Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-80/2024 16.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1965–ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, evli, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 07 iyul 2023–cü il tarixdə saat 23 radələrində Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən yaşadığı fərdi yaşayış evinin qarşısına alt paltarı ilə çıxması səbəbindən onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ona irad bildirməsinə və bir–birlərinə qarşı nalayiq ifadələr işlətmələrinə görə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmin ünvanda yerləşən yaşadığı evinin həyətyanı sahəsində qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərindən vuraraq ona sağ bazu nayihəsinin orta üçdə birinin ön səthinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən və üst dodağın sol yarısının çapılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 07 iyul 2023–cü il tarixdə saat 16 radələrində oğlu Şahid2lə birlikdə Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Gold Qafqaz” restoranına qonşusunun toy məclisinə getmiş, toy məclisində oğlu ilə birlikdə iştirak etdikdən sonra oğlu Şahid2lə birlikdə toydan çıxıb evə getmiş, küçəyə çatan zaman tanışı Etibara məxsus mağazadan siqaret alıb sonra evə getmək istəmiş, Etibara məxsus mağazadan siqaret alıb çölə çıxan zaman Zərərçəkmiş şəxs onun yanına yaxınlaşaraq əlində şüşə bakalı ilə onu vuracağını bildirmişdir. Onunla həmin vaxt aralarında sözlə mübahisələri baş vermiş, ona məhəl qoymayıb evə getmiş, həmin vaxt oğlu Ümid yanında olmuş, öz evinə gedib toydan gəldiyi üçün əynində olan köynəyi çıxarmış və həyətə çıxmışdır. Həmin gün gecə saat 23 radələri olan zaman qonşusu Şahid3 onlara gəlmiş, Şahid3 ona nə üçün həyətdə lüt gəzdiyini bildirib ailəsinin bu şəkildə onu gördüyünü demiş, bu vaxt Şahid3 onun üzərinə gəlib onu vurmaq istəmiş, oğlu Ümid aralarına daxil olub onun Əli Duraxnov tərəfindən vuulmasına mane olan zaman Şahid3 oğlu Ümidin təpiklə qarın nahiyəsinə vurmuşdur. Səs–küyə qonşuları Sahil və adını tam bilmədiyi Nuku kimi tandığı şəxs gəlmiş, həmin vaxt Nuku adlı şəxs onun üzərinə gələrək onun baş nahiyəsindən vurub onun yanından qaçıb getmiş, içəri daxil olub evdəki baltanı götürüb onun arxasınca düşmək istəmiş, lakin Sahil onun ardınca içəri daxil olub onu sakitləşdirmək istəmiş, həmin vaxt Sahilin içkili olduğunu hiss etmişdir. Bundan sonra çölə çıxmış və onun ardınca Sahil evdən çölə çıxmış, həmin vaxt evin həyətində dayanan Eldəniz adlı şəxs ondan nə istədiklərini və həmin məsələ barəsində səhər söhbət edəcəyini bildirib yerə diz çökərək ona kömək etməsini Eldənizdən xahiş edən zaman Sahil oğlu Ümidin yanında təpiklə sol çiyin nahiyəsindən vurub onu yerə yıxmış, Sahil onu təpiklə vurub yerə yıxandan sonra onun üzərinə çıxıb sifət nahiyəsindən əlləri ilə vurmağa başlamışdır. Həmin vaxt azyaşlı oğlu Ümid Zərərçəkmiş şəxs onu vurmasına mane olmaq üçün əlləri ilə itələyən zaman Sahil sillə ilə onun boğaz nahyəsindən vurmuş, qonşusu Dəniz gəlib onları aralaşdırmışdır. Azyaşlı oğlu Şahid2 DİN–nin 102 zəng xidməti mərkəzinə zəng edib məlumat vermiş və 103 xidmət mərkəzinə zəng edib Təcili Tibbi yardım işçilərini çağırmışıdır. Həmin vaxt o, Sahili vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Əksinə, o və oğlu döyülmüşdür. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, 07 iyul 2023–cü il tarixdə saat 17 radələrində evdən çıxıb Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Gold Qafqaz” şadlıq sarayında baş tutan qonşusu Şahin Salman oğlunun toy məclisinə getmiş, həmin vaxt toy məclisində Təqsirləndirilən şəxs də görmüş, toy məclisində ayrı–ayrı stollarda əyləşib yeyib–içməyə başlamış və həmin vaxt araq içkisi qəbul etmişdir. Həmin gün saat 22 radələrində toy məclisindən çıxıb evə getmiş, küçəyə çatan zaman küçə camaatının küçəyə yığışdığını və avtomobillərin saxladığını görüb nə baş vediyini öyrənmək üçün həmin yerə getmişdir. Bu vaxt Təqsirləndirilən şəxs əynində alt paltarı olduğunu görmüş, aralarında münasibətləri yaxşı olduğu üçün onun yanına yaxınlaşıb qolundan tutaraq evinə aparan zaman onun azyaşlı oğlu Ümid də onların yanında olmuşdur. Ona sakitləşməsini bildirib yaşadığı evin içərisinə aparmış, yenə qayıtmaq istəyən zaman Təqsirləndirilən şəxs getməsinin lazım olmadığını və evdə qalıb sakitləşməsini istəmiş, onunla birlikdə onun evinin həyətinə çıxmış, ona qarşı heç bir səbəb olmadan yeni rəhmətə getmiş atasına qarşı söyüş edən zaman o, sağ əli ilə onun sifət nahiyəsindən bir dəfə sillə ilə azyaşlı uşağının yanında vurmuşdur. Həmin vaxt onu sillə ilə vurmasının qarşılığında Təqsirləndirilən şəxs də əli ilə onun dodaq nahiyəsindən cırmağa başlamış, ondan çəkilən zaman qolundan tutub əl dırnaqları ilə qolunu cırmağa başlamışdır. Daha sonra orada ayrılıb öz evinə çıxıb getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır. Bununla belə təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə dindirilmiş Şahid2 da atası Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qonşu kimi münasibətlər yaxşıdır. Zərərçəkmiş şəxs da tanıyır, onun qonşusudur. 07 iyul 2023–cü il tarixdə saat 23 radələrində işdən evə getmiş, Təqsirləndirilən şəxs evlərinin həyətində səs gəldiyini eşidib onlara getmiş, həmin vaxt Zərərçəkmiş şəxs, Zilfiqarın oğlu Şahid2 və Təqsirləndirilən şəxs görmüşdür. Evin həyətində Zilfiqarın qolunu tutduğunu görmüş, bu vaxt Sahilə və Təqsirləndirilən şəxs aralaşmaqlarını və bu məsələyə son qoymaqlarını bildirmişdir. O, bu sözləri onlara dedikdən sonra Zilfiqarın həyətindən çıxıb evə gedən zaman Təcili Tibbi yardım avtomobilinin ona yaxınlaşaraq Təqsirləndirilən şəxs evinin harada olduğunu soruşmuş, onlara Zilfiqarın evini göstərmiş, Təcili Tibbi yardım avtomobilində olan həkimlər Zilfiqargilin evinin qarşısında saxlamış, bu vaxt o da Zilfiqargilin yanına gəlmişdir. Köməkli şəkildə X5 yardım avtomobilinə əyləşdirib yola salaraq oradan çıxıb evə getmişdir. O, Təqsirləndirilən şəxs evinin həyətində Zilfiqarın sol qolunu sağ əli ilə tutduğunu görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 07 iyul 2023–cü il tarixdə saat 23 radələrində qonşusunun toy məclisindən çıxıb yaşadığı Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən evə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs alt paltarında yol durmasını və nalayiq sözlər işlətməsini görmüşdür. Səbəbini soruşduqda, ona yaxşı etdiyini demiş və onun ünvanına da söyüşlər işlətmişdir. Həmin vaxt qonşular gələrək Zilfiqarı sakitləşdirmişlər, onu isə anası evə aparmışdır. O, həmin vaxt Şahid2 və Təqsirləndirilən şəxs vurmamış, döyməmiş, həmçinin Zilfiqarla Sahilin dalaşmasını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 07 iyul 2023–cü il tarixdə saat 23 radələrində qonşusunun toy məclisindən çıxıb yaşadığı Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən evə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs və digər qonşularını bir yerdə görmüşdür. Nə baş verdiyini öyrənmək üçün onlara yaxınlaşmış, bu zaman Zilfiqarın səs–küy etməsini görmüşdür. Həmin zaman Zilfiqara yaxınlaşaraq onu sakitləşdirmək üçün evinə aparmaq istəmiş, lakin Zilfiqar əlləri ilə onu itələmiş, bu zaman Zilfiqarın onu vurmaq istəməsini düşünmüş və onu itələyərək yerə yıxmışdır. Bundan sonra oradan uzaqlaşıb getmişdir. O, həmin vaxt Şahid2 və Təqsirləndirilən şəxs vurmamış, döyməmiş, həmçinin Zilfiqarla Sahilin dalaşmasını görməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, X3 və Zərərçəkmiş şəxs mübahisə edərək dalaşdıqları, Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 11 iyul 2023–cü il tarixli 790 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər– üst dodağın sol yarısının çapılmış yarası və sağ bazu nahiyəsinin orta üçüdə birinin ön səthinin qançırı KÜT əşyaların təsirindən törənmişlər. Törənmə müddəti 07 iyul 2023–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə üst dodağın sol yarısının çapılmış yarası sağlamlığa Yüngül zərərvurmaya aiddir. Sağ bazu nahiyəsinin orta üçdə birinin ön səthinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdiyi ifadələri biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadə ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri isə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz zərərçəkmiş şəxsin və şahidlərin ifadələri qoyulmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, məhkəmə istintaqında dindirilmiş Şahid2 təqsirləndirilən şəxsin oğlu olmaqla, işin gedişatında maraqlıdır və Təqsirləndirilən şəxs məsuliyyətdən yayınması yönündə ifadə vermişdir. Belə olan halda, məhkəmə həmin şahidin ifadəsinə qiymət verərkən, həmin xüsusatları nəzərə alır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdəislah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi naödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-80/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-80/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver