Məhkəmə qərarları › İş №1(076)-78/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-78/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-78/2025 02.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Şəmkir Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 İsmayı oğlunun iştirakları ilə xx.xx.1991-ci ildə Şəmkir rayonu, Kür qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 10 iyun 2024-cü il tarixdə, saat 17 radələrində yaşadıqları Şəmkir rayonu, Kür qəsəbəsinin ərazisində yerləşən qəbirstanlığın yaxınlığında həmyerlisi Zərərçəkmiş şəxs onun barəsində yeddi il əvvəl nalayiq sözlər işlətməsi səbəbindən şəxsi münasibətlər zəminində bir-birlərinin ünvanına nalayiq ifadələr işlətdiklərinə görə aralarında yaranmış sözlə mübahisə zamanı sonuncudan qisas almaq niyyətilə bir neçə dəfə yumruq zərbələri ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən vuraraq ona hər iki gözaltı nahiyənin dərialtı hematoması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanışdır. 10 iyun 2024-cü il tarixdə, saat 13 radələrində o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Zərərçəkmiş şəxs zəng edərək, onunla görüşmək və yaşdıqları Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşən kafelərin birində onunla çay içmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs onun təklifini qəbul edərək diş həkimində olmasını, yaşadıqları qəsəbəyə gələn kimi ona zəng edəcəyini demiş, günortadan sonra onlar yaşadıqları qəsəbənin ərazisindəki parkın qarşısında görüşmüşlər, Orada o, Zərərçəkmiş şəxs yaşadıqları qəsəbə ərazisində yerləşən qəbirstanlığın yanına getmələrini və orada söhbət etmək istəməyini bildirmiş, Ruslan razılaşaraq hər ikisi yaşadıqları qəsəbə ərazisində yerləşən qəbirstanlığın yanına getmişlər. Tanışları Şahid5 və Şahid3 da onların olduqları yerə gəlmişlər. Həmin gün, saat 17 radələrində qəbristanlığın yaxınlığında Zərərçəkmiş şəxs onun barəsində yeddi il əvvəl nalayiq ifadələr işlətməsinin səbəbini soruşmuş, orada hər ikisi bir-birinə söymüşlər. BU vaxt o, qisas almaq məqsədi ilə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə dəfə vurmuş, ondan başqa Şahid5 yumruqla Ruslanın sol alın nahiyəsindən, Şahid3 isə təpik zərbəsi ilə Zərərçəkmiş şəxs sol qabırğalarından vurmuşdurlar. Bu vaxt qəsəbə sakinləri Rauf, Söhrab və Akif gəlib onları aralamaq məqsədi ilə yanlarına gəılmiş, onlar da qaçıb getmişlər. Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Sonradan əməlindən peşman olaraq zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş, ona dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxs onunla barışmışdır. Odur ki, məhkəmədən barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanışdır. Həmyerli kimi əvvəl onun Eşqinlə münasibəti yaxşı olsa da sonradan pozulmuşdur. 10 iyun 2024-cü il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, onunla görüşmək istədiyini və yaşadıqları Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşən kafelərin birində onunla çay içmək istədiyini bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs ona etdiyi təklifi qəbul edərək, diş həkimində olmağını, yaşadıqları qəsəbəyə gələn kimi ona zəng edəcəyini demiş, saat 15-16 radələrində onlar Kür qəsəbəsi ərazisindəki yerləşən parkın qarşısında görüşmüşlər. Sonra Eşqin ona yaşadıqları qəsəbə ərazisində yerləşən qəbirstanlığın yanına getmələrini və orada söhbət etmək istəməsini bildirmiş, o da razılaşmış, qəbristanlığın yanına getmişlər. Şahid5 və Şahid3 da onların olduqları yerə gəlmişlər. Həmin gün, saat 17 radələrində Təqsirləndirilən şəxs onun barəsində yeddi il bundan əvvəl nalayiq ifadələr işlətməyinə görə ona irad tutmuş, sonra sözlə mübahisələri davaya çevrilmiş, Eşqin yumruqla sifətinə bir neçə zərbə vurmuş, Elcan yumruqla alnıa, Musa isə təpiklə sol qabırğasına vurmuşdur. Qəsəbə sakinləri Rauf, Söhrab və Akif onları aralamaq üçün yanlarına gəldikdə Təqsirləndirilən şəxs, Şahid5 və Şahid3 qaçaraq oradan getmişlər. Mübahisə 2-3 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzrxahlıq etmiş, ona dəymiş ziyanı tamamilə ödəmişdir, o, Eşqinlə barışmışdır, sonuncudan şikayəti və tələbi yoxdur, məhkəmədən onun barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 Səyyad qızı ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Kür qəsəbəsində yaşayır. İş üzrə Zərərçəkmiş şəxs oğlu, təqsirləndirilən Təqsirləndirilən şəxs isə həmyerlisidir. 10 iyun 2024-cü il tarixdə, axşam saatlarında oğlu Ruslan evlərinə gələndə sifət nahiysəinin qanadığını görmüş, köynəyinin cırıldığını görmüş, ona sonradan bəlli olmuşdur ki, qəsəbə qəbristanlığının yaxınlında Eşqin Aslnov, Şahid5 və Şahid3 Ruslanı döyüb ona xəsarətlər yetirmişlər. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 11 iyun 2024-cü il tarixli, 518 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– alın nahiyəsinin sol yarısının dərialtı hematoması ilə müşayət olunan alın sümüyünün frontal cibinin ön divarının yerini dəyişmiş sınığı, hər iki gözaltı nahiyənin dərialtı hematoması, döş qəfəsinin sol yan səthinin qançırı küt əşyaların təsirindən törənmişlər, törəmə müddətləri 10 iyun 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə alın nahiyəsinin sol yarısının dərialtı hematoması ilə müşayət olunan alın sümüyünün frontal cibinin ön divarının yerini dəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, hər iki gözaltı nahiyənin dərialtı hematoması həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, döş qəfəsinin sol yan səthinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2 və 177.2.4-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının şəkilməmiş hissəsi 10 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Kür qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2024–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi, həmin əməldə onun təqsirli olması sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 İsmayı oğlu həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 İsmayı oğlu tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 11 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 İsmayı oğluna ödənilməsi üçün dövlət büdcəsinin hesabına 66 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN– i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 40.3, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 İsmayı oğluna ödənilməsi üçün dövlət büdcəsinin hesabına 66 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar