Məhkəmə qərarları › İş №1(076)-75/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-75/2025

10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-75/2025 10.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Şəmkir rayonu Kür qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Azru oğlu xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 iyun 2024-cü il tarixdə, saat 17 radələrində yaşadıqları Şəmkir rayonu, Kür qəsəbəsinin ərazisində yerləşən qəbiristanlığın yaxınlığında həmyerlisi Zərərçəkmiş şəxs və tanışı Şahid5 sözlə mübahisə etdiklərini görüb həmin vaxt onunla birlikdə qəbiristanlıqdan ziyarətdən gəldiyi tanışı Şahid4 ilə sonunculara yaxınlaşmış, bu zaman Zərərçəkmiş şəxs yeddi il əvvəl Şahid5 barəsində nalayiq ifadələr işlətməsi ilə əlaqədar mübahisə etdikləri bəhanə edərək, məsələnin ona aid olmadığı halda, tamamilə mahiyyətinə varmadan və heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bir neçə dəfə yumruq zərbələri ilə qəsdən Zərərçəkmiş şəxs sifətinə vuraraq ona alın nahiyəsinin sol yarısının dərialtı hematoması ilə müşayiət olunan alın sümüyünün frontal cibinin ön divarının yerini dəyişmiş sınığı ilə nəticələnən, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azru oğlu ona elan olunmuş ittihamla özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf edərək ifadəsində göstərdi ki, subaydır, Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşən X4 adına 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdidir. Zərərçəkmiş şəxs, Şahid5 və Şahid4 əvvəldən tanıyır. Onlarla münasibəti həmişə yaxşı olmuşdur. 10 iyun 2024-cü il tarixdə, saat 17 radələrində yaşadıqları Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində Şahid4 ilə görüşərkən, sonuncu yeni vəfat etmiş babasının qəbirini və Şahid4 yeni vəfat etmiş nənəsinin qəbirini ziyarət etmək üçün getmişlər. O, Şahid4 ilə yaşadıqları Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın ərazisinə çatan zaman Zərərçəkmiş şəxs ilə Şahid5 bir-biriləri ilə mübahisə etmələrini görmüşlər. Həmin vaxt o, Şahid4 ilə birlikdə Zərərçəkmiş şəxs və Şahid5 yaxınlaşmışlar. Orada Şahid5 Zərərçəkmiş şəxs onun barəsində yeddi il bundan əvvəl nalayiq ifadələr işlətməsinə öz iradını bildirən zaman Zərərçəkmiş şəxs, Şahid5 və Şahid4 təhqir edici ifadələr işlətmişdir. Bu səbəbdən də o, yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sol alın nahiyəsindən vurmuşdur. Həminçinin həmin vaxt Şahid5 yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sağ və sol gözaltı nahiyələrindən vurmuşdur. Şahid4 isə təpik zərbəsi ilə Zərərçəkmiş şəxs sol qabırğalarından vurmuşdur. Həmin vaxt onlarla eyni qəsəbədə yaşayan X5, Şahid3 və Şahid2 Şahid5, Şahid4 və onun Zərərçəkmiş şəxs döymələrini gördükləri üçün onlara yaxınlaşan zaman o, Şahid5 və Şahid4 hadisənin baş verdiyi yerdən qaçaraq getmişlər. Təqsirləndirilən şəxs verilən sualları cavablandırarkən, 10 iyun 2024-cü il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs ilə aralarında dava-dalaş baş verərkən yanlarında Şahid5 və Şahid4 olmalarını, daha sonra hadisənin baş verdiyi əraziyə Şəmkir rayonu, Kür qəsəbə sakinləri X1, Şahid3 və Şahid2 gəlmələrini, Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisənin təxminən 2-3 dəqiqə davam etməsini, Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş dava-dalaş hadisəsi Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında baş verməsini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu, Kür qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs tanıyır. Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs ilə eyni qəsəbədə yaşayır. Onlarla münasibəti əvvəllər yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Belə ki, 10 iyun 2024-cü il tarixdə, saat 13 radələrində Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, onunla görüşmək istədiyini və yaşadıqları Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşən kafelərin birində onunla çay içmək istədiyini bildirmişdir. Həmin vaxt o, Şahid5 ona etdiyi dəvəti qəbul edərək, diş həkiminin yanında olduğunu bildirmişdir. Həmin vaxt Şahid5 evdən çıxaraq onunla görüşənə qədər, saat 15 radələrində ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə təkrar zəng edərək görüşməyini soruşmuşdur. O da, Şahid5 yaşadıqları Şəmkir rayonu, Kür qəsəbəsi ərazisindəki parka çıxmasını bildirmişdir. Həmin vaxt Şahid5 yaşadıqları qəsəbə ərazisindəki parkın qarşısına çağırılmışdır. O da, həmin vaxt Şahid5la yaşadıqları qəsəbə ərazisində Şəmkir rayonunun, Kür qəsəbəsi ərazisində yerləşən parkın qarşısında gedərək, orada Şahid5 ilə görüşmüşdür. Orada Şahid5 ona sonuncunun barəsində yeddi il bundan əvvəl nalayiq ifadələr işlətməsinə görə mübahisə etdiklərini demişdir. Həmin vaxt Şahid5, Təqsirləndirilən şəxs və Şahid4 onu pis küçə söyüşləri ilə təhqir etmişdir. Şahid5 yumruq zərbəsi ilə onun sağ sol alın nahiyəsindən vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yumruq zərbəsi ilə onun sağ və sol gözaltı nahiyəsindən vurmuşdur. Həmçinin həmin vaxt Şahid4 isə təpik zərbəsi ilə onun sol qabırğalarından vurmuşdur. Onlarla eyni qəsəbədə yaşayan X3, Şahid3 və Şahid2 Şahid5, Təqsirləndirilən şəxs və Şahid4 onu döymələrini gördükləri üçün onlara yaxınlaşaraq köməklik etmişlər. Lakin həmin vaxt Şahid5, Təqsirləndirilən şəxs və Şahid4 Rauf Hüseynovun, Şahid3 və Şahid2 onlara tərəf gəlmələrini gördükləri üçün hadisənin baş verdiyi yerdən qaçaraq getmişlər. Həmin mübahisə 2-3 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs, Şahid4 və Təqsirləndirilən şəxs tanıyır. Zərərçəkmiş şəxs, Şahid4 və Təqsirləndirilən şəxs ilə eyni qəsəbədə yaşayır. Onlarla münasibətləri həmişə yaxşı olmuşdur. 10 iyun 2024-cü il tarixdə, saat 13 radələrində o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Zərərçəkmiş şəxs zəng edərək, onunla görüşmək istədiyini və yaşadıqları Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşən kafelərin birində onunla çay içmək istədiyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona etdiyi təklifi qəbul edərək, diş həkimində olmasını bildirmişdir. Həmin tarixdə, saat 15 radələrində o, təkrar istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Zərərçəkmiş şəxs zəng edərək, yaşadıqları qəsəbənin ərazisində yerləşən parkın qarşısında olmasını demişdir. Orada o, Zərərçəkmiş şəxs yaşadıqları qəbiristanlığın yanına getmələrini və orada söhbət etmək istəməsini bildirmişdir. Zərərçəkmiş şəxs da onunla razılaşaraq hər ikisi yaşadıqları qəsəbənin ərazisində yerləşən qəbiristanlığın yanına getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs və Şahid4 da onların olduqları yerə gəlmişlər. Orada o, Zərərçəkmiş şəxs onun barəsində yeddi il bundan əvvəl nalayiq ifadələr işlətməsinə iradını bildirmişdir. O, Təqsirləndirilən şəxs və Şahid4 Zərərçəkmiş şəxs pis küçə söyüşləri ilə təhqir etmişlər. Daha sonra Təqsirləndirilən şəxs yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sol alın nahiyəsindən vurmuşdur. Həminçinin, həmin vaxt o, yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sağ və sol gözaltı nahiyələrindən vurmuşdur. Şahid4 isə təpik zərbəsi ilə Zərərçəkmiş şəxs sol qabırğalarından vurmuşdur. Həmin vaxt onların eyni qəsəbədə yaşayan X3, Şahid3 və Orucov X6 Axundovun döyülməsini gördükləri üçün onlara yaxınlaşan zaman o, Təqsirləndirilən şəxs və Şahid4 hadisənin baş verdiyi yerdən qaçaraq getmişlər. Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs, Şahid5 və Təqsirləndirilən şəxs tanıyır. Zərərçəkmiş şəxs, Şahid5 və Təqsirləndirilən şəxs ilə eyni qəsəbədə yaşayırlar. Onlarla münasibəti həmişə yaxşı olmuşdur. 10 iyun 2024-cü il tarixdə, saat 17 radələrində yaşadıqları Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs ilə görüşərək, onunla birgə yaşadıqları qəsəbə ərazisində yerləşən qəbiristanlığa Təqsirləndirilən şəxs yeni vəfat etmiş babasının qəbrini və onun yeni vəfat etmiş nənəsinin qəbrini ziyarət etmək üçün getmişlər. O, Təqsirləndirilən şəxs ilə yaşadıqları Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın yanına çatan zaman Zərərçəkmiş şəxs ilə Şahid5 biri-biriləri ilə mübahisə etmələrini görmüşlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs və Şahid5 yaxınlaşmışlar. Orada Şahid5 Zərərçəkmiş şəxs onun barəsində yeddi il bundan əvvəl nalayiq ifadələr işlətməsinə öz iradını bildirən zaman Zərərçəkmiş şəxs ona, Şahid5 və Təqsirləndirilən şəxs təhqir edici ifadələr işlətmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sol alın nahiyəsindən vurmuş, Şahid5 yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sağ və sol gözaltı nahiyələrindən vurmuş, o isə təpik zərbəsi ilə Zərərçəkmiş şəxs sol qabırğalarından vurmuşdur. Həmin vaxt onlarla eyni qəsəbədə yaşayan X3, Şahid3 və Şahid2 Şahid5, Təqsirləndirilən şəxs və onun Zərərçəkmiş şəxs döymələrini gördükləri üçün onlara yaxınlaşan zaman o, Şahid5 və Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yerdən qaçaraq getmişlər. Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Həmin dava-dalaş hadisəsi Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Səyyad qızı ifadəsində şahid Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs sağlamlığına Şəmkir rayonu, Kür qəsəbə sakini Şahid5 tərəfindən xüsusi amansızlıqla qəsdən az ağır dərəcəli bədən xəsarəti yetirilməsi faktına görə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsində toplanmış 53-S/İ-24 nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət işinin başlanması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Ənvər Əkbərov tərəfindən qaldırılmış 28 iyun 2024-cü il tarixli vəsatət təmin edilərək fakta görə Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azru oğlu Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. “Yetkinlik yaşına çatmayanı nəzərət altına vermək haqqında” xx.xx.2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azru oğlunun barəsində yetkinlik yaşına çatmayanı nəzərət alıtna vermək haqqında qətimkan tətbiri seçilmişdir. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 Publik Hüquqi şəxsin 11 iyun 2024-cü il tarixli, 518 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin sol yarısının dərialtı hematoması ilə müşayiət olunan alın sümüyünün frontal cibinin ön divarının yerini dəyişmiş sınığı, hər iki gözaltı nahiyənin dərialtı hematoması, döş qəfəsinin sol yan səthinin qan çırı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 10 iyun 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə alın nahiyəsinin sol yarısının dərialtı hematoması ilə müşayiət olunan alın sümüyünün frontal cibinin ön divarının yerini dəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmağa aiddir, hər iki gözaltı nahiyənin dərialtı hematoması həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmağa aiddirlər, döş qəfəsinin sol yan səthinin qan çırığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Şəmkir rayonu Kür qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Kür qəsəbəsində yaşadığı müddət ərzində kənd sakinləri arasında heç bir müsbət bir insan kimi tanınmamışdır. Dəfələrlə onun barəsində Şəmkir RPŞ-nə və X11 şikayətlər olunmuşdur. Kür qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən də müsbət davranışları olan bir kənd sakini kimi tanınmamışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azru oğlunun barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(076)-97/2025 nömrəli qərarından görünür ki, xx.xx.2007-ci il tarixdə Şəmkir rayonu Kür qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azru oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 84.1-ci madəsinə görə cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin barışaraq, heç bir şikayət və tələbinin olmamasını, yetkinlik yaşına çatmaması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Arru oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisində çəkməli və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 17 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi **********3800465263, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351- 353-cü və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində olan başqa iş üzrə həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi 17 saat hüquqi yardıma görə 200 (iki yüz) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar