Məhkəmə qərarları › İş №1(076)-79/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-79/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-79/2024 20.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1991–ci il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 09 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnaməsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Şahid2 məxsus “VAZ 21065” minik markalı, **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu, Şəmkir-Şiştəpə avtomobil yolunda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməli yəni, hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi avtomobillə dönmə işıq göstəricisini qoşmadan əks istiqamətdə geriyə manevir etmək üçün qəfildən əvvəlcə sağa və sonra sola manevir edən zaman onunla eyni istiqamətdə hərəkətdə olan Şahid1 idarə etdiyi “VAZ 21011” markalı, **-DM- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağ bud sümüyü boynunun qapalı yerini dəyişmiş sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri yetirməklə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, 09 dekabr 2022-ci il trixdə, saat 17 radələrində Şəmkir rayonu, Morul yaşayış massivində avto yuma məntəqsində tanışı Şahid2 məxsus “VAZ 21065” **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili yuyaraq təmizlədikdən sonra Şahid2 ona özünə məxsus olan avtomobili rayon ərazisində sürüb qurutmasını xahiş etmişdir. Həmin vaxt o, Şahid2 məxsus “VAZ 21065” **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, üzü Şəmkir rayonu, Şiştəpə kəndi istiqamətində hərəkətdə olan zaman Şəmkir-Şiştəpə avtomobil yolunda geri manevir etmək üçün dönmə işıq göstəricisini qoşmadan qəfildən əvvəlcə sağa və sola geri dönmək üçün manevir edən zaman onun hərəkətdə olduğu zolaqda onunla eyni istiqamətdə hərəkətdə olan “VAZ 21011” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxan zaman “VAZ 21011” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi “VAZ 21065” **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapısından çırpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o, “VAZ 21011” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan Şahid3 və Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Onun idarə etdiyi avtomobildə sərnişin qismində heç kim olmamış, hadisə nəticəsində özü də, xəsarət almışdır. “VAZ 21065” **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan etibarnaməsiz idarə etmişdir. Hadisə baş verən vaxt onun idarə etdiyi avtomobilin surəti 20-30 km/saat olmuşdur. Hazırda sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə əməlindən peşmandır. Hadisədən sonra Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla razılıq əldə edərək barışmışdır. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 09 dekabr 2022-ci il trixdə, saat 18 radələrində kürəkəni Şahid1 məxsus “VAZ 21011” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir rayonu, X5 massivindən yaşadığı evə gedərkən, Şəmkir-Şiştəpə avtomobil yolunda onların hərəkətdə olduqları zolaqda onlarla eyni istiqamətdə hərəkətdə olan “VAZ 21065” **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobil ilə əks istiqmətdə hərkət etmək üçün dönmə işıq göstəricisini qoşmadan qəfildən yolun sağına daha sonra isə sola manevir edərkən kürəkəni Şahid1 idarə etdiyi “VAZ 21011” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21065” **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə o, həmçinin onun olduğu avtomobildə sərnişin qismində olan Şahid3 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisədən dərhal sonra tanımadıqları şəxslər onu və gəlni Şahid3 Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmışlar. O, avtomobildə qabaq otracaqda, gəlni Şahid3 isə arxa otracaqda əyləşmişdir. Təqsirləndirilən şəxs ona və gəlni Şahid3 mülicə olunmaq üçün maddi köməklik etmişdir. Hadisəsi nəticəsində kürəkəni Şahid1 xəsarət almamışdır. Hadisə baş verən vaxt Şahid1 idarə etdiyi “VAZ 21011” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin surəti 60 km/saat olmüşdur. Hadisədən sonra ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 09 dekabr 2022-ci il trixdə, saat 18 radələrində sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ 21011” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu, X5 massivindən Şəmkir rayonu, Şiştəpə kəndinə gedərkən, Şəmkir-Şiştəpə avtomobil yolunda onun hərəkətdə olduğu zolaqda onunla eyni istiqamətdə hərəkətdə olan “VAZ 21065” **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobil ilə əks istiqmətdə hərkət etmək üçün dönmə işıq göstəricisini qoşmadan qəfildən yolun sağına doğru daha sonra isə sola manevir edərkən onun idarə etdiyi “VAZ 21011” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə onun idarə etdiyi “VAZ 21011” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan Şahid3 və Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisədən dərhal sonra tanımadığı şəxslər Zərərçəkmiş şəxs və Şahid3 Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmışlar. Hadisə baş verən vaxt onun idarə etdiyi “VAZ 21011” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin surəti 60 km/saat olmuşdur. O, “VAZ 21065” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili 8-10 metr məsafədən görmüşdür. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 09 dekabr 2022-ci il trixdə, saat 17 radələrində o, özünə məxsus olan “VAZ 21065” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilini Şəmkir- Şiştəpə yolunun kənarında yerləşən avtomobil yuma məntəqəsinə Təqsirləndirilən şəxs yuması üçün vermişdir. Həmin tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs ona məxsus olan “VAZ 21065” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilini yuduqdan sonra quruması üçün onun razılığı ilə üzü Şəmkir rayonu, Şiştəpə kəndi istiqamətində idarə edərək getmişdir. Təxminən 5-10 dəqiqə sonra Təqsirləndirilən şəxs ona məxsus olan “VAZ 21065” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilini gec geri qaytarmasından narahad olub küçəyə çıxan zaman avto yuma məntəqəsinin yaxınlığında tanımadığı şəxslərin toplaşmasını görmüşdür. O, həmin yerə yaxınlaşan zaman Təqsirləndirilən şəxs ona məxsus olan avtomobili ilə sonradan adı ona İntiqam kimi məlum olan şəxsə məxsus “VAZ 21011” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşaraq yol-nəqliyyat hadisəsi baş verməsini və nəticədə İntiqam adlı şəxsin idarə etdiyi avtomobildə sərnişin qismində olan Əsginaz və Ramidə adlı şəxslərin xəsarət almalarını görmüşdür. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid3 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Şahid1 və Zərərçəkmiş şəxs onun qohumlarıdır. 09 dekabr 2022-ci il trixdə, saat 18 radələrində qohumu Şahid1 məxsus “VAZ 21011” markalı, **-DM- *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu, X5 massivindən yaşadıqları evə gedərkən, Şəmkir-Şiştəpə avtomobil yolunda onların hərəkətdə olduqları zolaqda onlarla eyni istiqamətdə hərəkətdə olan “VAZ 21065” **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobil ilə əks istiqmətdə hərkət etmək üçün dönmə işıq göstəricisini qoşmadan qəfildən yolun sağına daha sonra isə sola manevir edərkən qohumu Şahid1 idarə etdiyi “VAZ 21011” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sonradan adı onlara məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21065” **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə o, həmçinin onun olduğu avtomobildə sərnişin qismində olan qohumu Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Daha sonra hadisə baş verən ərazidə tanımadığı şəxslər onu və qaynənəsi Zərərçəkmiş şəxs Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmışlar. Şahid3 verilən sualları cavablandırarkən, 09 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində Şəmkir-Şiştəpə avtomobil yolunda hadisə baş verən vaxt o, qohumu Şahid1 məxsus “VAZ 21011” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobildə arxa otracaqda, qaynənəsi Zərərçəkmiş şəxs isə qabaq otracaqda əyləşməsini, Təqsirləndirilən şəxs ona və Zərərçəkmiş şəxs mülicə olunmaq üçün maddi köməklik etməsini, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Şahid1 xəsarət almamasını və hadisə baş verən vaxt Şahid1 idarə etdiyi “VAZ 21011” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin surəti 60 km/saat olmasını bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 09 dekabr 2022–ci il tarixli protokoldan görünür ki, Şəmkir rayonu, Kraz yolu yaşayış massivində hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə tibb–ekspertinin 20 dekabr 2022–ci il tarixli 1496 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər– sağ bud sümüyü boynunun qapalı yerini dəyişmiş sınığı KÜT əşyanın təsirindən törənmişdir, yol–nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti xx.xx.2022–ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol–nəqliyyat hadisələri ekspertizaları şöbəsi ekspertinin 08 may 2023–cü il 8/1058 nömrəli rəyindən görünür ki, VAZ-21065 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21011 markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Şahid1 avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan 09 dekabr 2022–ci il tarixli 284 saylı sərxoşluq vəziyyətinin müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 17 dekabr 2023–cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Şiştəpə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013–cü il tarixli qərarının tələblərini və izahlarını rəhbər tutmuşdur. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, VAZ-21065 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin pozuntu nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmaya aid xəsarət vurulmasına səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42–ci maddəsinin 13–cü hissəsinə əsasən hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 33–cü maddəsinin 4–cü hissəsinin tələbinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və onunla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM–nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzanın icrası yerinə onun göndərilməsi Cəzaların İcrası Məcəlləsinin 68.1–ci maddəsinə əsasən icra məmurunun təqdim etdiyi göstəriş əsasında həyata keçirilməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan “VAZ 21011” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Şahid1 və “VAZ 21065” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Şahid2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 11 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 66 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan “VAZ 21011” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Şahid1 və “VAZ 21065” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Şahid2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 66 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar