Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-75/2024 11.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs– X1 və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1961–ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2sində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 243.1 və 244.1–ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə və fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə və saxlama, həmçinin gəlir əldə etmək məqsədilə icarə əsasında işlətdiyi Şəmkir rayonu, Dəllər qəsəbəsinin ərazisində yerləşən “Rasiya“ adlı kafenin bir otağını zəruri məişət əşyaları və yataq dəsti ilə təchiz edərək, 06 iyul 2023-cü il tarixdə Bakı şəhər sakini Şahid3 ilə Şəmkir rayon sakini Zərərçəkmiş şəxs 250 manat müqabilində cinsi əlaqədə olması üçün sonuncunu fahişəliyə cəlb edərək qarşılığında 100 manat gəlir əldə etməklə həmin otağı onlara vermiş, Şahid3 və Zərərçəkmiş şəxs cinsi əlaqədə olarkən daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 14 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar polis əməkdaşları tərəfindən aşkar edilmişlər. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Dəllər qəsəbəsi Zəyəm yolu ərazisində “ Rasiya “ adlı kafeni icarəyə götürüb işlədir. Qeyd edilən kafedə pivə və çay satır həmçinin qonaq olanda otaqlarını gündəlik arendaya verir. Hadisədən təxminən 1 ay əvvəl tanımadığı şəxs ona zəng edərək tanışın Qazax rayonuna əsgər yanına getdiyini kafedə ona 1 günlük yer verməyini bildirmişdir. O, da həmin şəxslə razılaşmışdır. Ona zəng etdikdən təxminən 1 saatdan sonra saat təxminən 15 radələrində onun işlətdiyi kafeyə gəlmişdir. Çay içdikdən sonra yuxarı otağa daxil olaraq istirahət etməyə başlamış və ona bildirmiş ki, gecə yarısı dincəldikdən sonra Qazax rayonuna gedəcək. O, bundan sonra yaxın qohumunun yas mərasimində iştirak etmək üçün Şəmkir rayonu Moru kəndində getmişdir. Saat 17 radələrində o, kafeyə gəlmiş sonradan adını bildiyi Ruslan kafedə hələdə olduğunu görmüşdür. Saat 00:00 radələrində Ruslan kafeni tərk edib getmiş və gedərkən ona 100 manat pul vermişdir. Təxminən 01 radələrində o, kafeni bağlayıb yaşadığı ünvana getmişdir. Səhər saat 09 radələrində o, kafeni gəlib açmışdır. Saat 12 radələrində Ruslan kafeyə yenidən gələrək ondan otaq təşkil etməyini bildirmişdir. Onunla söhbət edərkən istirahət etmək üçün xanım tanışı olub-olmadığını soruşmuşdur. O, da xanım tanışı olduğunu bildirirək istirahət üçün xanım təşkil edə biləcəyini bildirmişdir. Ruslan onunla razılaşmışdır. O, otaq üçün Ruslana 100 manat, xanımada 150 manat pul alaçağını bildirmişdir. Bundan sonra Ruslan 2 ədəd 100 manat, 1 ədəd 50 manatlıq olmaqla ümumilikdə 250 manat pulu ona vermişdir. Bundan sonra o, tanışı Xanımzər adlı xanıma zəng edib kafeyə çağırmışdır. Təxminən 30 dəqiqədən sonra Xanımzər adlı xanım otelə gəlmişdir. O, xanımı Ruslan təqdim etmiş onlar cinsi əlaqədə olmaq üçün otağa qalxmışlar. Təxminən 30 dəqiqədən sonra mülki formada polis əməkdaşları otelin həyətinə gəlmişlər. O, həmin şəxslərə yaxınlaşıb nə isdədiklərini soruşmuşdur. Həmin şəxslər özlərini DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının olduğunu bildirirək polis olmaqları barədə vəsiqələrini təqdim etmişlər və kafenin həyətinə baxış keçirəçəklərini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və onlarla birlikdə otaqlara baxış keçirmişlər baxış keçirən zamanı Ruslan və Xanımzərin olduğu otağa daxil oldu sonuncuları yarıçılpaq vəziyyətdə aşkar etmişlər. Bundan sonra hal şahidlərinin iştirakı ilə otağa baxış keçirdib, Ruslanın yerə atdığı rezin qoruyucunu və Ruslanın ona verdiyi 250 manat pulu protokolla götürmüşlər. Sonra isə onlar Bakı şəhəri Azadlıq prospektində yerləşən DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin aparmışlar. İdarə protokol tərtib edilmmiş və o iştirakçılarla birlikdə imza etmişdir. O, əvvəllər kafedə pul müabilində cinsi əlaqədə olmağı təşkil etməmişdir. O, Xanımzər adı xanımı təxminən 2023-cü ilin may ayından tanıyır.O, Zərərçəkmiş şəxs övladını ölümlə hədələməmiş, onun haqqında verdiyi ifadə yalandır. O, Zərərçəkmiş şəxs Ruslanla cinsi əlaqədə olmaq üçün 150 manat pul verəcəyini bildirmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla aralarında düşmənçilik və ədavəti yoxdur. Təqsirləndirilən şəxs Şəmkir şəhəri Dəllər qəsəbəsində Zəyəm yolu ərazisində “ Rasiya “ adlı kafeni işlədir. X7 rayonu Aşağı Əyyublu kəndində yaşayır.Təxminən 2023-cü ilin may-iyun aylarında bacısı şirniyyat bişirərək taksi vasitəsi ilə onun yaşadığı ünvana göndərmişdir. O, da şirniyyatları taksi vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 13:30da Təqsirləndirilən şəxs ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onu icarə əsasında işlətdiyi “ Rasiya “ adlı kafedə müştəri olduğunu bildirib onunla cinsi əlaqədə olmağını, bunun qarşılığında ona 150 manat pul verəcəyini təklif etmişdir. O, isə Təqsirləndirilən şəxs təklifini qəbul etmişdir. Həmin gün O, özünə məxsus avtomobilə “ Rasiya “adlı kafeyə getmişdir. O, kafenin həyətinə çatmış və icəri daxil olmuşdur. Mirzə onu qarşılayıb sonradan adını bildiyi Ruslan adlı şəxsə təqdim etmişdir. O, Ruslanla birlikdə otağa qalxıb sonuncu ilə cinsi əlaqədə olmuşlar. Təxminən 10-15 dəqiqədən sonra mülki geyimli şəxslər onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Otağa daxil olduqdan sonra onun Ruslanla cinsi əlaqədə olduqları otağa baxış keçirdikdən sonra protokol tərtib edilmiş və o, da protokola imza etmişdir. Sonra isə polis əməkdaşları Təqsirləndirilən şəxs Ruslanın ona verdiyi 250 manat pulu tələb etmişlər, Təqsirləndirilən şəxs isə həmin pulu əməkdaşlara verdikdən sonra pul qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onlar DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə aparmışlar. O, Ruslan adlı şəxslə cinsi əlaqədə olan zamanı ona çatacaq 150 manat pulu Təqsirləndirilən şəxs almışdır. Hazırda Təqsirləndirilən şəxsdan şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Qazax rayonunda hərbi xidmətdə olan tanışını görmək üçün Şəmkir rayonuna gəlmişdir. Gecəni qalmaq üçün tanımadığı taksi sürücüsündən münasib qiymətə otel yeri soruşmuşdur. Həmin şəxs ona Şəmkir şəhəri Dəllər qəsəbəsi Zəyəm yolu ərazisində “ Rasiya “ adlı otelin olduğunu bildirmişdir. O, qeyd olunan otelə getmişdir. Otelin giriş hissəsində onu sonradan adını bildiyi Mirzə adlı şəxs qarşılamışdır. O, Mirzəyə gecəni burda qalmaq üçün otaq isdəmişdir. Mirzə ona oteldən yer verdikdən sonra o, otelin həyətində olan kafedə çörək yeyib qutardıqdan sonra otağa qalxaraq istirahət eləməyə başlamışdır. Gecə saat 12 radələrində o, kafeni tərk edib dostu ilə görüşməyə getmiş və Mirzəyə 100 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə o, yenidən kafeyə qayıtmış və Mirzəyə bu gecədə ona otaq təşkil etməyini bildirmişdir. Mirzə ilə söhbət edərkən o, Mirzədən istirahət etmək üçün xanım tanışı olub-olmadığını soruşmuşdur. Mirzə ona xanım tanışı olduğunu bildirirək istirahəti üçün xanım təşkil edə biləcəyini bildirmişdir. O, da Mirzə ilə razılaşmışdır. Mirzə ona otaq üçün 100 manat, xanım üçün isə 150 manat pul verəcəyini bildirmişdir. Bundan sonra o, Mirzəyə 2 ədəd 100 manat, 1 ədəd 50 manatlıq olmaqla ümumilikdə 250 manat pulu Mirzəyə vermişdir. Təxminən 30 dəqiqədən sonra Mirzə sonradan adını bildiyi Xanımzər adlı xanımı ona təqdim etmiş və onlar cinsi əlaqədə olmaq üçün otağa qalxmışlar. Otağa qalxdıqdan sonra çarpayının yanında olan rezin qoruyucunu aşkar edib ondan Xanimzər adlı xanımla cinsi əlaqədə olmaq üçün istifadə etmək istəsədə rezin qoruyucu narahatçılıq yaratdığı üçün cinsiyyət orqanından çıxardıb yerə tullamışdır. Xanimzər adlı xanım ilə cinsi əlaqədə olub qutardıqdan sonra Mirzə ilə birlikdə mülki geyimdə olan şəxslər otağa daxil olmuş onu və Xanımzər adlı xanımı yarıçılpaq vəziyyətdə aşkar etmişlər. Mülki geyimdə otağa daxil olan şəxslər xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra hal şahidlərinin iştirakı ilə otağa baxış keçirdib, yerə atdığı rezin qoruyucunu və Mirzəyə verdiyi 250 manat pulu protokolla götürmüşlər. Sonra isə onları Bakı şəhəri Azadlıq prospektində yerləşən DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin aparmışlar. İdarə protokol tərtib edilmiş və o, da iştirakçılarla birlikdə imza etmişlər. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 iyun 2023-cü İl tarixdə Baş İdarəyə Mirzə adlışəxsin Azərbaycan Respublikası vətəndaşı olan qadınları zor tətbiq etməklə, hədəqorxu və digər məcbur etmə vasitələri ilə nəzarətində saxladığı qadınları Şəmkir rayonu, Dəllər qəsəbəsi, Zəyəm yolu ərazisində fəaliyyət göstərən “Rasiya” adlı kafedə cinsi istismara məruz qoyması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə tərəfimdən raportla Baş İdarə rəhbərliyinə məruzə edilmişdir. Əməliyyat tədbirinin keçirilməsi barədə tərəfindən çıxarılmış qərar əsasında Baş İdarənin rəhbərliyi tərəfindən İAQMBİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid5 ibarət əməliyyat qrupu yaradıldı. Əməliyyat tədbirinin keçirilməsində iştirak etmək üçün iki nəfər hal şahidi qismində Baş İdarəyə dəvət edilmiş və onlara Azərbaycan Respublikası CPM-in 94-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Daha sonra əməliyyat qrupunun üzvləri və hal şahidləri ilə birlikdə qeyd olunan ünvanda yerləşən kafeyə yollanmışlar. 06 06.2023-cü il tarixdə saat 14 00-da əməliyyat qrupu hal şahidləri ilə birlikdə kafenin həyətinə daxil olmuşlar. Kafenin həyətinə daxil olarkən onları qarşılayaraq özünü oranın icarədarı kimi təqdim edən Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərərək DİN-in İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və daxil olmuş məlumatı yoxlamaq məqsədilə çıxarılmış qərar əsasında obyektə baxış keçirmək üçün icazə İstəmişlər. Mirzə, onların təkliflərinə etiraz etməmişdir. Baxış zamanı kafenin həyətyanı sahədən və kafenin ikimərtəbəli tikilidən ibarət olması müəyyən edilmişdir. Baxış zamanı kafenin ikinci mərtəbəsində yerləşən çarpayı və hamam otağı ilə təchiz edilmiş otaqda bir nəfər kişi və qadının yarıçılpaq vəziyyətdə olması aşkar edilmişdir. İlkin şifahi sorğu zamanı onların anket məlumatları dəqiqləşdirilmiş və həmin şəxslərin Şahid3 və Zərərçəkmiş şəxs olmaları müəyyən edilmişdir. Otaqda aşkar olunmuş Şahid3 həmin kafedə cinsi əlaqədə olmaq üçün şəraitli otaq və qadın təşkil edilməsindən xəbərdar olduğu üçün xx.xx.2023-cü il tarixdə günorta saatlarında istirahət mərkəzinə gəldiyini bildirmişdir. İstirahər mərkəzində Təqsirləndirilən şəxs onu qarşılamış və cinsi əlaqədə olmaq üçün 150 manat müqabilində qadın təşkil edə biləcəyini, qadın təşkil etdiyinə və kafedə qadınla cinsi əlaqədə olmaq üçün şərait yaratdığına görə özünə əlavə 100 manat istəmişdir. O, Mirzə ilə razılaşaraq 250 manat pulu Təqsirləndirilən şəxs vermiş, sonra Mirzə Zərərçəkmiş şəxs oraya dəvət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs onları qısamüddətli otağa yerləşdirmişdir. Otaqda aşkar olunmuş Zərərçəkmiş şəxs bir muddət pul müqabilində müxtəlif kişilərlə cinsi əlaqədə olmaq məqsədilə görüşdüyünü, müştərilərlə əsasən “Rasiya” kafesində görüşdüyünü, müştəriləri bəzən özünün tapdığını, bəzi hallarda Təqsirləndirilən şəxs müştəri olması ilə bağlı oraya dəvət etdiyini, Təqsirləndirilən şəxs buna görə pul tələb etmədiyini, lakin hər dəfə Təqsirləndirilən şəxs ona görə müştərilərdən pul aldığını bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onu kafeyə dəvət etmiş və müştəri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs 150 manat pul veriləcəyini bildirmişdir. Bundan sonra ilkin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs deyilənləri təsdiq etmiş, həmin kafedə inzibatçı işlədiyini, kafeyə gələn müştəriləri özünün qəbul etdiyini, kafeyə gələn kişilərə qadınlarla cinsi əlaqədə olmağı təklif etdiyini bildirmişdir. Eyni zamanda tanıdığı bir neçə fahişəliklə məşğul olan qadınları da müştərinin istəyi ilə obyektə dəvət etdiyini, buna görə kişilərdən müəyyən məbləğdə pul götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid3 aldığı 100 manat, Zərərçəkmiş şəxs isə 150 manat pulu onlara təqdim etmişdir. Hal şahidlərinin iştirakı ilə təqdim edilən pul əsginaslarızərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra iştirakçılar müvafiq sənədləşmə aparılması üçün şəraiti olmadığından Baş İdarəyə dəvət olunmuşlar. Baş İdarəyə tərəfindən protokol tərtib olunmuş və sonra iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra iştirakçılar baş verənlər barədə izahat verdikdən sonra başidarəni tərk etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 da şahid qismində dindirilmiş Şahid4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid1 və Şahid2 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 06 iyun 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Azadlıq prospektində yerləşən “Baku Electronics” mağazası ilə üzbəüz olan dayanacaqda dayanarkən bir nələr mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqəsini göstərərək İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu bildirmişdir. O, ona keçiriləcək əməliyyat tədbirində iştirak etməyi üçün hal şahidi qismində dəvət etmişdir.O, razılıq verdikdən sonra Baş İdarəyə dəvət edilmişdir.Ondan başqa bir nəfər də hal şahidi kimi dəvət edilmişdir. Həmin şəxsin Şahid2 olduğunu o, Baş İdarədə bilmişdir. Polis əməkdaşları bizə hüquq və vəzifələrəni izah etdikdən sonra onlar polis əməkdaşları ilə birlikdə Şəmkir rayonuna yola düşmüşlər. 06 06 2023-cü il tarixdə saat 14 00-da polis əməkdaşları ilə birlikdə Şəmkir rayonu, Dəllər qəsəbəsi, Zəyəm yolu ərazisində fəaliyyət göstərən “Rasiya” adlı kafeyə daxil olmuşlar. Kafenin həyətinə daxil olarkən onlara özünü həmin kafenin icarədar kimi təqdim edən Təqsirləndirilən şəxs qarşılamışdır. Polis əməkdaşları ona xidməti vəsiqələrini təqdim edərək DİNin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və daxil olmuş məlumatı yoxlamaq məqsədilə çıxarılmış qərar əsasında obyektə baxış keçirmək üçün icazə istəmişlər. Təqsirləndirilən şəxs təkliflərinə etiraz etməmişdir. Baxış zamanı kafenin həyətyanı sahədən və kafenin ikimərtəbəli tikilidən ibarət olması müəyyən edilmişdir. Baxış zamanı kafenin ikinci mərtəbəsində yerləşən çarpayı və hamam otağı ilə təchiz edilmiş otaqda bir nəfər kişi və bır nəfər qadının olması aşkar edimişldri. İlkin sorğu zamanı onların anket məlumatları dəqiqləşləşdirilmiş və həmin şəxslərin Şahid3 və Zərərçəkmiş şəxs olmaları müəyyən edilmişdir. Otaqda aşkar olunmuş Şahid3 həmin kafedə cinsi əlaqədə olmaq üçün şəraitli otaq və qadın təşkil edilməsindən xəbərdar olduğu üçün bu gün, yəni 06 06 2023-cü il tarixdə günorta saatlarında istirahət mərkəzinə gəldiyini bildirmişdir. İstirahət mərkəzində Təqsirləndirilən şəxs onu qarşılamış və cinsi əlaqədə olmaq üçün 150 manat müqabilində qadın təşkil edə biləcəyini, qadın təşkil etdiyinə və kafedə qadınla cinsi əlaqədə olmaq üçün şərait yaratdığına görə özünə əlavə 100 manat istəmişdir. O, Mirzə ilə razılaşaraq 250 manat pulu Təqsirləndirilən şəxs vermiş, sonra Mirzə Zərərçəkmiş şəxs oraya dəvət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs onları qısamüddətli otağa yerləşdirmişdir. Otaqda aşkar olunmuş Zərərçəkmiş şəxs bir müddətdir pul müqabilində müxtəlf kişilərlə cinsi əlaqədə olmaq məqsədilə görüşdüyünü, müştərilərlə əsasən “Rasiya” kafesində görüşdüyünü, müştərilər bəzən özünün tapdığını, bəzi hallarda Təqsirləndirilən şəxs müştəri olması ilə bağlı oraya dəvət etdiyini, Təqsirləndirilən şəxs buna görə pul tələb etmədiyini, lakin hər dəfə Təqsirləndirilən şəxs ona görə müştərilərdən pul aldığını bildirmişdir. Bundan sonra 06 06 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onu kafeyə dəvət etmiş və müştəri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs 150 manat pul verəcəyinii bildirmişdir. Bundan sonra ilkin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs deyilənləri təsdiq etmiş, həmin kafedə inzibatçı işlədiyini, kafeyə gələn müştərilən özünün qəbul etdiyini, kafeyə gələn kişilərə qadınlarla cinsi əlaqədə olmağı təklif etdiyni bildirmişdir. Eyni zamanda tanıdığı bir neçə fahişəliklə məşğul olan qadınları da müştərilərin istəyi ilə obyektə dəvət etdiyini, buna görə kişilərdən müəyyən məbləğdə pul götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid3 aldığı 100 manat, Zərərçəkmiş şəxs isə 150 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Onların iştirakları ilə təqdim edilən pul əskinasları zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra iştirakçılar müvafiq sənədləşdirmə aparılması üçün şəraitinin olmadığından polis əməkdaşları tərəfindən Baş İdarəyə dəvət olunmuşlar. Baş İdarədə protokol tərtib edilmiş və doğru olduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 da ifadəsi elan edilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Şəmkir rayon Dəllər qəsəbəsində yerləşən “Rasiya” adlı giriş hissəsinin, həmin kafenin inzibati binasını və həmin kafenin yataq otağında aşkar olunmuş kişi və qadının fotoşəkillər çəkilərək, bu barədə xx.xx.2023-cü il tarixdə protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, Emil Firmasının adından X5 ilə Təqsirləndirilən şəxs arasında icarə müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Təqsirləndirilən şəxs Şəmkir rayonu, Şəmkir-Zəyəm yolunun 2-ci kilometrliyində iaşə təyinatlı qeyri-yaşayış binasını icarəyə götürmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxs X2 tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə və fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1–ci maddələri ilə düzgün tövsif olunmuşdur. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1–ci maddələrində nəzərdə tutulmuş hədlərdə cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayətlər kateqoriyasına aid olmaqla, ictimai mənəviyyat əleyhinə aid olan cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan hədlərdə, hər bir cinayətə görə ayrılıqda cərimə cəzası təyin olunmasını, həmin Məcəllənin 66.2-ci maddəsində nəzərdə tutulan qaydada təyin olunmuş cəzaların qismən toplanmasını və ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM–in 243.1 və 244.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə cərimə növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1–ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş, 01 ədəd rezin qoruyucu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 250 manat pul qanuni sahibi Şahid3 qaytarılmalıdır. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və CM-nin 243.1-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına, CM-nin 244.1-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzalarını qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş, 01 ədəd rezin qoruyucu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 250 manat pul qanuni sahibi Şahid3 qaytarılsın. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-75/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-75/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver