç bir məlumatı yoxdur, onun gördükləri bu qədərdir.Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirməsinin səbəbini onların yanında heç kim bilməmiş, çünki Xəyal anidən olaraq stulla onun başına vurmuş, bunun səbəbi barədə isə heç bir kəlmə işlətməmişdir. Urfanın orada Tik-tok” sosial şəbəkəsində qadınların görüntülərinə baxıb erotik mövzuda sözlər işlətməsi halı da olmamışdır. Urfan yalan deyir. Onu təkcə Xəyal stul ilə vurmuşdur. Həmin vaxt yaranan səs-küyə Zeyhun Zalov, Şahid2, Şahid4, Sayadın oğlu İlkin və bacısı oğlu Elvin ora toplaşsalar də onlarla Urfanın arasında dava-dalaş olmamış, onlar buna imkan verməmiş və Eynur Urfanı oradan kənarlaşdırmış, Urfan çıxıb getmişdir. Mübahisə təxminən 10 dəqiqə davam etmiş, Xəyalın Urfanı vurduğu anda orada onlardan başqa o, Elmar, Eynur, Ramin, Nahid və Şahin olmuşdur. Həmin dava-dalaşın səs-küyünə kənardan Coşqun, Amin, Tural, Sayad, Zeyhun, Elvin və İlkin toplaşmışlar. Ola bilər ki, adlarını çəkdiyi şəxslərdən başqa da şəxslər ora toplaşsın, lakin həmin vaxt biraz içkili olduğu üçün ola bilər ki, onları xatırlamır. Xəyal oturduğu taxta və dəmir kontruksiyadan ibarət stulun arxasına keçmiş, daha sonra stulun söykənəcəyindən götürüb başının üzərinə qaldıraraq zərbə ilə Urfanın təpəsinə bir dəfə vurmuş, həmin anda Urfanın başı qanamışdır. Xəyal onu ikinci dəfə də vurmaq istədikdə onunla Taleh buna imkan verməmiş, Ramin gəlib Xəyalı kənara aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş üyetkinlik yaşına çatmayan Şahid7 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək olaraq günəmuzd fəhləliklə məşğul olur. Mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Urfan isə atası Eynurun dostudur, atası hazırda Rusiya Federasiyasındadır. 12 iyun 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı kənddə yerləşən işləməyən çayxananın yaxınlığında küçədə dayanmışdır. Onunla çayxana arasında təxminən 100-150 metr məsafə olmuşdur. Həmin vaxt atası Eynur da Urfanla birlikdə çayxada olmuşlar. Anidən olanda qışqırıq səsləri eşitmiş və səs-küyə görə qaçaraq çayxanaya tərəf getmişdir. Çayxanaya çatanda Urfanın başının qanamasını, atasının da onu öz avtomobilinə mindirməsini görmüş, bundan sonra atası, o və Urfan onu öz evlərinə, oradan isə xəstəxanaya aparmışlar. Ona məlum olmuşdur ki, Xəyal Urfanın başına stul ilə vurmuşdur. Lakin hadisəni öz gözləri ilə görməmiş, çayxanada olan davadalaş səsinə ora getmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, səs-küy eşidib çayxanaya tərəf qaçan zaman orada kimin olmasına fikir verə bilməmiş, buna fürsəti belə olmamışdır. Çünki ora çatanda artıq atası Urfanı maşınına mindirirmiş və o, da avtomobilə əyləşib onlarla getmişdir. Lakin onu deyə bilərə ki, orada təxminən 7-8 nəfər adam olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 və X5 da şahid X11 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 12 iyun 2024-cü il tarixli, 523 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni səthində aşkar edilmiş xəsarətlər –başın tüklü hissəsində təpə nahiyəsinin əzilmiş yarası və sol əlin 2-ci barmağının qançırı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 12 iyun 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə başın tüklü hissəsində təpə nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol əlin 2-ci barmağının qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 22 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Dəllər Cırdaxan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində yerləşən Şahid1 məxsus fəaliyyətsiz çayxananın həyətində həmkəndlisi Zərərçəkmiş şəxs ilə eyni stolda əyləşən zaman sonuncunun onun bacısı X4 ilə qeyri-rəsmi münasibəti olmasını düşünərək aqressivləşmiş və həmin səbəbi bildirmədən küçədə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, küçədə olan çoxsaylı şəxslərin 10- 15 dəqiqə ərzində narahatçılıqlarına, ətrafa toplaşmasına səbəb və şərait yaradaraq qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə anidən olaraq çayxanaya aid dəmir və taxta konstruksiyalı oturacaq stulu silah qismində istifadə edərək Zərərçəkmiş şəxs başına bir dəfə zərbə vuraraq sonuncuya başın tüklü hissəsində təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, sol əlin 2-ci barmağının qançırı ilə müşayiət edilən sağlamlığa zərərvurmayan xəsarət olduğundan ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə silah qismində istifadə edilən əşyanı tətbiq etməklə qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2–ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, ictimai qayda, cəmiyyətin mənafeləri, vətəndaşların həyatı və sağlamlığı əleyhinə olan qərəzli hərəkətlərlə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə razılıq əldə edib barışmasını, habelə həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakteriza olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM–nin 221.3–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununi ilə yanaşı, “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 16 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X3 azad edilmişdir. Hazırki hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 2 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs X1 həbsdə qaldığı 2 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Bununla yanaşı məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah oluna bilər. Belə ki, cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra əməlinin xarakterini dərk edərək ictimai təhlükəli əmələ yol verdiyini bilmiş, zərərçəkmiş şəxsə ziyan vurduğu əmələ görə peşman olduğunu bildirmiş, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirərək, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla razılıq əldə edərək barışmışdır. Bununla da Təqsirləndirilən şəxs törətdiyi cinayətin zərərli nəticələrini yüngülləşdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi ilk vaxtdan etibarən islah yoluna qədəm qoymuşdur. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41–ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM–nin 70.1–ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2–ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 70– ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Bununla belə, iş üzrə maddi sübut olan və Şəmkir rayon Polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs X2 ülgüclə vuraraq qərəzli xuliqanlıq hərəkətləri edərkən qeydə alınmış görüntülərin köçürüldüyü DVD–R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar