Məhkəmə qərarları › İş №1(076)-81/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-81/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-81/2023 07.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu Seyfəli kəndində yaşadığı evin qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qarşısında sonuncunun tanışı Şahid3 idarə etdiyi VAZ 21074 markalı avtomobilin salonunda əyləşib zarafatlaşarkən nalayiq ifadələr işlətdiyini eşidib Zərərçəkmiş şəxs iradını bildirdiyi zaman ona məhəl qoymadığı üçün əsəbləşərək Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir neçə dəfə yumruqla vuraraq ona sol gözətrafı yumuşaq toxumaların hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyi, baxış protokolu həmin protokollara əlavə olunmuş fotoşəkil və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2014-cü ilə qədər əvvəlki adı, soyadı, ata adı X3 olmuşdur. Daha sonra 2014-cü ildən adını soyadını dəyişərək Təqsirləndirilən şəxs etdirmişdir. Yaşadığı kənddə onu Aqil Əkbərov kimi tanıyırlar. Zərərçəkmiş şəxslə qonşuluqda yaşayır. xx.xx.2023-cü il tarixində saat təxminən 21 radələrində arvadı Şahid2 ilə birlikdə qardaşı Amil Əkbərlinin evindən öz yaşadıqları evə yaxın olduğu üçün piyada gələrkən, həmin vaxt qonşusu Nicat dostu Nurlanla birlikdə Nurlanın idarə etdiyi VAZ 21074 markalı ağ rəngli avtomobilində əyləşdiklərini, Nicat əlində pivə şüşəsi avtomobildə rolun arxasında, Nurlan isə sağ tərəf qabaqda oturduqlarını görmüş və onların uca səslə söhbət edən zaman söyüşlərdən istifadə etdiklərini eşitmişdir. Bu zaman onlara yaxınlaşıb, nə səbəbə söyüş söydüyünü soruşan zaman Nicat ona yaxşı edirəm demişdir. Nicat belə deyən zaman Nicatın sifətinə bir sillə vurmuşdur. Nicatı vurandan sonra Nicat avtomobildən yerə düşmüşdür. Avtomobildən düşən zaman Nicat onun yaxasından tutmuşdur. Nicat onun yaxasından tutan zaman əsəbləşib Nicatın gözünə əli ilə bir dəfə vurmuşdur. Nicatın bıçaq götürmək üçün evə girdiyini bildirdiyi üçün, qarşılıqlı olaraq Nicatı vurmaq üçün evə taxta götürməyə getmişdir. Lakin yoldaşı Gülgəz ona imkan verməmişdir. Sonrada sakitləşmiş və yaşadığı evə getmişdir. Hazırda əməlindən peşiman olmasını, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq ona ictimai işlər növündə yüngül cəzə təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Aqil kimi tandığı Təqsirləndirilən şəxs onun qonşusudur. Təxminən bir il əvvəl İslamla dalaşmışlar, ona görə də aralarında narazılıqlar olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu Seyfəli kəndində yerləşən fərdi yaşayış evinin qarşısında qonşusu Şahid3 avtomobilində sürücü tərəfdə Nurlan isə qabaq oturacaqda əyləşib söhbət edimişlər. Nurlanla söhbət edərkən bir-biri ilə zarafatyana söyüşlərdən istifadə edirmişlər. Qəflətən İslam avtomobilin Nurlan əyləşən tərəfdən qapısını açmışdır. Başını avtomobilin içərisinə salaraq bir neçə dəfə onun sinəsinə və üzünə vurmuşdur. Bu vaxt Nurlan İslamı tutub saxlamışdır. Avtomobildən yerə düşmüşlər. İslam həmin vaxt dəmir parçası gətirmək üçün evlərinə tərəf qaçmışdır. Həmin vaxt İslam içkili olmuşdur. İslam yenə onun üzərinə gəlib onu vurmaq istəyəndə X6 aralamışdır. Daha sonra İslamın arvadı Gülgəz gəlib islamı evlərinə aparmışdır. Sonra yaşadığı evə getmişdir. Evdə olan zaman telefon vasitəsi ilə anası Şahid1 Məhəmməd qızına məlumat vermiş, anası bu barədə DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Hazırda o, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarışı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Ailəli olduğu üçün onunla bir evdə yaşamır. xx.xx.2023cu il tarixdə saat 22 radələrində oğlu Nicat ona zəng edərək qonşusu Aqil Əkbərovun onu döyməsini bildirmişdir. Bundan sonra Nicatın yanına gəlmiş, oğlunun gözünə baxan zaman Nicatın sol göz nahiyəsinin qızarmasını görmüşdür. Ona görə də DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır. xx.xx.2023-cü il tarixində saat təxminən 21 radələrində əri Təqsirləndirilən şəxs ilə birlikdə qaynı Amil Əkbərlinin evindən öz evlərinə yaxın olduğu üçün piyada gəlirmişlər. Evlərinin qarşısında Nicat dostu Nurlanla birlikdə onun idarə etdiyi VAZ 21074 markalı ağ rəngli avtomobilində əyləşmişlər, Nicat əlində pivə şüşəsi avtomobildə sürücü əyləşən yerdə Nurlan isə sağ tərəf də qabaq oturacaq da oturmuşlar. Uca səslə söhbət edən zaman söyüşlər istifadə edirmişlər. Bu zaman İslam onlara yaxınlaşıb söyüş söyməmələrini bildirdikdə, Nicat İslama yaxşı edirəm demişdir. Nicat belə deyən zaman əri İslam onun sifətinə bir sillə vurmuşdur. İslam onu vurandan sonra Nicat avtomobildən yerə düşmüşdür. Avtomobildən düşən zaman İslamın yaxasından tutmuşdur. İslam yenidən əsəbləşib ona yumruq zərbəsi ilə vurmuşdur. Daha sonra Nicat nəsə götürmək üçün evə getmişdir. Bu vaxt İslam evə taxta götürməyə getmişdir. Lakin o, İslama imkan verməmiş, mübahisə bununla yekunlaşmışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş, ölkə ərazisində olmadığından ifadəsi məhkəmə prosesi zamanı iş üzrə tərəflərin etirazı olmadan elan olunaraq tədqiq edilmiş Şahid3 ifadəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır. xx.xx.2023-cü il tarixində saat təxminən 21 radələrində əri Təqsirləndirilən şəxs ilə birlikdə qaynı Amil Əkbərlinin evindən öz evlərinə yaxın olduğu üçün piyada gəlirmişlər. Evlərinin qarşısında Nicat dostu Nurlanla birlikdə onun idarə etdiyi VAZ 21074 markalı ağ rəngli avtomobilində əyləşmişdilər. Nicat əlində pivə şüşəsi avtomobildə sürücü əyləşən yerdə Nurlan isə sağ tərəf də qabaq oturacaq da oturmuşlar. Uca səslə söhbət edən zaman söyüşlərdən istifadə edirmişlər. Bu zaman İslam onlara yaxınlaşıb söyüş söyməmələrini bildirdikdə, Nicat İslama yaxşı edirəm demişdir. Nicat belə deyən zaman əri İslam onun sifətinə bir sillə vurmuşdur. İslam onu vurandan sonra Nicat avtomobildən yerə düşmüşdür. Avtomobildən düşən zaman İslamın yaxasından tutmuşdur. İslam yenidən əsəbləşib ona yumruq zərbəsi ilə vurmuşdur. Daha sonra Nicat nəsə götürmək üçün evə getmişdir. Bu vaxt İslam evə taxta götürməyə getmişdir. Lakin o İslama imkan verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəmkir rayon məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Şəmkir şöbəsinin məhkəmə-tibb eksperti N. Ə.Məhərrəmovun 11 yanvar 2023-cü il tarixli 22 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol gözətrafı yumuşaq toxumaların hematoması KÜT əşyanın təsirindən törənmiş, törənmə müddəti 10 yanvar 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yerinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs qonşusu Təqsirləndirilən şəxs onu döydüyü yeri əyani olaraq göstərmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir RİHB Yuxarı Seyfəli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yuxarı Seyfəli kəndində daimi qeydiyyatda olmaqla yaşayır və yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqda şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü bir oğlan övladı vardır. İş materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş, zərərçəkmiş şəxslə barışıb vurulmuş zərəri aradan qaldırdığına görə cinayət işi üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin təqsirliliyi təsdiq olunur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyi ilə və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi, cəzanı ağırlaşdıran halların olmaması, bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə göstərilənlərə əsasan hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini, təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ictimai işləri cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar