Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-82/2025 23.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəmkir vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2002-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəmkir şəhəri, Səttərxan küçəsi, ev 154-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtida istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Belə ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə saat 09 radələrində öz cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə Şəmkir şəhərində, içərisində olduğu taksi kimi fəaliyyət göstərən Şahid2 məxsus “Kia Rio” markalı avtomobilin arxa oturacağında 14 yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı ilə zor tətbiq etmədən dodaqlarından və boyun nayihəsindən öpməsi nəticəsində onun boyununun sol yan səthində çənəaltı nahiyənin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərin əmələ gəlməsinə səbəb olmaqla on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı əxlaqsız hərəkətlər etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə Şəmkir şəhəri, Səttar küçəsi ev 154-də yaşayır. Zərərçəkmiş şəxs tanıyır. Təxminən 2 ay əvvəl Səbinə ilə tanış olmuşdur. Səbinə atası İlqarın iş yoldaşının qızıdır. X7 rayon Mərkəzi bazarında satıcı işləyir. Səbinənin anası Mətanət də, həmin bazarda işləyir. O, atasının yanına gedərkən Səbinəni görüb tanımışdır. O, kağıza instaqram səhifəsinin adını yazaraq Səbinəyə vermişdir. Səbinə də, instagram səhifəsini kağıza yazıb ona vermişdir. Səbinənin mobil telefonu olmadığı üçün onunla qardaşına məxsus mobil telefon vasitəsi ilə danışmağa başlamışdır. Bundan sonra aralarında sevgi münasibətləri yaranmağa başlamışdır. Onun Səbinə ilə danışmağı barədə heç kəsin məlumatı olmamışdır. O, Səbinə ilə 4-5 dəfə Şəmkir rayon parkında görüşüb söhbət etmişdir. Onlar parkda olanda Səbinənin yanaq nahiyəsindən öpmüşdür. xx.xx.2024-cü il tarixdə o, Səbinə ilə mobil telefonla danışan zamanı qərara gəlmişlər ki, səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə görüşüb söhbət etsinlər. xx.xx.2024-cü il tarixdə tanışı olan taksi sürücüsü Asifə xx.xx.2024-cü il tarixdə sevdiyi qız ilə görüşəcəyini söyləmiş və onları Annenfeld kafesinə aparmasını xahiş etmişdir. Asif onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində o, Asif ilə görüşüb Asifə məxsus avtomobil ilə Şəmkir şəhərində yerləşən Morul məktəbi olan küçəyə getmişlər. Onlar orada təxminən bir saat gözlədikdən sonra Səbinə onların yanından keçib yaxınlıqdakı evlərin arasına girmişdir. O, da Asifə həmin qızın sevgilisi olmasını və qızın arxası ilə maşını sürməsini söyləmişdir. Onlar həmin yerə getmişlər. Səbinə əyləşmək üçün maşına yaxınlaşanda tanımadığı bir nəfər qadın özünü maşının qabağına verib maşını saxlatmışdır. Daha sonra həmin qadın onlara çıxıb getməyi, yoxsa polisə şikayət edəcəyini bildirmişdir. Qadın ona “utanmırsan, qızın 13 yaşı var, nə istəyirsən ondan” sözlərini demişdir. Daha sonra Səbinə oradan çıxıb küçə ilə getmişdir. Bu zaman Asif ondan nə məsələ olmasını soruşmuşdur. O, da Asifə Səbinəni sevdiyini, Səbinənin də, onu sevdiyini söyləmiş və heç bir problem olmadığını bildirmişdir. Daha sonra onlar maşınla Səbinənin yanında keçərkən o, maşının pəncərəsini aşağı salmışdır. Səbinə ona həmin vaxt “Neptun” marketin yanında onları gözləyəcəyini söyləmişdir. Bundan sonra onlar Səbinəni Neptun marketin yanından götürmüş və Annenfeld kafesinə getmişlər. Asif onları kafenin yaxınlığında düşürüb getmişdir. Sonra isə o, və Səbinə Annenfeld kafesinin 1 nömrəli kabinet otağında çay içmiş və bundan sonra Səbinəni başqa tanımadığı taksi evinə yola salmışdır. Onlar Zərərçəkmiş şəxs qaçırmamışlar. Səbinə özü maşına əyləşərək onlarla getmişdir. O, sevgilisi Zərərçəkmiş şəxs ilə cinsi münasibətdə olmamış, lakin Səbinə ilə parkda görüşən zaman Səbinənin boyun və yanaq nahiyəsindən öpmüşdür. Hazırda Səbinə ilə aralarında hər hansı münasibət yoxdur, Səbinə və onun valideynləri ondan şikayətçi deyillər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Şəmkir şəhəri, S.Vurğun küçəsi, ev 90-da yaşayır. Vacib Məmmədov adına tam orta məktəbin 8 c sinifində təhsil alır. Hər gün məktəbə getmək üçün yaşadığı evdən saat 07:30-da çıxıb gedir. Dərsi isə saat 08:00-da başlayır. Təxminən 2024-cü ilin mart ayında Təqsirləndirilən şəxs ilə tanış olmuş, Elçin anası Mətanətin iş yoldaşının oğludur. X6 rayon Mərkəzi bazarında satıcı işləyir. Elçinin atası İlqar da, həmin bazarda işləyir. O, anasının yanına gedərkən Elçini görüb tanımışdır. Elçin ona kağıza instaqram səhifəsini istəməsi barədə not yazıb ona vermişdir. O, Elçinə kağız vasitəsi ilə öz instaqram səhifəsini vermişdir. Onun mobil telefonu olmadığı üçün Elçin ilə qardaşına məxsus mobil telefon vasitəsi ilə danışmağa başlamışdır. Bundan sonra aralarında sevgi münasibətləri yaranmağa başlamışdır. Onun Elçinlə danışmağı barədə heç kəsin məlumatı olmamışdır. O, Elçin ilə 4-5 dəfə Şəmkir rayon parkında görüşüb söhbət etmişdir. Onlar parkda olarkən Elçin mütəmadi olaraq onun üzündən öpmüşdür.xx.xx.2024-cü il tarixdə o, Elçinlə qardaşına məxsus mobil telefonla danışan zamanı onlar qərara gəlmişlər ki, sabah yəni xx.xx.2024cü il tarixdə görüşüb söhbət etsinlər. xx.xx.2024-cü il tarixdə saat təxminən 09 radələrində əvvəldən danışdığı kimi Elçin taksi maşını ilə gəlib onu oxuduğu məktəbin qarşısındakı küçədən götürməli olmuşdur. Lakin o, maşına minmək istəyərkən oxuduğu məktəbdə xadiməçi işləyən Samirə onları görüb hay-küy salmışdır. O, da Elçinə “Neptun” marketin yanına getməsini və oraya gələcəyini söyləmişdir. Daha sonra Elçin maşınla Neptun marketin yanına getmişdir. Daha sonra Elçin “Kia” markalı avtomobilə onun yanına gələrək onu mağazanın qabağından götürmüşdür. Elçin onu götürərkən avtomobili tanımadığı şəxs idarə etmişdir. O, maşının arxa oturacağında oturmuşdur. Bir az sonra “Annenfeld” kafesinə çatmışlar. Onlar orada çay içdikdən sonra o, evə qayıtmışdır. Onu heç kim qaçırmamışdır. O, xx.xx.2024-cü il tarixdə saat təxminən 09 radələrində sevgilisi Təqsirləndirilən şəxs ilə əvvəldən razılaşadığı kimi görüşə getmişdir. O, Elçin ilə görüşdükdən sonra evinə qayıtmışdır. O, öz istəyi ilə könüllü olaraq sevgilisi Elçin ilə görüşmüşdür. Təqsirləndirilən şəxs ilə cinsi münasibətdə olmamışdır. Lakin o, Elçinlə parkda görüşəndə mütəmadı olaraq onu öpmüşdür. Hazırda Elçindən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Səttar qızı məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışmasını, ondan heç bir şikayət və tələbi olmasını bildirərək ərizənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır. Elçin ondan iki küçə aralıda yaşayır. O, anası X1 məxsus “Kia Rio” markalı axırı 649 nömrəsi ilə bitən dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğuldur. Onun taksi fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası yoxdur. xx.xx.2024-cü il tarixdə Elçin “whatsapp” vasitəsi ilə onunla əlaqə saxlamış və ona səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə sevgilisi ilə görüşüb Şəmkir şəhərində yerləşən “Annanfeld” kafesinə oturmağa gedəcəklərini bildirmiş, onları oraya aparmağını xahiş etmişdir. O, da Elçin ilə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində yaşadığı küçədə Elçin ilə görüşmüş, sonra onlar idarə etdiyi avtomobil Şəmkir rayonu, Morul yaşayış massivində yerləşən məktəbin yanına getmiş, məktəbin qarşısındakı küçədə gözləmişlər. Aradan təxminən bir saat keçdikdən sonra bir nəfər qız uşağı onların yanından keçib yaxınlıqdakı evlərin yanına getmişdir. Həmin vaxt Elçin ona istədiyi qızın həmin qız olmasını və onun maşını irəli sürməyini, qızı evlərinin yanından götürməyini söyləmişdir. O, da maşını oraya sürmüşdür. Onlar evlərin arasına girəndə tanımadığı bir nəfər qadın çıxmış və Elçinin sevgilisini çağırmışdır. Daha sonra onlar nəsə danışmışlar. Bundan sonra o, maşını sürüb qabağa getmək istəyərkən həmin qadın maşının qabağını kəsmiş və ona arxaya sürməyini söyləmişdir. O, da arxaya yolun olmadığını söyləmişdir. Sonra həmin qadın Elçin tərəfdən maşına yaxınlaşmış və Elçinə “utanmırsan, onun 13 yaşı var, 8-ci sinifdə oxuyur” deyə söyləmişdir. O, da Elçindən nə məsələ olmasını soruşmuş, Elçin də ona “narahat olma, qız məni istəyir, mən də, qızı istəyirəm, problem yoxdu” deyə söyləmişdir. Daha sonra Elçinin sevgilisi yol ilə getməyə başlamışdır. Onlar da maşınla qızın yanından keçərkən Elçin maşının pəncərəsini aşağı salmış və həmin vaxt qız onları Şəmkir şəhərində yerləşən “Neptun” marketin yaxınlığında gözləyəcəyini söyləmişdir. Daha sonra Elçin və o, Elçinin sevgilisini götürmüşlər. Elçinin sevgilisi, sonradan adının Səbinə olması öyrəndiyi qız maşının arxa oturacağında oturmuşdur. Maşınla bir az getdikdən sonra Elçin ona maşını saxlamağını söyləmişdir. O, maşını saxladıqdan sonra Elçin maşının qabaq oturacağından düşüb arxaya, Səbinənin yanına oturmuş və ona maşını sürməyini söyləmişdir. Daha sonra Elçin Səbinəyə ondan ötrü darıxmasını söyləmişdir. Səbinə də Elçinə ondan ötrü darıxmasını bildirmişdir. Səbinə və Elçin öpüşməyə başlamışlar. Elçin Səbinənin dodaqlarından və boynundan öpmüşdür. Sonra isə Elçin Səbinənin sinəsini açmış və Səbinənin sinəsindən və döşlərindən öpməyə başlamışdır. Səbinədən ehtiraslı səslər gəlmişdir. O səsləri eşitdikdə Elçindən nə etməsini soruşmuşdur. Elçin da burda bir şey olmadığını və Səbinənin onun sevgilisi olmasını söyləmiş və Səbinə ilə öpüşməyə davam etmişdir. Bir az sonra “Annenfeld” kafesinə çatmışlar. Bundan sonra o, Elçin və Səbinə yaxınlıqdakı parkda düşürüb getmişdir. Onlar Səbinəni qaçırmamış, Səbinə özü maşına əyləşərək getmişdir. O, Səbinənin az yaşlı olmasını bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Şəmkir rayonu, Morul tam orta məktəbində xadiməçi işləyir. Hər gün işə saat 08:00-da gedib axşam saat 18:00-da işdən geri qayıdır. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində o, işə getmək üçün yaşadığı evi tərk etmişdir. Küçədə olarkən Səbinənin onun yaşadığı ünvana tərəf gəldiyini görmüşdür. Səbinənin arxasınca isə üzü tüklü iki nəfər şəxsin avtomobillə gəldiyini görmüşdür. Səbinə isə küçənin döngəsində gizlənmişdir. Həmin vaxt Səbinənin arxasınca gələn avtomobil qeyd edilən döngəyə gəlmiş və Səbinə həmin avtomobillə tərəf getmiş, tanımadığı şəxs isə Səbinəyə avtomobildə əyləşməsini bildirmişdir. Səbinə avtomobilə tərəf gedərək əyləşmək istəyən zamanı o, səs küy salaraq Səbinəyə 13-14 yaşı olduğunu və hələ ailə qurmağın tez olduğunu bildirmişdir. Səbinə isə ona taksi çağırdığını bildirmişdir. Səbinə isə onunla mübahisə etmişdir. Bundan sonra isə o, Səbinəyə polis çağıracağını bildirmişdir. Bu sözdən sonra isə Səbinə küçəyə doğru hərəkətə başlamışdır. Həmin vaxtı o, oğlanlara qızın azyaşlı olduğu və 8-ci sinifdə təhsil aldığını bildirmişdir. O, həmin şəxslərə qızı qaçıracaqları halda polisə xəbər verəcəyini bildirmişdir. Avtomobildə olan şəxslərin biri isə ona qızı istədiyini və ailə quracağını bildirmişdir. O, onlarla səsli mübahisə etdikdə sol dizi ehtiyatsızlıqdan avtomobilə dəymişdir. Onun küçədə səs küy saldığını eşidən küçə sakinləri gəlmişlər. Bundan sonra o, bu barədə məktəb rəhbərinə məlumat vermişdir. O, sözlə mübahisə edərkən öz ehtiyyatsızlığından sol dizi avtomobilə dəyərək xəsarət almışdır. Hadisə baş verən zamanı orada onlardan başqa heç kim olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs onun nəvəsidir və Şəmkir şəhəri, V.Məmmədov küçəsində yerləşən məktəbin 8-ci sinif şagirdidir. Səbinə xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində yaşadığı evdən çıxaraq oxuduğu məktəbə getmişdir. Aradan təxminən bir saat keçdikdən sonra qonşu Yelən Şirinova onların yanına gəlmiş və Səbinənin oxuduğu məktəbin müavini Xəyalə müəllimənin zəng edərək Səbinənin naməlum şəxs və ya şəxslər tərəfindən oxuduğu məktəbin qarşısındakı küçədən qaçırılmasını bildirmişdir. Daha sonra onlar Səbinənin qaçırılması ilə bağlı soraqlamışdır. Həmin vaxt məktəbin xadiməsi Samirə bir az əvvəl, yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 09 radələrində məktəbin qarşısındakı küçədə olarkən qızı Səbinənin zorla boz rəngli xarici maşına əyləşdirilməsini gördüyünü, həmin vaxt Səbinəyə tərəf maşının qabağına getdiyini, maşının sürücüsünün isə maşını üstünə sürdüyünü, kənara çəkildiyini, daha sonra həmin maşının oradan uzaqlaşdığını, dərhal bu barədə məktəbin müavini Xəyalə xanıma xəbər verdiyini söyləmişdir. Onlar bundan sonra dərhal Şəmkir RPŞ-nə ərizə ilə müraciət edərək qızın tapılmasını xahiş etmişlər. Polis əməkdaşları tərəfindən Səbinə tapılaraq qaytarılmış və ona məlum olmuşdur ki, nəvəsi qaçırılmamış özü könüllü olaraq Elçin adlı şəxslə birlikdə avtomobilə minərək getmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 may 2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus “Honor X6” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı “Honor x6” markalı mobil telefonda videoların olduğu qovluqda Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs birlikdə çəkdikləri video aşkar edilmiş, videoda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə üz və alın nahiyyəsindən öpməsi müşahidə edilmişdir. (i.v. 20) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin 20 may 2024-cü il tarixli, 444 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarət – boyunun sol yan səthində çənə altı nahiyənin qançırı küt əşyanın təsirindən törənmiş, törənmə müddəti 20 may 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığıa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, arxa keçəcəyində onunla cinsi əlaqədə olmağa dəlalət edən hər hansı bir xəsarət və dəyişiklik aşkar edilmədi. (i.v. 30-31) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 xx.xx.2024-cü il tarixli, 487 saylı “Canlı şəxsin ekspertizası” ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmiş, xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. (i.v. 31-33) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 11 oktyabr 2024-cü il tarixli, 751 saylı rəyindən görünür ki, Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olması müəyyən edilmişdir. O material üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya bilmək qabiliyətindədir. Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərindən, yaş həddindən, intellektual inkişafı və emosional halında asılı olaraq olmuş hadisənin mahiyyətini dərk etmək iqtidarındadır. Azyaşlı Zərərçəkmiş şəxs başqalarının təsiri altında qalaraq baş vermiş hadsənin mahiyyəti üzrə fərqli ifadə verməyə və yalan danışmağa meylli deyildir. (i.v. 185-186) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəmkir RİHB Şəmkir şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. “Axtarışda olmuş şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(076)-129/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində 1 ay müddətinə, yəni 28 oktyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 28 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 19 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə zərər çəkmiş ifadəsi, baxış keçirmə protokolu, ekspertiza rəyləri və digər istintaq sənədləri sübut növü kimi, cinayət işi materiallarına əlavə edilmiş bir ədəd DVD disk maddi sübut növü kimi qiymətləndirilərək tanınmışdır. (i.v. 127-133) Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməməsi, yəni sonuncunu öpməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 153.2-ci maddəsinə əsasən on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 153.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək həbsdə saxlanıldığı 01 ay müddətona təyin olunmuş cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli 23 may 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 01 (bir) ay müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 02 (iki) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-82/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-82/2025
23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver