Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-80/2025 11.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədirliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1973-cü ildə Şəmkir rayon, Zəyəm-Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Şəmkir rayon, Zəyəm- Cırdaxan kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəmkir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə ittiham verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 iyul 2024-cü il tarixdə, saat 15 radələrində yaşadığı Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində onunla eyni ünvanda yaşayan arvadı Zərərçəkmiş şəxs əsassız səbəblərdən əxlaqsız həyat tərzi keçirdiyini bildirdiyinə görə aralarında yaranmış məişət zəminində baş vermiş sözlə mübahisə zamanı xüsusi amansızlıq göstərərək, ağır iztirablar və işgəncələr vermək niyyəti ilə əlindəki dəryazla qəsdən sonuncunun sağ qol nahiyəsinə qəzəblə və dəfələrlə zərbələr endirməklə ona sağ dirsək, mil və orta sinirlərinin, arteriya və venaların, əzələ və vətərlərin kəsilməsi, sağ saidin ön səthinin kəsilmiş-çapılmış yarası ilə müşayiət olunan Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Zərərçəkmiş şəxs ilə münasibəti əvəllər yaxşı olmuş, lakin sonradan münasibətləri qısqanclıq zəminində pisləşmişdir. Belə ki, arvadı Zərərçəkmiş şəxs və özü Şəmkir rayon ərazisində yerləşən istilikxanalarda fəhlə kimi işləyirlər. Lakin o, arvadı Zərərçəkmiş şəxs ayrı işləyir. Zərərçəkmiş şəxs istilikxanalarda işləmək üçün Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yaşayan Gülnar adlı şəxs ilə birlikdə gedir. O, isə arvadı Zərərçəkmiş şəxs Gülnar adlı həmkəndliləri ilə birgə istilikxanalarda işləmək üçün getməsinə dəfələrlə öz narazılığını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs onun sözlərinə məhəl qoymayaraq, ondan Gülnar adlı şəxs ilə birgə işləmək üçün istilikxanalara getməyinə narazılığının səbəbini soruşan zaman o, Zərərçəkmiş şəxs Gülnar adlı şəxsin əxlaqsızlıq etməsini kənd sakinlərindən eşitdiyini bildirmişdir. Ancaq Zərərçəkmiş şəxs Gülnar adlı şəxs ilə Şəmkir rayon ərazisində yerləşən istilikxanalarda işləməyə davam etmişdir. Bu səbəbdən də 21 iyul 2024-cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs ilə yaşadıqları evin həyətyanı sahəsində işləyən zaman aralarında sözlə mübahisələri baş vermişdir. Mübahisə zamanı o, arvadı Zərərçəkmiş şəxs Gülnar adlı şəxs ilə istilikxanalara getməməsini, ancaq onun özü ilə birgə getməyini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona Gülnar adlı həmkəndlilərinin “səndən qeyrətlidir” ifadəsini işlətmişdir. Bu səbəbdən də o, əsəbi halda əlində olan dəryazla Zərərçəkmiş şəxs sağ qol nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs yaşadıqları evin həyətindən qaçaraq onun anası Şahid1 yaşadığı ünvana getmişdir. Daha sonra Zərərçəkmiş şəxs Şəmkir rayon Mərkəzi xəstəxanasına aparılmışdır. Zərərçəkmiş şəxs sağ qol nahiyəsindən dəryazla xəsarət yetirən zaman hadisənin baş verdiyi yerdə onlardan başqa heç kimin olmamışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmasını və ailə vəziyyətini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs ilə münasibəti əvvəllər yaxşı olmuş, lakin sonradan münasibətləri qısqanclıq zəminində pisləşmişdir. Belə ki, Təqsirləndirilən şəxs və onun özü Şəmkir rayon ərazisində yerləşən istilikxanalarda fəhlə kimi işləyərək, gəlirlərini əldə edirlər. Lakin o, Təqsirləndirilən şəxs ayrı işləyir. O, istilikxanalarda işləmək üçün Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yaşayan Gülnar adlı şəxs ilə birlikdə gedir. Təqsirləndirilən şəxs isə ona Gülnar adlı həmkəndliləri ilə birgə istilikxanalarda işləmək üçün getməyinə öz narazılığını ona bildirmişdir. Ancaq o, Təqsirləndirilən şəxs Gülnar adlı həmkəndlisi ilə istilikxanalara getməyinə narazılıq etməsinin səbəbini soruşan zaman əri Təqsirləndirilən şəxs ona Gülnar adlı şəxsin əxlaqsızlıq etməsini kənd sakinlərindən eşitməsini bildirmişdir. Ancaq o, Təqsirləndirilən şəxs Gülnar adlı şəxsin əxlaqlı bir insan olmasını bildirərək, Gülnar adlı şəxs ilə Şəmkir rayon ərazisində yerləşən istilikxanalarda işləməyə davam etmişdir. Bu səbəbdən də 21 iyul 2024-cü il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs ilə yaşadıqları evin həyətyanı sahəsində işləyən zaman aralarında qısqanclıq zəminində sözlə mübahisələri baş vermişdir. Mübahisə zamanı əri Təqsirləndirilən şəxs ona Gülnar adlı şəxs ilə birlikdə işləmək üçün istilikxanalara getməməyini, ancaq onunla birgə getməyini bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs ümumiyyətlə işləməyəcəyini bildirən zaman Təqsirləndirilən şəxs əsəbi halda əlində olan dəryazla onun sağ qol nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. O, sağ qolundan surətlə qan axmasını gördüyü üçün yaşadıqları evin həyətindən qaçaraq qaynanasi Şahid1 yaşadığı ünvan istiqamətində getmişdir. Orada qaynanasi Şahid1 onun sağ qolundan qan axmasını gördüyü üçün yaşadığı evdən dəsmal götürərək qoluna bağlamışdır. Daha sonra sağ qolunda küt ağrıları olduğu üçün adını xatırlamadığı kənd sakinlərindən biri onu Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmışdır. Təqsirləndirilən şəxs onun sağ qolundan dəryazla vuraraq xəsarət yetirən zaman hadisənin baş verdiyi yerdə onlardan başqa heç kimin olmamış, Təqsirləndirilən şəxs onun sağ qolundan dəryazla vuraraq xəsarət yetirərkən, aralarında baş vermiş mübahisənin təxminən 2-3 dəqiqə davam etməsini bildirmişdir. Təqsirləndirilən şəxsla barışmış və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid1 (təqsirləndirilən şəxsin anası) ifadə verməkdən imtina etmidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. Zərərçəkmiş şəxs isə övladıdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs münasibətləri əvvəllər yaxşı olmuş, lakin sonradan münasibətləri qisqanclıq zəminində pisləşmişdir. Belə ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Şəmkir rayon ərazisində yerləşən istilikxanalarda fəhlə kimi işləyərək, gəlirlərini əldə edirlər. Lakin qızı Zərərçəkmiş şəxs kürəkəni Təqsirləndirilən şəxs ayrı işləyirlər. Zərərçəkmiş şəxs istilikxanalarda işləmək üçün Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yaşayan Gülnar adlı şəxs ilə birlikdə gedir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs Gülnar adlı həmkəndlisi ilə birgə istilikxanalarda işləmək üçün getməyinə öz narazılığını bildirdi. Bu səbəbdən də 21 iyul 2024-cü il tarixdə, saat 15 radələrində qızım Zərərçəkmiş şəxs ilə kürəkəni Təqsirləndirilən şəxs aralarında yaşadıqları evin həyətyanı sahəsində qısqanclıq zəmnində mübahisələri baş vermişdir. Mübahisə zamanı kürəkəni Təqsirləndirilən şəxs əsəbi halda əlində olan dəryazla qızı Zərərçəkmiş şəxs sağ qol nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Daha sonra Zərərçəkmiş şəxs qudası Şahid1 yaşadığı ünvana getmişdir. Orada qızı Zərərçəkmiş şəxs qudam Şahid1 Təqsirləndirilən şəxs onun sağ qolundan dəryazla vurmasını bildirmişdir. Həmin vaxt Şahid1 yaşadığı evdən dəsmal götürərək Zərərçəkmiş şəxs qolundan axan qanı dayandırmaq üçün onun qolundan bağlamışdır. Daha sonra Zərərçəkmiş şəxs Şəmkir rayon Mərkəzi xəstəxanasına getmişdir. Şəmkir rayon Mərkəzi xəstəxanasında qızı Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmişdir. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ qolundan dəryazla xəsarət yetirməsi səbəbindən Zərərçəkmiş şəxs Gəncə şəhər Beynəlxalq xəstəxanasına aparılaraq orada əməliyyat etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 iyul 2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Şəmkir RPŞ-nin təhqiqatçısı polis mayoru X3, Təqsirləndirilən şəxs, hal şahidləri X5 və X6 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli ********* nömrəli qərardan görünür ki, fakta görə Azərbaycan Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi ekspertiza və X8” Publik Hüquqi şəxsin 31 iyul 2024-cü il tarixli 723 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər- sağ dirsək, mil və orta sinirlərinin, arteriya və venaların, əzələ və vətərlərin kəsilməsi ilə müşayət olunan, sağ saidin ön səthinin kəsilmiş-çapılmış yarası, çapıcı alətlə, ola bilsin ki, dəryazla yetirilmişdir, yetirilmə müddəti 21 iyul 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 02 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Şəmkir rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Tyunun şəhər Kalinin rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 10 ay azadlıqdan məhrum etmə cəzası verilmiş və xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2024-cü il tarixli Şəmkir RİHB Zəyəm-Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarkterizə olunur. xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Şəmkir RPŞ-nin inzibati binasında Azərbaycan Respublikası 127.2.2-ci maddəsilə nəzərdə tutulan cinayətdə şübhəli bilinərək tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(076)-108/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs – xx.xx.1979-ci il tarixdə Şəmkir rayon, Zəyəm-Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Şəmkir rayon, Zəyəm-Cırdaxan kəndində qeydiyyatda olan və yaşamış Təqsirləndirilən şəxs barəsində 2 ay 29 gün (iki ay iyirmi doqquz gün) müddətinə, yəni 16 noyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 17 avqust 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional bölməsinin 02 sentyabr 2024-cü il tarixli, 16/873 nömrəli ekspert rəyindən görünür ki, təqdiqata təqdim edilmiş 01 (bir) ədəd dəryaz kustar üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı alətdir və soyuq silah hesab edilməmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Həmin maddənin saksiyasında azadlığın məhdudlaşdırlması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərəri tam olaraq ödəmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesbalanır. Məhkəmə hesab edir ki, cəzasını ümumi cəzaşçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM 132.0.3). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd dəryaz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertiza xərci 31.50 (otuz bir manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Az.MEM-in VÖEN **********, AZ34 CTRE********************. X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesaba keçirilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon vəkil bürosunun vəkili X7 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd dəryaz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertiza xərci 31.50 (otuz bir manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Az.MEM-in VÖEN **********, AZ34 CTRE********************. X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-80/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-80/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver