Məhkəmə qərarları › İş №1(076)-76/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-76/2025

19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-76/2025 19.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və hazırda cəza çəkən, Şəmkir rayonu, Tatar kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2024cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxara, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdə saat 20 radələrində narkotik vasitə qəbul edərək narkotik sərxoşluğu vəziyyətində olmaqla Şəmkir rayonu, Tatarlı kəndi ərazisində tanışı Göygöl rayon sakini Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə vuraraq ona sağ gözətrafi yumşaq toxumalarının dərialtı hematomasi ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid və sol gözaltı nahiyənin, hər iki bazu nahiyəsinin bayır səthinin qançırları, sol çənəaltı nahiyənin və boyunun sol yan səthinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını açıq talamaq məqsədilə Zərərçəkmiş şəxs məxsus 250 (iki yüz əlli) manat dəyərində “Honor” markalı, “CRT-LX7” modelli, “100 MP ultra” kameralı mobil telefonu götürərək insan sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək açıq talamaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, maddi sübutlar, ekspert rəyi eləcə də cinayət işinin materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. İİ qrup əlil olaraq epilepsiya xəstəliyindən əziyyət çəkir. Zərərçəkmiş şəxs tanıyır, aralarında heç bir narazılıq və ya ədavət olmamışdır. Mənsuməni təxminən 3 aydır Gəncə şəhərində yaşayan Samir adlı tanışının vasitəsi ilə tanımışdır. Samir ilə tanışlıq və münasibəti təxminən 6-7 il bundan əvvəl Bakı şəhərində fəhləlik edərkən yaranmışdır. Samir də Meyvəli bazarında fəhləlik ilə məşğul olmuşdur. Sonra o, Bakı şəhərindən ailəsi ilə Şəmkir rayonu, Tatarlı kəndinə geri qayıtmışdır. Samir ilə telefon əlaqəsi saxlamışdır. Təxminən 20 gün bundan əvvəl Samir onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəmə zəng edərək Tovuz rayon sakinindən “VAZ 2106” markalı avtomobil satın aldığını və həmin avtomobilin əvvəlki sahibinin ona verdiyi etibarnamənin müddəti bitdiyi üçün onunla birlikdə Tovuz rayonuna gedib həmin şəxslə görüşməyi və etibarnamənin müddətini yeniləməyi bildirmişdir. O, Samirə Şəmkir rayonu, Tatarlı kəndinə gəlməsini və burdan Tovuz rayonuna getməyi təklif etmişdir. Samir tanımadığı dostu ilə birlikdə onlara gəlmişdir. Onlar görüşdükdən sonra birlikdə ona məxsus “VAZ 21099” markalı avtomobillə Tovuz rayonuna getmiş və həmin rayonun Quşçu kəndində yaşayan əvvəlki avtomobilin sahibi ilə görüşərək Samir öz işlərini həll etdikdən sonra geri qayıtmışlar. O, Samir və tanışını Gəncə şəhərinə yola saldıqdan sonra evə qayıtmışdır. Təxminən 3 gün sonra Samirin metal alqı-satqısı ilə məşğul olduğunu bildiyi üçün Samirin istifadəsində olan mobil nömrəsinə zəng edərək ona VAZ 2107 markalı avtomobil olduğunu və həmin avtomobilin qabaq hissəsinin yararsız vəziyyətdə olduğunu, həmin avtomobil üçün qabaq hissə lazım olduğunu bildirmişdir. Samir “VAZ 2107” markalı avtomobilin qabaq hissəsinin onda olduğunu və satdığını bildirmişdir. O, özünə məxsus “VAZ 21099” markalı avtomobillə Samirin olduğu Gəncə şəhəri avtovağzal istiqamətində olan metal alqı-satqısı obyektinə getmişdir. Samirlə orada görüşmüş və Samir ona “VAZ 2107” markalı avtomobilin qabaq hissəsini göstərmişdir. O, həmin detala baxmış və yararlı olduğunu görüb Samirə həmin detalı hansı qiymətə satacağını soruşmuşdur. Bu vaxt Samir ona həmin detalı 600 manat məbləğində satacağını bildirmişdir. Lakin onun həmin məbləği verə bilmədiyinə görə 520 manatı olduğunu demişdir. Samir onunla razılaşmış və Samirə özü ilə satmağa apardığım “VAZ 2106” markalı avtomobilə aid mühərriki 70 manat məbləğində satmışdır. Həmin mühərrik 8 ay bundan əvvəl özümə məxsus satdığım “VAZ 2106” markalı avtomobilin mühərriki olmuşdur. Satdığım avtomobilin üzərində olan mühərriki isə həmkəndlisi Mətləb Qətibə oğlundan 150 manat məbləğində almışdır. Həmin mühərriki Samirə satıb ona 520 manat pulun 70 manatını həmin puldan çıxmasını və qalan məbləği isə yaxın vaxtda verəcəyimi bildirmişdir. Təxminən 3 gün sonra Samir tanışı Zərərçəkmiş şəxs ilə birlikdə onlara gəlmişdir. O, Samirə 300 manat pul vermiş və danışığa əsasən VAZ 2107 markalı avtomobilə aid detalı 2 gündən sonra gəlib aparacağını bildirmişdir. Samir onunla razılaşmış və çıxıb getmişdir. O, iki gün sonra Samirin istifadəsində olan mobil nömrəsinə zəng etmiş və zəngi Samir açmamışdır. O, Məsumənin mobil nömrəsinə zəng edərək Samirin harada olduğunu soruşmuşdur. Samirin mobil nömrəsinə zəng çatmadığını və Samirlə onu danışdırmasını bildirmişdir. Həmin vaxt o, Bakı şəhərindən avtobusla Şəmkir rayonuna geri qayıtmışdır. Mənsumə sevgilisi Samirin tutulduğunu öyrənmişdir. Həmin vaxt Göygöl şəhərinin girişində olduğunu, onu da oradan götürməyini demişdir. O, Məsuməni dediyi yerdən olduğu avtobusun sürücüsündən xahiş etmiş və avtobus Mənsumənin olduğu yerdə saxlamışdır. Mənsumə avtobusa minmiş həmin avtobusla birlikdə Şəmkir şəhərinə gəlib şəhərin H.Əliyev prospektində avtobusdan saat 18 radələrində düşmüşlər. Yerdə olan zaman Mənsumə onu 5 dəqiqə gözləməyini və bu zaman öz telefonu ilə kimlərəsə zəng edib danışdığını görmüşdür. Mənsumə ona yaxınlaşaraq özünə məxsus mobil telefonu necə satacağını ondan soruşmuşdur. O, Mənsuməyə telefon satmaqda kömək edə bilməyəcəyini bildirmişdir. Mənsumə ona işinin alınmadığını və geri qayıtmaq istədiyini bildirmişdir. Bu vaxt Mənsumə ona telefonu girov olaraq saxlamağını, sabah saat 1-dək Samirə verdiyi 300 manat pulu geri qaytaracağını demişdir. Əlavə olaraq ona ehtiyacı olduğu üçün 50 manat pul verməyimi bildirmiş, ancaq o, Mənsuməyə pulunun olmadığını demişdir. Mənsumə ona yaxında kafe varsa gedib həmin kafedə pivə içməyi bildirmiş və o, Mənsuməni Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən kimə məxsus olmağını bilmədiyi kafeyə aparmışdır. Həmin kafedə Mənsumə ilə əyləşmişlər, Mənsumə pivə içmiş, o, isə 1 ədəd “bizon” içmişdir. Orada olan zaman Mənsumə bildirmişdir ki, imkanı yoxdur və ona Gəncə şəhərinə qayıtmağına kömək etsin. Mənsumə ilə kafedən çıxıb özünə məxsus VAZ 21099 markalı avtomobillə Şəmkir şəhəri, dairəvi yolunu yaxınlığına qayıtmışdır. Həmin vaxt dairəvi yolun yaxınlığında Mənsumə ətrafda bir butka olub-olmadığını və öz telefonunu girov qoyaraq 30-40 manat pul götürməyə imkan olub-olmadığını bildirəndə o, Mənsuməyə özünün gedib bir olarsa edə biləcəyini bildirmişdir. Mənsumə də Bakı-Qazax yolunun Şəmkir şəhəri ərazisindən keçən hissəsində yerləşən Köşkə yaxınlaşaraq 3-4 dəqiqə sonra ona yaxınlaşıb telefonunu qəbul etmədiklərini demişdir. Sonra yolun Gəncə istiqamətində olan köşkə yaxınlaşmış və onun yanına gələrək şəxsiyyət vəsiqəsinin olmamasına görə telefonunu girov kimi qəbul etməmələrini, əgər mümkünsə şəxsiyyət vəsiqəsi ilə telefonu girov qoymasını və pul götürməsini təklif etmişdir. O, razı olmamış və Mənsumə telefonunu ona verərək sabah saat 1-2-yədək telefonunu saxlamasını və səhər ona borclu olduqları 370 manat pulu qaytaracağını demiş, evinə geri qayıtması üçün yol pulu istəmiş və o, 6 manat pul Mənsuməyə vermişdir. Mənsumənin “Honor” markalı mobil telefonunu götürmüşdür. O, oğlu ilə birlikdə Tatarlı kəndinə qayıtmışdır. Sabahısı gün, iki gün ərzində Mənsumənin mobil nömrəsinə zəng etsə də, zəng çatmamışdır. 28 may 2024-cü il tarixdə o, özünə məxsus VAZ 21099 markalı avtomobillə oğlanları Rəşad və Elşadla birlikdə Düyərli kəndinə gələrək Özbək adlı karbürator ustasına avtomobilimdəki karbüratora baxmasını deyərkən iki nəfər polis əməkdaşları onu Şəmkir rayon PŞ-nin Zəyəm PB-nə aparmışlar. O, 4 ay bundan əvvəl 6-7 dəfə narkotik vasitənin marixuana növündən istifadə etmiş, axırıncı dəfə Tovuz rayon PŞ-nin əməkdaşları narkotik vasitə istifadə etdiyinə görə və üzərində saxlamağına görə şübhəli şəxs kimi tutulmuş, işi sonradan Tovuz rayon məhkəməsinə göndərilmişdir. Mənsumə və Samir 20 gün bundan əvvəl onlara qonaq gəlib qaldıqları günü səhəri yatdıqları çarpayının alt hissəsindən şpris aşkar etmişdir. Həyat yoldaşı bunun nə olduğunu ona söyləyəndə o, bilmədiyini demişdir. Başa düşmüşdür ki, Samir və Mənsumə narkotik vasitə istifadə edirlər. O, narkotik vasitə istifadə etməmiş, Mənsumənin telefonunu almamışdır. Mənsumə özü təkidlə telefonunu ona verərək sabah saat 1-2-yədək saxlamağını və ona borclu olduqları 370 manat pulu gətirəcəyini bildirmiş, yol pulu olaraq 6 manat Mənsuməyə pul verib yola salmışdır. Xəstləliyi nəzərə alaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, ailəsi ilə yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır, Raminlə arasında heç bir narazılığı və ya ədavəti olmamışdır. Ramini qeyri-rəsmi münasibətdə olduğu X1 vasitəsi ilə tanımışdır. Samir Hüseynovla 3 ildən çoxdur ki, münasibəti olmuşdur. Samir Hüseynov 2024-cü ilin aprel ayında narkotik istifadə etdiyi üçün polis əməkdaşları tərəfindən tutulmuşdur. O, özü də narkotik vasitə istifadə edir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyi barədə məlumatı vardır. 22 may 2024-cü il tarixdə saat 14 radələrində Göygöl rayonu, H.Əliyev prospektində yerləşən evində olan zaman Ramin Hüseynov öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etdiyini görmüş və cavab verdikdə Ramin ona harada olduğunu, onu götürüb bir az söhbət etməyi bildirmişdir. O, telefonda Ramin ilə razılaşmış və Raminə yaşadığı küçədən onu götürməsini bildirmişdir. Lakin Ramin ona Bakı-Qazax yolunun kənarında, Göygöl rayonuna giriş hissəsində yerləşən plakatın yanına gəlməyini və oradan onu götürəcəyini demişdir. O, evdən hazırlaşıb Raminin zəngi əsasında çıxmış və həmin yerə getmişdir. Təxminən çatdığı vaxtdan 20 dəqiqə sonra Təqsirləndirilən şəxs özünə məxsus “VAZ 21099” markalı avtomobillə onun yanına gəlib saxlamış və o, Raminin idarə etdiyi avtomobilə əyləşmişdir. Avtomobildə Ramin onunla hal əhval etmiş, Samirin tutulmasından söhbət etməyə başlamışdır. Ramin avtomobili idarə edərək Bakı-Qazax yolunun kənarında yerləşən DYPB-nin postuna (Şəmkir postu) gəlib çatmışdır. Şəmkir-Qazax yolunun Şəmkir rayonu, Seyfəli kəndi ərazisində yerləşən “Gold” restoranına çatmağa az qalmış yolun Gəncə şəhərindən Şəmkir rayonuna gedən zaman yolun sağında 1-ci plakatın alt hissəsində avtomobili saxlamış və düşərək plakatın alt hissəsindən “Sobranie” markalı siqaretin qutusunu götürüb avtomobilə əyləşmişdir. O həmin qutunun içərisindəkinin “patı” olduğunu bildirib ona açmağını və istifadə etməyini bildirmişdir. O, Raminə bir küçəyə gedib orada istifadə edərik demişdir. Ramin avtomobili idarə edib sonradan ona məlum olan Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Kamran adı ilə tanınan Mirzə adlı şəxsin işlətdiyi otelə getmişdir. Onlar avtomobildən düşərək otelin ikinci mərtəbəsinə qalxmışlar. Həmin ikinci mərtəbədə boş otağa girmişlər. Boş otağın içərisində iki ədəd çarpayı, bir ədəd stol və iki ədəd stuldan başqa heç bir şey olmamışdır. Ramin çarpayıda əyləşərək narkotik vasitə olan patı istifadə etməyə başlamışdır. Həmin vaxt Ramin ona patı çəkməyimi təklif etmiş, lakin o, istəmədiyini bildirmişdir. Ramin ona cibində nəşə olduğunu və onun istifadə etməsini bildirmişdir. O, Raminə yalnız ona pivə içkisi sifariş etməsini istəmişdir. Ramin olduğumuz otaqdan çıxıb ona aşağı düşərək iki ədəd şüşə qabda pivə içkisi gətirmişdir. O, pivə içməyə başlamış, lakin Ramin patı (metamfetamin) çəkmişdir. Ramin psixotrop maddə olan metamfetamin (patı) çəkən zaman onun yanında gəlib əyləşməyini bildirmişdir. O, Raminə narazılıq etmiş və getməyi bildirmişdir. Ramin ona “yaxşı-yaxşı” deyərək gedəcəklərini bildirib birlikdə oteldən çıxmışlar və Raminə məxsus “VAZ 21099” markalı avtomobilə əyləşmişlər. Ramin ona bildirmişdir ki, narkotik vasitə istifadə edib, yolda onu polislər saxlaya bilər, onu öz kəndlərinin içərisindən Gəncə şəhərinə yola salacağını bildirmişdir. O, Raminə inanmış və Ramin avtomobili öz yaşadığı Şəmkir rayonu, Tatarlı kəndi istiqamətində idarə etməyə başlamışdır. Ramin avtomobili idarə edib onu həmin kənd ərazisində yerləşən dərə kimi yerə gətirmişdir. Həmin təpə olan ərazi yola yaxın olmuş və kənardan avtomobillərin keçdiyi görünmüşdür. Ramin avtomobili saxlamış və avtomobildən yerə düşmüşdür. Ramin avtomobilin arxa yük yerini açıb-örtmüş və onun yanına yaxınlaşmışdır. Ramin ona yük yerindən psixotrop maddə olan patını götürdüyünü və birlikdə istifadə etməyi bildirmişdir. O, istifadə etməyəcəyini bildirən zaman Ramin ona həmin vaxt psixotrop maddə matemfetamini (patı) Ramin üçün yandırmağı demişdir. O, Raminə patını yandırıb vermiş və Ramin istifadə etməyə başlamışdır. Ramin psixotrop maddə olan patını istifadə edən zaman həmin kənd ərazisindən keçən yoldan polis əməkdaşlarına məxsus avtomobildə olan sayrışan işıqları görmüşlər və Ramin qorxaraq “məni satdın” deyib əsəbləşmişdir. Həmin vaxt Ramin əlində oyun oynadığı “Honor 8” markalı mobil telefonunu almışdır. O, Ramindən telefonu almağa cəhd etsə də Ramin yumruqla onun sifət nahiyəsinə sillə və yumruqla dəfələrlə vurmağa başlamış və əli ilə onun sifətindən itələyərək avtomobilinə əyləşmişdir. O, Ramini güclə sakitləşdirib onu Şəmkir rayonunda dairəvi yolda düşürməsini bildirmişdir. Ramin onu özünə məxsus “VAZ 21099” markalı avtomobilə əyləşmiş və gətirib onu Şəmkir rayonu dairəvi yolda düşürmüşdür. O, həmin yerdən tanımadığı şəxsə məxsus taksiyə əyləşib evə getmişdir. O, 27 may 2024-cü il tarixdə Zəyəm PB-nə getmiş və Raminin onun telefonunu zorla əlindən alması barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Hadisə zamanı Ramin onun əlindən mobil telefonu qəfildən aldıqdan sonra o, telefonu almaq istəmiş, lakin Ramin ona xəsarətlər yetirməyə başlamışdır. Raminin istintaqa verdiyi ifadəsində telefonu könüllü verməsi, tanışı Samirin Ramindən 300 manat borc aldığı üçün girov olaraq qoyduğunu bildirməsi yalandır, Ramin narkotik vasitə patı istifadə edən zaman həmin yerə yaxın yoldan polisə məxsus avtomobildə olan sayrışan işıqları görərək qorxduğu üçün onun əlindən telefonu alaraq onu satdığını bildirdiyi üçün almışdır. Təqsirləndirilən şəxs mobil telefonunu qaytarmış və onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ailəsi ilə Şəmkir rayonu, Tatarlı kəndində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs onun əridir, 2013-cü il tarixdə ailə həyatı qurmuşlar, aramızda rəsmi nikahı var, birgə nikahdan 3 övladı dünyaya gəlib. 2024-cü ilin dəqiq yadımda qalmayan günündə əri Ramin evdə olanda dostu Samir onlara təkbaşına gəlmişdir. Raminin Samirə 350 manat pul verdini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə Şəmkir şəhəri, T.Hüseynov küçəsində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olub ailəsinə saxlayır. O, Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində icarəyə götürüb “Rasiya” adlı kafeni işlədir. Həmin kafe dostu Nail Axundova məxsusdur və həmin otelin sahibi Nail Axundovla rəsmi müqaviləsi var. Şəmkir rayonu, Tatarlı kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir narazılıq və ya ədavət olmamış, münasibətləri yaxşı olmuşdur. 22 may 2024-cü il tarixdə saat 19 radələrində oteldə olanda Ramin yanında bir qadınla gəldiyini görmüş, həmin vaxt Ramin ona yaxınlaşaraq həmin qadınla birlikdə əyləşəcəyini və onlara qulluq göstərməsini xahiş etmişdir. O, Ramin və qadını otelin ikinci mərtəbəsində yeyib içmək üçün otaq kupe vermişdir. Onlar oteldə təxminən bir saat əyləşərək pivə içmişlər. Sonra Ramin sonradan adını bildiyi Mənsumə adlı qadınla birlikdə oteldən çıxıb “VAZ 21099” markalı avtomobilə əyləşərək getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəmkir rayon polis şöbəsinin Zəyəm PB-nin PPX-nin polis nəfəri vəzifəsində xidmət edir, polis serjantı rütbəsi daşıyır. Mənsumə Əsəgərovanı tanımır, əvvəllərdə tanımamışdır. 27 may 2024-cü il tarixdə Şəmkir rayon PŞ-nin Zəyəm PB-də xidmətdə olan zaman sonradan adını bildiyi Mənsumə Əsəgərovanın yaxınlaşaraq şikayət ərizəsi ilə müraciət etmək istədiyini bildirmiş və kömək etməyini xahiş etmişdir. O, Mənsumə adlı qadına nə baş verdiyini soruşanda ona Şəmkir rayonu, Tatarlı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən döyülərək mobil telefonunu əlindən aldığını bildirmişdir. O, xanımı bölmədə xidmətdə olan təhqiqatçı Elnur Sadıqovun xidməti otağına aparmışdır. Təhqiqatçı tərəfindən ərizə və izahatı alınan zaman Təqsirləndirilən şəxs tərəfindən Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində yerləşən Mirzə adlı şəxsə məxsus oteldə pivə içdiklərini və Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin qəbul etdikdən sonra Ramin onu özü ilə Tatarlı kəndinə apardığını və heç kimin olmadığı yerdə onu polis əməkdaşlarına satdığını deyib döyərək əlindən “Honor” markalı mobil telefonu aldığını bildirmişdir. Həmin vaxt qadının sifət nahiyəsində xəsarətlər olduğunu görmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, 27 may 2024-cü il tarixdə Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Elnur Sadıqov tərəfindən Şəmkir rayonu, Tatarlı kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə sonuncunun iştirakı ilə baxış keçirilmiş, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Honor” markalı mobil telefon götürülmüş, bu barədə protokol tərtib olunmaqla foto şəkil çəkilmiş və baxışın video görüntüsü qeydə alınaraq disk protokola əlavə edilmişdir. 28 may 2024-cü il tarixli 469 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağ gözətrafı yumşaq toxumaların dərialtı hematoması, sol gözaltı nahiyənin, hər iki bazu nahiyəsinin bayır səthinin qançırları, sol çənəaltı nahiyənin və boyunun sol yan səthinin sıyrıqları KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti 22 may 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ gözətrafı yumşaq toxumaların dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sol gözaltı nahiyənin, hər iki bazu nahiyəsinin bayır səthinin qançırları, sol çənəaltı nahiyənin və boyunun sol yan səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. xx.xx.2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, İstintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ifadələri arasında mühüm ziddiyyət olduğuna görə onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı hər iki şəxs istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişlər. Üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı 22 may 2024-cü il tarixdə onu döyməsini və əlindən mobil telefonunu əlindən almasını demiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs üzünə qarşı onun dediklərini təsdiq etmədiyini, 22 may 2024-cü il tarixdə onu döymədiyini və telefonunu əlindən almadığını, telefonu özünün borcu qaytarana kimi müvəqqəti ona verdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, müstəntiq tərəfindən X2 iştirakı ilə sonuncuya qarşı soyğunçuluq cinayətinin törədildiyi və digər hadisə yerlərinə baxış keçirilmiş, və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Şəmkir rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128, 132, 66.2-ci maddələri ilə təqsirli bilinib 300 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və xx.xx.2012-ci ildə cərimə tam ödənilmiş, Gəncə Ağır cinayətlər məhkəməsinin xx.xx.2011ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən məsuliyyətdən və cəzadan azad edilərək haqqında ümumi tipli psixiatriya stasionarda məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilmiş, Tovuz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 29 avqust 2024-cü il tarixli 9/6436 №-li rəyin nəticə hissəsindən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Honor” markalı, “CRT-LX7” modelli, “100 MP ultra” kameralı mobil telefonun respublikası daxili orta bazar satış qiymətləri nəzərə alınmaqla 2024-cü ilin may ayına olan bazar qiyməti nəzəri qaydada hesablanma yolu ilə təxminən 250 manat olması müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı soyğunçuluq hərəkətləri etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 180.2.4-cü maddəsinə əsasən Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şəmkir Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli qərarı ilə ev dustaqlığının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla üç ay müddətinə evdustaqlığı qətimkan tədbiri seçilmiş, Şəmkir RPŞ-nin polisin nəzarətinə vermə qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin gününə gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməsi, dəyişdirilməsi və seçilməsi (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 19 may 2024-cü il tarixdən hesablanmalıdır. X4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni güvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1(062)-143/2023 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Onun cəzasında 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün cəzası saxlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 794/2025 nömrəli Şəmkir rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Tovuz Rayon Məhkəməsinin 1(062)- 143/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış və hazırda hökm üzrə təyin edilmiş cəzasından 01 il 02 ay 20 gününü çəkmiş, çəkilməmiş qalan hissəsi 1 il 09 ay 8 gün təşkil etmişdir. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Həmin məcəllənin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 02 (iki) gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq, 10 (on) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM–in 67.1–ci maddəsinə əsasən 10 (on) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə onun üzərində saxlanılmış 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi 18 saat hüquqi yardıma görə 140 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM–in 68.1.1–1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 02 (iki) gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq, 10 (on) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM–in 67.1–ci maddəsinə əsasən 10 (on) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə onun üzərində saxlanılmış 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməklə, ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzasının əvvəli 19 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs cinayət hadisəsi törətdiyi yerə baxış keçirən zaman çəkilən videogörüntülərin qeydə alındığı DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 18 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 140 (bir yüz qırx) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir rayon saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar