Məhkəmə qərarları › İş №1(076)-85/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-85/2024

26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-85/2024 26.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zahib oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Şəmkir rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin sahibi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» nın 3.4.1 bəndinin və «Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ №02-2002) 1.2, 2.4.5, 2.4.9, 2.4.23.1 bəndlərinin tələblərinə əsasən, yaşayış evinin daxilində qaz xətlərinin polad materialdan olan borulardan istifadə edilməklə çəkilməsini, eləcə də sobanın düzgün quraşdırılmasını təmin etməyərək yaşayış evində quraşdırılmış qaz cihazının təhlükəsiz istismar edilməsini və onun lazımı vəziyyətdə saxlanılmasını həyata keçirməyərək kənar şəxsin yanaraq ölməsi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib təhlükəsizlik qaydalarına əməl etməyərək cinayətkarcasına etinasızlıq göstərmiş, 01 fevral 2023-cü il tarixdə, saat 13 radələrində Şəmkir rayonu, Mahmudlu kənd sakini, xx.xx.1951-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus sözügedən fərdi yaşayış evinin yataq otağında olarkən evin isidilməsi üçün orada quraşdırılmış qaz sobasından çıxan alovun sonuncunun paltarına keçməsi nəticəsində yüksək hərarətin-alovun təsirindən törənmiş, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən səthinin 80- 90 %-nin İİİ-İV dərəcəli termiki yanıqları xəsarətləri almış, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlığı üzündən Zərərçəkmiş şəxs aldığı termiki yanıq xəsarətlərindən hadisə yerində ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun bibisidir. Belə ki, o, uzun müddətdir ki, anası Şahid1, bibiləri Zərərçəkmiş şəxs və Sahibə Məmmədova ilə birlikdə yaşamışlar. Bibiləri Zərərçəkmiş şəxs və Sahibə Məmmədova psixi xəstəlikdən əziyyət çəkmişdir. Lakin Gültəkin və Sahibə bu xəstəlikləri ilə bağlı heç bir müalicə almamış və heç bir dispanserdə qeydiyyatda dayanmamışlar. Onların yaşadıqları fərdi yaşayış evinin həyətyanı sahəsində iki ev vardır. Həyətə daxil olan kimi sağ tərəfdə yerləşən fərdi yaşayış evinin baş tərəfindəki otaqda bibiləri yaşamışdır. Digər yaşayış evində isə anası ilə o, yaşayır. X18 2004-cü il tarixdən mütəmadi olaraq işləmək üçün Rusiya Federasiyasının Kaluqa şəhərinə gedib-gəlmişdir. Qara orada fəhləliklə məşğul olur. Qara Azərbaycan Respublikasına çox az gəlir. X18 sonuncu dəfə 2018-ci il tarixdə Rusiya Federasiyasının Kaluqa şəhərinə getmiş və həmin vaxtdan etibarən gəlməmişdir. Yaşadıqları, yəni hadisə baş verən fərdi yaşayış evi ona məxsusdur və o sahiblik etmişdir. Belə ki, atası X9 2018-ci il tarixdə həmin evi ona verərək Rusiya Federasiyasının Kaluqa şəhərinə getmişdir. Hal-hazırda Qara Rusiya Federasiyasının vətəndaşlığını alaraq orada yaşayır. Atası getdikdən sonra o, atasının evin həyətində onun üçün tikdiyi, lakin yarımçıq qaldığı evi özü üçün tikintisini yekunlaşdırıb təmirini etmişdir. Həmin tikilinin baş tərəfində yerləşən otaqda isə bibiləri Zərərçəkmiş şəxs və Sahibə Məmmədova yaşamışdır. Hadisə də məhz həmin otaqda baş vermişdir. X10 2020-ci ilin fevral ayında xəstəlikdən vəfat etmişdir. Həmin vaxtdan etibarən bibisi Zərərçəkmiş şəxs həmin otaqda tək yaşamışdır. Ancaq Gültəkinin onunla və anası İradə ilə çox yaxşı münasibəti olmuşdur. Gültəkinin gündəlik olaraq yeməyini onlar vermiş və digər ehtiyaclarını onlar qarşılamışdır. Bibisi Gültəkin psixi cəhətdən xəstə olmaqla yanaşı, həm də kor olmuş və əsa ilə yerimişdir. 2021-ci ilin fevral ayında bibisi Gültəkinin saçı yanmışdır. Həmin vaxt o, işdə olmuşdur. Saat 16 radələrində anası İradə ona zəng edərək bibisi Gültəkinin qaz sobasından keçən alovun saçına keçməsi nəticəsində saçının yandığını və üz-sinə nahiyələrinin termiki xəsarət aldığını demişdir. O, dərhal işdən çıxıb evə gəlmiş və bibisi Gültəkini Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada Gültəkinə ilkin tibbi yardım göstərilmiş və daha sonra onlar Gültəkini xəstəxananın göndərişi əsasında Bakı şəhəri 5 saylı Xəstəxanaya aparmışlar. Orada təxminən 15-20 gün müalicə aldıqdan sonra onlar Gültəkini geri qaytarmışlar. Geri qayıtdıqdan sonra da Gültəkin yenə tək yaşamağa başlamışdır. Bibisi Gültəkin yaşadığı otağı işıqla qızdırmışdır. Belə ki, Gültəkin yaşadığı evdə elektriklə işləyən istilik cihazından istifadə etmişdir. Lakin Gültəkinin işığa xeyli miqdarda borcu yarandığından, həmçinin elektrik işıqlandırılmasını xoşlamadığından və yaranmış borcunu ödəmədiyindən Gültəkinin qaldığı otağa sayğac qoyulmamış və işığı kəsilmişdir. Belə ki, bibisi Gültəkinin yaşadığı otağın işıq və qaz sayğacı ayrıca olmuşdur. Həmin “ceyran” tipli qaz sobası uzun müddət mövcud olmasına baxmayaraq istifadə edilməmişdir. Bibisinin yaşadığı otağın işığı kəsildiyindən onlar məcbur olub Gültəkinin qaldığı otaqda olan “Ceyran” tipli qaz sobasını işə salmışdır. Sobanın boruları köhnəldiyindən o, boruları yenisi ilə əvəz etmişdir. Gültəkin həmin ilin qış mövsümü başlayandan “Ceyran” tipli qaz sobasından istifadə edərək yaşadığı otağı qızdırmışdır. Son vaxtlar işlərinin çoxluğu ilə əlaqədar “ceyran” tipli qaz sobasına nəzarət etməmişdir. Sarı rəngli qeyri-metal borunu “Ceyran” tipli qaz sobasına həmin il qış başlayanda onun tərəfindən quraşdırılmışdır. Bibisi Gültəkinin gözü görməməsi səbəbindən “Ceyran” tipli qaz sobasına onun tərəfindən daim nəzarət edilmiş və yandırılıb-söndürülmüşdür. Hadisə olan günü, yəni 01 fevral 2023-cü il tarixdə o və anası İradə işdə olmuşdur. Belə ki, o, traktor sürücüsü olaraq çalışır. Anası İradə isə Mahmudlu kənd tibb məntəqəsində tibb bacısı olaraq çalışır. Saat 14 radələrində o, evə qayıdarkən yaşadıqları fərdi yaşayış evinin həyətyanı sahəsinin qapısını açmış və bibisi Gültəkinin həyətin ortasında tam yanaraq kömürləşdiyini və tüstülədiyini görmüşdür. O, qorxmuş və qonşuluqda yaşayan Məhəbbəti köməyə çağırmışdır. Məhəbbət gəlmiş və bibisi Gültəkinə yaxından baxdıqda onun artıq öldüyünü görmüşdür. Belə olan halda o, qonşuluqda yaşayan Məhəbbət ilə köməkli şəkildə bibisi Gültəkinin meyitini götürüb yatdığı çarpayıya uzatmışlar. Daha sonra o, Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə zəng edib məlumat vermişdir. Təxminən 15-20 dəqiqə sonra polis əməkdaşları gəlmişdir. Hadisə olan gün o, evə girəndə qaz sobasının farsonkasının iki gözünün köldə yandığını görmüşdür. Həmçinin Zərərçəkmiş şəxs yazıb-oxuya bilmədiyi üçün Azərqaz İBnin əməkdaşları abonentləri təlimanlandırmaq üçün gəldikləri zaman bibisi Gültəkinin əvəzindən həmin təlimatlandırma jurnalını o özü imzalamışdır. Gültəkinin yaşadığı otağın qarşısında olan artırma hissəsinin pəncərənin alt hissəsi onun tərəfindən hadisə baş verməmişdən beş-altı ay əvvəl onun tərəfindən hördürülmüşdür. Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin onun bibisi olmaqla hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri növündə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun bacısıdır. Zərərçəkmiş şəxs və digər X11 heç bir vaxt ailə həyatı qurmayaraq qardaşı Qaranın ailəsi ilə birlikdə ata evində yaşamışlar. Bacıları Zərərçəkmiş şəxs və Sahibə Məmmədova psixi xəstəlikdən əziyyət çəkmişlər. Lakin, Gültəkin və Sahibə bu xəstəlikləri ilə bağlı heç bir müalicə almamış və heç bir dispanserdə qeydiyyatda dayanmamışlar. Onların yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində iki ev vardır. Həyətə daxil olan kimi sağ tərəfdə yerləşən fərdi yaşayış evinin baş tərəfindəki otaqda bacıları yaşamışdır. Digər yaşayış evində isə qardaşı oğlu Orxanla gəlini İradə yaşayır. X16 2004-cü il tarixdən mütəmadi olaraq işləmək üçün Rusiya Federasiyasının Kaluqa şəhərinə gedib-gəlmişdir. Qara orada fəhləliklə məşğul olur və Azərbaycan Respublikasına çox az gəlir. Qara sonuncu dəfə 2018-ci il tarixdə Rusiya Federasiyasının Kaluqa şəhərinə getmiş və həmin vaxtdan etibarən gəlməmişdir. Hadisə baş verən fərdi yaşayış evi qardaşı oğlu Təqsirləndirilən şəxs məxsusdur. Belə ki, qardaşı X9 2018-ci il tarixdə həmin evi Orxana verərək Rusiya Federasiyasının Kaluqa şəhərinə getmişdir. Hal-hazırda o, Rusiya Federasiyasının vətəndaşlığını alaraq orada yaşayır. Qardaşı getdikdən sonra Orxan evin həyətində qardaşının Orxan üçün tikdiyi, lakin yarımçıq qaldığı evi özü üçün tikintisini yekunlaşdırıb təmirini etmişdir. Həmin tikilinin baş tərəfində yerləşən otaqda isə bacıları Zərərçəkmiş şəxs və Sahibə Məmmədova yaşamışlar. Hadisə də məhz həmin otaqda baş vermişdir. X11 2020-ci ilin fevral ayında xəstəlikdən vəfat etmişdir. Həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs həmin otaqda tək yaşamışdır. X14 və İradə ilə çox yaxşı münasibəti olmuşdur. Gültəkinin gündəlik olaraq yeməyini onlar vermiş və digər ehtiyaclarını qarşılamışdır. Gültəkin psixi cəhətdən xəstə olmaqla yanaşı, həm də kor olmuş və əsa ilə yerimişdir. 2021-ci ilin fevral ayında Gültəkinin saçı yanmışdır. Orxan və X15 rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Orada Gültəkinə ilkin tibbi yardım göstərilmiş və daha sonra Gültəkini xəstəxananın göndərişi əsasında Bakı şəhəri 5 saylı Xəstəxanaya aparmışlar. Orada təxminən 15-20 gün müalicə aldıqdan sonra Gültəkini geri qaytarmışdır. Geri qayıtdıqdan sonra da Gültəkin yenə tək yaşamağa başlamışdır. Gültəkin yaşadığı otağı işıqla qızdırmışdır. Hadisə olan günü, yəni 01 fevral 2023-cü il tarixdə o, evdə olmuşdur. Saat 14 radələrində Orxan ona zəng edərək Gültəkinin yanaraq öldüyünü demişdir. O, dərhal evə gəldikdə Gültəkinin yaşadığı otağı isitmək üçün istifadə etdiyi “Ceyran” tipli qaz sobasından alovun paltarına keçməsi nəticəsində yandığını və aldığı xəsarətlərdən həyətin ortasında öldüyünü bilmişdir. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi X5 notarial qaydada təsdiqlənmiş ərizəsi məhkəməyə göndərərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qonşusudur. Belə ki, onların yaşadıqları evlər demək olar ki, yanbayan yerləşir. Gültəkin digər X11, X16, qardaşı arvadı Şahid1 və qardaşı oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. Qara Məmmədov Azərbaycan Respublikasına çox az gəlir və sonuncu dəfə 2018-ci il tarixdə Rusiya Federasiyasının Kaluqa şəhərinə getmiş və həmin vaxtdan etibarən gəlməmişdir. Hadisə baş verən fərdi yaşayış evi Təqsirləndirilən şəxs məxsusdur. Belə ki, X9 2018-ci il tarixdə həmin evi Orxana verərək Rusiya Federasiyasının Kaluqa şəhərinə getmişdir. Hal-hazırda Qara Rusiya Federasiyasının vətəndaşlığını alaraq orada yaşayır. Hadisə olan günü, yəni 01 fevral 2023-cü il tarixdə o, evdə olmuşdur. Saat 14 radələrində Orxan yaşadığı evə gələrək Gültəkinin yanaraq öldüyünü demişdir. O, dərhal Orxanla birlikdə getdikdə Gültəkinin meyitinin yanmış şəkildə həyətdə yerdə olduğunu görmüşdür. Gültəkin təmamilə yanmış və Gültəkinin meyitindən tüstü çıxmışdır. Gültəkin həmin vaxt yan üstə olmuşdur və paltarının yanmış hissələri ətrafa tökülmüşdür. Onlar yerə tökülmüş paltar küllərini yığmamışlar, daha sonra ekspert gəldikdən sonra yığmışdır. O Orxana Gültəkini qapıdan götürüb evə aparmağı təklif etmişdir. Belə ki, onun əynində paltar olmadığı üçün o Gültəkini içəri aparmağı demişdir. O qorxmadan Gültəkini götürmüş, lakin Orxan isə qorxudan əsmişdir. O Gültəkinin ayaqlarından tutmuş, Orxan isə qollarından tutraq aparmışlar. O, Orxan ilə köməkli şəkildə Gültəkinin meyitini götürüb yaşadığı otaqdakı çarpayının üzərinə uzatmış və üzərini örtü ilə örtmüşlər. Daha sonra Orxan Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə zəng edib məlumat vermişdir. Təxminən 15-20 dəqiqə sonra polis əməkdaşları gəlmişdir. Əlavə olaraq bildirir ki, mərhum Gültəkinin qazı, işığı suyu var idi. Onun sayğacı ayrı idi və qazı gəlirdi. Onun gözü zəyif gördüyü üçün özü qazı yandıra bilməmiş, onun qaz peçini Orxan yandırmış və dəfələrlə ona da demişdir ki, gəl mənim qazımı yanıdır, lakin o yandırmamışdır. O ona Orxanın yandırmasını bildirmişdir və özü yandırmamışdır. Gültəkin qış aylarında təsadüfü hallarda gəlib ona qaz peçini yandırmasını təsadüfi hallarda demişdir. Lakin o heç vaxt yandırmamışdır ki, Orxan yandırsın. Gültəkinin evinin işığı var idi, lakin çoxdan idi ki, yandırmırdı. Onun işığının niyə yanmamasını bilmir. Gültəkinin qazı küçədən qaz xətindən çəkilib və qazı yanırdı. Hal hazırda da həmin evə sahibliyi Orxan edir. Orxan onu çağırarkən evdə heç kəs yox idi. Gültəkinin gözü kor idi və hasa ilə gəzirdi. Onun ruhi xəstəliyi var idi. Belə ki, o normal insan kimi danışmırdı yersiz yerə ədəbsiz sözlər danışırdı, gəzib-gedə bilirdi. Hadisə günü Gültəkinin saçında az tüstü olmuşdur. Onlar evə girəndə evdə heç nə yanmamış sadəcə onun paltarının külləri tökülmüşdü və baş yaylığı yanmışdı. O Gültəkinin ayaqlarından yalın əlləri ilə tutmuş həmçinin Orxanda əlləri ilə tutmuşdur. O evə gələn kənar şlank görməmişdir. Qaz peçinə evə gələn durbadan qoşulmuşdur. Qaz dəmir durba ilə çöldən sayğacdan peçə qədər çəklib peçə yaxın yerdən peçə kimi isə şlankla çəkilib. Hadisə günü onlar evə girəndə qaz peçi yanar vəziyyətdə olmuş, peçə qoşulu farsunkanın üç deşik hissəsindən çıxan qaz çöldə yanılı vəziyyətdə yandığını və təxminən şam işığı qədər alovun hündürlüyü olduğunu görmüşdür, həmin vaxt həyətdə qaza qoşulu şlank olmamışdır. Gültəkin bütün işlərini özü görürdü heç kəsi yaxın buraxmırdı. Onun yeməyini İradə bişirirdi və verirdi. Gültəkinin işığının yanmama səbəbini bilmir. Orxangillə Gültəkinin ünsiyyətləri yaxşı idi. Gültəkinin pensiya alıb-almamasını bilmir. Yanğın olan zaman o hər hansı səs-küy eşitməmişdir. Yanğın olan zaman Gültəkinin paltarlarının külləri evdən həyətə qədər töküldüyünü görmüşdür. Gültəkin onlara tez-tez gəlməmişdir. O həyətdə kənar qaz xətti görməmişdir. Onun ceyran pençinin durbalarının kimin tərəfindən dəyişdirilməsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun baldızıdır. Belə ki, o, 1985-ci il tarixdə X9 ilə ailə həyatı qurmuşdur. Onların bu evlilikdən 6 övladı dünyaya gəlmişdir. X20 özündən başqa 3 bacısı vardır. Gültəkinin bacısı Zərimə ailə həyatı quraraq ayrı yaşayır. Ona görə də o, uzun müddətdir ki, oğlu Təqsirləndirilən şəxs, baldızları Zərərçəkmiş şəxs və Sahibə Məmmədova ilə birlikdə yaşamışdır. Baldızları Zərərçəkmiş şəxs və Sahibə Məmmədova psixi xəstəlikdən əziyyət çəkmişlər. Lakin Gültəkin və Sahibə bu xəstəlikləri ilə bağlı heç bir müalicə almamış və heç bir dispanserdə qeydiyyatda dayanmamışlar. Onların yaşadıqları fərdi yaşayış evinin həyətyanı sahəsində iki ev vardır. Həyətə daxil olan kimi sağ tərəfdə yerləşən fərdi yaşayış evinin baş tərəfindəki otaqda baldızları yaşamışdır. Digər yaşayış evində isə o, oğlu Orxanla birlikdə yaşayır. X21 2004-cü il tarixdən mütəmadi olaraq işləmək üçün Rusiya Federasiyasının Kaluqa şəhərinə gedib-gəlir. Qara orada fəhləliklə məşğul olur və çox Azərbaycan Respublikasına çox az gəlir. Qara Məmmədov sonuncu dəfə 2018-ci il tarixdə Rusiya Federasiyasının Kaluqa şəhərinə getmiş və həmin vaxtdan etibarən gəlməmişdir. X7 2020-ci ilin fevral ayında xəstəlikdən vəfat etmişdir. Həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs həmin otaqda tək yaşamışdır. Həmin tikilinin baş tərəfində yerləşən otaqda isə baldızları Zərərçəkmiş şəxs və Sahibə Məmmədova yaşamışlar. Hadisə də məhz həmin otaqda baş vermişdir. Ancaq Gültəkinin onunla və oğlu Orxanla çox yaxşı münasibəti olmuşdur. Gültəkinin gündəlik olaraq yeməyini onlar vermiş və digər ehtiyaclarını onlar qarşılamışdır. Gültəkin psixi cəhətdən xəstə olmaqla yanaşı, həm də kor olmuş və əsa ilə yerimişdir. Gültəkinin gözü yaxşı görmədiyi üçün Orxan onlarla qalmasını istəmiş, lakin Gültəkin ora öyrəşdiyini onlarla qalmaq istəmədiyini bildirmişdir. Gültəkin 470 manat pensiya almışdır. Onun pensiyasını əvvəllər Gültəkinin baxıçısı almış, dekabr ayında o işdən çıxdıqdan sonra isə pensiya kartını ona vermişdir. Onun baxıçısı Hamay olmuş, o müəyyən vaxtlarda bir neçə saatlıq baxıb getmişdir. Gültəkinin adına olan elektik xətti borca gör bağlanmışdır. Həmçinin Gültəkin elektrikdən istifadə etməyi xoşlamamış və qaranlıqda oturmağı xoşlamışdır. Gültəkinin pullarını boğazından asmış və bu səbəbdən əvvəlki yanğın zamanı onun bütün pulu yanmışdır. Gültəkinin adına olan qaz sayğacı işləmiş və o daim qazı az açmışdır, çünki, əvvəllər Gültəkin bir dəfə yandığından isti otaqda qala bilməmişdir. Gültəkinin otağında olan qaz peçini o və oğlu Orxan yandırmışdır. Lakin Gültəkinin özü qaz peçinə yaxın getməmişdir. Qaz təmiz söndükdə də Gültəkin qorxmuş və gəlib onlara demişdir ki, qaz keçib səsi gəlmir. Onların Gültəkinin yaşadığı evi sökmək fikri olmamışdır. Onların evindən Gültəkinin otağına qaz verilməmişdir. Gültəkinin otağına qaz ayrı getmişdir. Onun kartına pulu oğlu Orxan vurdurmuşdur. Onun əvvəlcə sayğacı kartla olmamış lakin bocları oldğu üçün sayğacları kartla əvəz edilmişdir. Sarı şlankı kimin çəkdiyini xatırlamır, o işdə olmuşdur. Gültəkinin yaşadığı evə sayğacdan kənar qaz xətti onların yaşadığı evdən getməmişdir. Onun əri usta olmuş və evi özü tikmişdir və evi heç kəsə vermədən çıxıb getmiş və sonra qayıtmamışdır, onlar Gültəkinin otağına bitişik evdə pol-patalok ustası işlətmişlər və oraya elektrik öz yaşadıqları evdən getmişdir. Ceyran peçi uzun müddət həmin evdə olmuşdur, sarı qaz şlankı ora hadisə baş verən qışı qoyulmuşdur. O şlankın qoşulmasını görməmiş və Gültəkindən bu haqda soruşmamışdır. Peçin tüstü durbalarını oğlu Orxan dəyişdirmişdir. Əvvəllər qaz sərfiyyatından təhlükəsiz istifadə ilə bağlı təlimata kimin qol çəkməsini bilmir. Evə sahibliyi heç kəs etməmişdir. Saat 14 radələrində oğlu Orxan ona zəng edərək Gültəkinin yanaraq öldüyünü demişdir. O, dərhal evə gəlmişdir və Gültəkinin yanmasını görmüşdür. Əri yas mərasiminə gəlməmişdir, əri noyabr ayında ayda bir dəfə 70-80 manat pul göndərmişdir. Əri remont üçün ona heç bir pul göndərməmişdir. Onun yaşadığı evə qaz özünə aid sayğacdan gedir, onların evindən Gültəkinə şlankla əlavə xətt verilməyib. Azıriqaz İB-nin Orxan və Vüsal adlı əməkdaşları bu günlərdə onların yaşadığı evə gəlmiş və ona sənəd imzalatmışlar. Daha sonra Vüsal Gültəkinin evinə qazı yoxlamaq üçün girmiş və içəridən Orxana demişdir ki, bağla qaz gəlir, sonra isə sayğacın bloka düşməsini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, O 2008-ci ildən AR DNŞ X1 Şəmkir rayon Qaz İstismar İdarəsində hazırkı vəzifəsidə çilingər olaraq çalışır. O, zərəçəkmiş mərhum Gültəkini və təqsirləndirilən şəxs Orxanı tanıyr. 2016-ci ildən mənzil daxili qaz xətlərinə baxış keçirilməsi Azəriqazın səlahiyyətlərindən alınmışdır. 2024-ci ilin yanvar ayından onlara mənzil daxili texniki baxış keçirilməsi səlahiyyəti təkrar verilmişdir. Onlar əvvəllər qazdan istifadə qaydaları ilə bağlı şifahi məlumatlandırma keçirmişlər. O, mərhum Gültəkinin evinə 2022-ci ilin iyul ayında məlumatlandırma keçmə üçün getmişlər, lakin həmin vaxt səlahiyyətləri olmadığından evə daxil olmamışlar. O Gültəkinin yaşadığı evə hadisə baş verən günü daxil olmuş və həmin vaxt Ceyran peçinə sarı rəngli şlankla qoşulmanı görmüşdür. Təlimatlandırma Orxan tərədindən Gültəkinin əvəzindən imzalanmışdır. Belə ki, zərərçəkmiş şəxsin özü qol çəkəcək vəziyyətdə olmamışdır. 2022-ci ildə onlar orada ceyran peçi və 2 piltəli soba aşkar etmişlər, onların giriş hissəsi metal olmuşdur. Hadisə günü onlar qaz sayğacına blomp vurmuşlar və krantını bağlamışlar. Onlar Gültəkinin kart hesabında pul olub olmamasını bilmirlər. Lakin kartda pul omadıqda sayğac avtomatik olaraq qaz sərfiyyatını kəsir. Sonuncu dəfə onlar 3 gün əvvəl həmin evə getmişlər və təlimatlandırma ilə bağlı İradə xanıma imza etdirmişlər. Həmin vaxt onlar evlərə baxış keçirmişlər, Gültəkinin yaşadığı evə qaz gəlməmişdir. Əlavə olaraq bildirir ki, 2022-ci ilin iyul ayında təlimatlandırmaya Orxan imza etmişdir. Hadisə vaxtı onlar Gültəkinin evinə gedəndə qaz krantını bağlı olduğunu görmüşlər, akin onlar bunun səbəbini soruşmamışlar. Hadisə vaxtı heç bir yanğın, partlayış görməmişlər, həmçinin sarı şlankda heç bir zədə olmamışdır. Ceyran peçinə qoşulma şlanka olmuş, lakin o şlankın köhnə və ya təzə olmasını bilməmişdir. O, Orxangilin yaşadığı evdən Gültəkinin yaşadığı evə qazın aparılması üçün əlavə xətt görməmişdir. Təlimat keçirilməsi üçün getdikləri zaman onlar nələrin qadağan olmasını izah etmişlər. 2024-ci ilin yanvar ayından onlara mənzil daxili texniki baxış keçirilməsi və akt tərtib edilməsi səlahiyyətləri verilmişdir. Akt əsasında nöqsanların aradan qaldırılması üçün 1 ay vaxt abonentlərə verilmişdir. Əgər həmin müddət arasında aşkar edilmiş nöqsanlar aradan qaldırılmazsa qaz verlişi saxlanılacaq. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, O 2017-ci ildən AR DNŞ X1 Şəmkir rayon Qaz İstismar İdarəsində müqaviləli işçi olaraq çalışır. O, zərəçəkmiş mərhum Gültəkini və təqsirləndirilən şəxs Orxanı tanıyır. İşi ilə əlaqədar o qeyd olunan evə ayda bir dəfə gedib-gəlmişdir. Lakin evə baxış keçirilməsi səlahiyyəti olmadığı üçün evin içərisinə baxış keçirməmişdir. Mərhum Gültəkin keçən il vəfat etmişdir. Onun sayğacı kartla olmuş, bu səbəbdən onlar sayğaca yalnız vizual baxış keçirmişlər. 2022-ci ilin iyul ayında onlar hadisə baş verən evə çilingər Şahid4lə qazdan istifadə qaydalarının izah edilməsi ilə bağlı getmişlər. 2022-ci il iyul ayında onlar gördükləri ilə bağlı akt yazmışlar. Gültəkin fiziki qüsurlü insan idi, belə ki ona salam verirdin o isə söyürdü, o elə olduğu üçün onlar Gültəkini başa sala bilmədikləri üçün ona izah etməmişlər, Orxana qazdan istifadə qaydalarını izah edib təlimatı ona imzalatmışlar. 2022-ci ildə onlar həmin evə getdiklərində şlankla çəkilmiş qaz xətti olmasını aşkar etmişlər və ondan istifadənin qadağan olmasını bildirmişlər və bu barədə Orxana təlimat jurnalına qol çəkdirmişlər. Həmin vaxt onlar evə girməmişlər, Gültəkin evdə olmuşdur. 2022-ci ildə onlar həmin qapıya getdikləri zaman artırma olmamış, pəmcərə yerinin hörülmədiyini görmüşlər, sonra onlar hadisə günü getdiklərində isə həmin hissələrin hörülməsini görmüşlər. Onlar açıqda olan PQ-2 -yə dəmir durbadan şlankla qoşulmasını görmüşlər və irad bildirmişlər. Ayna yeri sonradan hörülüb, onlar 2022-ci ildə baxanda ora açıq olmuşdur. Onlar sonuncu dəfə xx.xx.2024-cü il tarixdə onlar Orxangilə getmişlər. O həmin vaxt Gültəkinin yaşadığı evə daxil olmuş, həmin ev boş olmuş sadəcə durba ilə qaz xətti gəlmişdir. O xəttin qabağını açanda qaz 1 saniyəlik gəlmiş və kəsilmişdir. Belə ki, o smart sayğacların klapanınından sızan çox cüzi bir sızıntı nəticəsində durbaya yığılan qaz olmuşdur. Smart kart onların nəzarətlərindən kənardadır. 20.02.24-cü il tarixdə evə Qaz xətti sayğacdan gəlmiş orada sayğacdan əlavə xətt olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, yanğın təhlükəsizliyi qaydalarının ehtiyatsızlıqdan pozulmasının Zərərçəkmiş şəxs ölümünə səbəb olması faktına görə toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. Hadisə yerinə baxış keçirilməsi barədə 01 fevral 2023-cü il tarixli protokolla müəyyən edilmişdir ki, hadisə yeri Şəmkir şəhər mərkəzindən şimal-şərq istiqamətdə 17 km məsafədə yerləşən rayonun Mahmudlu kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evidir. Hadisə yerinə əlavə baxış keçirilməsi barədə 03 fevral 2023-cü il tarixli protokolla müəyyən edilmişdir ki, fərdi yaşayış evinin həyətinə giriş darvazasından daxil olduqda sağ və sol tərəfdə tikililər vardır. Yanğın hadisəsi sağ tərəfdə olan tikilidə baş vermişdir. Tikili mişar daşından inşa olunmuş, dam örtüyü iki enişli olmaqla taxta atmaların üzərinə qoyulmuş dalğavari metal təbəqələrlə üzlənmişdir. Tikili bir neçə otaqdan ibarətdir. Yanğın baş verdiyi otaq tikilinin darvazadan həyətə daxil olduqda sağ tərəfdən sayca birinci otağıdır. Tikilinin digər otaqlarında təmir işləri aparıldığından yaşayış yoxdur. Fərdi yaşayış evinin yanğın baş vermiş hissəsinə daxil olduqda otağın iki hissədən, yəni dəhliz və yataq otağından ibarət olduğu müşahidə edilir. Dəhliz səliqəsiz şəkildə olmaqla orada müxtəlif növdə olan məişət əşyalarının saxlandığı taxta materialdan yığılmış dolab və dəmir çarpayı vardır. Hadisə baş verən yataq otağının giriş qapısı taxta materialdan hazırlanmışdır. Giriş qapısından otağa daxil olduqda otağın divarlarının kənarında 2 ədəd dəmir çarpayı, 1 ədəd sandıq, 2 ədəd stul, 1 ədəd stol və səliqəsiz şəkildə müxtəlif növdə olan məişət əşyalarının olduğu müşahidə edilir. Otağın taxta materialdan yığılmış 2 ədəd pəncərəsi və 1 ədəd qapısı vardır. Otağın döşəməsi torpaq örtüklü olmaqla tavanı taxta materialdan yığılmış, divarlar isə boya ilə boyanmışdır. Yataq otağının eni 3,5 metr, uzunluğu 4,5 metr, hündürlüyü isə 2,5 metr təşkil edir. Bundan başqa otağın mərkəz hissəsində 1 ədəd “Ceyran” tipli qaz sobası vardır. Sobaya gələn qaz xətti otağın kənarı ilə çəkilmiş və divardan sobaya qədər olan hissə isə sarı rəngli qeyri-metal boru ilə birləşdirilmişdir. Qeyri-metal borunun sobaya yaxın hissəsində yanıq izləri müşahidə edilir. Qaz xəttinin üzərində 1 ədəd işçi kran vardır. Baxış zamanı həmin işçi kran bağlı vəziyyətdə olmuşdur. Otağın daxilində və dəhlizdə termiki təsir izləri müşahidə edilməmişdir. Hadisə yerinə əlavə baxış keçirilən zaman yanğın baş verən otaqdan sarı rəngli qeyri-metal boru əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüş və möhürlənmişdir. İstintaq zamanı xx.xx.2023-cü il tarixli hadisə yerinə əlavə baxış keçirilməsi haqqında protokolla götürülmüş 1 ədəd sarı rəngli qeyri-metal boru öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməli və Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmalıdır. Əşyaya baxış keçirilməsi barədə 03 fevral 2023-cü il tarixli protokolla müəyyən edilmişdir ki, hadisə yerindən götürülmüş sarı rəngli plastik materialdan olan, ümumi uzunluğu 225 sm təşkil edən borunun başlıq hissəsində dəmir materialdan olan farsunka vardır. Farsunkanın uzunluğu 39 sm təşkil edir. Borunun üzərində “İTALİYA Technalogiya 1216 xx.xx.2020/ 11:14:30 052m” sözləri yazılmışdır. Borunun üzəri çirkli və ləkəlidir. Meyitə baxış keçirilməsi barədə 01 fevral 2023-cü il tarixli protokolla müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitnin bədənində aşkar edilmiş xəsarətlərbədən səthinin 80-90 %-nin İİİ-İV dərəcəli termiki yanıqları yüksək hərarətin-alovun təsirindən törənmişdir, həyatidir, aöırlıq dərəcəsinə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs meyitnin bədənində aşkar edilmiş yanıq həyatıdırlar, traxeya-bronxlarin mənfəzlərində hisin olması və qanda karboksihemoqlobinin aşkar edilməsi bunun sübutedici əlamətlərindəndir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb bədən səthinin 80-90 %-ni əhatə edən İİİ-İV dərəcəli termiki yanığı nəticəsində inkişaf edən ağırdərəcəli yanıq şoku olmuş, mərhum Zərərçəkmiş şəxs bədən səthini 80-90 %-ni əhatə edən İİİ-İV yanıq xəsarəti almış, yanıq xəsarəti alarkən ilkin duruş vəziyyəti ayaqüstü, sonrakı duruş vəziyyəti arxası üstə olmuş, mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində kəskin yanıq dəyişiklikləri fonunda hər hansı bir xəsarət aşkar edilməmiş və meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı karboksihemoqlobin aşkar edilmişdir, etil spirti və narkotik maddə aşkar edilməmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 24 may 2023-cü il tarixli, 10/3535 nömrəli rəyindən görünür ki, hadisə Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən fərdi yaşayış evinin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə yanğının mənbəyi, evin yataq otağının daxilində “ceyran” tipli qaz sobasının yerləşdiyi sahədə olmuş, hadisə baş vermiş yaşayış evinin yaxınlığından yeraltı qaz xətlərinin keçmədiyini, yoxlama zamanı evin daxili qaz xətlərində hər hansı sızma müəyyən edilmədiyini, yaşayış evində qaz cihazlarından yalnız otağın daxilində “ceyran” tipli qaz sobasından istifadə edilməsini, sobanın düzgün quraşdırılmadığını və həmin qaz cihazına təbii qazın verilişinin yolverilməz üsulla, yəni rezin boru vasitəsilə həyata keçirilməsini nəzərə alaraq, yanğın, fərdi yaşayış evinin otağının daxilində yerləşən qaz sobasının açıq hissələrindən kənara çıxan alovun yaxınlıqdakı yanar materialları alışdırması nəticəsində baş verməsi üçün xarakterikdir. Baş vermiş hadisə ilə əlaqədar «Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ №02-2002) 1.2, 2.4.5, 2.4.9, 2.4.23.1 bəndlərinin və «Qazdan istifadə qaydalarının»nın 3.4.1 bəndinin tələbləri pozulmuşdur. Yaşayış evinin daxilində qaz xətlərinin polad materialdan olan borulardan istifadə edilməklə çəkilməsini, eləcə də sobanın düzgün quraşdırılmasını təmin etmədiyinə görə, «Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ №02-2002/) 1.2. 2.4.5, 2.4.9, 2.4.23.1 bəndlərinin və «Qazdan istifadə qaydalarının»nın tələbləri yaşayış evində quraşdırılmış qaz cihazlarının təhlükəsiz istismar edilməsinə və onların lazımi vəziyyətdə saxlanılmasına görə cavabdeh olan evin sahibi tərəfindən pozulmuşdur. Cinayət işi üzrə icraat 01 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CPMnin 53.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi əsasına görə dayandırılmış, cinayət işi üzrə icraatın dayandırılması üçün nəzərdə tutulmuş hallar aradan qalxdığından iş üzrə icraat 20 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 279.1.1-ci maddəsinə əsasən təzələnmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Şəmkir rayon mərkəzi xəstəxanası X8 Konsultativ poliklinika şöbəsinin 20 dekabr 2023-cü il tarixli, 500 nömrəli arayışından görünür ki, xx.xx.1999-cu il təvəllüdlü, Şəmkir rayonu, Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ Poliklinikasında narkoloji və psixiatrik kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinə əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyətinin Mahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 dekabr 2023-cü il tarixli, 534 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Mahmudlu kəndində daimi qeydiyyatda olmaqla atası (hazırda Rusiya Federasiyasındadır) və anası ilə birlikdə yaşayır. Cinayət işinə əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyətinin Mahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 dekabr 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə ərizə və ya şikayət daxil olmamışdır. İstintaq zamanı törətdiyi cinayət əməli kifayət qədər sübutlarla təsdiq olunduğundan 22 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 22 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. İşdə olan **********00330 və **********00340 saylı abonent saldolarından görünür ki, Şəmkir rayonu, Mahmudlu kəndi, ev-5, mənzil-34 də 2 ədəd qaz sayğacı quraşdırılmışdır biri Təqsirləndirilən şəxs, digəri isə Zərərçəkmiş şəxs adına. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyləri ilə, foto və iş materialları ilə sübut olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddələrin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası 59.1.12 və 59.1.13-cü maddəsində nəzərdə tutulan zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması nəticəsində ona qarşı şikayət və tələbin olmaması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini və ilk dəfə ehtiyatsızlıqdan cnayət törətməsini şəxsiyyətini müsbət xarakterizə edən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini və bundan sonra onun davranışını, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, fərdi əməklə məşğul olaraq ailəsini dolandırmasını və müsbət xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini və təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aylıq qazancından dövlət nəfinə müəyyən məbləğdə pul tutulmaqla islah işləri növündə cəzaya məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 105 (bir yüz beş) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Maddi sübutla bağlı məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Prokurorluğunda maddi sübutlar otağında saxlanılan 01 ədəd sarı rəngli qeyri-metal boru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Prokurorluğunda maddi sübutlar otağında saxlanılan 01 ədəd sarı rəngli qeyri-metal boru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 105 (bir yüz beş) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 (yetmiş iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar