Məhkəmə qərarları › İş №1(076)-8/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-8/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-8/2025 27.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı cəza çəkmə müəssisəsində cəza çəkən, əri Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, sonuncunun verdiyi telefon nömrəsinə zəng etməklə Abşeron rayonu, Digah kəndi, Bülbül küçəsində yaşayan Zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi saxlayıb, Şahid2lə eyni cəzaçəkmə müəssisəsində cəza çəkən övladı X2 azadlıqdan məhrumetmə ilə bağlı cəzasının bir hissəsini çəkməkdən azad olunaraq əfv sərəncamında olan şəxslərin siyahısına əlavə edilməsinə köməklik göstərəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin oktyabr ayında, dəqiq məlum olmayan tarixlərdə hissə-hissə olmaqla vahid niyyətlə, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin binasının və Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 may küçəsində yerləşən “ Araz “ marketin içərisindəki “E-manat” ödəmə terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus 4169-7387-2764-3631 nömrəli bank kartına ümumilikdə 1720 (bir min yeddi yüz iyirmi) manat məbləğində pulu ödətdirməklə Zərərçəkmiş şəxs2 əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı cəza çəkmə müəssisəsində cəza çəkən, əri Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, sonuncunun verdiyi telefon nömrəsinə zəng etməklə Şəmkir rayonu, Qaracəmirli kənd sakini Zərərçəkmiş şəxs1 ilə telefon əlaqəsi saxlayıb Şahid2lə eyni cəzaçəkmə müəssisəsində cəza çəkən övladı X5 azadlıqdan məhrumetmə ilə bağlı cəzasının bir hissəsini çəkməkdən azad olunaraq əfv sərəncamında olan şəxslərin siyahısına əlavə edilməsinə köməklik göstərəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayınadək olan müddət ərzində, dəqiq məlum olmayan tarixlərdə hissə-hissə olmaqla vahid niyyətlə, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən “OBA” marketin içərisindəki “E-manat” ödəmə terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus 4169-7387-2764- 3631 nömrəli bank kartına ümumilikdə 3376 (üç min üç yüz yetmiş altı) manat məbləğində pulu ödətdirməklə Zərərçəkmiş şəxs1 əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid2 ilə o, 2021-ci ilin noyabr ayında ailə həyatı qurmuşdur. Həyat yoldaşı Şahid2 AR CM-nin müxtəlif maddələri ilə məhkum olunaraq təxminən 9 ildən artıq olar ki, cəzaçəkmə müəssisəsində cəza çəkir. Abşeron rayonu, Digah kəndi, Bülbül küçəsində yaşayan Zərərçəkmiş şəxs2 oğlu X4 və Şəmkir rayonu Qaracəmirli kəndində yaşayan Zərərçəkmiş şəxs1 oğlu X7 həyat yoldaşı Şahid2lə birlikdə Ədliyyə Nazirliyinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. 2022-ci ilin oktyabr ayında həyat yoldaşı ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb danışan zaman Şahid2 ona sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 mobil telefonu verərək onunla əlaqə saxlayıb məhkum olunmuş şəxsin olub-olmadığını soruşmağını, məhkum olunmuş şəxs olduqda isə özünü əfv komisiyyasının üzvü olduğunu bildirməsini demişdir. O, ilkin olaraq razılaşmasa da sonradan razılaşmışdır. Zərərçəkmiş şəxs2 zəng edib özünü əfv komisyyasının üzvü Gülnarə kimi təqdim edərək danışdıqdan sonra oğlu X3 əfv olunaçaq şəxslərin siyahisına daxil edəcəyini bildirmişdir. Sevda xanım isə onunla razılaşmışdır. O, Sevda xanımdan ilkin olaraq 920 manat pulu ona məxsus plastik karta mədaxil etmişdir. O, həmin pulu kartdan məxaric edib 820 manatını Şahid2 göndərmişdir. Yerdə qalan 100 manat pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonra isə o, Sevda xanıma zəng edərək elavə olaraq 500 manat pul lazım olduğunu bildirmişdir. Sevda xanıma həmin pulu da ona məxsus plastik karta mədaxil etmişdir. O, da həmin pulu kartdan məxaric edib 400 manatını Şahid2 göndərmişdir. Yerdə qalan 100 manat pul isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonra isə o, Sevda xanıma zəng edib 300 manat pul lazım olduğunu bildirmişdir. O isə həmin pulu yenidən ona məxsus plastik karta göndərmişdir. O, yenə də həmin 300 manat pulu kartdan məxaric edib Şahid2 cəzaçəkmə müəssisənə göndərmişdir. 2022-ci ilin dekabr ayında Şahid2 ona zəng edərək pula ehtiyacının olduğunu və Zərərçəkmiş şəxs2 etdiyi oyunu sonradan adını bildiyi Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayan Zərərçəkmiş şəxs1 qarşı etməsini bildirmişdir. O, ilkin olaraq yenidən razılaşmamış, lakin sonra Şahid2 təkidi ilə razılaşmışdır. Ona verilən mobil nömrəyə zəng edərək özünü Gülnarə kimi təqdim edərək əfv komisiyyasının üzvü olduğunu bildirirək oğlunun cəzasının 1 ilini üzərindən götürücəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşmışdır. O, ilkin olaraq 876 manat pul lazım olduğunu bildirmişdir. Sədaət Rzayeva onunla razılaşmış və onun bildirdiyi plastik karta 876 manat pul göndərmişdir. Pulu məxarc etdikdən sonra təxminən 500 manatını Şahid2 göndərmişdir. Yerdə qalan pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonra isə o, Zərərçəkmiş şəxs1 zəng edərək əlavə olaraq sənədlər üçün 1500 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 həmin pulu yenidən ona məxsus plastik karta mədaxil etmişdir. O, da həmin puldan təxminən 1000 manatını Ramilə yerdə qalan pulu isə özü üçün xərcləmişdir. 2023-cü ilin mart ayında o, yenidən Zərərçəkmiş şəxs1 zəng edərək əlavə olaraq 1000 manat pul lazım olduğunu bildirmişdir. Sonuncu həmin pulu onun plastik kartına mədaxil etmiş, 700 manatını Ramillə yerdə qalan 300 manatını isə özü üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs2 ümumilikdə 1720 manat, Zərərçəkmiş şəxs1 isə 3376 manat pul almışdır. O, aldığı puldan müəyyən miqdarda həyat yoldaşı Şahid2aya göndərmişdir. Onu heç kəs tanımasın deyə o, özünü Gülnarə kimi təqdim etmişdir. Hazırda əməlindən peşmandır. Zərər çəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etmiş, həmçinin dəymiş ziyanın iyirmi beş faizi məbləğində dövlət büdcəsinə ödəniş olunmuşdur. Odur ki, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını və məhkəmədən məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, oğlu Şəhriyar 2019-cu il tarixdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən tutulmuşdur. Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 saylı cəza çəkmə müəssəsində cəza çəkir. 2022-ci ilin dekabr ayında Şəmkir rayonu, Qaracəmirli kəndində yaşadıqları evdə olan zaman onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə tanımadığı şəxs ***-***-**-** saylı mobil nömrədən zəng edərək özünü əfv komissiyasının üzvü Glnarə kimi təqdim edib oğlu Şəhriyar Rzayevin cəzasının 8 noyabr zəfər bayramı ilə əlaqədar bir ilinin üzərindən götürüləcəyini və 876 manat dövlət rüsumu ödənilməli olduğunu bildirmişdir. O, həmin vaxt onunla telefonda danışanda onun dediklərinə inanmışdır. Sonuncu ona kart hesabının nömrəsini vermişdir. O, da 27 dekabr 2022-ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən “OBA” marketdə olan e-manat ödəmə terminalı vasitəsilə həmin şəxsin verdiyi hesaba ümumilikdə 876 manat pul köçürmüşdür. Daha sonra həmin şəxs təkrar onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb həmin işin həll edilməsi üçün əlavə olaraq 1500 manat pul ödənişi etdikdən sonra oğlu Şəhriyar Rzayevi əfv siyahısına adı salınacağını bildirmişdir. O, da təkrar olaraq eyni marketdən milli ön terminalı vasitəsilə Gülnarə kimi tanıdığı həmin qadının ona verdiyi hesab nömrəsinə 1500 (bir min beş yüz) manat pul köçürmüşdür. Mobil telefonla Gülnarə kimi tanıdığı həmin qadınla danışan zaman ona oğlunun 2023-cü ilin mart ayında əfv siyahısına düşəcəyini bildirmişdir. O, 2023-cü ilin mart ayında həmin şəxslə telefonla əlaqə saxlayıb işin nə vəziyyətdə olduğunu soruşduqda həmin şəxs oğlunun işinin həll olduğunu, oğlunun işinin birinci növbədə həll olunması üçün şirinlik kimi 1000 (bir min) manat pul verməli olduğunu demişdir. O, bundan sonra yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən “OBA” market adlı marketin qarşısında yerləşən elektron ödəmə terminalı vasitəsilə 03 mart 2023-cü il tarixdə Gülnarə kimi tanıdığı qadının ona dediyi bank hesabı kartına 1000 (bir min) manat məbləğində pul göndərmişdir. Bundan sonra isə Gülnarə adlı həmin qadınla dəfələrlə əlaqə saxlayaraq oğlunun işinin nə yerdə olduğunu soruşduqda hər dəfəsində ona müxtəlif bəhanələr gətirərək tezliklə işin həll olacağını demişdir. Gülnarə kimi tanıdığı həmin qadın onu aldadaraq pulunu ələ keçirmişdir. Gülnarə kimi özünü təqdim edən qadını onun oğlunun adının 8 noyabr Zəfər bayramı münasibətilə əfv siyahısına saldıracağı, oğlunun adının təkrar əfv siyahısına salınması və 2023-cü ilin mart ayında əfv siyahısına ilk sıralarda salınması və şirinlik verməli olduğu adı ilə aldadaraq ümumilikdə ona məxsus 3376 manat məbləğində pulunu ələ keçirmişdir. Gülnarə adlı qadına pulları Gülarənin ona dediyi bank hesabı kartına göndərmişdir. Gülnarənin ona dediyi 4169 7387 2764 3631 saylı bank hesabına müxtəlif vaxtlarda 27 dekabr 2022-ci il tarixdə 876 manat, 29 dekabr 2022-ci il tarixdə 1500 manat və 03 mart 2023-cü il tarixdə 1000 manat pulu elektron ödəmə terminalı vasitəsilə göndərmişdir. Bununla belə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X9 onun həyat yoldaşdır, Zərərçəkmiş şəxs1 isə qayınanasıdır. Həyat yoldaşı Şəhriyar Rzayev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün 2019-cu il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hal-hazırda həyat yoldaşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 saylı cəza çəkmə müəssəsində cəza çəkir. 2022-ci ilin dekabr ayında yaşadıqları Şəmkir rayonu Qaracəmirli kəndində olan zamanı qayınanası Səadətin mobil telefonuna zəng edilərək qayınanasına özünü Gülnarə kimi təqdim edən xanımın həyat yoldaşı Rzayev Şəhriyarın cəzasının 8 noyabr zəfər bayramı ilə əlaqədar bir ilinin üzərindən götürüləcəyini və 876 manat dövlət rüsumu ödənilməli olduğunu bildirmişdir. Qayınanası Səadət və o, həmin xanımın dediklərinə inanmışlar. Həmin xanım onlara plastik kartın seriya nömrələrini göndərmişdir. O, da plastik kartın nömrəsini götürüb həmin gün 876 manat pulu Gülnarə xanımın onlara verdiyi plastik karta Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən “OBA” marketdən göndərmişdir. Pulun göndərilməsi barədə çeki o, həmin xanıma göndərmişdir. Təxminən 10-15 gün sonra qayınanasına zəng edib bildirmiş ki, Şəhriyarın 1 il 06 ayı cəzası qalıb siz razısınızsa yerdə qalan müddətidə əfv siyahısına salaq və 2023-cü ilin mart ayında çıxacaq. Onlar da bununla razılaşmışlar və Gülnarə onlardan əlavə olaraq 1500 manat pul isdəmişdir. Onlarda qeyd edilən plastik karta yenidən Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən “OBA” marketdən 1500 manat pul göndərmişlər. Sonra isə onlardan işin tez həl edilməsi üçün şirinlik istəmiş onlarda Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən “OBA” marketdən Gülnarənin göndərdiyi plastik karta 1000 manat pul göndərmişdir. Məhkəmə, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Şahid2 ibtidai araşdırma zamanı vermiş olduqları ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə baxışı iclasına gəlmədiyinə görə barəsində məhkəmə iclasına məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilərək icra olunması üçün Abşeron Rayon Polis İdarəsinə göndərilmiş, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmədə iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsinin elan olunaraq tədqiq edilməsini və məhkəmə baxışı iclasının onun iştiarkı olmadan keçirilməsini mümkün hesab etmişdir. Belə ki, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Digah kəndi Bülbül küçəsində ailə üzviləri ilə birlikdə yaşayır. Həyat yoldaşı 1993-cü ildə vəfat etmişdir. Dörd övladı var. O, Mehdiabad qəsəbəsində yerləşən Əsgülüm restoranında qabyuyan xadimə işləyir. Onun heç kimlə ədavəti və düşmənçiliyi yoxdur. Şəmkir RPŞ-də aparılan araşdırma ilə bağlı onu demiş ki, onunla birlikdə yaşayan kiçik oğlu Tərlan təxminən 5 il bundan əvvəl cinayət məcəlləsinin 181.3cü naddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Hal-hazırda oğlu cəzasını Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssəsində çəkir. O, oğlunu vaxtından əvvəl cəzaçəkmə müəssəsindən çıxartmaq üçün əfv komsiyasına müraciət etmişdir. Lakin ondan bir nəticə olmadığı üçün 2022-ci ilin oktyabr ayında oğlu Tərlanın cəzasının yarısını çəkib qutardığı üçün vaxtından əvvəl türmədən çıxartmaqdan ötrü cənab Prezidentə və Ədliyyə Nazirliyinə çoxsaylı məktublar ünvanlamışdır. 2022-ci ilin oktyabr ayında məktubları ünvanladıqdan 10 gün sonra onun telefonuna ***-***- **-** mobil nömrəsindən zəng gəlmişdir. Özünü ona əfv komisiyasının üzvi kimi təqdim edən və adını Gülnarə olduğunu deyən xanım oğlunu türmədən çıxartmaqla müraciət etdiyini bildirmişdir. O, da buna çox sevinmişdir. Gülnarə ona şəhid ailəsi kimi müraciətinə baxıldığını deyib o, da oğlu Tərlanın həyat yoldaşının, uşağının və onun şəxsiyyət vəsiqələrinin sürətini, nigah haqqında şəhadətnamənin sürətini ona göndərməyini və ondan oğlunu türmədən vaxtından əvvəl çıxarmağın üçün ilkin olaraq 920 manat pul lazım olduğunu bildirmişdir. O, da bununla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Gülnarənin ona bildirdiyini 4169- 7387-2764-3631 nömrəli Kapital Banka aid olan plastik kart hesabına 920 manat pulu Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabı küçəsində onkoloji xəstəxananın içərisində olan E manat ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Sonra isə ona yenidən xx.xx.2022-ci il tarixdə yenidən zəng edərək əlavə olaraq 500 manat pul lazım olduğunu bildirmişdir. O, da bununla razılaşmış və Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 may küçəsində yerləşən Araz marketinin içərisində olan E manat ödəmə terminalı vasitəsi Gülnarənin ona göndərdiyi plastik karta 500 manat mədaxil etmişdir. Ona tezlikdə oğlunun işinin həl edəcəyini bildirmişdir. Ona yenidən zəng edərək əlavə olaraq 300 manat pul lazım olduğunu bildirmişdir. O, da yenidən razılaşaraq 300 manat pulu Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabı küçəsində onkoloji xəstəxananın içərisində olan E manat ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Pulu göndərdikdən sonra onunla əlaqə saxlayıb işin hansı vəziyyətdə olduğunu soruşduqda ona sənədlərin hazırlandığını və 2022-ci ilin dekabr ayının 10-da oğlunun azadlığa çıxacağını bildirmişdir. 2022-ci ilin dekabr ayının 10-da Glünarəyə zəng edib oğlunun azadlığa nə səbəbə çıxmadığını soruşduqda ona müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. O, da məcbur qalıb yuxarı stansiyalara müraciət etmişdir. Müraciət etdikdən sonra özünü Gülnarə kimi təqdim edən xanımın əslində Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş və ona dəymiş 1720 manat ziyanı ödənmişdir. Onun hal-hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Şahid2 ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsinin elan olunaraq tədqiq edilməsini və məhkəmə baxışı iclasının onun iştiarkı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2014-cü ildə Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10-il cəza almışdır. 2018-ci ilin sentyabr ayının 7-dən 17-saylı cəzaçəkmə müəssəsində cəza çəkən X2 və X6 tanıyır. Həmin şəxslərin onunla birlikdə 17-saylı cəzaçəkmə müəssəsində cəza çəkirlər. Təqsirləndirilən şəxs barəsində edilən şikayətlə tanışdır. Belə ki, o, Təqsirləndirilən şəxs ilə 2021-ci ildə ailə həyatı qurmuşdur. 2022-ci ilin oktyabr ayında yoldaşı ilə əlaqə saxlayıb danışan zaman ona Tərlan Şahkərəmovun ev nömrəsini verib ki, Tərlanın anasına özünü əfv komissiyasının üzvi kimi təqdim edib onun övladını əfv siyahasına sala biləcəyini deməyini bildirmişdir. Günay Tərlanın anası ilə danışdıqdan sonra Tərlanın əfv edilməsi adı ilə ümumilikdə 1720-manat pul almışdır. Aldığı puldan 1520 manatı 3-dəfəyə ona göndərmişdir. Yerdə qalan 200 manat pulu isə Təqsirləndirilən şəxs şəxsi ehtiyacları üçün xərcləmişdir. 2022-ci ildə dekabr ayında o, Günaya zəng edərək pula ehtiyacı olduğunu Tərlan Şahkərəmova etdikləri hrəkəti Şəhriyara da etməyini bildirmişdir. X10 validleylərindən ümumilikdə əfv komissiyası adından 3376 manat pul almışdır. Aldığı puldan 2200 manatını ona yerdə qalan 1276 manatı isə şəxsi ehtiyacları üçün istifadə etmişdir. Təqsirləndirilən şəxs barəsində şikayət edildikdən sonra X1 1720 manat Şəhriyar Rzayevin valideyinlərinə isə 726 manat pulu Təqsirləndirilən şəxs ödəyib. O, etdiyi əməldən peşmandır. Həmin şəxslərin telefon nömrələrini həmin şəxslər özləri ona təqdim etmişlər. O, Təqsirləndirilən şəxs vasitəsi ilə aldığı pulları türmədə şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin şəxslərin etdiyi əməldən xəbərləri olmamışdır. O, etdiyi əməldən səmimi peşmandır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008–ci il təvəllüdlü Fatimə, xx.xx.2009–cu il təvəllüdlü Zeynəb və xx.xx.2016–cı il təvəllüdlü Əli adlı üç nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. Cinayət işinin materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə 1.275 manat pul ödəmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Bununla belə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər biri ayrı-ayrılıqda notarial qaydada yazılmış ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdıqlarını, onlara dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadıqlarını bildirmişlər. Həmçinin, Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanın ödənildiyini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, cinayət işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar