Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-77/2023 07.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.1997-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş Qazax şəhəri, Azadlıq küçəsi ev 65-də qeydiyyatda olan, Qazax şəhəri, N.Nərimanov küçəsi ev 16-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəllər aralarında yaranmış mübahisə səbəbli xx.xx.2021-ci il tarixdə gecə saat 00:46:37-dən 01:33:36-dək olan vaxt ərzində Ağstafa rayonu, Qarahəsənli kənd sakini Şahid1 məxsus fərdi yaşayış evində Zərərçəkmiş şəxs əvvəlcə yumruqla sifət nahiyəsinə 1 dəfə vurmuş, daha sonra Zərərçəkmiş şəxs otağın içərisinə doğru itələmiş, otaqda olan divanda oturtmaqla əli ilə bədəninin müxtəlif nahiyyələrinə vurub ona sol gözün alt səthində hematomalı qançır, sol gözün ağlı qişasına qansızma, məməyəbənzər çıxıntı nahiyyəsinin şişkinliyi, xarici qulaq keçəcəyinin zədələnməsi, qan axması ilə müşayət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yuxarıda qeyd olunan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, ekspert rəyləri və iş materialları ilə məhkəmə istintaqında tam sübut yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona irəli sürülmüş Azərbaycan Respublikasının CM-nin 145.2.5-ci maddəsində təqsirli bilməyərək, verdiyi ifadəsində göstərdi ki, Ayanla onun arasında heç bir ədavət, düşmənçilik olmamış və onu xx.xx.2021-ci il tarixindən tanımışdır. Şahid1 və onun uşaqlarını isə əvvəllər uzaqdan tanımışdır. Onun Xəyalə ilə yaxın münasibəti olmamışdır, lakin ailəsinin onunla münasibəti olmuşdur. Belə ki, onlar Xəyalədən toyuq almışlar. O, “0066” taksi şirkətində işləmişdir. Xəyaləni bir neçə dəfə taksi kimi aparmışdır. Həmin vaxt taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2021-ci il tarixdə taksi kimi Ağstafa rayonu, Qarahəsənli kəndinə çağırışa getmişdir. Ağstafa rayonu, Qarahəsənli kəndinə çatan zaman idarə etdiyi “VAZ 2104” markalı “**-CE-***” dövlət qeydiyyat nişanlı avtomobilinə sonradan tanıdığı Şahid1 və onun iki azyaşlı oğlu əyləşərək avtomobili Ağstafa rayonu, Kolxəlifəli kəndinə sürməsini istəmişlər. Bu zaman onun idarə etdiyi avtomovilin arxası ilə ağ rəngdə “Mercedes Sprinter” markalı avtomobilin gəldiyini görmüşdür. Ağstafa rayonu, Kolxəlifəli kəndindən Xəyalənin rəfiqəsi Sevinci götürüb, Xəyaləgilə qayıdarkən avtomobilinin yan güzgüsündən ağ rəngdə “Mercedes Sprinter” markalı avtomobilin hələ də onun idarə etdiyi avtomobilin arxasınca gəldiyini görmüşdür. Adını sonradan bildiyi Ayan Pirli yolunda işarə edərək ondan avtomobilini saxlamasını istəmişdir. O isə avtomobili saxlamadan, yoluna davam etmişdir. Yolda gedən müddətdə sözü gedən avtomobil onu iki dəfə gah sağdan, gah da soldan ötərək, yolda ona qəza şəraiti yaratmışdır. Həmin avtomobil Ağstafa rayonu, Pirli kəndi ərazisində qəfildən onun idarə etdiyi avtomobilin qarşı tərəfinə keçərək qəfil tormoz etmişdir. Onun idarə etdiyi avtomobil az qala yoldan çıxıb aşma vəziyyətinə gəlmişdir. Həmin vaxt həmin şəxsin Xəyalənin qeyri-rəsmi yaşadığı Qazax şəhər sakini Ayan olduğunu bilmişdir. Xəyalə ona “maşını saxla görüm bu nə istəyir” demişdir. Ona görə də avtomobili yolun kənarında saxlamışdır. Həmin vaxt Ayan da avtomobilini saxlayıb, avtomobilin sükanı arxasından düşərək onun avtomobilinə yaxınlaşmış və avtomobilin arxa sol qapısını açaraq, Xəyaləni zorla avtomobildən düşürmüşdür. Ayan zorla Xəyaləni avtomobildən düşürdükdən sonra onlar əlbəyaxa olmuşlar. Ayan əli ilə Xəyalənin başına, bədəninə zərbələr vurmuşdur. Bu zaman əvvəlcə Sevinc, sonra isə o, avtomobildən düşərək onlara yaxınlaşmışdır. O, Zərərçəkmiş şəxs “imkan ver aparım mənzilinə çatdırım sonra söhbət edərsiz” demiş və Ayanı Xəyalədən ayırmışdır. Həmin zaman Ayan onun sinəsindən itələyərək nalayiq söyüşlə “sənlik deyil sən aralıda dur” demişdir. O, yenə də Ayanı buraxmamış, Xəyalə və uşaqlarını avtomobilə mindirməyə çalışmışdır. Bu zaman Ayan yenə də Xəyalənin ünvanına nalayiq söyüşlər söyərək “sizin ad gününüzü qara gətirəcəm” dediyi üçün o əsəbləşmiş və Ayanın sifət nahiyyəsinə bir dəfə sillə ilə, sonra isə yumruqla vurmuşdur. Onunla Ayan dalaşan zaman Xəyalə Ayana məxsus Sprinter markalı avtomobilin qabaq aynasını daşla vuraraq sındırmışdır. Bundan sonra Xəyalə və Sevinc onu və Ayanı ayırmış və Ayan öz avtomobilinə tərəf getmişdir. O da öz avtomobilində sükan arxasında oturub hərəkətə davam etmişdir. Ayan yenə də öz avtomobili ilə Ağstafa rayonu, Düz Qışlaq kəndinə qədər onu təqib etmişdir. O, Xəyaləni və iki oğlunu, eyni zamanda Sevinci Xəyalənin yaşadığı evə düşürmüş və Qazax şəhərinə qayıtmışdır. O, 07 yanvar 2021-ci il tarixdə Xəyalə ilə 16 dəfə hadisə ilə bağlı danışmış, 08 yanvar 2021-ci il tarixdə isə olanları evdəkilərə demişdir. Həmin gün Xəyalə ilə evdə ailə üzvləri danışmışlar. Həmçinin onun nömrəsində paket olduğuna görə evdəkilər çox danışan zaman əsasən onun telefonu ilə danışmışlar. Həmin gün 36 dəfə anası və Xəyalə bir-birləri ilə danışmışlar. O, Xəyalə ilə Ayan onu polisə verdikdən sonra daha çox danışmağa başlamışdır. xx.xx.2021ci tarixdə o, Ayana zəng vurmamışdır. xx.xx.2021-ci il tarixdə Ayana zəng vurmuşdur. O, Ayana dalaşmaq məqsədi ilə zəng vurmamışdır. Ayana zəng vurmaqda onun fikri niyə Xəyaləni onun avtomobilindən düşürüb vurmasını aydınlaşdırmaq olmuşdur. O, Ayana zəng vurub deyəndə sonuncu yaxşı etdiyini bildirmiş və telefonu söndürmüşdür. Daha sonra o, Ayana zəng vuranda o, telefona cavab verməmişdir. O, bir-iki dəfə yığmış lakin onun telefonuna zəng çatmamışdır. O, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Ayana zəng vura bilərdi, lakin niyə zəng vurduğunu xatırlamır. O, Ayanla təxmini olaraq dava-dalaş və Xəyalə haqqında danışmış, lakin tam olaraq 23 dəqiqə Ayanla nə danışdığı yadında deyil. Bundan sonra Ayanın nömrəsini kimnənsə tapmış, lakin hardan tapdığını xatırlamır. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-**, ***-***-**-** telefon nömrələrindən birinə ***-***-**-** mobil telefon nömrəsi ilə zəng etmiş və ona adının Ayan olduğunu demişdir. O da Ayandan nəyə görə zəng etdiyini soruşmuşdur. Ayan da ona “dünən yanındakı qız bacın idimi, tərəfini saxlayırdın” demişdir. O da Ayana “yox sənin bacın idi” demişdir. Ayan isə ona “tələsmə sənin var yoxunu” deyə nalayiq sözlər deyərək, telefonu söndürmüşdür. Bundan sonra o, bir neçə dəfə Ayana zəng etsə də nömrəsinin “bloka” atıldığını bilmişdir. O, Ayanla xx.xx.2021-ci il tarixdə və Ayan onu polisə verdikdən sonra danışmışdır. O, Ayana xx.xx.2021-ci il tarixdə zəng vurarkən Qazax şəhərində olmuşdur. Ayanı xx.xx.2021-ci il tarixdə şöbədə görmüş, buna qədər isə onunla telefonla danışmışdır. Ayan yalan məlumat verərək onu şərləmişdir. O, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Ayana zəng vurmuş ola bilər, lakin niyə zəng vurduğunu xatırlamır. O, xx.xx.2021ci il tarixdə Zərərçəkmiş şəxs görməmiş və onu döyüb videoya çəkməmişdir. xx.xx.2021-ci il tarixdə hadisədən sonra Xəyalənin evinə getmiş, lakin onun evinə girməmiş, yalnız həyətinə getmişdir. Ayanın ona qarşı qəsdi qərəzliyi olmamışdır. Sadəcə Xəyalə və Ayanı araladıqda sonuncu ona söydüyü üçün o da onu vurduğuna görə belə olmuşdur. O həmin günə qədər Ayanı tanımamışdır. xx.xx.2021-ci il tarixdə günorta saatlarında Ayan ona zəng edərək onu təhqir etmişdir. O, Ayana davadan sonra gündüz vaxtları zəng vurmuş. Ayan onu polisə verdikdən sonra bəlkə də axşam ona 23:40 da zəng vurmuş lakin tam yadında deyil. Ayanın qeyd etdiyi market onun yaşadığı evin yan tərəfində yerləşir. Demək olar ki, hər gün, gündə bir neçə dəfə həmin mağazaya gedir, oradan ərzaq məhsulları və içkilər alır. O, taksi kimi işləyəndə hərbiçilər ona sifariş vermiş, o da həmin ərzaq məhsullarını alıb aparmışdır. Həmin məhsulları isə yalnız “Anar” marketdən almışdır. Daha sonra məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək çıxışında göstərdi ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə ərzində Ağstafa rayonu, Qarahəsənli kənd sakini Şahid1 məxsus fərdi yaşayış evində olarkən Zərərçəkmiş şəxslə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyyəsinə əli ilə vuraraq ona yüngül xəsarət yetirmişdir. Ayan Şahid1 evinə könüllü gəlmiş, onu evdə zor tətbiq etməklə iradəsi əleyhinə saxlamamışdır. Bir sözlə Zərərçəkmiş şəxs qanunsuz azadlıqdan məhrum etməmiş, ona qarşı belə bir niyyəti olmamışdır. Həmin vaxt aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə yumruqla vuraraq yüngül xəsarət yetirdiyinə görə əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Odur ki, məhkəmədən əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ona məxsus Mersedes-Sprinter markalı “**-FD-***” dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili ilə yük daşıyır. O, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən tanıyır, onunla aralarında əvvəllər heç bir ədavət, düşmənçilik olmamışdır. Ağstafa rayonu, Qarahəsənli kənd sakini Şahid1 isə uzun müddətdir tanıyır, onunla qeyri rəsmi münasibəti olmuşdur. Xəyaləni 2019-cu ildən tanımış, 2 ilə yaxın onların arasında ər-zrvad münasibətləri olmuş, o Xəyalə gilə gedib-gəlmiş, həmçinin Xəyalənin uşaqları Rəvan və Süphan onun Xəyalə ilə olan münsaibətlərini bilmiş və onu ata kimi qəbul etmişdir. O, Xəyaləni sərhəd keçid məntəqəsindən tanımış belə ki, o alverlə məşğul olmuş əvvəllər Xəyalədə alver etmiş onu oradan tanımışdır. xx.xx.2021-ci il tarixdə Xəyalənin ad günü olmuş və onu bilmişdir. Lakin həmin vaxt Xəyalə ilə aralarında soyuqluq olmuşdur. xx.xx.2021-ci il tarixdə təxminən saat 16 radələrində Xəyalənin böyük oğlu Şahid2 ***-***-**-** mobil nömrəsindən ona sosial şəbəkədə olan “whatsapp” vasitəsi ilə mesaj yazaraq həmin gün anası Xəyalənin ad günü olduğunu və Xəyalənin rəfiqəsigilə getdiyi üçün gəlib onu götürməsini istəmişdir. O isə həmin vaxt Qazax şəhərindən çıxaraq özünə məxsus olan “Mercedes Sprinter” markalı “**-FD-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağstafa rayon, Qarahəsənli kəndinə getmişdir. O, Qarahəsənli kəndinə Qazax şəhəri istiqamətdən, yəni Qazax rayon Hüseynbəyli kəndi tərəfdən gəlmişdir. O, Qarahəsənli kəndinə yox, Ağstafa rayon Kolxəlifəli kəndi istiqamətində getmişdir. Yolda gedən zaman Xəyalənin oğlu Sübhan onunla yenidən telefon vasitəsi ilə əlaqə saxlayaraq Qarahəsənli kəndinə qayıtdıqlarını bildirmişdir. O, Qələndərin avtomobili ilə yolda rastlaşmış. Ona maşının rəngini və nömrəsini Xəyalənin oğlu Süphan demiş. O yolda maşını görmüş və arxasınca gəlmişdir. O, Ağstafa rayon Pirili kəndindən keçən zaman “VAZ 2104” markalı avtomobilin ona işarə edərək saxlamasını istədiyini görmüşdür. O isə avtomobili yolun kənarına sürərək saxlamışdır. O, avtomobildən düşən kimi Xəyalə daşı götürmüş və avtomobilinin qabaq şüşəsini vurub sındırmışdır. Xəyalənin oğlu Süphan avtomobildən düşərək, ona məxsus avtomobilə minmiş, Xəyalə isə bundan əsəbləşərək, onun avtomobilinin süşşəsini sındırmışdır. Həmin vaxt Xəyalənin digər oğlu Rəvan bir şey etməmiş. Qələndərin avtomobilində Xəyalənin padruqası Sevincdə olmuş lakin o da heçnə etməmişdir. O, xx.xx.2021-cil il tarixdə Xəyaləni döyməmiş, həmin gün Qələndər onu vurmamış sadəcə itələşmişdir. Həmin vaxt nə Xəyalə ilə, nə də Qələndərlə aralarında heç bir mübahisə və dava-dalaş olmamışdır. O həmin vaxt Qələndərlə sadəcə itələşmişdir. Həmin vaxt Qələndər onu vurmamışdır. Daha sonra isə o, oradan uzaqlaşaraq Sübhanla birlikdə Qazax şəhərinə gəlmişdir. Onlar Qazax şəhərində çay evində olmuşlar. O axşam saat təxminən 23:30 radələrində süphanı Qarahəsənli kəndinə evlərinə düşürmüş. Dava isə Pirili kəndində kəndin çıxacağında saat 15-16 radələrdində olmuşdur. O, Xəyaləyə özünün artıq telefonu olan samsung A10 S markalı smartfon telefonunu vermişdir. xx.xx.2021-ci il tarixdə O, Xəyaləyə telefonunu verməsi barədə zəng vurmuş lakin Xəyalə onun telefonunu verməmişdir. O buna görə Xəyaləgilə getmişdir. Bu zaman Xəyalə onun maşınının qabaq aynasına yenidən daş vurmuşdur, həmin vaxt Xəyalənin uşaqları evdə olmamış evdə yalnız Xəyalə olmuşdur. Xəyalə onun telefonunu verməmiş o da buna görə Xəyalədən şikayətçi olmuş, həmçinin Xəyalə də ondan şikayətçi olmuşdur. Qeyd etdiyi vaxt Xəyalənin evinin qapısı sınmamışdır. xx.xx.2021-ci il tarixdə saat 23:40-da isə Qələndər onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə ***-***-**-** nömrəsindən zəng edərək onunla işi olduğunu bildirmişdir. Həmin vaxt o, evdə olmuşdur. O, Qələndərə “gecdi get səhər görüşüb söhbət edərik, gecənin bu vaxtı nə söhbət edəcən” demişdir. Qələndər isə israrla onunla görüşməsini istəmişdir. Sonda o, yol yaxın olduğu üçün və maşınında yük olduğu üçün Qələndərin dediyi Qazax şəhəri, Azadlıq küçəsində işıqforun yanına piayada getmişdir. Həmin vaxt Qələndər özü idarə etdiyi “VAZ 2104” markalı “**- CE-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmişdir. Həmin zaman Qələndər ona “gəl otur maşına söhbət edək” demişdir. O, “hara gedirik gəl burda söhbət edək” demişdir. Qələndər ona “Maşına otur gedək” demişdir. O da Qələndərin avtomobilinə oturmuşdur. O, Qələndərin maşınına oturanda saat təxminən 24:00 radələri olmuşdur. O, avtomobilə oturduqdan sonra Qələndər avtomobilini işə salaraq Qazax şəhər mərkəzində H.Əliyev prospektində təmirə getdiyi üçün Qazax şəhər stadionu tərəfdən idarə etmiş və Qazax şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən “Anar” marketin qarşısında avtomobili saxlayıb, avtomobildən düşüb “Anar” marketdən iki ədəd “bizon” enerji içkisi və bir ədəd qazlı su alaraq yenidən avtomobildə sükan arxasında yola davam edərək, Ağstafa rayonu, Qarahəsənli kəndi istiqamətində idarə etmişdir. Yolda hərəkətdə olarkən o, Qələndərdən hara getdiyini soruşduqda, Qələndər ona Qarahəsənli kəndinə Xəyaləgilə gedib orada söhbət edəcəyini bildirmişdir. O isə Qələndərə “Xəyalənin evinə getməyə ehtiyac yoxdur, söhbətini Qazax şəhərində et” deyərək etirazını bildirmişdir. Qələndər isə razılaşmayaraq, yoluna davam etmişdir. Onlar təxminən 10 dəqiqə yolda olmuşlar və yolda olarkən Qələndər telefonla Xəyalə ilə danışmış lakin onun özünə bir şey deməmişdir. Onlar Xəyaləgilə gəldikdə təxminən saat 00:20 radələri olmuşdur. Xəyalənin evinin darvazası olmamışdır. Qələndər avtomobildən düşmüş və onun oturduğu tərəfin qapısını açaraq onu qolundan tutub düşürmüş və zorla evə tərəf aparmışdır. Qələndər onun sağ qolundan tutub çəkərək aparmış, onun bir əli açıqda olmuş, onun əlindən çıxmaq üçün dartınmış, lakin sol əlindən istifadə etməmişdir. Həmin vaxt onlar arasında dava-dalaş olmamışdır. Xəyalə evin qapısını açmış, Qələndər isə onu evə salmışdır. Həmin vaxt evdə Xəyalə və onun iki oğlu olmuşdur. Qələndər Xəyaləyə qapını bağlamasını və açarı ona verməsini demişdir. Həmin vaxt Qələndər ona “İndi sənə göstərəcəm ki, səni niyə bura gətirmişəm” demişdir. Xəyalə də həmin vaxt ona “sən bilmirdinmi səni aldadıb belə gətirəcəyik” demişdir. Elə həmin vaxt Qələndər onun ilkin olaraq sifət nahiyəsinə sol gözünə bir neçə dəfə yumruq ilə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt o, Qələndərin əlindən çıxıb qapıya tərəf qaçmış və qapını bağladıqları üçün çölə çıxa bilməmişdir. Qələndər yenidən qapının yanında onu tutub evin zalına keçirtmişdir. Evin zalına keçən zaman Qələndər onu itələmiş və nəticədə zalın qapısının şüşəsi sınmışdır. Bundan sonra Qələndər onu zorla zala salaraq, zalda vura-vura divanda otuzdurmuş və telefonunu çıxararaq, telefonu ilə onu video görüntülü çəkib təhqir etmiş və daha sonra onları video görüntüyə çəkməyə davam etmələri üçün həmin telefonu Xəyalənin kiçik oğlu Rəvana, daha sonra isə Xəyalənin özünə vermişdir. Bundan sonra telefonda video çəkilişi ola-ola yenidən Qələndər onu oturtduğu divanda yarım saat döydükdən sonra o özündə olmamış və huşunu itirmişdir. Daha sonra isə onun halı pisləşmiş, burnundan və qulağından qan gəlmişdir. Bunu görən Qələndər ondan aralanmışdır. O isə təxminən 5-10 dəqiqə divanda oturub özünə gəldikdən sonra evin qapısının açıldığını eşitmişdir. O özünə gələndə zalda heç kəs olmamışdır. Xəyalə və uşaqlarının digər otaqda olduqlarını, həmçinin Qələndərin də digər otaqda olduğunu və evin qapısının açıq olduğunu görmüşdür. Ona həmin vaxt heç kəs bir söz deməmişdir. O sakitcə ayağa qalxıb evdən çıxıb getmişdir. Daha sonra taksi fəaliyyəti olan “0066” xidməti ilə əlaqə saxlayıb çağırış etmişdir. Taksi yolu tanımadığı üçün o, kəndin dayanacağına getmişdir. Onu ** CP *** dövlət qeydiyyat nişanlı qırmızı rəngli “Mercedes w202” markalı avtomobil gəlib götürmüşdür. O, taksiyə minib yaşadığı evə gəlmişdir. Hadisə ilə bağlı taksi sürücüsünə heç bir şey deməmiş, həmçinin əli ilə sifət nahiyəsini tutmuşdur. Həmin gün ailə üzvlərinə heç bir söz deməmiş, səhəri gün isə arvadı bu barədə atasına bildirmişdir. Hadisədən qabaq, yəni xx.xx.2021-ci il tarixdən əvvəl Qələndər ona 2-3 dəfə zəng vurmuşdur. O, Qələndərə zəng vurmamış, ümumiyyətlə onun telefon nömrəsini bilməmişdir. Bununla yanaşı qeyd edir ki, Xəyalə yalan danışmış, xx.xx.2021-ci il tarixdə o, Qələndərin avtomobilini saxlatmamış, əksinə Qələndər onun avtomobilinə işarə verərək saxlatmışdır. O, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs cəza təyin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. O, Zərərçəkmiş şəxs Qazax rayon X16 Keçid məntəqəsində işləyərkən tanımışdır. Daha sonra isə o, Zərərçəkmiş şəxslə qeyri-rəsmi olaraq birlikdə yaşamışdır. Əvvəllər onun Zərərçəkmiş şəxslə münasibəti normal olmuş, aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs ailəsində problem olduğu üçün onların münasibətləri pozulmuşdur. Belə ki, Ayanın ailə üzvləri Ayanın onunla münasibətini bilib, Ayanı evə buraxmaması üçün ona təsir göstərməyə başlamışlar. O da ona görə Ayana ayrılmağı təklif etmiş, lakin Ayan ondan yenə də əl çəkməmişdir. Belə ki, demək olar ki, hər gün yaşadığı evə gələrək evin pəncərəsinin yanında gecə saat 03-04 radələrindək gözləmiş və onu evə buraxmasına görə yalvarmışdır. O isə Ayanı evə buraxmamışdır. O, bununla bağlı Ayanın atasına dəfələrlə zəng vurmuş və Ayanın maşının şəkillərini çəkərək onu atasına göndərmiş, Ayana bu haqqda evdə təsir olduqdan sonra, Ayan artıq maşınını uzaqda saxlayaraq ona məxsus evə piyada gəlmişdir. Belə bir hal xx.xx.2021-ci il tarixdə də olmuşdur. Belə ki, həmin gün onun ad günü olduğu üçün rəfiqəsi Sevincə zəng edib ad gününə dəvət etmişdir. Sevinc ona avtomobili olmadığı üçün gələ bilməyəcəyini demişdir. O da Sevincə “Hazırlaş taksi ilə gəlib səni götürəcəm” demişdir. O, xx.xx.2021-ci il tarixdə Qələndərin özünə zəng vurmuşdur. Bir qədər sonra taksi yaşadığı ünvana gəlmiş, o, yetkinlik yaşına çatmamış oğulları Sübhan və Rəvanla birlikdə sonradan tanıdığı Qələndər adlı şəxsin idarə etdiyi VAZ-2104 markalı taksiyə minib Sevincin yaşadığı Ağstafa rayonu Kolxəlifəli kəndinə getmişdir. Sevinci götürüb yaşadığı evə qayıdarkən yolda Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Sprinter” markalı avtomobilini onların olduğu taksinin arxasınca idarə etməyə başlamışdır. Ayan yolda avtomobili ilə onların içərisində olduğu taksinin gah yan tərəfi ilə, gah da qarşısına keçərək, taksini saxlatmağa çalışmışdır. Nəticədə Ayan idarə etdiyi avtomobili onların içərisində olduğu avtomobilin üzərinə sürüb saxlamasını tələb etmişdir. Taksi sürücüsü Qələndər avtomobili saxlamaq istəsə də o, Qələndərə avtomobili saxlamamasını demişdir. xx.xx.2021-ci il tarixdə Ayan maşınla taksinin arxası ilə gələn vaxt o, Ayanın atası Oruca zəng vurmuş, Ayanın yenə gəldiyini və Ayanın etdiklərini demiş, Ayanın atası ona özünün Ayana zəng vurub deyəcəyini bildirmiş, lakin Ayan yenə maşını taksinin soluna və önünə çəkərək onları saxlatmışdır. Ayan maşınını onların maşının önündə saxlamışdır. Qələndər avtomobili bir qədər qarşıda, yəni Ağstafa rayonu, Pirli kəndi ərazisində saxlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs avtomobilindən düşüb onun olduğu avtomobilin yanına gələrək avtomobilin arxa sol qapısını açıb onun qolundan və saçından tutaraq çəkib onu avtomobildən yerə düşürmüşdür. Ayan onu sürütləyərək öz maşınına aparmağa çalışmış, bu zaman o yıxılmış, əli palçıq olmuşdur. Daha sonra o ayağa qalxaraq Ayanı itələmişdir. Bundan sonra Ayan onu təhqir edərək sillə, yumruq və təpiklə vuraraq döyməyə başlamışdır. O, Ayanın əlindən qaçıb yerdən daş götürərək onun idarə etdiyi avtomobilin ön pəncərəsinə vurmuş, avtomobilin ön şüşəsi çatlamış, lakin tam sınmamışdır. Həmin vaxt rəfiqəsi Sevinc, uşaqları Sübhan, Rəvan və taksi sürücüsü Qələndər avtomobildən düşüb onların aralamışdır. Həmin vaxt Qələndər Ayana "qardaş imkan ver müştərini ünvana aparıb düşürüm evinizdə söhbətinizi edərsiz” demişdir. Ayan Qələndərə “sən qarışma sən kimsən” deyib Qələndərin qolundan itələyib yenidən onun üzərinə hücum edib döyməyə başlamışdır. Bundan sonra Ayan Qələndərin ünvanına nalayiq söyüşlər söydüyü üçün Qələndər və Ayan əlbəyaxa olmuş, bir-birilərinə əlləri ilə zərbələr vurmuşlar. O, Qələndərin Ayanı sifətindən bir dəfə yumruqla vurmasını və həmin vaxt Ayanın burnunun qanamasını görmüşdür. O və Sevinc yenə də onların dava-dalaşına müdaxilə edərək aralamışlar. Bundan sonra Ayan avtomobilinə minib həmin yeri tərk edib getmişdir. Onun oğlu Süphan onlarla getmiş, Ayanın maşını ilə getməmişdir. Onlar da taksiyə minib yaşadığı evə getmişlər. Taksi onları evlərinə düşürüb çıxıb getmişdir. Həmin gün o rəsmi olaraq heç bir yerə şikayət etməmişdir. Bundan sonra, yəni xx.xx.2021-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı Ağstafa rayon Qarahəsənli kəndində evdə olarkən Zərərçəkmiş şəxs yaşadığı evə gəlmişdir. Ayan evinə gələn vaxt o, evin bağında oldmuşdur. O, Ayanın gəldiyini bilib bağdan evə gəlmişdir. Evə gələn zaman Ayanın özbaşına evinə daxil olduğunu, “Samsung A10 S” markalı telefonunun qaz sobasının üzərində olmadığını, Ayanın telefonu götürüb, yataq otağına keçdiyini görmüşdür. Ona görə də o da yataq otağına keçmiş və telefonunu Ayanın əlində görmüşdür. Otaqda ayaq üstə durmuşdur. O, Ayanı görən kimi ona “telefonumu qaytar, sən kimsən mənim evimə giribsən?” demişdir. Ayan da ona “ay totu gəl barışaq, qışqırıb səs-küy salma” demişdir. O da Ayana “atangil mənə səni mənim çağırdığımı deyirlər, çıx mənim evimdən get” demişdir. Ayan isə evdən çıxmaq istəməmiş və ona yaxınlaşmaq istəyəndə o, Ayanı əli ilə itələmişdir. Bundan sonra o, telefonu Ayanın əlindən almaq istəyəndə, Ayan telefonu ona verməmiş və digər əli ilə onu arxadan boğaraq yerə yıxmışdır. Bu zaman o, Ayanın əlini dişləyib, onun əlindən çıxaraq oğlu Sübhanın mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Həmin vaxt Ayan yaşadığı evdən qaçaraq avtomobilinə minib getmişdir. DİN-nin 102 xidmətinə zəng etdikdən sonra Ayana zəng edərək telefonunu qaytarmasını bildirmişdir. Ayan isə xx.xx.2021-ci il tarixdə yaşadığı evə gələrək telefonu ona qaytarmışdır. Bundan sonra Ayan xx.xx.2021-ci il tarixdə axşam saat 23:00 radələrində onun evində olmuş və onunla dalaşmışdır. O həmin vaxt Ayanın nə ilə gəlməsini bilməmişdir. Onun evinin dam örtüyündə qırıq yer olmuş, Ayan həmin gün gecə şiferin birini çıxarıb və tavanda olan lombirinin birini-ikisini təpiklə vuraraq sındırıb onun evinə hamamda olan tavandan düşmüş, həmin vaxt o səsə qalxmışdır. Hadisəni uşaqları da görmüşdür. O həmin vaxt ağlamış və tavanı sındırdığına görə dalaşmışlar. Bu zaman Ayan “nə səs-küy salmısan” deyib əli ilə onun sifətinə iki dəfə sillə vurmuşdur. Bu zaman X18 “anamı niyə vurursan” demişdir. Ayan isə ona “uşağının da sənin də ağzını” deyərək nalayıq ifadələr işlədəndə, o daha da əsəbləşmiş və evdə olan bütün qab-qacağı Ayana tərəf atmışdır. Qab-qacaq həm Ayana, həm də divara dəyərək qırılıb yerə tökülmüşdür. Atdığı stəkanlardan bir neçəsi Ayanın başına, sifətinə və çiyninə də dəymişdir. Bu zaman Ayan yenidən onun üzərinə gələrək onu tutmuş və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt hər ikisi evin zalının qapısına dəymişlər və qapının şüşəsi sınmışdır. Bundan sonra o, Ayanı itələyə-itələyə evdən küçəyə çıxarıb, qapını bağlamışdır. Ayan isə xx.xx.2021-ci il tarixə keçən gecə saat 03 radələrinədək evin qarşısından getməmişdir. Belə ki, gah evin pəncərəsini əli ilə vurmuş, gah onu söymüş, gah da “Evə gəlim söhbət edək” demişdir. O isə qapını açmamışdır. Bundan sonra Ayanın səsinin gəlmədiyini görüb yatmışdır. Qələndərlə Ayan bir yerdə ümumiyyətlə onun evinin içərisində olmamışlar. Ayanın hərəkətlərindən o həmin gün də rəsmi olaraq şikayət etməmiş, lakin polis şöbəsinə gəlib təhqiqatçıya məlumat vermişdir. Həmçinin, qeyd edir ki, o, Qələndəri əvvəlcədən tanımışdır. Belə ki, Qələndərin qardaşı ilə onun qardaşı sinif yoldaş olmuşlar, həmçinin Qələndərin xalası ilə qohumluq əlaqələri olmuşdur. Lakin, onun əvvəllər Qələndərlə ünsiyyəti olmamışdır. Yalnız Qələndər onu xx.xx.2021-ci il tarixdə taksi kimi Orxan adlı şəxsin ad gününə aparmış və evə qaytarmışdır. Hadisədən əvvəl isə Qələndərin anası ilə toyuq satdığı üçün danışmışdır. Hadisədən sonra, Qələndərin anasıgil xx.xx.2021-ci il tarixdə olan söhbətləri biləndən sonra o, Qələndər və onun ailəsi ilə danışmışdır. Onun Qələndərlə heç bir münasibəti olmamışdır. Ayan sadəcə onu Qələndərə qısqandığı üçün hadisəni törtəmişdir. Ayan onlara tez-tez gəldiyi üçün onu Qələndərlə gedərkən təsadüfən görmüşdür. X18 məlumat verməmişdir. Belə ki, oğlu mesaj belə yaza bilmir. Ayan Qələndərin maşınla onu aparıb-gətirməsini hadisədən əvvəl görmüş və hadisə zamanı da yaxından görmüşdür. O, heç vaxt Ayanın şəkilini çəkməmiş. Yalnız onun maşının şəkillərini çəkib atasına göndərmişdir. O, Ayanın lüt şəkillərini görmüş, həmin şəkilləri ona Qazaxdan qız göstərmiş, Ayan həmin qızdan ayrıldığı üçün o, Ayanın şəkillərini yaymışdır. Zərərçəkmiş şəxs onu döyməsi zamanı onun dişinin sınmasını və bədənində olan digər xəsarətləri ekspertə göstərmişdir. Qələndərlə onun heç bir yaxın ünsiyyətləri olmamışdır. Qələndərlə Ayan bir yerdə ümumiyyətlə onun evinin içərisində olmamışdır. Məhkəmə iclasında qanuni numayəndəsi (anasının) iştirakı ilə şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, anası Xəyalə və qardaşı Rəvan Hasovla birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, ki Zərərçəkmiş şəxslə anası Şahid1 qeyri rəsmi olaraq birlikdə yaşamışlar. Zərərçəkmiş şəxs tez-tez onların yaşadığı evə gəlmişdir. O, Ayanı 3 ildir ki, tanıyır. xx.xx.2021-cı il tarixdə anası Xəyalənin ad günü olduğu üçün anası taksi sifariş edib onunla və qardaşı Rəvanla birlikdə anasının rəfiqəsi Sevincin yaşadığı evə Ağstafa Kolxəlifəli kəndinə getmişlər. Anası xx.xx.2021-ci il tarixdə Sevinci götürməyə gedərkən bir başa Qələndərin özünə zəng vurmuşdur. Sevinci götürüb taksi ilə yaşadıqları evə qayıdan zaman yolda gələrkən Ayan idərə etdiyi "Mercedes Sprinter" markalı ağ rəngli dövlat qeydiyyat nişanlı bilmədiyi avtomobillə onların getdiyi taksinin üzərinə sürüb ona avtomobili saxlamasını işarə vermişdir. Taksi sürücüsü əvvəl avtomobili saxlamaq istəməsə də sonradan anası taksi sürücüsündən avtomobili saxlamasını tələb etmişdir. Taksi sürücüsü avtomobili saxlamışdır. Həmin vaxt Ayan da idarə etdiyi avtomobili onların maşının qarşısında saxladıb maşından düşüb onların avtomobilinə tərəf gəlib maşının arxa qapsını açmış və anası Xəyaləni zorla maşından yerə düşürüb sillə və yumruqla anası Xəyalənin baş nahiyəsinə zərbələr endirmişdir. O həmin vaxt avtomobildən düşüb kənarda durub olanlara baxmışdır. Qardaşı Rəvan və anasının rəfiqəsi Sevinc də maşından düşüb anası Xəyaləni Ayandan ayırmışlar. Həmin vaxt anası Xəyalə yerdən daş götürüb Ayanın avtomobilinin ön pəncərəsinə atmışdır. Maşının ön pəncərəsinin şüşəsi sınmışdır. Anası daşla pəncərəni sındırdıqdan sonra Ayan əsəbləşib yenidən anası Xayalənin üzərinə hücum edib yumruq və təpiklə vurmağa başlamışdır. O, taksi sürücüsü Qələndər və Sevinc yenidən onları ayırmışlar. Həmin vaxt Qələndərin Ayanı vurmasını görməmişdir. Sonra həmin ərazini tərk edib yaşadıqları evə getmişlər. O Ayan xx.xx.2021ci il tarixdə taksi ilə anasıgillə evə qayıtmış. Hadisədən sonra o, Ayanla heç bir yerə getməmişdir. Həmin gün Ayanın maşınına minməmişdir. Ad gününü anasının padruqası Sevinc gildə keçirmişlər. O, xx.xx.2021-ci il tarixdə Ayana mesaj yazıb bir şey deməmiş, onun özü anasının ad gününü bilmişdir. xx.xx.2021-ci il tarixdə Ayan onların yaşadığı evə gəlmiş. Həmin vaxt o, Ayanı görmüş anası ona getməsini yoxsa maşının şəklini çəkib atasına atacağını demiş. O, Ayanın həmin gün nəyə gəldiyini bilməmiş. Həmin vaxt dava etməmişlər. Ayan evə girmək istəmiş ama girməmişdir. Ayan gəlib onların evindən anasının telefonunu götürmüş. Ertəsi gün yəni, xx.xx.2021-ci il tarixdə günorta saatlarında evin qarşısında qardaşı stadionda oynayan zaman Ayanın yaşadıqları evə gəldiyini görüb qardaşı ilə evə tərəf getmişlər. Evə çatdıqda evin həyətində Ayanın anası Xəyaləni döydüyünü görüb onlara yaxınlaşıb ayırmaq istəyərkən Ayan onları görüb qaçıb getmişdir. Ayan onların evinin pəncərəsinə çıxaraq evə girmiş, evin üstünə çıxıb evə girmək istəyib lakin alınmayıb deyə yerə düşmüşdür. Evin içərisində anası Ayanı pəncərədən keçməyə qoymamışdır. Anası və Ayan arasında dava dalaş olmuşdur. Anası Ayana fincan atmışdır. Həmin vaxt saat 17 radələri olmuşdur. Ayan onların evinə gecə saat 23-24 radələrində də gəlmişdir. O maşını evdən 200 metr aralı məsafədə saxlamışdır. Ayan bir dəfə evin damından onların evinə düşmüşdür. Həmin vaxt o oyaq olmamışdır. Ümumiyyətlə, Qələndərlə Ayan birlikdə onların evinə gəlməmişlər. Qələndəri xx.xx.2021-ci ildəki hadisədən əvvəl görmüşdür. Belə ki, onların torpaq sahəsini Qələndərin qohumları əkmişlər. O, arada həmin yerə ot aparmağa gəlmişdir. Qələndərin atası və anası onlardan toyuq cücə aldıqları üçün tanımışdır. 06 yanvar 2021-ci il tarixdə anasını başqa yerə ad gününə çağırmalarını bilməmişdir. Həmçinin həmin gün onlar gün boyu evdə olmuşlar onun anası Xəyalə gün boyu bir yerə getməmişdir. Əlavə olaraq bildirir ki, o, telefonla mesaj yaza bilir lakin o, xx.xx.2021-ci il tarixdə Ayana mesaj yazıb bir şey deməmiş, onun Ayanın özü anası Xəyalənin ad gününü bilmişdir. xx.xx.2021-ci il tarixdə hadisədən sonra o, Qələndəri görməmiş, Qələndər heç vaxt onlara gəlməmişdir. Qələndər gəlib anasını xx.xx.2021-ci il tarixdən sonra heç bir yerə aparmamışdır. Ayan pəncərəyə çıxaraq evə girmişdi, evin üstünə çıxıb evə girmək istəyib lakin alınmayıb deyə yerə düşüb. Ayan evin dam örtüyündən evə girməyib. Evin içərisində anası Ayanı qoymayıb, pəncərədən keçməsinə. Anası və Ayan arasında dava dalaş olub. Belə ki, Ayan qapıdan gələrək evə girmək istəyəndə anam icazə vermədi, bu zaman dava dalaş oldu və anası Ayana fincan atdı. Qeyd etdiyi bu hadisə gündüz 17 radələri olardı. Ayan gecə saat 23-24 radələrində də gəlib. O maşını evdən 200 m məsəfədə saxlamışdı. Qapıda olan it əvvəl hürdü sonra səsini kəsdi biz bildik ki, gələn Ayandır. O gəldi evin aynasını döydü. Həmin vaxt dava düşmədi. Anası Ayana dayıma zəng edəcəyini dedi Ayan isə çıxıb getdi. Anasının telefonunu Ayan dava dalaşla götürüb ama nə vaxt olmasını dəqiq bilmir, təxminən xx.xx.2021-ci il tarixdə olardı. Davadan sonra 23-24 radələrində Ayan gəldi qapıdan evə girdi. Bu vaxt onlar onu qoymamış, qapıdan çıxarmışlar. Anası ayanı xx.xx.2021-ci il tarixdə vurmuşdur. Ayan bir dəfə evin damından evə düşüb. Evin qonaq otağının damından düşüb. Həmin vaxt o, yatmışdır. Məhkəmə iclasında qanuni numayəndəsi (anasının) iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, anası Xəyalə və qardaşı Süphan Həsənovla birlikdə yaşayır. Qələndəri taksi kimi, Ayanı isə onlara gəlib gedən biri kimi tanıyır. Belə ki, ki Zərərçəkmiş şəxslə anası Şahid1 qeyri rəsmi olaraq birlikdə yaşamışlar. Zərərçəkmiş şəxs tez-tez onların yaşadığı evə gəlmişdir. xx.xx.2021-ci il tarixdə anası Xəyalənin ad günü olduğu üçün anası taksi sifariş edib o və qardaşı Süphanla birlikdə anasının rəfiqəsi Sevincin yaşadığı evə Ağstafa Kolxəlifəli kəndinə getmişlər. Sevinci götürüb taksi ilə yaşadıqları evə qayıdan zaman yolda gələrkən Ayan idarə etdiyi "Mercedes Sprinter" markalı ağ rəngli dövlət qeydıyyat nişanını bilmədiyi avtomobillə onların getdiyi taksinin üzərinə sürüb avtomobili saxlamasını işarə vermişdir. Taksi sürücüsü əvvəl avtomobili saxlatmaq istəməsə də sonradan anası Xəyalə taksi sürücüsündən avtomobili saxlamasını tələb etmişdir. Taksi sürücüsü avtomobili saxlamışdır. Həmin vaxt Ayan da idarə etdiyi avtomobili saxladıb maşından düşüb onların maşınına tərəf gəlib maşının arxa qapsını açıb anası Xəyaləni zorla maşından yerə düşürüb sillə və yumruqla onun baş nahiyəsinə zərbələr endirmişdir. O və anasının rəfiqəsi Sevinc də maşından düşüb anası Xəyaləni Ayandan ayırmışlar. Həmin vaxt anası Xəyalə yerdən daş götürüb Ayanın avtomobilinın ön pəncərasinə atmışdır, maşının ön pəncərəsinin şüşəsi sınmışdır. Anası daşla pəncərəni sındırdıqdan sonra Ayan əsəbləşib yenidən anası Xayalənin üzərinə hücum edib yumruq va təpiklə vurmağa başlamışdır. O, taksi sürücüsü Qələndər və Sevinc yenidən onları ayırmışlar. Həmin vaxt Ayan taksi şöferinə söyünc söydüyünə görə Qələndər onu vurmuşdur. Sonra həmin ərazini tərk edib yaşadıqları evə getmişlər. Hadisə günü axşam Ayan onlara gəlmiş o qapını açmalarını istəmiş. Lakin onlar qapını açmadıqları üçün Ayan evin dam örtüyünə çıxıb, oradan hamamın tavanına düşüb lombirini sındırıb evə girmiş və anasını vurmağa başlamışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 23 radələrində yaşadıqları evdə olan zaman Ayan onların evinə gəlib anası Xəyaləni təhqir etmiş, sonra isə onu döyməyə başlamışdır. Ayan anası Xəyaləni döyən zaman evin pəncərəsi sınmışdır. Ayan bir neçə saat evin qarşısında dayanıb sonra yaşadıqları evi tərk edib getmişdir. Ertəsi gün yəni, xx.xx.2021-ci il tarixdə günorta saatlarında evin qarşısında qardaşı ilə stadionda oynayan zaman Ayanın yaşadıqları evə gəldiyini görüb qardaşı ilə evə tərəf getmişlər. Evə çatdıqda evin həyətində Ayanın anası Xəyaləni döydüyünü görüb onlara yaxınlaşıb ayırmaq istəyərkən Ayan onları görüb qaçıb getmişdir. Ayan və Qələndər ikisi bir yerdə onların evində olmamışlar. Anasının ad günü olan günü axşam Ayan onların evinə gəlmiş, o qapını açmaqlarını istəmiş, lakin onlar qapını açmadıqlarına görə o evin dam örtüyünə çıxıb, oradan hamamın tavanına düşüb lombirini sındırıb evə girmiş və anasını vurmağa başlamışdır. xx.xx.2021-ci il tarixdə gecə Ayanın onların evinə gəlib gəlməməsini bilmir, lakin anasının ad günündən sonra onların evinə gəlmişdir. Əlavə olaraq bildirir ki, Ayan telefonu anasının ad günündən əvvəl götürmüş. O, Ayanın telefonu götürməsini görməmiş lakin anasının ad günündən əvvəl götürdüyünü bilmişdir. Evin damından onların evinə isə anasının ad günü olan gün düşmüşdür. O, hadisədən sonra taksi şöferini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Xəyalə onun atasının uzaq qohumlarındandır. O, qohumlarında olan yas yerində olarkən Xəyaləni tanımışdır. 20 dekabr 2020-ci ildə ad günü ilə bağlı o, Xəyaləni də Ağstafa rayonu, Korxəlifəli kəndinə yaşadığı evə dəvət etmişdir. X10 müharibəsi vaxtında 2020-ci ildə Xəyalə, Ayan və uşaqları ilə birlikdə onun ad gününə gəlmişlər və onlar birlikdə onun ad gününü qeyd etmişlər. O, Ayanı təxminən hadisədən əvvəl 2015-2016-cı illərdən 3-4 ildir ki, tanmışdır. Daha sonra Xəyalə 2020-ci ilin yanvar ayında onu öz ad gününə dəvət etmişdir. O, ad günü olduğuna görə Xəyaləyə tort almışdır. Xəyalə ona Ayanla problemi olduğuna görə Ayanı ad gününə çağırmadığını və yemək bişirib hazırladığını ad gününü onlarda qeyd etmək istədiyini bildirmişdir. O həmin vaxt taksi tutduğunu, onlara gəldiyini, Ayanın da öz maşını ilə onun arxası ilə gəldiyini bildirmişdir. O, yaxınlıqda qohumlarının olduğundan, səs-küy olacağını düşünüb Xəyalənin ad gününü onlarda keçirmək istəmədiyini Xəyalənin öz evində keçirməklərini demişdir. Onlar gəlib onu götürmüşlər. Bu vaxt Ayan da onların maşının arxası ilə gəlmişdir. Onlar sakitcə gedərkən Pirli kəndinin çıxışında yol qırağında Xəyalə Qələndərə maşını saxlamasını demişdir. Xəyalə Qələndərin maşınını saxlatmış və ancaq özü maşından düşmüşdür. Həmin vaxt o, Qələndər və Xəyalənin 2 uşağı Qələndərin maşınında olmuşlar. Ayan da öz maşınında olmuşdur. Həmin vaxt Ayan maşını onların maşının arxasında saxlatmışdır. Ayan maşından düşmüş, Xəyalə ilə onların maşının arxasınca gəldiyinə görə mübahisə etmişlər. Xəyalə Ayanın ünvanına nalayiq ifadələr işlədərək, onun ailəsini təhqir etmişdir. Həmin vaxt onların bir birilərini vurmasını görməmişdir. Lakin Xəyalə yerdən daş götürüb Ayanın maşınına atmışdır. Həmin vaxt Qələndər maşından düşüb onları ayırmağa çalışmışdır. O özü də maşından düşmüşdür. O, Qələndərlə birlikdə Ayanla, Xəyaləni aralamışlar. Həmin vaxt Qələndər Xəyalə və Ayanı aralamış, o Qələndərin Ayanı vurduğunu görməmişdir. Qələndər və Ayan dalaşmamış və bir-birlərini vurmamışdır. Həmçinin onların arasında mübahisə olmamışdır. Onlar Xəyaləni aralayıb maşına mindirmişlər. Qələndərin Ayanı vurduğunu görməmişdir. Həmin vaxt Xəyalənin böyük oğlu Süphan onların maşınına minməmişdir və Ayanın maşınına minərək Ayanla getmişdir. O, Süphanın niyə onlarla getdiyini bilməmişdir. X13 getdikdən sonra, onlar restorandan çıxanadək o, Süphanı görməmişdir. Bundan sonra o, Qələndər, Xəyalə və onun oğlu Rəvan Çaylıda yerləşən restorana getmişlər. Yolda olarkən Xəyalə DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Yolda olarkən polisdən onlara zəng gəlmiş, Xəyalə isə telefonu danışmayaraq ona vermişdir. O bu səbəbdən Xəyaləyə niyə 102-yə zəng vurduğuna görə acıqlanmışdır. Restoranda ofisant işləyən əvvəllər Xəyalənin tanışı olmuş ona görə Xəyalə onları Çaylıda yerləşən həmin restorana aparmışdır. Onlar restorana çatmışlar. Restoranda kabinetdə o, Qələndər, Xəyalə və onun oğlu Rəvan oturmuşlar. Tortu da Xəyaləyə o almışdır. Həmin vaxt Qələndər də onlarla oturub yemək yemişdir. Restoranda olarkən Qələndər Ayanı vurması ilə bağlı bir şey danışmamışdır. Daha sonra o, tortu qoyub, tortun kəsilməsini belə gözləmədən *0066-nı yığıb taksi ilə restorandan getmişdir. Onu evə Qələndər aparmamışdır. Taksi onu kəndə qədər aparmış, sonra o Rusiyada yaşayan qohumuna zəng vurmuş və o gəlib onu aparmışdır. Əlavə olaraq bildirir ki, dava təxminən 5-6 radələrində olmuş belə ki, hava qaralmamış aydınlıq olmuşdur. Onların maşınını Ayan saxlatmamış Xəyalənin özü saxlatmışdır. Ayan onların maşınlarını saxladıb, Xəyaləni maşından düşürməmişdir. O şöbəyə izahat verməyə gedərkən Qələndər də orada olmuşdur. İstintaqda verdiyi ifadəni təsdiq etmir. Belə ki, Xəyalə onun vəsiqəsini aparıb müstəntiqə vermiş və izahatını olduğu kimi yazdırdığını bildirmiş. O, polis şöbəsinin qarşısında gözləmiş, şöbəyə girməmiş, o ifadəsini oxumaqdan şöbənin qarşısında maşında imzalamışdır. Amil məllim şöbədən çıxıb onun vəsiqəsini aparmış, daha sonra isə izahatını yazıb gətirmişlər, o şöbənin qabağında izahatını oxumadan imzalamışdır. Həmin vaxt tanımadığı taksi də oturmuşdur. Həmin maşın Qələndərin maşını olmamışdır. O, daha sonra Ayanı Qazaxda mədəniyyət evinin qarşısında görmüş həmin vaxt o Ayana da olanları izahatına yazdırdığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Qazax rayonu, Orta Salahlı kəndində ailəsi ilə birlikdə yaşayır, 2021-ci ilin yanvar ayında qayınatasına məxsus, lakin onun istifadəsində olan “Mercedes-Benz” markalı **-CP-*** dövlət nömrə nişanlı avtomobillə “0066” taksi xidmətində işə düzəlmişdir. 20 aprel 2021-ci il tarixədək həmin şirkətdə sürücü işləmişdir. Xidməti ərazisi Qazax şəhərində “Su-15” deyilən ərazi olmuşdur. 11 yanvar 2021-ci il tarixdə gecə saatlarında “0066” taksi xidmətinin operatoru ona sms göndərərək, Ağstafa rayonu Pirili kəndi ərazisinə müştəri olduğunu demişdir. O, da idarə etdiyi avtomobillə tanımadığı həmin müştərini Pirili kəndinə düşürərək, geri qayıdarkən, operator ona yenidən sms göndərərək Ağstafa rayonu, Qarahəsənli kəndi ərazisində müştəri olduğunu bildirmişdir. Qarahəsənli kəndi ərazisinə yaxın olduğu üçün həmin yerdən sifariş qəbul etmiş, o sifarişlə bağlı danışarkən adının sonradan Ayan olduğunu bildiyi şəxs ona dayanacaqda dayan, özüm gəlirəm sən küçəyə girmə demiş, o bundan sonra yolun kənarında dayanmış və gözləmişdir. O gözlədiyi müddətdə avtomobilini təmizləmişdir. Daha sonra adını bilmədiyi müştəri sakit və asta şəkildə onun yanına gəlmişdir. Həmin müştəri avtomobildə qabaq sağ oturacaqda oturmuşdur. Həmin müştəri avtomobilə oturandan sonra o avtomobili Qazax şəhər istiqamətində hərəkət etdirməyə başlamışdır. Avtomobildə oturan həmin şəxsin hərəkətlərində fərqli heç nə görməmiş, həmin şəxs sakit şəkildə onun avtomobilində oturmuşdur. O, Ayanla yalnız axşamın xeyir demiş, onların arasında başqa heç bir söhbət olmamış, yol boyu Ayan əlində olan telefonla təmkinli olaraq kimləsə yazışmışdır. Ayan avtomobilə minərkən o, avtomobilin içəri işıqlarını yandırmış, həmçinin yol boyu onun radiosunun və avtomilin şitinin işığı yanlı olmuş, o Ayanın üzündə heç bir qan və ya göyərti görməmişdir. Onlar təxminən 20-30 dəqiqə yolda olmuşlar, həmin vaxt Ayan onunla heç bir şey danışmamış, o cümlədən ondan kömək istəməmişdir. O həmin şəxsi idarə etdiyi avtomobillə Qazax şəhərinə Hərbi şəhərciyə düşürmüşdür. Ayan ona pul verərkən də o onun üzünü görmüşdür. Avtomobilində oturan həmin şəxs alçaq boylu, arıq bədən quruluşlu, üzü tüklü olmuşdur. Həmçinin, qeyd edir ki, onun körpə uşağı olduğu və yoldaşı evdə tək olduğu üçün o heç vaxt gecə saat 00:00 radələrindən sonra taksi fəaliyyəti ilə məşğul olmur. Sadəcə özü əvvəllər hərbiçi olduğu üçün, onun hərbiçi dostlarını bəzən gecələr hərbi hissələrə aparır. İş materiallarına əlavə edilmiş: Əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2021-ci il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd mobil telefon “Samsung A 50” markalı mobil telefondur, həmin mobil telefonun qabaq hissəsi tam olaraq şüşədən ibarətdir, qabaq hissəsində heç bir idarəedici düymə yoxdur, ekran sensor vasitəsilə idarə olunur, sağ yanında isə bir ədəd böyük, bir ədəd kiçik ölçülü düymələr vardır. Həmin mobil telefonun arxasında “Samsung”, SM A 50 7 FN DS made in VİET NAM BY sözləri yazılmışdır. Mobil telefon qara rənglidir, mobil telefonda ***-***-**-** saylı mobil nömrə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış zamanı telefonda xx.xx.2021-ci il tarixdə Ağstafa rayonu Qarahəsənli kəndində Şahid1 məxsus evdə Zərərçəkmiş şəxs X4 tərəfindən döyülməsi görüntüləri aşkar olunmamışdır. Əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2021-ci il tarixli protokolda göstərilmişdir ki, Şahid1 təqdim etdiyi bir ədəd mobil telefon “Samsung A 10 S” markalı mobil telefondur, həmin mobil telefonun qabaq hissəsi tam olaraq şüşədən ibarətdir, qabaq hissəsində heç bir idarəedici düymə yoxdur, ekran sensor vasitəsilə idarə olunur, sağ yanında isə bir ədəd böyük, bir ədəd kiçik ölçülü düymələr vardır. Həmin mobil telefonun arxasında “Samsung”, SM A 50 7 F DS made in CİNA sözləri yazılmışdır. Mobil telefon qara rənglidir, mobil telefonda ***-***-**-** saylı mobil nömrə olduğu müəyyən edilmişdir. Şahid1 təqdim etdiyi mobil telefona baxış zamanı telefonda xx.xx.2021-ci il tarixdə Ağstafa rayonu Qarahəsənli kəndində Şahid1 məxsus evdə Zərərçəkmiş şəxs X4 tərəfindən döyülməsi görüntüləri aşkar olunmamışdır. Əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2021-ci il tarixli protokolda göstərilmişdir ki, Şahid1 təqdim etdiyi bir ədəd mobil telefon “Samsung A 21 S” markalı mobil telefondur, həmin mobil telefonun qabaq hissəsi tam olaraq şüşədən ibarətdir, qabaq hissəsində heç bir idarəedici düymə yoxdur, ekran sensor vasitəsilə idarə olunur, sol yanında isə bir ədəd böyük, sağ yanında isə bir ədəd kiçik ölçülü düymələr vardır. Həmin mobil telefonun arxasında “Samsung”, SM A 21 7 F DS made in VİET NAM İMEİ sözləri yazılmışdır. Mobil telefon qara rənglidir, mobil telefonda ***-***-**-** saylı mobil nömrə olduğu müəyyən edilmişdir. Şahid1 təqdim etdiyi mobil telefona baxış zamanı telefonda xx.xx.2021-ci il tarixdə Ağstafa rayonu Qarahəsənli kəndində Şahid1 məxsus evdə Zərərçəkmiş şəxs X4 tərəfindən döyülməsi görüntüləri aşkar olunmamışdır. Məhkəmə-Tibb Ekspertiza və X1 Ağstafa şöbəsindən alınmış xx.xx.2021-ci il tarixli 17 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – sol gözün alt səthində hematomalı qançır, sol gözün ağlı qişasına qansızma, məməyəbənzər çıxıntı nahiyəsi şişkindir, xarici qulaq keçəcəyinin zədələnməsi, qan axması küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yumruqla, əllə vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Komunikasiya İdarəsindən əldə olunmuş məlumatlara əsasən İş üzrə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Komunikasiya İdarəsindən əldə olunmuş məlumatlara əsasən:
1. xx.xx.2021-ci ildə saat 00:04:16, 00:16:13, 01:11:51, 01:12:59, 01:13:12, 01:15:32, 14:36:11, 14:57:02, 15:29:31, 15:30:29, 16:24:35, 16:25:31, 16:26:13, 16:33:50, 16:37:55, 18:53:54, 18:54:55-də Təqsirləndirilən şəxs istifadəsində olan **********48 saylı nömrə ilə (anten- Qazax rayonu, Heydar Aliyev kuchasi 97, Aghstafa rayonu, Xatai kandi, Aghstafa rayonu, Kochasgar kandi, Qazax shahari, Sabir kuchasi 16, Aghstafa rayonu, Daghkasaman kandi, Aghstafa rayonu, Duzqishlaq kandi, Şahid1 adına olan **********43 saylı nömrə arasında (anten- Aghstafa rayonu, Poylu kandi, Aghstafa rayonu, Daghkasaman kandi, Qazax shahari, Sabir kuchasi 16) zəng edilmiş və aralarında 17 dəfə danışıq olmuşdur.
2. xx.xx.2021-ci ildə saat 12:36:14, 12:42:42, 12:43:07, 12:44:09, 12:45:00, 12:52:59, 12:53:08, 12:57:03, 12:58:26, 13:01:21, 13:04:57, 13:06:07, 13:32:18, 14:04:14, 14:44:39, 14:52:34, 14:56:07, 15:18:03, 15:28:36, 16:21:57, 17:04:06, 17:05:36, 17:07:07, 17:08:20, 17:09:07, 17:11:18, 17:12:45, 17:13:27, 17:14:45, 19:16:14, 19:17:16, 19:19:16, 19:20:08, 19:23:57, 22:14:16, 23:39:34, 23:56:30-da Təqsirləndirilən şəxs istifadəsində olan **********48 saylı nömrə ilə (anten- Qazax rayonu, Heydar Aliyev kuchasi 97, Qazax rayonu, Neft Terminali arazisi, Qazax ray, Azadliq, 65, Qazax rayonu, Canali baladiyyasi, Qazax rayonu, Chayli kandi,) Şahid1 adına olan **********43 saylı nömrə arasında (anten- Aghstafa rayonu, Daghkasaman kandi, Aghstafa rayonu, Poylu kandi) zəng edilmiş və aralarında ümumilikdə 37 dəfə danışıq olmuşdur.
3. xx.xx.2021-ci ildə saat 06:38:05, 06:46:02, 07:09:18, 09:30:08, 10:09:08, 10:13:39, 11:51:23, 12:14:18, 13:18:19, 13:55:27, 14:54:39, 14:56:25, 15:00:25-da Təqsirləndirilən şəxs istifadəsində olan **********48 saylı nömrə ilə (anten- Qazax rayonu, Heydar Aliyev kuchasi 97, Qazax rayonu, Neft Terminali arazisi, Aghstafa rayonu, 20 Yanvar dongasi, 7-ci mahalla, Aghstafa rayonu, Poylu kandi, Qazax rayonu, Heydar Aliyev kuchasi 97, Qazax rayonu, Xanliqlar kandi, Qazax shahari, Sabir kuchasi 16) Şahid1 adına olan **********43 saylı nömrə arasında (anten- Aghstafa rayonu, Poylu kandi, Qazax rayonu, Heydar Aliyev kuchasi 97) zəng edilmiş və aralarında ümumilikdə 13 dəfə danışıq olmuşdur.
4. xx.xx.2021-ci ildə saat 11:03:13-dən 00:20:55-dək 11:21:17, 11:22:06, 12:07:42, 12:10:52, 12:15:19, 12:30:42, 12:34:41, 12:37:08, 13:47:05, 14:09:07, 14:37:11, 14:38:09, 15:19:08, 15:20:25, 15:46:40, 15:54:19, 16:20:20, 17:17:04, 19:13:41, 19:14:03-dən 20:08:30-dak Təqsirləndirilən şəxs istifadəsində olan **********48 saylı nömrə ilə (anten- Qazax rayonu, Heydar Aliyev kuchasi 97,) Şahid1 adına olan **********43 saylı nömrə arasında (anten- Aghstafa rayonu, Poylu kandi, Qazax rayonu, Heydar Aliyev kuchasi 97, Qazax sabir küçəsi, Aghstafa rayonu, Poylu kandi) zəng edilmiş və aralarında ümumilikdə 49 dəfə danışıq olmuşdur.
5. xx.xx.2021-ci ildə saat 00:03:08-dən 00:20:55-dək 8 dəfə, 02:30:08-dən 03:14:42-dən 2 dəfə, 09:41:14-dən 13:24:29-dək 29 dəfə, 15:44:45-dən 17:41:48-dək 18 dəfə, 18:02:20-dən 21:14:03-dək 14 dəfə Təqsirləndirilən şəxs istifadəsində olan **********48 saylı nömrə ilə (anten- Qazax rayonu, Heydar Aliyev kuchasi 97, Aghstafa rayonu, Poylu kandi,) Şahid1 adına olan **********43 saylı nömrə arasında (anten- Aghstafa rayonu, Poylu kandi, Qazax rayonu, Heydar Aliyev kuchasi 97, Qazax sabir küçəsi, Aghstafa rayonu, Poylu kandi) zəng edilmiş və aralarında ümumilikdə 71 dəfə danışıq olmuşdur.
6. xx.xx.2021-ci il tarixdə saat 00:36:04, 02:49:34, 02:50:01, 02:51:20, 02:52:34, 02:54:41, 08:23:31, 18:15:08, 18:19:23-də Təqsirləndirilən şəxs istifadəsində olan **********48 saylı nömrədən (anten- Aghstafa rayonu, Poylu kandi, Qazax ray, Azadliq, 65,) X8 istifadəsində olan **********06 saylı nömrəyə (anten- Aghstafa rayonu, Poylu kandi, Qazax rayonu, Heydar Aliyev kuchasi 97, Qazax sabir küçəsi, Aghstafa rayonu, Poylu kandi) zəng edilmiş və aralarında ümumilikdə 8 dəfə danışıq olmuşdur.
7. xx.xx.2021-ci il tarixdə saat 23:12:16, 23:14:04-də Təqsirləndirilən şəxs istifadəsində olan **********48 saylı nömrədən (anten- Aghstafa rayonu, Poylu kandi,) X8 istifadəsində olan **********06 saylı nömrəyə (anten- Qazax shahari, Sabir kuchasi 16) zəng edilmiş və aralarında ümumilikdə 56 saniyə danışıq olmuşdur.
8. xx.xx.2021-ci il tarixdə saat 23:40:23-də Təqsirləndirilən şəxs istifadəsində olan **********48 saylı nömrədən (anten- Aghstafa rayonu, Duzqishlaq kandi,) X8 istifadəsində olan **********06 saylı nömrəyə (anten- Qazax shahari, Sabir kuchasi 16) zəng edilmiş və aralarında ümumilikdə 1309 saniyə danışıq olmuşdur.
9. xx.xx.2021-ci il tarixdə saat 00:04:47, 00:07:55-də Təqsirləndirilən şəxs istifadəsində olan **********48 saylı nömrədən (anten- Qazax rayonu, Heydar Aliyev kuchasi 97, Qazax shahari, Sabir kuchasi 16) X8 istifadəsində olan **********06 saylı nömrəyə (anten- Qazax shahari, Sabir kuchasi 16) zəng edilmiş və aralarında ümumilikdə 230 saniyə danışıq olmuşdur. 68772_SMS Statistika (Qarşı Abunə)-**********48, 68773_SMS Statistika (Qarşı Abunə)- **********41, 68774_SMS Statistika (Qarşı Abunə)-**********06, 68775_SMS Statistika (Qarşı Abunə)-**********43, 68776_SMS Statistika (Qarşı Abunə)-**********50, 68777_SMS Məzmun (Qarşı Abunə)-**********48, 68778_SMS Məzmun (Qarşı Abunə)-**********41, 68779_SMS Məzmun (Qarşı Abunə)-**********06, 68780_SMS Məzmun (Qarşı Abunə)- **********43, 68781_SMS Məzmun (Qarşı Abunə)-**********50 adlı fayla baxış zamanı qeyd olunan nömrələrə daxil olan və həmin nömrədən çıxan smslərdə məlumatlar əldə edilməsi mümkün olmadı. 68782_B-S Yer Dəyişdirmə(Hamısı)-**********48 adlı fayla baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********48 saylı nömrə xx.xx.2021-ci il saat 00:49:04-dən 02:23:19-dək Agstafa rayonu, Poylu kandində yerləşən anten dairəsində olmuşdur. 68784_B-S Yer Dəyişdirmə(Hamısı)-**********06 adlı fayla baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs istifadəsində olan **********06 saylı nömrə xx.xx.2021-ci il saat 00:46:37-dən 01:33:36-dək Agstafa rayonu, Poylu kandində yerləşən anten dairəsində olmuşdur. 68785_B-S Yer Dəyişdirmə(Hamısı)-**********43 və 68786_B-S Yer Dəyişdirmə(Hamısı)-**********50 adlı fayllara baxış zamanı müəyyən edildi ki, Şahid1 istifadəsində olan **********43 saylı nömrə xx.xx.2021-ci il saat 00:01:90-dan 02:28:13-dək Agstafa rayonu, Poylu kandində yerləşən anten dairəsində olmuşdur. İş materiallarında olan «*0066» Taksi Xidmətinin məktubundan görünür ki, xx.xx.2021-ci il tarixidə saat 01:33-də ***-***-**-** mobil nömrəsindən sifariş daxil olmuşdur. Sifariş Ağstafa rayon Qarahəsənli kəndindən Qazax rayon hərbi şəhərcik adlanan ərazisinə olmuşdur, sifariş zamanı sürücü X7, telefon nömrəsi ***-***-**-** xidmət zamanı idarə etdiyi maşın albalı rubin rengli **-CP-*** dövlət qeydiyat nişanlı Mercedes markalı avtomobildir. 24 may 2021-ci il tarixli Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə qərardan görünür ki, həmin qərarla Şahid1 Azərbaycan Respublikasının CM-nin 145.1 və 145.2.4-cü maddəsində göstərilən əməlin obyektiv cəhətində birgə və ya digər formada iştirakı ilə bağlı mötəbər sübutlar olmadığından sonuncunun əməlinbdə ciayət tərkibi olmadığından barəsində həmin hissədə cinayət işinin başlanmasının rədd edilməsi, həmçinin Şahid1 nəməlində Azərbaycan Respublikası CM-nin 16-cı maddəsinin tərkibi olmadığından barəsində həmin hissədə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş üzrə DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və xx.xx.2015-ci il tarixdə qüvvəyə minmiş müvafiq məhkəmə hökmü ilə 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya haqqında qərarının 1.8-ci bəndinə müvafiq olaraq əsas cəzanın qalan hissəsindən azad edilmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messeque və Cabardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd etmişdirki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verilir. Cinayət-prosessual qanunun 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənirı 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 139-cu-maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərini (maddə 139.0.3) və cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə şəxsin təqsirliliyini (maddə 139.0.4) cinayət-mühakimə icraatı zamanı sübut edilməli olan, yəni yalnız sübutlara əsasən müəyyən edilməli olan hallar sırasında göstərmişdir. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında əldə edilmiş sübutlara əsaslandıqda -bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə -məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisipindən məlum olur ki, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun olaraq müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetrilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktına görə, Təqsirləndirilən şəxs əməli xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə könüllü olaraq Ağstafa rayonu, Qarahəsənli kənd sakini Şahid1 məxsus fərdi yaşayış evində olan Zərərçəkmiş şəxs evdən çıxaraq getmək istəməsinə mane olmaq üçün əvvəlcə yumruqla sifət nahiyəsinə 1 dəfə vurmuş, daha sonra Zərərçəkmiş şəxs israrla evdən çıxmaq üçün olduğu otağın qapısına tərəf getmək istəməsini görüb qarşısını almaq üçün onu geri-otağın içərisinə doğru itələmiş, dartıb evin zal otağına apararaq məcburi qaydada otaqda olan divanda oturtmaqla əli ilə bədəninin müxtəlif nahiyyələrinə vurub ona sol gözün alt səthində hematomalı qançır, sol gözün ağlı qişasına qansızma, məməyəbənzər çıxıntı nahiyyəsinin şişkinliyi, xarici qulaq keçəcəyinin zədələnməsi, qan axması ilə müşayət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə azadlıqdan məhrum edildiyini dərk edən sonuncunun sərbəst hərəkət etməsinin qarşısını alaraq xx.xx.2021-ci il tarixdə saat 00:46-dan həmin gün saat 01:33-dək orada saxlamaqla zərərçəkmiş şəxsin sağlamlığı üçün təklükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməsi kimi tövsif olunmuşdur. Məhkəmə, yuxarıda sadalan sübutlara istinad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, qanunsuz azadlıqdan məhrum etmə əməli onu nəzərdə tutur ki, cinayət qəstlə törədilmiş olsun və onu törədən şəxs zərərçəkmiş şəxsin iradəsi əleyhinə ona zor tətbiq etməklə sərbəst, öz iradəsi ilə hərəkət etmək və yaşayış yerini təyin etmək imkanından məhrum etmiş olsun. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, habelə şahidlərin məhkəmə istintaqında verdikləri ifadələri və tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, 07 yanvar 2021-ci il tarixdə aralarında yaranmış mübahisə səbəbli Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə gecə saat 00:46:37-dən 01:33:36-dək olan vaxt ərzində Ağstafa rayonu, Qarahəsənli kənd sakini Şahid1 məxsus fərdi yaşayış evində Zərərçəkmiş şəxs əvvəlcə yumruqla sifət nahiyəsinə 1 dəfə vurmuş, daha sonra Zərərçəkmiş şəxs otağın içərisinə doğru itələmiş, otaqda olan divanda oturtmaqla əli ilə bədəninin müxtəlif nahiyyələrinə vurub ona sol gözün alt səthində hematomalı qançır, sol gözün ağlı qişasına qansızma, məməyəbənzər çıxıntı nahiyyəsinin şişkinliyi, xarici qulaq keçəcəyinin zədələnməsi, qan axması ilə müşayət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Belə ki, hadisənin baş verməsinə səbəb Şahid1 uzun müddət Zərərçəkmiş şəxs ilə yaxın münasibətdə olması, Təqsirləndirilən şəxs 07 yanvar 2021-ci il tarixdə öz şəxsi avtomobili ilə Şahid1 və onun uşaqlarını öz avtomobili ilə başqa ünvana aparması, Zərərçəkmiş şəxs buna etiraz etməsi səbəbindən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisəli münasibətlərin yaranması olmuşdur. Həmçinin müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə saat 00:04:47, 00:07:55-də Təqsirləndirilən şəxs istifadəsində olan **********48 saylı nömrədən (anten- Qazax rayonu, Heydar Aliyev kuchasi 97, Qazax shahari, Sabir kuchasi 16) X8 istifadəsində olan **********06 saylı nömrəyə (anten- Qazax shahari, Sabir kuchasi 16) zəng edilməklə aralarında ümumilikdə 230 saniyə danışığın olması, bundan sonra Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Qazax şəhərində görüşərək Şahid1 yaşadığı Ağstafa rayonu Qarahəsənli kəndində yerləşən evə birlikdə gəlmələri, onlar birlikdə Şahid1 yaşadığı evə daxil olmaları və evə daxil olanadək aralarında dava-dalaşın olmaması, evə daxil olduqları andan evin giriş qapısının Təqsirləndirilən şəxs deməsi ilə Şahid1 tərəfindən bağlanılması və dərhal Təqsirləndirilən şəxs əl zərbələri ilə Zərərçəkmiş şəxs xəsarətlərin yetirilməsi, zərbələrdən sonra Zərərçəkmiş şəxs özünü pis hiss etməsi və özünə gəldikdən sonra isə ev qapılarının açıq olması və sərbəst şəkildə heç bir maneə olmadan sərbəst şəkildə həmin evi tərk etməsi, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il saat 00:46:37-dən 01:33:36-dək Ağstafa rayonu, Qarahəsənli kəndi (anten dairəsi olaraq Agstafa rayonu, Poylu kəndi qeyd edilir) ərazisində olduğu müddətin ümumilikdə 46,59 dəqiqə olması onu göstərir ki, Təqsirləndirilən şəxs niyyəti qanunsuz olaraq Zərərçəkmiş şəxs azadlıqdan məhrum etmək deyil, aralarında yaranmış mübahisənin həll yolu kimi Zərərçəkmiş şəxs sağalamlığına qəsdlə zərər vurması olmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs əməlinə zərərçəkmiş şəxsin sağlamlığı üçün təklükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə əməlini törətməsi kimi qiymətləndirməsinə tənqidi yanaşır. Belə olan halda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün zor tətbiq etməklə onu qanunsuz azadlıqdan məhrum etməsi kimi cəhdlərinin olması barədə ittiham tərəfinin mövqeyi inandırıcı hesab oluna bilməz. Bundan əlavə məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə ərzində Təqsirləndirilən şəxs Ağstafa rayonu, Qarahəsənli kənd sakini Şahid1 məxsus fərdi yaşayış evində olmaması və Zərərçəkmiş şəxs vurmaması barədə şahid ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, iş üzrə şahidlər bir-birlərinin ifədisinə uyğun olmayan ifadələr vermiş, heç bir sübutla öz təsdiqini tapmamış, əksinə məhkəmə iclasında təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, iş materialları ilə təczib edilmişdir. Bu səbəbdən məhkəmə bi hissədə şahid ifadərini sübut kimi qəbul etmir. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı qanunsuz azadlıqdan məhrum etmə cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Məhkəmə yekun olaraq məhkəmə istintaqında tədqiq edilmiş sübutları və müvafiq qanunvericilik normalarını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs iradəsi və törətdiyi əməl Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün zor tətbiq etməklə qanunsuz olaraq azadlıqdan məhrum etməyə yönəlməmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi döymək məqsədi ilə Şahid1 evinə aparmış və orada ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirməklə döydükdən sonra, həmin evdən sərbəst çıxıb getməsinə hər hansı bir şəkildə maneçilik törətməmiş, bu hal zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün zor tətbiq etməklə zərərçəkmiş şəxsin qanunsuz olaraq azadlıqdan məhrum edilməsi kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5-ci maddəsində nəzərdə tutulan zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qanunsuz azadlıqdan məhrum etmə cinayətinin tərkibi yoxdur. Bununla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi yumruqla sifət nahiyəsinə və əli ilə bədəninin müxtəlif nahiyyələrinə vurub ona yüngül xəsarət yetirməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam şəkildə sübuta yetirildiyindən, təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Lakin Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 12 yanvar 2021-ci il tarixdə törətdiyinə və həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayət olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona həmin maddə ilə cəza təyin edilməməli və həmçinin onun barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması nəzərdə tutulub. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimayi təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43-cü maddəsində məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin əsasları göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məhkəməyə təqdim edilmiş yazılı çıxışı ilə müəyyən edilir ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin barəsində müddətin keçməsi əsası ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə işin icraatına xitam verilməsinə razıdırlar. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, təqsirləndirilən səxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini 12 yanvar 2021-ci ildə törətmişdir. Göründüyü kimi, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti yəni Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş iki il müddət artıq başa çatmışdır. Ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə bəraət verici əsaslar olmadan xitam verilməli və ona bu maddə ilə cəza təyin edilməməlidir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin əməlin törədildiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir.
Sədrlik edən: Rəşad Mustafayev